BAMMAT (Ba mmatov) Heydər (?-? )- dağlı ict ima i-siyasi hərəkat ının liderlərindən biri, libera l-de mokrat. Fevra l
inqilabından (1917) sonra Dağıstan əhalisinin Temirxan-Şurada seçdiyi (1917, 9 mart) Müvəqqəti Vilayət İcraiyyə
Ko mitəsinin ü zvü olmuşdur. 1917 il sentyabrın 1-dəTe mirxan -Şurada təşkil edilən Dağ ıstan Milli Müs əlman Ko mitəsinin
tərkib inə da xil idi. Ümu mrusiya Müəssislər məclisinə, III Ümu mdağıstan qurultayında (1918, yanvar) Dağ ıstan İcraiyy ə
Ko mitəsinə üzv seçilmişdi. Müvəqqəti Dağlılar höku mət inin üzvü, Cənubi Qafqa z birliyi ilə danışıqlar aparmaq üçün
Tiflisə göndərilən nümayəndə heyətinin sədri olmuşdur. 1918 ilin martında Tiflisdə Zaqafqaziya seyminin Müs əlman
fraksiyası ilə Şimali Qafqaz nümayəndə heyətinin birgə iclasında Azərbaycanla Şimali Qafqaz arasında münasibətləri
tənzimlə mə k üçün yaradılan xüsusi ko missiyanın dağlılar tərəfindən üzv lərindən biri də Ba mmat idi. Trabzon konfransında
qeyri-rəsmi iştirak et miş,Ə.M.Çermoyevlə birlikdə 1918 il mayın 11-də Qa fqaz Dağ lıla r İtt ifaqı dövlətinin
müstəqilliy ini elan edən İstiqlal bəyannaməsini imzalamışdır. Şimali Qafqaz nü mayəndə heyəti Batum konfransında (1918)
rəsmən iştirak et miş, Ba mmat burada Alman iyanın Türkiyədəki səfiri Bensdorf, Batu m konfransında alman diplo matik
heyətinin rəhbəri fon Lossov, Türkiyə və Cənubi Qafqa z dövlətlərinin nümayəndələri ilə Şima li Qa fqaz Respublikasının
müstəqilliy inin tanın ması ilə bağlı danışıqlar aparmışdır. 1918 il iyunun 8-də Şimali Qafqaz Respublikası Os manlı dövləti ilə
dostluq haqqında müqavilə imzalamış və ondan hərbi yardım təminatı almışdı. Bammat xarici işlər naziri kimi Avropaya
getmiş, 1918 ilin dekabrında təşkil edilən yeni höku mətin tərkibində də xarici işlər naziri təyin o lun muşdu. 1919 il iyunun
12-də Ba mmat A zərbaycan və Gürcüstan nümayəndə heyətlərinə Qafqa z əra zisində qarşılıqlı münasibətləri tənzimlə mə k
və vəziyyəti yerində öyrənmə k məqsədilə bu regiona xüsusi komissiya göndərilməsi üçün Paris sülh k onfransına müraciət
olunmasını təklif etmiş, iyunun 15-də isə bolşevizmlə mübarizə adı ilə Den ikinə kö mək göstərilməsin in dağlı xalq ları və
dövlətini məhvə sürüklədiyin i bildirərək, Gü rcüstan və Azərbaycanı Denikin in hərəkətlərinə qarşı etiraz notası verməyə
çağırmışdır. A zərbaycan və dağlı nümayəndə heyətlərinin 18 iyun tarixli birgə iclasında Antantanın Kolçak höku mətin i
Ümu mrusiya höku məti kimi tanıması ilə əlaqədar Bammatın rəhbərlik etdiyi ko missiyanın hazırlad ığı nota qəbul
olunmuşdur.
Bammat Qafqaz Konfederasiyası tərəfdarı olmuş, Azərbaycana qarşı ərazi iddiaları qald ıran bəzi Dağ lılar höku-
mət i nü mayəndələrinə qəti etira zın ı b ildirmişdir. 1919 il mayın 30-da Parisdə Azərbaycan və Şima li Qafqa z dağlılarının
Paris sülh konfransındakı (1919-20) nü mayəndələ-rinin Əlimərdan bəy Topçubaşovun sədrliy i ilə keçirilən iclasında
Bammat Qafqaz Konfederasiyası yaradılmasının tərəfdarı olduğunu bildirmişdi.
Bammatın ərəb, türk və A zərbaycan dillərində çap edilən "Qərb mədəniyyətinin in kişafında müsəlman ların rolu"
kitabında islamın ü mu mdünya mədəniyyətinə təsirindən bəhs edilir. O, həmin əsərində Qərbə pərəstişin, "qərbmər-
kə zçilik" nə zəriyyəsinin əleyhinə çıxmışd ır.
Əsəri:
Qərb mədəniyyətinin inkişafında müsəlmanların rolu, B., 1994.
Əd.:
Həsənov C, Azərbaycan beynəlxalq münasib ətlər sistemində (1918-1920 illər), B., 1993; Göyüşov A., 1917-1920 illərdə
Şimali Qafqaz dağlılarının azadlıq uğrunda mübarizəsi, B., 2000.
BARATOV N.N. (? -?)- rus generalı. Birinci dünya müharibəsi (1914-18) illərində İrandakı rus ordusunun korpus
ko mandiri olmuşdur. 1919 ilin yayında A.İ.Den ikin höku mətinin Cənubi Qafqaz respublikalarında rəsmi nü mayəndəsi idi.
Denikin Baratova göndərdiyi təlimatda Cənubi Qafqaza Rusiyanın tərkib hissəsi kimi baxd ığın ı bild irir, hələlik isə yerli
hökumətlərin mövcudluğunun qəbul olunmasın ı tövsiyə edirdi. Bu təlimata əməl edən Baratov Azərbaycan Xalq
Cü mhuriyyəti rəsmilərinə bəyan etmişdi ki, Denikinin Könüllü ordusunun Cənubi Qafqaza münasibətdə təcavüzkar
niyyətləri yo xdur; Cənubi Qafqa z məsələsi gə ləcək Rusiya Müəssislər məc lisinin işi olacaq, a mma Könüllü ordu tə ləb edir
ki, Sovet Rusiyasına qarşı blokada siyasətinə əməl olunsun. Baratov bu missiya ilə Tiflisdə olarkən, 1919 il sentyabrın 13-
də gürcü kommun isti A.K.Elbakid ze tərə findən ağır yaralan mışdı.
BAġ ƏRKANĠ-HƏRB, Baş qərargah- qoşun hissələrinin formalaş masına, təlim-tərbiyəsinə, döyüş hazırlığ ına,
hərbi ə mə liyyatların ic rasına rəhbərlik edən ali hərbi idarəç ilik o rqanı. 1919 il mart ın 26-da hərbi nazir Sə məd bəy
Mehmandarovun əmri ilə yarad ılmışdı. Hə min va xta qədər Baş ə rkan i-hərb in funksiya larını ü mu mi qərargah həyata
keçirirdi. A zərbaycan ordusu inkişaf etdikcə onun gündəlik fəaliyyət məsələlərinin və təsərrüfat problemlərinin həllin in bir
orqanda - ümumi qərargahda cəmləşdirilməsi səmərə li nəticə vermirdi. Ona görə də, Baş ərkani-hərb yaradılmaq la,
qoşunların formalaşdırılması, təlim-
267
tərbiyəsi, dislo kasiyası və b. məsələlər ona həvalə ed ild i. Çar Rusiyası ordusu tərkibində yaradılmış 1-c i Müsəl man
k orpusunun keçmiş ko mandiri general-leytenant Məmməd bəy Sulk eviç Baş ərkani-hərb in rə isi təyin edildi. Bu idarəet mə
strukturunun tərkibində general-kvartirmeyster, hərbi topoqrafiya və hərbi daşınmala r idarə ləri var idi. General-
k vartirmeyster idarəsi müharibəyə hazırlıq planların ın işlənilməsi, toplanış məntəqələrinin seçilməsi, onların hər cəhətdən
hazırlan ması və səfərbərlik planın ın tərtib edilməsi ilə məşğul o lan əməliyyat-səfərbərlik bölməsindən, orduda təlim-tərb i -
yəni təşkil edən niza mi bölmədən ibarət idi. Hərb i topoqrafiya idarəsi qoşun hissələrini və qərargahları hərbi xəritələrlə
təmin ed irdi. Bir müddət sonra Baş ərkani-hərb in tərkib inə keç irilmiş hərbi daşın mala r idarəsi də mir yollarını və d igər
yolları hərb i məqsədlər üçün hazırlayır, arxa cəbhəni bütün zəruri ləvazimatlarla təmin edirdi.
Baş ərkani-hərbin rəhbərliyi altında ordunun yeni hərbi hissələrin in yaradılması və möhkəmləndirilməsi sürətlən-
dirildi, Abşeronun müdafiə sistemi, Bak ının müdafiə sistemi yaradıldı, Ba kın ın dənizdən müdafiəsi işlənib hazırlandı, şima l
sərhədinin müdafiə sistemi quruldu.
1921
il fevralın 27-də general Məmməd bəy Sulkeviç Baş ərkani-hərb in rəisi vəzifəsindən azad edild i. Həmin
vəzifənin icrası müvəqqəti olaraq general-mayor Həbib bəy Səlimova tapşırıldı. Azə rbaycan ordusunun idarəetmə
orqanlarında aparılan islahatlarla əlaqədar o laraq 1920 il martın 1-də Baş ərkan i-hərb ləğv edildi və onun funksiyaları
Azərbaycan ordusu baş qərargahına həvalə olundu.
1922
Əd.:
Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Süleymanov M ., Azərbaycan ordusu (1918-1920), B., 1998.
BAġ TOPÇU ĠDARƏS Ġ - A zərbaycan ordusunun topçu hiss ə və bölmələrin in formalaşdırılması və təlim-
tərbiyəsinə, həmç inin at ıcı və topçu ehtiyat əmla kının yaradılması, qorunması və qoşun hissələrinə çatdırılması işinə
rəhbərlik edən hərbi qurum. Türk hərbi qüvvələri A zərbaycanda olarkən bu vəzifə lər Qafqaz İslam Ordusunun müvafiq
strukturları tərəfindən həyata keçirilirdi. Hərbi nazirlik bərpa ed ild ikdən sonra 1918 il noyabrın 15-də Azərbaycan ordusu
ümu mi qərargahın ın tərkib ində topçu şöbəsi yaradıldı və general-mayor Murad Gəray Tlexas həmin şöbənin rəisi təyin
edildi. Qoşun hissələrinin təşkili sürətləndikcə, topçu şöbəsinin fəaliyyətinin və statusunun genişləndirilməsinə də ehtiyac
artırd ı. Hərbi nazirin 1918 il 31 dekabr tarixli əmri ilə topçu şöbəsinin bazasında Baş Topçu İdarəsi yaradıldı. Yeni quru m
Ümu mi qərargahın tərkibindən çıxarılaraq b irbaşa hərbi nazirə tabe edildi. Baş Topçu İdarəsinin rəisi Əlahiddə A zərbaycan
korpusunun tərkibinə da xil olmayan bütün topçu hissələrinin, müəssisələrin in rə isi idi. Korpusun topçu hiss ələri üçün isə o,
müfəttiş funksiyasını yerinə yetirird i. İdarə rəisi həmin hissələrdə təlim-tərb iyə işlərin i nəzarət altında saxlamaqla, vaxtaşırı
hərbi nazirə bu barədə məlu mat verməli idi.
Baş Topçu İdarəsi iki bölmədən ibarət idi: 1-ci bölmə texn iki, 2-ci bölmə isə müfəttiş bölməsi. Bölmələrə rəisin
texn iki və mü fəttiş bölmə ləri ü zrə müavinlə ri rəhbərlik edird ilə r. Te xn iki bölmə A zərbaycan ordusunun bütün niza mi
hissələrini topçu texn ikası, sursat və ləvazimat la təchiz
268
edir, topçu əmlakının mühafizəsini həyata keçirirdi. Müfəttiş bölməsi
isə topçu hissə və bölmə lərinin döyüş hazırlığına cavabdeh idi. Baş
Topçu İdarəsinin tabeliyində iki topçu anbarı vardı. Mərkəzi anbar
Lə ki stansiyasında, digəri isə Kürdə mirdə yerləşird i.
1919 il dekabrın 1-dən general-mayor Murad Gəray Tlexas
Bakı istehkamçılar hissəsinin rəisi vəzifəsini icra etdiyindən, onun
yerinə 1-ci topçu briqadasının ko mandiri general-mayor Məhə mməd
Mirzə Qacar təyin olundu. 1920 ilin mart ında ordunun təchizat və
təminat strukturlarında Azə rbaycan ordusunun təchizat rə isinin idarəsi
yaradıldı. Baş Topçu İdarəsi ordunun topçu təchizatı idarəsi adı ilə
ordunun təchizat rəisinin tabeliyinə verildi. General-mayor Məhə mməd
Mirzə Qacar A zərbaycan ordusunun təchizat rəisi təyin edildiy indən
polkovnik Əlibəyov topçu təchizatı idarəsinin rəisi təyin o lundu.
Əd.:
Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Süleymanov M .,
Azərbaycan ordusu (1918-1920), B., 1998.
BATUM KONFRANSI - Osmanlı Türkiyəsi və Za-
qafqaziya seymi nümayəndələrinin iştirakı ilə keç irilmiş konfrans
(1918, 11 may-4 iyun). 45 nəfərlik Cənubi Qa fqaz nü mayəndə
heyətinə Zaqafqaziya hökumətin in sədri və xarici işlər na ziri
A.Çxen keli başçılıq edirdi. Nü mayəndəliyin həlledici səsə malik 6
üzvü arasında M.Ə.Rəsulzadə və M.H.Hacınski də vardı. Os manlı
nümayəndə heyətinə ədliyyə naziri Xəlil bəy Menteşe rəhbərlik edirdi; heyətə Qafqaz cəbhəsi Osmanlı ordu larının Baş
ko mandanı Mehmet Vehib paşa və b. da daxil id ilər. A lmaniya təmsilçisi fon Lossov müşahidəçi statusu ilə konfransa
qatılmışdı.
Cə mi bir rəs mi toplantısı keç irilən konfransda Türkiyə nü mayəndə heyətinin başçısı Xəlil bəy Menteşe "Osmanlı
imperiyası ilə Transqafqaz Konfederasion Respublikası arasında sülh və dostluq haqqında" müqavilə layihəsini mü zakirəyə
çıxardı. Osman lı tərəfinin bir sıra yeni tələb və təkliflərini özündə əks etdirən bu sənədə münasibətdə Cənubi Qafqaz
nümayəndəliyində fikir ayrılıq ları yarandı və mövqelərin qütbləşməsi, xarici güclərə mey llən mənin qüvvətlənməsi baş
verdi.
Azərbaycandan olan təmsilçilə r Os manlı lay ihəsini dəstəklədilər. Çünki onlar e rmənilərin də yaşadıqları bə zi əra -
zilə rin (A xalka laki və Ahısqa qəzalarının bütünlüklə, Sürmə li, Ale ksandropol, Eç miəd zin qəzala rın ın isə müəyyən
hissələrinin) Os manlı dövlətinə gü zəştə gedilməsinin Cənubi Qafqa zda Azə rbaycanın mövqelərin i qüvvətləndirəcəyi
qənaətində idilər. Qa fqaz türklə rinin yaşadıqları mü xtəlif əra zilə rdən Osman lı dövləti ilə b irləşməyə dair çağırışla r,
azərbaycanlılara qarşı e rmənilərin törətdiy i soyqırımla rı, Bak ı Xalq Komissarları Soveti qoşunlarının Gəncəyə yürüşünün
qarşısının alın ması zərurəti, nəhayət, Türkiyəyə meylli siyasət də Xəlil bəyin mövqeyinin dəstəklənməsində az ro l
oynamadı.
Bu dövrdə Almaniya-Osmanlı münasibətlərində ö zünü göstərən gərginliyə ü mid bağlayan ermənilər və gürcülər
Almaniya nü mayəndəliyin in konfransa daha yaxından cəlb edilməsinə yönəlmiş dip lo matik gedişlərə əl atdılar. Bu, Cənubi
Qafqaz nü mayəndəliyinin Xəlil bəyin layihəsi müqabilində irəli sürdüyü təkliflər paketində özünü aydın göstərdi. Cənubi
Qafqazın müqaviləni yalnız Türkiyə ilə deyil, Dördlər İttifaqın ın (Mərkəzin) digər dövlətləri ilə də bağlaması təklifi və s.
Almaniyanın maraqları baxımından cəlbedici idi. Çünki bu halda, birincis i, Ənvər paşanın Şərq siyasəti hər vasitə ilə
əngəllənər, ikincisi, Şimali Qafqazı Almaniyaya tabe etmək imkanı yaranar, üçüncüsü, Gürcüstanda Almaniyanın təsiri
qüvvətlənər, dördüncüsü, Osmanlı dövləti bütün gücünü ingilislərin Bakıya yolunu bağlamağa yönəldərdi.
Bir sıra ciddi səbəb və amillər Batum konfransında, daha sonra isə Zaqafqaziya seymində siyasi qarşıdurman ı
sürətləndirdi: Cənubi Qafqaz nümayəndəliyinin təklifləri Osman lı sülh heyəti tərəfindən rədd edildi; Osman lı hərb i
hissələri Ermən istanın içərilə rinə doğru irə liləd i; Xə lil bəy alman vasitəçiliy indən imtina etdi və Almaniya nümayəndəliy i
(fon Lossov) Batu mdan çıxd ı; müs əlman fraksiyası Zaqafqaziya höku mətinin bolşeviklərin Bakıdan çıxarılması üçün
tədbirlər görməyəcəyi halda, seymi tərk edəcəyi barədə bəyanat verdi; Türkiyə tərə fi mayın 26-da konfransa me mo randum
(ultimatum) təqdim etdi.
Bütün bunlar Qafqazın ictimai-siyasi həyatında keyfiyyətcə yeni mərhələyə keçidin yaxınlaşdığın ı göstərirdi.
Vəziyyətdən çıxış yolları arayan tərəflər vahid dövlət şəklində birləşmə k imkanlarının tükən məsində həmrəy idilə r. Bu
şəraitdə Azərbaycan nümayəndələrinin gürcülərə vahid dövlət yaratmaq təklifi də baş tutmadı. Gü rcülər, artıq, almanların
himayəsində ayrıca gürcü dövləti yarat maq qənaətinə gəlmişdilər.
269
Dövlətçiliyə və xarici ölkələrin himayəsinə fərqli baxışların gerçekləş məsi Zaqafqaziya seymi və höku mətinin
dağılması, müstəqil Cənubi Qafqaz dövlətlərinin yaran ması ilə nəticələndi. Yeni siyasi durum Batum konfransının yarımçıq
qalması təhlükəsini yaratdı. Lakin müsəlman fraksiyasının Batum danışıqların ın davam etdirilməsinə dair qərarın
(27.5.1918) digər tərə flə rin dəstəklə məsi konfransı uğursuzluqdan xilas etdi.
Yeni yaran mış Cənubi Qafqaz cü mhuriyyətləri Batum danışıq larının davam etdirilməsi ilə razılaşdılar. Danışıqlar
1918 il iyunun 4-də Os manlı dövləti ilə Cənubi Qafqa z respublika ları a rasında ayrı-ayrılıqda müqavilə lər bağlan ması ilə
yekunlaşdı. Batum müqavilələri ilə Osman lı dövləti, Brest-Litovsk sülhünə zidd olmasına baxmayaraq, 1828 il sərhədlərin i
bərpa etdi
Konfransın Azərbaycan Xalq Cü mhuriyyətii üçün mühü m nəticəsi oldu. Osman lı dövləti ilə A zərbaycan Xalq
Cü mhuriyyəti arasında Batu mda ikitərəfli müqavilə bağlandı. Batum müqaviləsi Azərbaycan Xalq Cümhuriyyətinin
müdafiəsi üçün etibarlı hərb i-siyasi dəstək oldu.
Əd.:
Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Həsənov C, Azərbaycan beynəlxalq münasib ətlər sistemində (1918-1920-ci
illər), B., 1993; Qasımov M ., Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti (1914-1918-ci illər), 3 hissədə,
h.2, B., 2001; Musayev İ., Azərbaycanın xarici siyasəti (XX əsr),3 hissədə, h.l, B., 2003. Şahin E., Trabzon ve Batum Konfransları ve
Anlaşmaları (1917-1918), Ankara, 2002.
BATUM MÜQAVĠLƏLƏ RĠ (1918) Osmanlı imperatorluğu ilə Cənubi Qafqaz Respublikaları arasında
müqavilələr. 1918 il martın 14-dən aprelin 14-dək keçirilən Trabzon və mayın 11-dən iyunun 4-dək keçirilmiş Batu m
konfranslarında aparılan danışıq lar nəticəsində iyunun 4-də imzalan mışdır.
O s m a n l ı d ö v l ə t i i l ə A z ə r b a y c a n X a l q C ü m h u r i y y ə t i a r a s ı n d a m ü q a v i l ə .
Müqaviləni Os manlı höku məti tərəfindən ədliyyə naziri və Dövlət Şurasının sədri Xəlil paşa Menteşe, Qafqaz cəbhəsinin
ko mandanı Mehmet Vehib paşa, Azərbaycan Xalq Cümhuriyyətii tərəfindən isə Milli Şuran ın sədri Məhəmməd Əmin
Rəsulzadə və xarici işlə r naziri Mə mməd Həsən Hacınski imza la mışdıla r. Batu m müqaviləsi Azə rbaycan Xalq
Cü mhuriyyətinin xarici dövlətlərlə imzaladığ ı ilk müqavilə id i və Azərbaycan-Türkiyə münasibətlərin in hüquqi əsasını
təşkil edirdi. On bir maddədən ibarət müqavilənin giriş hissəsində göstərilirdi: "Bir tərə fdən Osmanlı imperator höku mət i,
digər tərəfdən isə öz müstəqilliyin i yenicə e lan etmiş Cü mhuriyyəti Hö ku məti ö z ö lkə ləri a rasında siyasi, hüquqi, iqtisadi
və intelle ktual zə mində mehriban dostluq münasibətləri bərqərar et məklə, qarşıklıqlı surətdə razılığa gə lirlə r".
Müqavilənin birinci maddəsində Osmanlı İmperiyası ilə A zərbaycan Xalq Cü mhuriyyəti arasında sülh və
dostluqdan bəhs edilir. İkinci maddə isə Osmanlı İmperiyası ilə üç Cənubi Qa fqaz respublikası a rasında s ərhəd xəttinin
müəyyən edilməsinə aid id i. İkinci maddəyə əsasən, Azərbaycan Türkiyə ilə geniş sərhədləri olan dövlət idi. Üçüncü
maddə yenə də sərhədlərə a id o lub, Cənubi Qafqaz respublikala rı arasında sərhədləri müəyyən edən protokolların
imzalan masını nəzərdə tuturdu.
Müqavilənin dördüncü maddəsi Azərbaycan üçün daha önəmli id i. Os manlı höku məti sülh və əmin -amanlığı,
ölkənin təhlükəsizliy ini təmin etmək üçün, ehtiyac yaranarsa, Azərbaycan Respublikasına hərbi yardım göstərməyi ö z
üzərinə götürürdü. Müqaviləyə əsasən, Azərbaycan Höku məti onun sərhədboyu ərazilərində yaradılmış silah lı quldur
dəstələrin i (dinc türk-müsəlman əhaliyə qarşı soyqırımı həyata keçirən silahlı daşnak dəstələri nəzərdə tutulur - red.)
tərksilah et mə k və qov maq barədə öhdəlik qəbul edird i.
Müqavilənin digər maddələrində dəmir yol yüklərinin daşınmasında tərəflərin öhdəliklərindən, konsulluq konven-
siyası, ticarət müqaviləsi və s. aktların hazırlan masından, sərbəst gediş-gəlişdən, poçt-teleqraf əlaqələrindən, Brest-Litovsk
müqaviləsinin tərəflər arasında qüvvədə olmasından danışılırdı. Sonuncu maddədə müqavilənin bir ay ərzində ratifikasiya
olunması və təsdiq edilmiş mətnlərin İstanbulda mübadiləsi nəzərdə tutulurdu. Müqavilə bağlandığı zaman A zərbaycan
Xalq Cü mhuriyyəti Höku məti hələ Tiflisdən Gəncəyə köçməmişdi. Özünü Sovet Rusiyasının yerli höku məti elan edən və
S.Şau myanın başçılıq etdiyi Bakı Xalq Ko missarları Sovetinin daşnak-bolşevik ordusu Gəncə üzərinə hücuma başlamışdı.
Azərbaycan xa lqına qarşı soyqırımı həyata keç irilirdi. Hərbi və ziyyətin A zərbaycan Xa lq Cü mhuriyyəti üçün son dərəcə
ağır o lduğu belə məqamda A zərbaycan nü mayəndələri Məhəmməd Əmin Rəsulzadə və Məmməd Həsən Hacınski Os manlı
dövləti ilə Azərbaycan Xalq Cü mhuriyyəti arasında Batum müqaviləsinin dördüncü maddəsinə əsasən, Azərbaycana hərbi
yardım göstərilməsi barədə Os manlı dövlətinə mü raciət etdilər. Müraciət qəbul o lundu və Azərbaycan Xalq Cü mhu-
riyyətinə yardım göstərildi.
Batu m konfransının yekunu kimi Osman lı dövləti Gürcüstanla və Azərbaycan nümayəndələrin in yard ımı ilə
Ermənistanla da "sülh və dostluq müqavilə ləri" imza layıb onla rın müstəqilliyin i tanıyırdı.
1918 il iyunun 4 - d ə O s m a n l ı d ö v l ə t i i l ə G ü r c ü s t a n a r a s ı n d a b a ğ l a n m ı ş m ü q a v i l ə 13
maddədən ibarət o lmuşdur. Müqaviləni Gü rcüstan Respublikası tərəfindən baş nazir və da xili işlər naziri N.Ra mişvili və
C.Odişelidze, G.Gvazava, G.Ritkiladze imzalamışdılar. Müqavilənin ikinci maddəsi sərhəd xəttin in müəyyən edilməsinə
aid idi. Müqaviləyə əsasən, Qars, Ərdəhan və Batu mun, həmçinin A xalsıx və A xalkalakinin Türkiyəyə keçdiyi təsdiq
edilird i. Lakin Türkiyə may ın 11-də elan etdiyi tələbləri yumşaldaraq Abastuman və Askurun Gürcüstanda qalmasına
razılıq verdi. Müqavilənin altıncı maddəsinə əsasən, Gürcüstan Respublikası ərazisində məskun olan müsəlmanlar dini ayin
və adətlərinə riayət edəcəkdilər. Bu müsəlmanlar da digər Gürcüstan vətəndaşları kimi bərabər mü lki və siyasi hüquqlara
malik olmalı və milli dil və din ləri ü zrə təhsil ala bilərdilər.
270
O s m a n l ı d ö v l ə t i i l ə E r m ə n is t a n a r a s ı n d a b a ğ l a n m ı ş m ü q a v i l ə n i Ermənistan
tərəfindən O.RKaça znuni, A.Xat isyan və M.Papacanov imzala mış dılar. 14 maddədən ibarət müqaviləyə əsasən,
Ermənistan Brest-Litovsk müqaviləsinin şərtlərin i qəbul etdi. Eç miəd zin və A leksandropol (Gü mrü) Türkiyəyə keçir,
Türkiyə Aleksandropol-Culfa dəmir yolundan istifadə etmək hüququ alırdı. Ermənistanın sərhədi İrəvan yaxın lığından
keçirdi. Onun ixtiyarında cəmi 6 km-lik dəmir yolu qalmışdı.
Batu m müqaviləsinə görə, Ermənistan Respublikasının ərazisi 10 min kv. km müəyyən edilirdi. Gürcüstan və
Ermənistan hökumət ləri ö z əra zilərində yaşayan müsəlman əhalisinin təhlü kəsizliyin i, a zad inkişafın ı tə min et mə k, ana
dilində təhsil almaq, din i ayin lərin sərbəst icrasına şərait yaratmaq haqqında təəhhüd götürürdülər.
1918 il 4 iyun tarixli müqavilələ rə ə lavə sazişlər də imzalan mışdı (ba x Batum müqavilələrinə əlavə sazişlər).
Batu m müqavilələri və ona əlavə sazişlər Cənubi Qafqaz respublikalarının Os manlı höku məti tərəfindən tanınması
demə k idi.
Əd.:
Aзepбaйджанская Демократиская Pecnублика (1918-1920), Внешняя политика (документы и материалы) , Б., 1998;
Azərbaycan tarixi, 7 cilddə, c.5, B.,2001; Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər), B., 1993;
Nəsibzadə N, Azərbaycanın xarici siyasəti (1918-1920), B., 1996; M usayev İ., Azərbaycanın xarici siyasəti (XX əsr), 3 hissədə, h.l, B.,
2003.
Dostları ilə paylaş: |