Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə156/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   152   153   154   155   156   157   158   159   ...   321
Сечилмиш ясярляри 
lX 
müəyyənləşməsinə kömək edir. Bu sahədə mətnin 
də böyük rolu vardır. Mətn şəraiti olmadan (şifahi 
nitqdə – situasiya) söz-cümlələr vasitəsilə danışan 
şəxsin nəyi nəzərdə tutduğunu başa düşmək olmaz. 
Bu cür cümlələrdə icraçı, haqqında danışılan şəxs, 
əşya, onların hərəkət və əlaməti müxtəlif cümlə 
üzvləri vasitəsilə deyil, yalnız mətnin, situasiyanın 
köməyi ilə müəyyənləşir.
Söz-cümlələrin mühüm xüsusiyyəti bu cür 
cümlələri təşkil edən sözlərin nominativ mənaya 
malik olmamasıdır. Ona görə də belə cümlələr 
ədatlar, modal sözlər və nidalarla ifadə olunur.
Söz-cümlələr bir sözdən də ibarət olur, lakin 
bir cümlənin ifadə etdiyi mənaya bərabər məna 
ifadə edir. Elə buna görə də bu cümlələri "cümlə 
əvəzləri" də adlandırırlar. 
Söz-cümlənin 
semantik 
səviyyədə hər hansı bir üzvlənən cümlənin məzmu-
nuna bərabər olması belə cümlələr arasında məna 
ekvivalentliyi 
yaradır. 
Elə buna görə də 
tədqiqatçılar bu qənaətdədir ki, Söz-cümlələr
qiymətləndirici cümlələr, vokativlər və s. cümlə de-
yil, 
cümlənin 
ekvivalenti 
hesab 
olunur.
1
Nümunələrə müraciət edək: «-Bəlkə dəniz sahilinə 
çıxmaq 
istəyirsiniz? 
-Xeyr.
-Sən 
filfakı 
qurtarmısan? 
-Bəli
».
1
M.İ.Adilov, Z.Verdiyeva, F.Ağayeva. İzahlı dilçilik 
terminləri. B., 1989, s.94. 


318 
Фирузя Мяммядли 
Bu mükalimədə "xeyr" Söz-cümləsi "Mən 
dəniz sahilinə çıxmaq istəmirəm"; "Bəli" söz-
cümləsi isə "Mən filfakı qurtarmışam" cümləsinə 
mənaca ekvivalentdir.
Nidalardan ibarət Söz-cümlələr bu cür aydın 
fikir ifadə etməsə də, intonasiya və mətndən asılı 
olaraq, müəyyən fikirlə bağlı aydın emosional 
münasibət bildirir. Bir çox hallarda onun da mənası 
üzvlənən cümlənin mənasına ekvivalent olur. Nü-
munə üçün: 
«Qan uşağın sir-sifətini boyadı. Nəbi 
Əbilin üstünə cumdu: -

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin