• Assosiativ cütlərin seçilməsi
Uşağın inkişafının bu mərhələsində onunla sual-cavab oyunu
oynamaqla onun assosiativ təfəkkürünü inkişaf etdirmək, eyni zamanda
onun dünya görüşü sahəsini genişləndirmək olar. Bu, məşğələ xüsusi
materiallar tələb etmir və istənilən yerdə keçirilə bilər. Uşaqdan soruşun,
məsələn, dovşan hardadır. Uşaq cavab verməkdə çətinlik çəkərsə ona
yönəldici sual verin: “Dovşan nə yeyir – kök yoxsa balıq?” Belə sualları
bütün hadisələr və təzahürlər barədə vermək olar. Məsələn: “Nə vaxt
qar yağır – qışda yoxsa yayda?”, “Nə vaxt sup yeyirlər – naharda yoxsa
şam yeməyində?”, “Nə ilə daranırlar – çəngəllə yoxsa daraqla?”, “Hansı
heyvan süd verir – inək yoxsa qurbağa?” və s. Əlbəttə, uşaq bəzi sualların
cavabını bilməyə bilər. Onda onun başa düşdüyü nümunələr əsasında təsvir
yaratmaqla müxtəlif əşyalar və hadisələr arasında əlaqəni ona izah etmək
lazımdır.
• Ardıcıllığın davam etdirilməsi
Materiallar: mozaikanı üfüqi sıra ilə yığmağa imkan verən lövhə və
böyük mozaika dəsti.
39
Uşağa forma və ya ölçüsünə görə bir-birindən fərqlənən əşyaları
sıralamağı, məsələn, çəngəl və salfetdən və ya üçbucaq və kvadratlardan
ibarət əşyaları düzməyi, eləcə də iri və xırda muncuq dənələrini növbə ilə
düzməyi tapşırmaq olar. Ardıcıllığın davam etdirilməsi çalışması kifayət
qədər mürəkkəbdir. Ona görə də, təklif edilən əşyalar yalnız bir əlamətinə
görə fərqlənməlidir ki, uşaq eyni vaxtda əsas əlaməti fərqləndirməli
olmasın.
Müxtəlif əşyaların sıralanması mənimsənildikdən sonra rənglərin
sıralanmasına keçmək olar. Uşağın qabağına mozaika hissələri olan qutu
qoyun və lövhədəki oyuğa ardıcıl olaraq qırmızı, sarı, qırmızı və sarı
mozaika hissəsindən ibarət sıra yaratmağa başlayın. Sonra isə növbə ilə
sıradakı hər bir mozaika hissəsini göstərib onun rəngini deyin və uşaqdan
bu sıranı davam etdirməsini istəyin. Sıranı davam etdirmək üçün bundan
sonra məhz hansı mozaika hissəsindən istifadə etmək lazım olduğunu deyin:
“İndi isə növbə qırmızınındır”. Mozaika qutusundan onu tapmağı və növbəti
oyuğa qoymağı uşağa tapşırın. Sonra isə sıradakı bütün mozaika hissələrinin
rəngini sadalayın və ondan soruşun: “İndi hansıdır?” Uşaqdan onu
tapmasını və yerinə qoymasını istəyin. O, səhv etdikdə rəngi deyin və ya
onun diqqətini qırmızıdan sonra sarı rəngin gəldiyinə yönəldin. Bundan son-
ra uşaq da növbəti mozaika hissəsini götürür. Uşaqların qanunauyğunluğu
başa düşməsi və onu izləməsi üçün adətən onlar valideynlə kifayət qədər
uzun ardıcıllıq qurmalı olurlar.
Mozaika hissələrinin lövhəyə yığılması uşağa çətin gələrsə, sıranın
davam etdirilməsi üçün stolun üstünə rəngli dairəciklər düzmək olar.
• “Artıq” əşyanı axtarmaqla təsnifatlandırma
Materiallar: Heyvan, ərzaq, paltar, mebel və ya loqopediya
mövzularında keçilmiş başqa əşyaların təsvir edildiyi kartlar. Loto
kartlarından da istifadə etmək olar. Hər növdən cəmi 4-5 kart.
“Artıq” olanı seçmək üçün xüsusilə bu vərdişin mənimsənilməsinin
ilkin mərhələlərində müxtəlif əşyalardan ibarət ardıcıllıqdan istifadə etmək
olar. Məsələn: üç qəpik və bir düymə, üç müxtəlif qaşıq və bir çəngəl,
müxtəlif ölçülü üç üçbucaq və bir kvadrat və s. Uşaq artıq olanı tapmağın
nə demək olduğu başa düşdükdən sonra kartlardan istifadə etməklə yerinə
yetirilən çalışmalara keçmək olar.
Uşağın qabağına bir növə aid olan əşya təsvir edilmiş üç kartdan ibarət
ardıcıllıq qoyaq və ondan hər bir kartın adını və izahedici sözləri deməsini
istəyin. Məsələn: “Şalvar, mayka, gödəkcə - bu nədir?” Uşaq cavab verir
ki, bu – paltardır. Sonra başqa tipli daha bir kart, məsələn, boşqab əlavə
edin və burada hansı əşyanın olduğunu soruşun. Uşaq boşqabı göstərdikdə
bunu təsdiqləyin: “Doğrudur. Şalvar, mayka və gödəkcə paltardır. Biz onları
geyinirik. Boşqabı isə geyinmək olmaz. Boşqab burada artıqdır”. Uşaq bu
40
formada təqdim edilmiş çalışmanı çətinlik çəkmədən yerinə yetirə bildikdə
onların hər birinin adını deməsini, sonra isə hansının “artıq” olduğunu
göstərməyi və izahedici sözlərlə qalan üç kartı deməsini ondan istəyin.
Cavabın doğruluğunu təsdiqləyin və onu izah edin. Uşaq yalnız nitqin yaxşı
inkişaf etdiyi halda özü bunu ətraflı şərh edə bilər.
Ölçü, forma, rəng. Təsnifat
• Əşyanın üç əlamətinə görə seçilməsi
Materiallar: Üç rəngdə (qırmızı, göy və sarı) və iki ölçüdə (böyük
və kiçik) üçbucaq, dairə, kvadrat və düzbucaqlardan ibarət olan, eləcə
də qalınlığına (“qalın” və ya “nazik”) görə fərqlənən “Dyeneş məntiqi
blokları” dəsti. Çalışmanın yerinə yetirilməsi üçün eyni qalınlıqda üç rəngli
böyük və kiçik ölçülü üçbucaq, dairə və kvadratlardan istifadə edilir. Karton
kağızından hazırlanmış iki ölçüdə və dörd əsas rəngdə olan həndəsi fiqurlar
dəstindən istifadə etmək olar.
Stolun üstünə beş-altı fiqur düzün və uşaqdan hər hansı bir fiquru üç
əlamətinə görə seçməyi istəyin: “Balaca qırmızı üçbucağı götür”. Uşaq
lazımi fiquru seçməkdə çətinlik hiss etdikdə əlinizlə fiqurların bir hissəsinin
üstünü əlinizlə örtərək axtarış sahəsini azaltmaqla və tapşırığı bir daha
təkrar etməklə çalışmanı müəyyən qədər asanlaşdıra bilərsiniz.
• Əşyanın iki əlamətinin sərbəst şəkildə deyilməsi. Forma və rəng
(uşağın nitq imkanları buna icazə verdikdə təklif edilir)
Materiallar: Müxtəlif rəngli üçbucaq, dairə, kvadrat, düzbucaqlı və
rombdan ibarət taxta həndəsi mozaika dəsti.
