XƏZƏr xəBƏR №337 fevral 2015 khazar-review


-  Zamanın  haradan  başlaması



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə7/12
tarix07.04.2017
ölçüsü0,96 Mb.
#13627
1   2   3   4   5   6   7   8   9   ...   12

-  Zamanın  haradan  başlaması 

və harada bitəcəyi məsələsi bir çox 

fiziklərin toxunduğu məsələdir. Be-

lə bir fikir mövcuddur ki, yaşadığı-

mız dünya zamandan ibarətdir və 

bir gün o bitəcək.  Yeri gəlmişkən, 

bu, ədəbiyyatda da yer alıb. “Alisa 

möcüzələr  diyarında”,  “Zaman 

maşını” kimi əsərlərdə yerin, vax-

tın  yalnız  bir  nöqtədə  dayandığı 

mərkəzindən bəhs edilir... Maraq-

lıdır ki, Quranda, İncildə də günlə-

rin  həddindən  artıq  qısalacağı  və 

qiyamət günü barədə danışılır...

- Mən Quranda və ya İncildə cid-

di bir elm olması fikrinin tərəfdarı de-

yiləm.  Bunlar  əxlaq  kitabları,  düz-

gün sayılan yaşayış qaydaları kitabı, 

həyat  məcəlləsidir.  Əlbəttə,  orda 

müdriklik var. Amma bu, elm deyil. 

Kim deyirsə ki,  ay nə bilim, Nyuto-

nun yaratdığı cazibə qanunu Quran-

da da var - belə söhbətlər primitiv ya-

naşmanın təzahürüdür. Quranın, İn-

cilin məqsədi o deyil. Amma belə bir 

şey var -uzun zaman İslam dünyasın-

da  Qurana  ehtiram  çox  böyük  olub 

və bir zamanlar da elmi səviyyə dü-

şüb aşağı. Yəni orta əsrlərdə Xarəz-

mi, İbn Sina, Biruni, İbn Heysəm, Nə-


45

XƏZƏR  XƏBƏR  JURNAL |  

sirəddin Tusi kimi nəhənglər var idi, 

amma  sonra  səviyyə  düşdü,  İslam 

dünyasını  böhran  bürüdü,  hərbi 

uğurlara  uyuldu,  tənqidi  düşüncə, 

elm unuduldu. Avropa irəli getdi. On-

da sanki bu geriqalma kompleksi ilə 

kefsizləşən  islam  dünyası  başlayır 

ki, sizin Nyuton var, bizdə də Quran-

da hər şey var. Belə  şeylər əmələ gəl-

di və dinlə elm arasında çəkişmə düş-

dü. 


Abbasqulu Ağa Bakıxanovun ast-

ronomiya  tarixinə  aid  “Əsrar  əl-

Məlaküt” (“Göylərin sirri”) adlı əsə-

ri var. Ərəbcə yazıb, Türkiyədə sulta-

na bağışlayıb. O dövrdə türkcəyə də 

çeviriblər. O əsərdə Abbasqulu Ağa 

Bakıxanov qədim dövrdən öz dövrü-

nəqədər  astronomik  görüşləri-

alimlərin dediklərini yazıb, qədim yu-

nanlardan başlayıb Kopernik və Kep-

lerə qədər gəlib çıxıb. Bəzi şeyləri də-

qiq deyib, riyaziyyatçı, fizik olmadı-

ğından  bəzi  şeylərdə  səhvlər  edib. 

Amma yaxşı bir iş görüb, maarifçi ki-

mi  Avropada  kainat  haqqında  edil-

miş kəşfləri xalqa (yəni oxumaq istə-

yənlərə və oxudanlara) sadə dildə çat-

dırıb. Əsərin axırıncı paraqrafı odur 

ki, müasir elmlə Quran arasında zid-

diyyət yoxdur. Çünki o zaman, bir tə-

rəfdən, elmlə məşğul olanlar arasın-

da Qurana küfr edənlər olurdu, bir tə-

rəfdən də din xadimləri elmə qarşı çı-

xırdılar. 

Bakıxanov çox geniş düşüncəli, o 

dövrün  ən  hərtərəfli  ensiklopedik 

bilik  sahibi  olan  şəxsi  olub.  Avro-

paya gedib, gəzib, fəlsəfə, coğrafiya, 

elm  tarixi  və  siyasi  tarixlə  tanış  və 

məşğul olub, dilçi və tərcüməçi olub. 

Başa  düşürdü  ki,  elm  gözəldir.  Gö-

rürdü  ki,  dünyanın  inkişafında  elm 

nə qədər rol oynayıb. Amma, bunun-

la  bərabər,  çox  mömin  adam  olub. 

Ona görə də, həmin əsərin bu paraq-

rafı  çox  maraqlı  və  əhəmiyyətlidir. 

Orada o da həmin fikri deyir ki, bu nə-

zəriyyələr Quranla uyğun gəlir. Am-

ma bu yazı, o dövr üçün idi. Mən dü-

şünürəm ki, bu dövrdə elm bir şeydir, 

din  tamam  başqa  bir  sahədir.  İkisi 

bir-birinin işinə qarışmamalıdır. Dün-

ya gözümüzün qabağında dəyişir, tex-

nologiya  inkişaf  edir.  Bu  gün  yaşa-

mağı daha rahat, daha maraqlı edən 

nə varsa, o cümlədən texnologiya, el-

min  övladıdır.  Elmin  də  insanların 

inancına,  dinə  hücum  eləməyə  ixti-

yarı yoxdur. Çünki elə suallar var ki, 

elm ona cavab verə bilmir. Məsələn, 

insan həyatı, insan xarakteri, xeyir nə-

dir,  şər  nədir,  yaxşı-pis  nədir,...-

bunların  elmi  nəzəriyyələri  yoxdur. 

Elmdə din axtarsan səhv edəcəksən, 

dində elm axtarsan səhv edəcəksən- 

mənim fikrim belədir.

Qaldı  ki,  zaman  haqqında  fiziki 

və mistik fikirlərə, Eynşteynin nisbi-

lik  nəzəriyyəsinə  görə  işıq  sürətinə 

yaxın hərəkət zamanı fəza və zaman 

müəyyən əyilmələrə məruz qalır. Bir 

adam  işıq  sürətinə  yaxın  kainatın 

uzaq yerlərinə səfər edirsə, orada za-

man Yerdəki zamana nisbətən az ke-

çir.  Məsələn,  adam o  uçuşda  kainat 

baxımdan 3 il zaman sərf edirsə, yer-

də həmin vaxt, deyək ki, 30 il olacaq. 

Və adam Yerə qayıdanda öz uşağın-

dan kiçik yaşda ola bilər...

- Axı, bəzi fiziklər qiyamətin ne-

cə baş verəcəyi haqqında nəzəriy-

yə irəli sürürlər...

-    Dünyada  populyarlıq  qazan-

maq üçün elmdən istifadə edən o qə-

dər insanlar var ki… Məsələn, Harun 

Yəhya var, bütün dünyada onun “el-

mi-dini kəşfləri”nə  istehza ilə baxır-

lar...

-  Şeirlərinizdən  belə  görünür 

ki, Allaha inanırsınız...

- Şeirlərimdəki “Allah” ifadəsi da-

ha çox müraciət formasıdır. Hətta də-

rin ateist olanlar da “Allah”, “Tanrı” 

sözlərindən istifadə edirlər, “vallah” 

deyirlər. Mən Peyğəmbərin varlığına 

çox rahat inanıram, o olub, böyük iş-

lər görüb – bu gerçək tarixdir, anlaşı-

lan bir şeydir. Amma Allahın varlığı-

nı hərə bir cür başa düşür. Onu antro-

pomorfik  (insanabənzər)  təsəvvür 

edə bilməzsən, ziddiyyətlər əmələ gə-

lir. Bəs, necə təsəvvür edəsən? Yəni 

bu, elə “ilk partlayış” kimi bir şeydir!

 

Qızılgül  Abdin

“Aydın yol” qəzeti

06.02.2015


46 | XƏZƏR XƏBƏR  JURNAL

Kral Salman 1935-ci il  dekabrın 31- də anadan olub. Kral Abdü-

ləziz  ibn  Saudun  25  oğlundan  biridir. Anası  Həssa  əl-Südairidir. 

Kral Abduləzizin bu arvadından olan yeddi oğlundan altıncısıdır. 

Kral Salman 1962-2011-ci illərdə Ər-Riyad vilayətinin quberna-

toru, 2011-ci ildən isə Səudiyyə Ərəbistanının müdafiə naziri vəzi-

fəsini icra edib. 2012-ci ilin 18 iyunundan öz qardaşı şahzadə Naifin 

ölümündən sonra baş nazirin birinci müavini və varis şahzadə təyin 

edilib. Salman ibn Abduləziz qardaşı kral Abdullahın səhhətindəki 

problemlərə görə 2012-ci ildən faktiki olaraq ölkəni idarə edib.

Yeni kral oğlu Məhəmməd bin Salmanı   ölkənin müdafiə naziri 

təyin edib. 34 yaşlı şahzadə, həmçinin, Kral Məhkəməsinin sədri və 

xüsusi müşavir postlarına da təyinat alıb. Kralın 55 yaşlı qardaşı 

oğlu Məhəmməd bin Naif daxili işlər naziri postuna təyin olunub.

DÜNYA

Müsəlman dünyasının, eləcə də dünyanın ən varlı ölkələrindən biri olan Səudiyyə 

Ərəbistanının kralı Abdullah ibn Abduləziz əs-Səudun 91 yaşında vəfatından sonra 

yanvarın 23-də taxta onun qardaşı Salman əs-Səud çıxıb

SƏUDİYYƏ  ƏRƏBİSTANININ  YENİ  

KRALI - SALMAN  İBN  ABDULƏZİZ  ƏS-SƏUD

Siyahı hazırlanarkən ölkələrin nüvə potensialı nə-

zərə alınmayıb, orduların quruda, havada və dənizdə 

adi  silahlardan  istifadə  imkanları,  həmçinin  ölkənin 

malik  olduğu  iqtisadi  resurslar  və  coğrafi  vəziyyəti 

əsas götürülüb.

 Ümumilikdə 50 faktor əsasında tərtib olunan siya-

hıya ABŞ Ordusu başçılıq edir. İkinci yerdə Rusiyadır. 

İlk onluğun sıralaması isə belədir: Çin, Hindistan, Bö-

yük Britaniya, Fransa, Almaniya, Türkiyə, Cənubi Ko-

reya, Yaponiya.

 Azərbaycan  siyahıda  50-ci  yerdədir. Azərbaycan 

Ordusu  52-ci  yerdə  olan  Belarusu,  64-cü  yerdə  olan 

Gürcüstanı  və  80-ci  yerdə  olan  Qazaxıstanı  geridə 

qoyub.

 Ukrayna 21-ci yerdə qərarlaşıb.



  Ermənistan  isə  ümumiyyətlə  siyahıya  düşə 

bilməyib.



AZƏRBAYCAN  ORDUSU  DÜNYA  ORDULARI  SIRASINDA  

50-Cİ  YERDƏDİR 

 “Global Firepower” təşkilatının yanvarın 21-də  açıqladığı reytinq siyahısında 106 ölkə yer alıb

Yunanıstan  Daxili  İşlər  Nazirliyinin  məlumatına 

görə,  seçki  bülletenlərinin  hamısı  sayıldıqdan  sonra 

36,34 faiz səs toplayan SİRİZA növbədənkənar parla-

ment seçkilərində qələbəsini təmin edib. Solçular par-

lamentdəki 300 yerin 149-na sahib olublar. İkinci yeri 

27,81  faiz  səslə  (76  yer)  keçmiş  Baş  nazir Antonis 

Samarasın başçılıq etdiyi sağ mərkəzçi “Yeni demok-

ratiya” partiyası tutub.

SİRİZA və parlamentdə 13 yer qazanmış “Azad yu-

nanlar” (ANEL) partiyasının liderləri arasında koalis-

yon hökumətin yaradılması barədə prinsipial razılaş-

ma əldə edildiyi bildirilir.

