Səmimi Söhbət - Uqanda
Səmimi Söhbət qəzeti 1993-cü ildə təsis olundu.
1997-ci ilədək bu mətbu orqanı inkişaf etdirilərək
çoxsaylı layihələr ilə Səmimi Söhbət Fondu adlı
qeydiyyatdan keçmiş QHT-yə çevrildi. Hazırda
təşkilatın məqsədi «Yeniyetmələrin Müdafiəsinə
Təminat Verilməsi» və «Yeniyetmənin Daha Opti-
mal Sağlamlığı üzrə Ünsiyyət» adlı bəyanatlarda
öz əksini tapır. «Müdafiə» dedikdə, burada yeniyet-
mələrin məhsuldar yaşlı kimi inkişaf etməsi üçün
həyati bacarıqları, təhsili və dəyərləri ilə birlikdə on-
ların yoluxucu xəstəliklərdən və arzuolunmayan
hamiləlikdən qorunması kimi başa güşülür.
Radio verilişi 1999-cu ilin may ayında efirə çıx-
dı. 30 dəqiqəlik həftəlik proqram təhlükəsiz seks,
cinsi pəhriz, prezervativlərdən istifadə və həyati ba-
carıqlar barədə Səmimi Söhbət mesajlarını təsdiq
edərək əsasən məktəbdənkənar və məktəbdəki
yeniyetmələrə yönəlmişdir.
Ümumdünya Radio Forumu
Ümumdünya Radio Forumu (ÜRF) uşaq-
lar tərəfindən və onlar üçün keyfiyyətli yayımın
gücləndirilməsinə həsr olunur. 2001-ci mart ayında
Yunanıstanın Fessalonika şəhərində Uşaqların Me-
diasına dair Üçüncü Ümumdünya Sammitində ya-
radılan ÜRF radio vasitəsilə öz icmaları daxilində
uşaqların hüquqları və uşaqların və gənclərin statu-
su sahəsində mübarizə aparmağa səy göstərir. Bu,
hər bir materikdən, xüsusən Afrika materikindən
olan layihələri və özəl şirkətləri özündə birləşdirir.
82
TELEVİZİYA
Aparılan hesablamalara görə, bütün dünyada 15
yaşından aşağı 1,8 milyard nəfər televiziya tama-
şaçısı mövcuddur. Onlardan 190 milyonu varlı regi-
onlarda, 1,6 milyard nəfər isə inkişaf etməkdə olan
ölkələrdə yaşayır. Təxminən 142 peyk və kabel te-
leviziya kanalı beş materikdəki 15 yaşından aşa-
ğı şəxslərə yönəlmişdir ki, onlardan 88-i Avropada
yerləşir.
Dünyanın hər yerində dövlətə mənsub ya-
yım şirkətləri uşaqlara dair proqram verilişlərinin
hazırlanmasını ilə əlaqədar belə bir öhdəlik da-
şıyırlar ki, proqram tərtibatının keyfiyyətinin və
kəmiyyətinin son dərəcə dəyişkən olmasına bax-
mayaraq uşaqları məlumatlandıracaq, əyləndirəcək
və maarifləndirəcəkdir.
Gənclər üzrə Britaniya proqramları
Birləşmiş Krallıqda BBC Televiziyasının uşaq-
lar üzrə ən məşhur proqramlarından biri, Blu Pi-
ter adlı veriliş 2008-ci ilin oktyabr ayında özünün
50 illiyini qeyd edəcəkdir. Bu, jurnal formatında-
dır və uşaqlar məktəbdən qayıdan kimi yayımla-
nır. İllər keçdikcə, uşaqların özünəməxsus ideya-
ları verilişin gündəliyinə artan dərəcədə öz təsirini
göstərmişdir. Bu, müstəqil sənətkarlıq işlərini ekran-
da göstərir, müxtəlif sahələrdə uşaqların uğurlarını
qeyd edir, qeyri-istismarçı müsabiqələri həyata ke-
çirir, eləcə də Birləşmiş Krallıqda və xaricdə yoxsul
uşaqlara köməklik göstərilməsi haqda milli çağırış
müraciətlərini təşkil edir.
Onun cavan aparıcıları valehedici asudə
məşğuliyyət növlərinə (oksigen balonu ilə sualtı
üzmə, paraşütlə hoppanma, ayaq xizəyi idmanı və
s.) dair fraqmentlərin hazırlanması ilə məşğul olur-
lar ki, bu da uşaqlarda böyüdükcə onların iştirak
etmək istəyəcəyi fəaliyyət növləri barədə təsəvvür
yaradır. Hər il kollektiv digər uşaqların necə yaşadı-
ğını və onlara aid məsələləri uşaqlara başa salmaq
üçün dünyanın müxtəlif bölgələrinə səfərlər edir.
BBC həmçinin Uşaqların İnformasiya-Analitik
Proqramı adlı müntəzəm verilişi həyata keçirir ki, bu
da sadəcə və birbaşa olaraq günün əsas informa-
siya materiallarından, o cümlədən uşaq zorakılığı,
aclıq və təbii fəlakətlər kimi ağır mövzulardan, yaş-
lıların xəbər bülletenlərində göstərilməməklə, uşaq-
lar üçün ayrıca maraq doğuran xüsusi vasitələrdən
bəhs edir. Əsas xəbər yayımları yaşlılara
yönəldiyindən onlar uşaqlar arasında məşhur de-
yildir. Uşaqların özünəməxsus tərtibatlı verilişlərinin
olması onların tez-tez yaşlı verilişlərini müşayiət
edən kədərli və iztirablı kino çəkilişlərindən müdafiə
etməklə bərabər, cari məsələləri yaşlılarla müzakirə
etməsinə imkan yaradır.
Birləşmiş Krallığın kommersiyayönlü ya-
yım şirkətlərindən biri, Kanal 4 gəncləri xəbər
gündəliyini təyin etməyə ruhlandırmaqla yeniyet-
mələr üzrə özünün Xəbərdar Ol adlı proqram
verilişinə görə mükafatlara layiq görülmüşdür. Proq-
ramın ideyaları və qonaq aparıcıları tamaşaçılar və
məktəb səfərləri vasitəsilə seçilir. Qonaq müxbirlər
çox vaxt özlərinin yaşayış tərzlərində yaranan prob-
lemi araşdıraraq proqrama qismən töhfə verirlər.
Onlar əsasən gənc istehsalat qrupundan peşəkar
məsləhət və dəstək alırlar. Proqram dinamik, əldə
tutulan kamera çəkilişləri ilə xarakterik, gənclik üs-
lubuna malikdir, lakin bu, rəsmi qanunverici orqan-
lar tərəfindən müəyyən edilmiş formal təlimatlar
daxilində diqqətlə redaktə edilir və istehsal olunur.
Mukto Xobor (Müstəqil Xəbərlər)
Banqladeşdə yayımlanan Mukto Xobor adlı veri-
liş uşaqlara və uşaq hüquqları məsələlərinə diqqət
yönəltməklə yeniyetmələrə dair xəbərləri və cari
məsələləri işıqlandıran 25 dəqiqəlik həftəlik proq-
ramdır.
Proqramın məqsədləri
aşağıdakılardır:
1. Mediada uşaqlar üzrə efir məkanını;
gənclərin sosial təbəqə boyunca uşaqlar və yaşlılar
tərəfindən fikirlərinin dinləniləcəyi yerdə məsələlər
və hadisələr barədə öz fikirlərini ifadə etmələri üçün
forumu yaratmaq.
2. Gənc jurnalistlərə peşə ixtisasları üzrə təlim
keçməklə imkanlar yaratmaq; imkan verildikdə on-
ların mediada səmərəli çalışa bilməsinin yaxşı
nümunəsi kimi proqramdan ilham alan geniş say-
da gənc tamaşaçılara etibar etmək və onları ruhlan-
dırmaq. Yeniyetmələrə özünəinam və özünəhörmət
hissini formalaşdırmağa kömək etmək.
3. Uşaqların rəylərini və problemlərin həlli yol-
larını irəli sürə biləcəyinin müəyyənləşdirilməsində
onların fikirlərini dəyərləndirmək; uşaqların yalnız
dinləməli və o qədər də çox danışmamalı olduğu
barədə ənənəvi düşüncə tərzini dəyişmək.
4. Uşağın mediada iştirakı üzrə bu proqramı
bərabər imkanlar modelinə çevirmək. Son məhsul
uşaqların hüquqlarına yönəlməklə geniş şəkildə
nəzərdən keçirilən bir proqramdır.
Proqramda iştirak üzrə uşağın münasib seçmə
prosesi cəmiyyətin bütün təbəqələrinin nəzərdən
keçirildiyinə təminat verir. Namizədlərin təqdim
edilməsi üçün nəinki məktəblər, eləcə də təhsil al-
mayan uşaqlarla birgə işləyə bilən təşkilatlarla
əlaqə qurulur. İstehsalat qrupu imtiyazlı uşaqların,
işləyən uşaqların və hətta ilkin savadlılıq bacarıqları
olmayan bəzilərinin birgə fəaliyyətindən ibarətdir.
Proqram öz auditoriyası arasında xeyli şəkildə
formalaşmışdır. Dövri şəkildə birgə çalışan müxtəlif
hazırlıqlı uşaqlar arasında gərginlik və narahatlıq
mövcud olmuşdur, lakin onlar buna üstün gəlmişlər
BÖLMƏ 2: uşaqların hüquqları və peşəkar jurnalistika praktikası
Uşaqların Hüquqları və Jurnalistika Praktikası – Tələbənin İstiqamətləndirilməsi
83
və mükəmməl əmək münasibətlərini yaratmışlar. Proq-
ram Banqladeş cəmiyyətinin dəqiq əksi hesab olunur
və onu qiymətləndirmə əmsalı göstəricilərinə görə uğu-
ra çevirməklə özü-özlüyündə çoxsaylı auditoriyaya isti-
nad edir.
Uşaqların Media Mərkəzi (UMM),
Qırğızıstan
UMM audio-vizual və çap mediası ilə işləyir və onun
fəaliyyəti müstəsna şəkildə uşaqlar və gənclər tərəfindən
həyata keçirilir. Layihə uşağın öz fikrini ifadə etməsi üçün
şəraitin yaradılmasına yönəlir. UMM üzvləri Qırğızıs-
tanda uşaqların və gənclərin qarşılaşdıqları problemləri
tədqiq edirlər və onların nöqteyi-nəzərindən öz
müşahidələrini qiymətləndirirlər. Onlar həmçinin BMT-nin
Uşaq Hüquqları haqqında Konvensiyasına uyğun olaraq
uşaq hüquqları haqqında məlumatları yayırlar.
UMM üzvləri uşağın müdafiəsi, gender məsələləri və
İİV/QİÇS daxil olmaqla, gənclərin problemlərini efirdə
canlandıran bir çox mövzular üzərində işləyirlər. UMM
kimsəsiz uşaqlar, İİV-ə yoluxmuş insanlar və qadınla-
rın hüquqlarının pozulması barədə videosüjetlər və çap
media məqalələrini hazırlamışdır. Layihənin əsas gücü
o faktla izah olunur ki, UMM-nin media məhsullarında
ifadə olunan rəylər gənclərin həqiqi fikirləridir.
Andi
Braziliyada ANDİ adlı Uşaqların Hüquqları üzrə
Xəbər Agentliyi küçə uşaqlarının vəziyyəti barədə
jurnalistlər tərəfindən işə başladı. İlk öncə onlar təhsil
müəssisələrinin yaradılmasına diqqət yetirdilər, çünki
onlar təhsili xüsusən diktatorluq rejimində yoxsulluqdan
çıxış yolu kimi hesab edirdilər.
Sonra onlar medianı monitorinq etməyə başladılar
və uşaqlar haqqında reportajların böyük əksəriyyətinin
mənfi xarakterli olduğunu müşahidə etdilər. Onlar
naşirlərin ən bədnam cinayətkarlardan ibarət olduğunu
nümayiş etdirmək üçün «liqa cədvəllərini» dərc etdirdilər
və daha müsbət yanaşma metodunu stimullaşdırdılar.
Tədricən liqada daha yaxşı yer tutmaq üçün rəqabət
edən naşirlərlə reportaj forması dəyişilmişdir.
Uşaqların və yeniyetmələrin ilkin sosial hüquqların-
dan istifadəsinin demokratikləşməsi sosial bərabərlik
üzrə ilkin şərt olduğuna görə ANDİ-nin missiyası onla-
rın hüquqlarının dəstəklənməsinə və qorunmasına doğ-
ru media qurumu daxilində məlumatlılığın artırılmasına
töhfə verməkdən ibarətdir.
ANDİ uşaqları və gəncləri əhatə edən məsələlərdə
mükəmməl jurnalistika fəaliyyəti üzrə milli etalonu
müəyyən etmişdir. Bunu həyata keçirmək üçün ANDİ:
•
xüsusi mövzuları müəyyən edir və təklif edirlər və
onlara dair məlumatları jurnalistlərə çatdırırlar;
•
ölkədə uşaqlar və gənclər haqqında nəşr olunan
əsas xəbərləri yayır;
•
Braziliya mediasında uşaqlar və gənclər üzrə jurna-
listika fəaliyyətinin kəmiyyət və keyfiyyət təhlillərini
aparır;
•
çətinliklər və uğurlu təcrübələr haqqında
məlumatları yayır;
•
fəaliyyəti sosial cəhətdən məsul jurnalistika
nümunəsi olan peşəkarları qəbul edir;
•
gənc informasiya peşəkarlarına və tələbələrə təlim
keçir.
2000-ci ilin mart ayında ANDİ Şəbəkəsi yaradıldı, ha-
zırda Braziliyanın dörd ştatından təmsil olunan altı rabitə
qurumundan ibarətdir.
Bir Dəqiqəlik Köməkçi
«Bir Dəqiqəlik Köməkçi» uşaqların və gənclərin bir
dəqiqəlik videosüjetlərini hazırlaması və media janrı
vasitəsilə öz fikirlərini ifadə etməsi üçün bir müsabiqədir.
«Bir Dəqiqəlik Köməkçi» Amsterdamda Sandberq
İnstitutu tərəfindən hər ilin noyabr ayında keçirilən Bir
Dəqiqəlik Kino Festivalında yeni kateqoriya hesab olu-
nur. Çətir festivalı kimi «Bir Dəqiqəlik Köməkçi» peşəkar
film istehsalını təqdim etmək üçün nəzərdə tutulmur.
Müsabiqə daha yaxşı şəkildə gəncləri bu janrdan irəli
gələn imkanları təcrübədən keçirməyə və faydalanma-
ğa, eləcə də öz yaradıcılıqlarını və narahatlıqlarını tanıt-
dırmağa stimullaşdırır. Avropa və Mərkəzi Asiyadan olan
12-20 yaş arasındakı gənclər ərizə verməyə dəvət olu-
nurlar. Hər il layihəyə cəlb olunan tərəfdaşlar gənclərlə
sıx məsləhətləşmə şəraitində müsabiqənin aparılması
üzrə predmetləri və ya mövzuları seçirlər.
Ən yaradıcı filmlərin seçilməsi festival zamanı nü-
mayiş etdirilir və ən görkəmli təqdimatlara mükafat-
lar verilir. Sponsor təşkilatlarının (Avropa Mədəniyyət
Fondu, Sandberq İnstitutu və BMT Uşaq Fondu) üç
nümayəndəsindən ibarət münsiflər heyəti və üç nəfər
gənc seçim edir. Müsabiqəyə daxil olan şəxslərə işti-
rak barədə sertifikat verilir. Qaliblər kiçik maliyyə prizi ilə
birlikdə Sandberq İnstitutunun tələbələri tərəfindən təyin
edilmiş mükafatlarla təltif olunurlar.
Müsabiqənin əsas qayəsi qaliblərin müəyyən
edilməsinə deyil, gənclərin yaradıcı və həvəsli icması-
nın yaradılmasına yönəlir. Hər il festivalda oyun elemen-
ti keçirilir ki, bu da auditoriyada çoxsaylı müzakirələrə
səbəb olur.
Yeni rəqəmsal medianın gənclər tərəfindən bilavasitə
və müstəsna istifadəsi onların xeyli töhfə verəcəyini sü-
but edir. Bu, qəbul edilməli və stimullaşdırılmalıdır və
onların eksperimentinin nəticələri üzrə geniş platforma
nəzərdə tutulmalıdır.
84
Sonrakı şərh və resurslar
Ümumdünya Qəzetlər Assosiasiyası (ÜQA):
http://www.wan-press.info/
Ümumdünya Radio Forumu:
http://www.worldradioforum.org
Ümumdünya İcma Yayım Stansiyaları Assosiasiyası:
http://www.amarc.org/
Beynəlxalq MediaVays və Media Fəaliyyəti təşkilatının müəyyən etdiyi çoxsaylı digər valehedici Uşaq-
lar tərəfindən, ilə və üçün Media Fəaliyyəti Növləri və Xoşməramlı İdeyalar həmçinin uşaqlarla birgə və
onlar barədə yazının dərc olunması üzrə davranış kodekslərini ehtiva edən xüsusi vebsaytda göstərilir.
Buna həmçinin bir çox faydalı linklər və uşaqların ən yaxşı maraqlarının media istehsalında başlıca
əhəmiyyət kəsb etməli olduğunu təkid edən yayım şirkətləri və digər media qurumları tərəfindən buraxılan
çoxsaylı formal bəyannamələr haqqında məlumatlar daxildir:
www.unicef.org/magic
Andi:
http://www.andi.org.br
Mətbuat Orqanı:
http://www.pressgazette.co.uk
Beynəlxalq Gənclər Prizi fondu:
www.prixjeunesse.de
Uşaqlar və media - qlobal narahatlıq, Mayk Cempson, MediaVays Fondu
BÖLMƏ 2: uşaqların hüquqları və peşəkar jurnalistika praktikası
Dostları ilə paylaş: |