BAKI ġƏHƏR DUMAS I ÜZVLƏRĠNĠN S ĠYAHIS ININ TƏSDĠQ EDĠLMƏSĠ HAQQINDA QƏRAR -
Azərbaycan Xalq Cü mhuriyyəti Höku mət inin Ba kı şəhər dumasının tərkibini təsdiq etmək barədə 1918 il 22 sentyabr tarixli
qərarı. Rusiyada Fevral inqilabından (1917) sonra ş əhər özünüidarələrinin fəa liyyəti dayandırılmış, Azə rbaycan Xalq
Cü mhuriyyəti Hökumətinin 1918 il 18 sentyabr tarixli qərarı ilə (bax Bakı şəhər ictimai özünüidarəsinin fəaliyyətinin bərpası
haqqında qərar) yenidən bərpa edilmişdi. Deputatların xeyli h issəsi qarışıqlıq vaxtı şəhəri tərk etdiy inə görə, şəhər
dumasına öz tərkibin i artırıb 80 nəfərə çatdırmaq səlahiyyəti verilmişdi.
Azərbaycan Xalq Cü mhuriyyətii Hö ku məti 1918 il 22 sentyabr tarixli qəra rı ilə şəhər özünüidarəsi deputatlarının
duma tərə findən təqdim olun muş siyahısını təsdiq etdi. Siyahıya du maya seçilmiş 34 nəfərin və seçkisiz da xil edilmiş 46
nəfərin ad ı salın mışdı. Du man ın köhnə tərkib indən qalmış 34 deputatın 10 nəfərini, yeni daxil edilmiş 46 deputatın isə 33
nəfərini (cə mi 43 nəfər) a zərbaycanlılar təşkil edirdi. Azərbaycan Xalq Cü mhuriyyətii Hö ku mətin in 1919 il 27yanvar
tarixli qəra rı ilə du manın səlahiyyət müddəti uzad ılmış, hə min il aprelin 1-nə yeni seçkilər təyin ed ilmişdi.
BAKI ġƏHƏR HƏKĠMLƏR CƏMĠYYƏTĠ - Bakıda qeyri-höku mət təşkilatı. Əsası 1893 ildə qoyulmuşdu.
1918-19 illərdə 110 üzvü, şəhər dumasın ın binasında əsaslı kitab xanası var id i.
Cə miyyətin iclasla rı da hə min binada keçirilird i. Əsas fəa liyyət istiqamət i sənaye gigiyenası idi. Cə miyyətin sədri
B.K.Finkelşteyn, katibi Y.K.Varşavski, əsaslı kitab xananın müdiri isə Əbülfəz Qarayev idi. 1917 ildə cəmiyyət öz fəa-
liyyətini dayandırmış, Azərbaycan Xalq Cü mhuriyyətii dövründə yenidən bərpa etmişdi. Bu illərdə cə miyyət yolu xucu
xəstəliklə rə, xüsusilə yatalaq epide miyasına qarşı mübarizə aparmışdır.
1919
ildə B.K.Fin kelşteyn Bakı Universitetinin tibb fakü ltəsi üçün tibbi avadanhq almaq, hə mçin in ən yeni
müalicə metodları ilə tanış olmaq üçün aparıcı Avropa klinikalarına (İtaliya, İsveçrə, Almaniya) ezam edilmişdi. O, Qərbi
Avropaya ezamiyyətinin nəticələri haqqında üzvü olduğu tibb cəmiyyətində hesabat məru zəsi ilə ç ıxış et mişdi. Şəhərin
aparıcı həkimləri təbabətin mü xtəlif sahələrində elmi nailiyyətlərin mübadiləsi məqsədilə cəmiyyətdə müntəzəm məru zələr
edirdilər.
1920
ildə Ba kı şəhər həkimlə r cə miyyəti nəzd ində həkimlə rə yardım bürosu yaradılmışdı. Büronun məqsədi boş
iş yerlərinin qeydiyyatını aparmaq, işsizləri həmin yerlərə yerləşdirmək, onlara birdəfəlik, yaxud vaxtaşırı yard ım
göstərmək idi. Həkimlər cəmiyyətinin dövri nəşri çap olunurdu. Aprel işğalından (1920) sonra fəaliyyətini dayandırmışdır.
BAKI ġƏHƏR ĠCTĠMAĠ ÖZÜNÜĠDARƏS Ġ - Bakı şəhərinin özünüidarə orqanı. Rusiya senatının 1877 il 24
may tarixli qərarına əsasən 1878 ildə yaradılmışdı. Fevral inq ilab ından (1917) sonra ləğv edilmiş, Azə rbaycan Xalq
Cü mhuriyyəti dövründə (1918, sentyabr) fəaliyyəti bərpa olun muşdu (bax Bakı şəhər duması).
BAKI ġƏHƏR ĠCTĠMAĠ ÖZÜNÜĠDARƏSĠNĠN FƏALĠYYƏTĠNĠN BƏRPASI HAQQINDA QƏRAR -
1918 il sentyabrın 18-də A zərbaycan Xalq Cü mhuriyyətii Hö ku məti tərəfindən qəbul olun muşdur. Qərara görə, Bakı şəhər
ictimai ö zünüidarəsi Rusiya Müvəqqəti hökumətin in qanunu əsasında seçilmiş üzvlərdən ibarət tərkibdə ö z fəaliyyətini
bərpa etmişdi. Bə rpa olun muş quruma ş əhər du ması ü zvlərinin sayını 80 nəfə rə çatdırmaq, hə mçin in şəhər özünüidarəsinin
tərkib ini genişləndirmə k hüququ verilmişdi.
BAKI ġƏHƏR ĠDARƏS Ġ Bakı şəhərinin yerli idarəetmə orqanı. 1877 ilin dekabrında təsis edilmişdi. İcra orqanı
olan idarə şəhər başçısından, idarə üzvlərindən - onun bölmə lərinin müdirlərindən, katibdən, mu zdla işləyən me ma r,
mühəndis, yerölçən, həkim, hüquq məsləhətçisi və başqa mütəxəssislərdən ibarət id i.
İdarəyə bilavasitə şəhər təsərrüfatı məsələləri ilə məşğul olmaq, idarə başçısına isə onun fəaliyyətinə və tabeli-
yindəki quru mlara ü mu mi nəza rət həvalə edilmişdi.
258
İdarə başçısını Daxili İşlər Nazirliyi təsdiq edirdi. İdarə ü zvləri
isə şəhər duması deputatlarından (qlasnıla rından) təyin o lunur,
qubernator və şəhər rəisi tərəfindən təsdiq edilirdi.
İdarə 1918 il aprelin 10-da Bakı şəhəri və onun rayonlarının
inqilabi müdafiə komitəsinin dekreti ilə ləğv olunmuşdu. Azərbaycan
Xalq Cü mhuriyyəti yarandıqdan sonra yenidən seçilmişdir (1918,
sentyabr). Cü mhuriyyəfi dövründə idarənin strukturu dəftərxanadan,
statistika, torpaq, təsərrüfat, təhsil, su kə mə ri tikint isi şöbələrindən,
məh kə mə, tikinti, ma liyyə bölmələ rindən və tibb-sanitariya bürosundan
ibarət id i. İdarə Aprel işğalından (1920) sonra ləğv edild i.
Əd.:
Путеводитель ЦГАОР Азерб. ССР, Б., 1959.
BAKI ġƏHƏR MƏRKƏZĠ MƏNZĠL KOMĠTƏS Ġ seçkili orqanlar olan mənzil, rayon və məntəqə ko mitələrinə
rəhbərlik edən qurum. 1918 ilin apre lində təşkil edilmişdi. Ko mitə əhalinin şə xsi və ə mla k təhlükəsizliyi, ə rzaq tə minatı və
şəhərin sanitariya məsələləri ilə məşğul olurdu. 1918 il sentyabrın 27-də ko mitənin tərkib ində qida məntəqələri şöbəsi
yaradılmışdı. 1919 ilin noyabrınadək fəaliyyət göstərən şöbə Bakın ın və mədən rayonlarının mü xtəlif yerlərində - Bayıl,
Suraxanı, Ramana, Sabunçu, Maştağa və Bülbülədə 17 qida məntəqəsi, 2 yeməkpaylama məntəqəsi və 5 çayxana açmışdı.
Bunların fəaliyyəti nəticəsində min lərlə adam aclıqdan və yatalaqdan ölmək təhlü kəsindən xilas olmuşdu.
BAKI ġƏHƏR RƏĠS Ġ YANINDA ZƏRURĠ ƏRZAQLARIN UCUZLAġDIRILMASI KOMĠTƏSĠ - Bakı
şəhərinin ehtiyacı olan əhalisinə yard ım göstərən qurum. 1920 il yanvarın 5-də mü xtəlif ticarət-sənaye, neft sənayesi, bank
müəssisələri nümayəndələrinin, ayrı-ayrı sahibkarların təşəbbüsü ilə şəhər rə isinin yanında çağırılmış müşavirənin qərarı
ilə yaradılmışdı. Müşavirədə neft sənayeçiləri, tica rət-sənaye müəssisələri, mü lk sahiblə ri nü mayəndələrindən ibarət 24
nəfərlik ko missiya təşkil o lundu. Ko missiya 125 milyon manat vəsait topla mağı qərara almışdı. Bu məb ləğin üçdə birin i
neft sənayeçiləri, qa lanını mü lk sahiblə ri ittifaq ı və tica rət-sənaye ittifaqı ö z üzə rinə götürmüşdü. Tica rət-sənaye ittifaqı ö z
payına düşən məbləği 24 qrup arasında bölüşdürmüşdü.
Ko missiya sonrakı fəaliyyəti zamanı ö z ü zvləri sırasından ayrıca komitə yaratmışdı. Ona neft sənayeçilərinin 4,
ticarət-sənaye ittifaqın ın 8, mü lk sahibləri ittifaqın ın 1 nü mayəndəsi da xil id i. Şəhər rə isi ko mitənin sədri seçilmişdi. Bu
qurum Bakı şəhər rəisi yanında zəruri ərzaqların ucuzlaşdırılması ko mitəsi adlan mağa başladı.
Komitənin hazırladığı n iza mna məni 1920 il fevralın 7-də ticarət, sənaye və ərzaq naziri təsdiq etdi. Ko mitə ma rtın 4-
də Bakı da irə məh kə məsində qeydiyyatdan keçdi. Komitə daha səmərəli işlə mək üçün öz tərkibindən işgüzar ko missiya
yaratmışdı. Ko missiya hər bir məsələni işləyib hazırlamalı, sonra isə ko mitənin müzakirəsinə və təsdiqinə verməli id i.
Ko mitə toplan mış vəsaiti, əsasən, çörək, ət və balıq alın masına sərf edirdi. Ərzaq Na zirliyi ilə ra zılaş maya əsasən, taxıl
bürosu, ilk növbədə, "Kooperasiya"ın və "Sentrdom"u unla təmin edir, çörəkxanaların bişird iyi çörəyin bir funtunu 5
manata satırd ı. Ko mitə, əvvəlcə, bunun 2 manatını, sonra isə 3,5 manatını ödəməy i öz ü zərinə götürmüşdü. Hər gün 6 min
pud çörək bişirilirdi. Ko mitə "Kooperasiya" vasitəsilə hər gün
Bakı şəhər rəisliyin in daha çox ehtiyacı olan kəndlərinə 400
puda qədər ucuz arpa çörəy i də paylay ırdı. Əhalinin 40% -nin hər
nəfərinə 1 funt hesabı ilə bura xılan çörəyin bir funtunun qiyməti
3,5 manat idi ki, bunun da 2,5 manatın ı ko mitə ödəyird i. Balığı
ucuzlaşdırmaq üçün ko mitə "Kooperasiya"ya 300 min manat
faizsiz borc vermişdi. "Kooperasiya" hər gün komitəyə 500
pudadək təzə balıq verirdi. Əhalin i ət lə tə min et mə k üçün ko mitə
şəhərə ət gətirilməsini podrata vermişdi və bundan ötrü
podratçılara 5 milyon manat avans ayırmışdı. Ətin qiy məti də
ucuz id i: ma l ət i 18 manata, ca mış əti 15 manata satılırd ı. Ko mitə
podratçılara mədən rayonuna diri heyvan gətirməyi də
tapşırmışdı. On lar kəsildikdən sonra həmin rayondakı 12 bö-
lüşdürmə məntəqəsinə paylanırdı. Ət burada da şəhərdəki
qiymətə satılırdı.
Ucuz isti xörək paylan masın ın ço x böyük əhəmiyyətini
nəzərə ala raq, şəhərətrafı qəsəbələrdə və kəndlərdə yemə k-
paylama məntəqələri açılmışdı.1920 il mart ın 10-da ko mitə
Ticarət, Sənaye və Ərzaq Na zirliy inin tabeliyinə keçdi.
259
BAKI ġƏHƏR RƏĠSLĠYĠ - Bakı şəhərində və onun ətrafındakı mədən və fabrik-zavod rayonlarında qayda-
qanunu və təhlükəsizliyi qoruyan hakimiyyət orqanı. 1906 il o ktyabrın 28-də Rusiya senatının qərarı ilə yaradılmışdı.
Ərazisi Bakı qubernatorunun tabeçiliy indən çıxarılmış və qubernatorun idarəçilik hüquqları şəhər rəisinə verilmişdi. Bakı
şəhər rəisliy inə aid işlərin mü xtəlif quberniya idarələrində mü zakirəsində şəhər rəisi sədrlik ed ird i. Şəhər rəisliyi yanında
iki idarə - in zibati işlər və neft işləri idarə ləri vardı. Bak ı Xalq Komissarları Sovetinin dekreti ilə 1918 ilin mayında Bakı
şəhər rəisliy i ləğv olunmuşdu.
Bakı şəhər və onun ətrafındakı mədən rayonunda (bütün Abşeron yarımadasında və Bakı yaxınlığındakı adalarda)
Bakı qubernatorunun funksiyalarını eyni səlah iyyətlə, əvvəllər olduğu kimi, yenə Bakı şəhər rə isi icra edird i. Şəhər rə isi
vəzifəsi Ba kıda və mədən rayonunda mövcud olan xüsusi ş ərait nəzə rə a lınaraq təsis olun muşdu. Azərbaycan Xalq
Cü mhuriyyətinin paytaxtı o laraq Bakı şəhərindəki real şərait burada ictimai asayişi və təhlükəsizliyi qorumaq üçün
qubernator hüququna malik ayrıca hakimiyyət orqanının olmasını tələb edird i. Şəhər rəisinin müavini vardı. Şəhər rəisi
yanında ümu mi, tikinti və maliyyə şöbələrindən ibarət idarə yaradılmışdı.
1918 il sentyabrın 14-də Cü mhuriyyəti Hö ku məti Bakı quberniyası və şəhər rəisliyinin hüdudlarında in zibati haki-
miyyətin təşkili üçün da xili işlər na zirinə 15 min manat məb ləğində kred it ayırmışdı. Azərbaycan Xalq Cü mhuriyyəti
Nazirlə r Şu rasının qərarı ilə Quda Qudiyev Ba kı ş əhər rəisi təyin olun muşdu.
BAKI ġƏHƏR VƏ XALQ MƏKTƏBLƏRĠNĠN ġAGĠRDLƏRĠNƏ YARDIM CƏMĠY YƏTĠ Qeyri-höku mət
xeyriyyə təşkilat ı. 1907 ilin aprel ayında yarad ılmışdı. İdarə heyətinin ü zvləri İ.Qasımov, Hənəfi Te requlov, İsa bəy
Aşurbəyov; həqiqi üzvləri Əmir Aslanov, İ.Axundov, B.Aşurbəyov, İ.Aşurbəyov, M.Əsədullayev, A.Babayev, A.Vəlibəyov,
D.Vəzirov, M.Hacıbababəyova, R.Hacıbababəyova, M.Hacıbəyova, B.Qayıbov, K.Ka zımov, M.Mah mudbəyov,
A.Mehdiyev və b. idilər. Cə miyyətin məqsədi Ba kı şəhər və xa lq məktəblə rin in ehtiyacı o lan şagirdlə rin i geyim, ye mə k və
mən zillə tə min et mək, onlara t ibbi yardım göstərmək, valideynləri işdə olan şagirdləri gündüzlə r sığınacaqla tə min et mə k
idi. 1919 ilin yayında cəmiyyət uşaq evlərinin yaradılması ilə məşğul olmuşdur. 7-8 türk və 5 rus məktəbi nəzd ində uşaq
evləri təşkil edilmişdi. Onla rın böyük həyətləri, geniş mətbə xləri var id i. Tədris ili başlanarkən cə miyyət məktəblə rdə isti
səhər yeməklə ri təşkil et miş, həmç inin imkansız şagirdlə rə dövlət hesabına dəftərxana ləva zimatının verilməsi, xa lq
mə ktəblərində xey riyyəçilik tədbirlərinin həyata keç irilməsi, dərman a lın ması ilə məşğul olmuşdur.Cü mhuriyyəti
Höku məti cəmiyyətin səmərəli fəaliyyət göstərə bilməsi üçün ona yaxından kömək göstərmişdir. Cəmiyyət azərbaycanlı
mə ktəblilə rin sə mərə li istirahətində, savadlanmasında, sağlamlıqların ın qorunmasın da, onlara milli-mənəvi dəyərlərin
aşılanmasında əhəmiyyətli rol oynamışdır. 1920 ildə Azərbaycan Xalq Cü mhuriyyətinin süqutundan sonra cəmiyyət öz
fəaliyyətini dayandırmışdır.
BAKI ġƏHƏ RĠ VƏ ONUN RAYONLARININ ĠNQĠLAB Ġ MÜDAFĠƏ KOMĠTƏS Ġ - 1918 il mart ın 30-dan
31-nə keçən gecə təşkil edilmiş daşnak-bolşevik hərbi-siyasi orqanı. Bakıda ma rt soyqırımı za manı yaradılmış İnqilabi
Müdafiə Ko mitəsi (İMK) martın 31-də ö zünün tərkibi və vəzifələri haqqında müraciətində Bakı şəhərinin və onun
rayonların ın bütün sovet təşkilatların ı birləşdirən ali hərbi-siyasi orqan olduğunu elan etdi. Müraciət "hamını silaha sarılıb,
sovet hakimiyyətini xa lq düşmənlərindən müdafiə etməyə" çağırırdı. İMK öz fəaliyyəti haqqında Bakı Sovetinə va xtaşırı
mə lu mat və Qafqa z Fəhlə, Kəndli, Əsgər və Matros Deputatları Sovetlərinin quru ltayı qarşısında hesabat verəcəyini
bildirirdi. Ko mitənin tərkib inə Rusiya Xa lq Ko missarları Sovetinin Qafqaz işləri ü zrə fövqəladə ko missarı S.Şau myan,
Qafqa z ordusu Hərb i-İnqilab Ko mitəsinin sədri Q.Korqanov, Ba kı Fəhlə, Əsgər və Martos Deputatları Sovetin in s ədri
P.Çaparid ze, Bakı Hərbi-İnqilab Ko mitəsinin sədri İ.Su xartsev, S.Saakyan, S.Melik-Yo lçyan və başqaları daxil idilər.
Müraciətdə İMK tərkib inə daxil o lmaq üçün " milli təşkilatların nü mayəndələrin in rədd ed ild iyi" b ild irilsə də, "əksinqilabla
vuruşmada erməni milli hissələrindən istifadə etmək və hələ sağ eserlərin və daşnakların arxasınca gedən fəhlələri sovet
hakimiyyəti tərəfində mübarizəyə cəlb et mək üçün İMK-ə hə min part iyala rın nümayəndələrinin də dəvət olunduğu"
göstərilird i. Bu da təsadüfü deyildi, çünki S.Saakyan Bakı sağ eserlərinin, S.Melik-Yo lçyan isə "Daşnaksutyun" partiyasının
Bakı təşkilatın ın lideri id ilər. "Əksinqilabla vuruşma" çağırışı daşnak-bolşevik güruhunun başçısı S.Şau myanın qabaqcadan
hazırlad ığı p lana uyğun olaraq Azərbaycanın milli qüvvələrinə qarşı çevrildi və Bakın ın türk-müsəlman əhalisinin kütləvi
soyqırımı ilə nəticələndi. Bo lşevik-daşnak cəlladlarının bu qanlı cinayətləri tarixə Bakının türk-müsəlman əhalisinə qarşı
mart soyqırımı kimi daxil oldu. Sovet qoşunları İMK-nin çağırışı ilə martın 31 -də topların, təyyarələrin və Xəzər hərb i
donanmasının köməy i ilə Bakının silahsız türk-müsəlman əhalisinə qarşı hücuma keçdilər. S.Şau myan, P.Çaparid ze,
Q.Korqanov ve İ.Su xartsev tərəfindən imzalan mış 1918 il 31 mart tarixli mü raciətdə bildirilird i ki, "bundan sonra silahlı
qüvvələrin bütün əməliyyatına inqilabi müdafiə ko mitəsi rəhbərlik edəcəkdir". İMK-nin əmri ilə müsəlman məhəllələrinin
Xəzə r hərbi donanması gə milə rindən atəşə tutulması şəhərdə vahiməni daha da artırdı. İM K-n in qərarı ilə "Ba kıda
mühasirə vəziyyəti" elan olundu. Komitə, həmçinin, "Müsavat" partiyasına və milli müsəlman qruplarına ultimatu m
verərək, onlardan Bakı Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin hakimiyyətini danışıqsız tanımağı və onun bütün
sərəncamlarına tabe olmağı tələb etdi. Çıxılma z və ziyyət yarandığını görən "Müsavat" liderləri əhalini xilas etmək üçün
İMK-nin ultimatu munu qəbul etməyə mecbur oldular. Buna baxmayaraq, danışıq aparmaq üçün Bakı Sovetinin İcraiyyə
Ko mitəsinə gələn müsəlman heyətindən üç nəfər geri qayıdarkən yolda güllələndi. A zərbaycan milli qüvvələrinin fəaliyyəti
qarşısına sədd çəkən, türk-müsəlman əhaliyə d ivan tutulmasına başçılıq edən İMK b ir ço x radikal tədbirlər həyata keçirdi:
260
Sarıtsından bütün hidroaeroplanların, döyüş aeroplanların ın təcili olaraq Bakıya göndərilməsini xahiş etdi; qırmızı ordu
təşkil et mək üçün bütün iri müəssisə sahiblərinin üzə rinə vergi qoyulması haqqında qərar ç ıxa rdı; səfərbərlik haqqında ə mr
verdi; şəhərdəki daşın maz əmlak ü zərində xüsusi mülkiyyətin ləğv edilməsi, Bakı şəhər dumasının buraxılması haqqında
dekretlər verdi; bir ço x qə zetləri ("Kaspi", "Baku", "Ba kinets", "Vesti Baku", "Ba kinskiye izvestiya", "Naş qolos",
"Sosialist") bağladı. Bakı Soveti İMK-nin fəaliyyətini yüksək q iy mətləndird i, ko mitənin taktikasını tamamilə düzgün
saydığını, ona tam etibar etdiy ini b ild ird i və hərtərəfli, fəal yardım göstərəcəyini vəd etdi. Beləliklə, o zaman Şau myanın
başçılıq etdiyi daşnak-bolşevik qüvvələrinin əlində olan İMK, Bakı Soveti və Bakı Xalq Ko missarları Soveti A zərbaycan
xalq ına qarşı soyqırımını birlikdə həyata keçird ilə r.
Əd.:
Azərbaycanda sosialist inqilabının qələbəsi uğrunda bolşeviklərin mübarizəsi. Sənədlər və materiallar. 1917-I918-ci illər,
B., 1960; Azərbaycan tarixi, 3 cilddə, c.3, B., 1973; Azərbaycan tarixi, 7 cilddə, c.5, B.,2001
.
BAKI TEXNĠKA KOMĠTƏS Ġ (BTK) - Neft emalı sənayesinə dair statistika məlu matlarının hazırlan ması, neft
məhsulla rın ın keyfiyyətinin yo xlanması za manı qarşıya çıxan mübahisəli məsələlə rin həlli ilə məşğul olan orqan. Əsası
1887 il martın 20-də qoyulmuşdu. Maliyyə nazirliyinin təsdiqlədiyi qaydalara əsasən, neft məhsullarının keyfiyyətinin
yoxlan masına və ixracına nəzarət üçün Bakı brakeraj ko mitəsi yaradılmışdı. Bakı Xəzinə Palatası müdirinin sədrlik etdiy i
həmin ko mitəyə dövlət əmla k nazirliyin in nümayəndəsi, böyük brakçı (zay məhsulları çıxdaş edən işçi) və yerli
sənayeçilərin 3 nümayəndəsi da xil id i. 1891 il iyunun 11-də Ba kı brake raj ko mitəsi BTK-yə çevrild i.
Ticarət, sənaye və ərzaq nazirliyi nə zdində olan ko mitə sədr, te xnik, laborant və katibdən ibarət idi. Mədən
nəzarəti idarəsinin və a ksiz rüsumla rı idarəsin in nümayəndələri ü zv hüququnda komitəyə da xil idilər.
Ko mitənin və zifə lərinə işıq landırıcı mineral yağların sınaqdan keçirilməsi şərtlərinin, neft məhsulların ın yoxla -
nılması və analizi qaydalarının müəyyən edilməsi, mineral yağların yo xlan masında texniklərlə neft sənayeçiləri arasında
yaranan mübahisələrin mü zakirəsi, ixrac edilən neft məhsullarının miqdarı, istehsalın həcmi haqqında statistika
mə lu matla rın ın ha zırlan ması və digər məsələlə r da xil id i. BTK 1918 il may ın 13-də Ba kı Xa lq Ko missarları Sovetinin qərarı
ilə ləğv olun muşdu.
Azərbaycan Xa lq Cü mhuriyyətii qurulduqdan sonra ko mitə bərpa o lundu və yenidən öz vəzifələ rin in icrasına
başladı. Neftin tərkibin in yo xlan ması, onda kənar qarışıqların o lub-olmamasının müəyyən edilməsi, yeni - aksiz
rüsumundan azad olan neft emalı məhsullarının və tullantıların ın yo xlanılması BTK-nin əsas vəzifələrindən id i. BTK ö z
fəaliyyətini Aprel işğalından (1920) sonra da davam etdirmişdir.
BAKI TĠCARƏT-SƏNAYE ĠTTĠFAQI - qeyri-höku mət təşkilatı. Əsası 1918 ilin martında qoyulmuşdur.
Sənaye və ticarət şöbələri var idi. Bütün s ənaye sahələrinin tə msil o lunduğu 24 qrupu əhatə edirdi. İttifaq ın sədri Yusif
Əhmədzadə onun nümayəndəsi kimi A zərbaycan Parlamentinə seçilmişdi. Ticarət-sənaye ittifaqı 1919 ildə Parlamentə azad
ticarət prinsipləri haqqında qanun layihəsi təqdim et mişdi. İttifaqın mü za kirə etdiy i əsas məsələlər t icarət (ixrac və id xa l
məsələ ləri), valyuta mə zənnəsi və valyuta ə məliyyatları (kağız pullar çapın ın dayandırılması, da xili istiqra z və rəqələrinin
buraxılması və i.a.) və s. olmuşdur. 1919 il oktyabrın ortalarında Azərbaycan Xalq Cü mhuriyyətinin İranla müqavilə
layihəsi İttifaq ın ic laslarında mü zakirə edilmişdi. Ticarət -sənaye ittifaqı İran la beynəlxalq poçt və qarşılıqlı də mir yol
əlaqələrinin bərpasını təmin edən müvəqqəti sazişin bağlan masın ı zəru ri hesab etmişdi. Ticarət sahəsində mü xtəlif malların
qiymət inin aşağı salın ması, hə mçin in məhsul id xalını vasitəçi təşkilatlar olmadan həyata keçirmə k nəzə rdə tutulurdu.
Ticarət-sənaye ittifaqı möhtəkirliyə qarşı ardıc ıl mübarizə aparırd ı. Aprel işğalından (1920) sonra fəaliyyətini dayan-
dırmışdır.
BAKI TÜRK ġƏHĠDLĠYĠ - A zərbaycanın ərazi bütövlüyü və Bakın ın azad olun ması (1918, 15 sentyabr)
uğrunda həlak olmuş Qa fqaz İslam Ordusu döyüşçülərinin xatirəsinə Bakının Şəh idlər Xiyabanında ucaldılmış abidə.
Tikintisinə 1999 il iyunun 24-də başlan mış, açılış mərasimi 2000 il apre lin 9-da olmuşdur. Açılış mərasimində A zərbaycan
Respublikasının Pre zidenti Heydər Əliyev və Türkiyə Respublikasının Prezidenti Süley man Də mirə l iştirak et mişlə r.
Bakın ın daşnak və eser-menşeviklərin idarə etdiyi "Sentrokaspi diktaturası"ndan azad edilməsi zamanı həlak
olmuş Azərbaycan və Türkiyə əsgərlərinin şərəfinə ucaldılacaq abidə ko mpleksinin layihəsi hələ 1918 ildə, A zərbaycan
Xalq Cü mhuriyyətii dövründə hazırlan mışdı. Bakının Qa fqaz İslam Ordusu tərəfindən azad olun masının ildönümü
münasibətilə 1919 il sentyabrın 15-də Azərbaycan Parlamentinin xüsusi iclası keçirilmiş, millət vəkilləri Höku mət üzv ləri
ilə birlikdə Çənbərəkənd qəbiristanlığına (indiki Şəhidlə r Xiyabanının əra zisi) gedərək, xat irə abidəsinin özü lünü
qoymuşdular. Lakin Aprel işğalı (1920) nəticəsində abidənin tikintisi yarımçıq qald ı.
261
Azərbaycanın dövlət müstəqilliy i bərpa olunduqdan sonra Azərbaycanın və Türkiyənin dövlət rəhbərlə rinin
qarşılıq lı razılaşması əsasında xatirə abidəsinin Şəhid lər Xiyabanında ucaldılması qərara alındı. 1918 ilin sentyabrında
Bakın ın azad o lunması uğrunda döyüşlərdə həlak olmuş türk və Azərbaycan hərbçilərinin bir ço xu da həmin ərazidəki
Çənbərəkənd qəbiristanlığında dəfn edilmişdilər.
Abidənin müəllifi me mar Hüseyn Bütünerdir. Tikinti işləri Türkiyənin A zərbaycandakı hərb i attaşesi tuğgeneral
(briqada generalı) Sad ıq Ercanın rəhbərliy i ilə aparılmışdır. Şəhid lər Xiyabanındakı məscidin qarşısında 854 kvadrat
metrlik əra zidə ucaldılmış abidənin görünüşündə oğuz-səlcuq me marlıq e le mentlərindən istifadə olun muşdur. Dü zbucaqlı
ko mpleks üç tərəfdən ağac və bəzək ko lları ilə əhatələn mişdir. Daxili tərəfdən düz xətt boyunca üzərinə qızılı u lduz
bərkid ilmiş 1130 mə rmər lövhədə Azərbaycanda həlak olmuş türk və A zərbaycan döyüşçülərinin adı həkk ed ilmişdir.
Abidənin önünə aparan yol andezit ilə, yolun kənarla rı isə gülbağ daşı ilə örtülmüşdür. Ko mple ksin yu xarı başında ağ
mə rmərdən 8,25x8,25 m ölçü lü kvadrat platforman ın mərkə zində 7 metr hündürlüyündə abidənin qırmızı mə rmə rdən olan
əsas hissəsi yerləşdirilmişdir. Səkkizguşə prizmanı xatırladan bu daşın eni aşağıda 2 metrdir. Daşın eni yu xarıya doğru
daralır. Daşın dörd tərəfinə ay-ulduz, qarşı tərəfinə isə Azərbaycan və türk dillərində xatirə yazısı həkk olun muşdur.
Əd.:
Süleymanov M., Azərbaycanda türk şəhidlikləri, B., 2000
.
Dostları ilə paylaş: |