Xəbər bülleteni №22



Yüklə 458.92 Kb.
səhifə19/22
tarix30.11.2016
ölçüsü458.92 Kb.
1   ...   14   15   16   17   18   19   20   21   22

Məşğulluq siyasəti: Bakıda təlim-seminar başlayıb


08.02.2016

seminar 1
Fevralın 8-i Bakıda “Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyası (2016-2025-ci illər)” layihəsinin hazırlanması işləri çərçivəsində “Məşğulluq siyasəti” mövzulu təlim-seminar başlayıb. Tədbiri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) təşkil edib. Nazirlikdən Transparency.az-a verilən məlumata görə, dörd gün davam edəcək təlim-seminarın açılışına aidiyyəti hökumət və qeyri-hökumət qurumlarının, Milli Məclisin, sosial tərəfdaşların, BƏT-in, BMT-nin Əhali Fondunun, Dünya Bankının və digər beynəlxalq təşkilatların nümayəndələri qatılıb.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, Azərbaycanda makroiqtisadi siyasət və sahibkarlığın inkişafı, əmək bazarında sabitliyin təmin edilməsi, rəqabətə davamlı kadr potensialının formalaşdırılması, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi, sosial məsuliyyət prinsipi əsasında sosial tərəfdaşlığın gücləndirilməsi dövlət məşğulluq siyasətinin əsas prioritet istiqamətlərini təşkil edir: “Ötən dövrdə həyata keçirilən dövlət məşğulluq siyasəti, 1,5 milyondan çox yeni iş yerinin açılması nəticəsində işsizlik səviyyəsinin 2006-cı ildə 7,4%-dən 2015-ci ildə 4,9%-dək azaldılmasına, işsizlərin, sosial həssas əhali təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsinə nail olunub. Həmçinin əmək bazarının təkmilləşdirilməsi, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması və rəqabət qabiliyyətinin artırılması, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması üçün müvafiq tədbirlər həyata keçirilib”.

Nazir Azərbaycanın Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik əhalisi olan və əhali sayı sürətlə artan az sayda ölkələrdən biri olduğunu qeyd edib: “Azərbaycanda 2005-2015-ci illə ərzində əhalinin sayı 13,6 faiz artıb. Hazırda əhalinin 22,4%-i 0-14 yaşda, 71,6%-i 15-64 yaşda, 6%-i isə 65 və yuxarı yaşda olanlardır. Ölkə əhalisinin 28,1% faizini 15-29 yaşda gənclər təşkil edir və demoqrafik yük əmsalı 1990-cı ilə nisbətən 1,7 dəfə azalaraq 40 nəfər olub”.

Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyasının hazırlanmasına toxunan nazir deyib: “Dövlət başçısının tapşırığının icrası olaraq konsepsiya layihəsinin hazırlanması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq dövlət orqanlarının, sosial tərəfdaşların, qeyri-hökumət təşkilatlarının, ümumilikdə 21 qurumun nümayəndələrindən ibarət işçi qrupu yaradılıb. Konsepsiya layihəsinin 3 ay müddətində hazırlanması nəzərdə tutulur”.

Konsepsiyanın prioritet istiqamətlərinin də müəyyən olunduğunu qeyd edən Müslümov diqqətə çatdırıb ki, bu istiqamətlər sırasına makroiqtisadi siyasət və sahibkarlığın inkişafı, infrastruktur layihələrində və dövlət investisiya xərclərində məşğulluq amilinin formalaşdırılması, demoqrafik yükün əmək bazarına və məşğulluq siyasətinə təsirinin qiymətləndirilməsi daxildir: “Həmçinin rəqabətə davamlı kadr potensialının yaradılması, əmək bazarının inkişafı üzrə informasiya təminatının yaxşılaşdırılması, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, sosial məsuliyyətin artırılması və sosial tərəfdaşlığın inkişaf etdirilməsi və digər prioritet istiqamətlər yeni konsepsiyada əhatə olunacaq”.

Təlim-seminarda Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, BƏT-in məşğulluq siyasəti şöbəsinin sektor müdiri Aurelio Parisotto çıxış ediblər. Tədbir çərçivəsində keçiriləcək sessiyalarda əmək bazarında mövcud vəziyyət, məşğulluq problemləri və sosial tərəfdaşlarla birgə onların həll olunması yolları, məşğulluq siyasətinin formalaşdırılması üçün prioritetlərin müəyyən olunması, əmək bazarının inkişafı üzrə proqramların tərtibi və s. mövzularda beynəlxalq ekspertlərin iştirakı ilə təhlil və müzakirələrin aparılması nəzərdə tutulur.


Valyuta hərracına 6 bank qatıldı


08.02.2016

amb 01Mərkəzi Bank fevralın 8-də keçirilən valyuta hərracı barədə məlumat yayıb. Məlumata görə, Mərkəzi Bank satışa 200 milyon ABŞ dolları məbləğində vəsait çıxarıb. Hərraca qatılan 6 bankın məcmu tələbi 11,9 milyon ABŞ dolları olub, sifarişlər 100 faiz təmin edilib.

Banklar iqtisadiyyata nə qədər pul qoyub?


08.02.2016

iqtisadiyyat 1Azərbaycan Mərkəzi Bankı iqtisadiyyata kredit qoyuluşları ilə bağlı statistika açıqlayıb. Transparency.az xəbər verir ki, açıqlamaya görə, 2015-ci ildə banklar iqtisadiyyata 21 milyard 718 milyon manat krediti ayırıb.

Bunun 7 milyard 289 milyon manatı (33,6 faizi) dövlət banklarının payına düşür.

Özəl bankların iqtisadiyyata ayırdığı kredit 13 milyard 862 milyon manatdır (63,8 faiz).

Qeyri-bank kredit təşkilatları 2015-ci ildə iqtisadiyyata 566 milyon manat ayırıb, bu da ümumilikdə kredit qoyuluşlarının 2,6 faizi edir.

2014-cü ildə bankların iqtisadiyyata qoyduğu sərmayənin həcmi 18 milyard 542 milyon olub.

Vaxtı keçmiş kreditlərin məbləği milyard yarımı keçib


08.02.2016

dollar 1Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 508 milyon 500 min manata çatıb. Transparency.az xəbər verir ki, Mərkəzi Bankın kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşları hesabatında belə göstərilir. Hesabat 2015-ci ilin sonuna olan vəziyyəti əhatə edir.

2014-cü ildə vaxtı keçmiş kreditlərin məbləği 976 milyon 300 min manat idi. 2015-ci ildə məbləğ 532 milyon 200 min manat artıb.

2015-ci ildəki problemli kreditlərin 840 milyon 200 min manatı milli valyutada olan kreditlərdir. Xarici valyutada olan kreditlərə gəlincə, bu sahədə vaxtı keçmiş kreditlər 2014-cü illə müqayisədə 208 milyon 800 min manatdan 668 milyon 300 min manata yüksəlib.

2015-ci ilin yanvar ayında xarici valyutada olan kreditlərin 204 milyon 400 min manatı vaxtı keçmiş kreditlər olub. Devalvasiyanın başlandığı fevral ayında bu rəqəm 314 milyon 500 min manata qalxıb, yüksələn xətt üzrə gedib, oktyabr və noyabr aylarında düşmə qeydə alınıb, ilin sonunda isə kəskin çoxalma baş verib.


1   ...   14   15   16   17   18   19   20   21   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə