"MÜVƏFFƏQİYYƏT VƏ MƏSULİYYƏT" MÖVZUSUNDA SEMİNAR
Fevralın 10-da "Microsoft Azərbaycan" şirkəti-
nin Təhsildə Əməkdaşlıq proqramının meneceri
Emin Axundov Xəzər Universitetində Mühəndislik
və tətbiqi elmlər fakültəsinin Kompüter elmləri və
Kompüter mühəndisliyi ixtisaslarında təhsil alan tələ-
bələrlə görüşüb. Görüşün məqsədi tələbələri Azər-
baycanda keçiriləcək “Microsoft Imagine Cup” in-
novasiya müsabiqəsinə cəlb etmək və müsabiqənin
şərtləri ilə tanış etmək idi.
Müxtəlif təhsil müəssisələrindən olan tələbələrin
iştirakı ilə keçirilən müsabiqə “Oyunlar”, “İnnovasi-
yalar” və “Dünya vətəndaşlığı” kateqoriyalarından
ibarət üç istiqamət üzrə təşkil edilib. Milli təsnifat mər-
hələsinin hər bir kateqoriya üzrə olan qalibləri cari
ilin may ayında onlayn rejimdə keçiriləcək beynəl-
xalq yarımfinal mərhələsinə vəsiqə qazanacaqlar. Ya-
rımfinal mərhələsində də uğur qazanmış iştirakçılar
isə bu ilin iyul ayında ABŞ-ın Sietl şəhərində təşkil
ediləcək sonuncu – final mərhələsində Azərbaycanı
təmsil etmək hüququ əldə edəcəklər.
“MICROSOFT IMAGINE CUP” MÜSABİQƏSİNİN ŞƏRTLƏRİ İLƏ TANIŞLIQ
Fevralın 10-da Azərbaycan Dövlət İqtisad Uni-
versitetində “Ali təhsildə keyfiyyətin təminatı” möv-
zusunda iclas keçirilmişdir. 2014-cü ilin oktyabr
ayından 2015-ci ilin aprel ayına qədər davam edəcək
bu layihə nisbətən kiçik miqyaslı olsa da, onun əsas
diqqəti gələcəkdə daha iri layihələr üçün bazanın ya-
radılması üzərində cəmləşəcək. Layihənin bir hissəsi
bütövlükdə Boloniya prosesi, eləcə də ali təhsilin key-
fiyyəti ilə əlaqədar alət və vasitələrlə tanışlığa həsr
ediləcək.
İclasda Xəzər Universiteti Magistratura, dokto-
rantura və elmi işlər bölməsinin müdiri, fəlsəfə dok-
toru Eldar Şahgəldiyev və Təhsil fakültəsinin dekanı,
fəlsəfə doktoru Elza Səmədova iştirak etmişlər.
“ALİ TƏHSİLDƏ KEYFİYYƏTİN TƏMİNATI” MÖVZUSUNDA İCLAS
King's College London maqistratura məzunu Pər-
vin Sadıqova fevralın 12-də Xəzər Universitetində tə-
ləbələr üçün “Kibertəhlükəsizliyin əhəmiyyəti” möv-
zusunda seminar keçirdi. Seminarda Xəzər Uni-
versitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şura-
sının sədri professor Hamlet İsaxanlı, İT şöbəsinin iş-
çiləri və digər əməkdaşlar da seminarda iştirak etdi-
lər. Tədbirin axırında P. Sadıqova iştirakçıları maraq-
landıran suallara cavab verdi.
SEMİNAR: “KİBERTƏHLÜKƏSİZLİYİN ƏHƏMİYYƏTİ”
39
XƏZƏR XƏBƏR JURNAL |
“Dünya” məktəbinin ingilis dili müəllimi Altuntac
Məmmədovanın "Publications of Ahmed Jafaroghlu about the
Folklore of Azerbaijan in Europe” (“Əhməd Cəfəroğlunun
Azərbaycan folkloru haqqında Avropada çap olunmuş əsərləri”)
adlı məqaləsi Ukraynada Taras Şevçenko adına Kiyev Milli
Universitetinin “
i
” (“Dil və mədəniyyət”)
Мова
культура
jurnalında dərc olunmuşdur (buraxılış 16, cild IV (166), səh. 85-
92).
A. Məmmədovaya elmi yaradıcılığında yeni uğurlar arzulayı-
rıq.
(
).
Məqalə jurnalın 66-cı səhifəsində dərc olunur
“DÜNYA” MƏKTƏBİNİN
MÜƏLLİMİNİN MƏQALƏSİ
UKRAYNADA İNGİLİSCƏ
ÇAP OLUNMUŞDUR
Yanvarın 12-13-də ADA Universitetində Azərbay-
canın 9 univeristetindən (Qafqaz Universiteti, Xəzər
Universiteti, ADA, BDU, AzTU, İdarəçilik Akademi-
yası, Bakı Ali Neft Məktəbi, ADNA, İqtisad Universi-
teti) olan 20 müəllimə Java Fundamentals və Java
proqramlaşdırma mövzularında təlim keçirildi. Tə-
limdə Xəzər Universitetinin İnternet İnstitutunun di-
rektoru Rəşad Əliyev və Mühəndislik və tətbiqi elm-
lər fakültəsinin müəllimi Rasim Abdullayev iştirak et-
dilər. 15 həftə ərzində onlayn, 2 gün isə canlı olaraq ke-
çirilən təlimdə əsas məqsəd müəllimlərin bu mövzu-
larda peşəkarlığını artırmaq olub.
Təlimdə Türkiyədən gələn Sinem Kaya Oracle
Akademik Proqramı haqqında təqdimatla çıxış edib.
Qeyd edək ki, Oracle Akademik Proqramı çərçivə-
sində indiyə qədər dünyanın 96 ölkəsində xeyli sayda
mütəxəssis bu tip təlimlərin iştirakçısı olub.
Sonda təlimdə iştirak edən müəllimlər, o cümlədən
“Xəzər”in əməkdaşları R. Əliyev və R. Abdullayev
müxtəlif mövzularda təqdimatla çıxış etdilər.
MÜƏLLİMLƏR ÜÇÜN TƏLİM
Yanvarın 20-21-də Gürcüstanın paytaxtı Tiflisdə Davamlı Təhsil
Tempus layihəsinin “Kadr hazırlığı” mövzusunda növbəti təlimi
keçirilmişdir. Təlimdə Xəzər Universiteti, Gürcüstandan və Ermənis-
tandan olan universitetlər və Avropadan olan partnyor universitetlər
iştirak etmişdir. Təlimdə universitetlərin davamlı təhsil mərkəzlərinin
kadr hazırlığı haqqında geniş və ətraflı müzakirə aparılmışdır.
Təlimdə Xəzər Universitetini İnformasiya sistemlərinin proqram
təminatçısı və meneceri Rəşad Xalıqov təmsil etmişdir.
DAVAMLI TƏHSİL
LAYİHƏSİNİN
NÖVBƏTİ TƏLİMİNDƏ
Fevralın 2-5-də “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil mü-
əssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP) adlı Tem-
pus layihəsi çərçivəsində Yunanıstanın Makedoniya Universitetində
azərbaycanlı tərəfdaşların iştirakı ilə seminar keçirilmişdir. Tədbirdə
Şərq dilləri və din araşdırmaları departamentinin müdiri, fəlsəfə doktoru
Elnurə Əzizova Xəzər Universitetini təmsil etmişdir.
Seminarda əlilliyi olan tələbələrin ali təhsilə inteqrasiyasının təmin
olunması ilə əlaqədar AB təcrübəsi və qanunvericiliyi haqqında danışıl-
mış, onlara dəstək və konsultasiya xidmətləri haqqında məlumat veril-
miş, keyzlər təhlil olunmuş, gözdən əlil tələbələrə kitabxana xidmətləri-
nin inkişaf etdirilməsi məsələsi müzakirə edilmiş, əlilliyi olan tələbələrə
dəstək mərkəzlərinin yaradılması istiqamətində atılacaq addımlar müza-
kirə olunmuşdur.
ƏMƏKDAŞIMIZ
ESFIDIP
SEMİNARINDA
40 | XƏZƏR XƏBƏR JURNAL
Xəzər Universitetinin Təhsil departamentinin ma-
gistrantı Nuranə Mirişli fevralın 5-də ”Təlimdə tətbiq
olunan formativ qiymətləndirmənin şagirdlərin
özünü qiymətləndirməsinə təsiri” mövzusunda elmi
işini müdafiə etmişdir.
Magistrantın elmi rəhbəri fəlsəfə doktoru Elxan
Bəylərov, Müdafiə Şurasının üzvləri – fəlsəfə doktor-
ları İsaxan İsaxanlı, Ulduz Qəzvini, Məhərrəm Əli-
yev magistr işi barədə rəylərini söyləmiş, mövzu ət-
rafında müzakirə keçirildikdən sonra iş müsbət qiy-
mətləndirilmişdir. Magistrant Nuranə Mirişli Müda-
fiə Şurasının üzvlərinə, elmi rəhbərinə, rəyçilərə ona
göstərdikləri qayğı və köməyə görə təşəkkürünü bil-
dirmişdir.
TƏHSİL DEPARTAMENTİNDƏ DİSSERTASİYA MÜDAFİƏSİ
Türkiyəli müəllif Metin Turanın “Kültür – Kimlik
Ekseninde Türk Edebiyatı” (Ürün yayınları, 2015) ki-
tabının dördüncü nəşri çapdan çıxmışdır. Kitabın “Öl-
kə ədəbiyyatları”adlı bölümündə müəllifin “Yeni
Azərbaycan şeiri ve Hamlet İsaxanlı” əsəri də yer al-
mışdır (səh.181-190).
ADA Universiteti tərəfindən “Baku Dialogues”
(“Bakı dialoqları” cild №.1/Payız 2014) kitabı çap
olunmuşdur. Kitabın “ China's Geostrategy in Eura-
sia” (“Avrasiyada Çin geostrategiyası”, Prof. Jisi
Wang, Pekin Universiteti) fəslində panel iştirakçısı
kimi Xəzər Universitetinin təsisçisi, Direktorlar və
Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxan-
lının çıxışları da yer almışdır (səh. 21-42).
“KÜLTÜR – KİMLİK EKSENİNDE
TÜRK EDEBİYATI”
KİTABINDA HAMLET İSAXANLININ
POEZİYASI HAQQINDA MƏQALƏ
“BAKU DİALOGUES”
KİTABINDA
HAMLET İSAXANLININ
ÇIXIŞLARI VERİLMİŞDİR
41
XƏZƏR XƏBƏR JURNAL |
MÜSAHİBƏ
-Hamlet müəllim, hazırda
Azərbaycanda tərcümə sahəsində-
ki vəziyyəti necə qiymətləndirirsi-
niz?
- Əlbəttə, on il bundan əvvəllə mü-
qayisə edəndə, xeyli inkişaf var. Am-
ma biz bu sahədə qonşu Türkiyə və
İrandan - hələ mən başqa ölkələri de-
mirəm - çox-çox geri qalmışıq. Fak-
tiki olaraq, İranda da, Türkiyədə də
elmin, fəlsəfənin, bədii ədəbiyyatın
gözədəyən, tutarlı əsərlərini öz dillə-
rinə çevirirlər. Hətta elə kitablar var
ki, çox oxucusu, bazarı yoxdur, mə-
sələn, monoqrafiyadır - onu da çevi-
rirlər. Bu vüsət bizdə yoxdur. Düz-
dür, deyə bilərik ki, onlar böyük öl-
kələrdir, kitabların, hər halda, satıl-
maq şansı var. Üstəlik, insan qaynaq-
ları, kadr potensialları çoxdur. Am-
ma mən bunu Hollandiya, Belçika
haqqında da deyə bilərəm, baxmaya-
raq ki, onların əhalisi nisbətən azdır.
Bədii, fəlsəfi və elmi ədəbiyyat,
populyar elmi yazılar dilimizə çev-
rilməlidir. Bunun üçün sistemli iş get-
məlidir. Sistemli işi isə biz, hələ də,
sovet dövründəki kimi, dövlətdən
gözləyirik. Bu, doğru yanaşma deyil.
Özəl təşəbbüslər olmalıdır. Məsələn,
bizim 50-dən artıq ali məktəbimiz
var. Bu məktəblər elm, mədəniyyət
ocağıdır-onların özləri də bu işə töh-
fə verə bilərlər. Çünki o ocaqlarda
“Aydın yol”un suallarını Xəzər Universitetinin təsisçisi və rektoru,
tanınmış şair-tərcüməçi, fizika-riyaziyyat elmləri doktoru, professor
Hamlet İsaxanlı cavablandırır
HAMLET İSAXANLI: “33 ŞAİRLƏ RUHƏN
NECƏ YAXIN OLA BİLƏRƏM ?”
42 | XƏZƏR XƏBƏR JURNAL
alimlər toplaşıb, bəzilərində dil mü-
təxəssisləri hazırlanır. Amma bəzən
o dil mütəxəssisini elə hazırlayırlar
ki, tədris müddətində heç 5 səhifəlik
bir yazını tərcümə edib ortaya qoy-
mur. Burada nəşriyyatların da üzəri-
nə çox böyük iş düşür. Nəşriyyatlar
bacarıqlı tərcüməçiləri işə cəlb etmə-
lidirlər. Düzdür, bu, sərmayə tələb
edən bir işdir. Amma, hər halda, bu iş-
ləri görmək lazımdır. Yeni dövrün ya-
zıçılarını, şairlərini təqdim etmək gə-
rəkdir. Təəssüf ki, az universitet bu
işi görür.
Elmi ədəbiyyatın bədii ədəbiyya-
ta nisbətən az tərcümə olunması, yax-
şı hal olmasa da, başa düşüləndir.
Heç olmasa, dərslik xarakteri daşı-
yan kitabları tərcümə etmək lazım-
dır. Təəssüf ki, bu sahədə də iş axsa-
yır. Azərbaycan ədəbiyyatı nümunə-
lərinin dünya dillərinə tərcüməsi də
çox aşağı səviyyədədir. Bədii ədə-
biyyatın sistemli tərcüməsi işi get-
mir. Ya hansısa yazıçı özü bunu edir,
yəni öz əsərlərini tərcümə etdirir, ya
xarici ölkələrdən kimsə özü maraq
göstərir. Öz bədii ədəbiyyatımızı, ta-
rixi əsərləri, mədəniyyətimizi əks et-
dirən əsərləri başqa dillərə çevirmə-
liyik. Fikrimi əsaslandırmaq üçün si-
zə bir fakt deyim: mən 1993-cü ildə
Los-Anceles Kaliforniya Universite-
tində olanda (o vaxt həmin universi-
tetin kitabxanasında 9 milyon kitab
var idi) maraqlandım, görüm, Azər-
baycan haqqında hansı kitablar var.
Kataloqa baxanda, gördüm ki, cəmi
200-dən bir az artıq kitab var. Onun
da çoxu sovet dövründə yazılmış, da-
ha çox sovet təbliğatına həsr olun-
muş kitablardır. Əksəriyyəti də rus di-
lində. Sonra erməni dilində hansı ədə-
biyyatın olduğu ilə maraqlandım.
Məlum oldu ki, ermənilərin orda 66
minlik kitabxanası var - ingilis, al-
man, fransız, erməni dillərində yazıl-
mış ədəbiyyatdan ibarət böyük, ayrı-
ca bir kitabxana.
Düzdür, Los-Anceles ermənilə-
rin məskunlaşdığı bir yerdir. Onlar
16-cı əsrin sonlarından Avropada,
Amerikada məskunlaşıb, təbliğatla-
rını aparıblar. Amma biz də işləməli-
yik, özümüzü təqdim etməliyik.
Bununla belə, son vaxtlar Azər-
b a y c a n d a t ə r c ü m ə y ə d i q q ə t
verilməyə başla nıb. Prezidentin
sərəncamı ilə Nazirlər Kabineti
yanında Tərcümə Mərkəzi yaradılıb.
Hiss olunur ki, iş gedir. Yəni,
vəziyyət ümidvericidir.
-Bəs, universitetiniz bu istiqa-
mətdə hansı işləri görür?
-Bizim universitetdə tərcümə
mərkəzimiz var. Müəyyən sayda ki-
tab tərcümə etmişik. Onlar çox fun-
damental əsərlərdir. Məsələn, Tade-
uş Svyatikovskinin “Rusiya və Azər-
baycan” kitabı kimi. Bilirsiniz ki,
onun bir kitabı var idi - “Azərbaycan
Rusiya dövründə”. Sonra ikinci-
adını çəkdiyim kitabı da nəşr olundu.
Bu sanballı əsərin bir fəslində
Cənubi Azərbaycandan, bir fəslində
Şimali Azərbaycandan bəhs olunur.
Biz o kitabı tərcümə etdik. Və kitabın
Azərbay can dilində nəşri üçün
müəllif xüsusi əlavələr etdi. Bundan
başqa, jurnalistikaya aid sanballı iki
dərslik tərcümə etdik - biri, aşağı
kurslarda oxu yan lar, biri isə
doktorantura və magist raturada
oxuyanlar üçün. Düşünürəm ki,
bunu da etmək çox vacib idi.Çünki
jurnalistika metodları qərbdə və
burda xeyli fərqlidir. Onlar da
jurnalistika daha çevikdir, daha rən-
garəngdir. Bədii kitablar da tərcümə
etmişik. Paulo Koelyonun “Əl-
kimyaçı”sını bizdə magistraturada
oxuyan bir xanım tərcümə edib. Bu-
nun üçün Paulo Koelyonun özündən
icazə aldıq. Gürcü müəllifinin rusca
yazdığı “Gürcüstanda gürcü, yoxsa
erməni kilsələri?” adlı kitabı ingilis-
cəyə çevirdik, Xəzər Universiteti nəş-
riyyatında işıq üzü gördü. Eyni za-
manda, “Poeziya antologiyası” bu-
raxmışıq. İngilis, fransız və alman di-
lindən Azərbaycan dilinə və Azər-
baycan dilindən həmin dillərə şeirlər
tərcümə etmişik. Kitabın içində tər-
cümə ilə orijinalı yanaşı vermişik. 6
cildlik “İngiliscə-Azərbaycanca lü-
ğət” üzərində işlədik. 3 cildi çıxıb, 4-
cü cild çapdadır, 5-ci və 6-cı cildlərin
üzərində redaktə işi gedir. Təsəvvür
edin ki, heç ingiliscə-rusca o boyda
lüğət yoxdur. Cəmi 3 hərflə, yəni A,
B, C hərfləri ilə başlayan sözlərin top-
landığı birinci cild 800 səhifədir.
Özü də kiçik şriftlə yığılıb.
Başqa tərcümələrimiz də olub. Di-
gər tərəfdən, tərcüməçilik sahəsində
43
XƏZƏR XƏBƏR JURNAL |
araşdırmalar aparırıq, özüm irihəcm-
li məqalələr yazıram. Elə bir ay əvvəl
Kanadanın beynəlxalq “Meta“ dər-
gisində “Şərq-qərb dəhlizi” haqqın-
da bir məqaləm çap olundu. Məsələ
burasındadır ki, dəfələrlə bizim kə-
narda qalmağımızla üzləşirik. Bir mi-
sal. Avropada ingiliscə tərcümə en-
siklopediyası buraxıblar, orada re-
gionlar üzrə xülasələr və araşdırma-
lar veriblər. İslam regionu kimi, ərəb
dünyasına aid ikitərəfli tərcümələr
haqqında yazıblar, Osmanlı-Türkiyə
və İrana aid ikitərəfli tərcümələrdən
geniş söhbət açıblar. Qalanları haq-
qında heç nə yoxdur. Mən o ensiklo-
pediyanı gördüm, dedim, bəs keçmiş
Sovetlər birliyində olan, yəni Rusi-
ya, Orta Asiya və Qafqazdakı müsəl-
man bölgələr niyə unudulub? Qeyd
etdim ki, islam dünyasında modern-
ləşmə və islahatların çoxu bu bölgə-
lərdən başlayıb və ya qaynaqlanıb.
Azərbaycanda Mirzə Fətəli Axund-
zadə, Əli bəy Hüseynzadə, Əhməd
Ağaoğlu, Məhəmmədəmin Rəsulza-
də kimi ziyalılar yetişib. İsmayıl
Qasprinski və digərlərini yada sal-
dım.
- Yeri gəlmişkən, fevralda uni-
versitetinizdə “İslam mədəniyyə-
tində elm və texnologiya” mövzu-
sunda simpozium keçirəcəksiniz.
Bu mövzuya müraciət etməyiniz
son dövrlər dünyada baş verən pro-
seslərləmi bağlıdır?
- Bu, çoxdan planlaşdırılmış və ar-
dıcıl aparılan bir işdir. Məsələ bura-
sındadır ki, dünyadakı böyük sivili-
zasiyaların hamısı biri digərindən nə-
lərisə götürüb, inkişaf edib. Məsələn,
islam sivilizasiyası yunan sivilizasi-
yasından bəhrələnib. Bütün fəlsəfi,
elmi ədəbiyyatı tərcümə ediblər.
Onun üzərində islam mədəniyyəti in-
kişaf edib.
Sonra Avropa mədəniyyəti də is-
lam mədəniyyətindən bəhrələnib.
Amma Avropada islam dünyasının
rolu unudulub. Bəzən isə, hətta ko-
bud tərzdə deyirlər ki, onlar ancaq yu-
nan biliklərini bizə ötürüblər, başqa
heç nə etməyiblər. Amma sonralar
elə avropalıların özləri bunu təkzib et-
dilər. Böyük məqalələr yazdılar, yeni
anlayışlar gətirdilər, məsələn, “elm-
də Marağa inqilabı” kimi... Avropalı-
lar özləri yazdılar ki, NəsirəddinTusi
və onun ətrafındakı alimlər astrono-
miyada əhəmiyyətli kəşflər ediblər
və onların da böyük hissəsi Nikolay
Kopernikin kitabında var. Adını çək-
məsə də, amma NəsirəddinTusinin
məşhur lemması (Tusi cütü) və Tusi
məktəbinin digər nümayəndələrinin
gəldikləri elmi nəticələr Kopernikin
əsərlərinə olduğu kimi daxil edilib.
- Deməli, Kopernik plagiatlıq
edib...
- Müəyyən mənada elədir. Nə za-
mandır araşdırmalar gedir - bu, necə
olub, hardan götürüb, niyə belə edib?
Yəni islam sivilizasiyası güclü-
qüdrətli bir sivilizasiya olub, amma
nisbətən az öyrənilib. Avropalılar
onu bizdən yaxşı öyrənirlər. Beləlik-
lə, biz islamın elm, fəlsəfə, ədəbiyyat
tarixini araşdırırıq. Universitetimiz-
də bu istiqamətdə çalışanlar var və
vaxtaşırı bununla bağlı seminarlar,
konfranslar keçiririk.
- “Koroğlunun Amerika səfəri”
ilə bağlı tapıntılarınız haqqında
eşitdik. Bu barədə nə deyə bilərsi-
niz?
- Xeyli maraqlı məlumat verə bi-
lərəm. Ancaq hələ ki yazını bitirmə-
diyim üçün yarımçıq nə isə demək is-
təmirəm...
- Bir az da tərcümə prosesi ba-
rədə. Məsələn, məşhur ingilis şairi,
mistiki Uilyam Bleyki tərcümə et-
məyin Corc Bayronu tərcümə et-
məkdən fərqi nədədir?
- Əslində, istənilən poeziyada bir
mistika var. Çünki poeziya obrazlar-
la danışır, əgər adi sözü olduğu kimi
deyəcəksənsə, onda poeziyaya ehti-
yac qalmır. Obrazlarla danışanda isə,
təbii ki, ora bir mistika gəlir. Ona gö-
rə də, mən düşünmürəm ki, Bleyki
tərcümə edəndə Bayrondan və ya An-
na Axmatovadan fərqli bir dünyaya
qapılmışam. Anna Axmatova yazır
ki, deyirlər, şair özünə bənzəyən, ru-
hən özünə yaxın olan adamları tərcü-
mə eləməlidir. Mən 33 şair tərcümə
etmişəm, necə ruhən onların hamısı-
na yaxın ola bilərdim? Yazır ki, Vik-
tor Hüqo ilə mən çox fərqli adamla-
rıq, amma onu böyük məmnuniyyət-
lə tərcümə etmişəm. Çünki insan
44 | XƏZƏR XƏBƏR JURNAL
özündən fərqli insanların iç dünyası-
na girməyi bacarmalıdır.
- Riyaziyyatla məşğul olursu-
nuzmu?
- Riyazıyyat möhtəşəm və çox
sevdiyim bir elmdir, ondan aralı düş-
mək mümkün deyil. Ancaq riyaziy-
yatla, əsasən, cavan yaşlarında əsaslı
məşğul olurlar. Məsələn, mən 25 ya-
şımda elmlər namizədi dərəcəsi al-
mışdım, dünyanın çox yerlərində də
məqalələrim çıxırdı, dünyanı gəzir-
dim. O vaxtlar və sonralar riyaziy-
yatla bağlı lazım bildiyim xeyli iş gör-
düm. Sonra hesab elədim ki, mənim
içimdə olan tarix, ədəbiyyat, huma-
nitar düşüncə-bunlara da böyük ma-
raq var. Riyaziyyatla məşğul olanda
da həmişə o sahənin tarixini araşdı-
rardım. Moskva Dövlət Universite-
tində oxuyurdum (aspiranturada). Tə-
ləbələr də, professorlar da riyaziyyat
tarixi ilə bağlı bir şey olanda məndən
soruşurdular. Yəni içimdə bir tarix,
ədəbiyyat, fəlsəfə sevgisi vardı, necə
deyərlər, “özüm üçün” qeydlər edər-
dim həmişə. Son 20-25 ildə daha çox
intellektual tarix haqqında, elm, fəl-
səfə, din, ədəbiyyat, mədəniyyət tari-
xi haqqında məqalələr və kitablar ya-
zıram. Eyni zamanda, tərcümə nəzə-
riyyəsi, müəyyən dil problemləri, lek-
sikoqrafiya və sairə ilə də maraqlanı-
ram. Amma indi daha intensiv huma-
nitar-sosial sahələr və zəka tarixi ilə
məşğul oluram.
- Fizika-riyaziyyat elmləri dok-
torusunuz, riyazi fizika ilə məşğul
olmusunuz. “Böyük partlayış nə-
zəriyyəsi”ni qəbul edirsinizmi?
- Elmdə bu, belə deyək, təqribən
qəbul olunub. Amma şübhə edənlər
də var. XX əsrin 20-30-cu illərində
Amerikada astronomlar belə bir şey
öyrəndilər ki, işığın spektrində də-
yişmələr var. Bu, adi dildə o demək-
dir ki, bütün obyektlər uzaqlaşırlar.
Uzaqlaşmanın sürətini ölçərək id-
dia edirlər ki, nə vaxtsa bütün bu ob-
yektlər bir nöqtənin ətrafında imişlər
və oradan uzaqlaşıblar. Onu da he-
sablayırlar ki, təqribən 14 milyard il
bundan əvvəl, kainat kiçik, qeyri-adi
dərəcədə sıx bir şey, nöqtə kimi bir
materiya imiş. Partlayış əmələ gəlib,
bu partlayışın nəticəsində kainat ya-
ranıb. Sonra ardıcıl nələr baş verib,
necə baş verib, həyat necə əmələ gə-
lib – bu kimi məsələləri də araşdırıb
əsaslandırırlar. Yəni bunun müəyyən
ciddi bir elmi əsası var.
Amma əleyhinə gedənlər də var,
çünki orda çoxlu suallar var. Məsə-
lən, sual var ki, o partlayışdan əvvəl
nə olmuşdu? Cavab verirlər ki, əv-
vəl yoxdur. Zaman anlayışı da o part-
layışla başlayıb. Populyar bir nəzə-
riyyədir. O nəzəriyyələri nə tam is-
bat, nə də təkzib etmək olur. Elmdə
belə bir şey var: model qurursan, o
model tam real olmasa da, həyatdakı
hansısa hadisələri müəyyən qədər
izah edə bilir. Sonra başqa birisi daha
aydın model düzəldir. Necə ki, Nyu-
tonun bir kainat modeli vardı, Eynş-
teyn onu təkzib etmədi, sadəcə, on-
dan daha mükəmməlini yaratdı. Nyu-
tonun modeli bizim gözümüzlə gör-
düyümüz dünyanı izah edir, amma
Eynşteynin modeli işıq sürətinə ya-
xın olan hadisələri, təsəvvür edilməz
dərəcədə çox-çox uzaqlarda olanı da
izah edə bilir.
Dostları ilə paylaş: |