Stolun üstünə beş-altı fiqur düzün və növbə ilə onları uşağa göstərərək
onların adlarını deməsini istəyin. Məsələn: uşağa fiquru göstərin və ondan
soruşun: “Bu nədir?” Uşaq cavab verir. Məsələn: “Bu, üçbucaqdır”. Ona
əlavə sual verin: “Nə rəngdədir?” Doğru cavabdan sonra bütöv nümunəni
deyin. “Doğrudur, bu, qırmızı üçbucaqdır.” Uşaq çalışmanın öhdəsindən
bu formada asanlıqla gəldikdə ona eyni zamanda iki əlaməti deməyi təklif
etmək olar. Uşağın hansı cavabın verilməsi ondan gözlənildiyini başa
düşməsi üçün fiqurları növbə ilə demək lazımdır. Bu çalışma həndəsi
mozaikanın quraşdırılmasından sonra materialın yığışdırılması zamanı da
uşağa təklif edilə bilər.
• İki rəng
Materiallar: bir hissəsində iki və ya üç rənglə boyanmış şəkil,
digərində isə müvafiq rənglə çəkilmiş iki və ya üç karandaş təsvir edilmiş
iki hissədən ibarət tapmaca formasında yerinə yetirilən didaktik dəst.
Şəkli uşağın qabağına qoyun və onun boyandığı rənglərin adını
soruşun. Uşaq bu rəngləri dedikdən sonra onun qabağına karandaş təsvirləri
41
olan üç-dörd detal qoyub ona lazım olanını seçməyi və yerinə bərkitməyi
təklif edin. Növbəti şəkillər də bu qaydada təklif edilir.
Uşağa iki rəngin boyanması lazım olan böyük və aydın şəkilli kon-
tur götürün və onu boyamaq uyğun gələn iki karandaş seçməyi tapşırın.
Məsələn: “Bu, yaşıl yarpaqlar olan sarı şalğamdır. Şalğamı boyamaq üçün
hansı karandaşlar lazımdır?”
• Başqa əlamətlər
Eyni vaxtda iki peçenyeni uşağa göstərib hər iki fiqurun adını
soruşmaq üçün “həndəsi” formalı peçenyelərdən istifadə etmək olar.
Uşağın mümkün qədər daha çox əlaməti deməsinə kömək etməklə ona
gündəlik həyatda qarşılaşdığı bütün əşyaların əlamətləri haqqında suallar
vermək olar. Məsələn: “Bu, necə ayıcıqdır?” – kiçik, yumşaq tüklü, qonur
və s.
Valideynlər həmçinin danışıqlarda əşyaların müxtəlif əlamətlərindən
istifadə etməli, lazım gəldikdə isə yeni sözlərin mənalarını ona göstərməli
və izah etməlidirlər. Məsələn: sıx, kələ-kötür, yapışqan və s.
• Növlərə görə təsnifat
Materiallar: Heyvan, quş, ərzaq, qab-qacaq, paltar, ayaqqabı və ya
loqopediya mövzularında keçilmiş başqa əşyaların təsvir edildiyi kartlar.
Hər növdən cəmi 4-5 kart. Loto kartlarından da istifadə etmək olar.
İki yaxın növə, məsələn, paltar və ayaqqabı, heyvan və quş, mebel
və məişət əşyaları, ərzaq və qab-qacaq və s. məxsus kartlar hazırlayın. Ən
çətin iş meyvə - tərəvəzin təsnifatlandırılmasıdır. Növləri deyin və kartların
qoyulacağı yeri göstərin. Məsələn: “Bu maykadır. Mayka paltardır. Paltarı
buraya yığacağıq. Tufli ayaqqabıdır. Ayaqqabını buraya yığaq”. Sonra,
növbə ilə kartları uşağa təqdim edib orada nəyin təsvir edildiyini soruşun və
onu lazım olan yerə qoymağı tapşırın. Uşaq kartı yerinə qoyanda izahedici
sözlərdən istifadə etməyi tapşırın: “Doğrudur. Don – .....dır”.
Oyun zamanı əşyanın adını demək, uşağa isə izahedici sözləri
deməsini tapşırmaq olar. Məsələn: “Mayka. O, nədir?” – Uşaq cavab verir:
“O, paltardır”. Yaxud da siz izahedici sözləri, məsələn, mebel deyirsiniz,
uşaq isə müvafiq nümunədə cavab verir.
Quruculuq fəaliyyəti
• Sxem üzrə qurma
Materiallar: Müxtəlif rəngli, lakin eyni ölçülü üçbucaq, dairə,
kvadrat, düzbucaqlı, trapesiya və rombdan ibarət həndəsi fiqurlar dəsti. Bu
dəstə detalın üstünə qoyulması ilə deyil, uşağın fiqurları sxemə baxaraq
qura biləcəyi azalan qaydada və dörd-beş detaldan ibarət sxemlər çəkmək
lazımdır. (Nümunələr əlavə 3-də verilir.)
42
Şaquli şəkildə qoyulmuş sxem üzrə qurma mətnin lövhəyə
köçürülməsinin prototipidir. Stolun üstünə fiqurlar qoyun və sxemi uşağın
qabağında şaquli şəkildə tutun. Sxemə baxaraq fiquru qurmağı ona tapşırın.
Bu zaman uşaq çətinlik hiss etdikdə sxemdəki detallardan birini ona
göstərib beləsini tapmağı və yerinə qoymağı tapşırın. Uşaq tapşırığı yerinə
yetirdikdən sonra onun öz işini sxemə görə yoxlaması üçün soruşun: “Bura-
da nə təsvir edilib? Hər şey yerindədirmi?” Uşaq fiqurları tam dəqiqliklə
yerləşdirməyibsə, onları yerlərinə itələməyi təklif edin. Məşğələdən sonra
həndəsi mozaikanı yığışdırarkən uşaqdan hər bir fiqurun iki əlamətini
deməsini istəyin.
• Rəngi nəzərə almaqla nümunə əsasında qurma
Materiallar: Dörd əsas rəngdən (qırmızı, göy, yaşıl və sarı) ibarət
böyük mozaika dəsti və uşağın mozaikanı əziyyət çəkmədən yığa biləcəyi
lövhə.
Lövhəyə sadə nümunə, məsələn beş mozaika hissəsindən ibarət
gül yığın və bunu uşaqla müzakirə edin. Gülün ortasının harada və nə
rəngdə olduğunu, ləçəklərinin harada və nə rəngdə olduğunu soruşun.
Sonra isə uşağa belə bir gül yığmağı tapşırın. Bu, konstruksiyanı tədricən
mürəkkəbləşdirmək olar. Uşaq çətinlik hiss etdikdə onun əvəzinə bir mo-
zaika hissəsini lövhəyə yığmaqla ona kömək etmək olar.
Rəngi nəzərə almaqla nümunənin yerinə yetirilməsi üçün həmçinin
həndəsi fiqurlardan və onun konturları çəkilmiş sxemdən istifadə etmək
olar. Həmçinin satışda olan və sapa düzülməsi nəzərdə tutulan və onun təbii
ölçüdə ardıcıllığının təsvir edildiyi sxemlərdən ibarət dəstdən istifadə etmək
olar.
• Əşya haqqında əvvəllər formalaşmış təsəvvürlər əsasında
qurma
Materiallar: taxtadan hazırlanmış kərpiclər (iyirmi ədəd). Hesablama
çubuqları (iyirmi ədəd) dəsti və diametri təqribən iki santimetrə bərabər beş
dairəcik. Plastilin və kibrit və ya diştəmizləyən.
Əşya haqqında əvvəllər formalaşmış təsəvvürlər əsasında qurmanı
oyunda geniş istifadə etmək olar. Bu zaman valideyn süjet verir, uşaq isə
konstruktordan ev, saray, körpü, yol, stol, stul, çarpayı və oyunun gedişində
lazım olan başqa əşyaları düzəldir. Uşağa nümunə verilmir və o, bütün bu
konstruksiyaları özünün təsəvvürlərinə uyğun qura bilər. Şərt deyil ki, o,
bunu əvvəl göstərilmiş nümunə əsasında etsin. Lakin konstruksiya gerçək
əşyalara bənzəməlidir. Siz isə ayrı-ayrı detalların yerini dəqiqləşdirməklə
uşağa kömək edə bilərsiniz. Məsələn: təyyarənin qanadları hardadır? və s.
Plastilin və kibrit dənələrindən adam və heyvan fiqurları düzəltmək
43
olar. Uşağa, plastilindən silindr formasında “bədən” və diyircəkdən baş
düzəltməyi, əl, ayaq, pəncə və quyruq üçün kibrit və ya diştəmizləyən
çöpdən istifadə etməyi tapşırın. Bu zaman uşağın sxemi düzgün yerinə
yetirməsinə diqqət yetirin. Lazım gəldikdə onun diqqətini özünün və digər
ailə üzvlərinin əllərinin və ayaqlarının, eləcə də ətrafındakı heyvanların
pəncələrinin və quyruğunun sayına və yerinə yönəldin. Hazırlanmış bütün
fiqurları süjetli oyuna daxil etmək olar. Çubuqla qurma zamanı uşağın
qabağına çubuq və dairəciklər qoyun və ona çubuqlardan üçbucaq, kvadrat,
evcik, gəmi, insan fiquru və s. düzəltməyi tapşırın. Çətinlik yaranarsa, uşağa
kağızda çəkilmiş nümunə və ya həndəsi fiqurlar dəstindən müvafiq fiquru
göstərmək olar.
• Hissələrdən tamın quraşdırılması
Materiallar: beş-iyirmi hissədən ibarət kəsik şəkillər (tapmacalar -
pazllar) dəsti və onlara çəkilmiş şəkil-nümunələr. İyirmi hissədən çox iri
detallardan ibarət pazllardan istifadə etmək olar. Bu pazlın hissələri uşağa
hissə-hissə verilməlidir. Məsələn: Biz bu gün Vinni-Puxu yığırıq. Pitaçok və
Uzunqulaq İa İa-nı isə gələn dəfə quracağıq.
Qurulmuş pazlı və ya onun şəklini
uşağa göstərin və orada nəyin təsvir
edildiyini soruşun və süjet üzrə sual-
lar verin. Sonra detalları qarışdırın və
nümunə-şəklə baxmaqla onu qurmağı
uşağa tapşırın. Uşaq çətinlik hiss edərsə,
onun diqqətini süjetə, indi onun yığdığı
hissəsinin şəkil-nümunədəki yerinə,
şəklin məna kəsb edən hissələrinin
tutuşdurulmasına cəlb etməklə və ya onun lazımi detalı axtarmaq üçün
görüş zonasını azaltmaq məqsədilə detalların bir hissəsinin üstünü əl ilə
örtərək ona kömək etmək olar.
Saymağın öyrədilməsi
• Cəmi hesablamaqla beşə qədər sayda əşyanın bir-bir sayılması
• Cəmi hesablamaqla şəkildə təsvir edilmiş beşə qədər sayda
əşyanın bir-bir sayılması
Materiallar: Bir-bir saymağa əlverişli olan istənilən əşyalar. Birdən
beşə qədər eyni əşyaların təsvir edildiyi şəkillər dəsti.
Gerçək əşyaları və ya şəkildə təsvir edilmiş beşə qədər sayda
əşyanın bir-bir sayılmasını uşağa tapşırın. Uşaq növbəti rəqəmi yaddan
çıxararsa, həmin rəqəmi deyin və sizdən sonra bu rəqəmi deməsini və bütün
əşyaları bir daha bir-bir saymasını ondan istəyin. Bir-bir sayarkən əşyaları
44
qaçırmamaq və ya eyni əşyanı bir neçə dəfə saymamaq üçün onları kənara
qoymalı və ya barmağı ilə möhkəmcə onu basmalıdır. Uşaq bütün əşyaları
saydıqdan sonra mütləq cəmi neçə əşyanın olduğunu soruşun. O, bu suala
cavab verə bilmədikdə düzgün cavabın olduğu sxemi ona verin: “Bir, iki,
üç, dörd – cəmi dörd” və sizdən sonra təkrar etməsini istəyin.
• 1-dən 5-ə qədər kəmiyyət və rəqəmin tutuşdurulması
Materiallar: “1”, “2”, “3”, “4”, “5” rəqəmləri yazılmış kartlar dəsti,
“1”, “2”, “3”, “4”, “5” əşya təsvir edilmiş şəkillər dəsti. Rəqəmli kartların
əvəzinə maqnit dəstindən istifadə etmək olar.
Uşağın qabağına “1”, “2”, “3”, “4”, “5” rəqəmlərini qoyub şəkli ona
verin və oradakı əşyaları bir-bir saymağı tapşırın. Sayma zamanı uşaq
barmağı ilə hər bir əşyanın təsvirinin üzərinə basmalıdır. O, bütün əşyaları
sayıb qurtardıqdan sonra cəmi neçə əşya olduğunu soruşun və müvafiq
rəqəmi seçərək şəklin üzərinə qoymasını istəyin. Növbəti şəkil də bu qay-
dada təqdim edilir.
• Bir-bir saymaqla verilmiş sayda əşyanın seçilməsi
Materiallar: “Meyvə və tərəvəz” mövzusunda hesablama materialı
dəsti, 3-4 balaca oyuncaq və onların hər biri üçün boşqablar.
Oyuncaqları uşağın qabağına qoyun və onlara boşqab verməyi
tapşırın. Hesablama dəstindən uşağın qabağına 6-7 “alma” qoyun və jestdən
istifadə edərək birinci oyuncağın adından xahiş edin: “Mənə beş alma
ver!”. Bir-bir sayarkən uşaq hər bir əşyanı əlinə götürüb kənara qoymalı və
müvafiq rəqəmi deməlidir. Bu zaman o, hesablamanı nə vaxt dayandırmaq
lazım olduğunu yadda saxlamalıdır. Bunu yadda saxlamasına yardım etmək
üçün saymazdan əvvəl ondan soruşmaq lazımdır: “Filciyəz necə alma
istəyir?” Uşaq boşqaba beş alma qoyduqdan sonra oradakı almanı ona
göstərib təkrar soruşun: “Orada cəmi neçə alma var?”
Gündəlik həyatda uşağa stola düzmək üçün üç çəngəl və ya beş qaşıq
gətirməyi, nənəyə dörd konfet, ataya isə iki peçenye verməyi buyurmaqla
hesablamadan geniş şəkildə istifadə etmək olar. Həmçinin ondan kuklalara
birdən beşə qədər sayda əşya verməyi və ya tikinti üçün lazımi sayda kubik
hazırlamağı istəmək olar. Bir-bir sayma qurtardıqdan sonra hökmən cəmi
neçə əşyanın alındığını soruşun.
• 1-dən 5-ə qədər kəmiyyət və rəqəmin tutuşdurulması
Mağaza oyunu
Materiallar: “1”, “2”, “3”, “4”, “5” rəqəmləri yazılmış kartlar dəsti.
“Manatlar” – oxşar dördbucaqlılar və ya həqiqi manatlar (təqribən 30
ədəd). Oyuncaqlar, meyvələr, konfet və ya mağazada satılan başqa “mallar”.
“Malları” düzün və onların hər birinə 1-dən 5-ə qədər rəqəmlərlə
45
“qiymət” qoyun. Uşağa “pul” verib nə istəsə “almağı” təklif edin. Malı
seçdikdən sonra qiyməti göstərib orada neçənin yazıldığını soruşun.
Uşaq rəqəmi deyir, məsələn dörd və “satıcı”ya dörd “manat” verir. İlkin
mərhələdə “4” və “5” rəqəmli qiymətlər işarələnməlidir ki, onun rəqəmlərə
yapışdırılmış dördbucaqlılara qoymaq mümkün olsun. Hesabı ödədikdən
sonra cəmi demək bacarığını məşq etdirmək üçün bir daha hesablamağı
təklif etmək olar: “Cəmi neçə manat oldu?” Uşaq işarələnmiş qiymətlər
üçün lazımi məbləğdə “manat”ı seçdikdən sonra bunu işarələnməmiş
rəqəmlər üçün də etmək olar.
Mağaza oyunu zamanı uşaqla rolunuzu dəyişə bilərsiniz: Qoy, o,
“satıcı” olsun, “mal”ın qiymətini desin və onun pulunu düzgün ödədiyinizi
yoxlasın.
Siz uşağa istənilən hesablama materialından olan rəqəmli kartdan
istifadə etməyi təklif edə bilərsiniz.
• Hesablama materialının köməyi ilə toplama əməlinin həll edilməsi
Materiallar: iki-üç nüsxədə “1”, “2”, “3”, “4”, “5” rəqəmləri yazılmış
kartlar dəsti, “+” və “=” işarələri yazılmış kartlar, birdən beşə qədər sayda
əşyanın təsvir edildiyi cüt şəkillər dəsti (məsələn, bir şəkildə iki, digərində
üç top və ya bir şəkildə bir, digərində iki banan).
Uşağın qabağına “1”, “2”, “3”, “4”, “5” rəqəmləri yazılmış kartları qo-
yun və istifadə edilməsindən asılı olaraq lazımi rəqəmləri əlavə edin. Sonra
şəkilli kartı uşağa verin və tapşırın. Məsələn: “Biri var imiş, biri yox. Pişik
balaları var idi. Say görüm onlar neçədir?” Uşaq bir-bir pişik balalarını
sayır və yuxarıda qeyd edildiyi kimi müvafiq rəqəmi onun üzərinə qoyur.
Pişik balaları təsvir edilmiş növbəti kartı onun yanına qoyun deyin: “Bir
gün dostları onlara qonaq gəldilər. Say görüm onlar neçədir?” Uşaq ikinci
kartdakı pişik balalarını bir-bir sayır və müvafiq rəqəmi onun üzərinə qoyur.
Göstərilmiş rəqəmlərə “+” və “=” işarələrini əlavə edib indi cəmi neçə pişik
balasının olduğunu soruşun. Sual verərkən hər iki şəkildəki pişik balalarını
birləşdirən jestdən istifadə edin. Uşaq hər iki şəkildəki pişik balalarını bir-
bir saymalı və müvafiq rəqəmi seçərək “=” işarəsindən sonra qoymalıdır.
Bundan sonra ona alınmış nümunəni oxumağı təklif edin və çətinlik hiss
etdikdə kömək edin.
• Hesablama materialının köməyi ilə toplama nümunəsinin həll
edilməsi
Materiallar: iki-üç nüsxədə “1”, “2”, “3”, “4”, “5” rəqəmləri yazılmış
kartlar dəsti, “+” və “=” işarələri yazılmış kartlar, hesablama materialı dəsti
(30 dairəcik və ya hesab çubuqları).
Uşağın qabağına, deyək ki, 3+1=...... nümunəsini qoyub ona hesabla-
ma materialı verin və hər bir rəqəmin altına lazımi sayda dairəcik qoymasını
46
tapşırın. Sonra uşağa, hər iki rəqəmlərin altındakı dairəcikləri bildirən
jestdən istifadə edərək bütün dairəcikləri bir-bir saymağı və müvafiq rəqəmi
seçərək “=” işarəsindən sonra qoymağı tapşırın. Bundan sonra isə alınmış
nümunəni oxumağı uşağa təklif edin.
Oyun fəaliyyəti
• Rollardan birini uşağın ifa etdiyi sərbəst süjetli-rol oyunu
Uşaq süjetli-rol oyunlarında (mağaza, poliklinika, uşaq bağçası,
səyahət və s.) öz üzərinə müəyyən rol götürərək sərbəst şəkildə qısa süjetlər
ifa edə bilər. Oyuna tədricən yeni incəliklər daxil etməklə, uşağın ətraf
aləm haqqındakı təsəvvürlərini genişləndirməklə onun oyunda müxtəlif
vəziyyətləri ifa etməsinə kömək etmək olar. Məsələn: kuklalar qonaq
gəlib. Stolun üstündə tort var, çay isə yoxdur. Çayı necə hazırlamaq olar?
Həmçinin öz hisslərini və başqa insanların hisslərini oyunda əks etdirməkdə
uşağa kömək etmək olar. Məsələn: Uşaq kuklanı yatması üçün çarpayıya
uzadır, kukla isə uzanmaq istəmir və o, hirslənir. Və ya kukla ondan don-
durma istəyir, valideyn rolunu oynayan uşaq isə rədd cavabı verir və kukla
inciyir.
Süjetli-rol oyunlarında uşaqdan qavrama və digər insanların (oyun
personajlarının) fikir və hisslərini nəzərə almaq bacarığı tələb edən
gözlənilməz vəziyyətlər yaratmaq üçün seçilmiş süjetdə valideyn də uşaqla
birlikdə rollardan birini ifa edə bilər. Onlar sevinə, hirslənə, inciyə, qorxa,
darıxa bilərlər və s. Uşağın bu hissləri dərk etməsinə və tanımasına çalışın.
Belə oyunların təşkili zamanı oyun müxtəlif materiallardan – kubik,
kukla, mebel və qab-qacaq dəstləri, eləcə də tez-tez istifadə olunan
vasitələrdən istifadə edin və onları oyunun gedişinə uyğun lazımi əşyalara
çevirin. Məsələn: hesablama çubuğu qaşıq, temperatur ölçən, avtoqələm,
daraq, pipetka və s. kimi istifadə etmək olar. Bu mərhələdə əvəzedici əşya
gerçək əşyalara çox da oxşamaya bilər və yalnız onu xatırlatmağa xidmət
edir.
• Verilmiş qayda əsasında oyun
Uşağın inkişafının bu mərhələsində verilmiş qayda əsasında
oyunda iştirak etmək olar. Bu qaydaları yadda saxlamalı və valideynin
azacıq dəstəyi ilə oyun prosesində onlara əməl etməlidir. Verilmiş qayda
əsasında oyunlar uşaqlar arasında geniş yayılmışdır. Onlara “qaçdı-tutdu”,
“gizlən-qaç”, “sel gəldi” kimi oyunları aid etmək olar. Həmçinin “Yeyilən-
yeyilməyən”, “domino”, zər və oyun daşları ilə oynanılan “kim birincidir?”,
“Memori” və s. kimi çoxlu sayda didaktik oyunlar da mövcuddur. Belə
oyunlarda ikidən dörd nəfərə qədər oyunçu iştirak edə bilər. Digər ailə
üzvlərinizi və ya tanıdığınız uşaqları birlikdə oynamağa dəvət edə bilərsiniz.
Lakin oyunçuların sayı dörd nəfərdən çox olduqda uşaqlar növbəti
47
gedişlərini gözləməkdən darıxırlar.
Didaktik oyunlar uşağda tələb olunan vərdişlərin inkişaf səviyyəsinə
uyğunlaşdırıla bilər. Uşaqların qaydaları asan mənimsəmələri üçün əvvəlcə,
oyunların sadə variantlarından istifadə etmək olar. Məsələn: Nöqtəli deyil,
sadə şəkilli domino daşlarından, “kim birincidir?” oyununda birdən üçə
qədər böyük nöqtəli zərdən, “Memori” oyununda isə yerlərini asan yadda
saxlaması üçün əvvəlcə yalnız iki cüt kartlardan istifadə edilə bilər və uşaq,
qaydaları yaxşıca yadda saxladıqdan və onu yerinə yetirdikdən sonra daha
mürəkkəb oyun variantlarından istifadəyə keçmək olar.
Dostları ilə paylaş: |