UŞaqlarin hüquqlari və jurnaliSTİka praktikasi hüquqlara əsaslanan perspektiV



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə12/18
tarix22.04.2017
ölçüsü1,25 Mb.
#15608
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

Sonrakı resurslar

Uşaqların Hüquqları üzrə İnformasiya 

Şəbəkəsi: 

Yuvenal Ədliyyə üzrə Beynəlxalq Normalar və 

Standartlara Bələd olun. 10/08/2006 

(Onuncu sessiyaya dair hesabat, oktyabr/no-

yabr 1995, Uşaq Hüquqları haqqında Konvensiya /

Maddə/46, paraqraf 220): 

http://www.crin.org/resources/infodetail.

asp?id=9711 

Birləşmiş Krallığın Uşaqların Xilası təşkilatı, 

«Yuvenal Ədliyyə»: «Qanuna Zidd olan Uşaqlar ilə 

İş aparılmasının Müasir Konsepsiyaları»: 

http://www.crin.org/resources/infodetail.

asp?id=11042

Birləşmiş Millətlər Təşkilatı: Qanuna zidd olan 



uşaqların açıqlanmamış əhvalatları: 

http://www.un.org/events/tenstories_2006/story.

asp?storyID=2800

Uşaqların Hüquqları üzrə İnformasiya Şəbəkəsi 

- Mövzu: Qanuna Zidd olan Uşaqlar: 

http://www.crin.org/themes/ViewTheme.

asp?id=16 

BBC-nin Bütün Dünyadakı Uşaqlar üzrə 

Ədliyyə Sistemi: Sinifdə istifadə oluna bilən Radio 

Seqmentlər və Blok Yayımları: 

http://news.bbc.co.uk/1/hi/programmes/docu-

mentary_archive/6090608.stm 

BBC Xəbərləri – Ceymi Bulqerin Qatilləri üzrə 

Məhkəmə Hüquqları: 

http://news.bbc.co.uk/1/hi/uk/295752.stm

http://news.bbc.co.uk/1/hi/uk/567578.stm 

«Körpələr və Cinayətkarlıq: Yaponiyada və Ame-

rika Birləşmiş Ştatlarında Gənclərin İşıqlandırılma-

sının Müqayisəli Tədqiqatı», Tom Brislin və Yaşuhi-

ro İnou. Kütləvi Media Etikası Jurnalı, 2007 22(1), 

səhifələr 3-17 

Media üzrə qanunlar toplularının əksəriyyəti 

xəbərlərin verilməsi, uşaqlar və qanunvericilikdən 

bəhs edən fəsildən ibarət olacaqdır. 



BÖLMƏ 2: uşaqların hüquqları və peşəkar jurnalistika praktikası

Uşaqların Hüquqları və Jurnalistika Praktikası – Tələbənin İstiqamətləndirilməsi

57

Jurnalistin rolu 

Jurnalist BMT-nin Uşaq Hüquqları haqqında 

Konvensiyası üçün o qədər də hüquq müdafiəçisi 

hesab edilmir. Əksər şəxslər uşaqların qorunması-

na və onlar üçün lazımi səylərin göstərilməsinə üs-

tünlük versələr də, jurnalistin vəzifəsi ictimaiyyətin 

maraqlarına xidmət edir və özünün peşə etikası-

nı dəstəkləyir. Jurnalist lazım gəldikdə, resenziya 

vermək hüququnu özündə saxlayır və bütün fikirlərin 

dinlənildiyinə təminat verir. 

1920-ci illərdə müasir jurnalistika yenicə forma-

laşdıqca, yazıçı Valter Lipman və Amerika filosofu 

Con Dyui demokratiyada jurnalistikanın rolu barədə 

müzakirə aparırdılar. Onların fərqli təfəkkürləri jur-

nalistikanın cəmiyyətdə və milli dövlətdə rolu barədə 

müzakirəni hələ də səciyyələndirir. 

Lipman hesab edirdi ki, həmin vaxtda jur-

nalistikanın rolu ictimaiyyət ilə siyasi kursu 

müəyyənləşdirən elita arasında bir vasitəçi və ya 

tərcüməçi kimi fəaliyyət göstərməkdən ibarətdir. 

