Vİlayət bağçası beşİncİ cİld


Mədəniyyət - ölkə hərəkətinin əsas sahəsi30



Yüklə 356,08 Kb.
səhifə21/22
tarix03.02.2017
ölçüsü356,08 Kb.
#7376
1   ...   14   15   16   17   18   19   20   21   22

Mədəniyyət - ölkə hərəkətinin əsas sahəsi30

Bismillahir-Rəhmanir-Rəhim.


Kaş vaxtımız olaydı və bu faydalı imkandan istifadə edib təhsil ocaqlarının başçıları olan siz cənabların fikirləri ilə daha yaxından tanış olaydıq! Baxmayaraq ki, mən bəzi səfərlərdə və ya ayrı-ayrı görüşlərdə universitet rektorlarından olan bəzi dostların fikirlərini dinləmişəm.
Elm və ölkənin sabahı

Əvvəla, siz dostların hamısına xoşgəldin deyirəm və zəhmətlərinizdən dolayı təşəkkür edirəm. Mənim fikrimcə, məsələnin məğzi budur ki, biz universitetin və elmin əhəmiyyətinə bütün vücudumuzla inanaq. Əgər bu, baş tutsa, görülməli işlərin çoxu öz-özünə görüləcək. Həm siz universitet başçıları, həm Təhsil nazirliyinin, həm Səhiyyə nazriliyinin, həm İdarəçilik və Planlaşdırma Komitəsinin məsul işçiləri və həm də bütün ölkədə ümumi məsələlərdə məsuliyyət daşıyan şəxslər inansınlar ki, elm və onun əhəmiyyətli şərtlərindən biri olan universitet ölkənin bu günü və sabahı üçün hansı rola malikdir. Bu bəlli məsələyə nə üçün inanmalıyıq? Ona görə ki, çox uğurlu elmi keçmişimizə və tariximizin dünyada uzun müddət elm ocağı kimi tanınmasına rəğmən, dünyada Qərb dövlətləri vasitəsilə müstəmləkəçilik başlanan son bir-iki əsrdə onların siyasətləri səbəbindən elmə ya etinasız qalmışıq, ya onu əldə etməyə ümidsiz olmuşuq, ya da onun üsullarında səhvə yol vermişik və nəticəsi bu olub. Bir dövrdə bu ölkədə Darülfünun yaratmaqla, əslində, öz iradələri ilə möcüzə etdilər. Siz baxın, biz bu gün də Darülfünunu Əmir Kəbirin gözəl işlərindən bilirik. Məgər bizim xalqımızın elmdən malik olduğu dərin tarix və böyük işlər qarşısında Darülfünun nədir ki?! Biz bu qədər geridə saxlanıldıq; ya iradəsizlik etdik, ya diqqətsizlik. Hər halda, bizim vəziyyətimiz elə bir yerə çatıb ki, siz bundan xəbərdarsınız.


Milli özünəinam amili

Elm bir fərddə başucalığı və özünəinam yaratdığı kimi, bir xalqda da eyni işi görür. Siz baxın, özü üçün hər hansı bir elmi məqam tanıyan alim insan pul və siyasi güc qarşısında qalarkən, bəzi ehtiyaclar üzündən zahirən kiçilsə və güzəştlərə getsə də, ürəyində özünə ucalıq və hörmət tanıyır, özündə olanı tərəf-müqabilinin uyğun yoxsulluğu ilə müqayisə edib başucalığı, özünəinam və qürur hissi keçirir. Bir millət də belədir. Elmdən bəhrələnən, elmi tərəqqisi olan və elmdə yenilik göstərə bilən xalq, təbii olaraq özünə inanar və qürur duyar. Hər hansı bir millətdə inam və başucalığı olsa, onun çoxlu problemləri həll olunar, böyük işlər görər, risklərdən qorxmaz, çətin işlərə girişər, dağları yerindən qoparar. Bütün bunların açarı elmdir. Biz ölkəmizdə elmi dirçəltməliyik. Əsas məsələ budur.


Bütün elmlərdə inkişaf

Elm təkcə maddi deyil, humanitar elmlər də çox əhəmiyyətlidir. Elmin bütün sahələrində sözün əsl mənasında başucalığı duymalı, bir millət və bir elmi cəmiyyət olaraq, özümüzdə elm istehsalçısı olmaq və elm zirvələrini fəth etmək hissi yaratmalıyıq. Bu kimin işidir? Bunun ən mühüm yerlərindən biri universitetlərdir.


Müəllimlərə hörmət

Mənim universitetlərə get-gəl etməyim, universitet müəllimlərinə və rektorlarına hörmət üzərində təkid göstərməyim, həmişə ölkənin məsul şəxslərinə universitetlərlə və elm mərkəzləri ilə əlaqə saxlamalarını, onları dinləmələrini tövsiyə etməyim və özümün də imkan daxilində buna əməl etməyim ondan ötrüdür ki, bu işlərin bizim ölkəmizi yaradılmış xroniki xəstəliyindən xilas edə bilən ən mühüm amillərdən olduğunu bilirəm. Allaha şükür olsun ki, inqilabla bu sahədə möhtəşəm dəyişikliklər yarandı. Bizim əsas sözümüz budur.


Elmə əhəmiyyət - əməli bir iş

Universitetlər elmə əhəmiyyət verməlidirlər. Əhəmiyyət vermək yalnız bir könül işi deyil, tətbiq etmək lazımdır. Bu tətbiq bir sıra müqəddimələr, proqramlaşdırmalar, ciddi yanaşma tələb edir. Universitetin imkanları hesabına qeyri-elmi işlərə vaxt sərf etmək, sərmayə qoymaq təbii olaraq elmi ciddiyyəti azaldır. Əlbət ki, bu zaman (həmin qeyri-elmi iş) lazımi, zəruri olarsa, eybi yoxdur. Lakin o işlərdə ifrata varmaq bu gün ehtiyacımız olan elmi yönlənməyə, elmi hərəkata, quruculuğa, elmi inkişafa zərbə vuracaq.


Qalxmaq - hərəkətin müqəddiməsi

Cənab Doktor Tofiqi elmi məsələlər sahəsində uğurlardan danışdı. Bunların hamısı çox yaxşıdır. Hərçənd bəllidir ki, o, müsbət cəhətləri deməlidir. Mən də buna sevinirəm və etirazım yoxdur. O uğurların mühüm bir hissəsi onun özünün universitet məsələsində peşəkar və elmi təmayülündən qaynaqlanır. O, elmi bir şəxsiyyətdir. Gələn gündən dedi ki, mən universitetlərdə elm istehsalını, elmi işin dərinləşdirilməsini və inkişafını istəyirəm. O, peşəkar şəkildə bu işlə məşğul oldu. Allaha şükür olsun ki, bu onun nəticələrinin bir hissəsidir. Bu nəticələri qorumaq lazımdır. Düzdür, bunlar nəticələr də deyil, müqəddimələrdir. Əgər məqbul və optimist bir ifadə işlətmək istəsək, deməliyik ki, bizdə qalxmaq və sıçrayış yaranmışdır. Qalxmaq məqsəd deyil, hərəkətin müqəddiməsidir. Hərəkət də mənzil başına çatmaq üçün vasitədir. Bunların hamısı üçün iş və ciddi çalışmaq lazımdır.


Yaxşı müəllimlər

Xoşbəxtlikdən, ölkəmizdə çox yaxşı müəllimlər var. Təxminən bir il öncə çox yaxşı və etimadlı qardaşların vasitəsilə Mədəni İnqilab Ali Şurasında bir araşdırma aparıldı. Onun nəticələrini mənə verdilər. O məlumatda gördük ki, ölkəmizdə və universitetlərimizdə təhsil və tədqiqat imkanlarının vəziyyəti müəllim baxımından inkişaf etmiş dünyadan çox da zəif deyil. Bizim çox yaxşı müəllimlərimiz var. Səbəbi də bu gün cənab Doktor Tofiqinin sözlərində deyiləndir: istedad. Bəlkə on ildir əlimdə olan məlumatlar və statistik rəqəmlər əsasında istedad üzərində təkid göstərirəm. O dedi ki, beynəlxalq tədqiqat mərkəzlərinin hansında iranlılar varsa, təqdir olunurlar. Bəli, elədir. Bu sahədə mənim də çoxlu məlumatım var. Biz istedadlı xalqıq. Əsla qəribə deyil ki, bizim müəllimimiz yüksək istedadına görə, bir qədər çalışmaqla daha artıq nailiyyət əldə etsin. Bizim görkəmli və yaxşı müəllimlərimiz var. Bu baxımdan çatışmazlığımız yoxdur.


Gənc müəllimlərə yer vermək

Mənim fikrim budur ki, gənc müəllimlərə yer verilməlidir. Qeyd etdiyim müəllimlik istedadımızın və qabiliyyətimizin çox əsas hissəsi son bir neçə ildə təhsil almış bu gənclərə aiddir. Bəziləri xaricə də getmiş və elm öyrənmişlər, bəziləri bizim universitetlərimizdə və ya tədqiqat mərkəzlərimizdə işləmişlər. Bu gün bizdə çox istedadlı və perspektivli müəllimlər çoxdur. Təcrübəli və qədim müəllimlərin təcrübə və elmindən maksimum istifadə etmək, bu gənclərə də imkan yaratmaq lazımdır ki, fəaliyyət göstərsinlər və inkişaf etsinlər. Bunlar fayda yetirməkdən əlavə inkişaf da edirlər.


Gənclik və hövsələ

Gənclik barədə mühüm bir məqam var. Mən bunu dəfələrlə təkrarlamışam. Gəncliyin ən mühüm xüsusiyyəti hövsələdir. Bunu biz qocalar yaxşı anlayırıq. Gənclərin özləri yaxşı diqqət yetirmirlər. İnsan zamanın və ömrün keçməsini təcrübə edəndə bəzən istedadı, meyli və marağı olur, amma hövsələsi olmur. Hövsələ imkanı gənc üçün ən mühüm amildir. Gəncin hövsələsi var, işin dalınca gedir, məsələnin kökünə çatır, nəticə əldə etmək üçün dərindən araşdırır. İnsana maraqlanma, axtarış, yorulmazlıq və dərin araşdırma həvəsi verən gənclik hövsələsindən maksimum istifadə etmək lazımdır. Bu gənclərə yer vermək lazımdır.


İstedadların universitetə cəlb olunması

İstedadları universitetə cəlb etmək lazımdır. Universitetlər xaricində yaxşı istedadlar mövcuddur. İmkan daxilində onları universitetlərə cəlb edin.


Proqramlaşdırma hərəkatı barədə

Bir neçə il öncə ilk dəfə Əmir Kəbir Universitetində Proqramlaşdırma hərəkatı məsələsini irəli sürdüm. Proqramlaşdırma hərəkatı elmi istehsal etmək, elmin sərhədlərini yarmaq və böyük bir hərəkat başlatmaqdır. Bu təklif yaxşı qarşılandı və bu gün universitetlərin, müəllimlərin və məsul şəxslərin sözlərində təkidlə vurğulanır. Əlbəttə, bir müddətə qədər bəziləri deyirdilər ki, biz ümumiyyətlə, bu sözün mənasını anlamırıq. Bəziləri də şübhə yayırdılar ki, məgər elm istehsal ediləsidir?! Əlbəttə, əbəs mübahisələr edirdilər və deyirdilər ki, nə üçün deyirsiniz elm istehsalı. Siz adını nə istəyirsiniz qoyun, məqsəd bəllidir. Proqramlaşdırma hərəkatı budur ki, elmi sahədə oturub əlinizi uzatmayın ki, başqaları əksinlər, meyvələrini toplasınlar və özlərinə lazım odluğundan artığını gətirib sizin ovcunuza qoysunlar. Get ək, suvar, başqalarının düzəltdiyi binanın üzərində bina tik. Bizim məqsədimiz bu idi. Bəziləri deyirdilər biz başa düşmürük. İndi də hərdən eşidirəm ki, bəzi insanlar ümidsiz danışırlar. Deyirlər məgər biz bacararıq?! Bəli bacararıq. Biz müxtəlif sahələrdə elmi cəhətdən bu gün dünyada yeni sayılan işlər görə bilərik. Bu, bütün sahələrdə tamamilə mümkündür.


