Xəbər bülleteni №22



Yüklə 458.92 Kb.
səhifə18/22
tarix30.11.2016
ölçüsü458.92 Kb.
1   ...   14   15   16   17   18   19   20   21   22

Nazirlər Kabineti dəmir yolu nəqliyyatında yeniliklərə qərar verib


08.02.2016

nk 1Nazirlər Kabineti qiyməti (tarifi) dövlətin qərarı ilə tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısında dəyişiklik edib. Fevralın 7-də dərc olunan qərarda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yenidən qurulması barədə prezident fərmanına (18 sentyabr 2015-ci il) istinad olunur, ölkə ərazisində yük və sərnişin daşıma qiymətləri tənzimlənən xidmətlərin siyahısından çıxarılır.

Transparency.az xəbər verir ki, Nazirlər Kabinetinin başqa bir qərarı ilə mərkəzi icra hakimiyyəti orqanlarının göstərdiyi elektron xidmət növlərinin siyahısı dəyişib. Yenilik dəmir yolu nəqliyyatında sərnişin daşımaları üçün elektron bilet satışının ləğvini nəzərdə tutur.


Manatın kursu qalxıb


08.02.2016

valyutaFevralın 8-də Mərkəzi Bank manatın dollara məzənnəsində dəyişiklik edib. 100 ABŞ dolları ötən həftənin son iş günü ilə müqayisədə ucuzlaşıb, 158 manat 53 qəpikdən 158 manat 19 qəpiyə düşüb.

Transparency.az xəbər verir ki, avronun kursu da fevralın 5-i ilə müqayisədə enib. 100 avro 176 manat 10 qəpiyə təklif olunur. Üç gün öncə 100 avro 177 manat 49 qəpiyə satılırdı.


Böhrandan imkana” yol xəritəsində nələr təklif olunur?


08.02.2016

msdm 1
Fevralın 6-da Müsavat Partiyasının mərkəzi qərargahında toplantı keçirən Milli Strateji Düşüncə Mərkəzi (MSDM) “Böhrandan imkana” adlı yol xəritəsi layihəsini təsdiqləyib. Bastainfo.com-un məlumatına görə, Milli Strateji Düşüncə Mərkəzinin müraciətində deyilir ki, ölkədə sosial-iqtisadi böhran gündən-günə dərinləşir: “Dünya bazarında neftin qiymətinin davamlı şəkildə düşməsi korrupsiya və inhisarçılığın, səriştəsizlik və bərbad idarəçiliyin girovuna çevrilmiş Azərbaycanda fəlakətli bir vəziyyət yaradıb. Yarımçıq, ziddiyyətli, kosmetik addımları ilə əslində böhranın qarşısını almağa qadir olmadığını nümayiş etdirən hakimiyyət beynəlxalq maliyyə mərkəzlərindən borc almaq cəhdləri ilə gücsüzlüyünü etiraf etmiş oldu. Yanvar ayında bölgələrdə əhalinin etirazları aydın şəkildə nümayiş etdirdi ki, aksiyaların böyüməsi, sosial-iqtisadi gərginliyin ictimai-siyasi gərginliyə çevrilməsi zaman məsələsidir.

Uzun illərdən bəri sərgilədiyi məsuliyyətsiz davranışını böhran şəraitində də davam etdirən hakimiyyətdən fərqli olaraq demokratik düşərgə bu mərhələdə də son dərəcə yetkin və məsuliyyətli mövqe nümayiş etdirdi. Əhalinin spontan etiraz aksiyalarına mənəvi-siyasi dəstək və informasiya dəstəyi verən müxalifət bu prosesin xaosa aparmasında maraqlı olmadığını əməli şəkildə sübut etdi. Eyni zamanda demokratik qüvvələr böhranın dərinləşməsinin qarşısını almaq, əhalini böhranın zərbələrindən qorumaq, ölkədə iqtisadi prosesləri inkişaf istiqamətinə yönəltmək yollarını cəmiyyətə və hakimiyyətə göstərdilər. Müsavat Partiyasının böhrandan çıxış yolları barədə təkliflər paketi, AXCP-nin, REAL-ın, digər qurumların və müstəqil ekspertlərin bir çox təklifləri, tövsiyələri, ideyaları kifayət qədər cəlbedici, inandırıcı və diqqətəlayiqdir”.

MSDM hesab edir ki, təklif etdiyi yol xəritəsi əhalinin böhrandan qorunması, iş adamlarına azad iqtisadi fəaliyyət, demokratik qüvvələrə öz potensialını gerçəkləşdirmək imkanı, rejimə isə hakimiyyətin dinc və tədrici şəkildə xalqa təhvil vermək şansı yarada bilər.

“Böhrandan imkana” yol xəritəsində əhaliyə, xüsusən aztəminatlı təbəqələrə yardım məqsədi ilə zəruri qərarların qəbul edilməsinə, devalvasiya nəticəsində kəskinləşmiş işsizlik, aşağı maaşlar, kredit borcu və digər problemlərin həlli üçün təxirəsalınmaz addımlara çağırış yer alır. MSDM hökumətin korrupsiya və inhisarçılığa son qoymağa, azad iqtisadiyyatın formalaşmasına, kiçik və orta biznesin dirçəldilməsinə, kənd təsərrüfatı, turizm və digər qeyri-neft sahələrinin inkişafına münbit şəraitin yaranmasına yönəlmiş ilkin addımlar atmasını zəruri hesab edir.

Təcili siyasi tədbirlər bölümündə isə bu təkliflər var:

- Siyasi məhbusların azad edilməsi, siyasi azadlıqların bərqərar edilməsinə, qeyri-hökumət təşkilatlarının və medianın normal fəaliyyətinə, siyasi partiyaların azad, bərabər hüquqlu rəqabətinə imkan yaradacaq addımlar atılması;

- Xarici siyasət sahəsində beynəlxalq birliyə yönəlmiş prinsipial mesajlar verilməsi: Azərbaycanda əsas siyasi və iqtisadi azadlıqların bərqərar edilməsi ilə bağlı kursun bəyan edilməsi; Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasına uyğun olaraq ölkənin avroatlantik inteqrasiya istiqamətində addımlar atacağının bəyan edilməsi, Avropa İttifaqına, NATO-ya üzvlüklə bağlı müraciət edilməsi və Dünya Ticarət Təşkilatı ilə üzvlük danışıqlarının sürətləndirilməsi;

- 2016-cı ilin fevralında yeni konstitusiya (və ya konstitusiyaya əlavə və dəyişikliklər) layihəsinin hazırlanması məqsədilə Konstitusiya Komitəsi yaradılması;

- 2016-cı ilin yazında yeni konstitusiya (və ya konstitusiyaya əlavə və dəyişikliklər) üçün referendum keçirilməsi;

- 2016-cı ilin ikinci yarısında parlament seçkisinin keçirilməsi;

- 2017-ci ildə prezident seçkisinin keçirilməsi.

Transparency.az bildirir ki, Milli Strateji Düşüncə Mərkəzinə İsa Qəmbər sədrlik edir. Milli azadlıq hərəkatının liderlərindən olan İsa Qəmbər 1992-93-cü illərdə Milli Məclisin sədri postunu tutub, həmin dönəmin ilk ayında prezidentin səlahiyyətlərini icra edib, 1992-ci ildən 2014-cü ilədək Müsavat Partiyasının başqanı olub.


20 milyonluq manat, 12 milyonluq dollar istiqrazı satılıb


08.02.2016

maliyye nazirliyi 1

Maliyyə Nazirliyi dövlət istiqrazlarının buraxılışı ilə bağlı rəsmi məlumat yayıb. Qeyd olunur ki, fevralın 5-i manat və ABŞ dollarında olan dövlət istiqrazları “Bakı Fond Birjası” QSC-də hərraca çıxarılıb: “Ümumi həcmi 12 milyon ABŞ dolları olan 1 illik və 2 illik dövlət istiqrazları müvafiq olaraq 2,77% və 3,02% gəlirlilik dərəcəsi ilə alınıb. Eyni zamanda ümumi həcmi 20 milyon manat məbləğində 6 aylıq və 1 illik dövlət istiqrazları müvafiq olaraq 7,79% və 8,8% gəlirlilik dərəcəsi ilə yerləşdirilib”.

Məlumata görə, Maliyyə Nazirliyi ilin sonunadək ümumi həcmi 500 milyon ABŞ dolları və 400 milyon manat məbləğində dövlət istiqrazları üzrə mütəmadi hərracların keçirilməsini təmin edəcək.

1   ...   14   15   16   17   18   19   20   21   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə