1
Qismət
MEQAPOLİS
HÜZNLƏRİ
2
3
Kitabdakı şeirlər sürətlə meqapolisə çevrilən Ba-
kının yeni kodlarını, şifrələrini nişan verir. Böyük
şəhərdəki həkimi, polisi, müəllimi, sürücünü, süpür-
gəçini, səfili, ayaqqabı boyayan uşaqları, siqaret satan
kişini, fahişəni, tələbəni – hamını və hər şeyi yazmaq
kimi qeyri-mümkün cəhd kitabın əsas özəlliyidir.
Şəhər sürətlə böyüyür, adamlar getdikcə tənha-
laşır. Bu konfliktin arasına Qismət öz şeirlərilə girir.
Kitabda müəllifin forma baxımından eksperimen-
tal və vizual şeirləri də yer alıb.
4
Аз 2
Qismət
MEQAPOLİS HÜZNLƏRİ
Bakı, “Qanun Nəşriyyatı”, 2011
168 səhifə. 1000 tiraj.
Fotonu Elmin Həsənli çəkib
ISBN – 978-9952-26-
© “Qanun Nəşriyyatı”, 2011
Бакы, АЗ 1102, Тбилиси прос., ЫЫ Алатава 9
Тел: (+994 12) 431-16-62; 431-38-18
Mobil: (+994 55) 212 42 37
е-маил: инфо@ганун.аз
www.qanun.az
5
I bölüm
ÇARƏSİZLİK
6
7
1. Uçurum
Qapının ağzında bir cüt darıxmaq.
Əlimi üzmüşəm ən doğma yerdən...
Bakı medalyonu çevirdi birdən
əlimi buraxdı. Üzümə baxdı,
qaşları çatıldı, yavaşca dedi:
Çatdıq. Düş. Bu da uçurum.
Baxışlar ümidsiz, köynəklər tərli... Ürəklər daş
deyil, dəmirdi, dəmir.
Hamı borc istəyir on-on beş manat. Heç kimin
cibində səxavət yoxdur.
Görəsən, azadlıq yoxdur Bakıda, yoxsa azadlıq
var, ədalət yoxdur?
8
Kimsə reklamların diliylə hər gün, qədim bir
gerçəyi təkrar eləyir:
Çatdıq. Düş. Bu da uçurum.
Buğdalı içkilər içdim bir gecə, havanı öskürüb
nikotin uddum.
O gecə mahnılar kədər dadırdı, o gecə axır ki,
ağlaya bildim.
O gecə yorulub, taqətdən düşüb, birtəhər
dünyanın sonuna gəldim
yorğun gözlərimi qaldırıb yerdən, sonuncu
ümidin üzünə tutdum:
Çatdıq. Düş. Bu da uçurum.
Acıb nağıl yedim yuxuya gedim, olmadı... gecəyə
düşdüm, yox oldum.
Bir taksi saxladım köhnə jiquli, sür dedim
benzinin bitənə qədər.
Üç cibim varıydı, 10 manat pulum, bir də
gözlərimdə qoca bir kədər.
Taksist hər cibimə bir kağız atdı. Susdum.
Eynəyimi taxdım, oxudum:
Çatdıq. Düş. Bu da uçurum.
Başımı götürüb getdi ayağım, şüşə külqabılar
dolmuş şəhərə...
9
Hamının saçında bəyaz varıydı, hamının üzündə
“qismət beləymiş...”
Qədəhlər doluydu, limonlar hazır, hamının
dilində “iç, qardaşım, iç...”
Getdim, qarşıdakı yollar qurtardı, arxamda
dilləndi keçmiş mənzərə:
Çatdıq. Düş. Bu da uçurum.
10
2. Sevginin gözləri Vanqa
Beşinci mərtəbədə yaşayan
ərgənlik qız
hər səhər qarşı binanın
doqquzuncu mərtəbəsindən düşən işıqla açar
gözünü.
Elə ki qalxdı və yudu əl-üzünü,
çayı qaynatdı, süfrəni açdı, elə ki
tələsik çayını içə-içə, yağ-balını yeyə-yeyə
guya otağın havası dəyişsin deyə
pərdələri çəkər,
pəncərələri açar üzü doqquzuncu mərtəbəyə.
Otağın havasından çox öz havası dəyişər
Qızın içinə bir işıq düşər
işıq düşər doqquzun eyvanındakı siqaret
közündən...
11
Maqnit kimi dartar qızı doqquzuncu mərtəbə.
Dartılar doqquza tərəf
ürəyi, saçları, əlləri, gözləri…
az qalar qanadlanıb uçsun.
Birdən qızı
atası-anası çağırar, qardaşı çağırar.
Bax onda mıxlanar,
elə həmin eyvana mıxlanar
qızın ürəyi, saçları, əlləri, dizləri…
Doqquzuncu mərtəbədə siqaret çəkən cavan
beşinci mərtəbədə gördüyü qıza baxar, düşünər,
arvadını səsləyər, deyər:
“beşinci mərtəbədə qalan qız kor deyil ki?“
“Bilmirəm”, – deyər arvadı, “Nə olub ki?“
“Hər səhər bizim eyvana elə baxır, elə bil, heç nə
görmür…“
12
3. Eskalatorun altındakı qadına
Kişilərin repressiyaya
qadınların depressiyaya düşdüyü
illərdə yazılan
məktublara bənzəyir bu qadın.
Soyuq, əsəbi və kədərli…
Gözlərindəki təqvimdə yoxdur sabah,
dünənlər isə bugünə oxşar…
Düşənləri daha çox sevir bu qadın
çünki uzaqlaşmaqla məşğul
bütün çıxanlar.
Dost xəyanəti kimi acıdır səsi.
Elə bil,
13
evlərə qarğış deyir
zəlzələ dilində.
Bilmirəm
onu uzaqlara aparacaq
qatarı gözləyir, yoxsa ölümü
öz şüşə kabinəsində?..
Gözləri eynəkli,
əlləri daim kitablı oğlanların yanında
axmaq qızları görəndə
yəqin düşünür ki,
metro relsləri heç vaxt qovuşmaz...
Kişilərin repressiyaya
qadınların depressiyaya düşdüyü
illərdə yazılan
məktublara bənzəyir bu qadın.
Soyuq, əsəbi və kədərli…
Gözlərindəki təqvimdə yoxdur sabah.
Dünənlər isə bugünə oxşar…
14
4. Exchange
Xoşbəxtlik endirimli dükanlarda,
“Azercell”in kampaniyalarında yoxdu.
Çay puluna
bulvarda öpüş satır polislər,
“İdiot”da tum çırtlayır adamlar....
Bu şəhərdə
uşaqların
alınmayan oyuncaqlarda
əlləri yox,
gözlərinin izi qalır...
Təklik qəpik-quruş olsa
xərcləməyə nə vardı ki...
15
Nə Milli,
nə İsveçrə banklarına sığmaz
içimdəki təklik.
Bir ömürlük və bir ürəklik
xırdalayın bu təkliyi nooolar...
Çətindir
dünyanın
ən ağır daşınmaz əmlakı
təkliklə yaşamaq.
Mən inflyasiya istəyirəm!
Qardaş, bu şəhərdə
heç kimin bu təkliyə xırdası yoxmu?
16
5. Ümid və Penelopa
Yorğun olanda,
halsız olanda,
pulsuz olanda,
işıq pulu yığanlar qapını döyməkdən yorulanda,
hansısa jurnalist
blokda vurulanda,
su gəlməyəndə,
kəsiləndə qaz,
içimdə dingildəyəndə
alkoqol nəfəsli etiraz,
futbol-proqnozu yandıranda,
özümü “eybi yox...”lara inandıranda,
uzanıb tavana baxanda key kimi,
bu adamyeyən darıxmağın
17
təpəsindəki gözü
çıxartmaq istəyirəm Odissey kimi...
Penelopa, tikdiyini bu gecə də sök
Troya artıq yoxdu...
18
6. Başıbəlalı
Ürək dəyirman kimi işləyir.
Hər gün min əzab üyüdürəm…
Bir başıbəlalı zəifliyim var ki,
xırda şeyləri ürəyimə salıb
çox böyüdürəm.
Niyə o qız istehzayla gülümsədi
şerimi eşidəndə,
saçlarımmı çox dağınıqdır
yoxsa çox şair görünürəm?
Niyə o oğlan dedi ki,
şeir yazırsansa acından öləcəksən...
19
Niyə diplomlar bitirmək haqqında sənəddir,
başlamaq haqqında yox?
Niyə başlamaq üçün
bitirmək haqqında sənəd lazım?
Deyəsən fəlsəfə sual verməkdən başlayırdı axı, hə?
20
7. Getməyin qeyri-mümkünlüyü
Bəzən
heç nəyə əl vurmadan
çıxıb getmək istəyir adam.
Darıxıb bir gün
evdən başını götürüb,
bir az qonşu pəncərədəki qızı,
bir az qızın gözlərindəki özünü götürüb,
şkafdan əlcəyin əllərini,
eynəyin gözünü götürüb
getmək istəyir.
Güzgülər üzün üçün darıxacaq deyə,
arxanca ancaq işıqlar baxacaq deyə,
özündən qabaqdakı kölgəsini
ötmək istəyir adam.
21
Bəzən dünyadakı
təkrar səhərlərdən,
yorğun axşamlardan bezib,
bütün, bütün adamlardan bezib
dəli bir axtarılmaq həsrətilə
itmək istəyir adam.
Həmişə harasa getmək...
Məsələn,
Parisə,
Londona,
İstanbula,
açıq kosmosa,
Marsa,
Aya...
Bəzən istəmədən gedir adam,
məsələn,
dərsə,
işə,
görüşə – o dünyaya...
22
8. Aydınlıq
Yağış səhərəcən yağsın şəhərə,
Hamının dərdini yusun aparsın.
Quşlar qonaq gəlsin mavi Xəzərə,
Balıqlar evinə yosun aparsın...
Ölüm qapımıza elə gəlsin ki,
Birini alanda, biri qayıtsın...
Uşaqların üzü elə gülsün ki,
Mərmilər utanıb geri qayıtsın.
Yağış səhərəcən yağsın şəhərə,
Titrəsin evlərin navalçaları....
Yağmur mələkləri enmişkən yerə,
Verək aparsınlar tapançaları...
23
Bir qızın eyvanda əlləri donsun,
Qız durub boylansın küçəyə bir də...
Çətirsiz bir oğlan islanıb dursun,
Qız gözü küçədə darıxan yerdə...
Oğlan o küçəyə çəkdikcə keşik,
Səkidə titrəyən kölgə islansın.
Asfaltdan su içən qonur bir pişik,
Çətirsiz oğlanla birgə islansın.
Bir gün hamımıza elə gəlsin ki,
Yağışlar yağırsa hər şey düzələr...
Sinoptiklər çıxıb xəbər versin ki,
Sabahdan adamlar sevinə bilər.
Yağış səhərəcən yağsın şəhərə...
24
9. Yağmurda gəzinti
/ / / / / /
Ax/şam təkba/şıma / təşvi/şlə / / əl-ələ /
tutuşub
Şəhə/rdə, yağı/şda, n/imdaş pla/şda / /
/ / /
Öpü/şənl/ərin / tə/laşıyla / siqa/ret ç/əkir, /
g/əzişirəm. /
Ax/şam/ şəhər / kond/uktor / çəkməsi / qədər
bulaşıq / / / /
və çəti/rsiz bir / eynə/klin/in eynəyi / qəd/ər ya/ş.
/ / / / /
Məl/əklər / ordusu / şəh/ərə tərəf / damcı-damcı
az/almada, / / /
şüt/üməd/ə maş/ınlar,/ qaçış/ma/da uşa/qlar.
/ / / / /
25
Ağ/aclar saçlarını, / binalar qırışlarını / yumaq /
yarışında... / / /
/şəhərin hər / qarışında / / / / /
g/özləri / yaş/ar/ır kü/çə/lərin. / / / /
darı/xıram... / / / / / / /
/ / / / / /
Bu/ axşa/m / / / / / /
keçm/işi düş/ünürəm. / / / /
ya/dıma nə/sə /düşü/r... / / / / /
/ü/şüyü/rəm... / / / / / /
/ / / / / / / / / /
/İç/imdə / bir şeir, / / / / / / /
/baş/ımda bir eşq, / / / / / / / /
p/laşım / ya/ş, / / / / / / / / /
qarş/ımda b/ir yo/l... / / / / / / /
/çətirli / cütlü/klərə / baxı/b isl/anır/am / ya/vaş-
yav/aş... / / /
26
10. Mifologiya
Evə işığı
birbaşa günəşdən çəkmək,
suyu Atlantik okeandan.
Əbədi suyumuz gəlsin,
işığımız yansın.
Adam bəzən istəyir inansın…
Hədiyyə istəmək
Parisdən Eyfeli,
Romadan Pizanı xatirə kimi.
Nyu-Yorkdan Azadlıq heykəlini
oğurlamaq.
Dinamit qoymaq nəzir qutularına,
pirləri yıxmaq, dağıtmaq
baxmadan ağına-bozuna.
27
Bakının köynəyini açmaq ki,
şəhər nəfəs alsın.
Adam bəzən istəyir inansın…
“Eh...” – demək
dünya boyda bir “Eh...”
Nə sən ona,
nə o sənə,
nə külək Bakıya,
nə Bakı küləyə
olmasa da cavabdeh
yağışlı havalarda
papaqsız, çətirsiz
qaçmaq küçələr boyunca.
İctimai yerlərdə
heç kimi düşünmədən
öpüşmək dəlicə.
Adam bəzən istəyir inansın...
Bu şeri oxuyub
bəyənməyənlərlə,
razılaşmayanlarla
razılaşmamaq.
Susmaq və düşünmək ki,
“əşşi, nə isə qalsın...”
Adam bəzən istəyir inansın...
Adam bəzən istəyir inansın...
28
11. Manekenin saçları
Şampun reklamındakı
Manekenin saçından başlayır
Gözəllik salonlarının cibi.
O saç mətbəxlərdə “açıq qalan” qaz...
Özündən savayı hamının olan,
Yorğanlar altında qarımış qızın,
Özgə gəlinlərin toyundan qabaq –
Yorğan-döşək yunu sırımış qızın,
Tavanda yellənən aqibətidi.
Aqibətin xeyir, ay qonşu qızı
Maneken saçından asılmış gözəl,
Məzarı mətbəxdə qazılmış gözəl,
Kədərli bir alın yazısı kimi –
29
Tavanın alnına yazılmış gözəl.
Aqibətin xeyir, sonun mübarək
Döşəməyə düşən yaşıl tərliyin,
Kəndir boyunbağın, bərəlmiş gözün
Kəfənin mübarək, donun mübarək.
Mavi ekranların üfüqlərində
Bakirə gözünlə gördüyün hər şey
Təpədən-dırnağa sabun köpüyü...
Sinifdə qalmadın, Allaha şükür,
Bu taydan o taya ip atıb keçdin,
İndi tətilindi, ay qonşu qızı.
Bu “yeni ulduzlar”, bu “çal-çağırlar”,
İçi fahişələr, üzü fağırlar
Sənin qatilindi, ay qonşu qızı.
Reklamlar başını yaman yedilər,
Qismətin olmadı yuva, ev-eşik.
Sənin şkafından – o gün dedilər, –
Boş şampun qabları çıxıb – bir yeşik...
30
12. Qadın və onun qərarı
Qadın.
Kirayə ev.
Və pəncərəsi...
Yenə dirsəklənib boylanır yola.
Küçədə cütləşən itlərin səsi,
Otaqda oyanmış şirin bir bala.
Bomboşdur qadının baxdığı səki,
Çəkdiyi “ah”lardan tərləyib şüşə.
Tilov gözlərini yola atıb ki,
Bəlkə, gözlərinə bir ümid düşə...
Birdən ağlamağa başlayar uşaq,
Qadın diksinərək ətrafa baxar.
Dartıb küçədəki tilov gözləri,
31
Tələsik o saat yerinə taxar.
Gedər qucağına alar uşağı,
Qışqırıb deyər ki: sus, səsini kəs!
Nə tənbeh, nə isti ana qucağı
Qarnı ac körpənin səsini kəsməz.
Qadın söyər, söyər öz körpəsinə
Gedər itlərəcən söyüş xətləri.
İtlər susmayanda insan səsinə,
Qadın itə dönüb söyər itləri...
Bir söz də saxlamaz qadın sabaha,
Sabah lazım olar söyərəm deyə.
İtlərdən qurtarıb keçər Allaha,
Başlayar Allaha qarğış deməyə...
İtlər hürüşdükcə körpə ağlayar,
Ağlayar, az qalar gözləri çıxsın...
Qadınsa Allahı belə qarğıyar:
“Allah, bu Allahın evini yıxsın!“
Əsəbdən itirər qadın özünü,
Axar dodağına içindən keçən.
İtlər eşidəndə “Allah” sözünü,
Qorxudan susarlar axirətəcən...
Boşalar qadının qəzəb kisəsi,
32
Min dəfə təkləşər o tək otaqda.
Küçədə kəsilər itlərin səsi,
İtlər susan kimi susar uşaq da...
Allah qəzəbindən sıxar dişini,
Şimşəyin səsilə qışqırıb, gedər
İtlərin yarımçıq qalan işini,
O gecə qadına tapşırıb, gedər...
33
13. Şəhərin ən qoca fahişəsinə
Görmüsən dünyanın min cür üzünü,
Hansıdı qardaşın, atan, gözəlçə?
Bir qarın çörəkçün hər gün özünü,
Qucaqdan-qucağa atan gözəlçə –
Tulla o qədəhi, saxla gülməyi
Gülmə ağlamağı, ağla gülməyi...
Hardandı boyalı dodaqlarında,
Bu oğraş qəhqəhə, fahişə gülüş?
Sırğa olmayıbmı qulaqlarında,
Sərxoş kişilərin söydüyü söyüş?
Bəlkə, nə vaxtsa sən də sevmisən,
Səni də yandıran odun olubdu,
Yaxının olubdu, yadın olubdu?
34
Nikotin qoxulu, şampan köpüklü
Gümüş bilərzikli, qızıl üzüklü
Sənintək, bəlkə də, milyonlarca qız,
Ana yox, birbaşa “qadın“ olubdu.
Çirkli çarpayıda ləkəli işıq...
Sənin dünyandakı həsrət başqadı.
Təcrübəqarışıq, şəhvətqarışıq
Müştəri başqadı, qiymət başqadı.
Üzüyü kim taxıb o barmağına?
Əmidi, yoxsa ki, dayı, bilinmir.
Açarı pul olan “eşq otağına”,
Girib-çıxanların sayı, bilinmir.
Gəlib müştərilər yüz cür biçimdə,
Lənət həm ağına, həm qarasına...
Kişi ah-ufları sənin içində,
Qarışıb çarpayı cırıltısına.
Ölsən deyəcəklər günahı çoxdu,
Qadınsan, özünü diri satırsan.
Sən namus satmırsan xəbərin yoxdu,
Dünyaya gəldiyin yeri satırsan...
Saqqızın şirindi, dilinsə zəhər,
Canınla görürsən gördüyün işi.
35
Min kişi dadmısan indiyə qədər,
Bananlı, vişnəli, almalı kişi...
Küçələr tökülür danışığından,
Küçələr dilinə qurdtək daraşıb.
Nikotin, alkoqol qarışığından,
Səsin kişiləşib, üzün qırışıb
Keçmiş zamandasan qoca Fahişə.
Hər gecə bir kişi altında qalan,
Döşəmə Fahişə, xalça Fahişə.
Adamlar üstünə çıxıblar, ancaq
Kədərinə ortaq çıxmayıb heç kim.
Çılpaq bədəninə baxıblar, ancaq
Dərdli gözlərinə baxmayıb heç kim.
Gözəl gözlərini yorğun eləyib,
Quduz kişilərə yoldaş səkilər.
Axxx! Bilsən kimləri pozğun eləyib,
Bu qəddar səkilər, oğraş səkilər...
Ümid öldürmüsən, sevgi boğmusan,
Əzbər öyrənmisən tənha qalmağı.
Bütün səkilərdə ölü doğmusan,
Qismətin olmayan ANA olmağı.
36
Səkinin bacısı, küçənin qızı
Gündoğmaz ölkənin sönmüş ulduzu,
Hər gecə başına uçulur damlar.
Göyərmiş üzündə, al yanağında,
Yaşıl boyadığın dodaqlarında –
Üçrəngli bayrağı “öpür” adamlar.
Çoxundan millisən azəri qızı...
37
14. Bakı üçün elegiya
Bakıya toxundum... əsdi ürəyim,
Toxunmaz olaydım, Bakı dəyişib.
Geyinib əyninə dekolte geyim,
Burnu kiçilibdir, dodağı şişib...
Burdan milyardlarla qonaq ötürüb,
İndi öz-özünə qonaq şəhərim.
Röyadan plastik burun götürüb,
Aygündən silikon dodaq, şəhərim.
Açıb yarıyacan öz sinəsini,
Biabır eləyib məni bu şəhər.
Kəsib, qayçılayıb gödəkcəsini
Geyinib əyninə mini, bu şəhər.
38
Götür bu dəsmalı, sil o boyanı,
Səndən olmayana daha qoyma qol.
Tulla geyindiyin o dikdabanı,
Bir az balaca ol, amma Bakı ol.
Hər küçən, hər evin qürbət kimidi
Hüznün, yalqızlığın paytaxtı şəhər.
Bəlkə də, Bakı bir qədim gəmidi,
Dayanıb Bakını gözləyir Xəzər?..
Şirinlik qalmayıb şirinliyindən,
Qadınlar soyunub çıxır şəhərə.
Mavi ekranların dərinliyindən,
Masmavi “kişilər” axır şəhərə...
Axır mavi-mavi bəyaz yalanlar,
Utanır, qızarır bəyaz qalanlar,
Qırmızı-qırmızı mavi olanlar,
Gündə bir boyanı yaxır şəhərə...
Bakının yəhəri özündə deyil,
Dolanır özgənin atında Bakı.
Bir günə Dubayda kökələnlərin,
Həm özü, həm cibi “göy” gələnlərin,
Dikdaban geyinmiş göydələnlərin,
Qalıb ayağının altında Bakı.
39
Bitib iqtidarı, qurtarıb gücü,
Səsini itirmiş yalquzaq kimi.
Dilənçi uşağın pul yığmaq üçün,
Asfalta qoyduğu boş papaq kimi –
Kimdənsə mərhəmət umur bu şəhər.
Çırpmır üstündəki torpaqdı, gildi,
Qanmır ki, o əvvəl belə deyildi,
Bir Allah bilir ki, son neçə ildi
Xəzərdə üzünü yumur bu şəhər...
Hər tində ümidə bir qəbir qazan,
Adama xəcalət çəkdirən şəhər.
Şairi acından şeirlər yazan,
Mollası villalar tikdirən şəhər
Neyləyim sevməyə bilmirəm səni...
Bir ömür gözünü yollara dikən,
Tənha qadınların möhnəti Bakı.
Pullu kişilərə baxıb “ah” çəkən,
Pulsuz kişilərin qisməti Bakı –
Bu şeri sənə ağlamışam...
40
Dostları ilə paylaş: |