Jurnalist orta xəttin tərəfdarına çevrilirdi. Hakim 

dairələrin təmsilçiləri danışarkən, jurnalistlər qulaq 

asır, məlumatları yazır, onları işləyib hazırlayır və 

ictimaiyyətin ixtiyarına verirdi. Onun mülahizəsinə 

görə, ictimaiyyət müasir cəmiyyətdə formalaşan in-

formasiyanın artan və kompleks axınını müəyyən 

etməyə qadir deyildir və beləliklə, kütlələr üçün 

xəbərlərin ayırd edilməsi baxımından jurnalistə ehti-

yac duyulurdu. 

Dyui isə digər tərəfdən hesab edirdi ki, 

ictimaiyyət nəinki hakim elita tərəfindən hazırlanan 

və reaksiya göstərilən məsələləri dərk etmək, eləcə 

də müzakirə və debatdan sonra qərarların qəbul 

edilməli olduğu ictimai forumda iştirak etmək iqtida-

rındadır. 

Məsələlər tamamilə araşdırılarkən, ən opti-

mal ideyalar üzə çıxardı. Dyui güman edirdi ki, 

jurnalistlər yalnız ictimaiyyəti məlumatlandırmalı 

deyil, habelə məlumatların sadəcə çatdırılma-

sı ilə bərabər digər məsələlər haqda xəbərlər 

verməlidirlər. Dyui hesab edirdi ki, jurnalistlər 

məlumatları toplamalı, daha sonra hakim elita 

tərəfindən qəbul edilmiş strategiyaların nəticələrini 

ictimaiyyət qarşısında müqayisə etməlidir. 

Lipmanın jurnalistika fəlsəfəsi hökumət baş-

çıları üçün daha məqbul hesab edilirdisə, Dyu-

inin yanaşma metodu nə qədər jurnalistin özü-

nün cəmiyyətdəki rolunu qiymətləndirdiyini və 

öz növbəsində nə qədər insanın jurnalistlərin 

fəaliyyət göstərəcəyinə ümid bəslədiyini təsvir edir-

di. Məsələn, Amerikalılar jurnalistlər tərəfindən yol 

verilən xətaların və nöqsanların bəzilərini tənqid 

edə bilərlər, lakin onlar jurnalistlərin cari məsələlər 

barədə ictimaiyyəti məlumatlandırmaqla hökumət 

dairələri, iş adamları və digər vasitəçilər üzərində 

nəzarətçi kimi xidmət göstərəcəyinə ümid edirlər. 

Artıq müzakirə etdiyimiz kimi, media ictimaiyyətin 

marağına uyğun şəkildə hərəkət etməlidir. Ge-

niş yayılmış tendensiyaya görə, jurnalistikanın 

rolu fəaliyyəti və funksiyaları sosial və siyasi həyat 

tərzinə toxunan dövlət məmurlarında və qurumla-

rında məsuliyyət hissini aşılamaqdan ibarətdir. Bu, 

əhvalatlar üzrə əksər materialların mənbəyi hesab 

olunur. Uşaqların hüquqları və Birləşmiş Millətlər 

Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiya-

sı kontekstində bu, xəbərlərin verilməsi haqda qarşı-

mızda yeni perspektivlər yarada bilər. 

Məsələn, uşaq zorakılığı haqqında əhvalatda 

süjet xətti yalnız zorakılığın özünü deyil, habelə 

uşaqlar və onların hüquqları üzrə hökumətin 

məsuliyyətini və uşaqların BMT Konvensiya-

sı əsasında təmin edilməli olduqları müdafiə 

vasitələrini əks etdirəcəkdir. Təxminən bütün dünya 

ölkələri Konvensiyanı ratifikasiya etmişdir və sənədə 

imza atmaqla öz üzərinə götürdüyü öhdəlik baxı-

mından bu hökumətləri məsuliyyət daşımağa sövq 

etmək məhz jurnalistin peşəsidir. 

ЯСАС АРАШДЫРМА ПРЕДМЕТЛЯРИ 

 

• Мянбяляр нядян ибарятдир? 

• Ушаглар мянбя характерли ола билярлярми? 

• Журналистляр цчцн мянбялярин ящямиййяти 

• Аноним мянбяляр 

• Версийалар нядян иряли эялир? 



4. ƏHVALATLARIN VƏ MƏNBƏLƏRİN ÖYRƏNİLMƏSİ 

UHK Kontekstində Əhvalatların Haşiyələndirilməsi

58

Uşaqları xəbər gündəliyinə salmaq redaktorların 

və aparıcı jurnalistlərin öhdəliyidirmi? Jurnalistlər 

və aparıcı redaktorlar «senzor» kimi hesab edilərdi 

– onlar hansı xəbər başlıqlarının dərc və ya ya-

yım üçün seçiləcəyini və aidiyyəti vaxtda xəbər 

gündəliyində hansı məlumatın yerləşdirildiyini 

müəyyən edərdilər. Lakin onlayn rejimli jurnalistika-

nın meydana gəlməsi və çoxlarının birtipli jurnalist-

li jurnalistlər kimi hesab edilə biləcəyi fakt ilə jurna-

listikanın ənənəvi rolu mübahisə doğurmuşdur. Jur-

nalistikanın Elementləri əsərinin müəllifi Bil Kovaç 

demişdir: «Bizim senzor kimi köhnə jurnalist anla-

yışımız istifadədən çıxmışdır. İnternet şəbəkəsi bü-

tün səddləri aşmışdır.» Hazırda redaktor getdikcə 

artan dərəcədə qeyri-dəqiq məlumatların aradan 

qaldırılmasına və kontekst və perspektiv nöqteyi-

nəzərindən xəbərlərin verilməsinə daha çox diqqət 

yetirəcəkdir. 

Lakin oxucunun internet vasitəsilə birbaşa əldə 

etdiyi məlumatların faktiki və ya saxta olub-olmadığı 

barədə heç bir təsəvvürü yoxdur. Əgər jurnalistika 

xəbərlərin və məlumatların açıqlanmasının və nəyin 

açıqlanıb-açıqlanmamasının qanuni keşiyində du-

rursa, buna görə belə mövqeyin qorunub saxlanıl-

masında öhdəliyə və hüquqa malikdir. Bu öhdəlik 

uşaqların hüquqlarının xəbər gündəliyində saxlanıl-

masını ehtiva edir. 

Uşaqların hüquqları barədə 

xəbərlərin verilməsi üçün lazım 

olan bacarıqlar

İnsan hüquqları həmişə jurnalistikanın mühüm 

komponentindən ibarət olacaqdır, lakin əksər media 

stajçıları insan hüquqlarını əhatə edən məsələlər 

barədə məlumatsız və ya hətta xəbərsizdirlər. İnsan 

haqları və uşaq hüquqları haqda maarifləndirmə 

jurnalistlərə bu hüquqlara dair məlumat verməkdə 

kömək edən ilk addım hesab olunur.

Uşaq hüquqları məsələləri ilə tanış olan 

jurnalistlər «nəzarətçi» rolunu oynamaq üçün metod 

və vasitələrə malikdirlər. Onlar ictimaiyyətin rəyini 

formalaşdıra və xüsusən insanların ictimai həyatda 

məqsədyönlü və vicdanla çalışdığına təminat 

verilməsinə kömək edə bilərlər. 

Həmçinin dilin qüdrəti və onun yanlış istifadəsi 

insan hüquqlarının pozulması haqda xəbərlərin 

verilməsinə öz təsirini göstərə bilər. Cinayətkarlıq, 

məişət zorakılığı, qrup zorakılığı və siyasi zorakı-

lığın digər formaları barədə xəbər verərkən, me-

dia tərəfindən istifadə olunan dil insan hüquqları-

nın pozulması hallarını həmişəlik qoruyub saxla-

mışdır. Mənbələrin sözlərini (terrorçu kimi) sadəcə 

təkrar işlətməklə, media bəlkə də bilmədən davam-

lı surətdə müəyyən insanlarda və icmalarında iblis 

hisslərini aşılamışdır. 

 Uşaqlar qeyri-qanuni insan alverinə və ya qa-



çaqmalçılığına məruz qalmışdırmı?

İnsanlar mübahisə və ya qalmaqal edirlərmi? 

Uşaqlar «balacalar», «körpələr», «balalar» kimi 

təsvir olunurmu? Bu, onların ləyaqətini alçaltmır ki?

Jurnalistlərin dillə bağlı malik ola bildikləri 

problemlərin bəzi nümunələri mövcuddur. Uşaq-

lara aid əhvalatlar barədə xəbərlərin verilməsi 

özünəməxsus jurnalist bacarıqlarını da tələb 

edir: məsələn, qeyri-qanuni uşaq alveri haq-

da əhvalat mükəmməl təhqiqat bacarıqlarının 

tətbiqini zəruriləşdirir. Müxbir təhqiqatına dair ma-

teriallar müəyyən bir dövrü əhatə edən müfəssəl 

dəqiq araşdırmadan ibarətdir. Bu növ yazı üslubu-

nun mahiyyəti cəlb olunan insanlarla ətraflı və sis-

tematik müsahibə aparılmasına diqqət yetirərkən 

özünü elə büruzə verir ki, əldə olunan ümumi 

nəticələr əsasında iş materialları formalaşır. Bu, 

çox vaxt ictimai marağın böyük əhəmiyyət daşıdığı 

məlumatların axtarılması ilə qanunvericilik sahədə 

aparılan tədqiqatı əhatə edir.   

Mənbələr kimi nəinki birbaşa olaraq uşaqlar ilə 

iş aparılmasına, eləcə də məsələlərə necə yanaş-

mağımız əsasında məsələnin mahiyyətinə bizim 

necə münasibət göstərməyimiz başlıca əhəmiyyət 

kəsb edir. BMT Uşaq Fondu uşaqlar haqqında 

yazı dərc edərkən nəzərdən keçirilməli olan faydalı 

məsələləri təmin etməklə uşaqlar barədə xəbərlərin 

verilməsinə dair təlimatlar və müzakirə predmetlərini 

hazırlamışdır.   

  Həmişə olduğu kimi, jurnalistlər bü-

tün əhvalatlarda, o cümlədən uşaq hüquqları-

na dair məsələlərdə 



təsir, aktuallıq, oxşarlıq, 

münaqişə, yayılma davamlılığı, yenilik və nisbi-

lik kimi ilkin dəyərləri önə çəkirlər. Bu dəyərlər ol-

madan əhvalatın jurnalistə və ya uşaq hüquqları 

müdafiəçilərinə xoş təsir bağışlaya biləcəyinə bax-

mayaraq, bu, auditoriyanı cəlb etməyəcəkdir. 



ЖУРНАЛИСТЛЯР ЦЧЦН СУАЛЛАР 

 Сизин щюкумят Ушаг Щцгуглары щаггында Конвенсийаны неъя йериня йетирир? 



•  

О, Конвенсийанын принсипляринин вя мцддяаларынын иътимаиййятя ачыгланмасы тялябини йериня 

йетирмишдир? 

•  


Ушаг Щцгцглары Комитясиня юз щесабатларынын тягдим едилмясиндя йубанма мювъуддур? 

Щяр щансы мяслящятляшмя кечирилмишдирми?



BÖLMƏ 2: uşaqların hüquqları və peşəkar jurnalistika praktikası

Uşaqların Hüquqları və Jurnalistika Praktikası – Tələbənin İstiqamətləndirilməsi

59

BMT Uşaq Fondunun Uşaqlar 

barədə Xəbərlərin Verilməsi üzrə 

Təlimatları 

1. Gələcəkdə hər hansı uşağı biabır etməyin; 

uşağı mənfi təsirlərə – o cümlədən əlavə fiziki və 

ya psixoloji zərərə – yaxud onu öz yerli icması 

tərəfindən ömürlük kobud rəftara, ayrı-seçkiliyə 

və ya təcrid etməyə məruz qoyan təsnifata və ya 

təsvirə yol verməyin. 

2. Uşağın əhvalatı və ya obrazı üzrə həmişə 

dəqiq konteksti təqdim edin. 

3. Aşağıdakı kimi müəyyən olunan hər hansı 

uşağın həmişə adını dəyişin və əyani görünüşünü 

gizlədin:

a. seksual zorakılığın və ya istismarın qurbanı, 

b. fiziki və ya seksual zorakılığı törədən, 

c.  uşağın, valideynin və ya qəyyumu tam 

məlumatlı razılıq verməyənə qədər İİV olduğu 

müəyyən edilən və ya QİÇS ilə yaşayan, 

d.  cinayət törətməkdə təqsirləndirilən və ya itti-

ham olunan.

4. Risk və ya potensial zərər və yaxud qisas 

riskinə aid müəyyən vəziyyətlərdə şəxsiyyəti aşağı-

dakı kimi müəyyən olunan hər hansı uşağın adını 

dəyişin və əyani görünüşünü gizlədin:

a. uşağın hazırkı və ya əvvəlki müdafiəçisi, 

b.  sığınacaq axtaran, qaçqın və ya məcburi 

köçkün. 


5. Müəyyən hallarda uşağın eyniyyətindən – 

onun adı və/ya tanına bilən təsvirinən istifadə edil-

məsi uşağın ən yaxşı maraqlarına uyğun gəlir. Lakin 

uşağın eyniyyətindən istifadə olunduqda, o, zərər-

dən qorunmalı və hər hansı rüsvayçılıq və ya cəza 

tədbirlərinə qarşı dəstəklənməlidir. Bu səciyyəvi hal-

ların bəzi nümunələri aşağıdakı kimidir: 

a.  uşaq fikir azadlığı olan hüququnu və öz fikri-

nin dinlənilməsi hüququnu həyata keçirmək 

üçün müxbirlə əlaqə yaratmağa təşəbbüs 

göstər dikdə;  

b.  uşaq davamlı fəallıq və sosial səfərbərlik 

proqramının tərkib hissəsi olduqda və bunun-

la şəxsiyyətinin müəyyən edilməsini istədikdə; 

c.  uşaq psixo-sosial proqrama cəlb olunduqda 

və öz adının və eyniyyətinin onun sağlam inki-

şafının tərkib hissəsi olduğunu iddia etdikdə. 

6. Digər uşaqlar və yaxud yaşlı ilə, hər ikisinə 

birlikdə üstünlük verilərək uşağın söyləməli olduğu 

məqamların doğruluğunu təsdiq edin. 

7. Uşağın risk altında olub-olmaması şübhə do-

ğurduqda, əhvalatın xəbər kimi əhəmiyyət daşıma-

sına fərq qoyulmadan fərdi uşaq ilə müqayisədə 

uşaqlar üzrə ümumi vəziyyət barədə məlumat verin.



BMT Konvensiyasının 

öyrənilməsinə çalışmaq  

Jurnalistlər öz beynəlxalq öhdəliklərinin yerinə 

yetirilməsi baxımından dövlət tərəfindən tədbir 

görülməsini tələb etmək üçün ideal surətdə cəlb 

olunurlar. İctimaiyyət ilə siyasətçilər arasında Kon-

vensiya haqqında məlumatlılığın artırılması üçün si-

zin təşəbbüs göstərə bildiyiniz kampaniyalar var-

dırmı? Sizin əhvalatlarınız uşaqların hüquqla-

rı barədə ictimai anlaşmanı və həmin hüquqların 

dəstəklənməsində və qorunmasında hökumətinizin 

strategiyalarının rolunu artırırmı?

 Əhəmiyyətlisi odur ki, jurnalistlər BMT-nin 

Uşaq Hüquqları haqqında Konvensiyasına sərbəst 

şəkildə resenziya verirlər və onu öyrənməyə çalışır-

lar. Bəzi jurnalistlər UHK baxımından uşaqlıq dövrü-

nün 18 yaşında başa çatmasına nəzərən problemlə 

üzləşə bilərlər, o halda ki, Konvensiya ictimaiyyətin 

diqqətində olan 16 və ya 17 yaşlı bəzi insanların 

müsahibə verə və mühakiməli şəkildə sorğu-sual 

edilə bilməyəcəyini nəzərdə tutsun. Bu, müzakirə 

predmeti ola bilən bir sahədir.

Sizin ölkənizdə uşaqların qarşılaşdıqla-

rı problemlər barədə öz tərəfinizdən məlumat 

verməyiniz üçün ekspertlər, uşaq hüquqla-

rı sahəsində çalışan fəallar və uşaqların özləri ilə 

söhbət edin. Uşaqlara xidmətlərin göstərilməsində 

mövcud olan nöqsanlar və onların hüquqlarının 

müdafiəsi haqqında yerli və mərkəzi hökumət qu-

rumlarından izahatlar tələb etmisinizmi? 

Uşaqların fikirlərinin hökumət və vətəndaş 

cəmiyyəti tərəfindən dinlənilməsi üçün xəbərlərdə 

yer ayırmısınız? Siz qeyri-hökumət təşkilatlarının 

tələblərini nəzərdən keçirmisiniz və onların uğurları-

na və hər hansı nöqsanlara diqqət yetirmisiniz?

Konvensiya nizamnamə, yoxsa mənəvi prinsip 

kimi səciyyələnir? Konvensiyanın qanun xarakte-

ri daşımadığına, lakin ölkələrin könüllü surətdə ra-

tifikasiya edilməsinə razılıq verdikləri hansısa bir 

sənəd olduğuna görə bu, ölkənin tənqid edilməsinə 

nəzərən mənəvi meyardırmı?

 

Əhvalatların mənbələri  

İnformasiya mənbələri jurnalistin şəcərəsi hsab 

olunur. Onlar xəbər qeydləri, radio materialları və 

televiziya paketləri kimi sonradan işlənib hazırlan-

ması üzrə mühüm baza məlumatlarını təmin edir. 

Onlar iki mənbəyə - ilkin və ikinci dərəcəyə kateqo-

riyalaşdırıla bilər: 

 İlkin mənbələr 



 Əlaqələr 

 Ştatdankənar jurnalistlər  



 Gündəlik zənglər 

 Təzyiq qrupları 



 Məhkəmələr/tribunallar 



60

 Yerli hökumət 



 İcma işləri 

 Mətbuat konfransları 



İkinci dərəcəli mənbələr 

 Redaktora məktublar 



 Təsnifatlar 

 Press-relizlər 



 Digər kütləvi informasiya vasitələri 

 Mətbuat qurumları 



 

 Xəbər təşkilatları (Röyters, Müstəqil Televiziya 



 Xəbərləri Agentliyi) 

 Yerli hökumət 



 Mərkəzi hökumət 

Jurnalistlər tez-tez müsahibə vasitəsilə ilkin 

mənbələrdən informasiya əldə edirlər. Əgər uşaq-

lar ilkin mənbədən ibarətdirsə, jurnalist uşaqlar-

la müsahibə aparılması məsələləri və nəzərə alın-

ması üçün fikirlər barədə məlumatlı olmalıdır. Digər 

fəsildə bunlardan bəhs ediləcəkdir, lakin ümumən 

qəbul olunur ki, yaşlılar ilə müqayisədə gənclərin 

şəxsi həyatının toxunulmazlığına daha böyük 

təminat verilməlidir. 

Mənbələr jurnalistikada başlıca məsələdir. 

Bəzi elmi araşdırmalar göstərir ki, jurnalistlər 

tərəfindən istifadə olunan bir sıra mənbələr kiçik-

dir və təşkilatçılığa üstünlük verilməsinə meyl edir. 

Həmçinin anonim mənbələr məsələsi mövcud-

dur; jurnalistlərin ənənəvi dünyabaxışı odur ki, on-

lar anonimlik təminatı verilmiş mənbənin adını açıq-

laya bilməzlər. Bu, elə əhəmiyyət kəsb edir ki, hətta 

məhkəmə tərəfindən informasiya tələb olunduq-

da bəzi ölkələr jurnalistlərə bu cür anonimliyi qo-

ruyub saxlamağa imkan verən qanunları qəbul 

etmişlər. Mənbənin adının açıqlanması sorğusuna 

jurnalistlərin ənənəvi reaksiyası ondan ibarətdir ki, 

səbəbin göstərilməsinə baxmayaraq adın açıqlan-

ması jurnalistikanın özünü sarsıdar və heç kəsin nə 

vaxtsa jurnalistlərə yenidən inana biləcəyini kəsb 

etməz. 


Bu qayda uşaq zorakılığını etiraf edən kimsəyə 

tətbiq oluna bilərmi? Çoxsaylı jurnalistlər bu haqda 

mütləq dünyagörünüşə malikdirlər və deyə bilərlər 

ki, heç bir şəraitdə anonim mənbəni heç vaxt açıq-

lamaq olmaz. Az bir qism fərz edir ki, bu məsələ 

barədə gələcək müzakirənin aparılmasına ehtiyac 

vardır. (Maykl Foley «Mütləqiyyət və Məxfilik», Etik 

Məkan, Cild 1 №2, 2004-cü il tarixli sənədə bax. 

Uşaqlar və onların hüquqları haqda spesifik 

məlumatları harada axtara bilərik? Aşağıda bəzi 

fərziyyələr göstərilmişdir: 



Milli mənbələr 

 Yerli səhiyyə 



 Səlahiyyətli rəsmilər 

 Sosial xidmətlər 



 Məktəblər 

 Ailə hüququ məhkəmələri 



 Müəllim təşkilatları 

 Valideyn təşkilatları 



Uşaq hüquqları sahəsində çalışan 

təşkilatlar 

 Uşaqlar üzrə ombudsman aparatları 



  Milli uşaq hüquqları koalisiyaları: 

http://www.crin.org/NGOGroupforCRC/Vie-

wOrgsByC.asp?typeID=7 

  Uşaqların Öyrənilməsi üzrə Mərkəz, Gənclər 



və Media: www.childrenyouthandmediacent-

re.co.uk 

 Uşağın Ümidi: http://www.childhope.org.uk 



 Uşaqların Fikri: www.childrens-express.org/ 

  ChildWatch International təşkilatı: www.child-



watch.uio.no/ 

Tələbələr öz ölkələri üzrə milli və uşaq hüquqla-

rından ibarət mənbələrin siyahısını hazırlamalıdırlar. 

Beynəlxalq təşkilatlar 

 BMT Uşaq Fondu www.unicef.org 



  BMT Uşaq Fondunun Uşaqların Hüquqla-

rı üzrə Xoşməramlı Tədqiqat Mərkəzi: www.

unicef-icdc.org 

  Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları 



üzrə Ali Komissarlığı: http://www.ohchr.org 

  Uşaqların Hüquqları üzrə İnformasiya 



Şəbəkəsi: www.crin.org 

  Uşaqların Xilası Alyansı:



http://www.savethechildren.net 

  Beynəlxalq Plan təşkilatı:



www.plan-international.org 

 Human Rights Watch təşkilatı: http://www.hrw.org/ 



 Beynəlxalq Amnistiya: http://www.amnesty.org/ 

  Uşaqların Beynəlxalq Müdafiəsi təşkilatı: http://



childhouse.uio.no/childrens_rights/dci_what.html 

  Media Fəaliyyəti və Uşaqlar tərəfindən, ilə və 



üçün Optimal İdeyalar (MAGIC) 

http://www.unicef.org/magic/index.html 



Uşaq Hüquqları Komitəsi  

    Uşaq Hüquqları Komitəsi: 



http://www.ohchr.org/english/bodies/crc/index.htm 

  BMT-nin UHK-ı ilə sessiyalarda hər ölkənin 



təqdim etdiyi ölkə hesabatları: http://www.

ohchr.info/english/bodies/crc/sessions.htm or 

  http://www.unhchr.ch/tbs/doc.nsf

  Alternativ Hesabatlar – Ölkə, sessiya və 



təşkilat hesabatlarının uyğunlaşdırılması 

ilə QHT-nin alternativ hesabatları nəzərdən 

keçirilə bilər: http://www.crin.org/NGOGroup-

forCRC/search.asp 



BÖLMƏ 2: uşaqların hüquqları və peşəkar jurnalistika praktikası

Uşaqların Hüquqları və Jurnalistika Praktikası – Tələbənin İstiqamətləndirilməsi

61

Əlaqə kitabçası: jurnalistlər öz karyeralarının 

başlanğıcında əlaqə kitabçasını tətbiq etməlidirlər 

(jurnalistikanın öyrənərkən). Adlar, ünvanlar, te-

lefon nömrələri və elektron ünvanları təhlükəsiz 

şəkildə saxlanılmalıdır. Uşaqların cari məsələləri və 

ya təhsil və yaxud səhiyyə kimi əlaqədar sahədə 

ixtisaslaşan müxbir aidiyyəti sahə daxilində nəyin 

baş verdiyini müşahidə etmək üçün optimal əlaqə 

nömrələrinə zəng etməlidir. 

Xəbər mənbələri digər informasiya buraxılış-

larını ehtiva edə bilər. Uşaqlara aid xəbər başlı-

ğı uşaqların hüquqlarına toxunmaya və ya bu haq-

da məlumatlı olmaya bilər, bununla xəbər başlıqları 

ardıcıl surətdə izlənilməlidir. Kiçik tirajlı jurnallarda 

elmi məqalələr öz növbəsində əhvalatların zəngin 

mənbəyi ola bilən müasir tədqiqatı irəli sürür. 

Suallarınızı verin: Yeni məktəbin açılması nə 

üçündür? Məktəbin bağlanması nə üçündür? 

Yeni yaşayış komplekslərində məktəbəqədərki 

tədris müəssisəsi, idman meydançaları, məktəblər 

kimi müvafiq obyektlər mövcuddurmu? Yer-

li xəstəxanalarda uşaqlar üçün hansı qurğular var-

dır? Gənclərlə iş aparılması üzrə hər hansı yerli po-

lis məmuruna xüsusi təlim keçirilmişdirmi? Həmin 

təlimin mahiyyəti nədən ibarətdir? 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin