Şəkil 11.2. Sabit cərəyan gücləndiricisi bazasında yığılmış elektron ommetrin struktur sxemi
Şəkil 11.2 – də SCG sabit cərəyan gücləndiricisi bazasında yığılmış elektron ommetrin sxemi göstərilmişdir. Burada göstərici kimi sabit cərəyan voltmetri istifadə olunur. GQ göstərici qürğunun göstərişi Rx və R0 – ın nisbətindən asılıdır. Düyməni basmaqla güclənmə əmsalını dəyişmək mümkündür. Elektron ommetrlər çox böyük müqavimətləri ( 1014 Oma qədər ) ölçməyə imkan verir. Kabellərin yaxud başqa qurğuların izolyasiya müqavimətinin ölçülməsində bu növ cihazlardan geniş istifadə olunur. Bu cihazlar – 40º C – dən +50º C temperaturda və +35º C temperatur olduqda 98% rütubətlik şəraitində ölçmə apara bilir. Elektron ommetrin ölçmə diapazonu çox genişdir.
Ölçdüyü kəmiyyətin qiymətindən asılı olaraq istehsalatda mikroommetrdən tutmuş teraommetrə qədər növləri vardır. Ommetrlər və meqommetrlər ayrıca cihaz şəklində və yaxud ölçmə cihazının tərkibində ola bilər. Hazırda elektron ommetr çox geniş yayılmışdır. Elektron ommetrin göstərişi rəqəmli şkala və yaxud analoq cihaz ola bilər.
Müqavimət ölçən rəqəm cihazı
Şəkil 11.3 - də diskret hesablama üsulu ilə işləyən elektron ommetrin sxemi göstərilmişdir:
Şəkil 11.3. Diskret hesablama üsulu ilə işləyən elektron ommetrin sadə sxemi
Bu cihazla
Rx müqaviməti vasitəsilə
C0 kondensatorunun
boşalması vaxt
intervalı ölçülür.
Şəkil 11.4 – də sxe-
min elementlərinin
işinin zaman
diaqramı
göstərilmişdir.
Şəkil 11.4. Elektron ommetrin zaman diaqramı
P relesinin sol kontaktının R1 müqavimətinə qapanması nəticəsində C0 kondensatoru E0 gərginliyinə qədər dolur. Relenin kontaktının ölçülən Rx müqavimətinə qapanması ilə C0 kondensatoru boşalır ( şəkil 11.4 a t0 momenti ). Bu zaman idarəedici qurğu impuls verir ( şəkil 11.4 b ) və triggeri bir vəziyyətinə qaytarır ( şəkil 11.4 c ). Bu andan zaman selektoru açılır və elektron sayğacın girişinə kvars generatorundan müəyyən f tezlikli impulsların daxil olması təmin olunur ( şəkil 11.4 ç ). İmpulsların hesablanması müqayisə qurğusunun girişinə daxil olan U1 və U2 gərginliklərinin bərabər olan halına qədər davam edir. Burada U1 = E – kondensatorun yükləndiyi gərginlikdir. Onun qiyməti τ = C0Rx sabit zamandan asılıdır. U2 - R3 müqavimətin üzərindəki gərginlik düşgüsüdür. Onun qiyməti ( R2+R3 ) gərginlik bölücüsündən asılıdır. Əgər t1 zaman anında U1= U2 olarsa, müqayisə qurğusu impuls verir ( şəkil 11.4 e ) və bu impuls triggeri sıfır vəziyyətinə gətirir. Bu zaman kvars generatorundan daxil olan impulsların sayğacin girişinə ötürülməsi kəsilir ( şəkil 11.4 d ). t1 – t0 = τ zaman anında sayğac m sayda impuls sayır. Bu impulsun qiyməti periodu ilə və τ = Rx·C0 = mT qiyməti ilə müəyyən olur. Buradan
( 11.1 )
təyin olunur. K = 10n Om / impuls; n = 0; 1; 2 və s. müsbət ədəddir.
Bu cihaz vasitəsilə tutumu da ölçmək mümkündür. Bu zaman Rx əvəzinə nümunəvi R0 müqaviməti, C0 əvəzinə ölçüləcək Cx kondensatoru götürmək lazımdır. Tezliyin çox yüksək qiymətlərində bu cihaz vasitəsilə diskretlənmənin xətasını təyin etmək mümkündür.
Dostları ilə paylaş: |