-Niyə məhz, “mən sizdən yaxşıyam”?
Sadəcə, öz yaşamaq hüququnu tələb
etmək kimi baxa bilmərikmi?
- Yaşamaq hüququndan istifadə eləsin.
Ancaq çıxıb nümayişkaranə surətdə
insanlara meydan oxumaq, qıcıqlandırmaq,
təbliğ etmək yaxşı deyil. Mən düşünürəm ki,
bu, cəmiyyətə hücum etməkdir və doğru
deyil. Ya da, məsələn, mən ateistəm. Ancaq
bu o demək deyil ki, inanclı bir adama
hücum eləməliyəm. Buna ixtiyarım yoxdur.
Eləcə də, onun mənə hücum eləməyə ixtiyarı
yoxdur. Son hadisələrdə də... Əgər onlar
Məhəmməd peyğəmbərin karikaturasını
çəkməklə milyonlarla insanların özlərini
təhqir olunmuş hiss edəcəklərini bilirdilərsə,
bunu etməməli idilər. Ola bilsin, belə deyil,
ola bilsin, onların heç kimi təhqir etmək fikri
yox idi...
Ancaq nəticə budur ki, onlar həmin
karikaturalarla kimlərisə təhqir etmiş
oldular, yəni qisasa əsas verdilər. Ekstremist
düşüncəli adamlar onlara öldürməklə cavab
verdilər. Baxın, mən təhlil elədim. Birinci
onu dedim ki, hər nə olur-olsun, insan
öldürmək olmaz. Amma izah eləyirəm ki,
bunun səbəbi milyonlarla insanın inancını
təhqir eləməkləridir. Qafqazlının anasını
söyəndə durub səni öldürəcək, bu onun üçün
böyük təhqir hesab olunur. Ruslarda isə ana
s ö y ü ş ü a d i s ö z d ü . O n a g ö r ə d ə ,
azərbaycanlının anasına söyməməlisən.
Bunu nəzərə almaq pis deyil.
- Bu hadisəyə Aydın Talibzadə
“Avropa daha çox birləşdikcə” adlı
məqalə ilə münasibət bildirib və orda baş
verənlərin alt qatında dayanan səbəblər-
dən biri kimi Boloniya sistemini göstərib.
O, bu sis temin əslində Avropanı
birləşdirmək üçün yaradıldığını, digər
insanlara, qeyri-avropalıya qarşı rasizmi
təbliğ etdiyini bildirir. Doğrudanmı, Bolo-
niya sistemi bu qədər təhlukəlidir?
-Aydın müəllimin birinci fikri ilə
tamamilə ra zı yam: Boloniya sistemi
Avropanı birləşdirmək üçündür. Mənim hələ
1995-ci ildən başlayaraq bu barədə çoxlu
məqalələrim var. “Azərbaycan Boloniyanı
unudub, bu sistemə qoşulmaq lazımdır”
d e y ə h a y - k ü y ü b i r z a m a n l a r m ə n
qaldırmışdım. O vaxt Avropa Şurası
“Country report” adlı bir məruzə istədi- yəni
ölkədəki vəziyyətin təhlili. Avropa Şurası
üçün o mərüzəni mən hazırlamışdım.
Boloniya sistemini imzalamaq üçün də
2005-ci ildə Norveçə Misir Mərdanovla mən
getmişdim. O sənədi imzalayırdı, mən də
məruzə edirdim. Yəni mən Boloniya
sisteminin təbliğatçılarından biriyəm.
Bəli, Boloniya Avropanı birləşdirən ele-
mentlərdən biridir. Avropa Şurası, Şengen
zonası, av ro kimi... Ancaq Aydın
Talıbzadənin fikirlərinin ikinci hissəsi ilə
qətiyyən razı deyiləm. Boloniya sisteminin
hədəfi təhsilin keyfiyyətini qaldırmaqdır.
D e y i r k i , b u n d a n ö t r ü g ü c ü m ü z ü
birləşdirməliyik. Av-ropanın Boloniyaya
qoşulmayan ölkələr üçün də külli miqdarda
proqramları vardı və bu gün də var. Avropa
bu gün qonşu ölkələrin təhsil sisteminin, mə-
dəniyyətinin inkişafı üçün böyük maliyyələr
sərf eləyir. Deyir ki, mənim dəyərlərim -
demokratiya, humanizm və s. - doğrudur.
Qoy, qonşularımın da onlardan xəbəri olsun.
Hazırda Azərbaycan həmin proqramlar üzrə
xaricə xeyli tələbə göndərir, onlardan bizə
tələbələr gəlir. Hamısının pulunu Avropa
Şurasının xüsusi komissiyası verir. Boloniya
sisteminin rasizmə heç bir dəxli yoxdur.
Əksinə, Boloniya sistemi Avropanın digər öl-
kələrlə münasibətlərinin hamarlaşmasına
kömək eləyir.
- Bu sistem Azərbaycanda necə, özünü
doğruldurmu?
-Yəni mən deyim ki, Boloniya dəhşətli
dərəcədə dəyişiklik etdi, elə doğru deyil.
Boloniya bir modeldir, tədrisi hesablayanda
saatı o cür hesablama, bu cür hesabla, o cür
yazma, bu cür yaz, tələbələrə seçimi bir az
çox ver. Amma dildə deyilir, verilmir o
seçim. Mən Xəzər Universitetini amerikan
sistemi üzərində qurmuşam. Çünki mən
bilirdim ki, dünyanın ali təhsil lideri
Amerikadır.
Boloniya bizdə 2005-ci ildə olacaqdı.
Amma mən 1995-ci ildə bizim “Xəzər
31
XƏZƏR XƏBƏR JURNAL |
Xəbər” dərgisində “kredit sistemi nədir, onu
necə tətbiq etmək olar” – bu barədə mə-
qalələr yazırdım. Amma keyfiyyət başqa bir
şeydir. Məsələn, almanlar… Humbolt 1810-
cu ildə Berlin Universitetində rektor oldu və
prinsip qoydu, dedi ki, “Yaxşı universitet ona
deyilir ki, çox yaxşı alimi götürürsən və ona
sərbəstlik verirsən ki, tələbələri yetişdir. Ona
heç bir yol göstərmirsən. Ona görə də, mən
tədris proqramlarının hazır göndərilməsinin
əleyhinəyəm. Çünki tədris proqramları hər il
dəyişir. Biz dünya ilə ayaqlaşırıq və hər
yeniliyi nəzərə alıb ona uyğun tədris
proqramı hazırlayırıq. Tədris proqramlarını
biz hazırlayıb hökumətə verə bilərik,
hökumət bizə yox. Ona görə də, mən həmişə
fikirləşirəm ki, konservativ meyllərə qarşı
ali məktəb ciddi durmalıdır.
- Hamlet müəllim, Siz deyirsiz ki,
dövlətin göndərdiyi tədris proqramlarını
qəbul etmirəm. Bəs bu halda konfliktlər
yaranmır?
- Böyük konfliktlər yaranmır. Mən öz
təcrübəmdə görmüşəm. Bu universitetə
başlayandan həmişə nəyi düzgün hesab
etmişəmsə, çalışıram ki, onu edim. Təbii ki,
bu boş fantaziyalara əsaslanmır. Dünyanın
təcrübəsinə baxmışam, Amerika, Avropa
bunu necə edir, Azərbaycanda bunu necə
tətbiq etmək olar ki, ən yaxşı olsun. Əlbəttə,
əvvəllər, xüsusilə nazirliklərdə mənə de-
yirdilər ki, dövlətin qanunu var, qaydası var.
Mən də onu bildirmişəm ki, əgər mən də
sizin bütün dediklərinizi etsəm, bu yeni ali
məktəbi yaratmağa nə ehtiyac var idi? İcazə
verin, mən yenilik edim, eksperiment edim,
başqa cür modeli göstərim.
Doğrudan da, Boloniya prosesi gələndə
bütün ali məktəblərin rektorları, dekanları
gəlirdilər ki, bu kredit sistemi nədir, necə tət-
biq olunur. Çünki bizdə kredit sistemi
Boloniyadan neçə il əvvəl tətbiq olunurdu.
Ona görə də, həmişə insan öz fikrini
deyəndə, fikrində duranda, əvvəl - axır onu
başa düşürlər. Reforma etmək üçün, irəli
getmək üçün mütləq qaydaları pozmalısan.
Qaydanı pozub, yeni qayda yaradırsan.
-Və sonda məni maraqlandıran sual:
Uni ver si te tin nəzdində animasiya
mərkəzi yaradacağınızı demişdiz, bu
layihənin taleyi necə oldu?
- Animasiya mərkəzini yaratmışıq. Hətta
ola bilsin, bununla bağlı bir ixtisasın
tədrisinə də başlayaq. Yavaş-yavaş bu
sahəyə daxil olmaq istəyirik. Dünyanın hər
yerində partnyorlarımız olduğundan bu
sahəni in kişaf etdirmək üçün lazımi
mütəxəssisləri gətirmək imkanımız var.
Gərəkli bütün texnikanı almışıq. Prinsipcə,
məşğul olmaq istəyən olsa, müraciət edib, bi-
zimlə işləyə bilər.
Aygün Aslanlı,
Xeber365.com
21.01.2015
Fevralın 7-də Xəzər Universitetinin tə-
sisçisi, Direktorlar və Qəyyumlar Şurası-
nın sədri professor Hamlet İsaxanlı, Mü-
həndislik və tətbiqi elmlər fakültəsinin de-
kanı Hassan Niknafs, Texnoparkın direk-
toru Özden Doyuran TİKA-nın (Türk
Əməkdaşlıq və Koordinasiya Agentliyi)
ofisində qurumun koordinatoru Mustafa
Haşim Polatın qonağı oldular. Görüşdə iş-
tirak edən Havelsan şirkətlər qrupu idarə
heyətinin sədri Yüksel Öztekin və şirkətin
baş direktoru Sadık Yamaç Hamlet İsaxan-
lıya təşəkkür plaketi təqdim etdilər.
HAMLET İSAXANLIYA
HAVELSANIN TƏŞƏKKÜR
PLAKETİ TƏQDİM OLUNDU
32 | XƏZƏR XƏBƏR JURNAL
Yanvarın 29-da Xəzər Universitetinin konfrans za-
lında Məhəmməd Əmin Rəsulzadənin anadan olma-
sının 131 illiyi münasibətilə tədbir keçirildi. Tədbir
M.Ə.Rəsulzadənin 1953-cü ildə “Amerikanın səsi”
radiosundakı çıxışı ilə başladı. Tarix və arxeologiya
departamentinin müəllimi, tarix elmləri doktoru Nə-
siman Yaqublu M.Ə.Rəsulzadə irsi haqqında tələbə-
lərə məlumat verdi. İctimai əlaqələr və media üzrə di-
rektor Əlövsət Əmirbəyli, Azərbaycan dili və ədəbiy-
yat departamentinin müdiri Vurğun Əyyub,
M.Ə.Rəsulzadənin nəvəsi, Azərbaycan Dövlət Peda-
qoji Universitetinin dosenti Rəis Rəsulzadə çıxış edə-
rək, görkəmli dövlət xadiminin çoxşaxəli fəaliyyətin-
dən danışdılar.
M.Ə.RƏSULZADƏNİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR
Yanvarın 29-da Xəzər Universitetinin Magistratu-
ra, doktorantura və elmi işlər bölməsinin müdiri El-
dar Şahgəldiyev, İqtisadiyyat və menecment fakültə-
sinin dekanı İnqilab Əhmədov və Siyasi elm və bey-
nəlxalq münasibətlər departamentinin müdiri Muxtar
Hacızadə Xəzər Universitetinin Magistratura proqra-
mına qəbulla bağlı Azərbaycan Dillər Universitetin-
də təqdimat keçirmişlər.
Fevralın 4-də isə Xəzər Universitetinin İdarəetmə
və tələbə işləri üzrə prorektoru İsaxan İsaxanlı, Ma-
gistratura, doktorantura və elmi işlər bölməsinin mü-
diri Eldar Şahgəldiyev, İqtisadiyyat və menecment fa-
kültəsinin dekanı İnqilab Əhmədov eyni təqdimatı
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU)
keçirmişlər.
Təqdimatlarda universitetimizin əməkdaşları çıxış
etmiş və sonda tələbələrin çoxsaylı suallarına cavab
vermişlər.
XƏZƏR UNİVERSİTETİ
MAGİSTRATURA PROQRAMININ ALİ MƏKTƏBLƏRDƏ TƏQDİMATI
Yanvarın 30-da Kitabxana İnformasiya Mərkəzinin direktoru G. Mehdiyeva və elektron xidmətlər
şöbəsinin müdiri A. Miskərli Springer nəşriyyatının nümayəndələri ilə birgə AMEA-nın İnformasiya
Resurs Mərkəzinin tədbirində iştirak etmişlər.
ƏMƏKDAŞLARIMIZ İNFORMASİYA RESURS MƏRKƏZİNİN TƏDBİRİNDƏ
Ümumrusiya Azərbaycan Konqresinin “Азербайджанский Конгресс” qəzetinin 26 dekabr 2014-cü il
tarixli nömrəsində “Художники” rubrikası ilə Azərbaycanın görkəmli fırça ustası, xalq rəssamı Altay Hacıyev
haqqında məqalə və əsərlərindən reproduksiyalar dərc edilmişdir.
Maraqlıdır ki, məqalənin müəllifi rəssamın oğlu – dünyada tanınan teatr və kino rəssamı Addis Hacıyevdir
və bu, məqaləyə xüsusi orijinallıq verir.
(Məqalə və reproduksiyalar jurnalın 36- cı səhifəsində dərc olunur)
“АЗЕРБАЙДЖАНСКИЙ КОНГРЕСС”
QƏZETİNDƏ XALQ RƏSSAMI HAQQINDA MƏQALƏ
33
XƏZƏR XƏBƏR JURNAL |
Xəzər Universitetinin Siyasi elm və beynəlxalq münasibətlər departamentinin müdiri, Avropa
İnteqrasiyası üzrə Jan Monne Kürsüsü mükafatı laureatı, fəlsəfə doktoru Muxtar Hacızadə fevralın 5-də
tələbələrə “Avropa Birliyinin xarici əlaqələri” mövzusunda mühazirə oxudu. Bu, Avropaşünaslıq istiqaməti
üzrə tədrisi və tədqiqatı dərinləşdirmək məqsədi daşıyan Avropa Birliyinin Erasmus+ proqramının dəstəyi
ilə tədris olunan “Avropa Birliyi bir Qlobal Oyunçu kimi” fənninin açılış mühazirəsi idi.
Fevralın 5-də Xəzər Universitetinin Karyera mərkəzi Neftçilər korpusunda tələbələr üçün “Vaxt idarəçiliyi”
mövzusunda təlim keçirdi. Təlimçi “Oratorica” Təlim Mərkəzinin icraçı direktoru Tofiq Sadıxov idi.
Tələbələrə karyerada uğur qazanmaq üçün təşkiledici element olan vaxtın idarə olunması, ondan səmərəli və
məntiqi şəkildə istifadə etməyin yolları izah olundu və sualları cavablandırıldı
.
JAN MONNE MÜHAZİRƏSİ
VAXT İDARƏÇİLİYİ MÖVZUSUNDA TƏLİM
Fevralın 5-də Azərbaycan Respublikası Təhsil Nazirliyində “Ali Təhsildə Keyfiyyətə Təminat” üzrə işçi
qrupunun iclası keçirilmişdir. İclasda Xəzər Universiteti Magistratura, doktorantura və elmi işlər bölməsinin
müdiri, fəlsəfə doktoru Eldar Şahgəldiyev iştirak və çıxış etmişdir. Xatırladaq ki, işçi qrupunun bundan əvvəlki
iclası 23 yanvar 2015-ci il tarixində olmuşdur.
ƏMƏKDAŞIMIZ “ALİ TƏHSİLDƏ KEYFİYYƏTƏ TƏMİNAT”
ÜZRƏ İŞÇİ QRUPUNUN İCLASINDA
Xəzər Universiteti Şərq dilləri və din araşdırmaları departamentinin
müdiri, fəlsəfə doktoru Elnurə Əzizovanın 2011-ci ildə İstanbulda nəşr
olunmuş “Məhəmməd Peyğəmbər dövründə işgüzar həyat və peşələr” adlı əsəri
haqqında Türkiyə Respublikası Gömrük və Ticarət Nazirliyi tərəfindən 2014-
cü ildə Ankarada nəşr edilmiş ikicildlik “Əxilik Ensiklopediyası”nda məqalə
yazılmışdır. Mərmərə Universitetinin dosenti Casim Avcı tərəfindən yazılan
məqalədə E. Əzizovanın əsəri haqqında geniş məlumat verilir (“Əxilik Ensiklo-
pediyası”, 1-ci cild, s. 468-470).
MÜƏLLİMİMİZİN ƏSƏRİ HAQQINDA
XARİCİ ENSİKLOPEDİYADA
MƏQALƏ ÇAP OLUNMUŞDUR
34 | XƏZƏR XƏBƏR JURNAL
MƏDƏNİYYƏT
O qeyd edib ki, rus diplomatı, şair və dramaturq Aleksandr Qri-
boyedov haqqında filmin ssenarisi 1985-ci ildə yazılıb. Lakin
Qarabağdakı müharibəyə görə çəkilişlər təxirə salınıb.
Nikita Mixalkov bu barədə Belqradda yanvarın 27-də özünün
“Günəş zərbəsi” filminin dünya premyerasından bir neçə saat öncə
keçirdiyi mətbuat konfransında məlumat verib. O deyib: “Biz o
zaman filmi Qarabağda başlanan hadisələrə görə çəkə bilmədik.
Çünki müharibə başlandı və filmin çəkilişi sadəcə mümkün olmadı.
Kinorejissor qeyd edib ki, Qarabağda erməni ailələrini Qribo-
yedov məskunlaşdırıb. O, 40 min ermənini İranda əsirlikdən çı-
xararaq ora göndərib. Güman edirəm ki, bu, 12-15 seriyadan ibarət
böyük televiziya filmi olacaq».
Rejissorun fikrincə, A.Qriboyedovun qətli ingilislər tərəfindən
planlaşdırılıb. N.Mixalkov deyib: “Bu, tarixi hadisəyə mənim
baxışımdır, yəni Aleksandr Qriboyedovun həyatı və ölümü, ina-
nılmaz, o cümlədən tarixi faktlar əsasında yazılmış ağlagəlməz
ssenaridir”.
Fəridə Abdullayeva,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Rusiyanın məşhur kinorejissoru Nikita Mixalkov Aleksandr Qriboyedov haqqında çoxseriyalı film
çəkməyə hazırlaşır
“QARABAĞDA ERMƏNİ AİLƏLƏRİNİ
QRİBOYEDOV MƏSKUNLAŞDIRIB”
Ölkəmizin Ankaradakı səfirliyindən verilən məlu-
mata görə, Azərbaycan, Türkiyə, Qazaxıstan,
Özbəkistan, Qırğızıstan və Şimalı Kiprdən olmaq-
la 12 nəfərdən ibarət münsiflər heyəti müsabiqəyə
təqdim olunmuş əsərləri dəyərləndirib. Bildirilir ki, müsabiqəyə 12 ölkədən 101 nəfərin 148 işi təqdim
olunub.
Birinci yeri “Hamı yatarkən” tablosunun müəllifi Rəcəb İsmayılov, ikinci yeri “Unudulmayan” əsəri-
nə görə Halim Tibet tutub. Çakmak Sinanın “50 qızın göz yaşları” tablosu isə üçüncü yerə layiq gö-
rülüb.
Xatırladaq ki, müsabiqəyə təqdim olunmuş 148 işdən seçilmiş 50 əsər cari ilin fevralın 26-dan martın
7-dək Qazi Universitetinin Rəsm və Heykəl Muzeyinin sərgi salonunda keçiriləcək Xocalı soyqırımına
həsr olunmuş sərgidə nümayiş olunacaq.
Sabir Şahtaxtı,
AzərTAc-ın xüsusi müxbiri
İstanbul
TÜRKİYƏDƏ KEÇİRİLƏN
AFİŞA MÜSABİQƏSİNİN
QALİBLƏRİ ELAN OLUNUB
N.MİXALKOV:
Azərbaycanın Türkiyədəki səfirliyi və
Ankaradakı Qazi Universitetinin birgə
reallaşdırdığı “Hər kəs yuxudaykən Anadoludan
Qafqazadək erməni zülmü” adlı beynəlxalq afişa
müsabiqəsinin nəticələri yanvarın 20-də elan olunub
35
XƏZƏR XƏBƏR JURNAL |
Muzeyin təsisçisi və yaradıcısı, respublika “Kitab”
cəmiyyətinin idarə heyətinin sədri, Əməkdar İncəsənət
Xadimi Zərifə Salahova bildirib ki, 30 ildən artıq
müddətdə formalaşmış kolleksiya bu gün də yeni
nüsxələrlə zənginləşir.
Muzeydəki 38 şüşə vitrində dünyanın 66 ölkəsində
nəşr edilmiş 5600-dən çox miniatür kitab sərgilənir.
Burada ən nadir eksponatlar Yaponiyanın Tokio
şəhərindəki “Toppan” nəşriyyatında buraxılmış dörd
mikrokitab (onlardan biri 0,75x0,75mm formatında, üçü
2x2 mm formatındadır), habelə Almaniyada hazırlanmış
dörd mikrokitab (bu nəşrlərdən biri 2,0x2,9 mm
formatında, qalan üçü 3,5x3,5mm formatındadır).
2015-ci il yanvarın 21-də Ginnesin Rekordlar
Kitabının rekordlar üzrə menecerlər komandasından
alınan məlumata görə, muzeyin sifarişi qəbul edilib və o,
miniatür kitabların dünyada ən böyük kolleksiyası hesab
olunub. Yaxın vaxtlarda Zərifə Salahovaya “Guinness
World Records” sertifikatı təqdim ediləcək.
Xatırladaq ki, bundan əvvəl miniatür kitabların ən
böyük kolleksiyası Nikuncu R.Vaqadinin kolleksiyası
hesab edilirdi. Bu şəxs 258 adda müxtəlif miniatür kitab
toplamağa müvəffəq olub.
“İçərişəhər” Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən, dünyada ilk özəl
Miniatür Kitab Muzeyi miniatür kitabların dünyada ən böyük kolleksiyası kimi
Ginnesin Rekordlar Kitabına daxil edilib
MİNİATÜR KİTAB MUZEYİ
GİNNESİN REKORDLAR KİTABINA DÜŞDÜ
Azərbaycan haqqında polyakları ətraflı məlumatlan-
dırmaq məqsədilə ölkəmizin Polşadakı səfirliyi tərəfindən
Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan mədəniyyəti,
ədəbiyyatı, incəsənəti, musiqisi, memarlığı, tarixi, eposla-
rı, mətbəxi və Azərbaycan-Polşa seriyalarında 29 adda ki-
tab nəşr olunub.
Səfirlikdən AzərTAc-a bildiriblər ki, “Azərbaycan ədə-
biyyatı” seriyasında “Dahi Azərbaycan şairi Məhəmməd
Füzulinin qəzəlləri” adlı kitab ölkəmizin Polşadakı səfirli-
yinin Azərbaycan Milli Elmlər Akademiyasının Nizami
adına Ədəbiyyat və Polşa Elmlər Akademiyasının Ədəbi
Araşdırmalar institutları ilə birgə əməkdaşlığı nəticəsində
İSBN kodu ilə nəşr olunub. Kitab Polşanın mərkəzi və uni-
versitet kitabxanalarına göndərilib.
Bütün bu işlər Azərbaycanın Polşadakı səfiri Həsən
Həsənovun təşəbbüsü ilə ölkəmizin tanıdılması məqsədilə
həyata keçirilən silsilə tədbirlər çərçivəsində görülür.
Azərbaycanın Polşadakı səfirliyi
dahi şair Məhəmməd Füzulinin
qəzəllərini nəşr etdirib
FÜZULİNİN QƏZƏLLƏRİ
POLYAK DİLİNDƏ
36 | XƏZƏR XƏBƏR JURNAL
Мне писать эту статью легко и приятно,
ведь повествовать приходится об отце и в то
же время о целой культурной глыбе, не побо-
юсь пафоса!
С творчеством Алтая Гаджиева я знаком
буквально с младенчества.
Первые восприятия окружающего мира
мои были прочно связаны со множеством дет-
ских книг, иллюстрированных отцом.
”Шянгюлюм, Шюнгюлюм, Мянгюлюм”,
“Сказка о красавице Нефтезаде”, ”Мяним бах-
чам” и многие другие были любимыми детс-
кими книжками всей детворы того времени.
Папа – график от бога, долгие годы посвя-
тил книжной иллюстрации, ее развитию и по-
пуляризации в Азербайджане. К слову, он в 70-
е годы являлся главным художником комитета
печати при Совете министров.
Алтай Амирович Гаджиев
Художник
Любовь к книжной графике была, видимо, за-
ложена еще дедом, Амиром Гаджиевым, прек-
расным миниатюристом и книжным графиком,
одним из столпов азербайджанского изобра-
зительного искусства.
Алтай Гаджиев, замечательный иллюстра-
тор, график-станковист, много сделавший на
ниве линогравюры, в 1956 году окончил факуль-
тет графики Киевского художественного инс-
титута и вер-нулся в Баку. Первые работы “Баку
строится”, ”Нефтяные камни” сразу обозначили
появление нового ху дож ника со сво им
оригинальным видением! А “Весна идет”,
”Ашуги”, свидетелем создания которых я
оказался пятилетним мальчиком, разошлись мно-
гочисленными тиражами откvрыток.
В 70-80-е годы отец много работает в станко-
вой графике, иллюстрации, декоративном офо-
рмлении, успевая совмещать все это с активной
общественной деятельностью в Союзе художни-
ков Азербайджана и СССР, Комитете по печати,
бесконечно мотаясь в Москву в командировки.
Хорошо помню его первую выставку в Мос-
кве, в Выставочном зале СХ СССР на Кузнецком
Мосту. И снова интерес к работам отца был ве-
лик. Множество посетителей, интервью и име-
нитые гости будоражили мое юношеское вообра-
жение.
В начале 90-х ярким событием стало приоб-
ретение всемирно известным коллекционером
Петером Людвигом серии линогравюр “Нацио-
нальная посуда и оружие”.
Потом вдруг, в конце 90-х, страна в одночасье
рухнула, исчез Советский Союз, и было не до
искусства, особенно художников немолодых, а
ведь отцу уже было за 50 и казалось, что самое
лучшее и значительное он уже сделал в прошлом.
Однако вопреки всему творчество Алтая Гад-
жиева заблистало с новой силой. В этот период
отец увлекся изучением истории Азербайджана и
знаменитых персоналий. Он создает прекрасные
полотна из серии знаменитых женщин Азербайд-
жана.
37
XƏZƏR XƏBƏR JURNAL |
Портрет Натаван – жемчужина этой серии.
А образ “Деде Горгуда”, созданный в живопис-
ном полотне, и “Кероглу” в графике были приз-
наны лучшими и самыми точными. За иллюст-
рации же к книге “Ашик Гариб”ему была при-
суждена премия М.Ф. Ахундова.
В нулевых годах много работы было
сделано в декоративном оформлении. Главный
офис нефтяной компании ЛУКОЙЛ в Баку,
прекрасные витражи, выполненные по эскизам
отца в Стамбуле, – документальное свидетельс-
тво этому.
И поныне папа полон творческих планов и
замыслов, опять совмещая работу в мастерской,
в которой он днюет и ночует, с общественной
деятельностью - он является членом Государст-
венного комитета при президенте по присужде-
нию Госпремий Азербайджана, с бесконечны-
ми интервью на ТВ и радио.
Мой рассказ будет неполным, если я не
скажу пару слов о нем как о прекрасном воспи-
тателе и творческом наставнике, о заботливом
родителе, друге, каковым он мне был всю жизнь
и является до сих пор.
Именно ему я обязан тем, что стал непло-
хим художником, хорошим сыном и творческой
личностью! И, воспользовавшись статьей, хочу
поблагодарить его за все, что он мне дал и дает
до сих пор, при каждой нашей встрече и посто-
янных творческих диспутах. Я горжусь, что
являюсь современником такого человека и
творца.
Радуйте своих зрителей и поклонников как
можно больше и дольше. Творческих успехов
вам и долгой жизни, уважаемый Алтай муал-
лим, мой дорогой отец!
Аддис ГАДЖИЕВ,
художник театра и кино
38 | XƏZƏR XƏBƏR JURNAL
Fevralın 6-da Xəzər Universitetinin “Dünya”
konfrans zalında Tələbə Məclisinin təşkil etdiyi
“Müvəffəqiyyət və Məsuliyyət” adlı seminar keçi-
rildi.
“Müvəffəqiyyətli Karyera”, “Hədəf təyin et-
mə”, “Müvəffəqiyyət və müvəffəqiyyətsizlik” və
“Şans – bəxt - qismət”
seminarın əsas mövzuları idi.
Təlimçi Mərmərə Universitetinin (Türkiyə) mə-
zunu, Duravit AG, Nurgün Holding, Caspian Express
LTD, Avropa LTD, Subaru Azerbaijan, Hyundai
Azerbaijan, Çiniçi, Embawood LLC-də rəhbər vəzi-
fələrdə işləmiş Fəxri Ağayev idi. O, hal-hazırda
biznes - konsultant olaraq fəaliyyət göstərir və Qaf-
qaz Universitetində "Business Management" fənnini
tədris edir,
"Vaxtın idarə edilməsi" və "Şəxsi effektivlik"
mövzularında professional təlimçi təcrübəsinə malik-
dir.
Seminarın sonunda iştirakçıları maraqlandıran
suallar üzrə fikir mübadiləsi oldu.
Dostları ilə paylaş: |