Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu


BAKI  MÜSƏ LMAN QADIN XEYRĠYYƏ  CƏ MĠY YƏ TĠ



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə37/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   33   34   35   36   37   38   39   40   ...   80

 

BAKI  MÜSƏ LMAN QADIN XEYRĠYYƏ  CƏ MĠY YƏ TĠ 

- valideynlərini  itirmiş uşaqlara, yo xsul ailə lərə və qaçqın lara yard ım 

etmə k  məqsədilə  yaradılmış  qeyri-höku mət  xeyriyyəçilik  quru mu. 

1914  il  noyabrın  21-də  təsis  edilmişdi.  Təsisçisi  Rəhilə 

Hacıbababəyova  idi.  M.S.Tağıyeva  cəmiyyətin  idarə  heyətinin  sədri, 

Rəhilə  Hac ıbababəyova  sədrin  müavin i,  Əminə  Ağayeva  katib,  Pəri 

Topçubaşova  xəzinədar  seçilmişdilər.  Cəmiyyət  xəstə  və  yaralı 

əsgərlərə,  yetim  və  yoxsul  uşaqlara  yardım  göstərir,  tez-tez  mü xtəlif 

tədbirlər keç irird i. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

252 

 

 



 

253 

 

Cə miyyət  Birinci  dünya  müharibəsi  (1914-18)  illərində  Rusiyaya  əsir  düşmüş  yaralı  türk  əsgərlərinə  də  yardım 



göstərmişdir.  1917  ilin  oktyabrında  Liza  xan ım  Mu xtarovanın  (neft  sənayeçisi,  milyonçu  Murtuza  Mu xtarovun  həyat 

yoldaşı)  sədrlik  etdiyi  Bakı  müsəlman  qadın  xey riyyə  cəmiyyəti  yo xsul  qızlar  üçün  peşə  məktəbi  açmışdı.  Məktəbdə  4 

ümu mtəhsil sinfi və  6 peşə bölməsi fəaliyyət göstərirdi. Türk dili, hesab, əl işi, biçmə və tikiş üzrə dərslər  keçilird i.  1918 

ilin  qanlı  mart  qırğın ları  zaman ı  məktəb  ö z  fəaliyyətini  dayandırmışdı.  1919  ilin  əvvəllərində  cəmiyyət  məktəbin  işini 

yenidən  bərpa  etmişdi.  A zərbaycan  Xalq  Cü mhuriyyəti  Höku mət i  məktəbin  səmə rəli  işlə məsi  üçün  cəmiyyətə  30  min  

manat  vəsait  ayırmışdı.  Məktəb  a zərbaycanlı  qızların  savadlanmasında,  onla ra  milli-mənəvi  dəyərlərin  aşılan masında, 

ailədə  və  cə miyyətdə  öz  hüquqlarını  anla masında  böyük  rol  oynamışdır.  Aprel  işğalından  (1920)  sonra  cəmiyyət 

fəaliyyətini dayandırmışdır. 



 

Əd.: 

Süleymanova  S.,  Azərbaycanda  ictimai-siyasi  hərəkat  (XIX  yüzilliyin  sonu  -  XX  yüzilliyin  əvvəlləri),  B.,  1999; 

Гусейнова  Л.  Дж.,  Деятельность  неправительственных  общественных  организаций  в  период  АДР  (1918-1920),   автореф. Канд. 

Дисс., Б., 1996. 



 

BAKI  MÜSƏLMAN  MAARĠF  CƏMĠYYƏTĠ  –  20  əsrin  əvvəllərində  Azərbaycanda  çarizmin  müstəmləkə 

əsarətinə  qarşı  milli  azadlıq  hərəkatının  geniş  vüsət  aldığı  şəraitdə  yaradılmış  (1906)  maarifçilik  cəmiyyəti  (bax  "Nicat" 

mədəni-maarif cə miyyəti). 

BAKI  NEFT  CƏ MĠYYƏ TĠ  -  Bakıda  neft  hasilatı,  emalı  və  satışı  ilə   məşğul  olan  qurum.  1874  ildə  

"V.A.Kokorev in  Zakaspi  t icarət  şirkəti"nin  əsasında  yaradılmışdı.  İdarə  heyəti  Sankt-Peterburqda,  kontoru  is ə  Ba kıda  

yerləşirdi. Ba kıda ço xlu mədənlə ri, neft e ma lı zavodları və nəqliyyat vasitələri vard ı. 

BAKI NEFT SƏ NAYEÇĠLƏRĠ QURULTAYI ġ URASI (B NSQġ) - neft sənayeçiləri qurultayın ın daimi rəhbər 

orqanı,  Rusiya  burjuaziyasının  ilk  sahibkar  təşkilatlarından  biri.  1884  ildə  Bakı  neft  sənayeçilərin in  1-ci  quru ltayında 

seçilmişdi. Şuraya ən  iri neft şirkətlərin in nümayəndələri seçilirdilər. Şura quru ltayların qərarlarını həyata keçirir, növbəti 

qurultayın  proqramın ı  tərtib   edir  və  onu  höku mət  orqanlarının   təsdiqinə  verirdi.  Şura,  fəaliyyəti  haqqında  qurultaylara 

hesabat verir, neft sənayeçilərinin   mənafeyin i höku mət qarşısında  müdafiə  edir və neft  maqnatların ın yüksək gəlirlərinin  

təmin olunmasına çalışırd ı.  1890  ilin sonlarından şuranın Peterburqda daimi nü mayəndəsi vardı.1899 ildən Şuranın orqanı 



"Neftyanoye  delo"  jurnalı  nəşrə  başladı.  Şuranın  statistika  bürosu  hər  il  "Ob zorı  Ba kinskoy  neftyanoy  promışlennosti" 

("Bakı neft sənayesinin icmalı") və s. çap edirdi. Şu ra fəhlə hərəkatına qarşı  mübarizənin təşkili  ilə də məşğul olurdu. 1918 

ildə Bakı Xalq Komissarları Soveti (BXKS) Şuran ın fəa liyyətinə nəza rəti ələ  a ldı. BXKS-n in neft  müəssisələrinin  və Xəzə r 

ticarət  donanmasının  milliləşdirilməsi  haqqında  dekretlə rindən  sonra  BNSQŞ-nın  Sovet  hakimiyyətinə  qarşı  münasibəti 

kəskin ləşdi  və  o,  iqtisadi  sahədə  yeridilən  siyasətə  açıq  etiraz  et məyə  başladı.  "Sentrokaspi  diktaturası"  hakimiyyətini 

dəstəkləyən  BNSQŞ  xüsusi  mülkiyyətin  saxlan masını,  mənfəətin in  artırılmasın ı  milli  və  dövlətçilik  dəyərlərindən  üstün 

tutmuşdur.  BNSQŞ-n ın  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Hö ku məti  ilə  münasibətləri  sonadək  gərgin  səciyyə  daşımışdır. 

Azərbaycan  Parla mentində  Şuranın   nümayəndəsi  var  idi.  Sovet  Rusiyasına  neft  məhsullarının  göndərilməsinə  qadağa 

qoyulması ilə Rusiya bazarından məhru m olan Bakı neft sənayesi böhran vəziyyətinə çatmışdı. 

BNSQŞ vəziyyətdən çıxmaq  məqsədilə  Cü mhuriyyəti hakimiyyətinə tam etimadsızlıq göstərərək,  ingilislərə  mü -

raciət  et miş,  keç miş  Rusiya  dövlətçiliyin i  bərpa  et mə k  tərəfdarları  ilə   hə mrəy  o lmuşdur.  1919  ilin   payızında  neft  

sənayesində böhran son həddə çatdıqda, BNSQŞ, de mək olar ki, Hö ku mətə mü xa lif b ir quruma  çevrilmişdi.  

Bu za man neft sənayeçilərinin XXXVII qurultayı (1919 il, 30 sentyabr - 9 o ktyabr ) keç irilmiş və M.Əsədullayev 


254 

 

(sədr),  L.Manço,  D.Landau,  Y.Umansev,  M.Səlimov,  N.Vanebu,  Q.Pokrovski,  Q.Qurqenid ze,  A.Tağıyev,  S.Ter-



Kriko ryandan  ibarət  tərkibdə  Şura   seçilmişdi.  A rtıq  1920  ilin   yazı  üçün  BNSQŞ-in  Höku mətdən  təkid lə  tələb  etdiy i 

Həştərxan  yolu aç ılsada, Şuranın fəaliyyəti də  sona çatdı. Belə  ki, Aprel  işğalından (1920) az sonra Azərbaycan Müvəqqəti 



İnqilab Komitəsinin neft sənayesini milliləşdirmək haqqındakı 1920 il 27 may tarixli dekreti ilə Şura ləğv olundu. 

 

Əd.: 

Azərbaycan tarixi, 3 cilddə, c.2, B., 1964; Azərbaycan tarixi,  7 cilddə, c.5, B., 2001; Монополисческий капитал в нефтяной 

промышленности России (1883-1914).Документы и материалы, Москва – Ленинград, 1961; həmin adda (1914-17, М. – Л.,1973. 

 

BAKI POLĠS MEYS TERLĠYĠ -  Bakı şəhərində asayişi və qayda-qanunu qoruyan qurum.  Ba kı qradonaçalnikliy i 

(şəhər rəisliyi) haqqında Rusiya senatının 1906 il 28 oktyabr tarixli müvəqqəti Əsasnaməsinə uyğun olaraq, Bakı şəhər polis 

idarəsi əsasında yaradılmışdı. Ba kı polismeysterliyi 1907 il yanvarın 1 -dən, Ba la xanı-Sabunçu polis idarəsi ilə  yanaşı, Bakı 

şəhər  rəisliyin in  polisi  funksiyasını  yerinə  yetirird i.  1917  ildə  Bakıda  sovet  hakimiyyəti  elan  edilməsi  ilə  əlaqədar  ləğv 

olunmuşdu. Cü mhuriyyət dövründə, yerli  idarəçiliyin təşkilinə qədər  Rusiya qanunlarının Azərbaycan Xalq  Cü mhuriyyəti 

ərazisində  qüvvədə  saxlan ması  haqqında  Azərbaycan  Höku mətinin  1918  il  23  iyun  tarixli  qərarından  sonra  Bakı 

polismeysterliyi yenidən fəa liyyətə başlamışdı. 

Bakı qubernatorunun tabeliyində olan  Bakı polis meysterliyi nəzdində polis meysterin adından, yaxud onun, ya da 

kö məkçisinin göstərişi ilə yazışmalar aparan idarə - dəftərxana vardı. 

Bakı  polismeysterliyi  11  polis  məntəqəsinə  (Bayıl,  A leksandr  Nevski,  İçərişəhər,  Şamaxı,  Mərkəz,  Mixaylov, 

Ro manov,  Qanlıtəpə,  Zavağzal,  Qaraşəhər,  Liman)  bölünmüşdü.  Məntəqələrə  sərəncamlarında  qorodovoylar  olan 

pristavlar  başçılıq  ed irdilər.  Pristavlar  qayda-qanunun,  təhlükəsizliyin  təmin  olun ması  və  abadlıq  işləri  üçün  məsuliyyət 

daşıyırdılar. 

1919  il aprelin  25-də  Azə rbaycan Xalq   Cü mhuriyyəti Hö ku məti guya  Bakı ş əhərində ermən ilə rə qarşı  zora kılıq  

hallarının baş verməsi  ilə əlaqədar aparılmış təhqiqatlar barədə Bakı polismeysterinin məlu matını  müzakirə etmişdi.  Daxil 

olmuş ərizələrin tam əksəriyyətinin əsassız və böhtan olduğu aşkara çıxarıld ı.  Höku mət daxili  işlər nazirinə tapşırmışdı ki, 

görülmüş  tədbirlərdən  asılı  olmayaraq,  yalan  və  əhali  arasında  gərginlik  yaradan  şayiələrin  yayılmasında  təqsirli  bilinən 

şəxslər məhkəmə məsuliyyətinə cəlb ed ilsin lər. 

1919  il  iyunun  11-də  Azərbaycan  Hökumət i  Bakı  şəhər  polisinin  ştatlarını  art ırmaq  barədə  qərar  qəbul  etmişdi. 

Pristavların  təyin  olunması  və  işdən  azad  edilməsi  qubernatorun  səlahiyyətinə  daxil  idi,  qalan  polis  işçilərini  isə 

polismeysterin özü təyin və azad edirdi. Rüstəm bəy Mirzəyev Bakı polismeysteri təyin olun muşdu. 

 

 



 

BAKI  POLĠTEXNĠK  MƏKTƏBĠ  -  orta  ixtisas  təhsili  müəssisəsi.  Məktəb  bütün  Cənubi  Qafqaz 

sənayesi üçün te xniklə r və ixt isaslı ustalar hazırlayırd ı. Qafqa z tədris dairəsinin  1888 il 26 apre l tarixli s ərəncamı ilə  həmin  

ilin iyulundan şəhər sənət məktəbi kimi fəa liyyətə başlamış, 1896  il sentyabrın 1-dən Ba kı ibtida i  me xan ika -kimya -te xnika  

mə ktəbinə çevrilmişdi. 

1897 il oktyabrın 18-dən məktəbin  nəzdində yerli əhali içərisindən yaşlılar üçün pulsuz kurslar açılmışdı. Kurslara 

yardım  məqsədilə  məktəbdə  xeyriyyə  konsertləri  təşkil  olunur,  həvəskar  aktyorlar  tamaşalar  göstərird ilər.  1901  ilin  

iyulundan məktəbdə kimya bölməsi əvəzində tikinti bölməsi açılmışdı.  1913 ilin yanvarından isə Bakı Polite xn ik Mə ktəbi 

Bakı Alekseyev orta mexan ika və tikinti-texniki məktəbi ad lanırd ı. 

1909  ilin  yanvarından  mə ktəbin  nə zdində  heykə ltəraşlıq   -  daşyonma  şöbəsi,  1911  ildən  isə  sürücülər  kursu 

açılmışdı.1917  il  mayın  30-dan  üç  şöbədən  (neft  sənayesi,  elektro mexanika  və  memarlıq -inşaat)  ibarət  politexniku ma 

çevrilmiş və Bakı politexn ik məktəbi adlan mışdı. 

BAKI RAYONU FƏ HLƏ  DEPUTATLARI SOVETĠ (BRFDS) - 1917 il ma rtın 7-də təşkil o lun muşdu. Sovetin 

təşkili və və zifə ləri haqqında ma rtın 8-də elan  olun muş müraciətdə bild irilirdi ki, Bakı fəhlə lərin in 2/3-dən ço xu  seçkilərdə  

iştirak  etmişdir.  Sovetin  tərkib inə  52000  fəhlə  və  qulluqçu  tərəfindən  seçilən  və  əksəriyyəti  ermənilərdən  ibarət  olan  52 

deputat  (9  nəfə ri  bolşevik,  qalan ları  is ə  menşevik  və  eser  idi)  da xil  idi.  BRFDS  fəh lə  deputatları  sovetinin  icra iyyə 

ko mitəsini  və  ko mitəyə  rəhbərlik  üçün  sədr,  iki  müavin  və  iki  katibdən  ibarət  rəyasət  heyəti  seçmişdi.  Sovetin  birinci 

iclasın ın  sədri  menşevik  Q.Ayollo,  katibi  isə  o  zaman  hələ  menşevik  olan  M.N.Mandelştam  idi.  Martın  8-də  Şau myan 

qiyabi  o laraq  sovetin  s ədri  seçildi.  Sovetin  İcraiyyə  komitəsinə  iki  bolşevik  (İ.Fioletov  və  İ.Ter-Qabrielyan)  və  bir  eser 

(V.İ.Soçnev)  daxil  id i.  BRFDS  özünü  Bakı  fəhlələrinin   yeganə  səlahiyyətli  orqanı  hesab  edirdi.  Sovet  öz  fəaliyyətini 

Petroqrad FDS və bütün Rusiya fəhlə lərin in fəa liyyəti  ilə uyğunlaşdırmaq niyyətini bildirmiş, sırf yerli  xa rakterli hər cür 

çıxışların əleyhinə olduğunu, Bakı qarnizonunun ordu və donanmasının BRFDS ilə həmrəyliyinə nail olmaq vəzifəsini elan  

etmişdi.  BRFDS  icra iyyə ko mitəsinin  ilk  mü raciəti " Yaşasın Müəssislər  məclisi!  Yaşasın demokratik  respublika!" şüarları 

ilə  bitirdi. 

Martın 7-də  Bakı qarn izonunun əsgər və zabit deputatları sovetləri də yarad ıld ı və  martın sonlarında vahid hərbi 

deputatlar soveti halında birləşdilər. Sovetlərdə əksəriyyət menşeviklərə, eserlərə məxsus idi. 

BRFDS  1917  il  may ın  1-dən  Bakı  rayonunda  8  saatlıq  iş  günü  qoyulmasını  özünün  ilk  qələbəsi  hesab  etmişdi. 

Mayın 10-da  BRFDS  ilə hərb i deputatlar sovetinin birgə  iclasında bu sovetlər birləşdi və  Bakı  fəhlə və hərbi deputatları 

soveti yaradıld ı. 

 

Əd.

Azərbaycan tarixi, 7  cilddə,  c.5, B., 2001; Azərbaycanda sosialist inqilabının qələbəsi uğrunda bolşeviklərin mübarizəsi 

(sənədlər, materiallar, 1917-1918-ci illər), B., 1960.  

 

 

 

 


255 

 

 



BAKI  SOVETĠ  (BS)  -  Bakıda  fəaliyyət  göstərmiş  hakimiyyət  orqanı  (1917,  mart  -  1918,  31  iyul).  Rusiyada 

Fevral  inqilabından  (1917)  sonra  Bakıda  və  digər  şəhərlərdə  ikinci  hakimiyyət  orqanı  kimi  fəhlə  və  əsgər  deputatları 

sovetləri yarad ılırdı. Bak ı rayonu Fəhlə Deputatları Soveti ilə hərbi deputatları sovetinin birləş məsi nəticəsində yaradılan  

BS onların içərisində ən nüfuzlusu hesab edilird i.  Sovetin tərkibində azərbaycanlılar yo x dərəcəsində id i.  Onun tərkibi və 

rəhbər  heyəti  bütünlüklə  e rmənilərdən  və  ruslardan  ibarət  id i.  Eser-menşevik-daşnak  blokunun  rəhbərlik  etdiyi  bu  sovet 

"vahid və bölünmə z Rusiya" ideyasını təbliğ ed irdi. Sovetin fəa liyyəti A zərbaycan xa lqın ın milli mənafey inə zidd  id i. Bakı 

bolşevikləri  Sovetdə  rəhbərliyi  ələ  almaq   üçün  gərgin  mübarizə  aparırdılar.  Bo lşeviklər  Petroqradda  hakimiyyəti  ələ 

keçirən  kimi,  1917  il  oktyabrın  27-də  BS-nin  fövqəladə  yığıncağı  keçirildi.  Sovetin  eser-menşevik-daşnak  bloku, 

bolşeviklərin  kəskin  etirazına  baxmayaraq,  168  səsə  qarşı  246  səslə  Bakıda,  ali  hakimiyyət  orqanı  kimi,  İctimai 

Təhlükəsizlik Ko mitəsinin yaradılması haqqında qərarın qəbul ed ilməsinə nail o ldu. Sovet Oktyabr çevrilişin in (1917) dinc  

yolla  ləğvini  tələb   edird i.  Sovetin  bu  qəra rı  ilə  ra zılaşmayan  bolşeviklə r,  mədən-zavod  ko mitələri  üzv lərinin  dəstəyinə 

arxalanaraq, oktyabrın  31-də Sovetin geniş iclasın ı çağırd ılar.  Onları  müdafiəyə gələnlərin sayı Sovetin üzvlərindərı  xeyli 

çox id i.  Hakimiyyətin sovetlərə keçməsi  ilə  razılaşmad ıqlarını bildirən  menşevik və eserlərin  iclas  zalından çıxıb getməsi 

bolşeviklərə  o lduqca  sərfəli  id i.  İclas  Bakı  rayonunda  bütün  hakimiyyətin  BS-nə  keçməsi  haqqında  qətnamə  qəbul  etdi. 

Noyabrın  2-də  bolşeviklər  ö z  mövqelərini  daha  da  möhkəmləndirmək  məqsədilə  yenidən  bütün  hakimiyyətin  Sovetə 

verilməsi  məsələsini  qoydular,  geniş  iclas  çağırmaq  takt ikasından  bir  daha  istifadə  edərə k,  siyasi  qüvvələr  nisbətini  ö z 

xeyirlərinə dəyişə bildilər. Sovetin eser-menşevik fra ksiyası bolşeviklərsiz yeni  icra iyyə ko mitəsi yaradılmasının  zəruriliy i 

qənaətinə gələrək, icra iyyə ko mitəsindən çıxd ığını elan etdi. 

BS-nin 2 noyabr tarixli  iclasında Sovetin icraiyyə komitəsi Ba kıda ali hakimiyyət orqanı elan olundu. Həmin iclas-

da  Bakı  fəh lə  və  hərbi  deputatları  sovetinin  adının  dəyişdirilərək,  Bakı  fəhlə  və  əsgər  deputatları  soveti  adlandırılması 

qərara a lındı.  Sovetin ic raiyyə  ko mitəsinin bolşeviklərdən  ibarət yeni tərkibi seçild i. İc raiyyə  ko mitəsinin  sədri  Şau myan 

oldu.  Eser  və  menşeviklə rlə   "müsavat"çılar  arasındakı  ziddiyyətlərdən  istifadə  edən  bolşeviklər  BS-də  əsas  vəzifə ləri 

asanlıqla ələ  keçirə bildilər.  Bakının d igər siyasi hakimiyyət strukturları Sovetin təkhakimiyyətliliyinə əngəl törətdiyindən 

BS  1917  il  noyabrın  12-də  İctimai  Təh lükəsizlik  Ko mitəsinin,  noyabrın  21-də  isə  İctimai  Təşkilatların  İcraiyyə 



Komitəsinin ləğvinə nail oldu.  Lakin Fətəli  xan  Xoyskinin rəhbərlik etdiyi Bak ı şəhər duması BS-nin rəqib i olaraq qalırd ı. 

1917  il  dekabrın  12-13-də  dəyişdirilmiş  seçki  qaydası  əsasında  BS-nə  keçirilən  seçkilərdə  bo lşeviklər  səs  çoxluğu 

qazandılar. "Müsavat" parti-yası Sovetin demo kratik əsaslarda seçilməd iyinə etiraz etsə də, sonradan hakimiyyəti Sovetə 

vermə k və icra iyyə ko mi-təsinə daxil o lmaq qərarına gəld i. Be lə liklə, Ba kı Sovetinin yeni icra iyyə ko mitəsinə 6 bolşevik, 5 

daşnak,  4 sol eser,  3 sağ eser, 2 " müsavat"çı daxil oldu. 1917  ilin  dekabrında S.Şau myanın  V.İ.Lenin  tərəfindən Qafqaz 

işləri üzrə  xüsusi ko missar təyin edilməsi  ilə əlaqədar olaraq BS-nin sədri vəzifəsini P.A.Caparid ze tutdu. BS A zərbaycan 

milli qüvvələrinə qarşı  mübarizə  xətti yeritdi.  Bu  1918  ilin  yazında  müsəlman əhalisinin  kütləv i q ırğın ları  ilə nəticələndi 

(ba x Mart soyqırımı). BS-nin "Daşnaksutyun" və Ermən i Milli  Şurası ilə əlbir fəa liyyəti A zərbaycan milli hərəkatına qarşı 

yönəlmişdi. A zərbaycanın  mu xtariyyəti  ideyasının qatı düşməni olan bolşeviklər, "Daşnaksutyun" və Erməni Milli Şurası 

daşnak hərbi qüvvələrini d inc türk-müsəlman əhalisi üzərinə qaldıraraq,  kütləvi soyqırımları törətməklə Azərbaycan milli 

düşüncəsini və onun daşıyıcıların ı  məhv etmək yolunu tutdular.  1918  ilin  mart soyqırımında türk-müsəlman əhaliyə qanlı 

divan  tutulduqdan sonra,  Bakı  ş əhərində  və  onun  neft-mədən  rayonunda  BS-nin   hakimiyyəti  gücləndi.  Bu  zaman  Bakı 

fəhlə, əsgər və matros deputatları sovetinin köhnə tərkibi hə lə qalırdı. Belə  ço xpartiya lı tərkib  isə bolşevikləri qane et mird i. 

Onlar yalnız sol eserlərə və "beynəlmiləlçi" daşnaklara üstünlük verirdilər. 

1918  il  apre lin  25-də  Ba kı  fəhlə,  əsgər  və  matros  deputatları  sovetinin  iclasında  Bak ı  Xalq  Komissarları  Soveti 

təşkil o lundu. Şaumyanın başçılıq etdiy i daşnak-bolşevik re jimi "sovet hakimiyyəti" adı a ltında "qanuni status" aldı. 



 

Əd: 

Azərbaycan tarixi, 3 cildd ə, c. 3, B., 1973; Azərbaycan tarixi, 7 cilddə, c. 5, B., 2001; Azərbaycan Kornmunist Partiyası 

tarixinin oçerkləri, B., 1964; İbrahimov Z., Sosialist inqilabı uğrunda Azərbaycan zəhmətkeşlərinin mübarizəsi (1917-1918-ci illər), B., 

1957. 


"BAKI SOVETĠNĠN XƏBƏRLƏRĠ", "B a k ı  Ə t r a f ı  F ə h l ə,  Ə s g ə r  v ə  M  a t r o s Ş u r a s ın ın  Ə x b  

a r ı" - Bakı Sovetinin orqanı o lmuş gündəlik bolşevik qə zeti. 1918 il aprelin 17-dən iyulun 31-dək nəşr edilmişdir. İlk qoşa 

nömrəsi  1918  il  aprelin  17-də  Azərbaycan  dilində  Bakıda  buraxılmışdır.  6  nömrəsinin  (4-9)  2  səhifəsi  Azərbaycan,  2 

səhifəsi isə erməni d ilində çıxmışdır.  50-ci nömrədən "Bakı ətra fı fəhlə , qırmızı əsgər,  matros və kəndli şurasının ə xbarı"  

adı  ilə  nəşr  olunmuşdur.  Qezet  Za-qafqaziya  ko missarlığımn   və  Zaqafqaziya  sey min in  milli  siyasətinə  qarşı  çıxış  edir, 

azərbaycanlılara  qarşı  milli  ayrıseçkilik  və  düşmənçilik  təbliğatı  aparır,  1918  ilin  mart  soyqırımına  haqq  qazandırır, 

soyqırımı hadisələrindən sonra ölkənin Qafqaz İslam Ordusunun birləşmiş Azərbaycan-türk hərb i qüvvələrindən "qətiyyətlə 

müdafiə  olun ması"nı  təbliğ  ed irdi.  Qəzetin  sonuncu  86-cı  nömrəsi  iyulun  31  -də  buraxılmışdır.  Bakıda  daşnak-bolşevik 

hakimiyyətinin süqutundan sonra nəşri dayandırılmışdır. 

BAKI  SOVETĠNĠN  25  ĠYUL  QƏTNAMƏS Ġ  1918  il  iyulun  25-də  Bakı  Sovetinin  fövqəladə  geniş  iclasında 

ingilis qoşunlarının Bakıya dəvət olunması barədə qəbul o lunmuş qətnamə. İclasda Bakı Xalq  Ko missarları Sovetinin sədri 

S.Şau myan siyasi və hərbi vəziyyət haqqında məruzə etdi.  

 

 



 

 

 



 

 


256 

 

Daşnaklar,  menşeviklər  və  eserlər  ingilis  qoşunlarının  Bakıya  dəvət  edilməsi  haqqında  məsələ  qald ırd ılar.  Bu, 



Bakı  neftinin  Sovet  Rusiyasının  əlindən  çıxması  təhlükəsi  yaradırdı.  Odur  ki,  Şau myan  V  Ümu mrusiya  Sovetlər 

Qurultayın ın  qərarlarını  yerinə  yetirərək,  həmin  məsələn in  mü zakirədən  çıxarılmasın ı  tələb  etdi.  Elə  həmin  gün  Rusiya 

Sovet  Federativ  Sosialist  Respublikası  Mərkəzi  İcraiyyə  Ko mitəsinin   sədri  Y.M.Sverdlov  da  Bakı  Sovetinə  teleqram 

göndərərək,  "Bakı  Sovetinin,  bütün  fəhlələrin,  ordunun,  donanmanın  qurultayın   qərarına,  habelə  Ümü mrusiya  Mərkəzi 

İcraiyyə  Ko mitəsi  və  Xalq  Ko missarları  Sovetinin  göstərişlərinə  danışıqsız  tabe  olmalarını  qəti  tələb  etmişdi".  Buna 

baxmayaraq,  iclas  Şau myanın  təklifin i  rədd  etdi.  M.Əzizbəyov,  P.Çaparid ze,  Y.Zevin  və  b.  bolşeviklər  çıxış  edərək, 

ingilislərin  Ba kıya çağırılmasının  qəti ə leyhinə ç ıxd ılar. İc lasda biri sol daşnakların, sol eserlərin və bolşeviklərin, digəri 

isə sağ eserlərin olmaq la,  iki qətnamə  layihəsi səsə qoyuldu. Sol daşnaklar, bolşeviklər və sol eserlərin qətnaməsində yeni 

hərbi səfərbərliyin  keç irilməsi,  Ba kın ın  müdafiəsini gücləndirmək  məqsədilə qoşun göndərilməsi üçün Rusiyaya  müraciət  

edilməsi, ingilislərin dəvət olunması lehinə hər cür təşviqata son qoyulması nəzə rdə tutulurdu. 

Bolşeviklərin  bütün  cidd-cəhdlərinə  baxmayaraq,  ingilis  qoşunlarının  Bakıya  dəvət  edilməsi  haqqında  sağ  eser-

lərin qətnamə lay ihəsi azacıq səs çoxluğu ilə (236 səsə qarşı 259 səslə) qəbul edildi. Qətna mə qəbul edild ikdən sonra elan 

olunmuş fasilə  zamanı  Bakı  Sovetinin bolşevik fraksiyasının  iclası  keçirildi.  Gecədən  xey li  keçmiş, Bakı  Sovetinin iclası 

yenidən  başlandığı  za man  Şau myan  bolşevik  fra ksiyası  adından  bəyanatla  çıxış  edərək  bildirdi  ki,  qəbul  olunmuş  qərar 

Sovet Rusiyasına qarşı xəyanətdir; buna görə də bolşeviklər məsuliyyəti ö z ü zərlərindən götürərək, Sovetə daxil olan bütün 

partiyalardan  ibarət  koalisiyalı höku mətdə iştira kdan və  xa lq  ko missarları vəzifələ rindən  imt ina edirlə r.  Bolşeviklərin  27 

iyul  tarixli  Ümu mbakı  partiya  konfransı  Bakı  Soveti  bolşevik  fraksiyasının  qərarın ı  dü zgün  saymadı  (bax  Bakı  Xalq 

Komissarları Soveti). 

 

Əd:. 

Azərbaycan tarixi, 7 cildd ə, c.5, B., 2001; Azərbaycan Kommunist Partiyasının tarixi, B., 1958; Azərbaycanda sosialist 

inqilabının qələbəsi uğrunda bolşeviklərin mübarizəsi. Sənədlər və materiallar. 1917-1918-ci illər, B., 1960. 

 

BAKI  ġƏHƏR  DUMAS I  -  Bakı şəhər bələdiyyə  idarəsinin sərəncamverici orqanı. Rusiya senatının  1877  il  24 

may  ta rixli  qərarına  əsasən  1878  ildə  yarad ılmışdı.  Çar  höku mətinin   şəhərlər  haqqındakı  1870  il  16  iyun  tarixli  qərarı 

Bakıda  8  il  sonra,  həm  də  yarımçıq  surətdə  tətbiq  edilmişdi.  Bakın ın  ilk  şəhər  dumasına  72  (sonralar  75)  nəfər  üzv  

seçilmişdi;  Bakı  şəhər  dumasının  üzv ləri  xüsusi  seçki  iclaslarında  4  il  müddətinə  seçilirdilər.  Du ma  ü zvlüyünə  ancaq 

daşınmaz əmlakı olan və ya qiy məti 1500  manatdan az olmamaq ş ərti ilə, ticarət və ya sənaye müəssisələrinə  malik olan, 

25  yaşından  yuxarı  şəxslər  seçilə  bilərd ilər.  Qad ınlar  seçki  hüququndan  məhru m  idilər.  Seçki  hüququnun  məhdudluğu 

nəticəsində  duma  seçkilərində  əhalinin  ancaq  2-3%—i  iştira k  edə  bilirdi.  Bakı  şəhər  dumasında  azərbaycanlıların  sayı 

üzvlərin iimumi sayının yarısından çox olmamalı idi. 1892 il qanununa görə Bakı şəhər duması üzvlərinin 1/3-i, 1900 

ildə isə yarısı xristianlardan seçilməli idi. Dumaya şəhər bələdiyyə idarəsin in rə isi sədrlik ed ird i. 

Du ma ü zvlüyünə, başlıca olaraq, iri neft sənayeçiləri, tacirlər, fabrik, gəmi sahibləri seçilirdilər. Hacı Zeynalabdin  

Tağıyev,  Musa  Nağıyev,  Q.Lianozov,  İsa  bəy  Hacınski  və  b.  sahibkarlar  mü xtəlif  illərdə  Bakı  şəhər  dumasın ın  üzv ləri 

olmuşlar.  A zərbaycanın  tərəqqipərvər  ziyalılarından  Həsən  bəy  Zərdabi,  Həbib  bəy  Mah mudbəyov,  həmçin in  Məşədi 

Əzizbəyov və b. ayrı-ayrı vaxtlarda Bakı şəhər dumasına ü zv seçilmişlər. 

Bakı  şəhər  duması  sırf  təsərrüfat  məsələləri  -  abadlaşdırma,  ticarət,  şəhər  vergilərin in  təyin  edilməsi,  yığılması, 

xərc lən məsi,  yanğına  qarşı  ehtiyat  tədbirləri  görülməsi  və  s.  ilə  məşğul  olurdu.  Şəhər  bələdiyyə  orqanları  qubernator  və 

daxili  işlər  nazirinin   nəzarəti  altında  fəaliyyət  göstərirdi.  Beləliklə,  bu  idarələr,  əslində,  höku mətin  yerli  təsərrüfat 

məsələ lərinə ba xan yardımç ı orqanı  idi.  Rusiyada Fevral  inqilab ından (1917) sonra yerli  idarə lərin fəa liyyəti dayandırıld ı. 

Bakı şəhər dumasın ın statusunda dəyişiklik ed ild i. Onun yeni heyətinin seçkilərində iştirak etmək üçün 12 mü xtəlif partiya 

və  qrup  qeydiyyata  alındı.  1917  ilin  oktyabrında  hakimiyyət  uğrunda  qızğın  mübarizə   getdiyi  bir  va xtda  du maya  yalnız 

şəhərin özündəki seçicilərin  iştirakı ilə seçkilər keçirildi. Şəhər  idarə dairəsi ərazisinə daxil edilməyən şəhərətrafı sənaye 

məntəqələrinin əha lisi seçicilərin siyahısına da xil edilmədi. Bolşeviklər bir qədər art ıq (cə mi 16%) səs toplasalar da, heç bir 

partiya  həlledic i  üstünlük  qa zana  b ilmədi.  Digər  təşkilat ların  siyasi  b loklarda  b irləşə-rək  iştira k  etdiy i  bu  seçkilərdə  

müsəlman  b loku  10  mindən  ço x  səs  aldı.  Fətəli  xan  Xoyskinin  rəhbərliyi  ilə  fəaliyyət  göstərən  şəhər  duması  bolşevik 

sovetinin  yeganə  mü mkün  rəqibi  id i.  1918  ilin  mart ında  kütləvi  türk-müsəlman  soyqırımlarından  sonra  hakimiyyəti  ə lə  

almış bolşeviklər şəhər du masını buraxdılar. 1918 il aprelin 10-da Bakı və onun rayonların m İnqilab i Müdafiə Ko mitəsinin  

dekreti  ilə  Bakı şəhər duması  ləğv olundu və funksiyaları  xüsusi ş əhər təsərrüfatı şöbəsinə verildi.  Ləğv və talan olunmuş 

şəhər idarəsi Cü mhuriyyəti Hö ku məti bərqərar o lan kimi bərpa ed ild i. 

1918  il  iyulun  30-da  A zərbaycan  Xalq  Cü mhuriyyəti  Höku mət i  şəhər  özünüidarələrin in  fəaliyyətinin  bərpa  

olunması haqqında qərar qəbul etdi. Sentyabrın 18-də isə Bakı şəhər ö zünüidarəsi Rusiya Müvəqqəti hökumetinin 1917 il 9 

iyun  tarixli  qanunu  əsasında  seçilmiş  tərkibdə  bərpa  ed ild i.  Şəhər  dumasına  tərkibin i,  ö z  mülah izəsinə  görə,  a rtırıb   80 

nəfərə çatdırmaq, hə mçin in, şəhər idarəsi işçilə rin in sayını artırmaq hüququ verild i. Şəhər ö zünüidarəsinin fəaliyyəti bərpa 

edilərkən deputatların  xeyli hissəsi olmadığ ından (anarxiya  za man ı qaçıb dağılışmışdıla r),  Höku mət in ica zəsi ilə, du manın  

özünün daxil etdiyi şəxslər hesabına Bakı şəhər dumasın ın tərkibi tamamlan mışdı.  

 

 



 

 

 



 

257 

 

1918  il  sentyabtrın  22-də  Höku mət  şəhər  özünüid-rəsi  deputatlarının  Bakı  Şəhər  İctimai  Özünüidarəsi  tərəfindən  təqdim 



olunmuş siyahısını təsdiqləmişdi.  Bu dövrdə, duma deputatlarının  artıq  yarıdan ço xu azərbaycanlılar  idi.  1919  il yanvarın  

27-də  isə  şəhərlərin,  o  cü mlədən  Ba kı  şəhər  özünüidarəsi  deputatlarının  səlahiyyəti,  aprelin  1  -dən  gec  olmayaraq,  yeni 

seçkilər  keçirilməsi şərti ilə uzadıld ı. İdarənin  fəaliyyətinə nəzarət qubernatora və daxili  işlər nazirinə həvalə olunmuşdu. 

Şəhər  başçısının  rəhbərlik  etdiyi  idarə  7  şöbədən  (təsərrüfat,  tikinti,  maliyyə,  torpaq,  məktəb,  tibb-sanitariya,  su  kəməri) 

ibarət id i. 

Maliyyə böhranı və ağ ır həyat şəraiti şəhər  idarəsini  Höku mətdən kö mək istəməyə vadar edirdi və Hö ku mət ona 

dəfələrlə subsidiya və yardımlar ayırmışdı.  1919 il yanvarın  25-də səpmə  yatalağa qarşı  mübarizə üçün 2  milyon 200  min  

manat, fevralın  26-da isə şəhər təsərrüfatının ehtiyac larına sərf olun maqdan ötrü 4 milyon manat ayrılmışdı. 1919 il iyu lun 

27-də Parla ment gətirilən və aparılan yüklərdən pud hesabı ilə  şəhərlərin xeyrinə rüsum a lın ması barədə qəra r qəbul et miş, 

noyabrın  17-də  isə  "Bakı  şəhər  özünüidarəsi  tərəfindən  pud  hesabı  ilə  rüsumlar  yığ ılması  qaydası‖nı  təsdiq  etmişdi.  Bu  

qaydaya əsasən, ixrac  olunan neftin  və neft  qalıqla rın ın hər pudundan 10 qəpik, ağ  neftdən və sürtkü yağla rından 20 qəpik 

rüsum alınırdı. 

Şəhər təsərrüfatı bundan əvvəlki hərc-mərclik dövründə başlı-başına qalmış və dağılmışdı. Ona görə də Bakı şəhər 

özünüidarəsi  ço xlu  strukturların ın  və  qanunla  təsbit  edilmiş  hüquqlarının  olmasına,  Höku mətin  ona  xeyli  maddi  yardım 

göstərməsinə, xəzinədən bir sıra borclar verilməsinə baxmayaraq, səmərəli fəaliyyət göstərə bilməmişdi. 

 

Əd.:

Свод  законов Российской  империи, кн.  1, ч. 2, СПб,  1911; Azərbaycan tarixi, 3 cilddə, c.2, B., 1964; Azərbaycan tarixi, 7 

cilddə, c.5, B.,2001.

 


Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin