• “Cüt kartlar”
Materiallar: “Memori” – eyni şəkilli on ədəd.
Cüt kartlar dəstini (ikidən ona qədər cüt) stolun üstünə düzün və hər
bir kartın cütü olduğunu uşağa göstərin. Sonra bütün şəkilli kartları arxası
üstə çevirib elə ki, hansı kartın harda olmasını heç kəs bilməsin. Oyunçular
növbə ilə iki kart (bir-birinin ardınca) açırlar və onun adını deyirlər. Kartlar
eyni olduqda oyunçu onları özünə götürür, cüt deyillərsə, onları yenidən
əks üzünə çevirin. Bütün oyunçular onların hara qoyulduğunu yadda
saxlamalıdırlar. Sonra gediş növbəti oyunçunundur. Oyunun sonunda hansı
oyunçuda daha çox kart olarsa o, qalib gəlir.
• “Kim birincidir?” (zər və oyun daşları ilə oyun)
Materiallar: 20-30 dama uzunluğunda oyun sahəsi, hər bir oyun
iştirakçısına eyni rəngdən verilməklə müxtəlif rəngli iri oyun daşları,
birdən üçə qədər nöqtəsi olan iri zər, birdən altıya qədər nöqtəsi olan iri zər.
Satışda sahənin çox uzun, zərin isə çox xırda olduğu oyunlar da vardır. Siz
oyun sahəsini özünüz də çəkə bilərsiniz. Daşların əvəzinə məsələn, “kinder
sürpriz”dən çıxan fiqurlardan da istifadə edə, zəri isə taxta və ya plastmas
konstruksiya kubikinin üstündə iri nöqtələr qoymaqla düzəldə bilərsiniz.
İlkin mərhələdə birdən üçə qədər nöqtəli zərdən istifadə edilir. Oyu-
nun əvvəlində bütün oyunçular öz daşlarını oyun sahəsinin başlanğıcına
yığırlar. Sonra isə növbə ilə zəri atıb onun üzərindəki alınan nöqtələrin sayı
qədər addım gedirlər. Finişə birinci çatan oyunçu qalib gəlir. Oyun qaydaları
mənimsənildikdən sonra 1-dən 6-ya qədər nöqtəli zərdən istifadəyə
başlamaq olar. Uşaq zərdəki nöqtələri bir-bir saymalı, onların ümumi sayını
deməli, daşlarını hər bir damaya qoyub götürməklə sahədə lazımi sayda
gediş etməli və vaxtında dayanmalıdır.
• “Sərxoş” oyunu
Uşaqla hamıya məlum olan “Sərxoş” tipli oyun oynaya bilərsiniz.
Əvvəlcə birdən beşə qədər, sonra isə ona qədər nöqtəsi olan iki nüsxə
kartdan istifadə edin. Kartların içərisindən “şəkil”lilərini götürməklə oyun
48
kartlarından istifadə edə bilərsiniz. Bu oyunu ikilikdə oynamaq lazımdır.
Hər bir oyunçu kartı tərs üzünə bir-birinin üstünə yığır. Sonra hər biri
üstdəki kartı açır və oradakı nöqtələrin sayını deyir. Daha çox nöqtəsi olan
oyunçu hər iki kartı özünə götürür və onu kartların altına qoyur. Bütün
kartları götürən oyunçu qalib gəlir.
• Domino
Materiallar: Şəkilli oyun daşları ilə domino oyunu, nöqtəli oyun
daşları ilə domino oyunu.
İlkin mərhələdə şəkilli kartlardan istifadə edilir. Bütün daşlar şəkillər
altda qalmaqla stola düzülür və hər bir oyunçu yeddi daş götürüb öz
qabağına düzür. Sonra oyunçular növbə ilə öz daşlarını eyni şəkilləri yan-
yana qoymaqla düzürlər. Düzdüyü daşdakı şəklin nə olduğunu uşaqdan
soruşun. Oyunçuda lazımi daş olmadıqda onu tapana qədər stolun üstündə
tərs üzünə düzülmüş qalıq daşlardan (“bazar”) götürür. Bütün daşları qurta-
ran oyunçu qalib gəlir.
Uşaq oyunun qaydasını mənimsədikdən sonra nöqtəli daşlardan
istifadəyə keçmək olar. Nöqtəli daşların çıxarılması zamanı da uşaqdan
orada neçə nöqtə olduğunu soruşmaq lazımdır. Uşaq ya onları bir-bir saya,
ya da birbaşa sayını deyə bilər.
Didaktik məşğələnin keçirilməsi nümunəsi
Stol arxasında uşaqla qarşı-qarşıya oturun. Onun üç şəkilli kart təklif
edin: top, ev və kukla. Qoy, uşaq şəkillərə baxsın və hər birinin adını
desin. Bundan sonra uşağın gözünün qabağında şəkli tərs üzünə çevirin və
soruşun: “Ev hardadır?”, “Top hardadır?” və s. Uşaq doğru şəkli tapmalıdır.
Sonra, uşağa iki matryoşka təklif edin (böyük və balaca).
Matryoşkalar uşaq bağçasına gəliblər. İndi onların məşğələləri olacaq.
Onlara stul düzəltmək lazımdır. İki kərpicdən stul nümunəsi (kərpicin
birini stolun üstünə uzadın, digərini isə şaquli şəkildə onun üstünə qoyun)
düzəldin və uşaqdan da belə etməsini istəyin. İndi matryoşkalar stulda
oturublar və onlara çalışma vermək olar. Onlara sxemlər paylayın və ona
mozaikadan olan həndəsi fiqurları (2-3 fiqur) oraya düzməyi tapşırın.
Çalışma yerinə yetirildikdən sonra fiqurları yığışdırmaq lazımdır. Uşaqdan
onları bir-bir verməsini istəyin: “Kvadratı ver, dairəni ver” və s.
İndi matryoşkalar yemək yeyəcəklər. İri və balaca boşqab tapın. Sonra
soruşun: “İri boşqab hardadır?”, “Balaca boşqab hardadır?” – uşaq onları
göstərir. “Böyük matryoşka hardadır?”, “Kiçik matryoşka hardadır?” –
uşaq onları göstərir. “İndi iri boşqabı götür” – uşaq götürür – “Onu böyük
matryoşkaya ver”. Yerdə qalan balaca boşqabı kiçik matryoşkaya veririk.
Sonra “tərəvəz” hesablama materialından istifadə edirik. Uşağın qabağına
üç ədəd xiyar qoyun və matryoşkanın adından xahiş edin: “Mənə bir dənə
49
xiyar ver”. Uşaq bir neçə xiyarın arasından birini götürüb matryoşkanın
boşqabına qoyur. “Cəmi neçə (xiyar) oldu?” O biri matryoşka xahiş edir,
məsələn, “Mənə iki pomidor ver”. Uşağın qabağına üç ədəd pomidor qoyun.
O, bir-bir saymaqla onlardan ikisini götürüb boşqaba qoymalıdır. Sonra
boşqabı göstərib soruşun: “Cəmi neçə (pomidor) oldu?” Matryoşkaların
hələ də ac olduğunu deyib bu çalışmanı təkrar etmək olar.
Sonra matryoşkalar gəzməyə gedirlər. Onlara beşik (stolun üstünə bir
kərpic uzadıb başqa birini isə düz bucaq altında döndərməklə onun üstünə
qoymaqla) və gəmi (stolun üstünə bir kərpic uzadıb başqa birini isə (yelkən
və ya dor ağacı) şaquli şəkildə onun üstünə qoymaqla) düzəltmək lazımdır.
Siz nümunə qurursunuz uşaq isə nümunəyə baxıb onun surətini düzəldir.
Matryoşkaların gəzintisi sona çatdıqdan sonra kubikləri yığışdırıb məşğələni
bitirmək olar.
Məşğələlər tamamlandıqdan sonra çalışmaların yerinə yetirilməsi
zamanı uşağın ehtiyac duyduğu köməyin həmçinin göstərməklə nəticələr
cədvəllərə köçürülür. Yuxarıda verilmiş məşğələ nümunəsi cədvəl 2-yə
(əlavə 1-ə bax) uyğun gəlir.
Əlavə 1
Qiymət Cədvəli
“Qiymət” qrafasında aşağıdakı işarələrdən istifadə etmək olar:
+ Uşaq çalışmanı sərbəst edir;
+/ - Uşaq çalışmanı azacıq köməklə edir. Siz ona əlavə təlimat verirsi-
niz, diqqəti indi lazım olan hərəkətə və ya vacib təfərrüata yetirməkdə ona
kömək edirsiniz;
-/+ Uşaq çalışmanı əhəmiyyətli dərəcədə köməklə yerinə yetirir. Siz
uşağa kömək edirsiniz, onun əlləri ilə hərəkət edirsiniz və ya çalışmanın bir
hissəsini onun əvəzinə yerinə yetirirsiniz;
- Kömək edilməsinə baxmayaraq çalışma yerinə yetirilməmişdir.
Cədvəl 1. Obyektin daimiliyi barədə təsəvvür və “eynilik”
anlayışına əsaslanan çalışmalar
Bölmə
Bölmənin məzmunu
Təklif edilən çalışmalar
Qiymət
Diqqət və
yaddaş
Obyektin daimiliyi
barədə təsəvvür
Uşağın gözünün qabağında
gizlədilmiş 1-2 şeyi tapmaq
50
Ölçü,
forma,
rəng.
Nümunə
əsasında
çeşidləmə
“Eynilik” anlayışının
formalaşması
Eyni şəkillərin cüt-cüt yığılması.
Şəkilli loto
Ölçüyə görə çeşidləmə
Böyük və kiçik dairələri iki qutuya
yığmaq
Formaya görə çeşidləmə Üçbucaqları və kvadratları iki qutuya
yığmaq
Rəngə görə çeşidləmə
İki rəngdə olan detalları iki qutuya
yığmaq
Quruculuq
fəaliyyəti
Sərt sxemə əsasında
qurma
Seqen lövhəsini yığmaq
(3-4 forma)
Nümunə əsasında qurma Eyni istiqamətdə qurulan kərpiclərdən
ibarət konstruksiya inşa etmək
(yollar, hasarlar və s.)
Hissələrdən tamın
quraşdırılması
Süjeti təhlil edərək iki hissədən ibarət
şəklin quraşdırılması
Saymağın
öyrədilməsi
“Bir” anlayışının
formalaşması
Əşya qrupundan birini götürmək
Oyun
fəaliyyəti
Oyuncaqla funksional
hərəkətlərin sərbəst
şəkildə yerinə yetirilməsi
“İnkişaf etdirən mərkəz”lə sərbəst
oynamaq, maşın sürmək, qəpiyi
daxıla atmaq və s.
Valideynin rəhbərliyi
altında ayrı-ayrı süjetli-
oyun fəaliyyətinin yerinə
yetirilməsi
Valideynin xahişi ilə kuklanı
yedizdirmək və ya onu yatızdırmaq
Cədvəl 2. Bir anlayışla işləmək bacarığı əsasında çalışmalar
Bölmə
Bölmənin məzmunu
Təklif edilən çalışmalar
Qiymət
Diqqət və
yaddaş
Təqdim edilmiş
3-4 obyektin yadda
saxlanılması
Uşağın gözünün qabağında
gizlədilmiş 1-2 şeyi tapmaq
Ölçü,
forma,
rəng.
Adı ilə
seçmə
Ölçü
Böyük və kiçik əşyaları seçmək
Forma
Dairə, üçbucaq və kvadratları seçmək
Rəng
Qırmızı, sarı, göy və yaşıl rəngləri
seçmək
51
Quruculuq
fəaliyyəti
Sərt sxemə əsasında
qurma
Həndəsi mozaikanın 2-3 detalının
sxemə yerləşdirilməsi (3-4 forma)
Üst-üstə qoymaqla
qurma
Nümunənin surətində müxtəlif
istiqamətdə iki kərpicdən ibarət
konstruksiyaların qurulması
(divan, stul və s.)
Hissələrdən tamın
quraşdırılması
Süjeti təhlil edərək üç hissədən ibarət
şəklin quraşdırılması
Saymağın
öyrədilməsi
“Bir”, “iki” anlayışı
Əşya qrupundan bir və ya
ikisini götürmək. 1, 2 rəqəminin
əzbərlənməsi
Oyun
fəaliyyəti
Sərbəst şəkildə ayrı-ayrı
süjetli-oyun fəaliyyətinin
yerinə yetirilməsi
Sərbəst şəkildə kuklanı yedizdirmək
və ya onu yatızdırmaq
Ardıcıl bir neçə oyun
hərəkətlərindən ibarət
süjetli oyun (valideynin
rəhbərliyi altında)
Ardıcıl bir neçə oyun hərəkətlərinin
yerinə yetirilməsi (sıyıq bişirmək,
kuklanı yedizdirmək, onu
yatızdırmaq)
Cədvəl 3. İki anlayışı eyni zamanda məşq etdirmək bacarığına
əsaslanan çalışmalar
Bölmə
Bölmənin məzmunu
Təklif edilən çalışmalar
Qiymət
Diqqət və
yaddaş
İki hissədən və ya iki
mənalı sözdən ibarət
tapşırığın yerinə
yetirilməsi
Bu tipli tapşırıqları yadda saxlamaq
və yerinə yetirmək: “Matryoşkaya xi-
yar və pomidor ver”, “Çəngəli götür,
ayıcığı yedizdir” (müvafiq əşyalar
olduqda)
Məntiqi
təfəkkür
Assosiativ cütlərin
seçilməsi
Assosiativ əlaqəyə malik əşyaların
şəkilləri olan kart cütlüklərini seçib
ayırmaq (ayaq-corab, dovşan-kök)
Ölçü,
forma,
rəng.
Təsnifat
“orta” anlayışının
formalaşdırılması
Böyük, orta və kiçik ölçülü əşyaların
seçilməsi
Bir əlamətin sərbəst
deyilməsi
(rəng, forma və ya ölçü)
İki əlamətinə görə
əşyanın seçilməsi
Əşyanın iki əlamətinə görə seçilməsi
(forma-ölçü və)
Növlər üzrə təsnifat
Bir-birinə zidd iki növə məxsus
əşyaların təsvirləri olan kartlar, onları
iki qrupa bölmək (paltar – qab-qacaq
və s.)
52
Quruculuq
fəaliyyəti
Üst-üstə qoymaqla
qurma
Fiqurun 4-5 hissədən ibarət sxemin
üzərinə qoymaqla qurmaq, çoxlu
sayda detallar arasından seçmək
Nümunə əsasında qurma Nümunənin surətində 3-5 kərpicdən
kreslo, çarpayı və qurmaq,
nümunə əsasında çubuqlardan
üçbucaq,kvadrat, ev, insan qurmaq
və s.
Hissələrdən tamın
quraşdırılması
Süjeti təhlil edərək 4-5 hissədən
ibarət şəklin quraşdırılması
Saymağın
öyrədilməsi
Üçə qədər saymaq
bacarığı
2-də qədər ardıcıllığı bilmək.
Nömrə və əşyanı uyğunlaşdırmaq
Ümumi sayı demək (cəmi)
1-dən 3-ə qədər rəqəmləri bilmək
Oyun
fəaliyyəti
Ardıcıl bir neçə oyun
hərəkətlərindən ibarət
süjetli oyun
Sərbəst şəkildə ardıcıl bir neçə oyun
hərəkətlərinin yerinə yetirilməsi
(mağazaya getmək, nahar hazırlamaq,
kuklanı yedizdirmək və s.)
Valideynin rəhbərliyi
altında süjetli-rol
oyunları
Valideynin rəhbərliyi altında mağaza,
poliklinika, uşaq bağçası oyunu və s.
Rollardan birini uşaq ifa edir.
Cədvəl 4. Eyni zamanda üç anlayışla işləmək bacarığı əsasında
çalışmalar
Bölmə
Bölmənin məzmunu
Təklif edilən çalışmalar
Qiymət
Diqqət və
yaddaş
Üç hissədən və ya üç
mənalı sözdən ibarət
tapşırığın yerinə
yetirilməsi
Bu tipli tapşırıqları yadda saxlamaq
və yerinə yetirmək: “Matryoşkaya
iki xiyar və pomidor ver”, “Balaca
matryoşkaya böyük kasanı ver”
(müvafiq əşyalar olduqda)
Məntiqi
təfəkkür
Assosiativ cütlərin
seçilməsi
Bu tipli suallara şifahi cavab vermək:
“Qışda nə geyinməli? Çəkmə və ya
sandal”
Ardıcıllığın davam
etdirilməsi
Ardıcıllığın davam etdirilməsi:
“Qırmızı, sarı, qırmızı, sarı.....”
Artıq əşyanı axtarmaqla
təsnifat
Təklif edilmiş dörd şəkil arasından
artıq olanını seçmək
53
Ölçü,
forma,
rəng.
Təsnifat
Əşyanın üç əlamətinə
görə seçilməsi
Əşyanın üç əlamətinə görə (ölçü,
rəng-forma) seçilməsi
Əşyanın iki əlamətinin
sərbəst deyilməsi
Əşyanın iki əlamətinin sərbəst
deyilməsi: rəng (və ya iki rəngə,
forma və ya ölçüyə görə)
Növlər üzrə təsnifat
Bir-birinə yaxın iki növə məxsus
əşyaların təsvirləri olan kartlar, onları
iki qrupa bölmək (paltar – ayaqqabı
və s.)
Quruculuq
fəaliyyəti
Sxem əsasında qurma
Çoxlu sayda detallar arasından
seçməklə kiçilən sxem əsasında
şaquli vəziyyətdə olan 4-5 hissədən
ibarət fiqur qurmaq,
Nümunə əsasında rəngi
nəzərə almaqla qurma
Rəngi nəzərə almaqla 4-5 mozaika
hissəsindən ibarət nümunənin yerinə
yetirilməsi
Əşya haqqında əvvəllər
formalaşmış təsəvvürlər
əsasında qurma
Kərpicdən kreslo, təyyarə qurmaq və
ya çubuqdan üçbucaq, kvadrat, insan
fiquru düzəltmək
Hissələrdən tamın
quraşdırılması
Şəkil nümunələri haqqında əvvəllər
formalaşmış təsəvvürlər əsasında
5-20 hissədən ibarət şəkilin
quraşdırılması
Saymağın
öyrədilməsi
Beşə qədər saymaq
bacarığı. Toplamanın
başlanması:
“cəmi” anlayışının
formalaşdırılması,
oyunda hesabdan
istifadə edilməsi
5-ə qədər rəqəm ardıcıllığını bilmək.
Nömrə və əşyanı uyğunlaşdırmaq
bacarığı
Ümumi sayı demək (cəmi)
1-dən 5-ə qədər rəqəmləri bilmək
Hesablama materialının köməyi ilə
toplamanın yerinə yetirilməsi
Oyun
fəaliyyəti
Qoyulmuş qayda ilə
oyunlar
“Cüt kartlar”, “Kim birincidir?”
(kubik və daşla oyun), domino və s.
Sərbəst şəkildə süjetli-
rol oyunları
Mağaza, poliklinika, uşaq bağçası
oyunu və s.
54
Əlavə 2
Kubik-kərpiclərdən qurma nümunələri
yol cığır
alçaq hasar hündür hasar
divan stul gəmi beşik
T hərfi təyyarə təyyarə kreslo
çarpayı stol uşaq çarpayısı
55
Əlavə 3
Həndəsi fiqurlardan qurma üçün sxem nümunələri
ev ev ev
kloun göbələk gəmi
kəpənək ev ev
56
vaqon konfet
küknar ağacı kəpənək
stol yük maşını
57
küknar ağacı palma ağacı
maşın təyyarə
fil it
58
Əlavə 4
İdrak fəaliyyətinin inkişaf etdirilməsi üzrə məşğələlərdə istifadə
edilən materiallar
1. Dörd kiçik oyuncaq və altında onları gizlətmək mümkün olan
stəkanlar
2. Oyuncaq şəkilləri təsvir edilmiş 6 kartdan ibarət dəst
3. Oyuncaq, ərzaq, paltar, mebel, heyvan mövzularında şəkillər olan
cüt kartlar dəsti
4. Oyuncaq, ərzaq, paltar, mebel təsvir edilmiş 4-6 şəkildən ibarət
loto kartları
5. Oyuncaq, heyvan, quş, ərzaq, qab-qacaq, paltar, ayaqqabı, mebel
və ya loqopediya mövzularında keçilmiş digər əşyalar təsvir edilmiş kartlar
dəsti. Hər növdən cəmi 4-5 kart
6. “Kim nə yeyir?”, “Kim harda yaşayır?”, “Nəyi hara qoyurlar?”,
“Nə ilə nə edirlər?”, “Kim nə geyinir?” mövzuları üzrə bir-biri ilə assosiativ
əlaqəyə malik əşyalar cütünün təsvir edildiyi kartlar.
7. Bir hissəsində iki və ya üç rənglə boyanmış şəkil, digərində isə
müvafiq rənglə çəkilmiş iki və ya üç karandaş təsvir edilmiş iki hissədən
ibarət tapmaca formasında yerinə yetirilən didaktik dəst.
8. 4-6 hissəsi olan lövhə (Seqen lövhəsi). Hissələrin dəstəyi rahat
olmalıdır.
9. Müxtəlif ölçüdə səkkiz-on halqadan ibarət piramida
10. Taxtadan hazırlanmış kərpiclər dəsti (10 ədəd)
11. İki-beş hissədən ibarət kəsik şəkillər dəsti. Şəkillər müxtəlif
istiqamətlərdə kəsilməlidir.
12. 5-20 hissədən ibarət kəsik şəkillər (pazllar) dəsti və onun şəkil-
nümunələri
13. Şam qozaları və şabalıd dənələri dəsti, cəmi təqribən 20 ədəd
14. Müxtəlif rəngli iki ölçüdə (böyük və balaca) halqa dəsti
15. Dörd əsas (qırmızı, göy, yaşıl və sarı) rəngdən ibarət böyük mo-
zaika dəsti və uşağın çətinlik çəkmədən mozaika hissələrini üfüqi sıra ilə
yığmasına imkan verən lövhə.
16. Müxtəlif rəngli üçbucaq, dairə, kvadrat, düzbucaq, trapesiya və
romblardan ibarət həndəsi fiqurlar dəsti və bu həndəsi fiqurların qoyula
biləcəyi və təbii ölçüdə təsvir edilmiş 2-5 detaldan ibarət sxemlər. Həndəsi
mozaika dəstinin həndəsi fiqurların üzərinə qoyula bilmədiyi, 2-5 detaldan
ibarət kiçildilmiş sxemləri.
17. Üç rəngdə (qırmızı, göy və sarı) və iki ölçüdə (böyük və kiçik)
üçbucaq, dairə, kvadrat və düzbucaqlardan ibarət olan, eləcə də qalınlığına
(“qalın” və ya “nazik”) görə fərqlənən “Dyeneş məntiqi blokları” dəsti.
59
18. Hesablama çubuqları (20 ədəd) dəsti və beş diametri təqribən iki
santimetrə bərabər beş dairəcik.
19. Meyvə və tərəvəz mövzusunda hesablama materialı dəsti.
20. Üç dənəli matryoşka
21. İki bala matryoşka.
22. Müxtəlif ölçülü üç boşqabdan ibarət dəst.
23. İki nüsxədə işarələnmiş “1”, “2”, “3”, “4”, “5” rəqəmləri yazılmış
kartlar dəsti.
24. İki nüsxədə “1”, “2”, “3”, “4”, “5” rəqəmləri və “+” və “-” durğu
işarələri yazılmış kartlar dəsti.
25. 1, 2, 3, 4, 5 əşya təsvir edilmiş şəkillər dəsti.
26. Hesablama materialı dəsti (30 dairəcik)
27. “Memori” oyunu: eyni şəkilli 10 cüt kart.
28. “Kim birincidir?” oyunu: 20-30 dama uzunluğunda oyun sahəsi,
hər bir oyun iştirakçısına eyni rəngdən verilməklə müxtəlif rəngli iri oyun
daşları, birdən üçə qədər nöqtəsi olan iri zər, birdən altıya qədər nöqtəsi olan
iri zər.
29. “Domino” oyunu: şəkilli oyun daşları.
30. “Domino” oyunu: nöqtəli oyun daşları.
60
BAKIDA YERLƏŞƏN DAUN SİNDROMLU
ŞƏXSLƏRİN ASSOSİASİYASI HAQQINDA:
2002-ci ilin əvvəlində Bakıda Zaqafqaziyada yeganə olan
“Daun Sindromlu Şəxslərin Assosiasiyasi” yaradılmışdır. As-
sosiasiyanin əsas məqsədi Daun sindromlu şəxslərin və həmçinin
onların ailə üzvlərinin sosial-mədəni reabilitasiyasi və cəmiyyətə
inteqrasiyasından ibarətdir. Assosiasiyada uzun müddət müxtəlif
səbəblər üzündən cəmiyyətimizdən kənar düşmüş 96 uşaq və
yeniyetmə cəmləşib.
Assosiasiya 24 sentyabr 2003-cü ildən Ədliyyə Nazirliyində
1103-Q1- 1475 saylı qeydiyyatdan keçərək tam hüquqi əsaslarla
fəaliyyət göstərir. Assosiasiya bir qrup valideynin təşəbbüsü ilə
yaradılmış və onun bütün işçiləri, həmçinin rəhbəri 10 ildən çox-
dur ki, xeyriyyə məqsədilə təmənnasız xidmət göstərirlər.
Assosiasiyamızın nəzdində dünyanın bir çox ölkələrində
tanınmış, 2003-cü ildə Vyanada keçirilmiş Beynəlxalq festivalda
Dostları ilə paylaş: |