ədəbİyyat:
-
A.Əsədov ” Qazi Bürhannəddin və folklor” 2006
-
V.A.Musalı “XV_XVll əsrlər Türk Təzkirələrinin Struktur və Spesifikası (əlyazma qaynaqları əsəasında)” 2006
-
L.Süleymanova “Süleyman Çələbi Bursalı ”Vəsilətün-Nicat” əsərinin tekstoloji tədqiqi və elmi-tənqidi mətni” 2007
-
Rasim Salman oğlu Hüseynov “Mahmud Baqi “Divan” ının müqayisəli tekstoloji-filoloji tədqiqi” 2010
Lamiyə Rəhİmova
(Əlyazmalar İnstitutu)
Nacİ təxəllüslü şaİrlər
Ədəbiyyat tarixinidə eyni təxəllüslü müxtəlif əsrlərdə yaşamış şairlər mövcuddur. Belə təxəlüslərdən biri də “Naci”dir. Naci sözünün lüğətlərdə “qurtulan, nicat tapan” mənaları vardır. Pənahi Makuli “Ədəbi Məlumat Cədvəli”ndə yeddi “Naci” təxəllüslü şairin adını qeyd etmişdir (5). Müəllifin istifadə etdiyi qaynaqlar haqqında məlumat verməklə onun istifadə etdiyi mənbələrin dəqiqliyinə açıqlıq gətirmək istəyirik.
Pənahi Makuli məşhur ədəbiyyatşünas Əmir Dövlətşah ibn-Əlaüd-dövlə Bəxtişah qazı Səmərqəndinin h.892 (1486)-cı ildə fars dilində yazdığı “Təzkirətüş-şüəra” əsərini birinci mənbə olaraq götürmüşdür. Bu mənbədə Pənahiyə görə X əsrdən öz dövrünə qədər 138 ən məşhur şairi 7 yerə bölərək əlifba sırasına riayət etmədən öz zövqünə görə qruplaşdırmışdır. (5, 3-4) Əmin Əhməd Razinin (رازى امين احمد) h.1002 (1593)-cü ildə fars dilində yazdığı “Təzkireyi-həft iqlim” (اقليم تﺫكره هفت) əsəri ikinci mənbə olaraq verilmişdir. Təzkirə əlifba sırası ilə deyil. İqlimlər (coğrafi əraziyə) görə tərtib edilmişdir. (5,4)
Şair və ədəbiyyatşünas Lütfəli bəy Azər Bəkdilinin (لطفعلى بك اﺫر بيكدلى) fars dilində yazdığı “Təzkireyi-Atəşgədə” (اتشكده تﺫكره) XVII əsrin sonunda yazılmışdır.Pənahiyə görə bu təzkirə Dövlətşah Səmərqəndinin təzkirəsindən daha mükəmməldir. Burada sayca daha çox şair haqqında məlumat verilir. (5,4) Butəzkirə də əlifba sırasına görə deyil coğrafi ərazilərə görə tərtib edilmişdir. Əmir Qulaməli xan Azad Hüseyn Belqiraminin (حسين بلكرامى خان ازاد امير غلامعلى ) fars dilində h.1176 (1762)-ci ildə yazdığı “Təzkireti-Xəzaneyi Amirə” ((خزانهء عامره تﻨكرهء əsərində verilən məlumatlar əsasən hind ədəbi məktəbinə aitdir. (5,4) Lələbaşı adı ilə şöhrət tapan Əmir üş-şüəra Rzaqulu xan Hidayətin (هدايت اميرالشعر ا رضاقلى خان) h.1284 (1867)-cü ildə fars dilində iki cilddə yazdığı “Məcməül-Füsəha ( (مجمع الفسحاtəzkirəsi də Pənahinin qaynaq olaraq söykəndiyi əsərlərdəndir. (5, 4)
Məşhur türk alimi Şəmsəddin bəy Saminin (شمس الدئن بك سامى) 6 cilddə h.1306 (1888-1898)-ci illərdə nəşr olunan “Qamusül-Əlam” (قاموس اعلام ) əsərində də Yaxın Şərq ölkələri xalqlarının şairləri haqqında qısa məlumat vardır. (5, 4) Mir Nöhsün İbn Hacı Mir Əhməd Qarabağinin (مير محسن ابن حاجى ميراحمد قره باغى) fars dilində yazdığı “Təzkireyi-Nəvvab” (تﻧكرهء نؤاب) əsərində Qarabağ şairləri haqqında məlumat vermişdir. (5, 6)
Qarabağlı Məhəmmədağa Müctəhidzadənin (مجتهدزاده محمد اغا قره باغى) Azərbaycan dilində yazdığı “Riyazül-Aşiqin” (رياض العاشقين ) əsərində XX əsrin əvvəllərinə qədər yazıb yaratmış Qarabağ şairləri haqqında məlumat vardır. (5, 5) Firudinbəy Köçərlinin (فريدون بك كوﭼرلى) Azərbaycan ədəbiyyatı tarixi materialları (اﻧربايجان ادبياتى تاريخى ماترياللارى) 4 cilddən ibarətdir. Burada azərbaycanlı bütün məşhur şairlər haqqında məlumat verilir. (5,5)
Məhəmmədəli Tərbiyyətin (على تربيت محمد) 100-dən artıq təzkirə və mənbə gözdən keçirdikdən sonra azərbaycanlı şair, alim və ədiblər haqqında məlumatı əlifba sırası ilə verdiyi “Danışməndane-Azərbaycan” (دانشمندان اﻧربايجان) əsəri Azərbaycan şairləri haqqında məlumat mənbəyi olaraq olduqca dəyərlidir.
Pənahi Makuli təqdim etdiyi ədəbi məlumat cədvəlində ilk öncə Kəşan şəhərində anadan olan və fars dilində yazıb yaratmış Nacidən bəhs etmişdir. Şəmsəddin Saminin Qamusül- Əlam əsərində üç Naci təxəllüslü şair haqqında məlumat verilir. Bəhs olunan ilk iki şair farsça yazdığı üçün İran şairi olaraq qeyd olunmuşdur. İlk öncə Kəşanlı Naci haqqında bilgi verən Şəmsəddin Sami şair Molla Həsənin oğlu olduğunu qeyd edir. Hüsnü əxlaqının məşhur olduğunu qeyd edərək şairin bir beytini də nümunə olaraq vermişdir:
سر اﻨ خاك لحد از شرم عصيان بر نميدارم
كه ترسم ازوجودم تنك ايد اهل محشردا(7,V1c.,404)
Şəmsəddin Sami ikinci Naci təxəllüslü şairin adının Şahqasım olduğunu qeyd etmişdir. Eyni Naci haqqında Makuli cədvəlində də məlumat vardır. Məşhəddə dünyaya göz açan Naci Şahqasım Fars dilində yazmışdır. Doğulduğu - vəfat etdiyi tarix və yer bilinmir. Şəmsəddin Sami Şahqasım Nacinin Hindistana səyahət etdikdən sonra Cəhənəbada köçərək orada Məlik Seyid Səadət Xan Bahadır Canbəndanın himayəsini əldə etmiş nəhayət Əkbərəbada gedərək orada vəfat etmişdir. Şəmsəddin Saminin bəhs etdiyi digər Naci təxəllüslü şair isə Osmanlı şairi Müəllim Nacidir. Osmanlı ədəbiyyatı nümayəndələrindən olan Müəllim Nacinin əsl adı Ömərdir.1857-ci ildə İstanbulda anadan olan şair atası rəhmətə gedəndən sonra anası ilə birgə Varnoya dayısının yanına köçmüşdür. Burada müəllimlik fəaliyyətinə başlayan ədib Naci təxəllüsü ilə şeirlər yazmışdır. Daha sonra Anadolunun müxtəlif yerlərində məmurluq edən şair İstanbula geri döndükdən sonra müxtəlif mətbuat orqanlarında həm jurnalist kimi fəaliyyət göstərmiş paralel olaraq müəllimlik də etmişdir. Müəllim Naci 13 Aprel 1893-cü ildə 43 yaşında vəfat etmişdir. Atəşparə, Şerarə, Füruzan, Sünbülə, Yadigarı-Naci və s. əsərləri vardır. Şairin ümumən 40 yaxın kitabının olduğu bilinir. Müəllim Nacinin məzar daşında nəstəliq xətti ilə aşağıdakı beyti verilmişdir:
Hak perestim arzı-ixlas ettiyim dərgah bir,
Bir nəfəs tovhiddən ayrılmadım Allah bir. (7,VI c.,1404)
Naci Xanqar deyə bilinən, fars dilində yazan, doğulduğu tarix olaraq h.515 göstərilən bir başqa şair də Pənahi Makulinin cədvəlində yer almışdır (5).
Anadan olduğu yer Ordubad vəfat etdiyi yer isə Hindistan olaraq göstərilən anadan olduğu və vəfat etdiyi tarix bilinməyən Ordubadlı Naci də fars və azərbaycan dillərində əsərlər vermişdir. Məhəmmədəli Tərbityyət Danışməndani-Azərbaycan əsərində Naci Ordubadidən bəhs edərək onu görkəmli söz ustadı olaraq adlandırmışdır. Naci, Katibinin “Şütür-hücrə” qəsidəsinin cavabında bir qəsidə demiş və onun sözlərinə “pəşşə” (milçək) sözü artıraraq maraqlı bir qəsidə yazmışdır. Bu işin öhdəsindən bacarıqla gələn Ordubadlı Nacinin bu qəsidəsinin ilk beyti aşağıdakı kimidir:
Bəsdir bədən hücrəmdə fikir milçəyi dəvə olsun,
Mənim hücrəmdə belə milçək dəvə işini görsün. (məcməül-xəvas)
(9,243)
Makuli cədvəlində adı keçən bir diyər şair isə Naci Təbrizidir (5). Onun Təbrizdə dünyaya göz açdığı bilinsə də hansı ildə və harada vəfat etdiyi bilinmir. Eyni zamanda doğulduğu tarix də məlum deyildir. Məhəmmədəli Tərbiyyət “Danışməndamı –Azərbaycan” əsərində Təbrizli Nacinin ömür boyu yoxsul yaşadığı, təvazükar və dinc adam olduğu qeyd etmişdir. Onun bir beytində rəngarəng misralar yazmasına da şahid oluruq:
Naci, söz meydanında, əlində şairin
Hikmətli misra qanlı qılıncdandır kəskin. (9,244)
Nəhayət Mirzə Mehdi Nacidən bəhs edən Makuli onun doğulduğu və vəfat etdiyi tarixlər haqqında heç bir məlumat olmadığını qeyd edir. Ancaq bu görkəmli şairin XIX əsrdə Gəncədə anadan olduğunu, h.1300 (1882)-ci ildə vəfat etdiyini bildirir. Şair azərbaycan və fars dillərində yazmışdır. (5, 270) Qulam Məmmədəli də Təzkirəsində Naci Mirzə Mehdi və Naci Molla Qədir haqqında məlumat vermişdir. Əsli Şamaxıdan olan Molla Qədir Nacinin anadan olma və vəfat tarixi barədə mənbələrdə məlumat tapa bilmədik. Ancaq 1825-ci illərdə həyatda olduğu yenə Qulam Məmmədəli təzkirəsində qeyd edilmişdir.
Eyb eyləmə ey Nacini meyxarə gərən kəs,
Yenicə kişi rahi-müsəlmana düşübdür. (4,416)
Makuli də h.1210 (1824)-cü ildə Şirvanda doğulduğunu qeyd etdiyi Naci Şirvani adlı bir şəxsdən bəhs etmişdir. Ədəbi Məlumat Cədvəlində şairin Azərbaycan dilində yazdığı da qeyd olunmuşdur (5).
XIX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Mirzə Mehdi Naci haqqında qaynaqlarda çox az məlumat olmasına baxmayaraq bu mütərəqqi şairin Gəncədə anadan olduğunu, doğulduğu tarixin dəqiq olmadığını, sadəcə şairliyi ilə deyil xəttatlığı ilə də Gəncə, Qarabağ, Şirvan və Şəkidə istedadlı bir şəxs olaraq şöhrət qazandığını da həmçinin qaynaqlardan öyrənirik. Mirzə Mehdi Naci haqqında Seyid Əzim Şirvani “Əsərləri”nin III cildində (8), Firudin bəy Köçərlinin “Azərbaycan Ədəbiyyatı” kitabında (2), Nəsrəddin Qarayevin tərtib etdiyi “Poetik məclislər”monoqrafyasında (3), M.Nemətovanın “İki Gəncəli həkkak-xəttatın işi haqqında” (6) adlı məqaləsində, Makuli Pənahinin “Ədəbi məlumat cədvəlində” (5), “Türk əlyazmalar kataloqunda” (10) və s. qaynaq və məxəzlərdə məlumata rast gəlmək olar.
Firudin bəy Köçərli “Azərbaycan Ədəbiyyatı” kitabında bir sıra azərbaycanlı şair haqqında məlumat verərkən Nacini də unutmamışdır. Mirzə Mehdi Naci haqqında ilk dəfə nisbətən geniş məlumat verən Firudin bəy “Gəncə şairlərinin ən müqtədiri və rəvantəblisi mərhum Mirzə Mehdi kimi onu tanıtmışdır. (2,180) Eyni zamanda tədqiqatçı Nacinin tam tərcümeyi-halına dair lazımı məlumat toplaya bilmədiyi üçün təssüfləndiyini də bildirmişdir. Qaynaqlara istinadən şairin təqribən h.1300-cü ilin 20-ci ilində vəfat etdiyini qeyd edən tədqiqatçı Nacinin nəqqaşlıqda, təbiblikdə və şairlikdə çox məharətli olduğunu bildirmişdir. Mirzə Mehdinin qarabağlı Abdulla bəy Asi, Xarrat Qulu Yusifin, Şamaxı şairi Hacı Seyid Əzimin və Qazax şairləri Mustafa ağa Nasirin və İskəndər ağanın (“şair”təxəllüslü) müasiri olduğundan onlarla sıx əlaqəsi olmuşdur. Firudin bəyin bildirdiyinə görə Abdulla bəy Asinin Mehdiqulu xanın qızı Xurşudbanu həzrətlərinə yazdığı həcvə nəzm ilə cavab verənlərdən biri də məhz Mirzə Mehdi Naci olmuşdur. Hətta Firudin bəy onun bəziləri tərəfindən məzhəbsiz, sufi diyə ittiham edildiyini də qeyd etmişdir. Firudin bəy onun “şeiriyyatını rəvan, zərif, güşadə” (2,180) olduğunu da bildirmişdir. Daha sonra tədqiqatçı Mirzə Mehdinin qəzəllərindən bir neçə nümunə vermişdir. Hətta onun qəzəllərindən birinin Qasım bəy Zakirin təsiri ilə yazıldığını, “fəsahət və lətafətdə dəxi Zakirin kəlamından əksik”olmadığını vurğulamışdır. (2, 181) Nacinin qəzəllərini Qasım bəy Zakirin, Həsən Qarabağinin, Seyid Şirvaninin qəzəlləri ilə eyni səviyyədə tutan Firudin bəy onun farsça yazdığı “Bahariyyatı-Naci” əsərini tərifləyərək göylərə qaldırmışdır. (2, 180-184)
M.Nemətova,iki Gəncə həkkak-xəttatının işi haqqında olan məqaləsində Nacinin həkkaklık sənətini tədqiq etmişdir. M. Nemətova onun AMEA Əlyazmalar İnstitutunda saxlanılan “Divan”ı ilə yaxından tanış olmuş, əlyazmada mövcud olan maraqlı məqamları məqaləsində istifadə etmişdir. (5, 29) Şairin həyatı ilə bağlı maraqlı məqamlardan birini də elə M.Nemətova üzə çıxarmışdır. Qeyd etdiyimiz kimi Fifudin bəy Köçərli qəbir daşındakı yazıya əsaslanaraq Mirzə Mehdinin 1882-ci ildə yetmiş yaşında vəfat etdiyini bildirmişdir. M.Nemətova məqaləsində, şairin hələ sağ ikən özü üçün hazırladığı qəbir daşında 1880-ci ilin iyun ayında yetmiş beş yaşında öldüyünü yazmışdır. M.Nemətovanın yazdığına görə, şair yetmiş səkkiz yaşında vəfat etmiş, İmamzadə qəbirstanında özü üçün hazırladığı türbədə dəfn edilmişdir. (5, 29) M.Nemətova Nacinin həkkak-xəttatlığını ilk dəfə tədqiq etmişdir. Hətda tədqiqatçı şairin hazırladığı qəbir daşlarından bir neçəsinin fotosurətini də vermişdi. M.Nemətova Nacinin özünə, Gəncəli Ələkbərə və Əli bəyə hazırladığı qəbir daşları üzərində işlənmiş maraqlı ornament və gözəl xətt nümunələrinin olduğunu da qeyd etmişdir. (5,33)
Məqalədən eyni zamanda “Qarabağnamə” əsərinin müəllifi və Mirzə Mehdinin yaxın dostu Mirzə Adıgözəl bəy və onun oğlu Məmo ağanın da qəbir daşlarının şair tərəfindən zövqlə işləndiyini öyrənirik.
Ümumiyyətlə şairlərin eyni təxəllüsləri istifadə etmələri tarix boyu müxtəlif problemlərə səbəb olmuşdur.. Bu məsələlərdə ən böyük məsuliyyət təzkirələrin üzərinə düşmüşdür. Təxəllüs məsələsi özü özlüyündə müstəqil mövzu kimi araşdırılmamışdır. Fikrimizcə bu mövzunun tədqiqi Azərbaycan və ümumilikdə türk filologiyası üçün olduqca maraqlı olardı.
Ədəbİyyat:
-
Azərbaycan Ədəbiyyat Tarixi. Azərb.SSR. Elmlər Akademiyası nəşriyyatı, Bakı, 1960.
-
Köçərli Firudinbəy. Azərbaycan ədəbiyyatı. 2 cilddə. I.cild. Transliterasiya edən: Ruqiyyə Qənbər qızı. Bakı, Elm nəşriyyatı.1981.
-
Qarayev N. XIX əsr Azərbaycan Ədəbi Məclisləri. Nurlan, Bakı, 2010.
-
Qulam Məmmədli. Təzkirə. Transfonelitirasiya edən: Aybəniz Rəhimova. Bakı, elm və təhsil, 2012.
-
Makuli P. Ədəbi məlumat cədvəli, Bakı, 1962.
-
Nemətova M. İki Gəncə həkkak-xəttatının işi haqqında //Azərb.SSR EA Xəbərləri, ictimai seriyası, 1959, №8, s.29.
-
Şəmsəddin S. Qamusül- Əlam. VI cild. İstanbul,1306.
-
Şirvani Seyid Əzim. Əsərləri. III cild. Tərtib edən: Süleyman Rüstəmov. Bakı, Elm nəşriyyatı,1974.
-
Tərbiyyət M. Danışməndani-Azərbaycan. Bakı,Azərbaycan dövlət nəşriyyatı, 1987.
-
Türk Əlyazmalar Kataloqu. II cilddə. Bakı, Nurlan, 2009.
Əlyazmalar:
-
Mirzə Mehdi Naci Gəncəli. Şeiriyyatı. B-71.
-
Mirzə Mehdi Naci Gəncəli. Həcviyyatı-Naci. B-131.
Xədicə Buturabİ
(Əlyazmalar İnstitutu)
Dİnİ təlİmlərdə təbİətə münasİbətİn tİpolojİ aspektlərİ
Bu məsələ ilə bağlı Qərb alimlərində müəyyən fikir formalaşmışdır. Ayrı-ayrı inanclarla yanaşı, dünya dinlərində – buddizm, xristianlıq və islamda bu yöndə tipoloji baxımdan oxşar və yaxın fikirlərə rast gələ bilirik. Onların təbiət və kosmoloji, düzən barədə mülahizələri həm elmi cəhətdən, həm də mənəvi cəhətdən maraq doğurur (1.s.22).
Son dövrlər Qəbrdə bir çox xristian və yəhudi alimləri ətraf mühitə olan münasibətin düzgün şəkildə formalaşması üçün ilahiyyatın tövsiyələrindən faydalanmağı diqqətə çəkmişlər. Təbiət və ətraf mühitə yad münasibətin ağır nəticələrini görən kataliklər və protestantlar məsələnin ciddiliyini nəzərə alaraq mövzuya daha dərin maraq göstərmişlər. Onlar təbiət və kosmoloji düzən haqqında dini təsəvvürlərin elmi baxışlarla uyğun gəlməsi məsələsini ortaya qoymaqdan daha çox ətraf mühiti qorumaq üçün dini-əxlaqi prinsiplərdən faydalanmağın zərurətini diqqət mərkəzində saxlayırlar. İslamda bu məsələyə elm ilə əməl, yəni düşüncə ilə əxlaq arasında vəhdət prizmasından yanaşır. Çünki müasir dövrdə təbiət və ekologiyanın korlanması elm ilə əməl arasındakı əlaqənin olmamasından, başqa sözlə desək elmin əxlaqdan ayrılmasından irəli gəlir: təbiəti korlamağın fəsadlarını bilirlər: lakin mənfəət xatirinə bu əməldən çəkinmirlər. Əməlsiz elm və elmsiz əməl – hər ikisi mənfi nəticə verir. Son vaxtlar islamda təbiətə münasibət məsələsi daha böyük önəm qazanmaqdadır (1.s.275).
Son bir neçə əsrdə xristian alimləri təbiətə münasibət məsələsini bir növ unutmuşdular. Həmin mövzuya yenidən qayıdış son iki-üç onillikdə gündəmə gəlmişdir. Məsələyə marağın artmasına səbəb isə ətraf mühitin hədsiz dərəcədə korlanması və ekoloji böhranın kəskinləşməsi ilə bəşər həyatının təhlükəylə üzləşməsi olmuşdur. Ona görə Qərbdə xristian illhiyyatçılar təbiətə münasibətin müsbət yöndə dəyişdirilməsi üçün dini təlimlərin əhəmiyyətini önə çəkməyə başlamışlar. Bəziləri insanların ətraf mühitlə rəftarını tənzimləmək üçün ənənəvi xristianlığa qayıtmağı bir qismi isə Uzaq Şərq və hind dini təlimlərindən bəhrələnməyi tövsiyə etmişlər. Bu arada şaman inanclarına üz tutanlar da vardır və bu meyl xüsusilə Amerikada müşahidə edilməkdədir. Bir sıra hallarda xristianlıq və onun qolları ətraf mühitə münasibətin dəyişdirilməsi üçün öz etiqadlarından dövrün tələblərinə uyğun faydalanmağa önəm verirlər. Şərq bölgələrində yayılan dini cərəyanlar daha çox öz kimliyini həm maddi və həm də hərbi cəhətdən qat-qat güclü olan Qərb mədəniyyətinin hücumu müqabilində qoruyub saxlamağı daha zəruri hesab edirlər. Bununla onlar öz milli mənəvi dəyərlərini hifz etməyə çalışırlar. Onu da qed edək ki, Qərbdən fərqli olaraq Şərq xalqları öz dini ənənələrini daha çox saxlamağa müvəffəq olmuşlar. Eyni zamanda burada təbiət və ətraf mühitə olan münasibət də nisbətən yaxşıdır. Şərqlilər materialist və sekularist ideoloji cərəyanlarla üzləşərkən asanlıqla təslim olmur, öz kimliyini qorumaqda daha güclüdürlər (3.s.139).
Qeyd edək ki, xristianlığın təbiətə münasibəti müxtəlif tarixi dövrlərdə fərqli olmuşdur. A.Qaynobiyə görə, xristianlıq təbiəti istismar etməyə müqavimət göstərməmiş və bu səbəbdən ekoloji böhran genişlənmişdir. Şərq düşüncə məktəblərindən fərqli olaraq xristianlığın təbiəti qorumaq barədə mövqeyi zəifdir (3.s.265). Lakin keçən əsrin ortalarında bu münasibəti dəyişdirməyə çalışdılar (3.s.272).
Keçən əsrin 50-ci illərində protestant ilahiyyatçı A.Riçard həyatla bağlı fikirlərində mühitin əhəmiyyətinə diqqət yetirsə də, ilahiyyatçıların az qismi ekologiyaya maraq göstərirdilər (4.s.52-53).
60-cı illərdən şərait dəyişməyə başladı. L. Jozef isə “Yer kürəsi üçün ilahiyyat” məsələsini ortaya qoydu, bəşərin nicatını təbiət və kosmosun nicatı ilə əlaqələndirdi. Onun əqidəsinə görə, Allahı pərəstiş baxımından ilahiyyat və təbiətşünaslıq birləşsə kifayət edər (2.s.372). Başqa bir protestant alim – Riçard Bauer dünyanı Allaha aid edərək bildirdi ki, Allah onu özü xəlq etdiyi üçün sevir və həyat üçün zəruri olan təbiətə ehtiramla yanaşmaq lazımdır. (Ridrik.ətraf mühitə münasibəti indiki dövrdə o qədər də qənaətbəxş deyildir və məsələnin ilahiyyat elmi baxımından geniş təhlilinə rast gəlmirik. Ona görə Artur Versilde bir daha ilahi təcəllinin təzahürü olan təbiətə yenidən baxmağı tövsiyə edir (4.s.96). Bu baxış ekoloji böhranın genişlənməsi ilə əlaqədar olaraq aktuallıq kəsb edir.
Qərbdə yəhudi mütəfəkkirləri xristianların təbiət və ətraf mühit barədə nigarançılıqlarına reaksiya göstərərək məsələnin ictimai və sosial əhəmiyyətini önə çəkmişlər. Onlar dini ənənələrə əsaslanaraq təbiətin qorunması üçün səy göstərməyə təkid edirlər. Onlar prinsipal cəhətdən əski ənənələrə söykənən yeni bir təbiət fəlsəfəsinin işlənməsini diqqətə çatdırırlar (5.s.44).
Bir çox yəhudi qələm sahibləri son vaxtlar təbiətə münasibətdə əxlaqi dəyərlərin önəminə xüsusi diqqət göstərirlər. Bunlardan İsmar Şorc “Gəlin qənaətlə yaşayaq” adlə kitabında yəhudi dinində bu mövzunun əhəmiyyətini xatırladır və göstərir ki, dinlə zidiyyət təşkil edən materialist münasibət öz istehlakı maraqlarını əsas tutaraq ətraf mühitin məhvinə yönəlmişdir (İsmar Şorc.s.24,36). Yəhidi dininin ayin və qanunları təbiətə və heyvanlara zərər verməyi qadağan edir, torpaqdan istifadə zamanı zöhdə əsaslanmağı tövsiyə edir.
Yəhudi dini qanunlarına görə insan təbiətlə davranışında ilahi hökmlərə uyğun hərəkət etməlidir (3.s.326-327). İnsan eyni zamanda təbiəti qorumağa borcludur. Buraya torpaq, meşələr, bitkilər daxildir. İstər sülh, istərsə savaş zamanı ağaclara və başqa təbiət ünsürlərinə zərər yetirməyə icazə verilmir.
Qədim yəhudi dininə görə kainat Allahın təcəlli səhnəsidir və insan burada özünü Allahın hüzurunda olduğu kimi hiss edir. Həmin ənənə eyni insanın Yer kürəsini və orada olan məxluqatı qorumaq üçün daşıdığı məsuliyyəti yada salır.
Monoteist dinlərlə yanaşı başqa əski inanclar da təbiətə ehtiramla yanaşmaq ənənəsi mövcuddur.
Müxtəlif məntəqələrdə yaşayan qırmızı dərili etniklər göy aləminə müqəddəs ata, yerə isə müqəddəs ana kimi baxır, burada olan bitki və heyvanat aləminə bağlılıq və qəyyumluq nümayiş etdirirlər (6.s.51). Onlar təbiəti sevməyi və qorumağı özlərinə müqəddəs borc bilirlər. Həyat qaynağı olan təbiətə doğma və yaxın münasibət Konfusi təlimində də müşahidə edilir (6.s.60-62).
Təbiət və insan münasibətinin metafizik baxımdan izahı faktına da rast gəlmək olur. Əski kosmoloji baxışlara görə insan və təbiət ünsürləri, dörd fəsil və dörd cəhət arasında uyğunluq vardır. Başqa sözlə desək mikrokosm və makrokosm arasında balans və uyğunluq bərqərar olmuşdur. Təbiətin korlanması ümumi kosmoloji düzəni pozur (Teodor Dibard.s.106). Konfusi təlimində təbiətin fəlsəfəsi əxlaq və fəzilətlə bağlıdır və burada yaranan böhranın həlli üçün əxlaqi dəyərlərə söykənmək lazımdır. Hind xalqlarının dini ayinlərində, xüsusilə buddizmdə təbiətlə münasibət müəyyən əxlaq normaları çərçivəsində tənzimlənir. Lamaya görə dünyada gedən bütün proseslər arasında yaxınlıq və əlaqə vardır. İnsan öz ev və yaşadığı yeri qorumağa borcludur və bu məsələdə əxlaqi məsuliyyət daşıyır (5.s.117).
Maraqlı haldır ki, Şərq dini təlimləri içərisində buddizm təbiət və ətraf mühit ilə bağlı daha çox mülahizələr irəli sürmüş, dünya dinləri arasında isə islam mövzuya daha geniş və dərindən yanaşmışdır. Sadəcə islam ölkələrində bu səmavi dinin kosmoloji düzən və təbiətşünaslıqla bağlı fikirlər keçən əsrin 60-cı illərindən yeni elmi metodla tədqiq edilməyə başlamışdır.
Qərb alimlərinin islama aid bir sıra ənənəvi qeyri-obyektiv mövqeyini nəzərə alsaq təhlil metodologiyasında yenilik gətirmək zərurəti ortaya çıxmışdır. (4.s.408). İslam mədəniyyətində istər təbiətin öyrənilməsi və istərsə də ətraf mühitin əhəmiyyəti ilə bağlı bəhslər son illərdə gündəmə gəlmişdir (7.s.152). İslamda kosmoloji sistem barədə baxışlar əsasən fəlsəfə, metafizika və irfan çərçivəsində açıqlanmışdır. Həmin baxışlarda islam baxımından təbiət və kainat düzəninin ümumi cizgilərini müəyyənləşdirir (7.s.62). Məsələyə elmi yöndə yanaşan islam, eyni zamanda onun həm də əxlaqi müstəvidə tədqiqini önə çəkir. Quran ayələri təbiət və kainat düzənində olan qanunauyğunluqlar üzərində düşünməyə və bu nizamı pozmamağa dəvət edir. Müasir dünyada istehlak meylinin sürətlə artması təbiətdən istifadədə israf və ifrata yol açır və bu meyl Şərq ölkələrində daha güclü olduğundan ekoloji böhran burada da təhlükəli vəziyyət almaqdadır (8..s.37).
Bu arada ilahiyyat alimləri torpaq, su, meşə və başqa təbii qaynaqların qorunması zərurətini diqqətə çatdırmaq üçün Quran ayələrinə isnad edir, fiqh və şəriət vasitəsilə tənzimlənən əxlaq normalarına əsaslanırlar. Əhməd Hüseyni yəhudi mütəfəkkirlərinin kabala və dini qanunlar əsasında təbiətə münasibətinin necə formalaşdığına nəzər salaraq islamda bu məsələnin daha ətraflı izahını tapa bilərik.
İslamda insan yer üzərində Allahın xəlifəsi hesab edilir və bu onun məsuliyyətini daha da artırır (9.s.14). Həmin məsuliyyəti təbiətin qorunmasını da şamil etmək olar. Bir sıra islam alimləri və ruhanilər, o cümlədən Suriyanın böyük müftisi Şeyx Əhməd Keyftaru öz məruzəsində insanın təkcə bəşərə deyil, Allaha mənsub olan kainat qarşısında məsuliyyətini önə çəkmişdir. Bununla belə Qərbdə ətraf mühit barədə bəhs edilərkən monoteist dini təlimin bu barədə olan mövqeyi diqqətdən yayınır. İslam monoteist din olaraq dünyanın vəhdət üzərində qurulduğuna inanır. Burada formalaşan ontoloji baxışa görə kainat Allahın fərmanı altında müəyyən nizamla idarə olunur və burada hər şeyin həyatı vardır. Kainatda hər şey insan üçün yaradılsa da, onun təbiətə müdaxiləsi məhdudlaşdırılır. İnsan təbiəti öyrənməklə ondan səmərəli və düzgün istifadə yollarını araşdırmalı, ona zərər yetirməməlidir.
Bu məqalədə dini təlimlər üzrə təbiətə münasibətin ümumi tipoloji aspektləri irəli sürülür və İslamın universal mahiyyəti önə çəkilir. Qurana görə vahid dünya düzəni və bunu təşkil edən varlıq təbəqələrinin bir-birilə əlaqəsi, insanın yaradılışının hikmət və məqsədi onun təbiətin mühafizəsindəki missiyası, ətraf aləmi də Allah tərəfindən qurulan tarazlığın saxlanması təməl prinsiplər kimi önə çəkilir. Təbiətə və ekologiyaya münasibət həmin prinsiplər əsasında müəyyən edilir.
Sonda onu da qeyd etmək lazımdır ki, etiqad və düşüncə tərzində müşahidə edilən fərqli cəhətlərlə yanaşı, inanc və dinlərdə təbiət və ətraf mühitə münasibət məsələsində ortaq və yaxın məqamlar da vardır.
Ayrı-ayrı dinlərdə təbiətə və ətraf mühitə aid fikir və mülahizələri müqayisə etsək, onlar arasında bir sıra ümumi oxşarlıq görə bilərik. Qərb və Şərq dini təlimlərində fərqli cəhətlərlə yanaşı, təbiətə münasibətdə yaxın məqamlar da vardır və həmin məqamlar bir ortaq nöqtədə kəsişir: məsələyə əxlaqi yöndə yanaşmaq. Öncə işarə edildiyi kimi, yəhudilik və xristianlıq təbiətə insanlıq nöqteyi-nəzərindən yanaşır və islamda həmin münasibət daha bariz şəkildə müşahidə edilir. Bu yanaşmanın kökündə mənəvi bir amil dayanır: Təbiəti sırf maddi ünsür kimi qəbul edərək onu insafsızcasına istismar etməkdən çəkinmək. Təbiət düzəninə dini idrak bucağından yanaşaraq ona həyati bir sistem kimi baxmaq və onu qorumağı mənəvi bir vəzifə kimi qəbul etmək hələ də ictimai şüurda özünə tam yer tuta bilməmişdir. Dini təsisatlar məhz ekoloji böhranın təhdidlərinin kəskinləşdiyini görəndən sonra problemlə bağlı öz mövqeyini ortaya qoymağa başlamışdır. Uzun illər təbiətlə bağlı problemlər sırf müasir təbiət elmləri çərçivəsində təhlil edilirdi. Ancaq təcrübə göstərdi ki, təkcə inzibati və texniki yollarla bu böhranı yüngülləşdirmək mümkün deyildir.
Dini baxışlarda kosmoloji düzən və təbiətlə bağlı mövqe insanın burada sağlam yaşamını təmin etmək baxımından əhəmiyyətlidir. Həmin mövqeyə görə insan psixoloji və ruhi cəhətdən yaşadığı mühitin harmoniyasını qorumağa borcludur. Varlıq aləmində mövcud olan tarazlığı pozmağa icazə verilmir və insan təbiətlə münasibətdə ölçü və həddi aşarsa Allahın qəzəbi ilə düşəcək, çünki bu düzən və tarazlıq Allah tərəfindən yaradılmış müqəddəs bir qanundur. İnsan öz xilqətinin ali hədəfindən uzaq düşdükdə dəyərsiz bir şeyə çevrilir. Yəhudi və islam dinində insan uca bir məqamə sahibdir, onun xilqətinin yüksək hədəfi həmin məqama yetişməkdir. Bunun üçün insan ilahi qanun və göstərişlərə əməl etməli, təkcə fərdi ibadətlə məhdudlaşmadan ətrafla münasibətində də təbiət və kosmoloji düzənin tarazlığını qorumalıdır. Başqa sözlə desək, ətraf mühitə olan laqeyd münasibəti dəyişmək və ekologiyanı qorumaq üçün insanların şüur, mənəviyyat və psixologiyasında dəyişiklik lazımdır ki, bu məsələdə dini alimlər müsbət rol oynaya bilər.
Dostları ilə paylaş: |