Növbədənkənar parlament seçkilərində qələbə qazanan Radikal sol qüvvələrin 

koalisiyası – SİRİZA-nın lideri Aleksis Tsipras yanvarın 26-da  Yunanıstanın yeni 

Baş naziri qismində and içib

YUNANISTANIN  YENİ  BAŞ  NAZİRİ –   ALEKSİS  TSİPRAS


47

XƏZƏR  XƏBƏR  JURNAL |  

Bunu  Türkiyənin  baş  naziri  Əhməd  Davudoğlu  yanvarın 

13-də jurnalisrlərə açıqlamasında bildirib.

Baş  nazirin  sözlərinə  görə,  belə  bir  fikir  formalaşıb  ki, 

Avropa tarixində sanki bu cür qarşıdurmalar yaşanmayıb: “Ən 

qanlı  məzhəb  qarşıdurmaları  elə  Avropada  yaşanıb.  Bu 

səbəbdən zehinlərdə çox güclü bir daxili narahatlıq var”.

Davudoğlu onu da qeyd edib ki, İslam Avropada artıq kök 

salıb:  “Yəni  müsəlmanları  Avropada  qaçqın  kimi  görmək 

mümkün deyil”. 



ƏHMƏD DAVUDOĞLU:

  "ƏN  QANLI  MƏZHƏB  QARŞIDURMALARI  

AVROPADA  YAŞANIB"

“Tarixdə Avropada otuz, 

yüz illik müharibələr baş verib” 

“Novinite” xəbər agentliyinin məlumatına əsasən, 

bunu Bolqarıstanın maliyyə naziri Vladislav Qoranov 

yanvarın 19-da Litvanın avrozonaya daxil olması ilə 

bağlı keçirilən rəsmi tədbirdə bildirib. 

Bolqarıstan Avropa  Valyuta  Mübadiləsi  Mexaniz-

minə (ERM-2) 2018-ci ildə daxil olmağı planlaşdırır. 

Avropa İttifaqının 2014-cü il konvergensiya məruzəsi-

nə əsasən, Bolqarıstan avrozonaya daxil olmaq üçün 

qiymətlərin sabitliyi, ictimai maliyyə və faizlərin kon-

vergensiyası kimi üç meyarı yerinə yetirib. Buna bax-

mayaraq,  Bolqarıstan  hökuməti  qanunvericilik  baxı-

mından qoyulan tələbləri yerinə yetirə bilməyib.

“Ölkə tezliklə avrozonaya daxil olmaqla bağlı danışıqlara yenidən başlamağı arzulayır”

BOLQARISTAN  2018-Cİ  İLDƏ  AVROZONAYA  

DAXİL  OLMAQ  NİYYƏTİNDƏDİR

“Hərbi  sahədə  qarşılıqlı  fəaliyyətin  nəzəri  əsası 

qoyuldu. Biz Rusiya və İran limanlarına hərbi gəmilərin 

daxil olması praktikasını genişləndirmək barədə qərara 

gəlmişik” - deyə,  Sergey Şoyqu sənədlə bağlı bildirib.

Danışıqlar  zamanı  tərəflər,  həmçinin,  iki  ölkənin 

hərbi  idarələrinin  qarşılıqlı  praktiki  fəaliyyətinin 

gücləndirilməsi,  nümayəndə  heyətlərinin  səfərləri,  bu 

sahədə  danışıqların  aparılması,  müşahidəçi  qismində 

təlimlərdə  iştirak,  hərbi  kadrların  hazırlanması, 

sülhməramlı  sahədə  təcrübə  mübadiləsi  və  terrorla 

mübarizə  sahələrində  əməkdaşlıq  barədə  razılığa 

gəliblər. 

Rəsmi hökumətlərarası akt Rusiyanın müdafiə naziri, 

ordu generalı Sergey Şoyqu və İranın Müdafiə və 

Silahlı Qüvvələrə dəstək naziri, briqada generalı 

Hüseyn Dehqan arasında yanvarın 20-də Tehranda 

imzalanıb

RUSİYA  VƏ  İRAN  ARASINDA

 HƏRBİ  SAHƏDƏ  ƏMƏKDAŞLIĞA  DAİR 

 MÜQAVİLƏ  İMZALANIB 

TASS-ın verdiyi xəbərə görə, Kuba hökuməti ölkə həbsxanalarında olan 53 dissidenti azadlığa buraxıb və bu 

barədə Vaşinqtonu məlumatlandırıb.

 Bu addım ABŞ-la diplomatik əlaqələrin bərpası haqda bu yaxınlarda əldə olunan razılığa əsasən atılıb. Həbsdən 

buraxılanların  arasında  “Amnesty  İnternational”  təşkilatının  “vicdan  məhbusu”  saydığı  tanınmış  fəallar, 

mədəniyyət  xadimləri  də  var.  Hüquq  müdafiəçiləri  həmin  şəxsləri  siyasi  məhbus  saysa  da,  Kuba  hakimiyyəti 

onların müxtəlif qanun pozuntuları əsasında həbs olunduğunu bildirirdi.  

Kuba hökuməti ABŞ-ın siyahısında olan bütün dissident məhbusları həbsdən azad edib

 

KUBA  BÜTÜN  DİSSİDENTLƏRİ  AZADLIĞA  BURAXIB



48 | XƏZƏR XƏBƏR  JURNAL

After  gaining  independence, Azerbaijan  began  to 

implement huge changes in a variety of fields. One of 

these fields, education, has undergone several changes. 

These reforms encompass adoption of new education 

law  and  new  educational  programs,  including  cur-

ricula and assessment standards.

Since the beginning of the 90's, discussions were 

held on the reforms in education system, but reforms 

were not implemented systematically due to the absen-

ce of a strong concept of reform or an implementation 

mechanism.  After  approval  of  “Reform  Program  of 

Azerbaijan Republic on education sphere” by Heydar 

Aliyev in 1999, the reforms started to be implemented 

purposefully in the whole education system, including 

on the level of higher education. According to the same 

program, structural changes were made in the whole 

educational sphere, networks of establishments were 

optimized  and  new  specialties  were  added  to  the 

specialist preparation structure.

Later, the “Law of Azerbaijan Republic on Educa-

tion” was approved by the Decree No. 156, dated Sep-

tember  5,  2009,  by  the  President  of  the  Republic  of 

Azerbaijan. For the purpose of implementing of this 

Decree, Order No. 247 dated September 17, 2009 of 

the Cabinet of Ministers' “Actions plan” was approved 

by the Order No. 1084, dated September 25, 2009, of 

The  Ministry  of  Education.  According  to  the  same 

plan,  work  has  been  done  to  coordinate  the  require-

ments  of  the  Law  of  Azerbaijan  Republic  “On 

Education,” the legislative basis for higher education. 

The  President  of  the  Republic  of Azerbaijan  has 

also recently issued the challenging Decree “On appro-

val  of  the  National  Strategy  for  the  Development  of 

Education in the Republic of Azerbaijan.” 

All these measures are also focusing on improving 

the  pre-service  and  in-service  education  system  in 

Azerbaijan. For example, Articles 1.2.5-1.2.7 envisage 

revising  textbooks  used  in  Azerbaijani  schools  and 

bringing them up to higher standards.

As we have a very centralized education system, all 

the issues including teaching requirements and stan-

dards  are  determined  by  the  Ministry  of  Education. 

This in some cases prevents our education from deve-

loping. As Professor Hamlet Isaxanli, the Founder of 

Khazar University states, there should be some kind of 

flexibility  of  teaching  standards  and  freedom  in  the 

choice of textbooks allowed.

Since  many  university  graduates  in  our  country 

lack  necessary  professional  skills,  special  attention 

should be paid to boosting internships. İnternsip prog-

rams can provide a great opportunity for prospective 

employees to gain experience in their fields.

Although a substantial number of new textbooks ha-

ve been published, there are very few books that pro-

vide guidelines for teachers on how to use newly pub-

lished textbooks. In order to eliminate this gap, com-

prehensive methods and methodology must be writ-

ten.

In our opinion, one of the best practices to generate 

progress in the fields of in- and pre-service education is 

to thoroughly study the experience of the countries 



that have advanced in their education system. Thus, 

visiting  these  countries  and  making  systematic 

observations,  as  well  as  inviting  experts  of  those 

countries  to  Azerbaijan,  are  of  great  and  practical 

importance.

Furthermore,  the  latest  modern  equipment  is 



needed in all facets of the education system to meet 

international standards. Financial resources should be 

made available to fulfill the above-mentioned need and 

from this view, private organizations should more rigo-

rously be involved in allocating some funding required 

to enhance the level of our education system.

Another  key  point  is  lack  of  a  wide  range  of 

educational  research  available.  Issues  regarding  in-

service and pre-service are no exception. A deep study 

should be made on different levels including teacher-

teacher, teacher-learner, and teacher-manager roles. 

We also need a large number of professional people 

in the field on all levels of education. Training teach-



ers and education administrators must be a priority, 

as the level of any country's education system largely 

depends  on  teachers,  administrators  and  educators. 

Training those people both in the country and abroad 

may soon yield the desired results.

st

With the advent of the 21  century, life skills and 



lifelong  learning  have  become  significant  factors  in 

education.  Teaching  programs  should  be  revised

placing special emphasis on life skills. What's more, 

government  should  encourage  educational  bodies  to 

establish lifelong institutions.

Last  but  not  least,  educational  administration 



should  be  decentralized;  autonomy  of  educational 

institutions  should  be  gained  and  financial  support 

should be provided.

ABOUT  SOME  MEASURES TO  BE  TAKEN  TO  IMPROVE  

PRE-SERVICE  AND  IN-SERVICE  EDUCATION  IN  AZERBAIJAN

(ORGANIZATIONAL   APPROACH)

Eldar Shahgaldiyev

Associate Vice-Rector, Head of Division 

for Graduate Studies and Research

Jeyhun Karimov

Department of English Language and Literature

Zarifa Aliyeva

Assistant Dean, School of Education

In this article the authors share their 

opinions about some necessary 

measures to be taken to strengthen pre-

service and in-service training services 

in Azerbaijan.

EDUCATION



49

XƏZƏR  XƏBƏR  JURNAL |  

Bunu Türkiyə Cümhurbaşkanlığının sözçüsü İbra-

him Kalın fevralın 2-də Ermənistan prezidenti Serj Sar-

kisyanın Türkiyəni və türkləri hədəf alan sözlərinə ca-

vab verərkən deyib.

TÜRK  DÜNYASI



ATATÜRKÜN

  

DOĞULDUĞU  EV  TAPILDI

Doğan  xəbər  agentliyinin  verdiyi  məlumata  görə, 

həmin  ev  Selanik  yaxınlığındakı  Lanqada  qəsəbəsində 

yerləşir.

Bələdiyyə sədri deyib: "Atatürk türk ola bilər, amma 

əvvəlcə  selanikli  və  böyük  bir  şəxsiyyət.  Selanikin 

Osmanlı keçmişi bir gerçəkdir, biz tarixi ortaya çıxarmaq 

və tanıtmaq istəyirik. Düşmənliklərə son qoyulmalıdır".

Qeyd  edək  ki, Atatürkün  uşaqlıq  və  yeniyetməlik 

illəri Selanikdə keçib. Onun uşaqlıq illərində yaşadığı 

ev barəsində konkret tarixi faktlar olsa da, doğulduğu 

yer  haqqında  zaman-zaman  mübahisə  və  qeyri-

müəyyənliklər yaranırdı.



TURKİYƏDƏN SARKİSYANA SƏRT CAVAB

O qeyd edib ki, Ermənistan rəhbərliyi 2015-ci ili 

Türkiyəyə  və  türklərə  qarşı  beynəlxalq  kampaniya 

aparmağa həsr etmək niyyətindədir: "Buna görə də, təh-

qir və nifrət dolu, diplomatik etiketin sərhədlərini aşan 

ifadələr  işlədirlər.  Son  olaraq  Ermənistan  prezidenti 

Serj Sarkisyan yanvarm 29-da İrəvanda Çanaqqala sa-

vaşını anma törənlərinə ölkəsinin dəvət edilməsinə mü-

nasibət bildirərkən bütün sərhədləri keçib. Onun hör-

mətli prezidentimizin Ermənistana olan dəvəti barədə 

danışarkən  diplomatik  etiketin  sərhədlərini  keçməsi 

qəbuledilməzdir. Sarkisyanın bir dövlət adamının ağ-

zına yaraşmayacaq ifadələrini eynilə ona geri qaytarı-

rıq".


İ.Kalın qeyd edib ki, Türkiyə hər zaman Ermənis-

tanla münasibətləri normallaşdırmaq üçün addımlar at-

sa da, bunlar qarşılıqsız qalıb: "Ermənistan hakimiy-

yəti  1915-ci  il  olaylarının  siyasi  manipulyasiyadan 

uzaq, tarixi baxımdan araşdırılması, həmçinin Dağlıq 

Qarabağm işğalına son verərək Türkiyə və Azərbay-

canla  əlaqələrin  normallaşması,  bölgədə  sülh  və 

sabitlik təsis edilməsi ilə bağlı təklifləri rədd edir. Bu 

rəftar isə hər kəsdən və hər şeydən öncə Ermənistana 

və ermənilərə zərər verir". 

İ.Kalın  Çanaqqala  zəfərinin  100  illiyinin  dövlət 

səviyyəsində, bir çox ölkənin dövlət və hökumət baş-

çısınm iştirakı ilə qeyd ediləcəyini də xüsusi vurğula-

yıb.


Yunanıstanın Selanik vilayətinin bələdiyyə sədri 

Yiannis  Boutaris  görkəmli  tarixi  şəxsiyyət  Mustafa 

Kamal Atatürkün doğulduğu evi tapdıqlarını söyləyib

"Türkiyə tək tərəfli baxışa, tarixin istismarçı 

siyasətlə manipulyasiya edilməsinə yönəlmiş bütün 

cəhdlərə qarşı olacaq "

50

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 

26 yanvar 2015-ci il tarixli sərəncamı  ilə təsdiq edilmişdir

QANUNVERİCİLİK

1. Giriş

2015 - 2025 - Cİ  İLLƏRDƏ

  

AZƏRBAYCAN  GƏNCLƏRİNİN  İNKİŞAF  STRATEGİYASI

Son 10 ildə Azərbaycan bütün sahələrdə mühüm 

uğurlar qazanmış, insan potensialının inkişafına görə 

“orta insan inkişafı ölkələri” qrupundan “yüksək insan 

inkişafı ölkələri” kateqoriyasına daxil olmuşdur. Bu, 

əhalinin müxtəlif təbəqələri, o cümlədən gənclər üçün 

iqtisadi  imkanların  yeni  səviyyədə  yaradılması,  hü-

quqların  genişləndirilməsi  və  maddi  təminatın  möh-

kəmləndirilməsi deməkdir. Ötən dövrdə sosial müda-

fiə  sistemi  təkmilləşdirilmiş,  aktiv  məşğulluq  siya-

sətinə  əsaslanan  əmək  bazarı  formalaşdırılmış, 

yoxsulluğa qarşı mübarizə uğurla davam etdirilmişdir. 

Bunlarla yanaşı, mədəni irsin qorunması, gənc-lərlə iş 

və  idman  siyasətinin  çevikliyinin  artırılması, 

demoqrafiya  və  miqrasiya  məsələlərinin  effektiv 

tənzimlənməsi  kimi  vacib  tədbirlər  yeni  nəsil  üçün 

yüksək  sosial  rifah  və  insan  kapitalının  inkişafını 

təmin etmişdir.

Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri hə-

mişə layiqincə yerinə yetirmiş, ölkədə gedən proseslə-

rin önündə olmuşdur. Gənc nəsil istər sovet dövründə, 

istərsə  də  müstəqillik  illərində  Azərbaycan  Respub-

likasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni hə-

yatında fəal iştirak etmişdir. Minlərlə gənc beynəlxalq 

miqyaslı  tədbirlərdə  ölkəmizi  uğurla  təmsil  etmiş, 

idmançılarımızın  qələbələri  sayəsində  Azərbaycan 

bayrağı  xarici  dövlətlərdə  yüksəlmişdir.  Gənclər 

mədəniyyətlərarası  dialoqun  aparılmasında,  beynəl-

xalq əməkdaşlığın inkişafında fəal olmuşlar. Bunun nə-

ticəsində  müxtəlif  dövlətlərdə  və  beynəlxalq 

qurumlarda  ölkəmiz  daha  yaxından  tanınmış,  onun 

tarixi, mədəniyyəti və bu günü haqqında geniş məlu-

matlar çatdırılmışdır. Xarici ölkələrdə təhsil alan azər-

baycanlı  gənclər  və  məzunlar,  orada  çalışan  gənc 

mütəxəssislər  Azərbaycan  diasporunun  formalaşma-

sında və lobbiçilik fəaliyyətində yaxından iştirak edir-

lər. Son illər ərzində gənclərin ictimai fəallığı yüksəl-

miş, onların idarəetmədəki rolu artmışdır.

Gəncliyin inkişafı dövlətin sosial siyasətinin vacib 

tərkib hissələrindən biridir. Gənclər siyasəti gənclərin 

dinamik inkişafı üçün həyata keçirilən ardıcıl və məq-

sədyönlü  tədbirlər  kompleksidir.  Dünyada  baş  verən 

qlobal  dəyişikliklər  və  çağırışlar,  həmçinin  ölkənin 

yeni  inkişaf  imkanları  Azərbaycanda  gənclər  siya-

sətinin yeni strategiyasının hazırlanmasını və qəbulu-

nu zəruri edir.

Azərbaycan gəncliyinin inkişafına etibarlı zəmin 

hələ  XX  əsrin  70-ci  illərində  yaranmışdır. 

Ümummilli  lider  Heydər  Əliyevin  səyləri 

nəticəsində  gənclərin  məişət,  təhsil,  mədəni 

tələbatının  ödənilməsi  istiqamətində  ardıcıl  və 

məqsədyönlü tədbirlər görülmüşdür. Təkcə onu qeyd 

etmək  kifayətdir  ki,  hər  il  yüzlərlə  gənc  SSRİ-nin 

qabaqcıl  ali  təhsil  müəssisələrində  oxumağa 

göndərilmiş,  oradan  yüksək  ixtisaslı  mütəxəssislər 

kimi  qayıdaraq  ölkəmizin  inkişafına  öz  töhfələrini 

vermişlər.  Həmin  dövrdə  gənclərin  asudə  vaxtının 

səmərəli  təşkili  üçün  hər  bir  yaşayış  məntəqəsində 

zəruri  infrastruktur  yaradılmış,  onların  hərtərəfli 

inkişafının  təmin  olunmasına  xidmət  edən  zəruri 

maddi-texniki  baza  formalaşdırılmışdır.  Eyni 

zamanda, ictimai-siyasi həyatda gənclərin fəallığını 

stimullaşdıran müxtəlif tədbirlər görülmüşdür.

XX əsrin sonlarında xalqımızın milli azadlığı və 

ölkəmizin  ərazi  bütövlüyü  uğrunda  gedən 

mübarizədə  də  gənclər  fəal  iştirak  etmiş,  dövlət 

müstəqilliyinin  əldə  edilməsi  üçün  həyat  və 

sağlamlıqlarını  əsirgəməmişlər.  Minlərlə  gəncimiz 

bu  mübarizədə  şəhid  və  əlil  olmuş,  göstərdikləri 

igidliyə  görə  müxtəlif  mükafatlar  və  fəxri  adlarla 

təltif edilmişdir.

Azərbaycanın  ümummilli  lideri  Heydər  Əliyev 

xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan 

sonra  gənclər  daim  dövlətin  diqqət  mərkəzində 

olmuşlar.  Gənclər  siyasətini  tənzimləyən  normativ 

hüquqi  baza  və  onun  həyata  keçirilməsi  üçün 

cavabdeh  olan  mərkəzi  icra  hakimiyyəti  orqanı  - 

Gənclər və İdman Nazirliyi yaradılmışdır. Gənclərin 

problemlərinin  həlli  üçün  müxtəlif  dövlət 

qurumlarının  fəaliyyətinin  əlaqələndirilməsinə, 

beynəlxalq  təşkilatlarla  əməkdaşlığa  başlanmışdır. 

Gənclərin  sağlamlığı,  təhsili,  məşğulluğu,  sosial 

müdafiəsi  və  digər  sahələrdə  dövlət  tərəfindən 

genişmiqyaslı  tədbirlər  həyata  keçirilmişdir.  Bu 

diqqətin bariz nümunəsi olaraq 2 Fevral Azərbaycan 

Gəncləri Günü elan edilmiş, gənclər təşkilatlarının və 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin