Rütbədə Yüksəlişin Ümumi Prinsipləri
• Rütbədə yüksəliş qanuna uyğun qurulmuş vəzifələr ierarxiyası və
hərbi rütbə əsasında olur. Rütbələrdə yüksəliş yüksək vəzifələrə təyinatlar
vasitəsilə həyata keçirilir.
• Rütbədə yüksəliş müntəzəm(illik) qiymətləndirmə əsasında olur,
yeni vəzifə təyinatına hazırlıq zamanı olur və hər hansı kursu və ya məktə-
bi bitirəndə olur.
• Bir vəzifə səviyyəsi, bir hərbi rütbəyə uyğun gəlir və dinc dövrdə
rütbə artırılması ancaq yavaş- yavaş olur,bir qayda olaraq vəzifələrdən asılı
olaraq minimum və maksimim gözləmə dövrləri arasında olur.
• Zabitlər və serjant və gizirlər üçün mənsəb modelləri ən başlanğıc-
dan xaricdə xidmət etmək imkanlarını nəzərdə tutmalıdır.
• Ali komanda vəzifələrini tutmaq mürəkkəb beynəlxalq, ştab və di-
gər peşəkar vəzifələr vasitəsilə olmalıdır.
• Özəl statusdan serjant və gizir rütbələrinə keçid adi sayılır,lakin bu
rütbələrdən zabit rütbələrinə keçid ancaq xüsusi hallarda baş verə bilər.
• Zabitlərin rütbəsinin artırılması ərazi səyyariliyi ilə müşaiyət olun-
malıdır,digər rütbələrlə bağlı bu tələb ancaq uorrent-zabitlərə(serjant və za-
bit heyəti arasındakı hərbi xidmətçilərə deyilir-Tərcüməçi) aid edilir.
Rütbə artırma sistemi silahlı qüvvələrin bütün digər qollarının və növlərinin
müxtəlif xarakteristikalarını əhatə etməlidir. Bu səbəbə görə,həm ümumi,həm də
xüsusi rütbə artırma sistemlərini hərəkətə gətirməyin mənası vardır
256
.(Bu iki sis-
temlər arasında yerdəyişmə təminat altına alınmalıdır).
256
Rütbə artırılmasının ümumi sistemi; bir konkret vəzifə səviyyəsinə(kateqoriya) bir rütbə uyğun
gəlir və onun üçün müəyyən minimum və maksimum vaxt müəyyən edilir.Mimimum gözləmə vaxtı
bitməzdən öncə və ya maksimum gözləmə vaxtı bitəndən sonra rütbə artmı üçün şans qalmır. Rütbəsi
artırılmayan hərbi qulluqçular iki cür yolla xidmətdən ayrılırlar. Onlar ehtiyatda saxlanıla bilər və ya
qanunda ifadə olunan tələblərə uyğun olarsa, xidmətdən istefa edər. Xüsusi rütbə artımı: Bir xüsusi
287
Qiymətləndirmə sistemi
Fərdlərin işinin qiymətləndirilməsi təbii ki, lazımdır və bu ümumilikdə silahlı
qüvvələrin təşkilatlarında rəsmi və qeyri rəsmi kimi iki formada mövcuddur. Qiy-
mətləndirmənin qeyri-rəsmi formasında,komandirlər özlərinin tabeçiliyində olanlar
haqda rəy formalaşdırırlar və onların rütbəsi artırılır və ya onlar bu qiymətləndir-
məyə uyğun olaraq digər üstünlüklər qazanır. Nəticədə, bu cür qiymətləndirmədə
subyektivlik mütləqdir. Rəsmi qiymətləndirmə forması təşkilat tərəfindən hazırla-
nır və sistemli olaraq yazılı təlimatlar və bəyan edilmiş dəyərlərə uyğun olaraq işlə-
nir.Yaxşı işləyən təşkilatlarda,rəsmi və qeyri rəsmi qiymətləndirmələrin nəticələri
bir- biri ilə üst-üstə düşməlidir.
Kadrların məhsuldarlığını artırmaq proqramı kimi, çoxtərəfli qiymətləndirmə
sistemi silahlı qüvvələrdə rasional insan resursları idarəetməsi üçün fövqaladə mü-
hüm elementdir. Macarıstan halında bu Əsgərlərin Hüquqi Statusu Haqqında Akt-a
uyğun müəyyən edilir.
Qiymətləndirmə sisteminin işi Macarıstan silahlı Qüvvələrinin insan resursları
idarəetməsi fəlsəfəsi ilə, yerinə yetirmə qaydasını təmin edən insan strategiyası ilə
və yuxarıda xatırlanan strukturların bölünməz hissəsini təşkil edən rütbə artırma
sisteminin əsas prinsipləri ilə müəyyən edilir.
Qiymətləndirmənin Məqsədləri. Əsasən rütbə artırmanın obyektivliyini təmin
edilməsi,daha yüksək vəzifələrə irəli çəkilməsi, fərdi mənsəb inkişafı, şəxsi verə
biləcəyi faydanın artırılması, iş mədəniyyətinin formalaşdırılması, hazırlıq tələblə-
rini müəyyənləşdirmək üçün məlumatla təmin edilməsi və vəzifə üçün tələb dəsti-
nin düzgün hala salınması.
Qiymətləndirmə Sisteminin Əsas Prinsipləri
• Qiymətləndirmə Müdafiə nazirliyinin və Daxili İşlər nazirliyinin
bütöv şəxsi heyətini əhatə edir .
• Qiymətləndirmə müntəzəm və qaydalıdır və yazılı surətdə ol-
malıdır.
• Qiymətləndirmə illik keçirilməlidir.
• Qiymətləndirmə rasional,obyektiv olmalı və ümumi olmalı deyil.
vəzifəyə bir neçə rütbə uyğun gəlir və onlar üçün də əvvəlcədən müəyyən edilmiş gözləmə vaxtı
müəyyən edilir. Gözləmə vaxtı çatmadan, rütbə artımı üçün şans yoxdur. Bu vəzifəyə uyğun olan və
nail oluna bilən ən yüksək rütbə verilir. Bu vəzifəni tutan üçün xidmət vaxtı, müqavilənin bitdiyi
tarixə qədər və ya yaş həddinə qədər davam edir. Lakin ali hərbi rütbələrlə bağlı təyinat rütbə
artırılmasının ümumi sisteminə uyğun olaraq həyata keçirilir.
288
Qiymətləndirmə Sisteminin Qarşılamalı olduğu Tələblər
• Sistem Macarıstan Müdafiə Qüvvələrinin tələblərinə və fərdi göz-
ləntilərə bərabər surətdə xidmət etməlidir(verilən fayda və nailiyyətləri
saxlamaq və inkişaf etdirmək,fərdi rolları formalaşdırmaq və artırmaq).
• O gələcəyə yönəlmiş olmalıdır( onun keçmiş fəaliyyət haqqında
olmasına baxmayaraq, əsas məqsədi birgə məqsədi müəyyənləşdirməkdir).
• O müntəzəm toplanmış faktlar əsasında obyektiv məlumatları əha-
tə etməlidir.
• O birləşmiş,şəffaf olmalı və aydın məqsəd arxasınca getməlidir.
• O keyfiyyət əsasında qayda yaratmağa imkan verməlidir.
Qiymətləndirmə sistemi rütbə artırmağın əsasını təşkil edir,çünki o kiminsə
ümumi fəaliyyətinin keyfiyyətini onun tutduğu müəyyən vəzifədə qiymətləndirir.
Bu sistem,yuxarıda deyilən prinsiplər və tələblərə uyğun olaraq obyektiv ölçüləri
və rəhbərliyin subyektiv rəylərini özündə birləşdirir.:
1. Komandir tərəfindən edilən fəaliyyət qiymətləndirməsi ( hər il,hər
rütbə üçün);
2. Birləşmə komandiri tərəfindən edilən peşəkar yararlılıq( verilmiş
rütbədə tələb olunan minimum vaxtı xidmət edən zaman(1-6 il), və ya xü-
susi düzəlişlər edilmiş qanuni hallarda: serjant və gizir, uorrent zabitlər,za-
bitlər və generallarla əlaqədər hallarda);
3. Ali rəhbərlik tərəfindən komandirlərin fəaliyyətinin qiymətləndiril-
məsi( iki ildən bir,sadəcə müəyyən yüksək vəzifələr).
Hər bir halda,qiymətləndirilmiş şəxs Qiymətləndirməyə imza atmalı və onu qə-
bul etməlidir və ya özünün ona şərhini verməlidir.(üçüncü halda hər bir komandir
subyekt olan şəxsin fəaliyyəti haqqında qiymətləndirmə edir).
Bu qiymətləndirmələr planlaşdırılan təyinatlar və rütbə artımları üçün əsas təş-
kil edir( o cümlədən, təhsil və NATO vəzifələri). Yeni təyinatlar və rütbə artımları
halında komitə bu qiymətləndirmələrdən istifadə edərək hərbçiləri rütbələndirir.
Daha sonra, Qiymətləndirmə bütöv təşkilatın insan resursları inkişafının əsasını
təşkil edir,çünki ekspertlər “yerlər” və “şəxslər”-i qymətləndirmək üçün ətraflı mə-
lumatları ala bilir.
Qeyd etmək lazımdır ki, tətbiq edilən qiymətləndirmə sistemi, kiçilən hərbi təş-
kilat və artan sayda vəzifələr(əsasən NATO-da) və xarici missiyalar (ATƏT,BMT,
NATO) hərbçilər arasında müəyyən rəqabət yaratmışdır. Artan sayda hərbçilər
məktəblərə,xüsusi kurslara və dil təlimi kurslarına getmək istəyirlər. O həmçi-
nin,daha şəffaf, qənaətcil insan resursu idarəetməsi yaradılmasına və fərdlərin daha
yaxşı fəaliyyət göstərməsinə müsbət təsir edir.
289
Bu sistemin yaxşı işləməsi üçün ən azı üç mühüm şərt vardır. Ən böyük mənəvi
tələb ondan ibarətdir ki,bu sistem silahlı qüvvələrin istisnasız olaraq hər bir üzvü
üçün ümumilikdə istifadə olunmalıdır.Bu cür qiymətləndirmə edilməyən şəxslərin
yeni təyinat və rütbə artımı alması şansı sıfra bərabərdir. Bu cür mürəkkəb sistem
üçün texniki şərtlər də mövcuddur,çünki o təkmilləşmiş birləşmiş informasiya tex-
nologiyası fonu tələb edir. O, kadrlarla bağlı yeni prosedurlar sisteminin yaradıl-
masını və inzibati rəhbərliyin hazırlığını nəzərdə tutur. Nəticədə, Macarıstan kad-
rlar idarəsinin üzvləri yeni kadr sistemləri ilə əlaqədar və xüsusilə də qiymətləndir-
mə sistemi ilə əlaqədar müntəzəm olaraq xüsusi kurslara, konfranslara və seminar-
lara qatılırlar.
Nazir bu cür fəaliyyətləri kadr idarəetməsi işləri ilə bağlı özünün illik göstərişlə-
rində əmr edir.Bu cür kursların və toplantıların məqsədləri,təşkilati məqsədləri,ma-
raqları və mövcud iş şəraitini qanuni yolla ahəngləşdirmək imkanında olan peşə-
kar kadr idarəetmə sistemləri formalaşdırmaqdır.Nəticədə, bütün bunlar, təşkilati
məqsədlər,strukturlar və tələblər və həmçinin kadr idarəetməsinin dəyişən hüquqi
əsasları haqqında yenilənmiş məlumatlarla təmin edir.
Nazir silahlı qüvvələrin fəaliyyəti üçün cavabdehdir,o cümlədən qanun aliliyinə
görə onun kadr resursları ilə idarəedilməsinə də cavabdehdir. Beləliklə, kadrlara
rəhbərliyin tənzim edilməsi,öz vəzifələrini ehtiyatla yerinə yetirmək üçün nazirin
köklü maraqlarına uyğundur. Silahlı qüvvələrdə xidmət edən vətəndaşlar və onların
həmkarlara oxşar təşkilatları ordunun kadrlarla bağlı məsələləri necə həll etdikləri-
ni diqqətlə izləyirlər. Buna baxmayaraq,zaman –zaman bir çox hallarda məhkəmə-
nin müzakirə olunan məsələləri həll etməsi halları da olur.
Hüquqların Qorunması
Demokratik cəmiyyətin əsaslarından biri silahlı qüvvələrin şəxsi heyəti də daxil
olmaqla hər bir vətəndaşın insan və mülki hüquqlarını təmin etməkdir; lakin hamı
tərfindən qəbul olunmuşdur ki, hərbi xidmətçilərin bir çox hüquqları onların işləri-
nin xüsusi xarakterinə görə məhdudlaşdırılmalıdır
257
. Bu Fəsilin əvvəlində müzaki-
rə edildiyi kimi,Konstitusiya və digər qanunlar silahlı qüvvələrin şəxsi heyətinin
hüquqlarını və onlara qoyulan mümkün məhdudiyyətləri müəyyənləşdirir.
Xidmət təlimatları və komandirlərin təlimi bu bəyan edilmiş normalara uyğun
olmalıdır. Bu bir tərəfdən, əsasən hərbi xidmətçilərin hüquqlarına təminat verən
257
Onun ətrafındakı dilemmalar və çağırışla bağlı bax: Ilona Kiss, ‘Rights of Conscripts in
Peacetime: Obstacles to and Opportunities for Providing Judicial and Non-Judicial Solutions in East
European and Central Asian Countries’, Geneva (2001): 14. In Biljana Vankovska (ed.), Legal
Framing of the Democratic Control of Armed Forces and the Security Sector: Norms and Reality/ies,
(Belgrade: DCAF-CCMR, 2001): 209.
290
standardları hazırlayan hərbi təlimatlardır və təlimlərdən ibarətdir. Buna baxmaya-
raq,təlimatlar və komandirlər sadəcə qanun aliliyini təminat altına almaq iqtidarın-
da deyillər. Digər tərəfdən, kadrların demokratik təhsili onların hüquq və vəzifələr-
lə bağlı biliklərini artırır və öz hüquqlarını qorumaq üçün onlara əminlik və hazır-
lıq verir.
Kimsə deyə bilər ki,bu cür halda bacarıqlı ordunun işində çətinliklər yaranar,la-
kin demokratik dəyərləri və sadəcə praktiki yanaşmaları da nəzərə almaq lazımdır:
• Ordu demokratik cəmiyyətin bir hissəsidir və o, demokratik haki-
miyyətin tabeçiliyindədir( burada, cəmiyyəti ordudan qorumaq mənasında-
dır) və hərbi xidmətçilərin demokratik düşüncə tərzi də bura aiddir
258
;
• Müəyyən hərbi missiyalar,məsələn,Sülh Dəstəyi Əməliyyatları in-
san və mülki hüquqlara və ümumilikdə hüquqi normalara qayğı göstərən
hərbi xidmətçilər tələb edir;
• İştirakı təmin etmək,təşkilatın fəaliyyətini yaxşılaşdırmaq alətin-
dən biridir
259
.
Macarıstanda,hərbi qulluqçuların indiki mövcud hüquqları,strukturu və onların
hüquqlarının qorunması mexanizmi bəzən alovlu debatlarla müşaiyət olunan uzun
proses nəticəsində formalaşdırılır
260
. Detallara getmədən,bu yazı hərbçilərin təmsil
olunduqları təşkilatların əsas xarakteristikaları və fəaliyyətlərinə fokuslanır.
Başqa digər Avropa ölkələrində olduğu kimi
261
, Macarıstan Silahlı Qüvvələrinin
hərbi heyəti üçün də təmsilçilik birliklərinin və /və ya işçilər üçün həmkarlar təşki-
latları birliklərinin yaradılmasına izn verilir. Beynəlxalq sənədlərin silahlı qüvvələ-
rin şəxsi heyətinin təmsilçi birliklər yaratmağa hüququ olduğunu bəyan etməsi/töv-
siyə etməsinə baxmayaraq
262
,Macarıstan halında, bu, demokratikləşmənin daxili
prosesinin nəticəsi sayəsində olmuşdur.
258
Hans Born, Marina Caparini, Karl Haltiner, Models of Democratic Control of the Armed Forces: a
Multi-Country Study Comparing Good Practice of Democratic Control, DCAF Working Paper
47, July 2002. www.dcaf.ch/publications/Working_Papers/47.pdf
259
Robert Blake and Jane Srygley Mouton, Productivity: The Human Side, A Social Dynamics
Approach, (New York: AMACOM, 1981): 4-7.
260
Fapál László, ‘Polgári és politikai jogok korlátozása a honvédség hivatásos állományánál’
(Restriction of Career Soldiers’ Civil and Political Rights in the Hungarian Defence Forces), Acta
Humana, 28-29 (1997): 53-74.
261
Hans Born, Philipp Fluri and Anders Johnsson (eds.), Parliamentary Oversight of the Security
Sector: Principles, Mechanisms and Practices, Handbook for Parliamentarians No. 5, (Geneva:
IPU/DCAF, 2003), 150-153. Available at:
http://www.dcaf.ch/oversight/proj_english.cfm?navsub1=12&navsub2=3&nav1=3
262
European Convention on Human Rights and Fundamental Freedoms (Article 11.); Council of
Europe Parliamentary Assembly (Recommendations 1572).
291
Hərbçilərin və mülki qulluqçuların
263
hüquqlarını qoruyan təşkilatlar 1991-ci ildən
fəaliyyətə başlamışdır və bu təşkilatlar qəbul edilmiş qanunlar əsasında və ordunun sa-
yının ixtisara salınması ehtiyacından yaranmışdır. 1995-ci ildən başlayaraq, hərbçilərin
maraqlarını “Honved” birliyi təmsil edir
264
. O Hərbçilərin Leqal Statusu haqqında Akt-
ın formalaşdırılmasında aparıcı rol oynamışdır və bu Akt öz təşkilatlarını qurmaq üçün
və ya bu cür təşkilatın üzvü olmaq üçün əsgərlərin hüquqlarını müəyyən edir.
“Honved” birliyi təmsilçiliklə bağlı özünün fikirlərini açıqlamış və aydın surət-
də bəyan etmişdir: “Hər kəsin qazandığı hüquq qədər hüququ var”. Birliyin məq-
sədləri aşağıdakılardır:
• Razılaşma və əsgərlərin hüquq və maraqlarını qorumaq üçün foru-
mun təşkil olunması.
• İlkin qanun hazırlanması və daxili təlimat hazırlanması prosedurla-
rında iştirak edərək mülki hüquqların tətbiqinin artırılması.
• Öz fəaliyyətini gücləndirmək üçün beynəlxalq və daxili təmsilçi
təşkilatlarla əməkdaşlıq edilməsi.
• Şəffaflığın və bununla da açıqlığım əsgərlərə təmin edilməsi.
Onun fəaliyyətinin son nəticəsi odur ki, əsgərlər də “formada olan vətəndaşlar-
dır”. Onların interpretasiyasına görə mülkilər və əsgərlər fundamental olaraq eyni
hüquqlara malikdirlər; lakin,əsgərlərin mülki hüquqları ən az hərbi tapşırıqlar za-
manı məhdudlaşdırıla bilər.Formada olan vətəndaşlar tam olaraq hərbi təlimatla-
ra,intizam və hərbi itaətə tam riayət edirlər və onların Birliklər daxilindəki fəaliy-
yətləri komandanların və komandirlərin əleyhinə yönəlməmişdir. Buna baxmaya-
raq, Birlik birbaşa ordunun funksiyası ilə əlaqəli olmadığı hallarda, əsgərlərin hü-
quqlarının hədsiz dərəcədə məhdudlaşdırılmasının əleyhinə olur. Əlavə olaraq, Bir-
lik hesab edir ki, hərbçilərin mülki cəmiyyətə asan keçmək hüquqları olmalıdır
265
.
“Honved” Birliyi öz məqsədlərinə nail olmaq üçün müəyyən prinsiplər və sə-
nədlər siyahısı müəyyən edir. Onların daha əhəmiyyətliləri bunlardır:
• Hərbçilərə o fikri yeritmək lazımdır ki,onların maraqları dövlət,si-
yasi və ictimai təşkilatlar qarşısında və digər başqa forumlarda möhkəm
təmsil olunur.
263
Association of Comrades’ Organisations (BEOSZ), Union of Civilian Employees (HODOSZ),
League for Protecting Soldiers’ Rights (KÉSZ), and ‘Honvéd’ Union.
264
‘Honvéd’ Birliyi daxili və beynəlxalq mülki cəmiyyət müdafiə şəbəkələrinə qoşulmuşdur. O,
Təhlükəsizlik Sektoru İşçiləri Assosiyasiyası (FRDÉSZ) və Hərbi Assosiyasıyaların Avropa
Təşkilatının üzvüdür. (EUROMIL, http://www.euromil.org).
265
http://www.hsz.hu
292
• Hərbçilərin hüquqlarını səbəbsiz pozan və ya məhdudlaşdıran qanun-
lar və ya təlimatlara düzəlişlər edən və ya ləğv edən təşəbbüslər irəli sürməli.
• Hərbçilərin hüquq və vəzifələrini toplayan və bəyan edən və onlara
riayət edən təşəbbüslər irəli sürməli. Lazım olduqda müzakirə mövzusu
olan məsələləri məhkəməyə gətirməli.
• Qərar vermə prosedurlarında iştirakı tələb et.
• Mülki Hüquqlar üzrə Ombudsmanın
266
fəaliyyətini dəstəklə.
• Əsgərlərin maraqlarını ifadə et və bərabər imkanlar üçün və imti-
yazlara qarşı mübarizə apar.
• Silahlı qüvvələrin üzvlərini dəstəkləmək üçün fondlar yarat.
• Hərbçilərin hüquqları ilə bağlı yenilənən məlumatları yayınla.
Təmsilçi təşkilatların fəaliyyəti, onlarla Müdafiə Nazirliyi arasında və silahlı
qüvvələrin ali komandanlığı arasında müntəzəm məsləhətləşmələrə gətirdi. Danişıq-
lar yolu haqqında daha da Məsləhətləşmələr üçün ümumi qanuni əsas Əmək Ko-
deksində ifadə edilmişdir,lakin hal –hazırda Hərbçilərin Leqal Statusu haqqında
Akt danişıqlar prosesini daha da konkret ifadə edir. Nəticədə, bu Akt hərbçilərin
təmsilçiliklə bağlı hüquqlarının çərçivəsini təmsilçi təşkilatın fəaliyyətini daha da
ətraflı şəkildə müəyyən edir və o cümlədən:
•
Hərbçilərin öz hüquqlarını qorumaq və öz hüquqları-
nı,maraqlarını təmsil etmək üçün təşkilat qurmağa və ya belə təşkilat-
ların üzvü olmağa hüquqları vardır.
•
Təmsilçi təşkilatlar, cəmiyyətdəki digər təşkilatlar kimi
sərbəst hərəkət edə bilər,lakin onlar tətil təşkil edə bilməz,silahlı qüv-
vələrin müvafiq işlərinə və vəzifələrinin yerin yetirilməsinə mane ola
bilməzlər.
•
Şəxsi heyətlə bağlı məsələlərin müzakirəsi “forumu” nazi-
rin,baş qərargah rəisinin və təmsilçi təşkilatın nümayəndəsinin iştirakı
ilə çağırılmalıdır.
266
Əksər ölkələrdə müdafiə sektoru üzərində nəzarət funksiyası olan xüsusi hərbi ombudsmanlar
fəaliyyət göstərir və əsgərlərin hüquqlarını qoruyur.Bax:,
http://www.dcaf.ch/publications/bg_military_ombusdsman.cfm?nav1=4&nav2=1
Macarıstanda,Mülki hüquqlar üzrə Ombudsman (www.obh.hu) zaman-zaman müdafiə
qüvvələrini və ordunu da gözdən keçirir. Ombudsman əsasən hüquqi müəyyənlik, insanların
ləyaqəti, bərabər hüquqlar və imkanları,azadlıq və fərdi təhlükəsizliyi,əmək hüququ,istirahət və
məzuniyyət hüququ, hüquqi mübahisə və şikayət hüququ, dini azadlıq,söz azadlığl, təmsilçilik
hüququ kimi məsələlərə nəzarət edir.. Müəyyən təşkilatlarin,o cümlədən,birliklər Ombudsman
nəzarəti tələb etmək hüquqları vardır. Eyni dərəcədə hər bir vətəndaşın belə hüququ vardır.
293
Forum(HOVET, 1998 –ci ildən HEF) bir neçə dəfə ciddi məsələlərin müzakirə-
si üçün,hətta iş şərtləri ilə bağlı,çağırılmışdır.Təmsilçi təşkilatın “Forum 2002” ilə
bağlı əsas məqsədi aşağıdakılar olmuşdur:
• Təmsilçi təşkilatlar,müdafiə naziri və baş qərargahın rəisi arasında
daimi müzakirələrin təmin edilməsi.
• Təmsilçiliyin birliyi daxilində, maksimum səmərəliliklə qanunların
imkan verdiyi imkanlardan istifadə etmək üçün maraqların ahəngləşdiril-
məsi.
• Təmsilçi qruplar arasında məlumat paylaşması ilə sazişə nail olma-
ğa kömək edilməsi.
•
Sonda, Silahlı qüvvələrin üzvlərinin mülki hüquqlarını və azadlıqlarını qorumaq
üçün müxtəlif ölçülər və alətlər vardır. Ölkə daxili qanunlar,Konstitusiyadan başla-
yaraq Hərbçilərin Leqal Statusu haqqında Akt-a qədər ölkə daxili qanunlar və hərbi
təlimatlar hüquq və azadlıqları təmin edən beynəlxalq sazişlər və tövsiyələrə uyğun
gəlir. Əsgərlər və xüsusilə də komandirlər bu hüquqlara həssas olmaları haqda tə-
lim keçirlər. Baxmayaraq ki, bu mexanizmlər və daha ümumi desək, müdafiə struk-
turları üzərində “vertikal” demokratik nəzarət bu baxımdan qanun aliliyini təmin
edir,təmsilçi təşkilatlara təşkilatlanmaq üçün və əsgərlərin hüquqlarının və maraq-
larının qorunmasını yaxşılaşdırmaq tədbirləri görmək üçün imkan verilir. Macarıs-
tanda Honved Birliyi bu mənada demokratik bacarıqlar təşviq edir və onun fəaliy-
yəti və həmçinin, müntəzəm olaraq Nazirlik, Baş Qərargah və əsgərlərin nümayən-
dələri ilə keçirilən “Forum”, “formada olan vətəndaşların” hüquq və vəzifələrinin
daha dəqiq bəyan edilməsi ilə nəticələndi. Həll olunmamış,debat olunan məsələlər
ortaya çıxdıqca məhkəmələr və Mülki Hüquqlar üzrə Ombudsman qərar verir.
NATO-ya İnteqrasiyanı Gücləndirmək üçün Təhsil və Təlim
Alyans və onun üzvləri, Macarıstan zabitləri və Müdafiə Nazirliyinin(və Xarici
işlər Nazirliyi üçün) mülki qulluqçuları üçün müxtəlif formada təlim və təhsil hə-
yata keçirmişdir. Bu yardım proqramları demokratik mülki-hərbi münasibətlərə
267
və NATO prosedurlarına fokuslanmış və NATO sayağı hərbi praktikaların yayıl-
masında faydası olmuşdur. NATO və üzv ölkələrin təsisatlarının təhsil proqramları
müəyyən sayda hərbi zabitlərin formalaşmasına kömək etmiş və onlar NATO bey-
nəlxalq idarəsində işləmək imkanı qazanmış və NATO –dan aldıqları biliyi öz öl-
267
Ferenc Molnár, ‘NATO Influence on Democratisation of Civil-Military Relations in Hungary’,
Euro Atlantic Integration and Ukraine (2004): 19.
294
kələrinə aparmışlar.Macarıstanın NATO-ya inteqrasiya hazırlığı beynəlxalq təlim-
lərin və Sülh naminə Tərəfdaşlıq Proqramının(SNT) təlimləri genişləndikdən sonra
açıq-aydın yaxşılaşmışdır
268
.
Macarıstan Müdafiə qüvvələri SNT-ın verdiyi təhsil və orientasiya imkanların-
dan fəal və uğurla istifadə etdi. O, təbii Macarıstanın NATO genişlənməsinin birin-
ci dalğasına daxil olmasında əhəmiyyətli rol oynadı və 1999-cu ildə İttifaqın tam-
səlahiyyətli üzvü oldu
269
. Buna baxmayaraq, silahlı qüvvələr NATO ilə tam uyğun-
luq əldə edənə qədər təkmilləşməli idilər və elə NATO-nun özü də 1990-cı illərdən
bəri çox dəyişmişdir.
Macarıstanın NATO üzvlüyü, ordunun transformasiyası üçün unikal imkan ya-
ratdı. Bunu başa düşərək,hökümət 1999-cu ilin İyulunda bütöv müdafiə sektorunun
strateji icmalını təşkil etdi. Bu strateji icmal əsasında, həmən il geniş tədbirlər pa-
keti haqqında qətnamə qəbul edildiyi elan olundu. Sənəd Baş Qərargahın Müdafiə
nazirliyinin daxilinə keçməsini təmin edir, komandanlıq səviyyələrinin sayını azal-
dır,silahlı qüvvələrin yeni strukturuna görə şəxsi heyətin ixtisarını və həmçinin,
hərbi təşkilatın işinin və ordunun maliyyələşdirilməsinin daha qənaətcil olmasını
nəzərdə tutur.
Baxmayaraq ki,icmal 1999-2000-ci illərdə aparıldı və elan olunmuş hərbi isla-
hat Macarıstan silahlı qüvvələrinin modernizasiyası üçün möhkəm əsaslar yaratma-
ğa cəhd etdi, o keçmiş praktikalardan uzaqlaşa bilmədi. Lakin ən böyülk problem o
idi ki,hətta bu islahat Macarıstan ordusunun transformasiyasına maliyyə məhdudiy-
yəti nöqteyi nəzərindən baxılan yanaşmanı dəyişə bilmədi və daha çox hərbi tapşı-
rıqları yerinə yetirmək üçün hərbi imkanlara fokuslandı və milli təhülkəsizlik siya-
sətlərinin maraqlar və dəyərlər istiqamətinə yönəldiyi bir zamanda möhkəm və sərt
şəkildə ənənəvi ərazi müdafiəsi yanaşmasını saxladı.
Digər ciddi problem o idi ki, baxmayaraq ki, əsgərlərin iş və həyat şəraitinin
yaxşılaşdırılmasına prioritet verilməsi cari vəziyyət və əsgərlərin mənəvi vəziyyət-
ləri ilə əsaslandırılırdı, modernizasiyanın bu cür sıra ilə həyata keçirilməsi ittifaq
öhdəlikləri baxımından əlverişli deyildi. Macarıstan təhlükəsizlik mühitinin 1999-
cu ildən sonra radikal surətdə dəyişməsinə əlavə olaraq,2002 –ci ildə hakimiyətə
gələn yeni hökümət qismən yuxarıda sadalanan problemlərə görə həmin ilin yayın-
da yenidən hərbi icmal hazırlamağı tapşırdı. Bu yeni icmalin, əvvəlki yoxlamanın
nəticələrini də nəzərə almağa cəhd etməsinə baxmayaraq, üç səbəbə görə onun an-
caq çox kiçik bir hissəsindən istifadə edə bilərdi:
268
The ‘Partnership for Peace’ program was launched by the NATO Summit of 10-11 January 1994,
in Brussels.
269
Ferenc Végh, ‘The Hungarian Defence Forces: From Preparation to Full Interoperability’,
Hungary: a Member of NATO (1999): 41-49.
295
Birincisi, əvvəlki icmalın mövqeyindən və metodlarından geri çəkilərək o, si-
lahlı qüvvələrin transformasiyasına, Macarıstan ordusuna verilən tapşırıqların yeri-
nə yetirilməsi üçün lazım olan hərbi imkanlar cəhətindən yanaşdı. İkinci səbəb on-
dan ibarət idi ki, Macarıstanın təhlükəsizlik mühiti 1999 –cu ildən sonra köklü şə-
kildə dəyişdi( 2000-ci ilin Oktyabrında Yuqoslaviyada demokratik dəyişim baş
verdi; 2001- ci ilin 11 Sentyabrında Amerika Birləşmiş Ştatları terror hücumuna
məruz qaldı; və tam məlum oldu ki, NATO-nin genişlənməsinin ikinci dalğası yed-
di ölkəni əhatə edəcək və onlardan üçü Rumıniya,Slovakiya və Sloveniya Macarıs-
tanla sərhəddirlər) və ərazi müdafiəsi prinsipinə tam arxalanmanın səhv olduğu ay-
dın oldu. Ucüncü isə, yeni bir amilin özə çıxması idi,bilavasitə, Praqa öhdəliyi idi
və orada Macarıstan orduda təkmilləşmə öhdəliyini boynuna götürmüşdür
270
.
Son icmalın nəticələrinə uyğun olaraq hökümət proqramı və Macarıstanın
NATO öhdəliyi əsasında tam könüllü qüvvələrə keçid və NATO-ya daha da inteq-
rasiya haqqında qərar qəbul edildi. İcmal həm də NATO-ya inteqrasiya və əsasən
məsuliyyət zonasından kənar əməliyyatlarda daha yaxşı fəaliyyət göstərmək üçün
peşəkarlıığı yaxşılaşdırmaq proqramları ilə nəticələndi. O həmçinin,təlim və təhsil
daxil olmaqla insan resursları idarəetməsinin çoxlu sayda cəhətlərinə də təsir etdi.
NATO inteqrasiyası üzrə son gedişlər. Macarıstan, NATO-nun struktur,müxtəlif
səviyyələrdə iş mexanizmləri,kadrların təcrübələri ilə bağlı 1990-ci illərdən başla-
yaraq çox tələblərini qəbul etməsinə baxmayaraq, hələ də daha dərin adaptasiya la-
zımdır.İnteqrasiya proqramının əsas məqsədi 2010-cu ilədək NATO üzv ölkələri-
nin orta səviyyəsində uzlaşmaya(interoperability)nail olmaqdır. Praktikada bu o de-
məkdir ki,Macarıstan silahlı qüvvələri müxtəlif NATO əməliyyatlarında Alyansın
digər üzvləri ilə səmərəli surətdə əməkdaşlıq etmək imkanında olacaqlar.
Dörd sahə seçilməsi ilə İnteqrasiya Təsdiqi Proqramı bunlara xidmət edir:
• Müdafiə və güc tətbiqi planlaşdırması;
• Təhsil
• Hazırlıq
• Hərbi təlimlər
•
NATO-nun AFSOUTH ilə müzakirələri əsasında gedən İnteqrasiya prosesi dörd
mərhələdə yerinə yetirilir: tələb olunan imkanların və uyğun dönüş nöqtələrinin
müəyyən edilməsi, konkret milli və NATO planlarının hazırlanması;inteqrasiya
proqramlarının müəyyən etdiyi tapşırıqların yerinə yetirilməsi; və qiymətləndirmə,
formanı dəyişmə və yenidən işləmə.
270
Zoltán Szenes, Hungary’s Five Years in NATO (Budapest: Zrínyi, 2004): 81-93.
296
Təhsilə gəlincə, o 1997-ci ildən başlayaraq,Macarıstan NATO –ya dəvət olu-
nandan, həmişə NATO-ya inteqrasiyanın önəmli hissəsi olmuşdur. Yuxarıda deyi-
lən beynəlxalq kurslardan başqa, zabitlər,uorrent zabitlər və QHT-lər üçün ölkə da-
xilində orientasiya,hazırlıq və dil kursları xarakterli NATO-nun müxtəlif cür kur-
sları təşkil edilmişdir
271
. Buna baxmayaraq,erkən mərhələlərdə NATO ilə əlaqəli
təhsil lazımi qaydada yaxşılaşmamışdır. Nəticədə bu məqsədlə qərarlar qəbul olu-
nurdu:
• Dil səviyyəsinin artırılması üçün və xüsusilə də hərbi dil təcrübəsi-
ni artırmaq üçün dil təlimi mərkəzi
272
təsis etməli;
• Doktrinaları təhsil proqramlarına salmaq üçün NATO doktrinaları
komissiyaları yaratmalı;
• Müəyyən sahələrdə NATO standardlarını(STANAG) tətbiq etmə-
yə məsul olan yüksək səviyyəli instruktorlar təyin etməli;
• Hərbi məktəblərin NATO –ya inteqrasiyası ilə bağlı fəaliyyətlər və
nailiyyətlərlə bağlı hər üç aydan bir hesabat vermələrini təmin etməli.
Nəticədə, 2001 –ci ildən başlayaraq NATO standardlarına uyğun olaraq Maca-
rıstan hərbi təhsili inkişaf etdi. Hal-hazırda,təhsilin davamlılığını və kadrların çe-
vikliliyini təmin etməkdən ötrü hərbi xidmətçilərin təhsil sisteminə əlavə xüsusi və
təkrar-hazırlıq kursları da əlavə edilmişdir
273
. Bunlar ənənəvi və artan sayda uzaq-
dan öyrənmə kurslarıdır. Bütün bunlar diqqətlə təşkil olunmuş və NATO tələbləri-
nə uyğun olaraq idarə olunur.
Macarıstandakı təlim kurslarına gəldikdə, hal-hazırda orada dəyişikliklər baş
verir, çünki tam könüllü qüvvələr yaradılır və ölkənin yeni təhlükəsizlik mühitinə
görə silahlı qüvvələrin tapşırıqları da dəyişir. İndiki xidmət zamanı əsgərlərin təli-
mi əvvəlki dövrlərdəkindən daha çoxdur(digər xidmətlər,məsələn təmizlik və gö-
zətçilik işləri könüllü əsgərlər tərəfindən apaılmır) və təlimlər geniş mənada NATO
rəhbərliyi altında gedən və digər beynəlxalq əməliyyatlara,əsasən də sülhü dəstək-
ləyən əməliyyatlara fokuslanır. Yeni sistemdə sülhü dəstəkləyən əməliyyatla-
ra(SDƏ) hazırlıq,əsgərlərin ilkin təlimi ilə eyni vaxtda başlayır,çünki onların hər
biri istənilən zaman bu cür missiyada xidmət etməyə hazır olmalıdır.
Əsgərlərin NATO və digər beynəlxalq SDƏ yönümlü təlim və təhsillərinə bax-
271
József Holló, ‘Humán intézményrendszer - kompabilitás’ (‘The Human Side of Compatibility’),
NATO/EU csatlakozás és a védelmi szektor ( NATO/EU Integration and the Security Sector) (1999):
75-82.
272
http://www.zmka.hu/tanszekek/bknyk/
273
Yeni system MN-nin inzibati işlər üzrə dövlət katibi və aparat rəhbərinin əmri ilə yaradılmışdır
17/2003 (HK.7).
297
mayaraq, bu əməliyyatlara göndərilmək üçün tapşırıq alanlar xüsusi kurslar keçmə-
lidirlər. Xüsusi təlim və təhsillə təmin etmək üçün 2004 –cü ildə SDƏ təlim mər-
kəzləri yaradıldı
274
. NATO,AB,BMT və ya digər missiyalara hazırlaşan istənilən
əsgər və ya birlik bu mərkəzdə müxtəlif kurslarda iştirak etməlidir.
Kurslar gündəmdə olan missiyanın konkret məsələləri ilə məşğul olur və kurslar
bu missiyanın NATO, BMT,AB və ya digəri olmasından və ya missiyanın hansı
mühitdə olmasından asılı olur. Bu kurslar əsgərlərə dəqiqliklə beynəlxalq hüququ
izah edir (humanitar və müharibə hüququnu). Qeyd etmək lazımdır ki, beynəlxalq
hüquq Macarıstanda keçirilən istənilən səviyyəli hərbi təlim və təhsilin ayrılmaz
hissəsidir.
Dostları ilə paylaş: |