2. Azərbaycan Respublikasında
gənclər siyasəti sahəsində mövcud vəziyyət
| XƏZƏR XƏBƏR JURNAL
51
ayrı-ayrı gənclərin ictimai əhəmiyyət daşıyan
təşəbbüslərini dəstəkləmək məqsədilə Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fondu
təsis olunmuşdur. Ən əsas nəticə isə odur ki, müstəqil
Azərbaycanda gənclərin maraqlarını təmin edən,
beynəlxalq təcrübəyə əsaslanan dövlət gənclər
siyasəti formalaşdırılıb və uğurla həyata keçirilir.
Gənclər ölkənin demoqrafik inkişafında mühüm
rol oynayırlar. Belə ki, ölkə əhalisinin 2,7 milyon
nəfərini və ya 28,9 faizini yaşı 14-dən 29-dək olan
şəxslər təşkil edir. Gənclərin 52%-i şəhər yerlərində,
48%-i isə kəndlərdə yaşayır. Onların 49,2%-ni
qadınlar təşkil edir. Bağlanılan nikahların böyük
əksəriyyəti gənclərin payına düşür. Yeni doğulan
uşaqların 82,6%-i məhz gənc ailələrdə dünyaya gəlir.
Gənclərin təhsil səviyyəsi ilbəil artır. 2013/2014-
cü tədris ilinin əvvəlinə olan məlumata görə,
Azərbaycanda 63 min tələbənin təhsil aldığı 57
dövlət və 1 qeyri-dövlət orta ixtisas təhsili
müəssisəsi, tələbələrinin sayı 151 min nəfər olan 37
dövlət və 15 qeyri-dövlət ali təhsil müəssisəsi
fəaliyyət göstərir. Xarici ölkələrdə təhsil alan
Azərbaycan gənclərinin sayı da artmaqdadır. Son 7 il
ərzində 3000-dən çox gənc “2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı” çərçivəsində dünyanın qabaqcıl ali
məktəblərinə göndərilmişdir.
2013-cü ildə “Əhalinin iqtisadi fəallığına dair”
keçirilən müayinələrin yekunlarına əsasən, 15-29
yaşlı gənclərin 1239,8 min nəfəri iqtisadi fəal olmuş,
onların 1116,8 min nəfəri iqtisadi əmək fəaliyyəti ilə
məşğul olmuşdur. Müayinənin yekunlarına görə, 15-
29 yaşlı gənclər arasında işsizlərin sayı 123 min nəfər
olmuşdur.
Gənclərin inkişafını və asudə vaxtını səmərəli
təşkil etmək, məlumatlandırma, yönəltmə və sosial
dəstəyi təmin etmək üçün respublikanın şəhər və
rayonlarında 30-dək sosial xidmət müəssisəsi -
gənclər evləri (mərkəzləri) istifadəyə verilmişdir. Bu
iş hazırda davam etdirilir.
Gənclərin təşkilatlanması üçün zəruri iqtisadi,
hüquqi və təşkilati imkanlar yaradılmışdır. Hazırda
paytaxt və bölgələrdə 250-dən artıq gənclər təşkilatı
fəaliyyət göstərir. Müstəqilliyin ilk illərində
gənclərin əsasən beynəlxalq qurumlar tərəfindən
dəstəklənən təşəbbüsləri, son illərdə dövlət
büdcəsindən maliyyələşən fondlar və digər təsisatlar
vasitəsilə dəstəklənməyə başlamışdır. Gənclərin
qeyri-hökumət təşkilatlarına yönləndirilmiş maliyyə
vəsaitinin həcmi ilbəil artaraq gənclər arasında
könüllülüyün dəstəklənməsini, onların liderlik
bacarıqlarının artırılmasını və müəyyən mənada həm
də məşğulluğunu təmin etmişdir.
İstedadlı və yaradıcı gənclərin üzə çıxarılması və
dəstəklənməsi sahəsində əhəmiyyətli addımlar
atılmışdır. 2013-cü ildə “Gənclər üçün Prezident
Mükafatı”nın təsis edilməsi gənclərin nailiy-
yətlərinin qiymətləndirilməsi və stimullaşdırılması
baxımından xüsusi önəm kəsb edir. Bununla belə,
bəzi yaradıcılıq sahələrinə (ədəbiyyat, memarlıq,
heykəltəraşlıq, dizayn və s.) gənclərin marağı hələ də
lazımi səviyyədə deyil. Daha erkən yaşlarda elm və
intellektual yaradıcılıq sahələrinə diqqətin zəif
olması səbəbindən fundamental, təbii, texniki elmlər
və yüksək texnologiyalar üzrə təhsil alan tələbələrin
sayı az, onların hazırlıq səviyyəsi isə aşağıdır.
Əhalinin əhəmiyyətli hissəsini təşkil edən
gənclər ölkənin əsas innovativ potensialı və əmək
resursudur. Ali təhsilli gənclərin sayının ilbəil
artmasına baxmayaraq, gənc mütəxəssislərin bilik və
bacarıqlarının səviyyəsi əmək bazarının və
işəgötürənlərin tələblərinə yetərincə cavab vermir.
Bu da müvafiq peşə sahiblərinin sayının azalması ilə
yanaşı, həmin təklifin əcnəbi işçi qüvvəsi ilə əvəz
olunmasına gətirib çıxarır. Nəticədə, bir sıra peşələr
üzrə kadr çatışmazlığı yaranır, gənclər arasında
işsizlik artmış olur. Ölkə üçün əhəmiyyət kəsb edən
bəzi ixtisaslara (kənd təsərrüfatı, yüksək
texnologiyalar və s.) maraq çox zəifdir. Ali təhsil
alanların çox az qismi regionlarda işləməyə meyil
göstərir. Bu baxımdan, təhsil sisteminin, xüsusilə də
peşə təhsilinin surətlə inkişaf edən ölkə
iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması
günümüzün zərurətinə çevrilmişdir.
Ali təhsil müəssisələrində ölkənin hazırkı və
perspektiv iqtisadi inkişaf istiqamətlərinə uyğun olan
və əmək bazarının tələblərini nəzərə alan ixtisasların
tədrisinə ehtiyac yaranmışdır. Bu gün dövlət
siyasətinin əsas prioritetlərindən biri “insan
kapitalının” ixraçının qarşısını almaqdır. Azərbaycan
da daxil olmaqla, dünya ölkələrindəki təbii
sərvətlərin böyük əksəriyyətinin bərpa olunmaması
bu məsələnin əhəmiyyətini daha da artırır.
Azərbaycan Respublikasının beynəlxalq
miqyasda öz layiqli yerini tutması gənclərin üzərinə
də müəyyən vəzifələr qoyur. Belə ki, ölkəmizi
xaricdə yüksək səviyyədə təmsil etmək üçün onların
xarici dillərə mükəmməl yiyələnməsi, vətənpərvər
olması və azərbaycançılıq ruhunda tərbiyə edilməsi
vacib şərtlərdir. Eyni zamanda, yeni nəslin elmi
bacarıqlarının inkişaf etdirilməsi və innovativ
fəaliyyətinə dəstək göstərilməsi də zəruridir.
Gənc nəslin nümayəndələri qanunvericiliyin
təkmilləşdirilməsində daha yaxından iştirak etməli,
onların institusional bacarıqları artırılmalıdır.
Gənclər vətəndaş cəmiyyətinin inkişafında aparıcı
rol oynamalı, onların ictimai fəallığının bundan sonra
da dəstəklənməsi üçün müvafiq şərait formalaşdırıl-
malıdır.
XƏZƏR XƏBƏR JURNAL |
52
3.1. Bu Strategiya gənc və gənc ailə hesab olunan
aşağıdakı hədəf qruplarını əhatə edir:
3.1.1. gənclər - yaşı 14-dən 29-dək olan şəxslər;
3.1.2. gənc ailə - yaşı 35-dən çox olmayan
şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə
himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox
olmayan tək valideyn.
3.2. Gənclərin ayrı-ayrı sosial qruplarına
münasibətdə hərtərəfli yanaşma formalaşdırmaq
baxımından, bu qrupların statusunu və identifikasiya
meyarlarını müəyyənləşdirmək zəruridir. Hal-hazırda
Azərbaycan gəncliyi əsasən aşağıdakı sosial
qruplardan ibarətdir:
3.2.1. ümumtəhsil məktəblərinin yuxarı
siniflərinin və ilk peşə-ixtisas təhsili müəssisələrinin
şagirdləri;
3.2.2. orta ixtisas və ali təhsil müəssisələrinin
tələbələri;
3.2.3. gənc alimlər;
3.2.4. xaricdə təhsil alan və işləyən gənclər;
3.2.5. hərbi xidmətdə olan gənclər;
3.2.6. gənc sahibkar və fermerlər;
3.2.7. istehsal və xidmət sahələrində çalışan
gənclər;
3.2.8. dövlət qulluqçuları və seçkili orqanlarda
təmsil olunan gənclər;
3.2.9. yaradıcı və istedadlı gənclər;
3.2.10. gənc idmançılar;
3.2.11. siyasi partiyalarda və qeyri-hökumət
təşkilatlarında təmsil olunan gənclər;
3.2.12. işsiz gənclər;
3.2.13. ailəli gənclər;
3.2.14. aztəminatlı ailələrdən olan gənclər;
3.2.15. qaçqın və məcburi köçkün gənclər;
3.2.16. sağlamlıq imkanları məhdud və əlil olan
gənclər;
3.2.17. narkomaniyaya və ya QİÇS-ə düçar olmuş
gənclər və s.
3. Strategiyanın hədəf qrupları
İqtisadi sahədə qazanılan uğurlar Azərbaycanda in-
san inkişafının davamlı yaxşılaşması üçün zəruri re-
sursları təmin etmişdir. Bu resursları gənclər üçün im-
kanların artırılmasına, səmərəli idarəçiliyə və institu-
sional inkişafa yönəltmək zəruridir.
Azərbaycan gəncliyinin çağırış və hədəflərini
ümumbəşəri və daxili olmaqla iki qrupa bölmək olar.
Ümumbəşəri çağırış və hədəflər qloballaşma ilə
əlaqədardır. Bu, gənclərin ümumbəşəri dəyərlərə yiyə-
lənməsini, informasiya cəmiyyətində yaşamaq baca-
rıqlarının artırılmasını, müxtəlif ölkələrin gəncləri ilə
dostluq və əməkdaşlıq münasibətlərinin yaradılma-
sını, beynəlxalq gənclər hərəkatında iştirakını nəzərdə
tutur.
Daxili çağırışlar fərdi və ictimai əmin-amanlığı tə-
min etmək məqsədi ilə mövcud sosial-iqtisadi imkan-
lardan gənclərin potensialını gücləndirmək, cavabdeh-
liyini yüksəltmək üçün səmərəli istifadə olunmasını
nəzərdə tutur. Azərbaycanın müharibə vəziyyətində
olması və ərazisinin 20%-nin Ermənistan silahlı qüv-
vələri tərəfindən işğal edilməsi yeniyetmə və gənclər
arasında vətənpərvərlik tərbiyəsi işinin güclən-
dirilməsini, hərbi hazırlığın müasir tələblərə uyğun
təşkilini, Azərbaycan həqiqətlərinin dünya ictimaiy-
yətinə çatdırılması istiqamətində daha təsirli tədbir-
lərin görülməsini zəruri edir.
Ümumbəşəri və daxili çağırışlara cavab vermək
məqsədilə yaxın 10 il üçün Azərbaycan gənclərinin İn-
kişaf Strategiyasının hazırlanması gündəmə gəlmiş və
tərtib edilmişdir. “2015-2025-ci illərdə Azərbaycan
gənclərinin İnkişaf Strategiyası” (bundan sonra – Stra-
tegiya) göstərilən müddəti əhatə edən dövrdə gənclər
siyasətinin məqsədlərini, vəzifələrini və icra me-
xanizmlərini müəyyən edir.
Strategiya son 10 ildə sosial sahələrə dair qəbul
edilmiş sənədlərin (konsepsiya, strategiya, dövlət
proqramı və s.) icrası ilə ahəngdar şəkildə həyata keçi-
rilməlidir. Bu sənədlərə, ilk növbədə, Azərbaycan Res-
publikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli Sə-
rəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası-
nın Demoqrafik İnkişaf Konsepsiyası”, 2005-ci il 26
oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbay-
can Respublikasının Məşğulluq Strategiyası (2006-
2015-ci illər)”, 2008-ci il 15 sentyabr tarixli Sərəncamı
ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və davamlı
inkişaf Dövlət Proqramı”, 2011-ci il 7 iyul tarixli
Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi
2011-2015-ci illərdə Dövlət Proqramı”, 2011-ci il 15
noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbay-
can Respublikasının Məşğulluq Strategiyasının həyata
keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət
Proqramı” və s. aiddir. Sözügedən sənədlərin icrası ilə
əlaqədar həyata keçirilmiş tədbirlər sayəsində gənc-
lərin sosial problemlərinin həlli və gələcək inkişafı
üçün dayanıqlı əsaslar yaradılmışdır. Bu baxımdan
yeni Strategiya mövcud nailiyyətlərin möhkəmlən-
dirilməsini və davamlı inkişafını təmin etməlidir.
4. Gənclərin inkişafında çağırışlar
| XƏZƏR XƏBƏR JURNAL
53
5.1. Strategiyanın məqsədi 2015-2025-ci illəri əha-
tə edən müddətdə Azərbaycan gəncliyinin potensialını
müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, hə-
min potensialdan Azərbaycan Respublikasının məna-
feləri naminə istifadə etmək, yeni nəsildə fəal vətən-
daşlıq mövqeyi formalaşdırmaqdır.
5.2. Bunun üçün Strategiya aşağıdakı vəzifələrin ye-
rinə yetirilməsini nəzərdə tutur:
5.2.1. gənclər forumlarının təşkili və keçirilməsi ba-
rədə gənclərlə məsləhətləşmələr aparmaq, forumlara-
rası dövrdə vəziyyətin təhlili və əldə edilmiş təcrübə ba-
rədə müzakirələr təşkil etmək, illik hesabatlar hazır-
lamaq və maraqlı tərəflərə təqdim etmək;
5.2.2. gənclər siyasəti sahəsində çalışan mütəxəs-
sislərin bilik və bacarıq səviyyəsini yüksəltmək, onla-
rın hazırlığı və yenidənhazırlığı üçün mütəmadi təlim-
lər keçirmək;
5.2.3. gənclərin elm, texnika, mədəniyyət, incəsə-
nət sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını sti-
mullaşdıran tədbirlər həyata keçirmək;
5.2.4. televiziya kanallarında yeniyetmə və gənclər
üçün faydalı olan maarifləndirici, elmi-populyar veri-
lişlərin hazırlanmasına və yayımlanmasına diqqəti
artırmaq;
5.2.5. televiziya və radio kanallarında formal və qey-
ri-formal təhsil, məşğulluq, sosial məsələlərin həlli,
sağlamlıq və digər mövzularda verilişlərin hazırlan-
masına və yayımlanmasına nail olmaq;
5.2.6. internet, jurnalistika, bloqçuluq və digər sa-
hələrdə gənclərin bacarıqlarını artıran təlimlər təşkil et-
mək, müsabiqələr vasitəsilə daha istedadlı olanları üzə
çıxarmaq və onların inkişafını dəstəkləmək;
5.2.7. bütün kateqoriyalardan olan gənclər, o cüm-
lədən xüsusi qayğıya ehtiyacı olanlar üçün təlimlərin
təşkili vasitəsilə informasiya texnologiyaları barədə bi-
lik səviyyəsinin artırılmasını təmin etmək;
5.2.8. gənclər arasında ixtisas və peşə seçimi, əmək
bazarı və məşğulluq haqqında məlumatlılıq səviy-
yəsini artırmaq, gənclər evlərində (mərkəzlərində) ix-
tisaslaşmış mütəxəssislər vasitəsilə karyera məsləhət
xidmətlərini inkişaf etdirmək;
5.2.9. karyera məsləhət xidmətlərinin mütəmadi ye-
niləşdirilən sorğu-məlumat kitabçalarının nəşrini tə-
min etmək, xidmətin səyyar və distant məsləhət im-
kanlarını genişləndirmək;
5.2.10. gənclərin məşğulluğunun təmin edilməsi
üçün onların peşəkarlığını artıran tədbirlər görmək, az-
təminatlı gənc ailələrə şəxsi təsərrüfatlarını qurmaq, in-
kişaf etdirmək və ya fərdi əmək fəaliyyəti ilə məşğul
olmaqla gəlirlərini artırmaları üçün davamlı dəstək
vermək;
5.2.11. gənc mütəxəssislərin bilik və bacarıqlarını
işəgötürənlərin tələblərinə uyğunlaşdırmaq məqsədi
ilə beynəlxalq standartlara cavab verən təhsil proqram-
ları hazırlamaq və tətbiq etmək;
5.2.12. gənclərin işsizlik problemlərinin həlli ilə
bağlı mütəmadi olaraq sosioloji tədqiqatlar aparmaq;
5.2.13. əlilliyi olan gənc mütəxəssislərin sosial mü-
dafiəsini gücləndirmək, onların əmək fəaliyyəti üçün
müvafiq şərait yaratmaq;
5.2.14. regionlarda yaşayan gənclərin təhsil, məş-
ğulluq və mədəniyyət sahəsində imkanlarını genişlən-
dirmək;
5.2.15. yeniyetmə və gənclərin iqtisadi sahədəki bi-
lik və bacarıqlarının artırılması üçün müasir metodlar
tətbiq etmək;
5.2.16. elmi tədqiqat institutlarında çalışan gənc
alimləri müasir, lisenziyalı, xüsusi ixtisaslaşdırılmış
İKT paket proqramları ilə təchiz etmək, habelə internet
vasitəsilə dünya elektron kitabxanalarına pulsuz girişi
təmin etmək;
5.2.17. yeniyetmələrdə erkən yaşlarında elmə ma-
raq yaradılması üçün orta məktəblərdə “Elm” guşələri
yaratmaq, intellektual interaktiv müsabiqələr keçir-
mək;
5.2.18. dövlət və yerli özünüidarəetmə orqanlarının
işində gənclərin fəal iştirakını təmin etmək;
5.2.19. gənclər üçün aktual olan məsələlərin həllin-
də gənclərin qeyri-hökumət təşkilatlarının iştirakını
stimullaşdırmaq;
5.2.20. gənclərin qeyri-hökumət təşkilatlarının sa-
hələr üzrə peşəkarlığının artırılmasını və dövlət sifariş-
lərinin həyata keçirilməsində daha fəal iştirakını sti-
mullaşdırmaq;
5.2.21. gənclərin qeyri-hökumət təşkilatlarının
elektron şəbəkəsini yaratmaq və ardıcıl inkişaf etdir-
mək;
5.2.22. gənclərə sistemli sosial xidmət göstərən
gənclər evlərinin (mərkəzlərinin) fəaliyyətini geniş-
ləndirmək;
5.2.23. xarici ölkələrdə yaşayan və ya təhsil alan
gənclərin fəaliyyətini əlaqələndirmək, onlar tərəfindən
Azərbaycan həqiqətlərinin dünyaya yayılması isti-
qamətində aparılan işlərə konsultativ, təşkilati və mad-
di-texniki dəstək göstərmək;
5.2.24. gənclərin beynəlxalq əməkdaşlığını dəstək-
ləmək, bu əlaqələr vasitəsilə ölkə haqqında məlumat-
ların yayılmasına, Azərbaycanın gənc dostlarının sıra-
larının genişlənməsinə nail omaq;
5.2.25. sağlamlıq imkanları məhdud və əlil olan,
qaçqın və məcburi köçkün, xüsusi qayğıya ehtiyacı
olan, valideyn himayəsindən məhrum olmuş gənclərin
sosial problemlərinin həlli istiqamətində ardıcıl təd-
birlər görmək;
5.2.26. xüsusi qayğıya ehtiyacı olan gənclərin ehti-
yaclarını ödəmək məqsədi ilə müxtəlif qurumların
əməkdaşlığını və koordinasiyasını təmin etmək, bu
gənclərə göstərilən xidmətlərin qiymətləndirilməsi və
monitorinqi üçün standartlar müəyyənləşdirmək;
5.2.27. xüsusi qayğıya ehtiyacı olan gənclərin id-
manla məşğul olması üçün güzəştli şərait yaratmaq;
5.2.28. aztəminatlı gənc ailələrin sosial rifahının
5. Strategiyanın məqsəd və vəzifələri
XƏZƏR XƏBƏR JURNAL |
54
yaxşılaşdırılması ilə əlaqədar dövlət və yerli özünüida-
rəetmə orqanları tərəfindən mütəmadi işlər aparılma-
sını təmin etmək;
5.2.29. yüksək riskli qruplardan olan gənclərə so-
sial-psixoloji və hüquqi yardımın göstərilməsi üçün
məsləhət və yönləndirmə sistemi formalaşdırmaq;
5.2.30. cəzaçəkmə müəssisələrindən azad olmuş
gənclərin sosial reabilitasiyası ilə bağlı kompleks təd-
birlər görmək;
5.2.31. müasir təbliğat və maarifləndirmə metodla-
rından istifadə etməklə gəncləri müxtəlif dini təriqət-
lərin ekstremist və ayrı-seçkilik çağırışlarından qoru-
maq;
5.2.32. gənclərlə işin təhlili, planlaşdırılması, təş-
kili və qiymətləndirilməsi üzrə mütəxəssislərin hazır-
lanmasını və yenidən hazırlanmasını təmin etmək.
6.1. Strategiya ilə müəyyənləşdirilmiş vəzifələrin
icrası istiqamətində institusional tədbirlərin, müvafiq
strukturların rolu böyükdür. Bu strukturlara mərkəzi
və yerli icra hakimiyyəti orqanlarının, habelə bələdiy-
yələrin və digər təşkilatların nəzdindəki qurumlar da-
xildir. Həmin qurumlar üç funksiyanı icra etməlidir:
tənzimləmə, təşkilati-sərəncamverici və nəzarət.
6.2. Strategiyanın həyata keçirilməsi üçün dövlət
gənclər siyasətinin kadr potensialının təkmilləşdiril-
məsini nəzərdə tutan aşağıdakı tədbirlər icra ediləcək-
dir:
6.2.1. dövlət gənclər siyasəti sahəsində çalışanların
hazırlığı və yenidən hazırlığı sisteminin təkmilləşdiril-
məsi;
6.2.2. dövlət gənclər siyasətinin məlumat bazasının
yaradılması, davamlı təkmilləşdirilməsi və zənginləş-
dirilməsi.
6.3. Strategiyanın icra mexanizmlərinin digər tərkib
hissəsi maliyyələşdirmə ilə bağlıdır. Maliyyələşdirmə
aşağıdakı mənbələrdən həyata keçirilir:
6.3.1. dövlət vəsaiti (büdcə və büdcədənkənar fond-
lar);
6.3.2. qanunvericiliklə nəzərdə tutulan digər mən-
bələr.
6. Strategiyanın icra mexanizmləri
7.1. Strategiyanın səmərəliliyini qiymətləndirmək
məqsədi ilə qiymətləndirmə indikatorları sistemi və on-
ların ölçmə mexanizmləri yaradılmalıdır. Bu indika-
torlar görülən işlərlə gənclərin vəziyyəti arasında
əlaqəni özündə ehtiva etməlidir. Mövcud “Azərbaycan
gəncləri” statistik toplusunun təkmilləşdirilmiş for-
matı və keçirilən sosioloji tədqiqatlar bu sistemin əsa-
sını təşkil edəcək.
7.2. Strategiyanın icrasının nəticəsi olaraq 2025-ci
ilin sonuna qədər aşağıdakılara nail olunması gözləni-
lir:
7.2.1. gənclər arasında təhsil səviyyəsinin və peşə
təhsili alanların sayının artması;
7.2.2. gənc məzunların ixtisaslarına uyğun işlə
təmin edilməsi səviyyəsinin yüksəldilməsi;
7.2.3. gənclər arasında işsizliyin səviyyəsinin aşağı
salınması;
7.2.4. gənclərin təhsil müddətində yaşayış
şəraitinin yaxşılaşdırılması üçün ali, orta ixtisas və ilk
peşə-ixtisas təhsili müəssisələrinin şagird və
tələbələrinin yataqxanalarda yerlə təmin edilməsi;
7.2.5. ali və orta ixtisas təhsili müəssisələri məzun-
larının öz regionlarında ixtisaslarına uyğun işlə təmin
edilməsi;
7.2.6. gənclərin işçi qüvvəsi çatışmayan regionlara
getməsini stimullaşdırmaq məqsədi ilə zəruri məişət
və məşğulluq infrastrukturunun yaradılması;
7.2.7. əmək bazarının tələblərinə cavab verən
rəqabətqabiliyyətli gənc kadr potensialının formalaş-
dırılması;
7.2.8. gənclərin və gənc ailələrin mənzil şəraitinin
yaxşılaşdırılması mexanizmlərinin davamlı olaraq tə-
kmilləşdirilməsi;
7.2.9. gənclərdə vətənpərvərlik ruhunun yüksəldil-
məsi;
7.2.10. gənclərin ibtidai hərbi hazırlığının səviyyə-
sinin artırılması, bu prosesə hərbi mütəxəssislərin cəlb
edilməsi;
7.2.11. gənclərin innovativ ideyalarının və yaradıcı
təşəbbüslərinin reallaşdırılması, onların praktikada tət-
biqi üçün zəmin yaradılması;
7.2.12. elm və texnika sahəsində çalışan gənclərin
sayının artması;
7.2.13. mədəniyyət və incəsənət, o cümlədən teatr,
kino, dizayn və memarlıq sahəsinə gənclərin
marağının artması, ölkənin regionlarında yaradıcı
gənclərin çıxışlarının, sərgilərinin və ustad dərslərinin
təşkil edilməsi, habelə xarici dövlətlərdə onların
yaradıcılığının layiqincə təqdim və təbliğ edilməsi;
7.2.14. gənc sahibkarların sayının artması;
7.2.15. gənclər arasında hüquqpozmaların sayının
azalması;
7.2.16. gənclərin beynəlxalq əlaqələrinin, habelə
Azərbaycan üçün prioritet kəsb edən ölkələrin gəncləri
ilə əlaqələrinin inkişaf etdirilməsi.
7. Gözlənilən nəticələr
| XƏZƏR XƏBƏR JURNAL
55
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr
müavini Sayalı Sadıqova deyib ki, hazırda həmin sözlərlə bağlı
komissiyanın müvafiq bölməsində müzakirələr aparılır. Bu
müzakirələr başa çatdıqdan sonra dilimizə daxil olmuş 250-yə
qədər yeni söz və söz birləşməsinin siyahısı komissiyanın
dekabrda işıq üzü görəcək xüsusi bülletenində nəşr ediləcək. Yeni
sözlər daha çox texniki və ictimai-siyasi həyatla bağlıdır. Həmin
sözlər "planşet", "onlayn", "plazma televizor", "sosial şəbəkə",
"selfi" (özünü çəkmə), "sensor" və s.-dir.
Son dövrlərdə dilimizə əksər sözlərin ingilis dilindən keçdiyini
deyən S.Sadıqova bildirib ki, onların əksəriyyətinin azərbaycanca
qarşılığı yaranıb. Yeni sözlər texniki sahədə, KİV-də hazırda geniş
şəkildə işlənsə və mütəxəssislər tərəfindən qəbul olunsa da, onlar
Azərbaycan dilinin yeni orfoqrafiya lüğətində, eləcə də digər
izahlı lüğətlərdə verilməyib.
Komissiya rəsmisi əlavə edib ki, həmin sözlər gələcəkdə
orfoqrafiya lüğətində, eyni zamanda, izahlı lüğətlərdə də öz əksini
tapacaq.
Dilin daim inkişafda olduğunu deyən S.Sadıqova qeyd edib ki,
2004-cü ildə çap edilmiş orfoqrafiya lüğətində təqribən 70, yeni
çap edilən son orfoqrafiya lüğətində isə 105 min söz var:
“Dilimizə də yeni daxil olmuş sözlər gələcəkdə orfoqrafiya
lüğətinə daxil ediləcək. Nəzərə alınmalıdır ki, dilə yeni sözlər
daxil olmasa, o, məhvə doğru gedir. Buna görə də dildə inkişaf
nəzərə alınmalıdır”.
Son dövrlərdə Azərbaycan dilinə
daxil olmuş yeni sözlər müəyyənləşdirilib
Dostları ilə paylaş: |