Nano texnologiya

Biz hələ nano texnologiyada mühüm bir iş görməmişik, amma məsələni tez anladıq, qırx il ötəndən sonra xəbər tutmadıq. İşin əvvəllərində bu məsələni anladıq və indi də bununla məşğuluq. Əgər iş yaxşı yerinə yetirilsə, büdcə verilsə, həvəsləndirilsə və bu işlə məşğul olmaq üçün kadrlar ayrılsa, çox keçmədən bu sahədə dünyanın birinci ölkəsi olarıq. Əgər “bacarmırıq” desək, bu, bacarmaq və inkişaf yolunda olan ən böyük maneə olacaq. Demək lazımdır ki, bacarırıq. Həqiqətən də belədir. Biz bacarırıq.


Bacarmağın gözəl dadı

Bu gün çoxlu işlər görmüşük. Uzun illərdir, prezidentlik dövründən bu günə qədər ölkənin vəziyyəti haqda mənə məlumat verilir. Görürəm ki, bir zaman bizim üçün əfsanə görünən bəzi işlər bu gün həyata keçmişdir və adi işlərdən sayılır. Prezidentlik dövrümdə bir gecə ölkənin məsul şəxslərindən bir neçəsi bizim idarəyə gəldilər. Digər iki orqanın başçıları da orada idilər. Onlar bizə sübut etmək istəyirdilər ki, inqilabdan qabaq yarımçıq buraxılmış buxar stansiyasını düzəldə bilmərik. Biz qəbul etmədik, dedik ki, siz bacarmazsınızsa, başqaları bacararlar, onlar gəlib düzəltsinlər. O stansiya düzəldi, ölkəyə bəhrəsini verdi və istifadə olundu. Düzdür, onun kimi çoxlu stansiyalar da tikildi.

Məyusluq yaratmaq çox pisdir. Bu sözün əsas müraciət obyekti müəllimlər və təhsil mərkəzlərinə rəhbərlik edən, müəllimləri bu işə səfərbər etməli olan sizlərsiniz. Onlara imkan yaradın, inanın ki, bacararlar və bu inamın arxasında onlar üçün iş görün, proqram hazırlayın, şərait yaradın.
Mənzərə sənədi

Mənim fikrimcə, çox əhəmiyyətli məsələlərdən biri də iyirmiillik mənzərə sənədidir. Bu sənəd ixtisaslı bir sənəddir. Müxtəlif yerlərə bağlı olan iqtisadi ekspertlərdən hansı bu sənəd barədə fikir bildirmişsə, müsbət fikir bildirmişdir. Xaricdə də onun əks-sədasını siyasi müzakirələrdə, siyasi sənədlərdə görmüşük. Bu sənəd üzərində işləsəniz, yaxşı olar. Bu sənəddə bəzi hissələr universitetlərə aiddir. Cənab Doktor Tofiqi də buna toxundu. Yaxşı olar ki, bu sənədin müxtəlif sahələri üzərində tədqiqat aparılsın. Bu sənəddən elm və tədqiqat layihələri çıxarılsın, sonra bir il, iki il ərzində işin inkişafı ilə müqayisə olunsun. Hər halda, iyirmi ili bir addıma getmək olmaz. İyirmiillik hərəkəti iyirmi ildə yerinə yetirmək olar, o da əgər yaxşı yerinə yetirilsə. Buna əsasən, bir ildən, yaxud iki ildən sonra bəlli olmalıdır ki, biz bu sahədə irəliyə getmişik, yoxsa getməmişik. Bu, müəllimlərin və universitetlərin işidir. Oturub bu sənəd üzərində işləsinlər, maneələri ölçsünlər, dövlətin və ölkənin məsul işçilərinə kömək etsinlər, maneələri aradan qaldırmaq üçün yol göstərsinlər. Bu, çox əhəmiyyətli işlərdən biridir.


Müəllimlərə lazım olan xüsusiyyətlər

Siz cənabların işində başqa bir məqam universitetlərin müəllimləri məsələsidir. Müəllimin çox mühüm və təsirli rolu var. Bu sahədə həm siz çox məsuliyyət daşıyırsınız, həm də universitetlərin idarə heyətləri. Müəllim tələbələri təsir altına sala bildiyindən, onun üçün bəzi xüsusiyyətlər lazımdır. Bunlar imkan həddində nəzərə alınmalıdır. Müəllim İslama, inqilaba, milli və dini qürura eşq bəsləməlidir. İdeal müəllim budur. Müəllim doğrudan da milli qürur və dini qeyrət hissi keçirməli, xidmət ruhiyyəsi ilə aşıb-daşmalı, gəncləri öz uşaqları kimi yetişdirməlidir. Laqeydlik və etinasızlıq halı, başdan etmək və dərsi necə gəldi başa vurmaq əsla qəbuledilməzdir.

Müəllim dünyada baş verən hadisələrlə tanış olmalıdır. Bizim müəllimimiz sinifdə təsir buraxdığına görə bunları bilməlidir.

Müəllim siyasətpərəst olmamalıdır. Demirəm ki, siyasəti bilməməlidir. Qeyd etdiyimiz qabaqkı məsələ siyasəti bilməyi tələb edir, amma siyasəti bilmək və siyasi olmaq siyasətpərəst olmaqdan başqa bir şeydir. Siyasətbazlıq pisdir. Nə etdiklərini bilməlidirlər, amma bütün işlərinin həmişə siyasi bir maraq ətrafında olması çox pisdir. Xüsusən də cinah, şəxs və partiya cəhətlərində olan siyasi rəng aldıqda daha pis olur.

Müəllim tələbəyə vaxt ayırmalıdır. Düzdür, bu məsələ bir qədər müəllimlərin məişət məsələsi ilə əlaqədardır. Mən bundan xəbərdaram və bilirəm. Elə edin ki, müəllim vaxt ayıra bilsin, bir neçə yerdə işləməyə məcbur olmasın. İndi bir müəllimdən soruşsanız ki, gündə neçə saat dərs deyir, deyəcək ki, misal üçün, səkkiz saat. Bir müəllim necə yeddi-səkkiz saat dərs deyə bilər?! Nə zaman mütaliə edir, nə zaman fikirləşir, nə zaman özünü tədris yerinə çatdırır?! Bunun çoxlu problemləri var. Onları bir qədər məişət məsələləri sarıdan arxayın etmək lazımdır ki, çox o tərəf-bu tərəfə qaçmasınlar.
Mədəniyyət - ölkə hərəkətinin əsas sahəsi

Burada işarə vurulan və mənim də çox əhəmiyyətli yanaşdığım mədəniyyət sahəsi də olduqca mühümdür. Biz mədəniyyəti yalnız elmin, təhsilin deyil, ümumiyyətlə, insan həyatının əsas sahəsi hesab edirik. Bir ölkənin mədəniyyəti onun ümumi hərəkət obyektidir. Ölkənin siyasi və elmi hərəkəti də mədəniyyət müstəvisindədir. Mədəniyyət - yəni cəmiyyətin intrinsik xüsusiyyətləri, xalqın yerli özəllikləri, təfəkkür, inam və idealları. Bunlar bir ölkənin mədəniyyətinin əsasını təşkil edən elementlərdir. Bir xalqı qorxmaz, qeyrətli, cəsarətli və müstəqil, yaxud qorxaq, xar və rəzil edən bunlardır. Mədəniyyət çox əhəmiyyətli bir məsələdir. Biz mədəniyyətdən, mədəni inkişaf və tərbiyədən imtina edə bilmərik. Mədəniyyət də elm kimidir. O, öz-özünə bitən ot-ələf deyil. Sizin öz cəmiyyətinizdə və yaxud dünyanın hər hansı bir nöqtəsində gördüyünüz mədəni əlamətlərin toxumu, heç şübhəsiz, bir əl tərəfindən səpilmişdir. Əlbəttə, insan bəzi əlləri görür, bəzisini isə yox. Evin içindən tutmuş məktəbə, küçəyə, radio və televiziyaya, peyk antenlərinə, beynəlxalq təbliğata və internetə qədər hamısı bu qəbildəndir. Mədəniyyət istiqamətləndirilməli və inkişaf etdirilməlidir. Buna görə də, universitetlərdə mədəni iş görmək olduqca əhəmiyyətlidir.

Uzun illərdir Allah-Taalanın köməyi ilə universitetlərdə nümayəndəlik orqanı yaratmışıq. Xoşbəxtlikdən, cənab Qumi doğrudan da görkəmli bir şəxs, alim və aydın bir ruhanidir. Düzdür, mən müxtəlif universitetlərdə çalışan bütün ruhaniləri tanımıram, amma bilirəm ki, cənab Quminin dəyərli və yaxşı fəaliyyətləri var. Eyni zamanda belə deyil ki, iş təkcə bu şəxslərin çiynində olsun. Universitetlərin rektorları onlara kömək etməli, işlərini asanlaşdırmalıdırlar ki, doğrudan da mənəvi, dini, ruhani, hidayətçi və ata kimi fəaliyyət göstərə bilsinlər. Bundan əlavə, universitetlərin rektorlarının və məsul şəxslərinin özü və nazirliyin əsas idarəsi mədəni məsələlərə dair çox böyük məsuliyyət daşıyırlar. Bəzən bizim dediyimiz sözlər təxmini və gümanla başa düşülür. Amma sonra xoşbəxtlikdən, Allah-Taala bizi xəcalətli etməmək üçün onun elmi və konkret əlamətlərini də göstərir. Baxmayaraq ki, əvvəldən deyəndə də yalnız güman deyil, məlumatlara əsaslanan bir təhlildir.
Mədəni hücum

Mən dəfələrlə demişəm ki, İran xalqının düşmənləri top-tüfəng və bu kimi şeylərdən daha çox fəsad mədəniyyətini yaymağa ehtiyaclıdırlar. Xəbərlərdə yazılana görə, ABŞ-da mühüm bir siyasi mərkəzin başçılarından biri deyib ki, İrana bomba atmaqdansa, qısa yubkalar göndərin. Doğru deyir. Əgər bir ölkə üçün cinsi ehtirasları, qadın və kişinin, oğlan və qızın fəsadlı qarışığını yaysalar və cavanın təbii instinktinin çəkdiyi yollara yönəltsələr, top-tüfəngdən istifadə etməyə ehtiyac qalmayacaq. Fəsad bir xalqı öz-özünə məhv edir, onun gələcəyini korlayır.


Amerikalılar süqut astanasında

Bu gün amerikalıların özləri gələcəklərindən qorxurlar. Mən bunu onların ziyalılarının bəzi məqalələrində görürəm. Təkcə bu günə də aid deyil, bəlkə 10-15 ildir ki, Amerikada bu problem var. Onların bəzi mütəfəkkirləri bugünkü Amerika nəslini və ondakı fəsadın inkişafını görürlər. Onlar homoseksualizmin yayılmasını, ailənin məhv edilməsini, küçələrdə yatan uşaqların çoxalmasını, uşaq və yeniyetmə cinayətlərinin artmasını müşahidə edirlər, bilirlər ki, bu vəziyyət ABŞ kimi sivilizasiyalı bir ölkəni, bütün elmi və texnoloji tərəqqisinə rəğmən, yaxın gələcəkdə yerə yıxacaq. Buna görə də, həyəcan təbli çalırlar. Uzun müddətdir onlar hətta Hollivuda və başqa mərkəzlərə təzyiq göstərərək tövsiyə edirlər ki, televiziyada ehtiraslı və aqressiv filmlər göstərmək əvəzinə ailə filmləri göstərsinlər. Buna dair romanlar da yayılıb. Onlar hətta yazıçıların adını da deyirlər. Əlbəttə, onların fəsad dolu hərəkətləri elə bir məqama çatıb ki, qarşısını almaq mümkün deyil. Onu bir qədər gecikdirə bilərlər, amma qarşısını almağı bacarmayacaqlar. Bizsə bacararıq. Biz hələ belə təhlükəli uçurumlardan çox uzaqdayıq.


Sənaye və universitet

Universitet və sənayenin əlaqəsi məsələsini də dedilər. Bu da mühümdür. Mən yenə də bunun üzərində təkid göstərirəm. Xəbərim var ki, yaxşı işlər görülüb, amma bundan da artıq çalışmaq lazımdır.


Universitetlərdə siyasi fəaliyyət

Cənabların dediyi siyasi məsələlər barədə də bir məqamı deyim. Fəal siyasi tələbə tələbələrin çox aşağı faizidir. Bunu sizin hamınız bilirsiniz, bəllidir ki, belədir. Bizim gənclik dövrümüzdə də belə idi. O zaman universitetlərdə siyasi fəallar az idilər və əlbəttə ki, universitetdə təsir də buraxırdılar.

Mən tələbələrin siyasi hərəkətlərinin tərəfdarıyam, özünüz bilirsiniz, dəfələrlə də demişəm. Mən bu sözləri deyəndə ölkənin ogünkü siyasi mühitində çox da tərəfdarı yox idi. Narahat olurdular nə üçün demişəm ki, universitetlərdə siyasi fəaliyyəti məhv edən şəxslərə lənət olsun. Mən 10-12 il bundan əvvəl bu hüseyniyyədə bu sözü dedim. Mən tələbələrin siyasi hərəkətinin tərəfdarıyam.

Amma biz tələbələri siyasətə çəkməliyikmi? Mən bunu qəbul etmirəm. Bu, zəruri deyil. Tələbə gəncin emosiyası, hərəkəti, bu işə meyli var, əlavə stimula gərək yoxdur. Lakin tələbə gəncin duyğuları birinci növbədə ədalətsevərliyə yönəlmişdir. Tələbəni hər şeydən artıq cəlb edən ədalətsevərlikdir. Bu hissi onda gücləndirin. Ola bilsin, ölkənin məsul şəxslərindən çoxuna etirazı da olsun. Amma onun etirazı bir gəncin etirazıdır, heç bir eybi yoxdur. Mən tələbələrin toplantılarında iştirak edəndə görürsünüz ki, minlərlə tələbə duyğularını necə ifadə edirlər. Mən bilirəm ki, bu bir neçə min nəfərin mühüm bir faizinin mənə etirazı var. Amma öz məhəbbətimi onların arasında bölmək istəsəm, belələrinin payı bir misqal da azalmayacaq. Bunlar da gəncdirlər, bunlar da mənim övladlarım və uşaqlarımdırlar, bunlar da bu ölkənin tələbələridir. Tutaq ki, haqlı, ya haqsız hansısa bir məsələyə etirazlıdırlar. Nə olsun?! Etirazlı olmağın eybi yoxdur, amma işin əsası və bünövrəsi düzgün olmalıdır.


İSİ-nin nəzarəti

Son məqam yenə də elmi məsələlərə qayıdır. Biz tədqiqat işlərində və elmi məqalələrimizi ISI jurnallarında dərc etdirməkdə bəzən problemlərlə rastlaşırıq. Düzdür, qeyd olunduğu kimi, çap olunmuş məqalələrimizin həcmi yaxşıdır, amma xəbərim var ki, xüsusən humanitar elmlərdə ISI jurnallarının bəzisi ümumiyyətlə, bizim tədqiqatçılarımızın məqalələrini çap etmirlər. Nə üçün? Ona görə ki, onların elmi əsaslarına uyğun deyil. Bəli, fəlsəfədə, psixologiyada, pedaqogikada və digər mövzularda bizim sözlərimiz var. Bizim tədqiqatçımız araşdırma aparıb və bir nəticə alıb. Bizim istədiyimiz kimi, bir sərhədi keçib, amma bu sərhəd həmin elmin vətəni olan Qərb və onun dəyərləri ilə uyğun deyil. Buna görə məqaləni çap etmirlər. Bu, liberal-demokratiya dünyasının sözün həqiqi mənasında açıq olduğunu və hamının istədiyi sözü danışa bildiyini düşünən bəzi şəxslərin sadəlövhlüyünə cavabdır. Xeyr, onlar hətta elmi işləri də meyar əsasında görürlər. Bu, xəbərdaredici və ibrətamiz məsələlərdəndir. Əgər məlumatınız yoxdursa, araşdırın, sözümün doğru olduğunu görəcəksiniz.


Liberal-demokratiyanın yalançı iddiaları

Biz eşitmişdik ki, Stalin dövründə hökumət elmi tədqiqat mərkəzlərinə deyirdi ki, biz bu nəticəni əldə etmənizi istəyirik. Elm azad deyildi. Düzdür, bunu da amerikalılar və qərblilər deyirdilər. O zaman biz şübhə etmirdik ki, belədir, amma indi mən şübhə edirəm. Bunların o qədər yalan danışdığını görürəm ki, deyirəm bəlkə bu da Stalinə atılan böhtandır. Yalan, yoxsa doğru olduğunu bilmirəm, amma deyirdilər ki, elmi araşdırmanın nəticəsi dialektik materializmə zidd olsaydı, qəbul olunmurdu. Deyirdilər elə tədqiqat aparmalısınız ki, nəticəsi məhz belə olsun. İndi biz liberal-demokratiya dünyasında bunu öz gözlərimizlə görməkdəyik, lakin modern, səliqəli, nəzakətli, ütülü və qalstuklu formada. Bir müsəlman tədqiqatçının elmi araşdırması ISI hakimlərinin meyarlarına zidd olduqda dərc edilmir.


Müsəlman ISI-sinin təsis edilməsinin zəruriliyi

Müsəlman ISI mərkəzinin yaradılması üzərində fikirləşin. Bu sahədə müsəlman ölkələri ilə dialoqa girin. Biz xoşbəxtlikdən, müsəlman ölkələri arasında inkişaf etmişik. Əlbəttə, bunun mənası o deyil ki, biz dünyadakı ISI jurnalları ilə əlaqəmizi kəsməliyik. Xeyr, bu mərkəzi də yaradaq ki, bizim özümüzə aid olsun. Bu da mötəbər bir mərkəz olsun. Bu işlərdən nə qədər çox görsəniz, ölkənin inkişafına bir o qədər kömək etmiş olacaqsınız.

Çox yaxşı bir görüş idi. Yeganə nöqsanı bu idi ki, sizi dinləyib dostların söhbətlərindən istifadə edə bilmədik. Ürəyim istəyirdi bu da olsun, amma olmadı. İnşallah, ömür və imkan olsa, gələcəkdə belə bir məclis təşkil etsək, o məclisdə mən heç nə danışmayacağam və yalnız siz danışacaqsınız.

Allahın salamı və rəhməti olsun sizə!





Yüklə 356,08 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin