ƏDƏBİYYAT:
-
Aymutlu Ahmet. Aruz. Türk şiirinde kullanılan aruz vezinleri ve örnekleri. Beşinci baskı. İstanbul, Osman Yalçın matbaası, 1962.
-
Devellioğlu Ferit. Osmanlıca-türkce ansiklopedik luğat. Ankara: Aydın kitabevi yayınları, 2003.
-
H.İpekten. Eski Türk Edebiyatı. Erzurum, Atatürk Üniversitesi Yayınları, 1989.
-
Hemdi Nazim Ertek. Şair Şeref Hanım. İstanbul, Riza Coşkun matbaası, 1941.
-
Kabaklı A. Şiir incelemeleri. İstanbul, Türk edebiyyatı Vakfı yayınları, 1992.
-
دیوان شرف حانم, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, şifr: II-329 (727).
-
شرف خانم , AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, şifr:1299.
Hüseyn KƏRİMİ
(Əlyazmalar İnstitutu)
ƏYANİ ŞƏBÜSTƏRİNİN «ƏNBİYANAMƏ»SİNDƏ ÇƏNG ÇALAN QOCA SURƏTİ
Bu mövzuya müraciət etməkdə məqsəd «Çəng çalan qoca» hekayəsinin doqquzuncu əsrin sonu, onuncu əsrin əvvəllərinə aid olan və nəzm şəklində qələmə alınmış, tamamilə yeni bir nüsxəsini təqdim etməkdir. Təkamülünün gedişatı folklordan nəsrə, nəsrdən nəzmə doğru olmuş bu hekayənin Əyani Şəbüstərinin «Ənbiyanamə» əsərindəki variantını fərqləndirən cəhət onun Firdovsinin «Şahnamə» əsərinin vəznində və epos janrına xas olan epik dildə yazılmasıdır. Adıçəkilən hekayənin bu əsərdəki forma və məzmunu haqqında bəhs etmək üçün onun digər variantları – «Əsrarüt-touhid» əsərində nəsr şəklindəki variantı, «Müsibətnamə» əsərində nəzm şəklindəki variantı və Mövlananın məsnəvisi ilə müqayisəsini təqdim etmiş və göstərmişik ki, əlavələr, artırmalar və ixtisarlar bu hekayənin günümüzədək necə təşəkkül tapmasına təsir göstərmiş, səbəb olmuşdur. Mövlananın və Əttarın çəng çalan qocası haqqında bir çox məqalələr yazılmışdır və həmin məqalələrdə daha çox bu rəvayətlərin forma və fərqlərindən bəhs edilmişdir. Təqdim etdiyimiz mövzuya aid yazı bu hekayə haqqında mükəmməl və tam məlumat verməklə yanaşı, oxucunu çəng, yaxud tənbur çalan qoca haqqında hekayənin nisbətən yeni və bilinməyən tərəfləri, cəhətləri ilə tanış edir.
«Çəng çalan qoca», yaxud «Tənbur çalan qoca» mənsur bir hekayənin adıdır ki, onun əsas məxəzi Məhəmməd ibn Münəvvərin «Əsrarüt-touhid» («Tövhidin sirləri») əsəridir (21-20 / 5). Bu qısa hekayə Əbu Səid Əbi əl-Xeyrin xadimi Həsən Müəddəbin dilindən şeyxin kəramətlərindən bəhs edərkən belə qeyd olunmuşdur: tənbur çalan qoca; «Həsən Müəddəb dedi ... dərvişlərin məskəni olan evin qapısından qoca bir çəng çalan çıxdı, ... mənə bir qızıl kisəsi verdi və dedi ki, yüz dinardır... şeyxin yanına apardım. Şeyx dedi ki, götür apar Hirə qəbiristanlığına... orada bir qoca var, yatmışdır... qızıl kisəsini ona ver... Bir qoca gördüm, zəif. Başının altına tənbur qoymuş və yatmışdır... Soruşdum ki, necəsən, nəçisən? Dedi ki, ... peşəm tənbur çalmaqdır... İndi qocalmışam, halım, vəziyyətim dəyişib, daha heç kim məni axtarmır, dəvət etmir... Bu qəbiristana gəldim və Allah-Taala üçün zəbur oxumağa başladım... Yuxuya getdim və indi sən məni oyadana qədər yatmışdım... Onunla birlikdə Şeyxin hüzuruna gəldik... O qoca əl-ayağa düşdü və tövbə etdi...» (108/7).
Şeyx Fəridəddin Əttar Nişapuri «Müsibətnamə» əsərində bu hekayəni 29 beytdə nəzmə almışdır, ancaq belə bir fərqlə ki, dastanın dərvişlərin yoxsulluğu və Həsən Müəddəbin qızıl verməsi haqqında olan birinci hissəsini hekayənin sonuna keçirmiş və dastanı nəğməkar qocanın vəsfi ilə başlamışdır. Digər fərq bundan ibarətdir ki, nəğməkar qoca qəbiristanlığa deyil, xaraba bir məscidə getmişdir (777-753 / 6). «Əsrarüt-touhid» əsərində və Mövlananın məsnəvisindəki rəvayətlərlə Əttarın rəvayəti arasındakı əsas fərq bundadır ki, Əttarın rübab çalan qocası nəinki tövbə etmir, bəlkə hətta hərisliklə və ümidlə yalnız Xudavəndi-Taala üçün çalmaq və daha çox ruzi qazanmaq əzmindədir.
... Bundan sonra da gər gətirməsə yuxu özü ilə ölüm,
Cümlə sənin üçün çalacağam rübab. (425 /4)
Əttar bu hekayədən belə bir nəticə çıxarır ki, əqli naqis olan adamların işi asandır. Beləliklə də, o, Allahla və xalqla həyasızcasına danışan, söhbət edən şövq və ilham sahiblərinin üzrünü istəmiş olur (754-753 /6). Bir qədər sonra bu hekayə Mövlananın qiymətli məsnəvisində 179 beytdə və yeddi əlavə dastanda təzahür edir. Heç şübhəsiz, Mövlana bu dastanı, nəzmin və hekayənin üslubunun şahidlik və təsdiq etdiyi kimi, həmin «Müsibətnamə»dən əxz etmişdir. Lakin o, müəyyən dəyişikliklər edərək hekayənin təsir qüvvəsini artırmış və ona daha qəribə bir məzmun bəxş etmişdir. Birincisi budur ki, Mövlananın rəvayətində hadisənin baş verdiyi məkan Mədinə şəhəridir. İkincisi, aydın düşüncəyə, geniş dünyagörüşünə malik olan, başdan-başa zövq əhli olan Əbi Səidin yerinə nəğməkar qocanın dadına yetişən şəxs «əmr be məruf» (lazımlı və xeyir işlərə dəvət) və «nəhy əz münkər» (pis və zərərli əməllərdən çəkindirmək) məsələsində tələbkarlığı, kəskinliyi, ciddiliyi və cəsarəti ilə məşhur olan Ömər ibn Xəttabdır. Üçüncüsü, «Əsrarüt-touhid» və «Müsibətnamə» əsərlərində Əbu Səidin məsələdən agah və xəbərdar olmasının dəlili – səbəbi qeyd olunmamışdır və bilinmir ki, o öz daxili intuisiyası, yaxud bir başqasının verdiyi məlumata əsasən çəng çalan qocanın vəziyyətindən xəbərdar olur (Foruz Ənfər, məsnəvinin şərhi. 756-754).
Onu eşitmişəm ki, Ömərin dövründə,
Vardı bir təkəbbürlü çəng çalan mütrüb.(1913 /8).
Mövlana qocanın çəng çalmaqda məharətini vəsf etdikdən sonra onun səsini «İlahinin nəfəsi» kimi tərənnüm edir və onu dastandan kənarlaşdıraraq, bir hədisin irfani təfsirinə cəlb edir. Sonra Mövlananın dostlarının vəziyyəti və əhval-ruhiyyələri tələb edir ki, bir-neçə beyti nəzm xəttinə düzsün (759 /6).
Mövlana bu dastanı öz düşüncələrini bəyan etmək üçün bir vasitə, bəhanə kimi seçmişdir və bu müjdəçi dastandan bir neçə ikinci dərəcəli, əlavə dastan hasil olmuşdur. Dastandakı məntiqi ardıcıllığı izləmək, bütün dastan boyu nəql edənin – hekayəçinin kim olduğunu anlamaq çətindir və asanlıqla demək mümkün deyildir ki, danışan – birinci şəxs kimdir: mouləvi, Allah, Ömər, yoxsa çəng çalan qoca? (325 /2).
Əyani Şəbüstərinin «Ənbiyanamə» əsərində çəng çalan qoca (845-917).
«Ənbiyanamə» dini-mənzum eposdur, mütəqarib vəznində yazılmışdır. Bu əsərin müəllifi Bürhanəddin İbrahim ibn Həsən Şəbüstəri Nəqşbəndi hicri təqvimi ilə doqquzuncu əsrin axırları, onuncu əsrin əvvəllərində yaşamış, o dövrün böyük alimləri, hikmət sahibləri, şairləri, şərhçiləri və qrammatika mütəxəssislərindən biri olmuşdur. Azərbaycanın Şəbüstər məntəqəsindəndir. Şeirlərini «Əyani» təxəllüsü ilə yazmışdır, lakin ərəb elmləri üzrə çoxsaylı əsərlər yazdığı üçün «Sibuyeyi-sani», yəni «ikinci Sibuyə» kimi tanınmışdır. O, «Şahnamə»nin təqlidçilərindəndir. Firdovsiyə sadiq olduğunu büruzə verməsə də, Sədiyə, Əttara, Nizamiyə və Mövlanaya sonsuz sədaqətini və ehtiramını dəfələrlə qeyd etmişdir.
Mövlananın çəng çalan qocası haqqında daha çox düşünməyin səbəbi Əyani Şəbüstərinin bu dastanı yaradarkən addım-addım Mövlananın məsnəvisi üzərində dayanmasıdır. Əyaninin də çəng çalan qocası Mövlananın məsnəvisində olduğu kimi, ardıcıllığın və məntiqiliyin məhsuludur. Belə ki, öncəki dastanda hadisələrin gedişatı bu hekayəni söyləmək üçün bir zəmin yaratmışdır.
Əyaninin yaşadığı dövr VI-VIII əsrlər saf fars şeirinin X-XI əsrlərin qarışıq və çətin şeirinə keçid dövrü idi. Yaxud ən azı pəhləvanlığa həsr olunmuş, milli və rövnəqsiz irfani şerlər bazarı dövrüdür. IX əsrdə fars şeiri sadəliyə və rəvanlığa mail idi... Dastanları əhatə edən, əxlaqi məsələlərə həsr olunmuş nəzm əsərləri, dini eposlar yaratmaq bu dövrün digər xüsusiyyətlərindəndir (163-195 /3). Əyani ətrafda baş verən və sonralar səfəvilərin hakimiyyəti ilə nəticələnən gərgin hadisələri müşahidəçi kimi izləyir və ümidsizcəsinə öz şeir bazarının kasad olmasından söz açır:
Əyani, kasaddır malın sənin,
Sənin çuxan qaldı özünə.
Onu qoy kənara ki, bəxtin yatmışdır,
Sənin malının yoxdur xəridarı.
İndi şeir bazarının kasadlığı hakim kəsilmişdir və digər tərəfdən də şair özünün ahıllıq dövrünü yaşayır. Beləliklə, ən yaxşısı din aləminin böyüklərinə sitayiş etməkdir. Birdən-birə Mövlananın çəng çalan qoca hekayəsini yada salır ki, ömrü boyu xalq üçün çalmış, lakin bir şey qazanmamışdır. Amma elə ki, Haqq üçün çalmağa başlayır, Haqq-Taala xəlifənin əli ilə ona qiymətli ipək və muzdunu bəxş etdi.
Get, bir-iki gün bu kasad malı,
Peyğəmbərlər bazarında qoy hərraca. (804 / həmin)
Əyani belə bir müqəddimə ilə çəng çalan qoca haqqında hekayənin başlanğıcına gedərək onu söyləməyə başlayır. O bu hekayəni ustadlara xas bir məharətlə, olduqca gözəl, rəvan bir tərzdə 49 beytdə qələmə alır və onu nəzmin zivərləri – gövhərləri ilə bəzəyir. O özünə nəsihət verir və artıq xırdalıqlara varmağa, hekayənin baş verdiyi məkan və zamana işarə etməyə heç bir ehtiyac görmür. Bəlkə işarə əvəzliyi olan «o»ya müraciət edir və bildirir ki, «o qoca çəng çalandan öyrən işi». Beləliklə, Əyani göstərir ki, bu dastan mənəvi məsnəvidə çox məşhurdur və oxucular onunla yaxşı tanışdırlar.
O çəng çalan kişidən öyrən işi
Ki, bükülmüşdür çəng kimi ruzigarın qəmindən... (807-844 / həmin)
«Ənbiyanamə»dəki dastanın aspekti Mövlananın dəyişkən xislətli çəng çalan qocasının əksidir, birbaşa üçüncü şəxs, ən böyük aqil və dəyişməzdir. Şübhəsiz, Əyani Əttarın əsərləri ilə tanış olmuşdur. Lakin özünün çəng çalan qocasını – bu qoca haqqında, sözsüz ki, müstəqil olmayan dastan yaradarkən addımbaaddım Mövlananın məsnəvisinin ardınca getmişdir. Yalnız bir fərqlə ki, əlavə – ikincidərəcəli dastan yaratmamışdır. İkincisi, onun sonda gəldiyi nəticə Əttarın və Mövlananın gəldiyi nəticələrdən tamamilə fərqlidir. O, belə bir nəticəyə gəlir ki, insan öz tamahına qalib gəlməli, sözündə və əməlində müstəsna olaraq Allahı nəzərdə tutmalıdır. Bu ümidlə ki, övliya tərəfindən qəbul edilmiş olsun.
Nəhayət, bu mövzuya aid yazımızda çəng, yaxud tənbur çalan qoca haqqında dastanın əslini – kökünü xatırlatmaqla, onun təkamül yolundan – folklordan, yəni şifahi xalq ədəbiyyatından başlayaraq nəsrə daxil olması, Əbu Səid, Əttar və Mövlana kimi böyük alimlər, müdriklər tərəfindən məsnəvi qəlibində bişdikdən sonra müxtəlif bəhrlərdə nəzm şəklində ərsəyə gəlməsindən bəhs edilir. Belə bir təkamül yolunu keçən hekayə həmin yolun davamında böyük «Ənbiyanamə» əsərinə daxil olmuşdur. Bu hekayənin dörd əsər üzrə müqayisəsi nəticəsində bəzi oxşar və fərqli cəhətlər açıqlanır. «Ənbiyanamə» əsərindəki rəvayət ilə Mövlananın məsnəvisi arasında çox oxşarlıq olduğu üçün Mövlananın məsnəvisinin qeyd olunan özünəməxsus cəhətləri «Ənbiyanamə» əsərinə də aiddir.
Ədəbİyyat:
-
برهان الدين ابراهيم بن حسن شبستري(1391). انبیانامه، به تصحیح و تعلیقات حسین کریمی از نسخه خطی باکو و تبریز و ترکیه به شمارۀ 131.
-
پورنامداریان، تقی(1380). در سایۀ آفتاب، تهران. نشر سخن، چاپ اول.
-
صفا، ذبیح الله(1371). تاریخ ادبیات در ایران ( جلد چهارم )، تهران، فردوس، چاپ هشتم.
-
عطار نیشابوری، فریدالدین(1380). مصیبت نامه، به اهتمام و تصحیح عبدالوهاب نورانی وصال، تهران، انتشارات زوار، چاپ پنجم.
-
فروزانفر، بدیع الزمان(1366). مآخذ قصص و تمثیلات مثنوی، تهران، امیرکبیر، چاپ سوم.
-
فروزانفر، بدیع الزمان(1384). شرح مثنوی شریف، جزو سوم از دفتر اول،(صص777-753). تهران، انتشارات زوار، چاپ یازدهم.
-
محمد بن منوّر (1366). اسرار التوحید فی مقانات الشیخ ابوسعید ابی الخیر، با مقدمه و تعلیقات محمد رضا شفیعی کدکنی، تهران، نقش جهان، چاپ دوم.
-
مولوی جلال الدین (1379). مثنوی معنوی، تصحیح رینولد نیکلسون، با مقدمه و تصحیح محمد رضا برزگر خالقی، قزوین، سایه گستر، چاپ اول.
Ülkər Səmədova
(Şərqşunaslıq İnstitutu)
Klassİk türk ədəbİyyatının Azərbaycanda təDqİqİ
Azərbaycanda yetmiş il ərzində qadağan edilmiş umumtürk ədəbiyyat və mədəniyyətinin milli-tarixi zəmində tədqiqi elmi mədəni əlaqələrimizin öyrənilməsi ucun yeni səhifələrin açılmasına səbəb olmuşdur. Bu cəhətdən Azərbaycan və Turkiyə ədəbi əlaqələrini daha geniş aspektdə öyrənmək və bu əlaqəni tətqiqat işləri konteksində izləmək aktual məsələ kimi mühüm əhəmiyyətə malikdir. Məhz bütün bu səbəblər, müasir Dövrdə Azərbaycan – Türkiyə əlaqələrinin kulturoloji aspektlərinin tədqiqini aktuallaşdırır. Göründüyü kimi elm sahəsində ölkələrimiz arasında fəal iş gedir, bir çox alimlərimiz bu sahədə araşdırmalaraparmış və aparmaqdadırlar. Bu araşdırmaların bir qismi mədəniyyət siyasəti ilə əlaqədardır. Bu sahədə Azərbaycan və Türkiyənin ali təhsil ocaqlarında, universitetlərində görülməkdə olan diplom çalışmalarının sayı surətlə artmaqdadır. Lakin Azərbaycan-Türkiyə əlaqələri haqqında yazılan tədqiqatların çoxluğuna baxmayaraq, onlar bütünlükdə müstəqil tətqiqat obyektinə çevrilməmişdir. Bu mənada tədqiq olunan Işlər ilk dəfə olaraq bütov və sistemli şəkildə araşdırılır. Azərbaycanda tətqiq olunan klassik dövrü əhatə edən şair və yazıçıların həyat və yaradıcılığını araşdıran dissetasiyalar tədqiqata cəlb edilmişdir.
Vüsalə Musalı (Səmədova ) tərəfindən f.e.d Azadə Şahbaz qızı Musayevanın rəhbərliyi altında 2006 cı ildə “XV-XVll əsrlər Türk Təzkirələrinin Struktur və Spesifikası (əlyazma qaynaqları əsasında) ”Filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə olunmuşdur. Bu araşdırma ədəbiyyatşunaslıqda XV-XVI əsrlər türk təzkirəçiliyinin sistemli şəkildə öyrənilməsinə həsr olunmuş ilk dissertsiyadır. Tətqiqat işində ilk dəfə olaraq Heart, Türkiyə və Azəbaycan təzkirələri sistemli çəkildə nəzəri baxaımdan öyrənilmiş, təzkirə adı daşıyıb, şüara təzkirələrindən fərqlənən əsərlər haqqında məlumat verilmiş, Heart təzkirəçilik məktəbinin Türkiyə və Azərbaycan təzkirəçiliyinə təısiri müəyyənləşdirilmiş, təzkirələrin strukturu, spesifik xüsusiyyəətləri nəzərdən keçirilmiş, bölgüsü aparılmış, Azərbaycan,Türkiyə, Özbəkistan və İran alimlərinin XV-XVll əsrlər təzkirələrinin araşdırılmasına yönəltdikləri tətqiqatlar nəzərdən keçirilərək problemin tətqiq və nəşr tarixi öyrənilmişdir. Bunlardan əlavə XV-XVll əsr türk təzkirəçiliyinin hər birinin həyatı və təzkirələri ayrı-ayrılıqda ilkin mənbələr əsasında, ədəbi- tarixi konteksdə tətqiq olunmuş, təzkirələrin dünya kitabxanalarındakı əlyazma nüsxələri üzə çıxarılmışdır. Təzkirələrdəki Azərbaycanlı müəlliflər haqqındakı məlumat təqdim olunmuş, təzkirələrdəki bio-biblioqrafik bilgilər sistemi öytrənilmişdir.bütün bu qeyd olunanlar dissertasiya işinin elmi yeniliyini şərtləndirən başlıca cəhətlərdir.
Bu işin mənbələrin danışılan zamansa bildirməliyik ki, tətqiqat işində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstutunfda saxlanan XV-XVII əsrlər türk təzkirələrinin əlyazma nüsxələrindın, eləcədə Türkiyə, İran, Rusiyanın əlyazma xəzinələrində mühafizə olunan əlyazmaların foto-surətlərindən, müxtəlif elmi-nəzəri ədəbiyyatlardan, türk, fars və özbək dillərindəki mənbələrdən istifadə olunmuşdur.
“Türk Təzkrəçiliyi ümumşərq təzkirəçilik ənənəsi kontekstində” adlı birinci fəsildə Şərq təzkirəçilik ənənəsi haqqında dolğun təsəvvür yaradılmış, təzkirələrin mənşəyindən, təbaqat kitablarından bəhs olunmuş, təzkirə adı daşıyan, lakin şair təzkirələrindən ciddi fərqlənən əsərlər haqqında sistemli şəkildə məlumat verilmişdir. Həmçinin Heart təzkirələri ilə Türkiyə və Azərbaycan təzkirələri qarşılaçdırılmış, ortaq və fərqli cəhətlər üzə çıxarılmışdır.
Dissertasiya işinin “XV-XVll əsrlər türk təzkirəçiliyi: strukturu və spesifik cəhətləri” adlı ikinci fəsildə Heratın tarixi durumuna nəzə salınmış, Dövlətşah Səmərqəndi və əlişir Nəvainin qələmə aldıqları və Herat təzkirəçilik məktəbi nümunələri adlandırılan əsərlər tədqiqata cəlb olunmuşdur. Sonra sözügedən dövrdə Səhi ,Lətifi, Aşıq Çələbi, Qınalızadə, Bəyani, Riyazi, Rza, Asim, Güfti tərəfindən qələmə alınmış təzkirələr tədqiq olunmuşdur. Həmçinin burda Sam Mirzənin “Töhfeyi-Sami”, Əhdi Bağdadinin “Gülşəni-şüəra” və Sadıq bəy Sadiqiqinin “Məcməül-xəvas” təzkirələri təhlil olunmuş, strukturu müəyyənləşdirilmiş, spesifik cəhətləri qabardılmış, əlyazma nüsxələri haqqında məlumat verilmişdir.
“XV-XVII əsrlər türk təzkirələrində bio-biblioqrafik bilgilər sistemi və azərbaycanlı müəlliflər” fəslində təzkirələr bio-biblioqrafik mənbə kimi təhlil olunmuş və təzkirələrdəki bio-biblioqrafik məlumatlar üzə çıxarılmışdır. Belə ki, təzkirələrdə biblioqrafik təsvirə daxil olan ünsürlərin bəziləri olduğu üçün bu əsərləri bio-biblioqrafik mənbə adlandırmaq mümkündür. Təzkirəçilər əsərlərində şairin adı, doğulduğu, yetişdiyi yer, təhsili, zövqi, görünüşü, əsərləri, yazılma səbəbi, yeri və s. Bağlı məlumat vermişlər. Son olaraq Dövlətşah Əlişir Nəvai, Səhi, Lətifi, Sam Mirzə, Sadiqi və başqa türk təzkirəçilərinin əsərlərindəki azərbaycanlı müəlliflər haqqındakı ilkin məlumatlar öyrənilmişdir.
Araz Əsədov prof. Bəhlul Ağabala oğlu Abdullayevin rəhbərliyi altında ” Qazi Bürhannəddin və folklor” filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunan dissertasiyada şarin yaradıcılığının Azərbaycan ədəbiyyatşunaslığında daha ətraflı öyrənilməsi, onun özündən sonra yazıb yaradan şairlərə təsiri, onun yaradıcılığı üçün spesifik səciyyə daşıyan tuyuq janrının bir şeir növü kimi türk ədəbiyyatında rolunun araşdırılması, şair haqqında yazılan elmi yazıları diqqət mərkəzində saxlamaq, yeri gəldikcə münasibət bildirmək əsas məqsəd və vəzifə olaraq qarşıya qoyulmuşdur. Bu dissertasiyada ilk dəfə olaraq Qazi Bürhannəddin sərkərdə, şair, sufi, xalq şeirinin bilicisi kimi araşdırılır. Bütün bunlarla yanaşı, dissertasiyanın əsas vəzifəsi şairin divanında yer alan folklor nümunələrini sistemli şəkildə öyrənmək, şairin folklor örnəklərindən hansı məqsədlə istifadəetdiyini müəyyənləşdirməkdir. Bunlara misal olaraq şairin türk və dünya ədəbiyyatçunaslığında yeri, şairin həyatı, dövrü və mühitinə elmi baxış, dini rəvayət və əfsanələrin folklor konteksində tədqiqi, şairin divanında “əsgər igidlər” “Sərvər ərənlər” “alp ərənlər” tək təqdim olunan qəhrəmanların Qorqud ərənlərindən təsirləndiklərini əlaqəli şəkildə təhlilə cəlb etmək, şairin dilinin bu qədər sadə və rəvanlığını xalq yaadıcılığına yaxınlığı istiqamətində üzə çıxarmaq vəs. Dissertasiyanın elmi yeniliyi onunla şərtlənir ki, dissertant ilk dəfə olaraq Qazi Bürhannəddin folklordan, xalq dastanlarından istifadə edərək qəhrəmanlıq ruhlu şeirlər yazmasını, məhəbbət dastanlarımızdan gələn ülvilik, paklığı öz lirik qəzələində qoruyub saxlamasını, inkişaf etdirməsini özündən sonra gələn sənətkar üçün bir örnək yaratmasını sistemli şəkildə araşdırıb aydınlaşdırmışdır. Burada həm də şairin işlətdiyi atalar sözü, məsəllər, xeyir-dualar, inamlar və bu kimi folklor nümunələri öz əksini faktiki materiallar əsasında tapmışdır. Tətqiqat işində habelə son vaxtlara qədər araşdırılması yasaq olan türk şairlərinə qarşı yönəldilən sovet ideologiyasına münasibət də bildirilmişdir. Dissertasiyada qaldırılan məsələlərdə nəzəri baza kimi türk tətqiqatçıları ilə yanaşı, Azərbaycan, rus, qazax və başqa ədəbiyyatşunasların əsərlərinə istinad edilir.
Dissertasiyada bütün fikir və müddəalar nəzəri və faktik material əsasında təhlilə cəlb olunub. Tətqiqat mötəbər nəzəri və təcrübi qaynaqlar əsasında onun nəticələri ədəbiyyatşunaslıqda bu sahədə irəliyə doğru atılmış uğurlu addım hesab edilə bilər.
Dissetasiyanın birinci fəsli “Qazi Bürhannəddin yaradıcılığının Azərbaycan ədəbiyyatşünaslığında və başqa tətqiqatlarda əksi” adlanır ki, bu fəsildə Qazi Bürhanəddin yaradıcılığının Azərbaycan, rus, ingilis və xüsusilə Türkiyə ədəbiyyatçunaslığında tətqiqinə geniş yer verilir.
Dissertasiyanın ikinci fəsli “Qazi Bürhannəddin yaradıcılığında şifahi xalq ədəbiyyatı nümunələrinin yeri” adlanır. “Lirik folklor nümunələri Qazi Bürhannəddin şeirinin ideya-bədii qaynağı kimi” adlı birinci bölmədə şairin şeirlərində əks olunan folklor nümunələri üzə çıxarılır.“Epik folklor nümunələi Qazi Bürhannəddin şeirinin ideya-bədii qaynağı kimi” adlı ikinci bölümündə şairin yaradıcılığında məhəbbət dastanlarının təsiri araşdırılır. Orta əsrlər ədəbiyyatında xalq dastanlarına müraciət, orada olan əhvalatlara nəzmə çəkmək və ayrı ayrı epizodların şeirə gətirilməsi, məlum olduğu kimi bir ənənə halına almışdır bu həmçinin özünü Qazi Bürhanəddin yaradıcığındada göstərib və dissertant bu xüsusiyyətləri məharətlə üzə çıxartmağı bacarmışdır. “Qazi Bürhanəddin yaradıcılığında dini-mifoloji, tarixi və əfsanəvi şəxslərlə bağlı yaranmış folklor motivləri” adlanan ikinci fəslin üçüncü bölməsində tarixi şəxsiyyətlər haqqında əfsanə və rəvayətlər uzun bir yol keçərək xalqın qan yaddaşında formalaşıb, tarix boyunca insanların şüurunda yaşayaraq, nəsildən-nəslə keçməklə günümüzə qədər gəlib çatmışdır əlbətdəki bu motivlə özünü şairin yaradıcılığında da göstərib. Bu başlıq altında da müəllif həmin bu motivləri taparaq qeyd etmişdir.
Lamiyə Süleymanova f.e.d. Azadə Şahbaz qızı Musayeva nın rəhbərliyi altında “süleyman çələbi Bursalı ”Vəsilətün-Nicat” əsərinin tekstoloji tədqiqi və elmi-tənqidi mətni” Filologiya elmlər namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanı 2007ci ildə müdafiə edib.
Tədqiqatın məqsəd və vəzifələri ilk növbədə, mövzunun aktuallığını müəyyənləşdirən zəruri problemlərin araşdırılması, elmi cəhətdən əsaslandırırlması və sistemləşdirilməsi iləəlaqədardır. Dissertasiyanın başlıca məqsədi Süleyman Çələbinin “Vəsilətün-nicat” əsərinin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitundakı nüsxələrinin paleoqrafik-tekstoloji və sənətkarlıq xüsusiyyətlərinin öyrənilməsi, elmi-tənqidi mətninin hazırlanması, bununla da Azərbaycanda mövcud olan nüsxələr əsasında mövludnamənin daha mükəmməl mətnini tərtib etməkdir. Bu məqsədlə müəllif aşağıdakı problemləri həll etməyə çalışıb.
-
Mövlud mərasimlərinin tarixi və mövludnamələr haqqında elmi bilgi vermək.
-
“Vəsilətün-nicat “ əsərinin bəzi sənətkarlıq xüsusiyyətlərini araşdırmaq.
-
“Vəsilətün-nict”əsərinin dünyada və Məhəmməd Füzuli adına Əlyazmalar institutunda mövcud olan nüsxələrini müəyyənləşdirmək, onları nəzərdən keçirərək sistemləşdirmək
-
Azərbaycan Əlyazmalar İnstitutunda saxlanılan “Vəsilətün-nicat” əlyazmalarının paleoqrafik təsviri
-
Əsərin Azərbaycan vəTürkiyə Respublikalarında mövcud olan əlyazma nüsxələri əsasında elmi-tənqidi mətnini hazırlamaq və s.
Bu araşdırma, mətinşunaslıqda, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan XV əsr islami-türk ədəbiyyatının qiymətli nümunələrindən olan Bursalı Süleyman Çələbinin “Vəsilətün-nicat” əsərinin əlyazma nüsxələrinitədqiq edən ilk dissertasiyadır. Ilk dəfə olaraq əsərin Bakı nüsxələri ilə dünyada, xüsusilə Türkiyə Respublikasında saxlanılan nüsxələri tutuşdurmaqla mətn hazırlamaq. Dissertasiyada ilk dəfə “Vəsilətün-nicat” ın təsiri ilə Azər baycanda yazılımış mövludnamələr paleoqrafik baxımdan tədqiq edilmişdir. əsərin dünya kitabxanalarındakı əlyazma nüsxələri üzə çıxarılaraq sistemli şəkildə təqdim edillmişdir. Müəllifin həyatı, sənəti və əsəri kompleks halında öyrənilmiş, “Vəsilətün-nicat”ın Bakı nüsxəsi əsasında müəllifin hazırladığı yeni eüli-tənqidi mətninə istinad edilərək bəzi sənətkarlıq xüsusiyyətləri müəyyənləşdirmişdir. Bütün bu qeyd olunanlar dissertasiya işinin elmi yeniliyini şərtləndirən başlıca cəhətdir.
Bu araşdırmanın mühüm elmi-nəzəri əhəmiyyəti vardır. Işdə əldə olunan nəticələrdən türk ədəbiyyatı tarixinin öyrənilməsində, türkdilli yazılı bidələrin araşdırılmasında istifadə edilə bilər. Bu dissertasiya mətnşunaslıq, filologiya elmi üçün də faydalı ola bilər.
“Türk ədəbiyyatında mövludnamələr və Süleyman Çələbi Bursalının “vəsilətün-nicat” əsəri” adlı l fəsili süleyman Çələbi Bursalının mühiti, həyatı və tədqiq tarixi, mövlud mərasimləri tarixi, Mövludnamələr ədəbi janrına, “Vəsilətün-nicat” əsərinin sənətkarlıq xüsusiyyətlərinə elmi baxışı əhatə edir.
Dissertasiya işinin “ Süleyman Çələbi Bursalının “ Vəsilətün-nicat”ının və onun təsirilə yazılmış mövludnamələrin elmi-paleoqrafik tədqiqi” adlı ll fəslində “Vəsilətün-nicat” əlyazmalarının elmi-paleoqrafik tətqiqi, “Vəsilətün-nicat” ın elmi-tənqidi mətnini hazırlanmasında istifadə edilmiş nüsxələr geniş araşdırılmış, qrafik, orfoqrafik xüsusiyyətləri müəyyənləşdirilmişdir.
III fəsil “Vəsilətün-nicat” əsəri əlyazmalarının tekstoloji tədqiqi və tənqidi mətnin tərtibi prinsipləri” bölməsində isə Əlyazmaların tekstoloji tədqiqi, əsərin elmi-tənqidi mətninin tərtibi prinsiplərinə həsr olunmuşdur.
Azadə Şahbaz qızı Musayevanın rəhbərliyi altında AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Rasim Salman oğlu Hüseynov “Mahmud Baqi “Divan” ının müqayisəli tekstoloji-filoloji tədqiqi” adlı dissertasiya müdafiə edib. Türk ədəbiyyat tarixində yaradıcılığı bütöv bir mərhələ təşkil edən sənətkarlardan olan Mahmud Baqi osmanlı tarixinin önəmli bir dövründə -XVl yüzillikdə yaşayıb yaradıb. Onun divanı İstanbul, Sankt-Peterburq, Vatikan, Berlin, Bratislava, London, Paris və s. Yerlərdə saxlanan əlyazma nüsxələri müxtəlif tədqiqatçılar tərəfindən araşdırılmış, onların əsasında şairin əsərlərinin nəşri həyata keçirilmişdir. Lakin şairin “Divan”ının Azərbaycanda — AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan nüsxələri indiyədək tədqiqatdan kənarda qalmışdır. Qeyd etmək lazımdır ki, Baqi “Divan”ının əlyazma nüsxələrinin Azərbaycanda mövcudluğu şairin burada kifayəy qədər tanındığını göstərsədə, indiyədək ölkəmizdə onun barəsində geniş araşdırma aparılmamış, əsərləri nəşr edilməmişdir.
Bu tədqiqatın əsas obyekti Mahmud Baqi “Divan”ının AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan nüsxələridir. Dissertasiya işi azərbaycan şərqşunaslıq və ədəbiyyatşunaslığında Mahmud Baqi yaradıcılığına həsr olunmuş ilk müstəqil tədqiqatdır. İlk dəfə olaraq, Baqi əsərlərinin Azərbaycanda saxlanan nüsxələri digər əlyazma və nəşrlələ müqayisəli tədqiqata cəlb olunmuş, şairin müxtəlif janrlarda yazılmış 20-dən çox yeni şeiri aşkara çıxarılmışdır. Çağdaş elmi metodika əsasında Baqi “Divan”ının kompleks filoloji təhlili həyata keçirilmiş, Füzuli lirikası ilə müqayisə əsasında iki şairin yaradıcılığındakı oxşar və fərqli cəhətlər konkretləşdirilmiş, ədəbi təsir faktları sistemləşdirilmişdir. Adı çəkilən dissertasiyada tədqiqatçının məqsədi Baqi “divan”ının tədqiqi tarixiniöyrənmək, orta əsr qaynaqlarında və müasir tədqiqatlarda Baqinin həyatı və ədəbi irsi barədə məlumatları ümumiləşdirməklə, şairin yaradıcılıq bioqrafiyasının elmi mənzərəsini yaratmaq, Baqi “Divan”ının əlyazma nüsxələrinin elmi-paleoqrafik təsvirini vermək və qrafik-orfoqrafik xüsusiyyətlərini araşdırmaq, Baqi “Divan” ının Bakı əlyazmalarını və ayrı-ayrı cünglərdəki şeirlərini digər nüsxə və nəşrlərlə müqayisəli şəkildə araşdırmaqla, bu mətnlərin özünəməxsusluqlarını aydınlaşdırmaq və başqa nüsxələrdə olmayan yeni şeirləri aşkara çıxarmaq, Baqi “Divan”ının janr tərkibini, mövzu və motivlərini, bədii təsvir və ifadə vasitələrini, dil və üslub xüsusiyyətlərini öyrənməklə, şairin ədəbi irsinin kompleks filoloji tədqiqini həyata keçirmək, Füzuli və Baqi yaradıcılıqlarının müqayisəli tədqiqi əsasında onların oxşar və fərqli cəhətlərini üzə çıxarmaq, Baqi poeziyasına Füzulinin təsirini göstərmək faktları aşkarlamaq.
Mahmud Baqi və onun” Divan”ı adlı birinci fəsil iki bölməyə ayrılmışdır.”Mahmud Baqi “Divan”ının tədqiq tarixi” adlı birinci bölmədə Mahmud Əbdülbaqi və “Divan”ının ilkin qaynaqlar sayılan təzkirələrdən etibarən müasir dövrümüzə qədər tədqiq etmiş mənbələr incələnərək sistemli şəkildə təqdim edilmişdir. I fəslin “Mühiti, həyatı və yaradıcılığı” adlı ikinci bölməsində Baqinin yaşadığı mühit müəyyənləşdirilmiş, çairin həyat və yaradıcılığı ümumi bir nəzər salınmışdır. Dissertasiyanın “Mahmud Baqi “Divan” ının tekstoloji tədqiqi” adlı ikinci fəsli altı bölmədən ibarətdir. Fəslin “Mahmud Baqi “Divan”ının əlyazma nüsxələrinin elmi-paleoqrafik təsviri” adlı bölməsində Baqi “Divan”ının dünyada mövcud olan nüsxələrinin kataloq həcmində xronoloji ardıcıllığa görə elmi –paleoqrafik təsvirləri verilmişdir.”Baqi “Divan”ı və “Qəzəliyyat”ının Bakı əlyazmaları” adlı ikinci paraqrafında çairin əsərlərinin Bakı nüsxələrindən bəhs olunmuşdur.”əlyazmaların qrafik-orfoqrafik xüsusiyyətləri” adlı üçüncü paraqafda “Divan”ın Bakı nüsxəsinə əsasən qrafik-orfoqrafik xüsusiyyətləri müəyyənləşdirilmişdir.ikinci fəslin “Nüsxələrin tekstoloji təhlili və alınan qənaətlər” adlı dördüncü bölməsində Baqi “Divan”ının tədqiqata cəlb olunmuş nüsxələrinin tədqiqi yer almışdır.”Divan” və cünglər arasında müqayisəli tekstoloji tədqiq” adlı beşinci paraqrafda Baqinin “Divan”ı ilə cünglərdə mövcud olan şeirləri arasında müqayisələr aparılmışdır. Fəslin “Baqi “Divan” nın Bakı nüsxələrində aşkar edilmiş yeni şeirlər” adlı altıncı paraqrafda indiyə qədər heç bir tədqiqatda qarşılaşmadığımız, Baqiyə məxsus olduğunu düşündüyümüz şeirlər haqqında məlumat verilmişdir.
“Baqi və Füzuli” adlı üçüncü fəsildə türk dünyasının iki nəhəng şairinin yaradıcılıqlarının ortaq nöqtələri müəyyənləşdirilməyə çalışılmışdır.
Bu məqalədə Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına əlyazmalar institunda saxlanılan türkiyə ədəbiyyatı əlyazmalarına əsaslanan dissertasiyaları nəzərdən keçirdik.
Dostları ilə paylaş: |