2. Peşəyə yiyələnmək
2.1 Peşəyə yiyələnmək sərbəst olmalıdır.
Gələcək jurnalistlərin peşə səviyyəsi mümkün
qədər yüksək olmalıdır.
2.2 Stajçı jurnalistlər naşirlərin və jurnalistlər it-
tifaqlarının razılaşdırdığı şərtlərə əsasən müvafiq
keçməlidirlər.
2.3 Təyinatlar ixtisaslı jurnalistlərlər, yəni
jurnalistlər ittifaqlarının və media təşkilatlarının
razılaşdırdığı minimum peşə ixtisaslarına ma-
lik olan şəxslərlə məhdudlaşır. Bu cür ixtisas-
lı jurnalistlər kollektiv sazişlərdə olduğu kimi tanın-
malıdır. İşəgötürənlər qəbul edirlər ki, xidmət etdiyi
cəmiyyəti əks etdirmək ümumilikdə medianın və ay-
rılıqda işəgötürənin vəzifəsidir.
3. VİCDAN BƏNDİ
3.1 Jurnalistikanın həyata keçirilməsində
jurnalistlər öz vicdanlarına uyğun olaraq hərəkət
etmək hüququna malikdirlər. İşəgötürənin siyasi,
fəlsəfi və ya dini kursunda köklü dəyişiklik olduq-
da, jurnalist heç bir xəbərdarlıq etmədən öz əmək
müqaviləsinə xitam verə və işəgötürən tərəfindən
onun əmək müqaviləsinə xitam verildiyi halda
jurnalistə ödəniləcək məbləğə ekvivalent olan kom-
pensasiyanı ala bilər.
3.2 Heç bir jurnalist milli səviyyədə tərtib olun-
maqla jurnalistlərin qəbul etdiyi etika kodeksi ilə
müəyyən edilib-edilməməsinə baxmayaraq, onun
öz peşə etikasını pozacağını və ya BJF tərəfindən
qəbul olunduğu kimi beynəlxalq səviyyəli Jurnalis-
tika Davranışı üzrə Prinsiplər Kodeksinə uyğun ol-
mayacağını hesab etdiyi hər hansı hərəkət və ya
əməl törətməsi üçün işəgötürən və ya işəgötürənin
adından fəaliyyət göstərən hər hansı şəxs
tərəfindən istiqamətləndirilməməlidir. Heç bir jurna-
list öz vicdanına uyğun olaraq hərəkət etməsi üçün
malik olduğu hüququn müdafiəsi üzrə hər hansı
üsulla cəzalandırıla bilməz.
JURNALİSTLƏRİN STATUSU VƏ JURNALİSTİKA ETİKASI:
BJF-NİN PRİNSİPLƏRİ
BÖLMƏ 2: uşaqların hüquqları və peşəkar jurnalistika praktikası
Uşaqların Hüquqları və Jurnalistika Praktikası – Tələbənin İstiqamətləndirilməsi
45
4. Redaksiya müstəqilliyi
4.1 Redaksiya müstəqilliyinin minimum ümumi
standartları bütün mediada tətbiq edilməlidir.
4.2 Bu minimum standartlara daxil edilməlidir:
•
nəşriyyat evlərinin və yayım stansiyaları-
nın mənəvi və intellektual kapitalını təcəssüm
etdirən redaksiya heyəti;
•
redaksiya şurasının aşağıdakı məsələlərə to-
xunan qərarlar barədə məsləhətləşmək
hüququ:
•
baş redaktorun təyinatı və işdən azad olunması;
•
qəzet/yayım stansiyasının redaksiya strategi-
yasının və xəbər buraxılışın müəyyən edilməsi;
•
kadr siyasəti;
•
redaksiya şöbəsində jurnalistlərin vəzifələrinin
başqasına həvalə edilməsi/dəyişdirilməsi;
•
redaksiya siyasəti ilə əlaqədar şikayət
məsələlərində redaksiya şurasının öz
fikirlərinin ifadə etmək hüququ;
•
həmkarlar ittifaqının peşə kodeksində
göstərildiyi kimi jurnalistin təyinatı onun peşə
etikasını pozacağını sübut edərsə, jurnalistin
təyinatdan imtina etmək hüququ;
•
redaksiya heyətinin redaksiyanın xəbər bu-
raxılışına üçüncü tərəflərin idarəetmə
müdaxiləsinin qarşısını almaq hüququ;
•
Avropada jurnalistlərin bərabər əmək haqqı al-
maq və peşə karyerasında bərabərlik hüququ.
•
Şikayətlər olduqda, redaksiya şurası, baş re-
daktor və rəhbərlik səmimi danışıqlar apa-
rır. Jurnalistlər assosiasiyalarının və ittifaqla-
rının nümayəndələri mövcud əmək/mətbuat
qanunvericiliyinə uyğun olaraq danışıqlarda iş-
tirak edə bilərlər.
5. Özünütənzimləmə və
jurnalistika etikası
5.1 BJF hesab edir ki, etika kodeksi və ya dav-
ranış kodeksləri peşəkarların özləri tərəfindən tərtib
olunmalıdır.
5.2 BJF-nin ilk dəfə 1954-cü ildə qəbul edil-
miş Davranış Kodeksi Avropada bütün milli tipik
jurnalistlər təşkilatları tərəfindən qəbul olunmuş eti-
ka kodeksini təmin edir. Bu baxımdan BJF-nin Dav-
ranış Kodeksi jurnalistlərin və naşirlərin könül-
lü surətdə qəbul etməsi vasitəsilə etik məsələlər
barədə ümumi anlaşma üçün əsas yaradır. Bu
sahədə BJF milli hökumətlərin fəal rolunu nəzərdə
tutmur.
BJF-nin Jurnalistlərin Davranışına
dair Prinsiplər Bəyannaməsi
Bu beynəlxalq Bəyannamə hadisələrin təsvir
olunmasında xəbərlərin və informasiyanın topla-
nılması, verilməsi, yayılması və şərh edilməsi ilə
məşğul olan jurnalistlər üzrə peşə davranışı norma-
sı kimi elan edilmişdir.
1. Həqiqətə və ictimaiyyətin həqiqəti öyrənmək
hüququna hörmət edilməsi jurnalistin birinci
vəzifəsidir.
2. Bu vəzifəni yerinə yetirərkən jurnalist bü-
tün vaxtlarda xəbərlərin vicdanla toplanılmasın-
da və nəşr edilməsində azadlığın və ədalətli şərh
və tənqid etmək hüququnun prinsiplərini müdafiə
etməlidir.
3. Jurnalist yalnız mənbəyini bildiyi faktlara uy-
ğun olaraq xəbər verməlidir. Jurnalist mühüm
məlumatları gizlətməməli və ya sənədləri saxtalaş-
dırmamalıdır.
4. Jurnalist xəbərlərin, fotoşəkillərin və
sənədlərin alınmasında yalnız ədalətli metodlardan
istifadə etməlidir.
5. Zərərli surətdə qeyri-dürüst olduğu aşkar
edilməklə hər hansı nəşr olunmuş məlumatın təshih
edilməsi üçün əlindən gələni əsirgəməməlidir.
6. Jurnalist məxfi şəkildə əldə olunmuş informa-
siyanın mənbəyinə nəzərən peşə sirrini qoruyub
saxlamalıdır.
7. Jurnalist medianın doğurduğu ayrı-seçkilik
təhlükəsindən xəbərdar olmalı və digər meyarlar
arasında irq, cins, cinsi meyllilik, dil, din, siyasi və
ya digər fikirlər və milli və yaxud sosial mənşələr
əsasında bu cür ayrı-seçkiliyin dəstəklənməsinə yol
verilməməsi üçün bütün mümkün səylərdən istifadə
etməlidir.
8. Jurnalist aşağıdakıları ağır peşə cinayətləri
kimi hesab etməlidir:
•
plagiatorluq
•
qəsdən təhrif etmə
•
iftira,böhtan, diffamasiya, əsassız ittihamlar
•
faktın nəşri və ya gizlədilməsinin müqabilində
hər hansı formada rüşvət alma
. Jurnalistlər adlarına layiq şəkildə yuxarıda
göstərilən prinsiplərə ehtiramla riayət olunması-
nı öz vəzifələri kimi hesab etməlidirlər. Hər ölkənin
ümumi qanunu çərçivəsində jurnalist hökumətlər və
ya digərləri tərəfindən hər hansı növ müdaxilənin
istisna edilməsi ilə peşə məsələlərində yalnız
həmkarlarının yurisdiksiyasını qəbul etməlidirlər.
1954-cü ildə BJF-nin Ümumdünya Konqresində
qəbul edilmişdir. 1986-cı ildə Ümumdünya Konqresi
tərəfindən düzəlişlər edilmişdir.
46
Bu sahəni əhatə edən JURNALİSTLƏR uşa-
ğın müdafiəsi strategiyaları ilə tanış olmalı, on-
ların resenziyasını irəli sürməli, tənqidi fikirlərin
dinlənildiyinə təminat verməli və bu cür strategiyala-
rın təşkilatlar və hökumət tərəfindən dəstəkləndiyini
müşahidə etməlidir.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqla-
rı haqqında Konvensiyasına əsasən öyrəndiyimiz
kimi, uşağın qorunması ilə əlaqədar ən mühüm
maddələr aşağıdakılardır:
•
Maddə 19 şərtləndirir ki, uşaqlar fiziki və
ya əqli zorakılığın bütün formalarından,
xəsarətdən və ya təcavüzdən, laqeydlikdən
və ya laqeyd davranışdan, kobud rəftardan
və ya istismardan, o cümlədən onlara qayğı
göstərənlərin seksual zorakılığından müdafiə
olunmaq hüququna malikdirlər.
•
Maddə 12 şərtləndirir ki, özünəməxsus fikirləri
formalaşdırmaq qabiliyyəti olan uşaqların on-
lara toxunan bütün məsələlərdə yaşa və
yetkinliyə uyğun olaraq lazımi diqqət yetirilən
həmin fikirləri ifadə etmək hüququna təminat
verilməlidir.
•
Nəhayət, Maddə 3 şərtləndirir ki, təşkilatlar
uşaqlara dair məsələlərə toxunan qərarları
qəbul edərkən uşağın ən yaxşı maraqları baş-
lıca olaraq nəzərdən keçirilməlidir.
Uşaqların qorunması
UŞAĞIN müdafiəsi uşaqların qəsdən və
bilmədən baş verən zərərdən qorunması mənasını
kəsb edir. Bu, xüsusən uşaqlara qayğı göstərən
təşkilatların - və həmin təşkilatlarla əlaqədar
şəxslərin – vəzifəsinə aiddir. Təşkilatın daxilində və
ya xaricində zərərin baş verib-verməməsindən asılı
olmayaraq, uşaqların qorunmasına səy göstərmək
onlarla ünsiyyətdə olan hər bir təşkilatın məsuliyyəti
hesab edilir.
Özünün ən sadə formasında uşağın müdafiəsi
hər bir uşağın zərərə məruz qalmamaq hüququna
istiqamətlənir. Bu, uşaqların yaşaması, inkişaf etməsi
və böyüməsi üçün tələbatlarının yerinə yetirildiyinə
təminat verən digər hüquqları tamamlayır.
Uşağın müdafiəsi geniş miqyaslı mühüm və
çoxşaxəli məsələləri əhatə edir. Uşaq fahişəliyi
kimi əksər məsələlər iqtisadi amillərlə sıx şəkildə
əlaqədardır. Evdə və ya məktəblərdə zorakılıq
kimi digər hallar yoxsulluq, sosial dəyərlər, norma-
lar və ənənələr ilə daha sıx surətdə bağlı ola bilər.
Məsələn, uşaq alveri sahəsində cinayətkarlığa tez-
tez rast gəlinir. Uşaq pornoqrafiyasının artmasında
göründüyü kimi, hətta elmi-texniki tərəqqi müdafiə
aspektlərini önə çəkir.
Birləşmiş Krallığın Uşağın Ümidi təşkilatı
uşaqların məruz qaldığı zorakılıq/zorlanmanın dörd
növünü müəyyən etmişdir:
Özünə qəsd: məsələn, qəsdən özünü kəsmə və
özünə xəsarət yetirmə; cəhd edilmiş və faktiki inti-
har.
Həmyaşıd tərəfindən zorlanma: məsələn, qor-
xutma; fiziki və cinsi zorlanma; qrup tərəfindən zo-
rakılıq.
Yaşlılar tərəfindən zorlanma: məsələn, məişət
zorakılığı (fiziki, psixoloji, cinsi); məktəblərdə və
təşkilatlarda döyülmə cəzası; seksual zorlanma və
istismar.
Sosial zorlanma: uşaqlara qarşı zorakılı-
ğı, fəal surətdə stimullaşdıran və ya avtoma-
tik olaraq buna imkan verən sosial, siyasi, iqtisa-
di və mədəni mühit, məsələn, küçə uşaqlarının
«təmizlənməsini» dəstəkləyən siyasi kampaniyalar;
məqbul uşaq tərbiyəsi kimi uşaqların fiziki və alçal-
dıcı tərzdə cəzalandırılmasını stimullaşdıran dinlər
və mədəniyyətlər; zorakılığın mediada geniş yayıl-
ması; bərabər hüquqlara layiq olan insan varlıqla-
rı kimi deyil, kişilərin/valideynlərin «mülkiyyəti» kimi
qadınların və uşaqların düşüncələrini yüksəldən
mədəni münasibətlər.
ЯСАС АРАШДЫРМА ПРЕДМЕТЛЯРИ
•
Ушаьын мцдафияси стратеэийалары. Онлар нядян ибарятдир вя журналистляр иля бирликдя няйя сяй
эюстярмялидир?
•
Ушаьын мцдафияси стратеэийаларына нязарятин горунмасы
•
Ушаьын мцдафияси стратеэийаларынын дястяклянмяси
•
Ушаьын мцдафияси стратеэийалары вя мятбуат азадлыьы
UŞAĞIN MÜDAFİƏSİ STRATEGİYALARI
BÖLMƏ 2: uşaqların hüquqları və peşəkar jurnalistika praktikası
Uşaqların Hüquqları və Jurnalistika Praktikası – Tələbənin İstiqamətləndirilməsi
47
Uşaqlara qarşı zorlanma və zorakılıq həm
təşkilat daxilində (məsələn, müəllimlər, sosial işçilər,
valideynlər, həmyaşıdlar, sponsorlar, könüllülər
tərəfindən), həm də təşkilat xaricində (məsələn,
valideynlər tərəfindən icmada/cəmiyyətdə, polislər,
kənar müəllimlər, mağaza sahibləri, qanqsterlər) in-
sanlar tərəfindən törədilə bilər.
İnsan haqlarının pozulması ilə yanaşı uşağın
müdafiə olunmaq hüququnun pozulması da uşa-
ğın yaşaması və inkişafına qarşı yönələn kütləvi, ta-
nınmayan və açıqlanmayan maneələr hesab edi-
lir. Bunun əksinə olaraq, uğurlu müdafiə uşağın fizi-
ki və əqli cəhətdən sağlam, inamlı və özünəhörmət
hissi ilə böyümək imkanlarını artırır və digərlərinin, o
cümlədən onun öz uşaqlarının zorlanmasını və ya is-
tismarını azaldır.
Uşağın müdafiəsi dünyanın hər bir ölkəsində ak-
tual məsələdir:
•
Hər hansı mövcud vaxtda 300000-dən çox aş-
yaşlı əsgər, səkkiz yaşınadək bəzi azyaşlılar 30
ölkədə silahlı münaqişə şəraitində istismar olu-
nurlar. 1990-cı ildən etibarən silahlı münaqişənin
birbaşa nəticəsi kimi iki milyondan çox uşağın
tələf olacağı proqnozlaşdırılmışdır. (Bu məsələ
sonrakı bənddə daha geniş təfsilat ilə açıqlanır.)
•
Qanuna zidd olması nəticəsində bir milyondan
çox uşaq həbsxana şəraitində yaşayır. Təkcə
Mərkəzi və Şərqi Avropada təqribən 1,5 milyon
uşaq dövlət müəssisəsində yaşayır. Ayrıca QİÇS
səbəbindən 13 milyon uşağın yetim qala biləcəyi
hesablanmışdır.
•
180 milyondan çox uşaq təhlükəli şəraitdə və ya
vəziyyətdə işlədiyi halda, təxminən 250 milyon
uşaq uşaq əməyinə cəlb olunmuşdur.
•
Təqribən 1,2 milyon uşaq hər il daşınaraq
satılır.
•
Kommersiya məqsədilə seksual ticarətdə
uşaqların sayı üzrə 1995-ci ilin hesablaması
göstərmişdir ki, bir milyon uşaq (əsasən qızlar,
habelə xeyli sayda oğlanlar) hər il çoxmilyard-
lı sahəyə cəlb olunmuşdur. Hazırda rəqəmlər
daha yüksək ola bilər.
•
15 yaşından aşağı olan qırx milyon uşaq zorlan-
ma və laqeydlikdən əziyyət çəkir, sağlam və so-
sial qayğıya ehtiyac duyur.
Uşaqların qorunmasında yaranan nöqsanlar mil-
li inkişafı sarsıdır və uşaqlıq dövründən fərdin yaş-
lı həyatına doğru itkilərə və mənfi təsirlərə malik-
dir. Uşaqlar zorakılıq, zorlanma və istismardan
əziyyət çəkdikcə, beynəlxalq aləm uşaqlara qarşı öz
öhdəliklərini yerinə yetirə bilməyəcəkdir; bu, həmçinin
Minilliyin İnkişaf Məqsədləri ilə Minilliyin Gündəliyi
kimi belə sənədlərdə və Uşaq Hüquqları haqqın-
da Konvensiyaya əsasən hökumətin öhdəliklərində
müəyyən edildiyi kimi inkişaf səylərini təmin edə
bilməyəcəkdir.
Uşaqlar bütün insan hüquqlarına malikdirlər və
beləliklə, beynəlxalq və regional səviyyələrdə in-
san haqları üzrə bütün mexanizmlər onları müdafiə
ilə təmin etməlidir. Bu, BMT qurumları və ya regi-
onal insan haqları təşkilatlarına (Afrikanın Bəşəri
və İnsan Hüquqları Komissiyası kimi) şamil olu-
na bilər. Eynilə konstitusiya məhkəmələri kimi in-
san haqlarının qorunması mexanizmləri həmçinin
onların uşaqların müdafiə edilmək hüququnu
dəstəklədiyinə təminat verməli olduqda bu, milli
səviyyədə öz qüvvəsini saxlayır.
Hökumətlər əsas qaydaların qanunvericilikdə
saxlanıldığına və xüsusən müvafiq peşəkar asso-
siasiyalar və qurumlar tərəfindən daha ətraflı və
müfəssəl təlimatların qəbul edildiyinə, tətbiq olun-
duğuna və nəzarət edildiyinə təminat verə bilərlər.
Uşağın müdafiəsi üzrə əsas beynəlxalq me-
xanizm Uşaq Hüquqları Komitəsidir, onun başlı-
ca funksiyası Konvensiyaya tərəfdar olan bütün iş-
tirakçı dövlətlərin dövri surətdə təqdim etməli ol-
duqları hesabatları nəzərdən keçirməkdən ibarətdir.
Hesabatlara dövlətin qəbul etdiyi qanunlar və
digər tədbirlər barədə məlumatların daxil edilməsi
nəzərdə tutulur ki, bu da Konvensiyada tanınan hü-
quqlara, o cümlədən həmin hüquqların istifadəsi
üzrə müdafiə və tərəqqiyə öz təsirini göstərir.
Uşaq Hüquqları haqqında Konvensiyaya uy-
ğun olaraq, hökumətlər bütün uşaqları müdafiə
etməlidirlər və bu sahədə hər hansı nöqsanlara
görə məsuliyyət daşıyırlar. Lakin hüquqi norma ilə
onun icrası və yaxud tətbiqi arasında böyük boşluq
vardır. Bu, jurnalistlərin hüquqi norma və standar-
tın tətbiqi və icrası barədə sualları ilə müdaxilə edə
biləcəyi bir sahədir.
Uşağın müdafiəsinin başlıca məqsədi uşaqla-
rın qorunmasına cavabdeh olanların öz öhdəliyini
qəbul etdiyinə və onu yerinə yetirmək iqtidarın-
da olduğuna təminat verməkdən ibarətdir. Bir
daha jurnalistlər uşaqların qorunması öhdəliyini
öz üzərinə götürən şəxslər barədə suallarını irəli
sürməlidirlər. Onlara adekvat şəkildə təlim keçiril-
mişdirmi? Onların təhlükəsizliyi və etibarlılığı yoxla-
nılmışdırmı?
Etik və hüquqi tələbləri nəzərə alaraq, uşağın
müdafiəsi hər bir funksiya ilə cəmiyyətin istənilən
təbəqəsində hər kəsin işi hesab edilir. Bu, hökumət,
hakimlər, müəllimlər, həkimlər, valideynlər və me-
dia üçün öhdəliklər yaradır. Bu öhdəliklər ölkədə
qüvvəyə minən hüquqi normalarda əks oluna
bilər. Həmçinin onlar hökumətin seçimlərində, o
cümlədən resursların ayrılmasında əks etdirilə bilər.
Onlar media təşkilatlarının tənzimləyici norma və
qaydalar kodekslərində və təlimatlarında getdikcə
daha çox təcəssüm etdirilir.
48
Təşkilatlarda uşağın müdafiəsi
Uşağın müdafiəsi hazırda gənclərlə işləyən bü-
tün qurumları narahat edən bir məsələdir. Bu, bi-
zim diqqətimizdə bütün uşaqların və gənclərin rifahı
və təhlükəsizliyinə təminat verilməsinə yönəlir. Uşa-
ğın müdafiəsi strategiyaları «uşağın təhlükəsizliyinə
təminat verən təşkilatların» yaradılmasına kömək
edir, eləcə də çətin vəziyyətlərin aradan qaldırılma-
sı üzrə mexanizmin tətbiqinə imkan yaradır. Həmçinin
onlar uşaq haqda daha məlumatlı mədəniyyəti elə
formalaşdıra bilər ki, təşkilatlar uşaqların hüquqları
perspektivindən öz fəaliyyətini nəzərdən keçirsinlər.
«Güclü siyasət çətin vəziyyətlərin aradan qaldırıl-
masında sizi istiqamətləndirəcəkdir. Böhran yaran-
dıqda, aydın tərzdə düşünmək çətin ola bilər. Əgər si-
zin etibarlı siyasətiniz vardırsa, hər hansı məlumatlı
üsulla reaksiyanızı bildirə və istənilən iştirakçının fay-
dası və ya itkisi ilə qərəzli ittihamlara yol verməyə
bilərsiniz.» (ECPAT Avstraliya)
Bir çox təşkilatlar bu sahədə fəaliyyəti və prose-
durları müəyyən edən özünəməxsus uşaq müdafiəsi
strategiyalarına malikdir. Ayrı-ayrı ölkələrdə milli uşaq
idarələri təlimatlar hazırlamışlar və uşaq müdafiəsi
strategiyasını tərtib etmək üçün uşaqlar və gənclər ilə
ünsiyyətdə olan bütün təşkilatları dəstəkləyir.
Birləşmiş Krallığın Uşağın Ümidi təşkilatı uşaq
müdafiəsi strategiyaları və prosedurları tərtib
etməkdə qurumlara köməklik göstərmək üçün me-
todlar kompleksini işləyib hazırlamışdır. Bu, uşaq
müdafiəsi strategiyalarını hazırlamaq, icra etmək və
qiymətləndirmək üçün lazımi uşaq müdafiəsi prose-
sinin və mərhələlərinin əsas prinsiplərini təsvir edir.
«Uşağın təhlükəsizliyinə təminat verən təşkilatın» ya-
radılması üçün altı mərhələni sadalayır:
1. uşaq müdafiəsi və uşaq zorakılığı konsepsiyala-
rının öyrənilməsi
2. təşkilatın hansı səbəbdən uşaq müdafiəsi stra-
tegiyalarına və prosedurlarına ehtiyacı ola biləcəyinin
araşdırılması
3. uşaq müdafiəsi strategiyalarının və prosedurla-
rının səmərəli tərtibatına və icrasına təminat verilməsi
üçün təşkilati prinsiplərin nəzərdən keçirilməsi
4. təşkilat daxilində strategiyanın və prosedurların
necə tərtib olunması
5. icraya dair təlimatların daxil edilməsi
6. təşkilatlar tərəfindən qarşılaşan maneələrin və
çətinliklərin necə əhatə olunması və mümkün həll
vasitələrinin araşdırılması
Mediada uşaq müdafiəsi
strategiyaları
Media uşaqların qorunmasında mühüm rol oynaya
bilər. İlk növbədə, media təşkilatlarının uşaq hüquqla-
rının təhlükə altında qoya bilməklə, öz heyətinin hər
hansı davranış tərzini qorumaq üçün uşaq müdafiəsi
strategiyalarını həyata keçirə bilər. Məsələn, BBC
uşaqlar və gənclər ilə iş aparılmasında özünün Uşaq
Müdafiəsi Strategiyasının prinsiplərinin tətbiq olunma-
sını işçi heyətindən tələb edir:
«On səkkiz yaşından aşağı olan şəxsin rifa-
hı bizim başlıca düşüncəmizdir. Bu, onun maraq-
larını ifadə edir və onun təhlükəsizliyi hər han-
sı redaksiya tələbatının daha çox üstünlük təşkil
etməlidir. Yaşından, zəifliyindən, cinsindən, irqi və
ya etnik mənşəyindən, dini etiqadından və seksual
meylliliyindən asılı olmadan bütün uşaqlar və gənclər
zərərdən və ya zorlanmadan müdafiə olunmaq hüqu-
quna malikdirlər».
«Fəaliyyətimiz zamanı uşağın risk altında ola
biləcəyinə şübhə ediriksə və ya gənc tərəfindən
uşağın rifahı məsələsinə (BBC personalına qar-
şı ittiham daxil olmaqla) hazırlıq reaksiyasını nü-
mayiş etdiririksə, vəziyyət barədə Uşaq Müdafiəsi
Strategiyası üzrə məsul bölmə rəhbərinə məlumat
verilməlidir.»
Xəbər qurumunda əksər uşaq müdafiəsi strate-
giyaları gənclərin şəxsi həyatının toxunulmazlığı-
na hörmət etməklə və övladlığa götürülən uşaqla-
rın adlarının istifadəsini məhdudlaşdırmaqla uşaq-
ların şəxsiyyətinin müəyyənləşdirilməsinə dair
təlimatlardan ibarət olacaqdır. Onlar uşaqların və
gənclərin rifahının qorunması üçün prosedurların
tətbiq olunduğuna təminat verir. Uşaqlarla iş apa-
ran bəzi QHT-lər uşaq məsələləri sahəsində çalışan
jurnalistlər üçün təlimatlar hazırlamışlar və məsələn,
fotoşəkillərdəki uşaqların istifadəsi üzrə özünəməxsus
strategiyaya malikdirlər.
Daha əhəmiyyətli dərəcədə media uşaqların qo-
runmasında iştirak etmək məqsədilə ictimai rəyin
səfərbər olunmasına kömək edə və hər hansı yolla,
zorakılıq və yaxud sadəcə münasib sistemlərin çatız-
mazlığı vasitəsilə uşaqları təhlükə altında qoyanları
nümayiş etdirə bilər. Əgər hökumət uşaqların müdafiə
edə bilməzsə, media onu cavabdeh hesab etməlidir.
Qiymətləndirmə təlimatı
Uşaq müdafiəsi strategiyaları barədə məlumatlı
olmaq fəaliyyət göstərən jurnalist üçün vacibdir-
mi? Uşağın müdafiəsinin başlıca mövzu olduğu
xəbər materiallarının nümunələrini əldə edin. Jurna-
list uşaq müdafiəsi strategiyaları barədə nə dərəcədə
məlumatlıdır? Sual doğuran məqaləni siz necə
təkmilləşdirərsiniz?
Dostları ilə paylaş: |