Vİlayət bağçası beşİncİ cİld


Nümunəvi tələbələr və elm istehsalı15



Yüklə 356,08 Kb.
səhifə12/22
tarix03.02.2017
ölçüsü356,08 Kb.
#7376
1   ...   8   9   10   11   12   13   14   15   ...   22

Nümunəvi tələbələr və elm istehsalı15

Bismillahir-Rəhmanir-Rəhim.


Əvvəla, bizim əziz gənclərimizin müxtəlif elmi sahələrdə öz istedad və bacarıqlarını göstərməsi ölkə üçün çox dəyərlidir. Bu bizim üçün də çox sevindirici haldır. Dostların burada bəyan etdiyi sözlərin çoxu yaxşı mətləblər idi. Gənclərin öz məsələləri, universitet və ölkə işləri barədə düşündüyünü görmək insanı sevindirir. Bizim fikrimizcə, bu, çox əhəmiyyətli olan məsuliyyət hissindən xəbər verir. Bəzi problemləri də dediniz, mən qeyd etdim. Yəqin ki, dostlar da qeyd ediblər, bunlarla məşğul olmaq lazımdır. Əlbəttə, dediyiniz problemlər mühüm problemlər deyil; həm həlli çətin deyil, əksəriyyəti asandır, həm də bu problemləri həll etmək üçün iradə var. Söhbət edən gənclərin bəzilərinin sözlərində gəncliyə lazım olan ümid və həvəs zəif idi. Bir-iki nəfər belə idi, amma digərləri Allaha şükür olsun ki, çox həvəslə söhbət etdilər.
Gənc – ümid və həvəsin tərənnümü

Mənim fikrimcə, siz ümid və həvəsin tərənnümü olmalısınız. Sizin söhbətlərinizdə qeyd olunan problemlərin hamısı həll olunasıdır və şübhəsiz ki, olunacaq. Siz görürsünüz ki, nümunəvi tələbələrin və ümumi olaraq istedadlı gənclərin beynəlxalq nailiyyətləri yeni yaranmışdır, əvvəllər yox idi. Bunlar 10 il, 12 il, 15 il öncədən tədricən başlanmış və bu gün yaxşı mərhələyə çatmışdır. Bundan sonra da daha çox, daha yaxşı yerlərə çatacaqdır. Başqa sözlə desək, cəmiyyət miqyasında inkişaf hərəkəti tədricən baş tutur. Hər bir mərhələdə də problemlərin olması mümkündür. Mənim təkidli tövsiyəm budur ki, siz gənclər problemlərlə əlbəyaxa olub onların sizi məğlub etməməsinə qərar verin və ciddi çalışın. Problemlər qarşısında məğlub olmaq insanın ümidsizliyə uğraması, həvəsdən düşməsi və “bu vəziyyətlə nə iş görmək olar?!” deməsidir. Xeyr, bu hissi özünüzə yaxın buraxmayın. Problemləri aradan qaldırmaq olar.


Elm

Mənim ümumi olaraq, gənc nəslə ümidli baxışım budur ki, bu ölkə onlarındır. Bu ölkədə həm insani, həm təbii baxımdan istedad, inkişaf, yüksəliş və tərəqqi var. Bizim tariximiz elmi inkişaf baxımından parlaqdır. Müsəlman cəmiyyətlərində, o cümlədən bizim ölkəmizdə elm məsələsi çox qədim və köklü bir məsələdir. Biz bəzi dövrlərdə dünyanın ən parlaq elmi şəxslərinə malik olmuşuq. Düzdür, bu gün müxtəlif amillər səbəbindən müsəlman ölkələr, o cümlədən bizim ölkəmiz elmi baxımdan geri qalmışdır, öz öncüllüklərini, tarixi və mədəni üstünlüklərini qoruya bilməmişdir. Lakin bu, əbədi bir tale deyil. Bunu bilmək lazımdır. Müsəlman ölkələrinin, o cümlədən bizim ölkəmizin hicri tarixi ilə 4-5-ci əsrlərdəki, yəni Avropa renessansından öncəki elmi zirvəsi daimi və əbədi olmadığı, diqqətsizlik üzündən məhv olduğu və digərlərinin zirəklik göstərib inkişaf etdiyi kimi, bu gün də Avropanın, Qərbin və ABŞ-ın elmi inkişafının əbədi bir tale olduğunu, elmi baxımdan geriqalmış ölkələrin - bu gün onların bir hissəsi müsəlman ölkələridir - həmişə geridə qalmağa məhkum olduğunu düşünmək də olmaz. Əsla belə deyil. Tərəzinin bu gözünün bir gün ağırlaşması tamamilə mümkündür; yəni siz elmi baxımdan ən inkişaf etmişlər olasınız və Qərbin sizə ehtiyacı olsun. Əgər siz çalışıb iradə göstərsəniz, hamı – həm siz gənclər, həm məsul şəxslər, həm müəllim və tədqiqatçılar ölkənin imkanlarından gözəl şəkildə istifadə etsələr və yaxşı bir iş baş tutsa, - bunun əlamətləri ölkədə görünür - 30, 40, 50 ildən sonra ölkəmizi dünyanın ən qabaqcıl elmi xəttində müşahidə etməyimiz tamamilə mümkündür. Bu ön xətdə İranın yanında hansı ölkələrin durmasının bizə dəxli yoxdur. Lakin çoxları geri qalacaqlar və biz ön xətdə olacağıq. Bunun üçün iradə, zəhmət və istedad lazımdır. Bizdə bu istedad var və bu zəhməti də çəkməliyik.


Elmə kapital qoyuluşu

Biz öz növbəmizdə düşünürük ki, ölkənin ən çox kapital qoyuluşu elmi inkişaf sahəsi üçün olmalıdır. Mən dedim ki, universitetlər və ölkənin elm mərkəzləri elm istehsalına çalışmalıdırlar və ölkədə sözün əsl mənasında Proqramlaşdırma hərəkatı yaranmalıdır. Çünki hələlik elmi baxımdan güclü olan tərəf indiki vəziyyətin əsla öz zərərinə bitməsinə razı olmaz, öz ziyanına olacağını bilir. Buna görə də, mövcud vəziyyəti saxlamaq istəyir; yəni o, istehsal edib istədiyi qədər başqalarına versin, digərləri də tərcümə edib onun məhsulundan bəhrələnsinlər; istehsalat, elm istehsalı və tədqiqat sahəsində isə heç bir fəaliyyətləri olmasın. Onlar bununla xalqları asılı saxlamaq istəyirlər. Görürsünüz ki, bizim elmi inkişaflarımıza görə əsəbiləşirlər.


Nüvə məsələsi

Bu gün olduqca çox yaxşı və dəyərli işlər görülmüş nüvə enerjisinə dair sözləri budur ki, İranda nüvə silahı olmasın. Lakin əsas məsələ başqa şeydir. Onlar istəyirlər ki, İranda nüvə elmi və nüvə texnologiyası olmasın. Onlar deyirlər siz nüvə enerjisi istəyirsinizsə, biz sizin üçün stansiya tikər, yanacağını da satarıq və özünüzün stansiya qurub yanacaq istehsal etməyinizə gərək qalmaz. İndi əsas problem budur. Onlar bu elmin burada inkişaf etməsini istəmirlər. Bizim məmurlarımız onlara nə qədər "biz nüvə silahı istehsal etmək istəmirik" deyirlərsə də, onlar öz mövqe və sözləri üzərində təkidlə dayanırlar. Halbuki onların əsl məqsədi bu deyil.


Nüvə silahı həyatın və qüdrətin qarantıdırmı?

Həqiqət budur ki, bizə nüvə silahı lazım deyil. Nüvə silahı ölkə üçün inkişaf və səadət amili deyil, qüdrət amili də deyil. Qüdrəti nüvə silahında görənlər əslində, onu pis tərif etmişlər. Qüdrət həm elm, həm də iman və dəyərlərə sədaqət baxımından güclü bir insan toplumuna malik olmaqdadır. Bunlara malik olmayan, daxildən dağılmaya məruz qalan, lazım olan iradə və imanın görünmədiyi bir toplum nüvə silahına malik olsa da, məğlubiyyətə məhkumdur. İran xalqı ABŞ-ı öz ölkəsindən qovanda nə nüvə silahı, nə də digər silahları vardı. Livan xalqı ABŞ-ı öz ölkəsindən qovdu. Fələstin xalqı indi nüvə silahına malik olan İsraili təngə gətirmişdir. Hansı ki, bunların heç birinin nüvə silahı yoxdur. Biz müqavimət, yüksək ruhiyyə, dərin, möhkəm və ayıq imanla çox uca elm mərhələlərini keçə bilərik. Bir ölkə üçün əsl qüdrət budur. Biz bunu istəyirik. Deyilir ki, bu gün elm və texnologiyaya malik olanlar onun başqa ölkələrin ixtiyarında olmasını sevmirlər. Bu, bir həqiqətdir. Onlar mane olmağa çalışırlar.


Kök hüceyrələr

Kök hüceyrələrin istehsalı və çoxaldılması barədə tədqiqat aparılmışdır. Bu gün həmin işlə məşğul olan tədqiqatçı qardaşların biri bu məclisdə iştirak edir. Bu mövzuda çox yüksək elmi toplantı təşkil olundu, müxtəlif ölkələrdən insanlar dəvət edildilər və hamı İranın bu sahədəki nailiyyətlərini təsdiqləyib təriflədi. Bu yaxınlarda bu barədə mənə verilən bir hesabatda yazılmışdı ki, bəziləri bundan ötrü çox qəzəblənmiş və narahatlıq hissi keçirmişlər. Onlar İranın çox inkişaf etmiş bu yüksək elmə nail olmasından narahat olmuşlar.


Müəllimlərə təşəkkür

Bəzi dostlar dedilər ki, müəllimlərə təşəkkür etmək lazımdır. Bəli, məlumdur. Bu sizə təşəkkür hissəsidir. Müəllimlərə təşəkkür də ayrı bir hissədir. Məsul şəxslər və dövlət orqanları bununla məşğul olacaqlar. Bu gün bizim ölkəmizdə yaxşı müəllimlər 15-20 il qabaqkı və inqilabdan öncəki dövrə nisbətən çox fərqlənmiş və çoxalmışdır. Bu gün mənə ölkənin bir sıra universitetlərində bizim müəllim və tədqiqatçılarımızın səviyyəsinin çox yüksək olmasına dair məlumat verdilər. Onlar bu baxımdan dünyanın yaxşı universitetlərindən sayılırlar. Bu, İslamın və inqilabın nailiyyətidir. İnqilabdan qabaq nə bizim universitetlərimiz, nə də tələbə və müəllimlərimiz bu vəziyyətdə və bu hazırlıqda idilər. Allaha şükür olsun ki, işə əlverişli şərait var. Ölkənin məsul şəxsləri gənclərin problemlərini aradan qaldırmağa çalışmalıdırlar. Bu problemlər təkcə universitetə aid deyil, orta məktəblərdə də belədir. Orada da işlər görülməlidir.


Parlaq gələcək

Mənim şübhəm yoxdur ki, bizim ölkəmiz Allahın lütfü ilə 40-50 ildən sonra elm və texnologiya baxımından çox inkişaf etmiş ölkələrdən olacaq. Bu mənim üçün qətidir. Əlbəttə, düzgün iş budur ki, indidən məsul şəxslər əsas istiqamətləri müəyyən etsinlər və bizim hansı texnologiyanı istədiyimizi görsünlər. Çünki hər bir texnologiya yaxşı deyil. Texnologiya mütləq bir dəyər deyil. Təbiətdə mövcud olan qüvvə və imkanları əldə etmək üçün bir vasitədir. Biz görməliyik ki, hansı mərkəz və hansı məqsədlə bunu əldə edir. İslam düşüncələrindən ilham almış düzgün və insani məqsədləri nəzərə alaq, bəşərin - birinici növbədə ölkəmizin, cəmiyyətimizin, ikinci növbədə isə bütün dünyanın məişət səviyyəsinin inkişafı üçün doğrudan da faydalı və təsirli olan texnologiyanı seçək və üzərində işləyək.


Qərb texnologiyasının eyibləri

Bu gün Qərb texnologiyasının inkişaflarlarının böyük eybi budur ki, bunlar texnologiyanı bəşəriyyət üçün zərərli olan sahələrə yönəltmişlər. Atom bombasını və kimyəvi silahları bunlar düzəltmişlər. İnsan üçün ölümcül maddələri bunlar hazırlamış və özləri də istifadə etmişlər. Atom bombası istehsalının heç bir yaxşı cəhəti yoxdur, bir anda milyonlarla insanı məhv edən silahdır. Buna görə də istehsalı və çoxaldılması düzgün deyil, istifadə edilməsi isə hamısından böyük səhvdir. Bu silahları istehsal edən, çoxaldan, işlədən, digərlərinin işlətməsinə kömək edən, öz ölkəsinin və bizim ölkəmizin xalqından minlərlə insanı məhv və əlil edən Səddam Hüseynə kimyəvi silahları verənlərin özləri indi iddia edirlər ki, biz nüvə silahının yayılmasının qarşısını almaq istəyirik. Sanki böyük bir qaçaqçını qaçaqmalçılıqla mübarizə idarəsinə rəis qoymuşlar. Nüvə və kimyəvi məsələlər sahəsində ən pis cinayətkarlar indi dünyada bu sahələrə nəzarət edən məmur və rəis olmuşlar. Hər halda, texnologiya dünyada müxtəlif sahələrdə əyri və səhv yol keçmişdir. Düzdür, müsbət və yaxşı yerlərdə də işlədilmişdir. Şübhəsiz ki, bu yerlər Allahın və xalqın məmnun olduğu yerlərdir. Lakin əyri yollarda da istifadə olunmuşdur. Biz əvvəldən müəyyən etməliyik ki, ölkə texnologiyasını hansı sahələrdə və hansı yolda inkişaf etdirmək istəyirik.

Allah-Taala sizlərə kömək etsin! Bizim məsul şəxslərimizə də kömək etsin ki, istedadlı və düşüncəli gənc nəslin həqiqi tələblərini ən yaxşı şəkildə təmin edə bilsinlər!

Allahın salamı və rəhməti olsun sizə!





Yüklə 356,08 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin