16.Ürək fəaliyyətinin tənzimi mərkəzi. Vaxtilə İ.P.Pavlov
müəyyən etmişdir ki, azan sinirin ürəyə gələn şaxələri ürək
fəaliyyətini zəiflədir və tormozlayır. Bu sinirin nüvəsi uzunsov
beyində yerləşir, humoral və reflektor yolla oyanır.
17.Vazomotor mərkəz. Uzunsov beyində qan damarlarının
daralmasını və genişlənməsini nizamlayan vazomotor mərkəz
yerləşir. Vazomotor mərkəz simpatik sinir sistemi ilə sıx
əlaqədardır. Sinir borusunun uzunsov beynindən bir qədər aşağı
nahiyədə kəsilməsi dammar tonusunu zəiflədir. Bu bir daha
göstərir ki, qan damarlarının ilkin (bazal) tonusunu tənzim edən,
uzunsov beyindəki vazomotor mərkəzdir.
18.Tər ifrazı mərkəzi. Dəridə olan tər vəzilərini tənzim edir.
19.Maddələr mübadiləsi mərkəzi. Uzunsov beynin müxtəlif
sahələrinin qıcıqlandırılması maddələr mübadiləsində bir sıra
232
dəyişikliklər törədir. Su və duz mübadiləsinin tənzimində də
uzunsov beyin iştirak edir.
Uzunsov beyin həm də bəzi davranış aktlarının formalaş-
masında iştirak edir.
Onun fəaliyyəti beyin yarımkürələri qabığına tabedir.
Uzunsov beynin və Varol körpüsünün ikinci mühüm vəzifəsi
onurğa beynilə beynin yuxarı şöbələri arasında müəyyən əlaqə
yaratmaqdır. Onurğa beynin ön, arxa və yan sütunları tərkibində
qalxan və enən sinir yolları mütləq uzunsov beyin və Varol kör-
püsü sahəsindən keçir.
Uzunsov beynin digər mühüm funksiyalarından biri də onun
əzələ tonusunun tənzimində iştirak etməsidir. Onları bükmək və
açmaq üçün çox qüvvə sərf etmək lazım gəlir, ətrafları qatlayıb
buraxan kimi ayaq yenə də əvvəlki gərgin vəziyyətə qayıdır.
Boyunun açıcı əzələləri o qədər gərginləşir ki, baş arxaya doğru
qatlanır, onurğa sütunu yuxarı əyilərək qövsvarı forma alır. Buna
deserebrasiya qıclığı (rigidliyi) deyilir. Bir sözlə, uzunsov beyni
beynin başqa şöbələrindən ayırdıqda bütün əzələlərin tonusu
kəskin şəkildə artır və uzun müddət bu halda qalır. Deserebrasiya
qıclığında açıcı əzələlərin tonusu, bükücü əzələlərin tonusundan
yüksəkdir. Orta beyinlə uzunsov beynin əlaqəsi pozulmasa, onda
deserebrasiya rigidliyi müşahidə olunmur. Belə heyvanın qabaq
və arxa ətrafları həddindən artıq gərilir (şəkil 6.27). Dəhliz siniri
nüvəsini və xüsusilə onun Deyters nüvəsi adlanan hissəsini poz-
duqda deserebrasiya qıclığı zəifləyir. Deyters nüvəsi ilə birlikdə
uzunsov beynin retikulyar formasiyası pozulduqda deserebrasiya
rigidliyi tamamilə kəsilir.
Beynin daha ali şöbələrinə tabe olan uzunsov beyin onurğa
beynin geniş yayılmış funksiyalarını birləşdirərək öz nəzarəti
altında saxlayır.
Orta beyin. Beynin kiçik bir hissəsini orta beyin təşkil edir.
Erkən embriogenezdə orta beyin qovuqcuğu arxa beyin
qovuqcuğuna nisbətən gec inkişaf edir. Sonralar burada bazal
hüceyrə sütunları anatomik bölgüyə məruz qalır. Belə ki, bazal
sütunun hüceyrələri hesabına iki nüvə – 3-cü cüt – gözün hərəki
downloaded from KitabYurdu.org
233
sinirinin və 4-cü cüt – blokvarı sinirin nüvələri formalaşır.
Qanadvarı sütunun hüceyrələri hesabına isə quşlarda ikitəpəli,
məməlilərdə isə dördtəpəli törəmə, qırmızı nüvə, qara maddə və
retikulyar formasiya nüvələri formalaşır.
Morfoloji cəhətdən orta beyin əsasən iki şöbədən – dördtəpəli
cismdən və yarımkürə ayaqcıqlarından ibarətdir. Dördtəpənin
arxa təpələri eşitmə mərkəzləri, ön təpələr ilkin görmə mərkəzləri
hesab olunur. Eşitmə və görmə sinirinin lifləri bu təpələrdə qur-
tarır.
İşıq qıcığı ilə bağlı olan bir sıra refleks qövsləri ön təpələrdən
keçir. Bunların arasında işığa qarşı yaranan bələdləşmə refleksini
göstərmək olar. Beyin yarımkürələri çıxarılmış, lakin orta beyni
saxlanılmış heyvan işığa qarşı bəzi hərəki reaksiyalarla cavab
verir.
Şəkil 6.27. Orta beyinlə uzunsov beyin arasında kəsik apardıqda
heyvanda müşahidə edilən bəzi xarakterik hərəki pozğunluqların
234
sxematik təsviri (A.B.Korobkov və Çesnakovdan götürülmüşdür,
1987).
Dördtəpəli cismin arxa təpələri səsi yaxşı eşitmək qulaqları
şəkləmək, başı və bədəni yeni səs mənbəyinə çevirmək kimi
hərəkətləri idarə edən mərkəzlər vardır.
Orta beynin qırmızı nüvə və qara maddə adlanan törəmələri
daha mürəkkəb reflektor hərəkətlərin nizamlanmasında, skelet
əzələlərinin tonusunun tənzimlənməsində iştirak edir.
Orta beynin funksiyasından danışarkən əsasən dördtəpəli
cisim, qırmızı nüvə və qara maddənin rolu nəzərdə tutulur.
Orta beynin mühüm effektor mərkəzi qırmızı nüvədir.
Qırmızı nüvə bədən əzələlərində tonusun paylanmasında mühüm
rol oynayır. Qırmızı nüvə orta beynin retikulyar formasiya
nüvələri ilə birlikdə əzələ tonusunu nizamlayır. Onların arasında
əlaqə pozulduqda deserebrasiya qıclığı yaranır (şəkil 6.27).
Orta beyindəki qara maddənin funksiyası əzələ tonusunun
plastikliyinin nizamlanmasında və barmaq hərəkətlərinin idarə
olunmasında mühüm rol oynayır.
Orta beyni olan heyvanlar işıq və səs qıcıqlarına normal
cavab verir. Əzələ tonusu ayrı-ayrı əzələ qrupları arasında dəqiq
bölünür.
Beyincik. Beyincik kütləcə arxa beynin ən böyük hissəsidir.
Beyincik iki kiçik yarımkürədən və onları birləşdirən
soxulcanvarı cisimdən ibarətdir.
Ayrı-ayrı heyvanlarda beyincik müxtəlif dərəcədə inkişaf
etmişdir. Suda-quruda yaşayanlarda, sürünənlərdə ibtidai şəkildə
olan beyincik quşlarda daha yaxşı inkişaf etmişdir. Məməlilərdə,
xüsusilə insanda, beyincik öz inkişafının ən yüksək mərhələsinə
çatmışdır. İnsanda beyincik beyin yarımkürələrinin ənsə payının
altında, Varol körpüsü ilə uzunsov beynin üstündə yerləşmişdir.
Beyinciyin soxulcanvarı hissəsi, filogenez etibarilə nisbətən
köhnə şöbəsi olub, köhnə beyincik, onun yarımkürələri isə daha
cavan şöbə olub, yeni beyincik adlanır.
Beyincik üç cüt ayaqcıqla beynin demək olar ki, bütün
hissələri ilə birləşib çox mürəkkəb afferent və efferent yollara
downloaded from KitabYurdu.org
235
malikdir. Beyinciyə oyanma siqnallarını gətirən afferent liflər
onun ayaqcıqlarının tərkibinə daxil olur.
Orta ayaqcıq, beyinciyi Varol körpüsü ilə birləşdirdiyindən
körpü ayaqcıqları adlanır. Yuxarı ayaqcıqlar birləşdirici
ayaqcıqlar adlanıb, beyinciyi dördtəpəli cismə birləşdirir. Üçüncü
cüt ayaqcıqlar, alt ayaqcıqlar kəndirəoxşar cisim adlanıb,
beyinciyi uzunsov beyinlə birləşdirir. Beyinciyin yarımkürələri və
soxulcanı xaricdən boz maddə təbəqəsi – qabıqla örtülüb,
daxilində ağ maddədən ibarətdir. Ağ maddənin içərisində
beyinciyin dörd cüt nüvəsi: ən böyük dişli nüvə, beyinciyi
yarmıkürəsinə aid olan mantar, kürəyə oxşar, nəhayət, soxulcanın
ağ maddəsində yerləşən IV mədəciyin damında yerləşən dam
nüvəsi.
Beyincik, həm afferent, həm də efferent liflər vasitəsilə MSS-
nin bütün şöbələri ilə əlaqədardır. Beyincik yerinə yetirdiyi
funksiyalara görə baş beyinin köməkçisidir.
Beyincik bədənin əsas sensor yollarından kənarda yerləşmiş
və onlardan bilavasitə hissi siqnallar almır. Buna baxmayaraq,
beyinə gələn afferent somatik impulslar müəyyən mexanizmlərlə
beyinciyə ötürülür ki, həmin sensor məlumatlar əsasında o,
bədənin vəziyyətindən xəbərdar olur. Beyinciyin əsas vəzifəsi
bədən tonusunu və hərəkətlərini tənzimləməkdir.
Beyincik çıxarıldıqda və ya pozulduqda hərəkətlərdə baş
verən dəyişikliklər. Beyinciyin funksiyasını öyrənmək üçün
heyvanlarda onu bütünlüklə və ya ayrı-ayrı hissələrini cərrahi
yolla çıxarıb heyvanın hərəkətlərində baş verən dəyişiklikləri
müşahidə etmək lazımdır. İnsanlarda belə müşahidələr beyinciyin
xəstəlikləri zamanı aparılır.
Beyinciyin cərrahi yolla birtərəfli çıxarılması zamanı ilk ağ-
rılar keçdikdən sonra heyvan ayağa qalxa bilsə də, onda hərəkət
pozğunluğu müşahidə olunur.
Beyincik tam çıxarıldıqdan (şəkil 6.28) sonra ilk vaxtlar
heyvanın ayağa qalxmaq cəhdləri baş tutmur. Sonralar heyvan
tərpənmək istədikdə yıxılır, heyvan öz bədəninin vəziyyətini
məkanda saxlamaq üçün ayaqlarını geniş açıb dayanır və i.a.
236
İnsanda beyincik pozulduqda o gözləri açıq halda ayaq üstə
dayansa da səndələyir, gözlərini örtəndə yıxılır, düzgün yeriyə
bilmir.
Beyinciyi çıxarılmış heyvanların hərəkətlərində bir sıra poz-
ğunluqlar baş verir. Bu pozğunluqlara: atoniya, asteniya, astaziya,
ataksiya, dezekvilibrasiya və dismetriya aid edilir.
Şəkil 6.28. Beyinciyi çıxarılmış itdə yerimə
hərəkətlərinin dəyişməsi (E.B.Babski və b., 1966).
Dezekvilibrasiya – bədən müvazinətinin pozulmasıdır. Bu
əlamət beyinciyin arxa beynin dəhliz nüvələri ilə sıx əlaqədə olan
nahiyəsi çıxarıldıqda müşahidə olunur.
Atoniya və ya əzələ tonusunun zəifləməsi – beyincik
çıxarıldıqdan bir neçə gün sonra baş verir. Düzgün, beyincik
çıxarıldıqdan sonra əvvəlcə əzələ tonusdan düşür. Lakin sonralar
açıcı əzələlərin tonusu bərpa olunur və əvvəlkindən daha yüksək
olur. Bükücü əzələlər isə əvvəlki zəif tonusunu mühafizə edir.
Astaziya – beyincik zədələnən zaman baş və ətraflarda müşa-
hidə olunan əsmə hərəkətləri kimi xarakterizə edilir. Beyinciyi
zədələnmiş it pəncəsini qaldırmaq istədikdə onu bir neçə dəfə
yuxarı və aşağı hərəkət etdirir, yemək istərkən heyvan başını ye-
mək qabının üzərinə dəqiq istiqamətləndirə bilməyib başını dəfə-
lərlə qaldırıb endirir, başladığı hərəkəti dərhal dayandıra bilmir.
Ataksiya – beyincik çıxarıldıqdan sonra hərəkətlərin
downloaded from KitabYurdu.org
237
əlaqələndirilməsində baş verən xüsusi pozğunluqdur. Belə
heyvanlarda hərəkətlər son dərəcə yöndəmsiz olur, yeriş zamanı
ayaqlar normada olduğundan yuxarı qalxır; «xoruz yerişi» əmələ
gəlir. Müəyyən vaxt keçdikdən sonra da belə vəziyyət qalır.
Asteniya – beyinciyi zədələnmiş heyvanın son dərəcə tez
yorulmasına, əzələlərin qüvvədən düşməsinə deyilir.
Beyinciyi zədələnmiş adamın yerişi sərxoş adamın yerişinə
bənzəyir. Yeriyərkən əllərin və ayaqların hərəkəti qeyri müəyyən
olur. Xəstə əlini dəqiq hərəkət etdirə bilmir. Əgər ondan əlin baş
barmağını hər hansı bir əşyaya yaxud öz burnunun ucuna dəqiq
toxundurmağı tələb edilərsə, o bunu bacarmayacaqdır.
Beyinciyin çıxarılmasından uzun müddət sonra hərəki poz-
ğunluqlar bir qədər azalır, lakin bir neçə il keçdikdən sonra da ta-
mamilə aradan çıxmır. Beyincik çıxarıldıqdan sonra hərəki funk-
siyaların bərpası yeni şərti hərəki reflektor əlaqələr yaratmaqla
mümkündür.
Beyincik, xüsusilə bədənin əzələ-dayaq hissiyyat aparatından
çoxlu məlumat alır ki, bunun sayəsində beyincik bədənin
məkanda vəziyyətinə tənzimləedici təsir göstərir. Beyin
sütununun retikulyar formasiyası və orta beynin qırmızı nüvə
kimi hərəki mərkəzi ilə beyinciyin əlaqələri daha mürəkkəbdir.
Bu əlaqələr hesabına əzələlərin tonusu çox incə bir şəkildə idarə
olunur. Beyincik, qabığın hərəki reaksiyaları ilə bağlı olan
sahələrin neyronlarına, onların fəallığına tənzimləedici təsir
göstərir. Beyincik zədələnərkən qanda şəkərin miqdarının artması
bağırsaq və mədənin tonusu və hərəkətinin dəyişməsi, ürək və
ağciyərlərin fəaliyyətində dəyişiklik əmələ gəlməsi, beyinciyin
eyni zamanda vegetativ funksiyaların tənzimində iştirak etdiyini
göstərir.
Ara beyin. Beyin sütunu mərkəzi sinir sisteminin əsas şöbəsi
olan onurğa beyni üzərində tədricən qurulmuş refleks qövslərindən
və mərkəzlərdən ibarət yeni şöbə kimi təsəvvür etmək olar.
Onurğa beyni üzərində olan birinci şöbə uzunsov beyindir.
Uzunsov beyin onurğa beyninin bütün seqmentlərini birləşdirir,
bütün skelet əzələlərinin tonik təqəllüsünü nizama salır.
Sonrakı şöbə olan orta beyin, mərkəzi sinir sisteminin aşağı şö-
bələri üzərində üstünlük qazanır. Eşitmə və görmə kimi mühüm
238
reseptorlara malik olan orta beyin, orqanizm üçün xarici mühitə qarşı
daha mükəmməl cavab vermək imkanı yaradır. Orta beyin qırmızı
nüvə sayəsində əzələ tonusunun paylanmasında iştirak edir.
Beyin sütununun üçüncü hissəsi olan ara beyin və uc beynin
qabıqaltı mərkəzləri, instinkt deyilən mükəmməl və mürəkkəb
aktları (refleksləri) təmin edir.
Uc beynin yarımkürələri meydana gəldikcə, heyvan və insan
fərdə məxsus mürəkkəb şərti reflekslər qazanır və psixi fəaliyyət
kəsb edir.
Bundan sonra ali sinir fəaliyyətində, ancaq insan üçün səciyyəvi
olan ikinci qabıq siqnal sistemi meydana gəlir. Bu, başqa sistemləri
özünə tabe edib insanın mürəkkəb reaksiyalarını tənzim edir.
Embrional inkişaf prosesində ara beyin, sinir borusunun ön
beyin qovuqcuğundan əmələ gəlir. Ön beyin qovuqcuğu əvvəlcə
iki hissəyə (ön və arxa) ayrılır. Ön tərəfdəki hissədən uc beyin və
ya beyin yarım kürələri, arxa tərəfindəki hissədən isə ara beyin
əmələ gətirir. Embirional inkişaf sonuna qədər ara beynin ayrı-
ayrı törəmələrinə ayrılır.
İnsanda uc beyin, iki yarımkürədən ibarət olub, bütün beyin sü-
tununu örtmüşdür. Beynin bütün başqa hissələri kimi yarımkürələr
də boz və ağ maddədən təşkil olunmuşdur. Boz maddə bir tərəfdən
səthdə toplanaraq yarımkürənin qabığını, digər tərəfdən ağ maddənin
içərisində yerləşərək orada məhdud sinir hüceyrələr yığını əmələ
gətirir ki, buna qabıqaltı törəmələr və ya düyünlər deyilir.
Ara beynin içərisində müəyyən boşluq vardır ki, buna üçüncü
mədəcik adı verilir və orta beyindəki beyin suyolunun bilavasitə
mabədini təşkil edir. Üçüncü mədəcik iki dəlik vasitəsilə
yarımkürələrin içərisindəki boşluqlarla, yəni yan mədəciklərlə
birləşir.
Beləliklə, onurğa beyninin daxilində olan mərkəzi kanal,
uzunsov beyində genişlənərək dördüncü mədəciyi, orta beyində
yenidən daralaraq beyin suyolunu, ara beyində yenidən
genişlənib, üçüncü mədəciyi və nəhayət, iki dəlik vasitəsilə beyin
yarımkürələrinə keçərək yan mədəcikləri təşkil edir.
Üçüncü mədəciyin yan divarlarında iki böyük boz maddə yı-
ğını vardır. Boz maddədən – görmə qabarları və ya talamus
( thalami optica), məməciyəbənzər cisim, hipotalamus və ya
downloaded from KitabYurdu.org
239
qabaraltı sahə əmələ gəlir. Görmə qabarları, vəziyyəti və inkişafı
etibarilə onurğa beyninin arxa buynuzlarına müvafiq olub hissi
vəzifə daşıyır. Görmə qabarları mürəkkəb quruluşa malikdir.
Görmə qabarlarının arxa tərəfi yastıq adlanan törəməyə
məxsusdur, onun altında daxili dizəbənzər cisim, üstündə isə
xarici dizəbənzər cisim yerləşmişdir. III mədəciyin üzərində beyin
çəpkəni, əsasında isə epifiz – epitalamus yerləşir. Əsas törəmələri
talamus və hipotalamusdur.
Talamusun fiziologiyası. Ümumiyyətlə, talamusda 40-a
qədər müxtəlif nüvə aşkar edilmişdir. Onları funksional
xassələrinə görə iki böyük qrupa ayırırlar. Birinci spesifik nüvələr
qrupu öz liflərini beyin qabığının hissi və assosiativ zonalarına
göndərir və onların neyronları ilə spesifik əlaqələr əmələ gətirir.
Bu liflərə spesifik talamik yollar deyilir. İkinci qrup nüvələr öz
liflərini qabığın ən müxtəlif zonalarının neyronları ilə
əlaqələndirir, bunlara qeyri-spesifik talamik yollar deyilir.
Elektrofizioloji tədqiqatlar əsasında Q.Casper belə nəticəyə
gəlmişdir ki, talamusun qeyri-spesifik sistemi beyin qabığının tez
və qısamüddətli fəallaşmasında iştirak edir. Bunun əksinə olaraq,
qabığın zəif və uzunmüddətli fəallaşması isə beyin sütununun
retikulyar formasiyasının iştirakı ilə həyata keçirilir.
Bəzi tədqiqatçılar (Q.Hed və b.) belə hesab edirlər ki, talamus
ağrı hissinin ali mərkəzidir. Bu, bir sıra dəlillərlə isbat edilir. Əgər
talamus qıcıqlanarsa, bu zaman kəskin ağrı və xoşagəlməz hisslər
əmələ gəlir. Buna görə də talamusun bir sıra zədələnmələri zamanı
ağrı hissi yaranır. Talamus pozulduqda, ən zəif qıcıqlanmalar
(dəriyə toxunma, iynə batırma, səs və işıq qıcıqları) belə xəstələrdə
dəhşətli ağrıya səbəb olur. Bəzən də talamusun pozulması zamanı
ağrı hissi itir (analgeziya baş verir). Bütün bunlar göstərir ki, ağrı
hissinin əmələ gəlməsində talamusun böyük rolu vardır.
Hipotalamusun fiziologiyası. Hipotalamusun quruluşu da
çox mürəkkəbdir. Diametri təxminən 5 mm-ə çatan iki məmə-
ciyəbənzər cisimdən və onların arasında yerləşən boz qabardan
ibarət bu törəmə ən mühüm vegetativ mərkəz sayılır. Boz qabarın
aşağı hissəsi daralaraq qıf adlanan ucu kor törəmə əmələ gətirir.
Qıf, beyin artımı – hipofiz vəzisi ilə bitişmişdir. Boz qabarın
önündə görmə sinirlərinin kəsişməsi yerləşmişdir. Məməli
240
heyvanların hipotalamusunda 32 cüt nüvə aşkar edilmişdir.
Hipotalamus nüvələri beynin ali vegetativ mərkəzləri sayılır.
Onun supraoptik və mamilyar nüvələri hipofizin hormon ifrazı
fəaliyyətinə güclü təsir göstərir. Bəzi hipotalamik nüvələr
neyrohormonlar, xüsusilə hipofizin sektor hüceyrələrinə təsir
göstərən rilizinq faktorlar adlanan neyropeptidlər hazırlayır. Bu
maddələr sinir və humoral yollarla hipofizə daxil olur və onun
fəaliyyətini tənzim edir.
Hipotalamus nüvələrində orqanizmin ali vegetativ mərkəzləri
yerləşmişdir və bunlar onun simpatik və parasimpatik şöbələrinin
funksiyalarını tənzimləyir.
Hipotalamusun ayrı-ayrı nüvələrini pozmaqla, onların
funksiyaları haqqında daha dəqiq məlumatlar əldə edilir. Belə
tədqiqatlarla aşkar edilmişdir ki: 1) hipotalamusun arxa və orta
nüvələrinin qıcıqlandırılması daxili üzvlərin fəaliyyətində bir sıra
dəyişikliklər əmələ gətirir. Bu zaman qan təzyiqi yüksəlir, ürəyin
fəaliyyəti artır, mədə-bağırsaq yolunun perestaltik hərəkətləri
güclənir. 2) Hipotalamusun ön və yan nüvələri qıcıqlandıqda bu
dəyişikliklər əks xarakter daşıyır. İstiqanlı heyvanlarda bədən
temperaturu nisbi sabitdir və bu sabitlik iki mexanizmlə: istilik
əmələgəlmə və istilikvermə ilə tənzimlənir. Bu mexanizmlər hi-
potalamusun fəaliyyəti ilə əlaqədardır. Müəyyən edilmişdir ki,
temperaturun nizama salınması təkcə hipotalamusla deyil, digər
qabıqaltı törəmələrin fəaliyyəti ilə də əlaqədardır.
Aclıq və susuzluq reaksiyaları da hipotalamik törəmənin
fəaliyyəti ilə sıx əlaqədardır.
Hipotalamusun orta və yan nüvələrində ventrolateral
nüvəsində «aclıq», ventromedial nüvəsində isə «toxluq» müvafiq
mərkəzləri mövcuddur. Bu mərkəzlərin oyanması qidanın
axtarılması, onun mənimsənilməsi və həzmi ilə əlaqədar olan bir
sıra vegetativ və hərəki reaksiyalar baş verir.
Hipotalamik nüvələr qandakı maddələrin kəmiyyət və
keyfiyyət tərkibinin dəyişilməsinə qarşı da çox həssasdır.
Hipotalamus neyronları, həmçinin osmoreseptorlara malikdir.
Hipotalamusu qıcıqlandırmaq, yaxud pozmaqla aparılmış
eksperimental və kliniki tədqiqatlar göstərir ki, burada cinsi çoxal-
manın dövriliyini nizamlayan xüsusi mərkəz vardır. Uşaqlarda
downloaded from KitabYurdu.org
241
erkən cinsi yetişkənlik halları bu mərkəzlərin fəaliyyəti ilə bağlıdır.
Hipotalamusda cinsi davranışı nizama salan mərkəzin olması
tədqiqatlarla sübut olunmuşdur. Müşahidələr göstərmişdir ki, arxa
hipotalamik şöbədə xüsusi «həzz mərkəzi» vardır. Əgər, heyvana
bu mərkəzi elektrik qıcığı ilə özü qıcıqlandırmağı öyrədirsə, o qı-
cıqlanmanı fasiləsiz və yüksək tezliklə etməyə başlayır. Öz-özünü
qıcıqlandırma metodu ilə hipotalamusda bir sıra başqa mərkəzlərin
(qorxu, hiddət, aclıq, susuzluq və s.) olduğu aşkar edilmişdir.
Hipotalamusun mühüm funksiyalarından biri də onun yuxu
və oyaq vəziyyətlərinin növbələşməsində iştirak etməsidir. Hipo-
talamusun müxtəlif nahiyələrinin qıcıqlandırılması ümumi soma-
tovegetativ dəyişikliklərlə yanaşı, yuxu və oyaqlığın
növbələşməsinin pozulmasına da səbəb olur.
Zolaqlı cismin funksiyası. Mühüm qabıqaltı mərkəzlərdən
biri də zolaqlı cisimdir.
Zolaqlı afferent impulslar cismə talamusdan və beyin
qabığından gəlir. O, öz efferent impulslarını solğun nüvəyə
göndərir. Zolaqlı cisim funksiyasını nizamlayan mühüm effektor
mərkəzdir. İnsanda zolaqlı cismin solğun nüvəyə ləngidici təsiri
nəticəsində və ya zədələndikdə atetoz – ətrafların ritmik stereotip
hərəkətləri və xoreya – güclü və düzgün olmayan hərəkətlər baş
verir.
Təcrübələrdən müəyyən olunmuşdur ki, burada həmçinin mad-
dələr mübadiləsini, istilik və vazomotor reaksiyalarını tənzim edən
ali vegetativ koordinasiya mərkəzləri də yerləşir. Zolaqlı cisim
özünün hipotalamusla əlaqəsi sayəsində vegetativ sinir sistemi
vasitəsilə innervasiya olunan üzvlərə təsir göstərə bilir.
Solğun nüvənin funksiyası. Aralıq beynə bitişik nüvələrdən
biri solğun nüvə yaxud palliumdur. Solğun nüvə hərəki funksiya-
ları yerinə yetirir. Onun qıcıqlandırılması boyun, ətraf və gövdə
əzələlələrinin əks tərəfə yığılmasına səbəb olur. Bu nüvə afferent
impulsları talamusdan alır, efferent liflərini orta və arxa beyinə
göndərir.
Onun mühüm funksiyalarından biri də özündən aşağıda
yerləşən nüvələri, xüsusilə orta beynin qırmızı nüvəsini tor-
mozlandırmasıdır. Solğun nüvə qırmızı nüvəyə öz tormozlayıcı
təsirini göstərə bildikdə skelet əzələlərinin tonusunu həddən artıq
242
yüksəldir. Solğun nüvənin qıcıqlandırılması, skelet əzələlərinin
yığılmasını ləngidir. Bu isə onun orta beynin qırmızı nüvəsi ilə
əlaqədar olduğunu göstərir.
Solğun nüvəsi zədələnmiş xəstələrdə bir sıra mürəkkəb aktlar
itir, onlarda qəfildən verilən səsə, yaxud işıq qıcığına qarşı
müdafiə reaksiyası müşahidə olunmur.
6.20. Beyin sinirlərinin vəzifələri
Beyindən çıxan (şəkil 6.29) 12 cüt sinirdən birinci cütü, yəni
qoxu və ikinci cüt görmə sinirləri, mənşəyi və inkişafı etibarilə
başqalarından fərqlənir. Görmə sinirləri beynin çıxıntısı xarici
mühitə açılan pəncərəsi olduğu halda, qoxu siniri xüsusi qoxu
çuxurunun böyüməsindən əmələ gəlir.
Şəkil 6.29. Beyin sütunu əsasının sxemi: 1-qoxu yolu, 2-görmə siniri,
3-görmə qabarı, 4-adacıq, 5-məsaməli ön maddə, 6-məməciyəoxşar
cismlər, 7-məsaməli arxa maddə, 8-beyin ayaqcıqları, 9-gözün hərəki
siniri, 10-blokaoxşar sinir, 11-üçlü sinir, 12-Varol körpüsü, 13-
downloaded from KitabYurdu.org
243
beyincik, 14-uzaqlaşdırıcı sinir, 15-üz siniri, 16-eşitmə siniri, 17-dil-
udlaq siniri, 18-azan sinir, 19-əlavə sinir, 20-dilaltı sinir, 21-uzunsov
beynin piramidləri, 22-zeytun nüvə, 23-onurğa beynin ön şırımı, 24-
onurğa beynin ön sütunu, 25-onurğa beynin yan sütunu, 26-birinci
boyun sinirinin ön kökü.
Hər bir beyin siniri haqqında qısa da olsa aşağıda məlumat
verilmişdir.
I cüt – qoxu siniri ( n.olfactorius). Saf hissi sinir olub, bu-
runun selikli qişasından başlayaraq incə tellər şəklində xəlbir
sümüyünün xəlbir səfhəsindəki xırda dəliklərdən keçir və qoxu
soğanaqları deyilən hissəyə çatır. Qoxu sinirləri həmin qoxu
soğanaqlarından sonra ilk qoxu mərkəzlərindən keçərək Amon
buynuzu və dəniz atı alt qırışındakı ali qoxu mərkəzində qırmaq
və dənizatı qırışığının qırmağa yapışan hissəsində yerləşir.
II cüt – görmə siniri ( n.opticus). Saf hissi sinir olub, gözlərin
torlu qişasındakı sinir hüceyrələrindən başlayır. Göz yuvasındakı
görmə dəliyindən keçərək kəlləyə girən bu sinirlər beynin alt
səthilə gedərək orada çarpazlaşır və görmə çarpazı əmələ gətirir.
İbtidai fəqərəlilərdə bu çarpaz tam çarpaz olduğu halda,
məməlilərdə torlu qişanın gicgah hissəsindən çıxan liflər
çarpazlaşmayıb, yalnız burun hissəsindən çıxan liflər
çarpazlaşırlar. Ona görə də görmə sinirləri və ya sinirlərin
mərkəzləri birtərəfli pozulduqda göz tamamilə kor olmayıb, sağ
və sol gözdən hər birinin yarısı sıradan çıxır və hemianopsiya
deyilən pozğunluq alınır. Görmə yolunun lifləri somatik afferent
sinir lifləri olub, görmə qabarlarının balışında və dördtəpəli
cismin ön iki təpəsində qurtarır. Görmə yolu bu iki mərkəzdən
daxili kapsula vasitəsilə beynin ənsə payındakı mahmız yarığına
gedir və oradakı ali görmə mərkəzində mahmız şırımında yerləşir.
Dördtəpəli cisimdən bir qrup lif ayrılaraq gözün hərəki
sinirinin nüvələrinə gedir və bəbək refleksinin qövsü buradan
keçir. Bu refleks sayəsində işıq təsirindən bəbək daralır.
III cüt – gözün hərəki siniri ( n.oculomotorius). Bu sinir üç
növ lifdən təşkil olunmuşdur. Göz almasının altı əzələsindən dör-
dünü (üst, alt, içəri düz və aşağı çəp əzələ) sinirləndirir. Bu liflər,
Dostları ilə paylaş: |