UŞaqlarin hüquqlari və jurnaliSTİka praktikasi hüquqlara əsaslanan perspektiV



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə17/18
tarix22.04.2017
ölçüsü1,25 Mb.
#15608
1   ...   10   11   12   13   14   15   16   17   18

zərurəti 

Uşaqlar, habelə əksər yaşlılar özlərinin azad 

fikir hüququ barədə həmişə məlumatlı olmur-

lar. Onlardan aidiyyəti tərzdə istifadə olunmadıq-

da, öz fikirlərinin ifadə edilməsində tez-tez utanır 

və çətinliklərlə üzləşirlər. Uşaqlar yanlış məlumat 

verdikdə və ya necə düşündüyünü və hiss etdiyi-

ni ifadə edə bilmədikdə, media təlimi olmadan on-

lar danışmaq üçün qorxa bilərlər. Savadsız uşaq-

lar, əlil uşaqlar və cəmiyyətdə formalaşmayan digər 

təbəqələr onların iştirakına imkan yaradılması üçün 

bəzən mütəxəssis köməyinə ehtiyac duyurlar.    

Media qurumları ən zəif insanların öz fikirlərini 

ifadə etmələri üçün bir vasitədir. Media proqramları 

Uşaq Hüqüqlarına dair Konvensiyanın normalarına 

və prinsiplərinə hörmətlə yanaşdıqda, onlar müna-

sib təqlid modellərini göstərməklə yaşlıların uşaq-

lara nəzərən qavrayışını dəyişdirə bilərlər; adətən 

müzakirə edilməsi çətinlik doğuran zorakılıq kimi 

məsələləri ictimaiyyət qarşısında qoya bilərlər və 

yaşlıların davranış tərzini tənqid edə bilərlər.  

Uşaqların mediada iştirakı danışmaq imkanın-

dan, eləcə də müvafiq dinləyici auditoriyasından 

asılıdır. Texnologiyanın uşaqlara təşəbbüsü ələ al-

mağa imkan verdiyi ölkələrdə məsələn, öz veb-

saytlarını yaratmaqla, qarşıda duran tapşırıq və ya 

vəzifə uşaqların fikirlərinin və maraqlarının infor-

masiya zənginliyində qərq olunmasından müdafiə 

etməyə yönəlmişdir. Cəmiyyət uşaqların fikirlərini 

nəzərə almalıdır və mediada uşaqlar üçün məkan 

ayırmalıdır.     

Sonrakı şərh və resurslar 

Beynəlxalq Plan təşkilatı: http://www.plan-

international.org/ 

«Danışmaq, İştirak Etmək və Qərar Vermək 

– Uşağın Öz Fikrinin Dinlənilməsi Hüququ», 

Beynəlxalq Plan təşkilatı, 2006. 

«Dünyadakı Uşaqlar, Gənclər və Media: Ten-

densiyaların və Məsələlərin İcmalı», İntermedia 

(2004) 

«Uşaqlar Mediada», İsveç Planı təşkilatı (2006). 



BMT-nin Uşaq Hüquqları Komitəsi (1996), 

«Uşaq və Media». 



78

«Mən hələ də inanıram ki, əgər sizin məqsədiniz 

dünyanı dəyişməkdən ibarətdirsə, jurnalistika daha 

çevik ani vasitə hesab olunur. » Tom Stopperd  

Oslo Çağırışı BMT-nin Uşaq Hüquqları haqqında 

Konvensiyasının 10-cu ildönümünə həsr edilməklə, 

media sahiblərini və praktikantları, müəllimləri, 

siyasətçiləri və uşaqların özlərini 

bütün dünyadakı uşaqların həyat tərzində 

kütləvi informasiya vasitələrinin müsbət təsirə 

çevrilməsinin yeni metodlarını axtarmağa sövq et-

mişdir.   

Media sahibləri daxil olmaqla, özəl sektorun qarşı-

sında duran vəzifə aşağıdakılardan ibarət olmuşdur:   

  yeni media məhsullarının və texnologiyalarının 



inkişafında uşaqların mediadan istifadə etmək, 

mediada iştirak etmək, media tərəfindən 

maarifləndirilməsi və zərərli xəbər buraxılışın-

dan müdafiə olunmaq hüququnun nəzərə alın-

ması; 



   bütün insanların qorunduğu, hörmət edildi-



yi və sərbəst olduğu qlobal cəmiyyətdə hazırkı 

uşaqların yaşlılara çevrilməsi üçün kommersi-

ya və maliyyə uğurları istiqamətində uşağın ən 

yaxşı maraqlarının başlıca surətdə nəzərdən 

keçirilməsi 

Artıq müzakirə etdiyimiz kimi, geniş şəkildə 

tanınmış jurnalistlərin əksəriyyəti uşaqların 

tələbatlarına (və hüquqlarına) həddindən artıq 

diqqət yetirilməsinin əhəmiyyətinə şübhə ilə ya-

naşırlar. Məsələn, Birləşmiş Krallıqda hər həftə 



Mətbuat Orqanı adlı müxtəlif sahələri əhatə edən 

jurnal 18 yaşından aşağı şəxslərin cəlb olunduğu 

məhkəmə işlərinə xəbərlərin verilməsinə qoyulan 

məhdudiyyətə qarşı hüquqi iddialar barədə qəzet 

materiallarını özündə cəmləşdirir.      

Gənc cinayətkarların ictimaiyyətin sərt baxışla-

rından kənarda öyüd-nəsihət almaq hüququnu ta-

nımaqla, BMT-nin Uşaq Hüquqları haqqında Kon-

vensiyasının nəzərə alınması üçün qanunvericiliyə 

yenicə dəyişikliklərin edilməsinə baxmayaraq, me-

dia qurumları islahedilməz cinayətkarların adını 

açıqlaya bilmədikdə, bu, bəziləri tərəfindən mətbuat 

azadlığının məhdudlaşdırılması kimi nəzərdən ke-

çirilir.  

Lakin bir çox jurnalistlər öz fəaliyyətinin özəyini 

uşaqların maraqlarının üzərində cəmləşdirməyə 

səy göstərirlər və biz dünyanın yerində birgə 

işləyərək onların nümunələrini görə bilərik. 2003-cü 

ildə Makedoniyada yaradılmış Uşaqların və Qadın-

ların Hüquqları haqqında Jurnalistlər təşkilatı media 

təqdimatları, bülletenlər və filmlər vasitəsilə uşaqla-

rın hüquqları üzrə kampaniya keçirir. Uşaqların Hü-

quqları üzrə Beynəlxalq Jurnalistlər Klubu Qana 

Respublikasında Metyu Mak-Kvame adına Qana 

Jurnalistika və Franki Asare Donkoh FM Seçimi İns-

titutu tərəfindən təsis edilmişdir. 

ANDİ adlı Braziliya uşaqları üzrə xəbər agentliyi 

jurnalistləri uşaqların məsələləri barədə araşdırma 

aparmağa və yazı dərc etdirməyə həvəsləndirmək 

üçün Uşaqların Jurnalist Dostları adlı mükafatı-

nı təqdim edir. Onlar aşkar etmişlər ki, təltif onla-

rın həbsxanalarda olan uşaqlara geniş şəkildə baş 

çəkməsinə imkan vermişdir.      

Həmçinin Beynəlxalq Gənclər Prizi fondu xalq-

lar/dövlətlər arasında anlaşmanın dərinləşdirilməsi 

və kommunikasiyanın gücləndirilməsi ilə gənclər 

üzrə ümumdünya televiziyasının keyfiyyətini artır-

mağa səy göstərir. Beynəlxalq Gənclər Prizi fon-

du belə bir ideyanı dəstəkləyir ki, televiziya hədəf 

auditoriyasına qarşı cəlbedici olmalı və digər 

mədəniyyətlər haqqında məlumatlılığı və onların 

qiymətləndirilməsini artırdıqca, uşaqlara öz fikirlərini 

və mədəniyyətini nəzərdən keçirməyə, dinləməyə 

və onu ifadə etməyə imkan verməlidir. Beynəlxalq 

Gənclər Prizi fondunun mükafatı bütün dünyada 

uşaqların yayımlanmasında ən nüfuzlu televiziya 

mükafatı kimi geniş miqyasda nəzərdən keçirilir.    

2003-cü ildə Beynəlxalq Jurnalistlər Federa-

siyası və Cənubi Afrika Jurnalistləri Assosiasiya-

sı mediada uşaqların hüquqlarının dəstəklənməsi 

üzrə Keyptaunda iki günlük praktiki seminar ke-

çirdi. Uşaqlara aid məsələlərin işıqlandırılmasın-

da jurnalistlərin sosial məsuliyyəti və xüsusi qay-

ğının göstərilməsi barədə müzakirələr aparılmış-

dır. İştirakçılar vurğulamışlar ki, uşaqlar yaşlı-

lar kimi deyildirlər və onların xüsusi yardıma və 

müdafiəyə ehtiyacı vardır. Lakin əksər hallar-

da uşaqlara media qurumları tərəfindən laqeyd 

münasibət göstərilir. Görüş Uşaqların Doğru Yola 

 

ЯСАС АРАШДЫРМА ПРЕДМЕТЛЯРИ 

 Ушаглар барядя хябярлярин верилмясиндя оптимал практика 



 Ушагларын тямсил олундуьу медианын мониторинги вя гиймятляндирилмяси: мятбуат, радио, 

телевизийа 

8. UŞAQLARA DAİR JURNALİSTİKADA QABAQCIL PRAKTİKA 

BÖLMƏ 2: uşaqların hüquqları və peşəkar jurnalistika praktikası


Uşaqların Hüquqları və Jurnalistika Praktikası – Tələbənin İstiqamətləndirilməsi

79

İstiqamətləndirilməsi - Jurnalistlər və Media Peşəkarları 

üzrə Beynəlxalq Təlimatlar adlı sənədin nəşr olunması 

ilə nəticələnmişdir.          

Uşaqlara yönələn jurnalistika üzrə digər təşkilatlar 

da mükafatlar təsis edirlər. 2002-ci ildə Haiti Plan və Va-

şinqtonun Panos İnstitutu uşaq hüquqları məsələləri 

barədə optimal xəbərlərin verilməsi üzrə milli jurnalisti-

ka prizini təsis etdi. Təşəbbüs nəinki uşaqlar və onların 

hüquqları barədə yüksək keyfiyyətli xəbərlərin istehsalı-

nın artması ilə nəticələnmiş, eləcə də media sahiblərini 

və jurnalistləri uşaqlara daha çox qulaq asmağa stimul-

laşdırmışdır.        

Uşaqlar və onların hüquqları barədə yüksək 

keyfiyyətli xəbərlərin verilməsi üzrə media institutları 

və jurnalistlər üçün Dzitri mükafatını təsis edərək, Toqo 

Planı təşkilatı FAO Afrika adlı QHT tərəfdaşı ilə 2006-cı 

ilin iyun ayında oxşar layihəni həyata keçirdi.  İllik müka-

fatın təqdimatı üzrə münsiflər heyətinin üzvləri Toqo Pla-

nı təşkilatının uşaqlar və media barədə proqramında iş-

tirak edən azyaşlı jurnalistlərdən ibarətdir.      

Qabaqcıl praktikanın nümunələri  

QƏZETLƏR  

Təhsildə Qəzetlər 

Ümumdünya Qəzetlər Assosiasiyası (ÜQA) 18000 

qəzeti, 100 ölkədə 71 milli qəzet assosiasiyasını, 

qəzet rəsmilərini, 13 xəbər agentliyini, 9 regional və 

beynəlxalq mətbuat qruplarını öz ətrafında birləşdirən 

qlobal təşkilatdır. O, dünyanın hər yerində aparılan 

eksperimentlər əsasında yeni gənc oxucuların cəlb 

edilməsi üçün 30 ideyadan ibarət paket hazırlamışdır. 

ÜQA dünyanın ikinci böyük qəzet istehsalçısı və üçün-

cü böyük jurnal istehsalçısı olan Norske Skoq nəhəng 

Norveç şirkətinin 1,74 milyon ABŞ dolları məbləğində 

vəsaiti hesabına maliyyələşdirilməklə, Təhsildə Qəzetlər 

(TQ) layihələrindən ibarət beş-illik proqram haqqında 

elan dərc etdirmişdir. 

TQ proqramları bütün dünyada çap olun-

muş nəşrlərin məktəb gününün tərkib hissəsinə 

çevrilməsi üçün nəzərdə tutulur. Yeni proqram yer-

li dillərdə müəllimlər üçün təlim komplekslərinin 

işlənib hazırlanması ilə Balkan ölkələrində və Asiya-

da təmərküzləşəcəkdir. Proqramın ideyası savadlılığın, 

ümumi biliyin, təhlil bacarıqlarının artırılması üsulu və fi-

kir azadlığının, tolerantlığın və demokratik dəyərlərin 

əhəmiyyətinin qiymətləndirilməsi kimi nəşr istifadə olun-

masından ibarətdir.  

Avropa-Ərəb Qonşuluğu: Ərəb dövlətlərində və Avro-

pada tələbə jurnalları 

UNESKO Avropa-Ərəb Qonşuluğu layihəsinin ic-

rasına başlamışdır: Tələbələr İslam Dünyası ilə Dia-

loq proqramının əhatə dairəsi daxilində Körpülər adlı 

layihəni işləyib hazırlayırlar. Almaniyada keçirilən prak-

tiki seminar zamanı Danimarka, Misir, Almaniya, İor-

daniya, Livan, Liviya, Fələstin, Qətər, Sudan, Suri-

ya, Tunis və Ukraynanın təhsil nazirliklərindən, ictimai 

təşkilatlardan, nəşriyyat evlərindən və məktəblərdən 

təmsil olunan ekspertlər güclü və davamlı məktəb jur-

nalları şəbəkəsinin əsasını müəyyən etmişlər.      

Layihənin məqsədi məktəb jurnalları sahəsində 

əməkdaşlıq vasitəsilə gənclər arasında Avropa-Ərəb di-

aloquna dəstək verilməsindən ibarətdir. Avropa və Ərəb 

vətəndaşları arasındakı dialoq çoxmədəniyyətli və çox-

dinli icmalarda dinc birgə yaşayış üçün ilkin şərt hesab 

olunur. Mümkün qədər tez olaraq qərəzli fikirlərin azal-

dılması və mükəmməl anlaşmanın yüksəldilməsi, Av-

ropa və Ərəb dövlətlərinin gəncləri arasında təcrübə 

mübadiləsi ən böyük əhəmiyyət kəsb edir. Bütün növ 

məktəblərin və jurnalistika əməkdaşlığı ilə maraqla-

nan hər hansı yaşda gənclərin bu layihədə iştirakı 

təqdirəlayiqdir.    



Kuleana Uşaqlarının Hüquqları 

Mərkəzi  

Tanzaniyanın Mvanza əyalətində yerləşən Kulea-

na Uşaqlarının Hüquqları Mərkəzi media qurumlarını 

və jurnalistləri mühüm müttəfiqlər kimi hesab edir. Bö-

yük sayda küçə uşaqları daxil olmaqla, gənclər Mvan-

zanın 800 minlik əhalisinin yarısını təşkil edir. 1992-ci 

ildə mərkəzin açılmasından sonra küçə uşaqları şəhərin 

hər yerində divarlara yapışdırılan qəzetlərdə öz fikirlərini 

yerləşdirməyə başladılar. Hazırda Mambo Leo adlı afişa 

jurnalı hər bir məktəbdə təşkil edilir.     

Kuleana Mərkəzi regional qəzetlərin redaktorla-

rına belə bir çağırışla müraciət etmişdir: «Bunlar si-

zin uşaqlarınızdır. Siz vəziyyət barədə nə etməyi plan-

laşdırırsınız?» Əvvəlcə, küçə uşaqlarının mediada 

işıqlandırılması sensasiya doğurdu. Media qurumları 

daha inamla fəaliyyət göstərdikcə, onlar ilkin səbəbləri 

nəzərdən keçirməyə və ilk növbədə kənd uşaqlarının 

küçələrə axışmasına gətirib çıxaran şəraiti araşdırma-

ğa başladılar. Yerli radio stansiyaları müsabiqə qalibləri 

üzrə  prizlərlə birlikdə küçə uşaqları üçün 15 dəqiqəlik 

vaxt ayırdılar. İngilis və suaxili dillərində çıxan mil-

li qəzetlərdə müntəzəm məqalələr dərc olunmağa baş-

ladı. Mərkəz uşaqlara qarşı zorakılığın mediada işıqlan-

dırılmasının artırılması məqsədilə Tanzaniya Media Qa-

dınları Assosiasiyası ilə əməkdaşlıq etmişdir.       

 Kuleana Mərkəzinin həmtəsisçisi və sabiq icra-

çı direktoru Rakeş Racani deyir ki, media qurumları 

«düşüncəli vətəndaşlar» kimi ictimaiyyətin - o cümlədən 

uşaqların - uşaq hüquqları ilə məşğul olması üçün im-

kanlar yarada bilər. O, həmçinin bildirir ki, jurnalistlər 

uşaqların hüquqları məsələsinin iqtisadi xəbərlərə daxil 

edə bilməlidirlər. «İqtisadi strukturda qeyri-münasib ki-

çik bir dəyişiklik yerinə yetirilən ictimai tədbir vasitəsilə 

onilliklər ərzində əldə olunan sosial tərəqqini alt-üst edə 

bilər. Milli büdcədə bir dəyişiklik 100000 əlavə uşağın 

içməli su təminatı olmadan yaşamasını nəzərdə tuta 

bilər.»   


80

RADİO 

Nisbətən ucuz, asanlıqla istifadə edilən və mo-

bil olmaqla, radio hətta ən acı sosial şəraitdə ən 

davamlı və effektiv vasitə kimi özünü sübut etmiş-

dir. Afrikada ən mühüm kommunikasiya sistemi 

kimi böyük və kiçik olmaqla minlərlə radio stansiya 

mövcuddur. Gənclər çox vaxt öz zövqlərinə xidmət 

edildiyinə əmin olmaq üçün şəxsi məqsədlərinə 

doğru radio texnologiyasından faydalanmağın, 

«pirat radio» vasitəsilə radio-kanallardan istifadə 

edilməsinin tərəfdarı olduğunu sübut etmişlər. On-

ların yaradıcı səyləri geniş miqyasda fəaliyyət 

göstərən tele-radio yayım şirkətlərinə güclü təsir 

edə bilər. 

  

BMT Uşaq Fondunun

Somali layihəsi 

Somalidə BMT Uşaq Fondu radio layihəsini 

işləyib hazırlamaq üçün gənclər təşkilatları ilə 

birlikdə çalışmışdır ki, bu da gənclərə radio kanal-

larından sərbəst istifadə etməsinə şərait yaratmış-

dır. Layihənin tərkib hissəsi kimi, BMT Uşaq Fon-

du intellektual və populyar şou-verilişlərin yayım-

lanması üçün radio istehsalı sahəsində gənclərə 

təlim keçirir. Layihə yalnız gənclərin əylənməsi və 

səsvermə hüququnun təmin edilməsi üçün deyil, 

həmçinin sosial və səhiyyə məsələlərin nəzərdən 

keçirilməsində lazımi dəyişikliklərin aparılması 

üçün istifadə olunur.    

Somalidə gündəlik həyat tərzi hər gün saat 

5:30-da fəaliyyətin dayandırıldığı və BBC-nin So-

mali Xidməti Bürosunun verilişlərinə qulaq as-

maq üçün izdihamlı kütlələrin radio stansiya-

nın ətrafına toplaşdığı yerlərdə planlaşdırılır. 

Somali sakinləri özlərinin şifahi mədəniyyətini 

dəstəkləmək üçün texnologiyadan istifadə etmiş 

və müharibənin tüğyan etdiyi ölkəni əhatə edən 

yayım icmasını yaratmışlar və Somalinin hüdudla-

rında yaşayan soydaşlar internet vasitəsilə ondan 

istifadə edirlər.   

Somalidəki gənclər sülh, inkişaf və uşaqların 

hüquqları məsələləri barədə çoxlu və qəti rəylərini 

ifadə etmişlər. Hazırda Somali gənclərinin fikirləri 

əvvəlki dövrə nisbətən daha böyük inamla və 

ümidlə dinlənilir. Yayım şirkətləri və istehsalçı qu-

rumlar gənclərin iştirakı barədə öz təəssüratlarını 

bildirmiş və onların radio kanallarından sərbəst 

istifadəsinə şərait yaratmışdır.   

Poeziya, dram, mahnılar və digər ənənəvi 

ifadə formaları xəbərləri və əyləncəli proqramları 

təmin edir və müzakirəyə imkan yaradır.  

Bu layihənin gücü Somalidəki radionun 

əhəmiyyətində və gənclər üzrə yayım şirkətlərinin 

öhdəliyində özünü büruzə verir. Layihə təsbit et-

mişdir ki:      

  gənclərin media istehsalına cəlb edilməsi 



gənclər üçün maraqlı və məqsədyönlü olan 

proqramların layihələndirilməsi, yaradılması və 

yayımlanması üzrə köklü əhəmiyyət kəsb edir;

  gənc istehsalçılar öz məhsullarını gəlir 



mənbəyi kimi deyil, öz fikirlərinin dinlənilməsi 

üsulu kimi hesab edirlər;

  mütəşəkkil gənclər qrupu vasitəsilə gənclərin 



istehsal potensialının yaradılması onların ar-

tıq fəal şəkildə çalışdığı icma xidmətinin 

genişlənməsi kimi izah edilir, deməli onlar nə 

istehsal etmək istədiklərini hiss edirlər;

  gənclərə təlim keçərkən, onlar öz 



davamiyyətini öhdəlik kimi deyil, faydalanmaq 

imkanı kimi nəzərdən keçirirlər;

  xəbər buraxılışının gənclərə həvalə edilməsi 



ona təminat verir ki, yerli səviyyədə vacib olan 

mövzular haqqında mühüm proqramlar hazır-

lanır və bu proqramlar Somali gənclərinə isti-

nad olunan xüsusiyyətlərə malikdir;

  gənclərin istehsalı yerli icmanın və yayım 



şirkətinin öz proqramının yerli şəraitdə qəbul 

edilən və dəstəklənən məhsul kimi hesab 

etdiyinə təminat verir;

  gənclər mediada mübahisəli məsələləri 



nəzərdən keçirərkən, onlar çox vaxt həssas 

siyasi məsələlər barədə ziddiyyətli tərzdə 

təkəbbürlü olmurlar (Burundidə gənclər qiyam-

çı liderlər ilə müsahibə aparmış və böyük uğur-

larla siyasi debatda iştirak etmişlər);

  gənclər yeni texnologiyanın öyrənilməsi üzrə 



ruh yüksəkliyinə malikdirlər və media on-

larda həyəcan doğurur, deməli yaşlılar ilə 

müqayisədə onların təlim keçməsi çox vaxt 

asan olur.



Zəbt Radiosu 

1997-ci ildə Şənbə günlərinin birində Birləşmiş 

Krallıqda Lesterdə yerləşən FM Vadisi radio stan-

siyasında «Filip Solo ilə Söhbət» adlı gecə efiri 

məkanını üç nəfər gənc zəbt edərkən, Zəbt Radio-

su fəaliyyətə başladı. İki saat ərzində Elli (15 yaş), 

Sem (12 yaş) və Rayne Menzis (10 yaş) studiya-

ya soxularaq, Filipi kəndirlə bağlayaraq və orada 

«girov vəziyyətini» yaradaraq, Filipin verilişini zəbt 

etmişlər. «Radio Polisi» məntəqəsinin müfəttişi Lo-

uton onların cənab Solonu «azad etməsindən» və 

ona öz verilişinin sonuncu yarım saatlıq hissəsini 

başa çatdırmağa imkan verməsindən əvvəl pissa 

və şokolad vəd etməli olmuşdur.  

Sonrakı ildə Viqstonda yerləşən FM İNDİ adlı 

oxşar radio stansiyanı üç nəfər uşaq zəb etdi. Bu 

dəfə onlar radio stansiyanı dörd həftə ərzində ələ 

keçirdilər və dörd dəfə bir-saatlıq proqramı yayım-

ladılar.     



BÖLMƏ 2: uşaqların hüquqları və peşəkar jurnalistika praktikası

Uşaqların Hüquqları və Jurnalistika Praktikası – Tələbənin İstiqamətləndirilməsi

81

2000-ci ilin avqust ayınadək proqramlar elə ge-

niş vüsət alırdı ki, uşaqların özünün radio stansi-

yasının yaradılmasına ehtiyac duyulurdu. 2000-ci 

ilin sentyabr ayında kollektiv Zəbt Radiosu Uşaq-

larının Media Fondunun əsasını qoydu ki, bunun-

la da daha çox uşaq proqramların necə təqdim 

edilməsini və satış təcrübələrindən necə istifadə 

olunmasını öyrənə bildi. Hazırda altı ildən çox bir 

müddətdə müstəsna şəkildə yayımlanması üçün 

uşaqlara lizensiya verilməsi ilə əlaqədar Birləşmiş 

Krallıqda ilk radio stansiya hesab oluur. 

Xeyriyyə cəmiyyəti gənclərə kollektiv kimi birgə 

fəaliyyət göstərməyi, işləri son müddətdən əvvəl 

başa çatdırmağı və öz bacarıqları daxilində işi 

yerinə yetirməyi öyrədir. Bu, onların inamını, plan-

laşdırma və təşkilati bacarıqlarını formalaşdırır və 

onların ünsiyyət qabiliyyətini artırır (bəzi hallarda 

belə bacarıqları olmayan uşaqlar fiziki və ya sözlə 

zorakılığa məruz qalmadan öz fikirlərinin necə ifadə 

edilməsini öyrənmişlər). Radioda çalışan peşəkar 

yaşlılar, media və mətbuat sahəsinin təmsilçiləri ra-

dio istehsalında, jurnalistikada, vebsaytın dizayn və 

tərtibatının hazırlanmasında və video istehsalında 

onlara mühüm peşə bacarıqlarını və qabiliyyətini 

öyrədir. 



«Mən Uşağam, lakin Mənim 

Hüquqlarım da Var !»

«Mən Uşağam, lakin Mənim Hüquqlarım da 

Var !» layihəsi uşaqlar tərəfindən hazırlanan və 

Qərbi Afrika boyunca yayımlanan radio proqramı-

dır. Bu, uşaqların hüquqlarına hörmətlə yanaşılma-

sı üzrə öz öhdəlikləri barədə valideynlərə, uşaqlara 

və səlahiyyətli qurumlara məlumat verərək 1998-ci 

ildə ilk dəfə olaraq efirə çıxdı. Adı çəkilən layihə 

radio kanalları vasitəsilə BMT-nin Uşaq Hüquq-

ları haqqında Konvensiyasının dəstəklənməsinə 

yönəlmişdir. 

Radio layihə Burkina Fasoda, Qvineyada, To-

qoda, Malidə, Seneqalda, Qvineya Bissauda və 

Benində yayımlanır. Hər ölkədə 10-a yaxın radio 

stansiya (o cümlədən, dövlət, özəl, kənd və icma 

radio stansiyaları) bu proqramı konkret ölkənin 

mədəniyyətinə uyğunlaşdıraraq efirdə aparır.  

Söylənilən əhvalatlar uşaqların məktəbə 

getmək, içməli sudan istifadə etmək, sağlam 

böyümək və zorakı istismara qarşı müdafiə olun-

maq hüququnu dəstəkləyir. Bu əhvalatlar yüzlərlə 

peşəkar komik aktyorları və uşaqları (altı yaşın-

dan on səkkiz yaşına qədər təxminən 600 uşaq və 

gənc) əhatə edir. Uşaqların iştirakı layihənin böyük 

hissəsini təşkil edir. Onlar nəinki istehsalatda bir-

başa iştirak edirlər, eləcə də müsahibələr və debat-

lar, radio müsabiqələri vasitəsilə, habelə şerlərin, 

məktubların və cizgilərin təqdim edilməsinə cəlb 

olunurlar.   

«Mən Uşağam, lakin Mənim Hüquqlarım da Var 

!» layihəsi radio kampaniyasına nisbətən daha ge-

niş vüsət almışdır. Teatr fəaliyyəti və məktəb tamaşa-

ları sözü gedən layihənin ayrılmaz tərkib hissələri he-

sab olunur. Kampaniya layihəsi özünün planlaşdırıl-

mış məhsuldarlığından və əhatə dairəsindən kənara 

çıxmışdır. Yüzlərlə uşaq şou verilişlərinin istehsalı-

na və yayımlanmasına cəlb edilmişdir və minlərlə 

uşaq layihə daxilindəkı müsabiqələrdə və ictimai 

söhbətlərin lentə yazılmasında iştirak etmişdir.    

Əhvalatların söylənilməsi və maarifləndirici dram 

əsərləri uşaqların hüquqlarına dair məlumatlılığın 

yüksəldilməsi üçün səmərəli və populyar metod-

lar kimi özünü təsbit etmişdir. Uşaqlar əhvalatları 

bilavasitə öz həyat tərzləri ilə əlaqələndirə bilərlər. 

Mesajların yazılması uşaqları yaşlıların dəstəyini 

qazanmağa və öz problemlərinin həlli yollarını ax-

tarmağa doğru cürətləndirir. Onlar öz ailələrindən 

və dostlarından eşitdiklərini müzakirə etməklə əldə 

etdiyi bilikləri başqalarına çatdırırlar. Radioda digər 

gənclərinin söhbətini dinləmək uşaqların özlərini iş-

tirak etməyə və ya öz fikirlərinin çatdırılması üçün 

başqa metodlardan istifadə etməyə cürətləndirir və 

stimullaşdırır.        

 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin