CONFERENCE ON
KHAZAR UNIVERSITY
TECHNOPARK AND MITEK GROUP OF
COMPANIES
XƏZƏR UNİVERSİTETİ TEXNOPARKI – MİTEK:
BİRGƏ FƏALİYYƏTƏ HƏSR EDİLMİŞ
KONFRANS
Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı
Tahir Budaqov
Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və
Səlahiyyətli səfiri İsmail Alper Coşkun
MİTEK İdarə Heyətinin sədri Cenk Polat
Təhsil nazirinin müavini Firudin Qurbanov
XƏZƏR XƏBƏR JURNAL |
10
Rabitə və yüksək texnologiyalar nazirinin
müavini Elmir Vəliyev
Havelsan Şirkətlər Qrupunun
baş direktoru Sadık Yamaç
AZƏRBAYCAN RESPUBLİKASI
RABİTƏ VƏ YÜKSƏK
TEXNOLOGİYALAR NAZİRLİYİ
Khazar University
MİTEK
Makine ve İleri Teknolojiler
Sanayicileri Derneği
AZƏRBAYCANIN İLK SƏNAYE MƏRKƏZLİ
TEXNOPARKINI YARADIRIQ
XƏZƏR UNİVERSİTETİ / BAKI. 6 FEVRAL 2015
| XƏZƏR XƏBƏR JURNAL
11
XƏZƏR XƏBƏR JURNAL |
Yanvarın 15-də Xəzər Universitetinin
təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının
sədri professor Hamlet İsaxanlının iştirakı ilə
Azərbaycan dili və ədəbiyyat departamentinin
növbəti iclası keçirilmişdir. İclasda Azərbay-
can dili və ədəbiyyat fənnləri üzrə keçirilmiş
imtahanların nəticələri və qarşıda duran vəzi-
fələr, yaz semestri üçün sillabusların hazır-
lanması məsələləri müzakirə edilərək, müva-
fiq qərarlar qəbul olunmuşdur. Sonra depar-
tamentin doktorantı Qardaşxan Əzizxanlının
“Azərbaycan poeziyasında vətəndaşlıq lirikası
(M.Araz, S.Tahir və M.İsmayıl yaradıcılığı əsa-
sında)” adlı filologiya üzrə fəlsəfə doktoru dis-
sertasiya işinin adı, plan-prospekti müzakirə
edilmişdir. Müzakirə zamanı deyilən qeydlər
nəzərə alınmaqla dissertasiya işinin adı və
plan-prospekti təsdiq olunmuşdur.
İclasın davamı olaraq Təhsil fakültəsinin de-
kanı, fəlsəfə doktoru Elza Səmədli və Keyfiy-
yətin təminatı mərkəzinin müdiri Lyudmila So-
tovanın iştirakı ilə təhsilin keyfiyyətini daha da
yüksəltmək məqsədilə nəzərdə tutulmuş silsi-
lə seminar-müzakirələrin “Fənnin plan-
laşdırılması və gözlənilən təlim nəticələri”
mövzusunda ilk məşğələsi keçirilmişdir
.
AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYAT DEPARTAMENTİNDƏ İCLAS
Xəzər Universitetinin mətbu nəşrləri sırasına
“Dünya” məktəbinin “Dünya” jurnalı da əlavə olundu.
İlk nömrəsi çapdan çıxmış dərginin təsisçiləri Xəzər
Universiteti və “Dünya” məktəbidir. Jurnalın baş
redaktoru Xəzər Universiteti Direktorlar və Qəyyumlar
Şurası sədrinin müşaviri Nailə İsayevadır.
“Dünya” jurnalının nəşrə başlaması münasibətilə
“Dünya” məktəbinin kollektivini və yurnalın yaradıcı
heyətini təbrik edir, onlara yeni uğurlar arzulayırıq.
“XƏZƏR”İN
MƏTBU NƏŞRLƏRİ SIRASINA ƏLAVƏ:
“DÜNYA” JURNALI
Xəbər verdiyimiz kimi, 2015-ci il yanvarın 15-də
Xəzər Universitetində universitetin təsisçisi,
Direktorlar və Qəyyumlar Şurasının sədri professor
Hamlet İsaxanlı tərəfindən “Azərbaycanda ali
təhsilin inkişafi və dünya reytinq cədvəlləri”
mövzusunda mətbuat konfransı keçirilmişdi.
Mətbuat konfransı Azərbaycan mediasında - AzTV,
İctimai TV, Space TV, İnteraz televiziya kanallarında
AzərTAc, APA, Xeber365, Salamnews,SİA
agentlikləri tərəfindən, “Exo”, “525-ci qəzet”,
“Azadlıq”, “Bizim yol”, “Təzadlar” qəzetlərində və
digər kütləvi informasiya vasitələrində geniş
işıqlandırılmışdır.
(“Mətbuat konfransı haqqında “525-ci qəzet”də
verilmiş məqalə jurnalın 12-ci səhifəsində dərc olu-
nur).
XƏZƏR UNİVERSİTETİNDƏ KEÇİRİLMİŞ MƏTBUAT KONFRANSI
ÖLKƏ MEDİASINDA GENİŞ İŞIQLANDIRILMIŞDIR
12 | XƏZƏR XƏBƏR JURNAL
“AZƏRBAYCANDA
ALİ TƏHSİLİN İNKİŞAFI VƏ
DÜNYA REYTİNQ CƏDVƏLLƏRİ”
MÜZAKİRƏ OLUNUB
Rektor Hamlet İsaxanlı universitetin
son uğurlu nəticələri haqqında
mətbuatı geniş məlumatlandırıb
DAYCEST
Ötən gün Xəzər Universitetində media nüma-
yəndələrinin iştirakı ilə "Azərbaycanda ali təhsilin in-
kişafı və dünya reytinq cədvəlləri" mövzusunda mət-
buat konfransı keçirilib. Konfransı Xəzər Universite-
tinin təsisçisi və rektoru, professor Hamlet İsaxanlı
açaraq öncə təhsilin vacibliyindən, eləcə də ali təhsil
müəssisələrinin, təşkilatların media ilə əlaqələrinin sə-
mərəli təşkilinin faydasından danışıb: "Təhsil geniş
və mürəkkəb sahədir. Müasir dünyada yaxşı ali mək-
təb elmi tədqiqat gücü, maddi-texniki bazası, kadr po-
tensialı və keyfiyyətli təhsil verməsi ilə tanınır. Müa-
sir dünyada ali məktəb də müasir, modern olmalı, ye-
ni inkişaf meyllərini nəzərə almalı, əslində bu inkişa-
fın hazırlanmasında iştirak etməli, dünyada görünmə-
li, yeri olmalıdır. Bir ali məktəbin adı-sanı onun bey-
nəlxalq aləmdə tanınması, dünyanın digər ali təhsil və
elm ocaqları, böyük şirkətlər və dünya mediası tərə-
findən bəyənilməsi ilə birbaşa bağlıdır. Əvvəllər öl-
kəmizdə fəaliyyət göstərən ali məktəblərin müasir-
ləşməsi çox yavaş getdiyi üçün onlar beynəlxalq
aləmdə az tanınır və müxtəlif kriteriyalar əsasında
dünyada aparılan güc sıralanmasında, yəni, reytinq
araşdırmalarında Azərbaycan ali məktəbləri, demək
olar ki, görünmürdü.
SON İLLƏRDƏ NÜFUZLU BEYNƏLXALQ
TƏŞKİLATLARIN REYTİNQ CƏDVƏLLƏRİNDƏ
AZƏRBAYCAN UNİVERSİTETLƏRİNİN YER
ALMASI ÖLKƏMİZDƏ CİDDİ UĞURLARIN
GÖSTƏRİCİSİDİR
Lakin müxtəlif kütləvi informasiya vasitələrində
- saytlarda, qəzetlərdə və digər KİV-də bu haqda veri-
lən məlumatlarda qeyri-dəqiq fikir, şərh və təhlillər
yer alır, ali məktəblərin reytinq cədvəllərindəki yerlə-
ri yanlış göstərilir. Bəzi nüfuzlu təşkilatların reytinq
cədvəlləri isə ümumiyyətlə diqqətdən kənarda qalır,
bu haqda ictimaiyyətə məlumat çatdırılmır.
Ali təhsil müəssisələrinin, universitetlərin mət-
buatla, media resursları ilə əlaqələrinin səmərəli təş-
kilinin həm həmin təşkilata, həm də cəmiyyətə fayda-
sı böyükdür. Çünki bu zaman ali təhsil ocağı öz uğur-
ları, irəliləyişləri, nəticələri barəsində ictimaiyyətə
məlumat verir, cəmiyyət isə bu informasiyalardan xə-
bərdar olaraq universitetlərin potensialı haqqında əya-
ni təsəvvürə malik olur. Hər sahədə olduğu kimi təh-
sildə də məlumatların dəqiq, doğru çatdırılmasının bö-
yük əhəmiyyəti var. Xəzər Universiteti həmişə media
ilə dost olub. Nə zaman bizə mətbuatdan müraciət
olunsa, zamanında cavab vermişik".
Rektor Azərbaycan ali məktəblərinin, xüsusən,
Xəzər Universitetinin son dövrlərdə nüfuzlu beynəl-
xalq təşkilatların reytinq cədvəllərində tutduğu möv-
qe barəsində ətraflı məlumat verib: "Dünyada univer-
sitetlərin reytinqinin müəyyənləşdirilməsi sahəsində
tanınmış təşkilatlardan biri "QS" təşkilatıdır.
"QS" təşkilatı 2014-cü il dekabr ayının 17-də özü-
nün böyük maraq kəsb edən yeni reytinq cədvəlini
açıqlayıb. Bu dəfə "QS" təşkilatı ilk dəfə olaraq Şərqi
Avropa, Keçmiş Sovet ölkələri və Türkiyə daxil ol-
maqla dünyanın çox böyük regionunun 100 ən yaxşı
ali məktəbini elan edib. Bu reytinq cədvəlində Azər-
baycandan yalnız 3 ali məktəb yer alıb.
XƏZƏR UNİVERSİTETİ 39.6 BALLA 100
ƏN YAXŞI ALİ MƏKTƏB ARASINDA 71-Cİ
YERDƏ QƏRARLAŞIB
Bakı Dövlət universiteti 39.4 balla Çexiyanın Pa-
lacky-Olomous universiteti ilə 72-73-cü yerləri bö-
lüşdürüb. Qafqaz Universiteti isə 38.5 balla 75-ci yer-
dədir. "QS" reytinq cədvəli universitetlərin dünyada
nüfuzu (30%), məzunların nüfuzlu təşkilatlarda işlə
təmin olunması (20%), müəllim - tələbə nisbəti
(15%), xarici müəllimlər (2,5 %), xarici tələbələr
(2,5 %), Ph.D dərəcəsi olan müəllimlər (5%), elmi mə-
qalələrin sayı (10 %), məqalələrə edilən istinadlar
13
XƏZƏR XƏBƏR JURNAL |
(5%), universitet saytlarının gücü (10%) kimi meyar-
lara görə formalaşdırılır. Onu da qeyd edək ki, xarici
mütəxəssislərin işə cəlb edilməsi indikatoru üzrə Xə-
zər Universiteti ilk 5 ən yaxşı universitet sırasındadır.
Universitetə ən istedadlı, bacarıqlı, peşəkar mütəxəs-
sisləri cəlb etməyə çalışırıq. Bu proses davamlı şəkil-
də aparılır.
HAZIRDA XƏZƏR UNİVERSİTETİNDƏ ABŞ,
YENİ ZELANDİYA, AVSTRALİYA, HİNDİSTAN,
İRAN VƏ DİGƏR ÖLKƏLƏRDƏN NÜFUZLU
MÜTƏXƏSSİSLƏR ÇALIŞIR
H. İsaxanlı dünyanın nüfuzlu təşkilatlardan olan
EDUNİVERSAL və WEBOMETRİCS-in Xəzər Uni-
versiteti ilə bağlı reytinq nəticələrini də açıqlayıb:
"Ali məktəblərin reytinqinin müəyyənləşdirilməsi sa-
həsində fəaliyyət göstərən nüfuzlu təşkilatlardan biri
də EDUNIVERSAL Beynəlxalq Elmi Cəmiyyətidir.
Bu təşkilat hər il dünyada 12000-dən çox magistr
proqramlarını tədqiq edir, qiymətləndirir və "Ən Yax-
şı Magistr Proqramları"nı elan edir. Bu qiymətləndir-
mə perspektivli tələbələrə daha yaxşı seçim imkanı ve-
rir. 2014-cü il dekabr ayının 24-də EDUNIVERSAL
2014- 2015-ci il üçün "Ən Yaxşı Magistr Proqramla-
rı" (Eduniversal Best Masters) reytinq cədvəli açıqla-
nıb.
Bu dəfə EDUNIVERSAL dünyanı 9 əsas
məkana ayırıb və hər məkan üçün ayrı reytinq
araşdırması aparıb. İqtisadiyyat və Biznesin idarə
edilməsi sahəsində müxtəlif ixtisaslar üzrə magistr
proqramları araşdırılıb, nəticədə Xəzər Universi-
tetinin Menecment, İqtisadiyyat, Mühasibat uçotu və
audit ixtisasları üzrə MBA proqramları Avrasiya və
Yaxın Şərq bölgəsinin ən yaxşı 10 (on) magistr
proqramı siyahısında yer alıb: Menecment - 9-cu yer,
İqtisadiyyat - 9-cu yer, Mühasibat uçotu və audit - 10-
cu yer. Azərbaycandan digər bir ali təhsil ocağı -
Qafqaz Universitetinin Dövlət və bələdiyyə
idarəetməsi üzrə magistr proqramı da 200 "Ən Yaxşı
Magistr Proqramları" sırasındadır.
Xəzər Universitetinin İqtisadiyyat və Menec-
ment fakültəsi 2007-ci ildən bəri iqtisadiyyat və biz-
nesin idarə olunması üzrə ixtisas hazırlığı sahəsində
dünyanın ən yaxşıları arasında yer almış, bu sıralama-
da 7 dəfə yüksək yer tutub. Son reytinq cədvəlləridə
Xəzər Universitetinin dünyanın ən nüfuzlu ali mək-
təbləri ailəsinə daxil olduğunu nümayiş etdirir.
WEBOMETRIX təşkilatının reytinq cədvəlində
Yüksək liqada (təxminən ilk 1/4) Azərbaycandan
yalnız bir universitet - Xəzər Universiteti yerləşib
(5836-cı yer).
Xəzər universitetindən sonra növbəti 3 yeri
Qafqaz Universiteti (6923-cü yer), Bakı Dövlət
Universiteti (7238-ci yer), Azərbaycan Diplomatiya
Akademiyası (8376-cı yer) tutur. Azərbaycanın digər
ali məktəbləri isə daha aşağı sıralarda yerləşib.
Universitetin layihələri haqqında məlumat verən
rektor hazırda 15 beynəlxalq layihədə iştirakından
söz açıb, gələcəkdə bu rəqəmin daha da artacağını is-
tisna etməyib.
H.İsaxanlı rəhbərlik etdiyi ali təhsil müəssisəsi-
nin maliyyə resursları barəsində danışarkən bu sahə-
də daha çox beynəlxalq layihələrin rol oynadığını vur-
ğulayıb: "Beynəlxalq layihələrdə iştirakımız bizə bə-
zən 700 min manat qiyməti olan avadanlığı ödənişsiz
əldə etmək imkanı yaradır.
TƏLƏBƏLƏRİN TƏHSİL HAQQI SON
QƏPİYİNƏCƏN UNİVERSİTETİN İNKİŞAFINA
SƏRF OLUNUR
Bizim Universitetdə bir sıra fakültələr xüsusilə
öndədir. Məsələn, Xəzər Universitetinin sərmayəsi-
nin yarıdan çoxu Mühəndislik və tətbiqi elmlər
fakültəsinə yatırılır. Bu fakültədə çox istedadlı tələbə
və müəllim heyəti var. Fakültənin dekanı ABŞ-dan
dəvət olunmuş mütəxəssisdir. Onlar hal- hazırda
mühüm kəşflər üzərində iş aparırlar. İnanıram ki,
yaxın gələcəkdə onlar önəmli ixtiralarla bizi
sevindirəcəklər. Günəş enerjisi ilə işləyən maşınla
bağlı ciddi bir layihə üzərində hazırda iş gedir. Eləcə
də robot texnikası, alternativ enerji mənbələri, yalnız
Xəzər Universitetinin adı ilə bağlı kompüter
proqramlarının hazırlanması da mühüm layi-
hələrimizdəndir.
Müasir dünya standartlarına cavab verən
laboratoriyalar qururuq. Məzunlarımız dünyanın
nüfuzlu şirkətlərində işlə təmin olunur. BP şirkəti ilə
geniş əməkdaşlığımızı qeyd edə bilərəm. Bunu da
vurğulayım ki, əgər məzunumuz bizdən diplom alıb-
sa, deməli, mütləq şəkildə oxuyub alıb, başqa cür ola
bilməz. Məhz buna görə xarici şirkətlər bizim məzun-
larımıza daha çox üstünlük verirlər. Əlbəttə, arzuo-
lunandır ki, nüfuzlu şirkətlərlə, zəngin insanlarla
əməkdaşlığımız daha da genişlənsin, belə şirkətlər, in-
sanlar təhsilimizin gələcəyinə sərmayə yatırsınlar,
universitetimizdə onlarla istedadlı, bacarıqlı tələbə-
nin təhsil almasına sponsorluq etsinlər. Düşünürük
ki, yaxın zamanlarda mətbuatı həm layihələrimiz,
həm laboratoriyalarımız, həm də müəllim-tələbə kon-
tingentimizlə tanış etmək imkanı olacaq".
H.İsaxanlı sonda jurnalistlərin suallarını cavab-
landırıb.
Sevinc Mürvətqızı,
“525-ci qəzet”
16.01.15
14 | XƏZƏR XƏBƏR JURNAL
Yanvarın 18-də İctimai TV-də Xəzər Universitetinin təsisçisi, Direk-
torlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının “Elm
üçbucağı” proqramının növbəti verilişi oldu. “Böyük dostluq və böyük
ayrılıq” adlanan veriliş Friedrich Bodenştedt və Mirzə Şəfiyə həsr edil-
mişdi.
“ELM ÜÇBUCAĞI”
PROQRAMININ
NÖVBƏTİ VERİLİŞİ
Yanvarın 21-də Xəzər Universitetinin Mühəndis-
lik və tətbiqi elmlər fakültəsinin bir qrup tələbəsi tərə-
findən günəş enerjisi ilə işləyən kiçik avtomobilin ha-
zırlanmasına start verildi. Layihənin gerçəkləşmə-
sində rəhbər kimi Elektronika, telekommunikasiya və
radiomühəndislik departamentinin müdiri Nuru Səfə-
rov, tələbələrdən Lamiyə Məmmədova, Şəfa Abba-
sova, Lətif Quliyev, Tər-lan Həsənli, Nicat Rəcəbli,
Mirvüsal Miriyev, Nahid Cəfərov, Ələvəz Qədimov
iştirak edirlər.
Layihənin mart ayının əvvəllərində yekunlaşacağı
nəzərdə tutulur.
GÜNƏŞ ENERJİSİ İLƏ İŞLƏYƏN KİÇİK AVTOMOBİL HAZIRLANIR
Xəzər Universitetinin Psixologiya departamentinin
koordinatoru Ülkər İsayeva yanvarın 16-da Xəzər TV-də
yayımlanan “Yeri gəlmişkən” verilişində “Dayə, yoxsa
valideyn?“ mövzusunda çıxış etmişdir. Canlı efir zamanı
dayə seçimində nələrə diqqət yetirilməsi, uşaqların aldığı tər-
biyədə valideyn və dayənin üstünə düşən məsuliyyət və
bununla bağlı bir sıra məsələlər geniş müzakirə olunmuşdur.
ƏMƏKDAŞIMIZ XƏZƏR TV-NİN
“
” VERİLİŞİNDƏ
YERİ GƏLMİŞKƏN
2015-ci il fevral ayında növbəti Webometrics Dünya ali
məktəblərinin reytinqi (sıralaması) elan olunmuşdur.
Reytinq cədvəlində Xəzər Universiteti Azərbaycanda
birincidir.
Qeyd edək ki, Webometrics universitet kitabxana-
larının reytinqini də elan etmişdir. Xəzər Universiteti kitab-
xanası Azərbaycanda 1-ci olmuş, Mərkəzi-Şərqi Avropa
kitabxanaları reytinqində 70-ci yerdə qərar tutmuşdur.
Ətraflı məlumatı
http://www.webometrics.info/en/Europe/Azerbaijan
linki vasitəsilə əldə etmək olar.
XƏZƏR UNİVERSİTETİ
AZƏRBAYCANDA YENƏ BİRİNCİDİR
15
XƏZƏR XƏBƏR JURNAL |
Yanvarın 23-də İngilis dili və ədəbiyyatı departa-
mentinin tələbələri – Leyla Rəhimova ”Zərflərin və
sifətlərin müqayisəli linqvistik analizi” (elmi rəhbər
Eldar Şahgəldiyev), Fidan Əliyeva “A.S.Puşkinin
“Yevgeni Onegin” əsərində təşbehlərin rus dilindən
ingilis dilinə tərcüməsi” elmi rəhbər Daniel Paul)
mövzularında dissertasiya müdafiə etmişlər.
L. Rəhimovanın dissertasiyasında zərf və sifətin
qrammatik, morfoloji, sintaktik və semantik xüsusiy-
yətləri, habelə bəzi xüsusi sifət və zərflərin cümlədə
yeri, onların istifadəsində yaranan ümümi səhvlər və
sifətlərin substansivizasiyası adlandırılan spesifik fe-
nomeni, F. Əliyevanın dissertasiyasında isə
G.Conston və G.Ledcerin tərcüməsində “Yevgeni
Onegin”də təşbehlərin seçilməsi məsələləri araşdı-
rılmışdır.
Bəylər Haciyevin sədrliyi ilə müdafiə komissiya-
sı hər iki işi müsbət qiymətləndirmişdir.
TƏLƏBƏLƏRİMİZ MAGİSTR DİSSERTASİYASI MÜDAFİƏ ETMİŞLƏR
Yanvarın 21-də xeber 365.com saytında Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar
Şurasının sədri professor Hamlet İsaxalının müsahibəsi (video variantından müəyyən ixtisarla) dərc
olunmuşdur. Müsahibədə Xəzər Universiteti, Azərbaycanda təhsil sistemi haqqında söhbət açılmışdır.
Müsahibə ilə bu linkdə tanış ola bilərsiniz:
http://www.xeber365.com/cgibin/site2/main2.cgi?choice=article&s=155&d=3462
(Müsahibənin tam mətni jurnalın 26-cı səhifəsində dərc olunur).
Yanvarın 21-də Tarix və arxeologiya departamen-
tində “Azərbaycan arxeologiyası” jurnalının baş
redaktoru Qüdrət İsmayılzadə, redaksiya heyətinin
üzvləri –Tarix Dostiyev və Roza Arazovanın iştirakı
ilə iclas keçirildi. İclasda Xəzər Universiteti
nəşriyyatının əməkdaşı Zakir Nəbiyev, Elektron
media üzrə koordinator Alik Əlioğlu da iştirak
edirdilər. İclasda“Azərbaycan arxeologiyası”
jurnalının saytının yaradılması, jurnalın yeni
nömrələri üçün hazırlanan elmi məqalələrin
keyfiyyəti və jurnalla bağlı digər məsələlər ətraflı
müzakirə olundu.
“AZƏRBAYCAN ARXEOLOGİYASI”
JURNALI REDAKSİYASININ İCLASI
XEBER 365. COM
SAYTINDA
HAMLET İSAXANLININ MÜSAHİBƏSİ
Xəzər Universitetinin Multimedia mərkəzi “Xəzər Xəbər” jurnalının 20 illiyi münasibətilə videoçarx
hazlrlayaraq, özünün You Tube kanalında (Media center of Khazar) yerləşdirmişdir.
“XƏZƏR XƏBƏR” JURNALININ
20
İLLİYİ
MÜNASİBƏTİLƏ YOU TUBE-DƏ VİDEOÇARX
16 | XƏZƏR XƏBƏR JURNAL
G
ürcüstan Milli Elmlər Akademiyasının
dəvəti ilə Xəzər Universitetinin təsisçisi,
Direktorlar və Qəyyumlar Şurasının
sədri professor Hamlet İsaxanlı fevralın 9-11-də
Gürcüstanın paytaxtı Tiflis şəhərində işgüzar səfərdə
oldu.
Gürcüstan MEA-da keçirilən toplantıda akade-
miyanın həqiqi və müxbir üzvləri, universitetlərdən
gəlmiş professorlar, Gürcüstan parlamentinin üzv-
ləri, elm və sənət adamları, ictimai xadimlər,
tələbələr, həmçinin Gürcüstanın müxtəlif bölgələrin-
dən gəlmiş Azərbaycan dilli ziyalıların iştirak
edirdilər. Toplantı geniş əks-səda doğurdu,
Gürcüstan və Azərbaycan mediası toplantı haqqıda
məlumat verib, onu geniş şərh etdilər.
Toplantını Gürcüstan Milli Elmlər Akademiyası-
nın prezidenti Giorgi Kvesitadze açdı. O, H.İsaxanlı-
nın yaradıcılığı haqqında qısa məlumat verərək,
Azərbaycan və Gürcüstan elm adamlarının əlaqə-
sinin xüsusilə vacib olduğunu vurğuladı. O,
H.İsaxanlının bu sahədə fəallığından məmnuniyyət
duyduğunu dilə gətirdi və Gürcüstan MEA ilə Xəzər
Universiteti arasında bu yaxınlarda əməkdaşlıq mü-
qaviləsi imzalandığını yada saldı. G.Kvesitadze
H.İsaxanlının müraciət etdiyi mövzunun Qafqazşü-
naslıq və xüsusilə Gürcüstanın sosial həyatı və mə-
dəniyyəti baxımından mühüm əhəmiyyət kəsb
etdiyini dedi. Prezident G.Kvesitadze H.İsaxanlıın
Gürcüstan MEA-ya hədiyyə etdiyi “Azərbaycan
Milli Atlası”nı toplantı iştirakçılarına göstərdi, öz tə-
şəkkürünü bildirdi və sözü H.İsaxanlıya verdi.
H.İsaxanlı “Mirzə Şəfi və F.Bodenştedtin Tiflis
görüşü- Qafqazşünaslıq məsələləri” mövzusunda
mərusəzini hər kəsin anlaması üçün rus dilində etdi.
HAMLET İSAXANLININ
GÜRCÜSTAN MEA-DA MƏRUZƏSİ
pon the invitation of the Georgian
U
National Academy of Sciences (GNAS),
Prof. Hamlet Isaxanli, founder of Khazar
University and Chairman of its Board of Directors
and Trustees, visited Tbilisi, the capital of Georgia,
on February 9-11.
On February 10th, he spoke at a meeting of
GNAS. Participants included active and correspon-
ding members of GNAS, university professors,
members of the Georgian Parliament, artists,
scholars, pub lic ser vants, students, and
Azerbaijani-speaking intellectuals from various
regions of Georgia. The event was widely covered
by Georgian and Azerbaijani media.
The president of GNAS, Giorgi Kvesitadze, ope-
ned the meeting. He gave brief information about
the scho larly activities of H.Isaxanli and
emphasized the critical importance of Georgian-
Azerbaijani scholarly relations. He said that he was
especially pleased with H.Isaxanli for his efforts in
this area, citing a recently-signed agreement bet-
ween GNAS and Khazar University. G.Kvesitadze
stated that the topic of H.Isaxanli’s lecture was ext-
remely important from the perspective of Georgian
social and cultural studies and Caucasus studies in
general. Then President Kvesitadze showed the au-
dience the Azerbaijani National Atlas, which
H.Isaxanli had given to GNAS, and he thanked
H.Isaxanli and gave him the floor.
H.Isaxanli made his presentation on “The
Meeting of Mirza Shaffy and F.Bodenstedt in
Tbilisi: Issues of Caucasus Studies” in Russian so
the whole audience would understand.
Dostları ilə paylaş: |