Mövzu Maliyyə nəzarəti sistemində auditin rolu. Auditin mahiyyəti, məqsəd, vəzifə və prinsipləri. Plan


MÖVZU 7. PUL VƏSАITLƏRI ÜZRƏ ƏMƏLIYYATLARIN AUDITI



Yüklə 465,1 Kb.
səhifə44/82
tarix18.04.2023
ölçüsü465,1 Kb.
#100182
1   ...   40   41   42   43   44   45   46   47   ...   82
Audit yeni

MÖVZU 7. PUL VƏSАITLƏRI ÜZRƏ ƏMƏLIYYATLARIN AUDITI
1. Kassada nağd pulun və qiymətli kağızların inventarizasiyası aparılması və onun nəticələrinin sənədləşdirilməsi metodikası
2. Kassa əməliyyatlarının auditi
3. Bankda olan hesablar üzrə əməliyyatların auditi
4. Pul sənədlərinin və yolda olan köçürmələrin auditi

  1. Kassada nağd pulun və qiymətli kağızların inventarizasiyası və onun nəticələrinin sənədləşdirilməsi metodikası

Auditor ilk növbədə xəzinədarın kimliyini (yaşı, təhsilini) kassa hesabatları­nın kim tərəfindən qəbul edildiyini və işləndiyini, onların nömrələnməsi sistemini, kassa kitabını, kassa orderlərinin qeydiyyatı jurnalını və daxil olmuş vəsaitdən təyinatı üzrə istifadə olunmasını yoxlayır. Eyni zamanda kassa orderlərinin xəzınədarlıüa təqdim edilməsi qaydası, kassa limitinin mövcudluğu və ona riayət edil­məsi, kassa orderlərində bütün rekvizitlərin doldurulması, kassa hesabatlarının işlənməsi texnologiyası yoxlamanın obyektlərinə daxildir. Auditor həmzinin, onun kimin qarşısında hesabat verdiyini, yerinə yetirdiyi işlərə kimin nəzarət etməsini, xəzinədarla maddi məsuliyyət haqqında müqavilənin mövcudluğunu, xəzinənin mövcud şəraitinin bütün tələblərə cavab verməsini, yoxlanılan dövr üçün kassa kitablarının bütün nüsxələrinin mövcudluğunu yoxlayır. Audit prosesində kassa əməliyyatları üzrə xəzinədarın hesabatlarının mədaxil-məxaric sənədlərinə, hesablaşma-ödəmə cədvəllərinə uyğunluüu və onların tərtib edilməsi də yoxlanılır.
Kassa əməliyyatlarının auditinin aparılması gedişatında bankdan və ya digər motivlər üzrə alınmış nağd pulun mədaxil edilməsinin tamlıüı, kassa kitablarında yazılışların bank çıxarışlarında göstəriilən məbləğlərə (bankdan alınmış və banka köçürülmüş) uyğunluüu, xəzinəyə daxil olan bütün pul vəsaitlərinin əsaslı olması da yoxlanılmalıdır. Əgər kassa kitabı üzrə kassa qalıqları böyük məbləğ təşkil edirsə, uzun müddət azalmırsa, gündəlik daxilolma və istifadəsindən çoxdursa, müəssisə rəhbərliyinə dərhal kassanın inventarizasiya-sının aparılması təklif olunmalıdır.
Yoxlanılan dövrün hər gün üçün bank tərəfindən təyin olunmuş kassa qalıqları limitinin gözlənilməsi, pul gəlirlərinin təhvil verilməsi müddəti və qaydası, vaxtında verilməmiş əmək haqqı və sosial-əmək güzəşti məbləğlərinin vaxtında banka qaytarılması yoxlanılır. Qalıqların daima limitdən artıq olması müşayət olunduqda bunun səbəbləri müəyyən edilir və müvafiq tədbir görülür.
Xəzinədən bütün nağd pul buraxılışı və onların hüquqi əsası yoxlanılır. Bütün kassa məxaric orderlərində şəxsiyyət vəsiqəsinin məlumatları olmalıdır.
Kassa orderlərinin təkrar nüsxəsinin, düzəlişlərin, pozuntuların, ödəmə cədvəllərində baş mühаsibin qeydi olmayan düzəlişlərin mövcudluğu, rekvizitlərin doldurulması yoxlanılır. Kassa orderlərinin məlumatlarının qruplaşdırıcı cədvəllərin (jurnal-orderin, qalıq-dövriyyə cədvəllərinin, memorial-orderin və b.) sonuncuların baş kitabın və hesabat balansında qalıüa məlumatlarına uyğunluüu yохlаnılır.
Kassa və kassa əməliyyatlarının auditi üç əsas istiqamət üzrə aparılır:
1. Nağd pulun inventarizasiyası;
2. Kassaya daxil olan pul vəsaitlərinin tam və vaxtında mədaxil edilməsinin
yoxlanılması;
3. Pul vəsaitlərinin xərclərə silinməsinin düzgünlüyünün yoxlanması.
Kassa və kassa əməliyyatlarının auditinin əsas mənbələrinə kassa kitabları, kassa mədaxil və məxaric orderləri əlavə edilməklə xəzinədarın hesabatları, çek kitabçalarından istifadəni əks etdirən çek kötükləri, müəssisənin hesаblаrındаn bаnk çıxarışları, 221, 223, 224, 225 ,231,232,233,234 saylı hesablar üzrə jurnal-orderlər, baş kitab və pul vəsaitləri ilə bağlı əməliyyatların əks olunduüu digər sənədlər aid edilir.
Kassanın inventarizasiyası qəflətən, baş mühasibin iştirakı ilə həyata keçirilir. Inventarizasiyaya başlanana qədər xəzinədar kassada müəssisənin həmkarlar təşkilаtınа, qarşılıqlı kömək kassasına aid pul vəsaitlərinin olması haqda yazılı formada izahat verir. Bu halda həmkarlar komitəsinin (qarşılıqlı kömək kassasının) sədri və təftiş komissiyasının üzvləri dəvət olunmalı və eyni vaxtda müəssisənin və həmkarlar təşkilatının (qarşılıqlı kömək kassası) kassaları yoxlanılır. Kassada nağd pul vəsaitlərinin və digər qiymətlilərin mövcudluğunun yoxlanmasından əvvəl xəzinədar kassa hesabatı tərtib edir. Kassada olan vəsаitlərin inventarizasiyasına qədər xəzinədar inventarizasiyа başlanana qədər pul vəsaitlərinin mədaxil və məxaric sə-nədlərinin hesabata daxil edildiyi və mühasibatlıüa təhvil verildiyi, kassaya daxil olunan bütün pul vəsaitlərinin mədaxil edildiyi, kassadan verilən vəsaitlərin xərclərə silindiyi haqda izahat yazır. Kassada olan bütün mədaxil və məxaric orderləri hesabata daxil edilir. Şəxsi qeydlər və kassa əməliyyatlarının aparılması qaydalarında nəzərdə tutulmayan digər sənədlər nəzərə alınmır və xəzinədarın hesabatına daxil edilmir. Kassanın inventarizasiyası dövründə kassa əməliyyatları dayandırılır, bu əməliyyatlar istisna hallarda auditorun razılıüı və iştirakı ilə həyata keçirilə bilər.
Auditor inventarizasiya anına kassa hesabatının və kassadakı nağd pul qalıqla-rının çıxarılmasının düzgünlüyünü ciddi yoxlamalıdır. Pul qalıqları balans üzrə hər ayın əvvəlinə qalıq nəzərə alınmaqla yoxlanılır. Kassa hesabatını və оna əlavə edilən mədaxil və məxaric orderlərini yoxlayarkən auditor sonuncu mədaxil və məxaric orderlərinin nömrələrini qeyd jurnallarındakı yazılışlarla üzləşdirərək son kassa əməliyyatlarının uçotunun tamlığını müəyyən edir. Kassa hesabatı yoxlandıqdan sonra onda heç bir düzəlişə yol verilməməsi məqsədi ilə auditor kassa hesabatına və ona əlavə edilən kassa mədaxil və məxaric sənədlərinə "__________. tarixinə inventarizasiyaya qədər"qeyd etməklə viza qoyur.
Kassa hesabatı yoxlandıqdan və viza qoyulduqdan sonra "Kassa" hesabı üzrə saldo çıxarmaq məqsədi ilə mühasibatlığa verilir. Bundan sonra kassada nağd pulun və digər qiymətlilərin yoxlanmasına başlanılır. Sonda kassanın invertarizasiyası aktı tərtib edilir. Xəzinədar aktda qeyd olunmuş pul vəsaitləri, sənədləri və digər qiymətlilərin məsul saxlanmaya qəbul etdiyi haqda yazılı zəmanət verir. Kassanın inventarizasiyası zaman auditor pul vəsaitlərinin və digər qiymətlilərin çatışmazlıüı və ya artıqlıüını, müvəqqəti ərizə ilə kassadan pul alındıüı faktlarını aşkar edərsə, bu haqda xəzinədardan yazılı izahat tələb etməlidir.
Nağd pulun sayılması ilə bağlı audit prosedurlarına aid edilir:

  • auditor kassa kitabının sayılma tarixinə qədər tamamlandığını yoxlamalıdır

  • əvvəldə də qeyd olunduğu kimi, bütün nağd pul qalıqları eyni anda sayılmalıdır

  • həmçinin, dövredəbilən qiymətli kağızlar da eyni vaxtda sayılmalıdır

  • işçi sənədlər nağd pulun sayılmasının təfsilatlarını özündə əks etdirməlidir.

Nağd pul vəsaitlərinin inventarizasiyası aktı
Inventarizasiyanın başlamasına qədər pul vəsaitləri üzrə bütün məxaric və mədaxil sənədləri mühasibatlıüa təhvil verilmiş, mənim məsuliyyətimdə olan bütün pul vəsaitləri daxil edilmiş, məsarif olunmuş pul vəsaitləri xərclərə silinmişdir.
Maddi məsul şəxs
Xəzinədar vəzifəsi _______________ _________________________
Imza Soyadı
"____" _____________ 20_____ il № əmrə (göstərişə) əsasən
"____" _____________ 20_____ il tarixinə pul vəsaitlərinin inventarizasiyası
aparılmışdır.
Inventarizasiya zamanı aşağıdakılar müəyyən olunmuşdur:
1) nağd pul _________________ AZN
2) poçt markaları _____________AZN
3) _________________________AZN
Mövcud məbləğlərin yekunu ________________AZN______________
(sözlə)
Uçot məlumatları üzrə ________________AZN
Inventarizasiyanın nəticələri: artıqgəlmə yoxdur, çatışmazlıq yoxdur
Kassa orderlərinin sonuncu nömrələri:
Mədaxil orderi № 4, məxaric orderi № 7
Komissiyanın sədri:
Auditor ___________________ ___________ ___________________
(vəzifəsi) (imza) (adı, soyadı)
Komissiya üzvləri:
1) Baş mühasib _________________ _________ _________________
(vəzifəsi) (imza) (adı, soyadı)
2) ____________________ ___________ ____________________
(vəzifəsi) (imza) (adı, soyadı)
3) ____________________ ___________ ____________________
(vəzifəsi) (imza) (adı, soyadı)
Aktda göstərilən pul vəsaitlərinin mənim məsul saxlanmamda olduüunu
təsdiq edirəm.
Maddi məsul şəxs
"____" _____________ 20____ il
×atışmazlıq və artıqgəlmələrin səbəblərinin izah edilməsi ___________
___________________________________________________________
___________________________________________________________
___________________________________________________________
Maddi məsul şəxs:
Müəssisə rəhbərinin qərarı ___________________________________
___________________________________________________________
___________________________________________________________
(imza)
"_____" _______________ 20____ il
Əgər kassanın inventarizasiyası auditor tərəfindən aparılırsa, onda akt
3 nüsxədən ibarət olmaqla tərtib edilir: onlardan biri yoxlama arayışına
(aktına) əlavə olunur, biri təsərrüfat subyektinin mühasibatlıüına verilir, biri isə maddi məsul şəxsdə qalır.
Kassada çatışmayan pulun məbləğində kassa məxaric orderi tərtib edilir. Bu zаmаn aşağıdakı mühasibat yazılışı edilir: D-t 545sаylı "Digər qısаmüddətli öhdəliklər" hesаbının "Dəymiş zərərə görə işçilərlə hesаblаşmаlаr", "Sair əməliyyatlar üzrə işçilərlə hesablaşma-lar"subhesablаrı,
D-t 801 mənfəət və ya zərər saylı hesab.
KT 221 Kassa
D-t 545sаylı "Digər qısаmüddətli öhdəliklər" hesаbının "Dəymiş zərərə görə
işçilərlə hesаblаşmаlаr",
Kt 221 Kassa
DT 244 “Təhtəl hesab şəxs”
KT 221 Kassa 200 man
Dt 221
KT 244 20
Inventarizasiya zamanı kassada aşkar edilmiş artıq pul vəsaitləri müəssisənin fəaliyyətinin maliyyə nəticələrinə aid edilməklə kassa mədaxil orderi əsasında kassaya mədaxil edilir: Debet 221 "Kassa", kredit 801 "Ümumi mənfəət(zərər) "


  1. Yüklə 465,1 Kb.

    Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin