XƏZƏr xəBƏR №337 fevral 2015 khazar-review


RABİTƏ  VƏ  YÜKSƏK  TEXNOLOGİYALAR  NAZİRLİYİNDƏ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə4/12
tarix07.04.2017
ölçüsü0,96 Mb.
#13627
1   2   3   4   5   6   7   8   9   ...   12

RABİTƏ  VƏ  YÜKSƏK  TEXNOLOGİYALAR  NAZİRLİYİNDƏ  

KEÇİRİLMİŞ  GÖRÜŞDƏ   XƏZƏR  UNİVERSİTETİNDƏ  

TEXNOPARKIN  YARADILMASI  MƏSƏLƏSİ    MÜZAKİRƏ OLUNDU

On February 7th, the Minister of Communication 

and High Technologies, Ali Abbasov, hosted a group of 

participants from an international conference on “De-

velopment of a Technopark at Khazar University.” 

Prof. Hamlet Isaxanli, Founder of Khazar Univer-

sity and Chairman of its Board of Directors and Truste-

es; Dr. Hassan Niknafs, Dean of the School of Engine-

ering and Applied Sciences; Ozden Doyuran, Director 

of the Khazar University Technopark; Cenk Polat, the 

Chairman of MITEK's Executive Board; Sadik Yamac, 

Director of the Havelsan group of companies; and Mus-

tafa Hasim Polat, Head of the TIKA (Turkish State De-

velopment Agency)-Azerbaijan organization, were pre-

sent at the meeting.

The Minister greeted the guests, noting that Kha-

zar University is constantly working on important pro-

jects. He mentioned that high technology is one of the 

key elements of state policy and said that he and the mi-

nistry are ready to partner with Khazar University and 

the companies working with it. He also said that Prof. 

Hamlet  Isaxanli,  Founder  of  Khazar  University  and 

Chairman of its Board of Directors and Trustees, has ta-

ken  significant  steps  at  Khazar  University  in  accor-

dance with the Technopark Development policy of the 

Azerbaijani government and especially of the Ministry. 

He also mentioned the work that H.Isaxanli has plan-

ned with MITEK group of companies (Turkey) and the 

Havelsan company. 

Presentations were made by Cenk Polat, Sadik Ya-

mac, and Mustafa Hasim Polat, who spoke about the 

companies'  achievements,  partnerships  with  the  uni-

versity, and future plans in these areas. The companies 

also stated that they will provide a certain amount of fi-

nancial support. 

Finally Ali Abbasov, the Minister of Communica-

tion and High Technologies, also made a presentation, 

stating that he approves of the partnership between Kha-

zar University and MITEK. He stated his support for 

these types of projects and spoke about the significance 

of the technopark for Khazar University's industry rela-

tions. He also mentioned work that remains for the fu-

ture and suggested that the technopark write a detailed 

work plan and present it to the Ministry. 



CREATION  OF  KHAZAR  UNIVERSITY 

 TECHNOPARK  DISCUSSED AT  MEETING OF  MINISTRY  OF  

COMMUNICATION  AND  HIGH  TECHNOLOGIES

26 | XƏZƏR XƏBƏR  JURNAL

MÜSAHİBƏ


-Hamlet müəllim, Xəzər Universiteti - 

Azərbaycan  mustəqilliyini  elan  etdikdən 

qısa müddət sonra fəaliyyətə başlayan bir 

neçə  özəl  universitetlərdən  biridir.  Bu 

müddət ərzində nəinki rəqiblərini geridə 

qoyub, hətta günü gündən böyüyür. Dün-

ya məktəbi, kitabxana… 

-Kampus tikmişik. Orda olmusuz? Çox 

fantastik kitabxanası, gözəl idman mərkəzi 

var. Şənbə günləri gəlib futbol oynayırıq.   



-Yox, amma kadrları gördüm. Doğru-

su, kitabxananın dizaynına valeh oldum. 

Başqa nələr var və nələr olacaq?  

- Universitetin böyüməsi həm də elmi-

yaradıcı gücünün artması və maddi bazası-

nın  genişlənməsi  deməkdir.  Bizim  hazırda 

yeddi binamız var: ikisi burda - indi olduğu-

muz yerdə, biri şəhər mərkəzində. Dörd dənə 

də yeni kampus tikirik - biri səkkiz, biri altı, 

biri də dörd mərtəbəli olacaq. İdman komp-

leksimiz  olacaq.  Orda  üzgüçülük  hovuzu, 

basketbol  meydanı,  güləş  və  digər  döyüş 

növləri üçün salonlar nəzərdə tutmuşuq. Ye-

ni tikilən binalardan biri uşaq bağçası üçün-

dür, biri ibtidai, biri də orta məktəb üçün. Or-

da həm də texnopark və laboratoriyalar qura-

cağıq.  Əcnəbi  müəllimlərimizin  yaşaması 

üçün də yer düzəltmişik. Faktiki olaraq, ilk 

baxışda universitetimizin funksional fəaliy-

yəti üçün bütün şərtlər var. Amma bunlarla ki-

fayətlənmirik,  daha  da  genişlənmək  istəyi-

rik. Əgər bizim toplantılarımızda iştirak et-

səniz, yalnız narazılıq eşidərsiniz. Çünki key-

fiyyətli nəticə əldə etməyin yollarından biri 

kiçik də olsa, gözə görünən nöqsanları ara-

dan qaldırmaqdır 



-Mətbuat  konfransında  universitetin 

büdcəsindən  danışanda  dediniz  ki,    nə 

 Müsahibimiz Xəzər Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor 

Hamlet İsaxanlıdır. Hamlet müəllim rəhbərlik elədiyi təhsil müəssisəsi, Azərbaycanda 

elm və mədəniyyətin hazırkı vəziyyəti və dünyanın gündəmində olan aktual mövzularla 

bağlı suallarımızı cavablandırır 

 HAMLET  İSAXANLI:  

"YARADICILIQ  EHTİRASI  SEVGİDƏN  QAT-QAT  BÖYÜKDÜ" 

 27

XƏZƏR  XƏBƏR  JURNAL |  

vaxtsa imkanlı insanların da təhsil sahə-

sinə diqqət yönəldəcəyinə ümid eləyirsiz. 

Azərbaycanda belə insanlar heçmi yoxdu, 

yoxsa onlara mane olan nəsə var?

-  Azərbaycanda imkanlı insanlar var və 

onlar qətiyyən insafsız deyillər. Sadəcə, biz 

elə bir dövr yaşamışıq ki, orda həm qanunlar, 

həm  də  digər  baxımdan  insanların  böyük 

xeyriyyəçi  işlər  görmələrinə  mane  olublar. 

Onda “sən bu pulu hardan almısan, necə al-

mısan”  deyə,  suallar  və  qorxular  vardı. 

Amma düşünürəm ki, bu sürətlə dəyişəcək. 

Artıq dəyişir. Bəzi imkanlılar, böyük pullarla 

yardım eləməsələr də,   müəyyən işlərimizə 

kömək eləyirlər. Məsələn, tikintidə müəyyən 

köməklər olunur bizə. Təşkilat gəlir ki, mən 

burda  sizdən  qazanmayacağam,  işçilərin 

maaşını verin.

- Dünyanın başqa yerlərində bu tip fə-

aliyyətlər  qanunla  tənzimlənir,  xeyriyyə-

çilər vergilərdən azad olunur...

-  Doğrudur,  bizdə  də  olacaq.  Bu 

yaxınlarda  Diplomatiya  Akademiyasının 

rektoru  ilə  bu  məsələni  müzakirə  eləmişik, 

təkliflərimizi  Milli  Məclisə  göndərmək 

istəyirik  ki,  insanlar  vergi  güzəştləri 

hesabına universitetlərə yardım edə bilsinlər. 

Mən  bir  az  nikbinəm.  İslahata  meylli 

insanlar  həmişə  tələsirlər  nəticə  görməyə, 

hər şeyi irəli dartmağa çalışırlar. Dövlət isə 

həmişə bir az sabitlik istəyir. Dövlət bir az 

mühafizəkardır.  Ola  bilsin,  biz  başqa 

ölkələrdən  daha  çox  mü ha fi zəkarıq. 

Bununla  belə,  gözümüzün  qarşısında  bəzi 

dəyişikliklər,  yeniliklər  baş  verir.  Məsələn,   

xeyli  vaxtdı  deyirdik  ki,  pulu  məktəblərə 

yox, tələbələrə verin, onları maliyyələşdirin. 

İndi  Xəzər  Universitetində  tələbə  gəlib 

pulsuz  oxuya  bilir.  Magistraturada  da,  ba-

kalavriatda da. İmtahandan yüksək bal topla, 

dövlət  sənin  pulunu  ödəyəcək.  Düzdü,  o, 

istədiyimizdən az pul verir, amma biz etiraz 

etmirik, çünki universitetimizə çoxlu savadlı 

tələbələrin gəlməyini istəyirik. Elə özümüz 

də   onlara güzəşt eləyirik. Daha bir yenilik: 

dövlət  universitetlərdən  əlavə  dəyər 

vergisini götürdü. Bunun üçün çox çalışdıq, 

vuruşduq, əlləşdik və  istəyimizə çatdıq.

Yəni müəyyən addımlar atılır. Məsələn, 

indi  mən  müraciət  eləmişəm  ki,  kampus 

tikmək üçün bizə əlli hektar yer verin. Cavab 

gözləyirəm. Ümid eləyirəm ki, müsbət cavab 

olacaq.  Yaxud, bizim təhsil fakültəmiz xeyli 

müəllimə təlim keçib. Hazırda Xəzər univer-

siteti  90  məktəbin  direktoruna  və  direktor 

olmaq  istəyənlərə    təhsilin  idarə  olunması 

mövzusunda  üç  aylıq  təlim  verir.  Onların 

hamısının pulunu dövlət ödəyir.



-Düzü, mətbuat konfransının mövzu-

su mənə bir az qəribə gəldi. Siz artıq dun-

ya  universitetlərinin  reytinq  cədvəllərin-

də yeri olan müəssisəsiniz. Yerli mətbua-

tın bir rəqəm yuxarı, bir rəqəm aşağı yaz-

mağı sizə niyə təsir edib?

-Məlumat  doğru  olmalıdır,  əks  halda 

insanları  çaşdıra  bilər.  Media  bəzən  bu 

məlumatları  başa  düşmədiyi  üçün  yanlış 

verir, bəzən də qəsdən. Ola bilsin ki, sabah 

biz o reytinq cədvəllərindən çıxaq, çünki bu 

sahədə  böyük  rəqabət  var.  Sabah  başqa  bir 

universitet  bizdən  daha  güclü  ola  bilər. 

Olsun.  Lakin  hər  şey  doğru,  olduğu  kimi 

yazılsa, daha yaxşıdır. Bu çox vacibdir.  



-Təxminən, iki, ya da üç il əvvəl sizinlə 

bir  layihə  çərçivəsində  söhbət  eləmişdik. 

O zaman Azərbaycan dilinə qarşı laqeyd 

m ü n a s i b ə t d ə n   ş i k a y ə t l ə n m i ş d i z .    

Deyəsən,  təhsil  komissiyasına  “Azərbay-

can  və  dünya  dillərinin  inkişafı”  adlı 

layihə təklif etdiyinizi demisdiz. Necə oldu 

o layihə?

- Heç nə olmadı. O vaxt xarici dillərin, 

xüsusilə  də  rus  dilinin  inkişafına  kömək 

məqsədilə bir toplantı keçirilmişdi. Onda biz 

də “Azərbaycan və dünya dillərinin inkişafı” 

variantını təklif elədik. Həmişəki kimi,  nə-

ticəsi  olmadı. Ancaq  mən  indi  də  o  fikirdə 

qalıram:  Azərbaycan  dilinin  qayğısına 

q a l m a ğ a   ç o x   e h t i y a c   v a r.   Ç ı x ı n ,  

küçələrimizə  baxın.  Bir  çox  müəssisələrin, 

idarə  və  təşkilatların  adı  ingiliscə,  hətta 

bəzən  türkcə  yazılır.  Türkiyə  dost,  qardaş 

ölkədir,  amma  bizim  “ə”  hərfimiz  var  və 

ondan istifadə olunmalıdır. Yəni, dilin qay-

ğısına  qalınmalıdır,  əks  halda,  ana  dilimiz 

unudulacaq.

  Bizə  tələbələr  gəlir,  onlar  yaxşı  yaza 

bilmirlər.  Çünki  məktəbdə  dilə,  yazıya  az 

önəm  verirlər.  Bəzən  eyni  məktəbdən  çox 

müxtəlif  səviyyəli  adamlar  gəlir.  İnkişaf 

edən insanların əksəriyyəti öz hesabına inki-

şaf  edir.  Bu  da  məktəbdən    yox,  daha  çox 

insanın  özü  və  ailənin  təsirindən  olur. 

Dilçilik  dövlətin  qayğısını  tələb  edən 

sahədir. Düzdü, hazırda Azərbaycan dilində 

çoxlu kitablar nəşr olunur. Ancaq son vaxtlar 

ingilis,  rus  dillərinə  rəğbət  xeyli  artıb.  Bu, 

Azərbaycan  dilinin  hesabına  olmamalıdır. 

S ö h b ə t   t ə k c ə   d a n ı ş ı q d a n   g e t m i r.  

Azərbaycanlı uşaq birinci sinifdən ingilis, ya 

da  rus  dilində  oxuyanda,  bu  onun 

təfəkküründə,  millətinə  münasibətində 

özünü göstərir. O, folklorunu başa düşmür,   


28 | XƏZƏR XƏBƏR  JURNAL

musiqisini anlamır. Çünki tədris prosesində 

ona ingilis, rus mahnısı öyrədirlər. Yaxşı olar 

ki, insan əvvəlcə öz dilini və mədəniyyətini, 

sonra da   onunla paralel dünyanı öyrənsin. 

İndi  ortalama  dövlət  orta  məktəblərində 

vəziyyət yaxşı olmadığına görə valideynlər 

xüsusi dövlət məktəbi və ya özəl məktəb ax-

tarır. 

İş  orasındadır  ki,  bütün  dünya  bu 



vəziyyətdədir. Məsələn, İngiltərəni götürək 

–  dünyanın  ən  inkişaf  etmiş,  ən  güclü, 

maraqlı  dövlətlərindən  biri,  tarixi  ənənəsi   

və  bugünü  olan  bir  dövlət.  İngiltərədə 

seçilmiş  dövlət  orta  məktəbləri  var, 

“grammar school” deyirlər ona, qrammatika 

məktəbləri.  Onların  keyfiyyətləri  yaxşıdır, 

6-cı sinfi qurtaranda imtahanla həmin mək-

təblərə qəbul olmaq mümkündür. Pulsuz və 

keyfiyyətli oxuyursan o məktəblərdə, ancaq 

onların sayı azdır. Bir də özəl məktəblər var, 

çox keyfiyyətli dərs keçilir, ancaq onlar çox 

bahalıdır. Məsələn, Londonda Eton deyilən 

bir məktəb var ki, illik təhsil haqqı 45 min 

pounddur,  bütün  baş  nazirlər,  görkəmli 

adamların  hamısı  o  məktəbi  bitirirlər. 

İnsanlar çalışır ki, pul yığıb öz uşaqlarını o 

məktəbə qoysunlar. Azərbaycanda da  sovet 

dövrü, sovet məktəbləri yaxşı hesab olunur-

du.  Krizis  başlayandan  məktəb  sistemi 

çökmüş vəziyyətdədir. 

Bunun  səbəbləri  də  aydındır,  çox 

səbəbləri  var:  maliyyə  səbəbləri,  mənəvi 

səbəblər, dəyərlər məsələsi və ilaxır… Mən 

də bir valideyn kimi öz uşağım üçün yaxşı 

məktəblər axtarmalıyam, dövlət məktəbləri 

də  ola  bilər,  amma  ən  əsası  özəl 

məktəblərdir.  Məsələn  “Dünya”məktəbinə 

uşaqlarını gətirən valideynlər bəzən məndən 

soruşurlar  ki,  Hamlet  müəllim,  uşağımızı 

hansı bölməyə qoysaq yaxşıdı - Azərbaycan, 

rus, yoxsa ingilis?  Deyirəm ki, mütləq Azər-

baycan bölməsinə qoyun. Çünki Azərbaycan 

bölməsində ikinci dil ingilis dilidir. Bakıda 

böyüyən uşaq rus dilini də öyrənəcək. İmkan 

verin,  övladınızda  yaxşı  bir  ruh  olsun, 

cəmiyyət içində, dağlara gedəndə, ya da ki-

tab oxuyanda, özünü yaxşı hiss eləsin. Dil öy-

rənmək  problem  deyil,  amma  insan  kimi 

formalaşmaq ağır prosesdir. 



-“Xəzər”də  Azərbaycan  dilinin 

inkişafı üçün nələr edilir? 

-Burda çox iş görülür. Hər yerdə olduğu 

kimi,  burda  da  Azərbaycan  dili  fənni  var. 

Amma  biz  bu  fənni  başqa  cür  qurmuşuq, 

Azərbaycan dilində gözəl yazmaq öyrədirik. 

Yazmağın üslubları var: adi dəftərxana dili, 

qəzet dili, yaradıcı yazı, esse, akademik yazı. 

Bunların hamısı haqqında məlumat veririk. 

Bundan əlavə, “Xəzər” yeganə ali məktəbdi 

ki, Azərbaycan ədəbiyyatı məcburi fənndir. 

Heç bir ali məktəbdə belə şey yoxdur. Biz bu 

fənni uşaqların düşüncəsini və dilini inkişaf 

etdirmək  üçün  proqrama  daxil  eləmişik. 

Uşaqlar  mütləq  Nizaminin  “Xosrov  və 

Şirin”ini, Füzulinin “Leyli və Məcnun”unu, 

Axundovun  əsərlərini  oxuyurlar,  Vaqifin 

şeirlərini əzbərləyirlər, XX əsr ədəbiyyatını, 

müasir ədəbiyyatı öyrənirlər. O fənni bir də-

fə  mən  özüm  demişəm.  Bu  dərsdə 

müəllimlərə  proqrama  əlavələr  etmək 

imkanı yaradılır. Məsələn, Ramiz Rövşənin 

adı varsa,   onun hansı əsərini öyrədəcəyinə 

müəllim özü qərar verir. 

-Bəs Ramiz Rövşəndən sonrakı mər-

hələ?  Ondan  sonra  da  Azərbaycan  ədə-

biyyatı var axı... 

-Ramiz  Rövşəndən  sonrakı  mərhələ  o 

qədər  də  tədris  olunmur.  Əvəzində  kitab 

klubumuz  var.  Müəllimlər  gənc  şairləri, 

yazıçıları  dəvət  eləyirlər,  tələbələr  onlarla 

tanış olurlar. Çünki ədəbiyyat heç vaxt da-

yanmır. Amma mədəniyyətin bütün sahələri 

kimi  ədəbiyyatın  da  renessans  dövrü  olur. 

Biz indi qısa zamanda yeni Qara Qarayevin, 

Fikrət  Əmirovun  yetişəcəyini  gözləyə 

bilmərik, bu mümkün deyil. Ancaq proses də 

dayanmır.

 Mən özüm müasir müəlliflərin əksəriy-

yətini  tanıyıram.  Çünki  bir  neçə  il  ardıcıl 

keçirilən Milli Kitab Mükafatı müsabəqisin-

də münsiflər heyətinin üzvü olmuşam və bi-

zə gələn son on əsərin onunu da oxumuşam. 

Onların hər biri haqqında özüm üçün rəy ha-

zırlayırdım:  mən  bu  bədii  əsəri  hansı 

meyarlara  görə  qiymətləndirirəm?  Dili, 

intriqası, süjeti, bədii dəyəri və sair haqqında 

yazırdım.  Bunu ona görə eləyirdim ki, sonra 

müəllif məndən ona niyə, məsələn, doqquz 

yox, səkkiz bal verdiyimi soruşanda izahım 

olsun.  Qabiliyyətli,  istedadlı  yazanlar  var. 

Amma  yazıçılıq,  şairlik  inkişaf  tələb  edir. 

Çoxlu  adamlar  olur  ki,  gənc  yaşlarında 

parlayırlar, sonra isə sönüb gedirlər. Ya da ək-

sinə.  Ona  görə  də,  gözləmək  lazımdır. 

Məsələn,  Səməd Vurğunun  ilk  gəncliyində 

yazdığı  şeirlərə  baxanda,  onun  böyük  şair 

olacağı görsənmir, ancaq Cəfər Cabbarlının 

ilk yazılarına baxanda isə o görsənirdi. Hə-

rədə inkişaf bir cür alınır.



-İki il əvvəl demişdiz ki, Azərbaycan el-

mi dəhşətli dərəcədə zəifləyib, mədəniyyə-

tin, təhsilin, hətta ziyalılığın zəifləməyinə 

səbəb elmin zəifləməsidir. Keçən müddət 

  29

XƏZƏR  XƏBƏR  JURNAL |  

ərzində  fikriniz  hansı  tərəfə  dəyişib? 

Azərbaycan elmində nə baş verir?

-  Bəlkə  cüzi  dəyişikliklər  baş  verib, 

amma  böyük  mənada  həmin  fikrimdə 

qalıram.  Bir  misal  çəkim:  Teh ran 

Universitetinin  bir  ildə  çap  etdirdiyi 

məqalələrin sayı Azərbaycandakı bütün uni-

versitetlərin  və  Elmlər  Akademiyasının 

bütün alimlərinin çap etdirdiyi məqalələrdən 

beş  dəfə  çoxdur.  Başqa  bir  mi sal: 

Finlandiyanın  əhalisi  Azərbaycandan  iki 

dəfə azdır. Azərbaycan beş ildə beynəlxalq 

jurnallarda,  təxminən,  2000-2500  məqalə 

çap  etdirib,  Finlandiya  80  000.  Xahiş 

eləyirəm, rəqəmlərə fikir verin, fərqə baxın. 

Heç  müqayisə  eləmək  mümkün  deyil.  Bu 

faciədir.



-Bu nədən irəli gəlir? Dünyada elm in-

kişaf edir, uçan kometaya cihazlar endiri-

lir. Bu, sanki alimləri inkişafa ruhlandır-

malıdır.  Amma  azərbaycanlı  alim  dinə 

meyl edir, mələyin uçma sürətini ölçür...

- Sovet döründə Azərbaycanda elmi mək-

təblər yaranırdı. Ancaq o dövrdə də xeyli şi-

şirtmələr  vardı.  Məsələn,  Azərbaycanın 

bütün  riyaziyyatçılarını  yığsan,  Moskva 

Universitetinin bir kafedrası onlardan daha 

güclü idi. Bunu demək lazımdır. Ancaq yenə 

də o vaxt insanlar Moskvaya gedirdilər, oxu-

yub gəlirdilər. Elm adamının bir qədər nüfu-

zu var idi, maaşı var idi. Ona görə alim olmaq 

istəyənlər də çox idi. İndi isə elm nüfuzunu 

itirib. Hərçənd, insanların bir hissəsi yenə də 

“mən alim olum, diplom alım” xülyası ilə ya-

şayır. Buna görə plagiat baş alıb gedir.

  Mənim  tanıdığım  bir  adam,  ortadan 

aşağı səviyyəli bir alim deyir ki, bir ildə beş 

adama  eyni  mövzuda  dissertasiya  yazır. 

Hərəsini 5 % dəyişir, adlarını dəyişir, 95 % 

eyni  qalır.  Hamısı  gedir,  müdafiə  eləyir. 

Azərbaycanda  alim  belə  yetişir.  Elm  isə 

fanatikləri  sevir.  Necə  ki,  bir  qız  bir 

oğlandan,  bir  oğlan  bir  qızdan  ötrü  ölür. 

Yaradıcılıq ehtirası sevgidən qat-qat böyük-

dür.  Ondan  dərin  və  gözəl  heç  nə  yoxdur. 

İnsan o aləmə vurulanda, onun içində olanda 

o yaradır, yazır. Biz indi universitetdə qayda 

qoymuşuq  ki,  doktoranturada  müdafiə 

etmək üçün mütləq xarici ölkələrdəki məş-

hur jurnallarda məqalə olmalıdır. Bizdə çox 

istedadlı bir qız var idi, əvvəl deyirdi ki, “ay 

müəllim, olmaz ki burda olan jurnal olsun? 

Yox,  qayda  hami  üçün  eynidir  -  dedim  və 

həmin qızın 3 məqaləsi xarici jurnalda dərc 

olundu. Amma bizdə məqalə yazmaq da, jur-

nallarda yer alması da çox asandır.

- Hamlet müəllim, burdan çeynənmiş 

bir sual yaranır: niyə bizdə belədir? 

-  Tək  bizdə  belə  deyil.  Sovet  İttifaqı 

dağılanda  dəyərlər  də  dəyişdi.  Sovet 

hökuməti insanların ayıbını örtmüşdü. Necə 

ki  qar  yağanda  hər  tərəf  dümağ  olur  və 

altındakı kələ-kötürləri görmürük, sosializm 

də  qar  kimi  idi.  İnsanların  pis  xasiyyətləri, 

bəd niyyətləri üzə çıxmağa imkan vermirdi. 

Çünki insanları imkan dairəsində işlə təmin 

eləyirdilər.  Maaş  alırdın,  ev  alırdın,  səni 

oxutdururdu, səhiyyə də müəyyən dərəcədə 

var idi. Buna görə də, insanlar həyatlarına qis-

mən  qane  olurdular.  Hökumət  incəsənətlə, 

elmlə  məşğul  olanları  da  qiymətləndirirdi. 

Şairin  hər  misrasına  pul  verirdi.  Düzdü,  o 

şair də sistemi təbliğ eləyirdi...

Amma indi şair kitab çıxarmaq üçün özü 

pul axtarmalıdır. Bu sistem çökəndə hər şey 

dəyişdi,  viran  oldu.  Mənim  bir  amerikalı 

dostum  deyir  ki,  sovetlər  təzə  dağılanda 

gəldim, buranı gördüm  və  artıq başa  düşü-

rəm ki, Roma imperiyası dağılanda vəziyyət 

necə olub. Yəni sosializm sistemi çökəndən 

sonra dəyərlər dəyişdi, insanlar acgözləşdi. 

Bu bir tərəfdən pozitivdi- insanlar daha çox 

qazanmağa, inkişaf etməyə çalışırlar. Ancaq 

bizdə mənfi istiqamətdə getdi proses. Dəyər-

lər  -  ədalət,  humanizm,  insaf  bir  az  arxa 

plana  keçdi.  Belə  yerdə  isə  elm  cücərmir.   

Lakin  ən  geridə  qalmış  cəmiyyətdə,  ən 

böhranlı  dövrlərdə  belə  həmişə  parlaq 

i n s a n l a r   o l u b   v ə   o l a c a q .   X ə z ə r  

Universitetinin  əsas  missiyası  elmi 

dirçəltməkdir.  Ona  görə  də,  beynəlxalq 

atmosfer yaradırıq ki, cavanlar yetişsin və tər-

pəniş də var. Bunun bir səbəbi də odur, onun 

bir his-səsi elmə görədir. Çünki elmsiz yol 

yoxdur.


-  Siz  Azərbaycanda  dünyəvi  və  de-

mokratik  təhsil  sistemi  ilə  fərqlənən  bir 

universitetin rektorusuz.  Bu səbəbdən ha-

zırda  dünyanın  əsas  mövzularından  biri 

olan  “Şarli  Hebdo”ya  hücum  və  karika-

turaçıların  qətli  barədə  fikrinizi 

öyrənmək istəyirəm. Dünyanı bir kənara 

qoysaq, Azərbaycanda iki münasibət oldu 

-  hadisəni  qınayanlar  və  söz  azadlığını 

təhlükə kimi görənlər. İkinci, günahın ka-

rikaturaçılarda olduğunu deyənlər...

- Bu asan deyil. Birinci, onu deyim ki, 

terror varsa, insan ölürsə, buna heç cür bəraət 

qazandırmaq olmaz. Biz də hər şeyi görürük, 

başa  düşürük,  qınayırıq,  amma  gedib  heç 

kimi  öldürmürük.  İnsan  öldürmək  qorxunc 

əməldir, ondan dəhşətli cinayət yoxdur. Bir-

mənalı  şəkildə!  Bu,  işin  bir  tərəfi.    Digər 



30 | XƏZƏR XƏBƏR  JURNAL

tərəfdən,  bir  hadisə  baş  verəndə  mütləq 

səbəblərini  araşdırmaq,  təhlil  eləmək 

lazımdır. Belə bir şey niyə baş verdi? Mən 

düşünürəm  ki,  söz  azadlığı,  ümumiyyətlə, 

azadlıq  çox  gözəl  şeydir.  Amma    azadlıq 

“mən  hər  şeyi  edə  bilərəm”  demək  deyil. 

İnsan - kişi və ya qadın küçədə çılpaq gəzə 

bilərmi? Halbuki, bu da azadlıqdır. Lakin gə-

zə bilmərik. Çünki yaşadığımız cəmiyyət qar-

şısında məsuliyyətimiz var. Onun müəyyən 

dəyərləri var - hətta səhv də olsa, ona qarşı 

çıxmaq olmaz. Ona görə də, kefimiz istəsə 

belə,  küçədə  çılpaq  gəzmirik.  Məsələn, 

geylər  parad  keçirirlər.  İnsansan,  necə  is-

təyirsən,  yaşa.  Ancaq  bunu  nümayiş 

etdirmək  nəyə  lazımdır?  Bununla  “mən 

sizdən yaxşıyam, üstünəm” deyirsən, axı?!



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin