UŞaqlarin hüquqlari və jurnaliSTİka praktikasi hüquqlara əsaslanan perspektiV


BÖLMƏ 1: Uşaqların Hüquqlarının Təqdimatı 24



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə5/18
tarix22.04.2017
ölçüsü1,25 Mb.
#15608
1   2   3   4   5   6   7   8   9   ...   18

BÖLMƏ 1: Uşaqların Hüquqlarının Təqdimatı

24

BJF-NİN TƏLİMATLARI

Beynəlxalq Jurnalistlər Federasiyası (BJF) uşaq 

hüquqlarını peşə əxlaqı normalarına daxil etmişdir 

və məlumatlılığın artırılmasında proqramlar həyata 

keçirir. Bu, «sensasiyalı xəbərlər» üzrə jurnalistlər 

və media üzərindəki kommersiya təzyiqlərinə qar-

şı müqavimət göstərərək və uşaqların ekranda 

görünməsinə və fikirlərinin dinlənilməsinə imkan 

verərək ittifaqlar arasında ən optimal praktikaya 

dair beynəlxalq mübadiləni dəstəkləyir. 

BJF təlimatları, Media və Uşaqların Hüquqla-

rı: Uşaqları Əhatə Edən Məsələlər barədə Xəbər 

Verilməsi üzrə Təlimatlar və Prinsiplər sənədi 02 

may 1998-ci ildə Braziliyanın Resife şəhərində 

keçirilməklə jurnalistika və uşaq hüquqlarına dair 

birinci ümumdünya beynəlxalq məsləhətləşmə 

konfransında 70 ölkədən olan jurnalist təşkilatları 

tərəfindən qəbul edilmişdir. Bu təlimatlar uşaqlara 

jurnalistlərin onların məsələlərinə və fikirlərinə ciddi 

yanaşdığını nəzərdən keçirməyə kömək edəcəkdir: 

Onlar deyirlər ki: 

«Bütün jurnalistlər və media peşəkarları yüksək 

əxlaqi və peşə normalarını qoruyub saxlama-

lı və öz fəaliyyəti daxilində müstəqil jurnalistika-

nın həyata keçirilməsi üzrə Uşaq Hüquqlarına dair 

Beynəlxalq Konvensiya haqqında məlumatların 

mümkün dərəcədə geniş yayılmasına dəstək 

göstərməlidirlər.»

BJF təlimatları vurğulayır ki: 

Media təşkilatları uşaqların hüquqlarının po-

zulması və uşaqların texniki təhlükəsizliyi, şəxsi 

həyatının toxunulmazlığı, fiziki təhlükəsizliyi, təhsili, 

sağlamlığı və sosial rifahı və istismarın bütün for-

maları ilə əlaqədar məsələləri araşdırmalar və icti-

mai müzakirə üzrə mühüm məsələlər kimi nəzərdən 

keçirməlidir. 

Bu təlimatlarda aydın şəkildə müəyyənləşdirildiyi 

kimi yeganə istisna kimi uşaqlar şəxsi həyatının 

toxunulmazlığı üzrə mütləq hüquqa malikdirlər. 

Uşaqların yaşayış tərzinə və rifahına toxunan jur-

nalistika fəaliyyəti uşaqların ağır vəziyyətinin 

qiymətləndirilməsi ilə daim yerinə yetirilməlidir. 

Jurnalistlər və media təşkilatları uşaqların 

məsələləri haqda xəbərlərin verilməsində etik dav-

ranışın ən yüksək normalarına riayət olunmasına 

səy göstərməlidirlər. 

Xüsusən, onlar: 

1. uşaqları əhatə edən məsələlər barədə xəbər 

hazırlayarkən dəqiqlik və həssaslıq baxımından 

mükəmməl normalara nail olmalıdırlar; 

2. uşaqlara xələl gətirən məlumatlar ilə onlara 

media məkanında müdaxilə edən proqramlara və 

rəsmlərin nəşrinə yol verməməlidirlər; 

3. uşaqları əhatə edən jurnalistika fəaliyyətinin 

gücləndirilməsi üçün stereotiplərin və sensasiyalı 

təqdimatların istifadəsinə yol verməməlidirlər;  

4. uşaqlarla əlaqədar hər hansı materialın 

nəşrinin nəticələrini diqqətlə nəzərdən keçirməli və 

uşaqlara olan zərəri minimuma endirməlidirlər; 

5. ictimai maraqda nümayiş edilənə qədər təsirə 

məruz qalan uşaqları müəyyən edərək onları əyani 

və ya digər şəkildə qorumalıdırlar; 

6. hər hansı növ motiv olmadan özünəməxsus 

fikirlərini ifadə etmək üçün uşaqların mümkün 

dərəcədə mediadan istifadə hüququnu təmin 

etməlidirlər; 

7. uşaqlar tərəfindən verilən məlumatların 

sərbəst yoxlanılmasını təmin etməli və uşaq 

xəbərçilərini risk altında qoymadan məlumatın yox-

lanıldığına təminat vermək üçün xüsusi diqqət 

yetirməlidirlər;

8. uşaqların seksuallaşdırılmış obrazlarının 

istifadəsinə yol verməməlidirlər; 

9. uşaqların rəsmlərinin əldə olunması üçün 

qərəzsiz, açıq və birbaşa metodlardan istifadə 

etməli və mümkün olduqda, uşağın və ya məsul 

yaşlının, himayəçinin və yaxud qəyyumun məlumatı 

və razılığı ilə onları əldə etməlidirlər; 

10. uşaqlar üçün danışmaq və ya uşaqların ma-

raqlarının təmsil etmək niyyətini bildirən hər han-

sı təşkilatın etimadnamə/mandat sənədlərini yoxla-

malıdırlar; 

11. uşağın marağında əyani surətdə əks 

edilməyənə qədər uşaqların rifahına toxunan mate-

rial üzrə uşaqlar və ya valideynlərə və yaxud uşaq-

ların himayəçilərinə vəsait ödəməməlidirlər. 

Həmçinin jurnalistlər BMT-nin Uşaq Hüquq-

ları haqqında Konvensiyasının icrası barədə 

təqdim olunan hesabatları və öz hökumətlərinin 

irəli sürdükləri iddiaları tənqidi surətdə yoxlama-

lıdırlar. Media uşaqların nəinki vəziyyətini yalnız 

hadisə kimi nəzərdən keçirməli və bu baxımdan 

xəbər hazırlamalı, eləcə də «həmin hadisələrin baş 

verməsinə səbəb ola bilən və ya səbəb olan proses 

haqda davamlı surətdə xəbər verməlidirlər». 

Jurnalistlər üçün təlimat kitabçası 

MediaVays və BMT Uşaq Fondu bu yaxın-

larda mediada uşaqları təmsil edən jurnalistlər 

üçün Media və Uşaqların Hüquqları (2005) adlı 

təlimat kitabçasını nəşr etdirmişdir. Bu kitabça 

BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyası-

nın uşaqların mediada və media tərəfindən təmsil 

olunduğu metoda necə təsir göstərə biləcəyinin 

nəzərdən keçirilməsi üçün media peşəkarlarına 

və digərlərinə köməklik edilməsi üçün tərtib olun-

muşdur. Fəaliyyət göstərən jurnalistlərin prakti-

ki təcrübəsinə əsaslanaraq, yaşlıların davranışları-

nın təsirini və uşaqların yaşayış tərzi barədə onla-

rın davranışlarının mediada məsul səviyyədə işıq-

landırılmasına, habelə media peşəkarlarını uşaq-

ların hüquqlarının optimal şəkildə necə qorun-

masını nəzərdən keçirmək üçün stimullaşdırma-

ğa və kütləvi informasiya vasitələrində səciyyəvi 

rol oynamaqda kömək etməyə yönəlmişdir. Uşaq-


Uşaqların Hüquqları və Jurnalistika Praktikası – Tələbənin İstiqamətləndirilməsi

25

lar və gənclər haqda xəbər verilməsinin məxsusi 

çətinlikləri vardır. Uşaqların Hüquqları üzrə İnfor-

masiya Şəbəkəsi Uşaqlarla müsahibə aparılma-



sı üzrə etika kodeksi adlı sənədi çap etdirmişdir, 

halbuki BMT Uşaq Fondu özünün Uşaqlar barədə 



Xəbərlərin Verilməsi üzrə Etik Prinsiplərini işləyib 

hazırlamışdır. 

Lakin media yalnız uşaqlıq təcrübəsi haq-

da ədalətli, vicdanlı və dəqiq şəkildə xəbər 

verməməlidir; onlar həmçinin uşaqların özlərinin 

cürbəcür, rəngarəng və yaradıcı fikirləri üçün me-

diada yer ayırmalıdırlar. Xəbərlərdə və cari işlərdə 

və ya yaradıcı və ifaçılıq sənətinin kompleks 

dairəsində olub-olmamasına baxmayaraq, bütün 

media peşəkarları və onların işlədikləri təşkilatlar 

uşaqların hüquqlarının tanınması və onların öz 

işlərində əks etdirilməsi üzrə məsuliyyət daşıyırlar. 

Bu, media peşəkarları üçün təlimin xarakte-

ri barədə mühüm məsələni ortaya çıxarır. Hazır-

da çevikliyin başlıca amil olduğu daimi dəyişən iş 

şəraitində stajçıların davam gətirə bilməsi üçün on-

ların münasib bacarıqlara yiyələnməsinə diqqət ye-

tirilir. 

Uşaqların fotoşəkillərinin çəkilməsi və ekran-

laşdırılması xüsusən problem doğuracağına görə 

texniki səriştə kimi təlimdə daha çox diqqət cəlb 

etməlidir – əyani obrazların əldə olunması üçün 

istifadə edilən metodlarda, obrazların formalaşdı-

rılmasında və obrazların nümayiş etdirilməsi üçün 

istifadə olunan formalarda. 

Əgər media peşəkarları uşaqların insan hü-

quqlarının qorunmasında daha fəal iştirak 

etməlidirlərsə, uşaqlıq və uşaq hüquqlarına toxu-

nan məsələlərə lazımi diqqət və qayğı göstərildiyinə 

təminat verilməsi üçün media sahəsi daxilində 

təlim, informasiya materialları və beynəlxalq 

əməkdaşlıq barədə təlimat göstərişinin işlənib ha-

zırlanması zərurət yaradır.  

Uşaqların ehtiyacları və hüquqları haqqında «ən 

yüksək» anlayışın inkişaf etdirilməsi jurnalistlərin 

və proqram tərtibatçılarının uşaqlarla birgə çalı-

şan digər peşəkarlar (müəllimlər, sosial işçilər və s.) 

ilə etibarlı münasibətləri inkişaf etdirdiyinə təminat 

verilməsi qədər əhəmiyyət kəsb edir.

QİYMƏTLƏNDİRMƏ TƏLİMATI 

UHİŞ-nin etika kodeksini nəzərdən keçi-

rin və öz praktikanız üçün bəzi əsas nəticələri 

müəyyənləşdirin. Ümumiyyətlə, bu prinsiplər hazırkı 

praktikadan xəbər verir? 

SONRAKI ŞƏRH VƏ RESURSLAR  

Böhtan, sentimentalizm və ya sükut? Gənclər 

nəyi media ilə uyğunlaşdırmalıdırlar?, Mayk Cemp-

son, MediaVays Fondu, 2003. 



Uşaqlar və Media: Qlobal narahatlıq, Mayk 

Cempson, MediaVays Fondu, 2003. 



Bərabərsizlik və Gənclərin Stereotiplənməsi, Dr 

Mauris Devlin, NUI Meynuz, 2006. 



Uşaqların Doğru Yola İstiqamətləndirilməsi, BJF-

nin Jurnalistlər üçün Təlimatları, 2002. 



Uşaqların Hüquqları və Media: Uşaqları Əhatə 

Edən Məsələlər barədə Xəbərlərin Verilməsi üzrə 

Təlimatlar və Prinsiplər, Beynəlxalq Jurnalistlər Fe-

derasiyası, 1998: 

http://www.ifj.org/ 

Uşaqlarla müsahibə aparılması üzrə təlimatların 

hazırlanması, UHİŞ, 2005: 

http://www.crin.org/resources/infoDetail.

asp?ID=5572 

Qlokal Gəncləri: 

www.glocalyouth.net 

Uşaqların Xilası: 

http://www.savethechildren.org.uk/scuk/jsp/new-

home.jsp?flash=true 

Cari Televiziya: 

http://uk.current.com/ 

Media Monitorinq Layihəsi: 

http://www.mediamonitoring.org.az

BMT Uşaq Fondu: Uşaqlar barədə Xəbərlərin 

Verilməsi üzrə Etik Prinsiplər:

http://www.unicef.org/media/media_tools_guide-

lines.html 



Uşaqlarla Müsahibə Aparılması: Jurnalistlər və 

digərləri üçün təlimat, Uşaqların Xilası, 1998. 

Media və Uşaqların Hüquqları, MediaVays, 

2005: 

http://www.mediawise.org.uk/files/uploaded/



The%20Media%20and%20Children%20Rights%20

2005.pdf 

Uşaqlarla müsahibə aparılması üzrə etika ko-

deksi, Uşaqların Hüquqları üzrə İnformasiya 

Şəbəkəsi (UHİŞ): http://www.crin.com/resources/in-

foDetail.asp?ID=5572&flag=report 



BÖLMƏ 1: Uşaqların Hüquqlarının Təqdimatı

26

2002-ci ilin may ayında Birləşmiş Millətlər 

Təşkilatının Uşaqlara dair Xüsusi Sessiyası uşaq-

lar və bəşəriyyətin inkişafı üçün dönüş nöqtəsi oldu. 

Bu, BMT Baş Assambleyasının müstəsna şəkildə 

uşaqlara həsr edilən və ilk dəfə olaraq uşaqla-

rı rəsmi nümayəndə kimi ehtiva edən birinci xüsu-

si sessiyası olmuşdur. Sessiya dünyanın 69 lide-

rini, 190 milli nümayəndəsini, 1700-dən çox QHT 

nümayəndəsini, beş Nobel Sülhü Mükafatı laurea-

tını, çoxsaylı biznes, din, incəsənət, akademiya və 

vətəndaş cəmiyyəti rəhbərlərini və BMT iclasları 

tarixində ilk dəfə olaraq nümayəndə və fəal iştirakçı 

kimi 600-dən çox uşağı bir araya gətirmişdir. 



Uşaqlar üçün Əlverişli Mühit 

2002-ci ildə keçirilən xüsusi sessiyada ilk dəfə 

olaraq, gənclər ideyalar və yaradıcı həll vasitələrini 

irəli sürərək özlərinin adından Baş Assambleya-

ya müraciət etmişlər. Onların iştirakı həyəcan, 

qətiyyət və məsuliyyət hissini doğurmuşdur. Dünya 

liderlərinə ilk mənbədən məlum olmuşdur ki, uşaq-

lar üçün dünyanı dəyişmək nöqteyi-nəzərindən on-

lar dünyanı uşaqlar ilə dəyişməlidirlər.

 Bu gənclərin həyəcanından və dünyabaxışın-

dan ruhlanaraq, Baş Assambleya sağlam həyat 

tərzinin yüksəldilməsi, ilkin optimal təhsilin təmin 

olunması, İİV/QİÇS ilə mübarizə aparılması, uşaq-

ların təhqir, istismar və zorakılıqdan müdafiə 

edilməsi üzrə «Uşaqlar üçün Əlverişli Mühit» adlı 

dəqiq plan barədə razılığa gəlmişdir. 



BMT Uşaq Fondunun icraçı direktoru Karol Bel-

lami şərh etmişdir: «Rəsmi nümayəndə kimi işti-

rak etməsi üçün BMT-nin belə çox uşağın və gəncin 

dəvət edildiyi geniş iclası heç vaxt olmamışdır... on-

ların iştirakı Xüsusi Sessiyanın özünəməxsusluğu 

ilə səciyyələnir.»

«Uşaqlar üçün Əlverişli Mühit» silsiləsi 2015-ci 

ilədək Minilliyin İnkişaf Məqsədlərinin əldə olun-

masına doğru uğurların hesablanması üçün 

hədəfləri müəyyən etmişdir. Bu, həmçinin uşaq-

lar üçün spesifik olaraq aşağıdakı hədəfləri 

müəyyənləşdirmişdir: 

«Uşaqlara, o cümlədən yeniyetmələrə 

özlərinin inkişaf edən qabiliyyətinə uyğun olaraq 

öz fikirlərini sərbəst surətdə ifadə etmək hüququ-

nu həyata keçirməyə və həyatın çətinliklərini dəf 

etmək üçün özünəhörmət hissini formalaşdırma-

ğa, münaqişənin həlli, qərarvermə və ünsiyyətə 

doğru bilik və bacarıqlar əldə etməyə imkan yara-

dılmalıdır. Uşaqların, o cümlədən yeniyetmələrin 

öz fikirlərini sərbəst surətdə ifadə etmək hüququ-

na hörmət edilməli və dəstək verilməlidir, eləcə də 

uşaqlara toxunan bütün məsələlərdə onların fikirləri 

nəzərə alınmalıdır və uşağın yaşına və yetkinliyinə 

görə uşağın fikirlərinə lazımi əhəmiyyət verilməlidir. 

Uşaqların və gənclərin enerjisi və yaradıcılığı 

elə istiqamətləndirilməlidir ki, onlar öz mühitinin, 

cəmiyyətlərinin və aləminin formalaşmasında fəal 

iştirak edə bilsin.»

Bu sözlər və uşaqların Baş Assambleyaya fəal 

cəlb olunması Uşaq Hüquqları haqqında Konvensi-

yanın 12-ci maddəsində yazılmış idealların – uşa-

ğın öz fikrini ifadə etmək hüququnu əks etdirir. Öz 

fikirlərini formalaşdırmağa qadir olan hər bir uşaq 

ona toxunan bütün məsələlərdə həmin fikirləri ifadə 

etmək hüququna malikdir. 

Uşaqlar üçün milli fəaliyyət 

planları  

BMT-nin Uşaqlara dair Xüsusi Sessiyasının 

əlavə tədbirində milli strategiyalarda uşaqların 

cəlb olunması məsələsi müzakirə edilmişdir. 



6. UŞAQLARIN PERSPEKTİVLƏRİ BAXIMINDAN MƏLUMATIN TƏQDİM 

OLUNMASINDA MÜKƏMMƏL PRAKTİKA

ЯСАС АРАШДЫРМА ПРЕДМЕТЛЯРИ 

 «Ушаглар Цчцн Ялверишли Мцщит» 



 Ушаглар цчцн милли фяалиййят планлары  

 Ушагларын иштиракы 



 Мцкяммял практика принсипляри 

 Ушагларын перспективляринин ялдя олунмасы: нцмуняляр 



Uşaqların Hüquqları və Jurnalistika Praktikası – Tələbənin İstiqamətləndirilməsi

27

Uşaqların qarşılaşdığı dörd əsas məsələ prioritet 

fəaliyyət üzrə müəyyən edilmişdir: sağlamlıq, 

təhsil, zorakılıqdan, təhqirdən və istismardan 

müdafiə və İİV/QİÇS. Qlobal fəaliyyət planının əldə 

olunmasına kömək etmək məqsədilə dünyanın bir 

sıra hökumətləri 2003-cü ilin sonunadək uşaqlar 

üçün milli fəaliyyət planlarını hazırlamağa razılıq 

vermişlər. Bu fəaliyyət planları ölkə daxilində qlobal 

fəaliyyət planlarının məqsədləri və hədəflərinə 

doğru hər bir hökumətin necə işləyəcəyini izah edir. 

Xüsusi Sessiya uşaqların və gənclərin onla-

ra toxunan qərarlara mühüm töhfə verə biləcəyini 

və uşaqlarla məsləhətləşmək və onların fikirlərini 

dinləmək baxımından bunun qərar verici şəxslər 

üçün necə əhəmiyyətli olduğunu nümayiş etdirmiş-

dir. Sonrakı prosedurlara cəlb olunmaq ilə bağlı bü-

tün dünyadakı uşaqlar arasında xeyli həyəcan ya-

ranmışdır. Uşaqların və gənclərin özlərinin ölkəsinin 

milli fəaliyyət planlarının işlənib hazırlanması-

na, icrasına və monitorinq edilməsinə əhəmiyyətli 

dərəcədə cəlb olunmaq istəyi məlum olmuşdur. 

Uşaqların Xilası təşkilatı 14 ölkədən olan 4500 

gənc arasında bu prosesə nə üçün cəlb olunmaq 

istədiyi barədə sorğu keçirmişdir. Onların göstərdiyi 

əsas səbəblər bunlardır: 

  Onlar planlar və ən mühüm vasitəçilər 



tərəfindən birbaşa hədəfə alınan insanlardır. 

  Onlar uşaqların vəziyyəti ilə bağlı ən birba-



şa təcrübədə olan insanlardır və onlar öz 

problemlərinin daha yaxşı dərk olunmasında 

hökumətlərə kömək edə bilərlər. 

  Uşaqların hamısı eyni xarakterə malik deyildir 



və hökumətlər müxtəlif qrup uşaqların fikirlərini 

dinləməlidirlər. 

  Uşaqların onlara toxunan bütün qərarlar üzrə 



məsləhətləşmək hüququ (BMT-nin Uşaq Hü-

quqları haqqında Konvensiyasının 12-ci 

maddəsində əhatə olunmaqla) vardır. 

  Uşaqlar və gənclər planın icrasına dəstək 



verilməsində rol oynaya bilərlər və rol oyna-

maq istəyirlər. 

  Onlar planı daha da uğurlu etməklə onun 



səmərəliliyini və təsirini yüksəldəcəklər. 

  Plan uşaqların həyat tərzi, icmalar və 



cəmiyyətlər üzrə onların arasında demokratiya-

nın formalaşmasına və məsuliyyətin stimullaş-

dırılmasına kömək edir. 

  Uşaqlar və gənclər onların proseslərə töhfə 



verdiyi dəyərli resurslara – yeni ideyalara və 

gələcəkyönlü perspektivə malik olduqlarını hiss 

edirlər. 

Qlobal fəaliyyət planında hökumətlər razılıq 

vermişdir ki: «Biz onların [uşaqların və gənclərin] 

öz fikirlərini ifadə etmək, eləcə də yaşına və 

yetkinliyinə görə onlara toxunan bütün məsələlərdə 

iştirak etmək hüququna hörmət etməliyik.» Uşaq-

ların həyat tərzinin yaxşılaşdırılması və onların 

hüquqlarının reallaşdırılması üçün milli fəaliyyət 

planlarının işlənib hazırlanması səbəbindən 

uşaqların və gənclərin özlərinin bu planların 

layihələndirilməsinə və işlənib hazırlanmasına 

töhfə verməyə qadir olması həyati əhamiyyət kəsb 

edir. Uşaqlar seçilməsi üçün düzgün məqsədlər 

barədə fikirləri dinlənilməli olan vasitəçilər və bu 

məqsədlərə nail olunmasında ən optimal üsullar 

hesab edilir. 

 

Uşaqların iştirakı 

2002-ci ildə BMT Baş Assambleyası mil-

li fəaliyyət planlarının milli səviyyədə işlənib ha-

zırlanması prosesi şövqlü uşaqların onlara aid 

məsələlərə necə cəlb olunduğunu nümayiş et-

dirmişdir. Uşaqların iştirakı strategiyaları onların 

həyat tərzinə təsir göstərdiyi təşkilatlara  özlərinin 

mənsub olmasının və qiymətləndirilməsinin 

əhəmiyyətini artırır. Uşaqların və gənclərin 

qərarvermə prosesinə qoşulması «strategiya-

ların və xidmətlərin müvafiqliyini və keyfiyyətini 

yüksəldir, gənclərə vətəndaş məsuliyyəti hissi-

ni aşılayır, onları milli və yerli siyasi kurslarda daha 

çox maraqlandırır və onların seçkilərdə səs vermək 

ehtimalını artırır.» (Uşaqlar və Gənclər Bölməsi, 

2002) 


Prosesdə iştirak sadəcə baş vermir: bu, 

milli,yerli və təşkilati səviyyələrdə çempionlar tələb 

edir. Xüsusən, uşaqların və gənclərin real və fəal 

iştirakı üçün təşkilatlar daxilində imkanların yaradıl-

ması və genişləndirilməsi üzrə güclü liderliyə ehti-

yac duyulur. 

Uşaqlar və gənclər ilə əhəmiyyətli dərəcədə 

ünsiyyətdə olmaq üçün təşkilatların hazırlığı və 

razılığına bir çox amillər, o cümlədən mədəni 

dəyərlər, resurs məsələləri, uşaqların fikirlərinin 

dəyəri haqqında yaşlıların qavrayışları, təşkilat 

daxilində bacarıqlar, eləcə də uşaqların və 

gənclərin özlərinin ünsiyyətdə olmağa hazırlığı öz 

təsirini göstərəcəkdir.

Uşaqlar və gənclər optimal surətdə iştirak 

etməlidirlərsə, məlumat, anlayış, bacarıqlar və inam 

onlar üçün vacibdir. İştirak üçün bu qabiliyyətin in-

kişafı ailədən başlayır. Ailələr uşaqlara seçim təklif 

edərək, öz qərarlarının və tədbirlərinin nəticələrinin 

dərk olunmasında onlara kömək edərək və öz 

fikirləri üzrə hörmət etmək mədəniyyətinin inkişa-

fına imkan yaradaraq gündəlik həyat tərzi ərzində 

uşaqlara etibar edilməsinə dəstək göstərə bilərlər. 

Ailə ilə yanaşı, məktəb kurrikulumu və məktəb 

mədəniyyəti ən mühüm vasitələri təmin edir ki, bu-

nunla uşaqlar bacarıqlara, qabiliyyətlərə və fəal iş-

tirak və vətəndaşlıq məsuliyyətinə yiyələnə bilərlər. 

Əksər uşaqlar təhsil müəssisələrində səmərəli 

vaxt keçirdiyinə görə, bu strukturlara və sistemlərə 

uşaqlarla tərəfdaşlıq şəraitində yanaşılmalıdır. 



BÖLMƏ 1: Uşaqların Hüquqlarının Təqdimatı

28

Məktəblərdə məktəb şuralarına və uşaqların iş-

tirakına köməklik göstərilməsi və dəstək verilməsi 

baxımından müəllimlərə və pedaqoji heyətə təlim 

keçirilə bilər. Xüsusən məktəblər uşaqların fəal iş-

tirakçıya çevrildiyi iki-istiqamətli ünsiyyət prosesinə 

doğru təhsilin inkişaf etdirilməsi üzrə mühüm 

məsuliyyət daşıyırlar.

İcmada yerli qurumlar uşaq və gənclərlə 

məsləhətləşmə tədbirlərini təşkil edə bilərlər ki, 

bunların nəticəsində uşaqlar sonradan yerli yaşlı 

qurumlara daxil edilə və onlarla birlikdə iştirak edə 

biləcəyi yerli gənclər şuralarını seçə bilərlər. 

Texnologiyanın cəmiyyətdə oynadığı rolunun 

artması ilə internet və mobil telefonların istifadəsi 

daxil olmaqla mexanizmlərin işlənib hazırlan-

ması daha əhəmiyyətli iştirakın formalaşması-

na dəstək göstərə bilər. ÜmumDünya Veb say-

tı yeni beynəlxalq forum yaranmaqdadır ki, bu-

nun daxilində uşaqların və gənclərin öz fikirlərini və 

təcrübələrini ifadə edə və milli və yerli səviyyədə 

dövlət siyasətinin işlənib hazırlanmasına töhfə verə 

biləcəklər. 

«Vətəndaşlıq praktikası mənsub olmaq və iştirak 

etmək, dinləmək və danışmaq, dəyərləndirilmək və 

daxil edilmək təcrübəsinin sınaqdan keçirilməsi ilə 

öyrənilir.» (Comhairle nanUg İcra Qrupunun 2007-

ci il üzrə Hesabatında)



İştirak faydaları  

Qərarvermədə iştirak uşaqların və gənclərin 

özlərinə birbaşa fayda gətirir. Onlar kollektiv əmək, 

danışıq aparmaq, problem həll etmək və təsir 

göstərmək kimi bacarıqları öyrənməklə əldə edirlər. 

Onlar siyasi kursun necə işlənib hazırlandığı və 

təşkilatların necə işlədiyi barədə bilik əldə edirlər. 

Onlar tərəfdaşlar kimi yaşlılarla işləməyi öyrənirlər 

və onların inamı və özünəhörmət hissi iştirak 

vasitəsilə arta bilər. 

İştirak imkanlarına malik olmaq öz icmalarının 

sosial, mədəni, iqtisadi və siyasi həyat tərzindən 

ayrılan və ya təcrid olunan uşaqlara və gənclərə 

xüsusi faydalar gətirir. 

Uşaqlar və gənclər onların həyat tərzinə to-

xunan məsələlər barədə təklif verilməsi üçün na-

dir perspektivlərə və təcrübələrə malikdir. Siyasi 

kursların və xidmətlərin necə işlənib hazırlandığı, 

təmin olunduğu, qiymətləndirildiyi, nəzarət edildiyi 

və təkmilləşdirildiyi barədə uşaqlara söz verilməsi 

həmin siyasi kursların və xidmətlərin onların ehti-

yaclarının yerinə yetirildiyinə və yerinə yetirilməyən 

ehtiyacların tanındığına təminat verəcəkdir. 

Uşaqlar və gənclər dövlətin siyasi kursunun 

işlənib hazırlanmasına cəlb olunarkən, onlar yaş-

lıların qərarlarının passiv qəbuledicilərindən öz 

həyat tərzinin və cəmiyyətinin formalaşması-

na kömək etməyə qadir olan «hüquq sahiblərinə» 

çevrilirlər. «Əldə olunan məlumat və istifadə edilən 

tipik rəylər ilə yanaşı faktiki proses özlüyündə 

üzvlərə müzakirə etməyə və hazırlamağa, eləcə də 

dəyişiklik hallarında özlərinin iştirakını nəzərdə tut-

mağa və vətəndaşlar kimi öz dəyərlərini müəyyən 

etməyə və təsdiqləməyə imkan verir.» (Gənclərin 

Fikirlərinin Dinlənilməsi, MakAuley və Bratman, 

Uşaqların Hüquqları Birliyi, 2002)

 

     


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin