Cədvəl 6.
süxurlar
sıxlıq q/sm
3
Məsaməllik
c
Quru
halda
su ilə doymuş
halda
Torpaq
Qum
Qum daşları
Gil
Gilli şistlər
Əhəngdaşları
Tabaşir
Dolomit
0,75-2.00
1,37-1,81
1,60-2,63
1.06-2,37
2,56-2,85
1,51-2,60
1,53-2,22
2,33-2,68
1,40 - 2,40
1,85 - 2,15
2,00 - 2,77
1,59 - 2,48
1,95 - 2,85
1,80 - 2,65
1,96 - 2,40
2,63 - 2,68
20 - 70
30 - 65
0 - 51
10 - 63
0 - 45
0 - 38
18 - 43
5 - 10
downloaded from KitabYurdu.org
139
Mərmər
Anhidrid
Gips
Daş duz
2,65-2,86
2,90-2,96
2,20
2,10
2,66 - 2,86
-
-
-
0 - 5
-
-
-
Süxurların sıxlığlnı onların yerləşdiyiyerdə təyin etmək üçün
radioaktiv üsuldan istifadə edirlər. Bundan başqa, sıxlığı qravitasiya
üsulu ilə quyularda təyin edirlər.
§44.Qravitasiya anomaliyasının geoloji təbiəti və qravi kəşfiyyat-
ın istifadə olunma sahəlari
Yerin
qravitasiya
sahəsi onun daxili quruluşundan,
formasından və Yer qabığının bircinsli olmayan mürəkkəb tərkibin-
dən asılıdır. Birinçi yaxınlaşmada hesab edirlər ki, Yer qabığı üç
hissədən ibarətdir:çökmə, qranit və bazalt layından ibarətdir. Bunlar
da müxtəlif sıxlığa malikdir. Çökmə laylar üçün sıxlıq 2.4 q/sm
3
,
qranitoid 2.7 q/sm
3
(Konrad layının sərhəddi K), bazalt üçün 2.9
q/sm
3
-dir. (Maxaroviçiç layının sərhədi M).
Bundan altda Yer qabığının altındakı kütlə (üst mantiyanın
maddələri) sıxlığı 3.3 qsm
3
təşkil edir. Hər bir qatda maddənin sıxlığı
sabit qalmır, dəyişir. Bu isə Yer qabığının üst qatlarında geoloji
hədəflərin olması ilə əlaqədardır. Bu hədəflər ya böyük, ya da kiçik
sıxlıqlı olurlar, öz növbəsində qravitasiya anomaliyası yaradır. Bu
anomaliyaların qiyməti və forması sıxlığın çoxluğundan, geoloji
hədəfin ölçülərindən, yerləşdiyi dərinlikdən və formasından çox
asılıdır. Bu da imkan verir ki, ərazidə geoloji xəritəalma, tektonik
rayonlaşma və faydalı qazıntıların axtarışı üçün qravi kəşfiyyat işləri
aparılsın.
Qravimetrik planalma geoloji xəritəalmada intruziyaların, qra-
nit kütləsinin, çökmə süxurlar altında qalan ultraəsasi massivlərin
sərhədlərini müəyənləşdirir. Çökmə süxurlar ilə üstü basdırılmış ağır
süxurların çıxıntılarının izlənməsinə və aşkar edilmasinə kömək edir.
Əsasi və ultraəsasi süxurların intruziyaların artıq sıxlığa malik olmaları
ilə fərqlənirlər, Yerin səthində bunlar üzərində müsbət qravitasiya
anomaliyası yaranır, turş intruziyalar (qranitlər) metamorfik süxurlar
downloaded from KitabYurdu.org
140
içərisində isə sıxlığın azalması qeyd olunur və bu süxurlar üzərində
mənfi qravitasya anomaliyası müşahidə olunur.
Tektonik rayonlaşmada qravi kəşfiyyat üsulu qırışıqlıq
sahələri platforma sahələrindən ayırmağa imkan verir, cünki
qravitasiya sahəsi bu sahələr üzərində kəskin sürətdə dəyişir.
Qırışıqlıq sahə regional mənfi anomaliya yaradır. Bu anomaliyanın
amplitudu bir neçə yüz milli qal qiyməti ilə təsvir olunur. Bu prosəs
Yer qabığının qalınlığının artması ilə izah olunur. Qırışıqlıq
sahələrdə böyük sıxlığa malik olan Yer qabığının alt layları daha
dərinlərə batmış olurlar.
Platforma sahələrində sərbəstdüşmə təcilinin orta qiyməti normal
qiymətə yaxın olur. Belə şəraitdə lokal (müəyyən hüdudda) kiçik
amplitudlu anomaliyalar müşahidə olunur, buda 5-10 milli qaldan
artıq olmur.
Platforma
sahələrində anomaliya başlıca üç dəlillə
əlaqədardır: 1. Çökmə süxurun quruluşu, tərkibi və qalınlığı; 2.
Fundamentin üst relyefi; 3. Fundamentin tərkibi.
Qravimetrik planalma Yerin dərin qatlarının quruluşunu və
neft-qaz yataqlarının axtarışında və kəşfiyytında geniş istifadə olunan
üsullardandır. Bu onunla izah olunur ki, neft yataqlarına malik olan
strukturalar böyük əraziyə və müxtəlif sıxlıqlara malikdir. Duz
günbəzləri belə strukturalara misal ola bilər. Bu duz künbəzi intru-
ziysı yüxarıda yerləşmiş layı yarır və qismən onu yuxarı qaldırır. Duz
künbəzinin qanadlarında neft və qaz saxlayan kollektorlar olurlar.
Daş duz künbəzinin sıxlığı (2q/sm
3
) daxil olduğu süxurun
sıxlığından az olur (2.2—2.4 q/sm
3
), ona görə də duz künbəzləri
kiçik qiymətli qravitasiya sahəsi ilə təsvir olunur. Belə qravitasiya
minimumu 20-30 mQal qədər olan ərazi Xəzər dənizi düzənlyində
(ovalığında) və geoloji əyalətlərdə rast gəlinir.
Qravimetrik kəşfiyyatda nisbətən asan aşkar olunan antiklinal
qırışıqlı strukturlardır. Bu strukturlarda layların baş-başa gələrək
qübbə şəklində qalxması nəticəsində bura neft-qaz yataqları üçün
əlverişli struktura çevrilir. Mürəkkəb antiklinal qırışıqlı ərazilərdə
yataq qanadlarda da ola bilər. Antiklinal qırışıqlı ərazidə qravitasiya
downloaded from KitabYurdu.org
141
anomaliyasının maksimal qiyməti qeyd olunur; Belə strukturlar
qalxım kimi özünü göstərir, deməli, böyük sıxlığa malik olan
süxurlar səthə daha yaxın olurlar. Ançaq təbiətdə antiklinal qırışıqlar
özlərini minimal qravitasiya anomaliyası kimi göstərir. Bu o vaxt ola
bilir ki, sıxlığı çox olan layın qalınlıqı az olsun, Bundan başqa belə
hal o vaxt müşahidə edilir ki, süxurda çatların miqdarı artır və yaxud
fatsiyaların sıxlığının azalması baş verir. Belə strukturlardan misal
üçün Abşeron yarımadasını və Xəzər çökəkliyinin strukturunu
göstərmək olar.
Filiz yataqlarının və faydalı qazıntıların axtarışında son
vaxtlar qravimetrik kəşfiyyat geniş istifadə olunmağa başlayıb. Qravi
kəşfiyyatı dəmir filizinin, xromit kütlələrinin, mis, nikel, qurğuşun,
almaz və s. yataqların axtarışında da geniş istifadə olunmağa
başlanıbdır. Filiz yataqlarının və filiz kütlələrinin axtarışında, əsasən,
onun formasını, ölçülərini və yaratdığı anomal sıxlığı nəzərə almaq
lazımdır. Belə hədəflər, bir qayda olaraq, böyük qradiyentə, nisbətən
böyük olmayan özünəməxsus müsbət anomaliya yaradır.
Qravimetrlə sərbəstdüşmə təcilinin qiymətinin dəqiq təyin
olunması qravimetrik planalmanın geoloji məsələlərin həllində geniş
istifadə olunması imkanını artırdı.
Dostları ilə paylaş: |