Xəbər bülleteni №22


Dövlət Sosial Müdafiə Fondunun elektron xidmət statistikası



Yüklə 458,92 Kb.
səhifə16/22
tarix30.11.2016
ölçüsü458,92 Kb.
#468
1   ...   12   13   14   15   16   17   18   19   ...   22

Dövlət Sosial Müdafiə Fondunun elektron xidmət statistikası


05.02.2016

dsmf 01Ötən il Dövlət Sosial Müdafiə Fondunun məcburi dövlət sosial sığortası üzrə elektron xidmətindən 314 min 79 nəfər yararlanaraq elektron hesabatlar təqdim edib. Fondun məlumatına görə, hazırda iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarıq fəaliyyəti ilə məşğul olan şəxslər isə fondun yerli orqanlarındakı “yardım masaları”nın xidmətindən yararlanır.

“Elektron hökumət” portalının statistikasına əsasən, Dövlət Sosial Müdafiə Fondunun elektron xidmətləri ən çox istifadə olunanlar sırasındadır. Məlumata görə, ötən il fondun öz saytı, “Elektron hökumət” portalı və “Hökumət ödəniş portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərə 2,7 milyondan artıq istifadəçi üz tutub. Bu, 2014-cü illə müqayisədə 2 dəfə çoxdur.


Rusiyanın xarici ticarət dövriyyəsi 33,2% azalıb


05.02.2016

federal gomruk rusiya
Rusiyanın Federal Gömrük Xidməti 2015-ci il üzrə xarici ticarət göstəricilərini açıqlayıb. Novator.az-ın məlumatına görə, açıqlamada xarici ticarət əməliyyatlarının həcminin 2014-cü illə müqayisədə 33,2% azalaraq 530,4 milyard dollara düşdüyü bildirilir.

Rəsmi hesabatda qeyd olunur ki, xarici ticarətdə müsbət saldo bir ildə 23,3% azalıb. 2014-cü ildə Rusiyanın xarici ticarət əməliyyatlarında 210,3 milyard dollar müsbət saldo olub, ötən il bu göstərici 161,4 milyard dollara düşüb.


Nazirlikdə kollegiya iclası


05.02.2016

kollegiya
Fevralın 5-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. Transparency.az-a verilən məlumata görə, iclasda çıxış edən nazir Səlim Müslümov hesabat dövründə sosial müdafiə, məşğulluğun təminatı, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası, peşə hazırlığı və peşəyönümü işin təşkili sahələrində tədbirlərin ölkə əhalisinin ümumilikdə 1,2 milyon nəfərdən çox hissəsini əhatə etdiyini bildirib: “Bu dövrdə ünvanlı dövlət sosial yardımlarının ünvanlılıq və şəffaflıq prinsipləri əsasında təyinatına ciddi nəzarət davam etdirilib və ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 2014-cü illə müqayisədə 8773 ailə (38334 nəfər ailə üzvü) və ya 7,2% azalaraq 2015-ci il üzrə orta hesabla 112662 ailə (492337 nəfər ailə üzvü) təşkil edib. Bu yardımların bir ailəyə düşən orta aylıq məbləği isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,3% artaraq 152,6 manata çatıb”.

Müslümov diqqətə çatdırıb ki, ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılması üçün Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) yaradılması ötən il nazirliyin həyatında mühüm islahatlardan biri olub: “Ünvanlı dövlət sosial yardımı üçün elektron şəkildə ediləcək müraciətlərə baxılması üçün ailələrlə bağlı tələb olunan məlumat və arayışların elektron qaydada əldə edilməsi məqsədilə sistemdə “Elektron hökumət” portalı üzərindən 20 dövlət qurumuna aid informasiya resurslarının inteqrasiyası nəzərdə tutulur. Artıq iki rayonda sınaq işlərinə başladığımız bu sistem yaxın vaxtlarda bütün ölkə üzrə tətbiq olunacaq”.

Tibbi-sosial ekspertiza və reabilitasiya xidmətindən bəhs edən nazir hesabat dövründə ilkin olaraq əlil və sağlamlıq imkanları məhdud hesab edilənlərin sayının 2014-cü illə müqayisədə 7254 nəfər azaldığını deyib: “İlkin əlillik müəyyən edilməsi məqsədilə əlillik müayinəsi aparılan şəxslərdən əlillik təyin olunanların çəkisi 2015-ci ildə əvvəlki illə müqayisədə 79,6%-dən 75,9%-ə enib. Ümumilikdə ötən il ilkin əlillik təyin olunan vətəndaşların sayında əvvəlki ilə nisbətən 3969 nəfər, ilkin olaraq sağlamlıq imkanları məhdud uşaq hesab edilən 18 yaşadək uşaqların sayında isə 3285 nəfər azalma olub. Təkrar əlillik müayinəsi aparılan şəxslərdən 5340 nəfəri tam, 3345 nəfəri hissəvi reabilitasiya edilib”.

Nazir bildirib ki, ötən il nazirlikdə Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminin (TSERAS) yaradılması əlilliyin müəyyən olunması sahəsində məmur-vətəndaş təmaslarının minimuma enməsinə və şəffaflığın təminatına hesablanıb: “Bununla bağlı texniki işlər artıq yekunlaşır. Əlillik müayinəsi üçün müraciət edən vətəndaşdan hər hansı xəstəlik sənədi tələb olunmayacaq və bu, müvafiq qurumun informasiya bazasından elektron qaydada əldə olunacaq. Əlillik müayinəsinin nəticəsinə dair məlumatın öyrənilməsi üçün isə vətəndaşlara artıq geniş imkanlar yaradılıb. Yəni vətəndaş həm nazirliyin “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidmətindən istifadə etməklə, həm də daha asan şəkildə, sadəcə telefonla nazirliyin 142 – “Çağrı mərkəzi”nə müraciət etməklə bu məlumatı əldə edə bilir”.

Sosial cəhətdən həssas qruplardan olan vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması, maddi təminatlarının gücləndirilməsi yönündə aparılan işlərdən bəhs edən Müslümov ötən il ümumilikdə 281 müharibə əlili və şəhid ailəsinin mənzillə təmin edildiyini, 132 mənzilli yaşayış binasının gözdən əlillərin, 120 mənzilli yaşayış binasının valideyn himayəsindən məhrum, kimsəsiz gənclərin istifadəsinə verildiyini bildirib.

Nazir bildirib ki, ötən il 463932 nəfərə aylıq və birdəfəlik sosial müavinət, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3005 nəfər və ya 5,8% çox, yəni 54 623 nəfərə prezident təqaüdü ödənilib.

Ötən il 29 min nəfər işsiz və işaxtaran vətəndaşın münasib iş yerləri, 4117 nəfər şəxsin müvəqqəti xarakterli işlərlə təmin olunduğunu qeyd edən Müslümov 1626 nəfərin haqqı ödənilən ictimai işlərə, 2014-cü illə müqayisədə 9,5% çox, yəni 4147 nəfərin peşə hazırlığına cəlb olunduğunu, 114,5 mindən çox gəncə peşəyönümü məsləhətləri verildiyini bildirib.

Nazir həmçinin diqqətə çatdırıb ki, ötən il vətəndaş müraciətləri ilə bağlı görülən tədbirlər nəticəsində 5,5 milyon manata yaxın gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib.

Kollegiya iclasında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyevin, Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəylinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İlqar Qurbanovun, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadənin hesabatları dinlənilib.


Yüklə 458,92 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin