Ədəbİyyat:
1.
|
مباني و راهبردهاي جهاد اقتصادي، سيد حسين اسحاقي، قم، نشر هاجر، 1390
|
2.
|
اقتصاد در انديشه امام خميني، تحقيق از موسسه تنظيم و نشر آثار امام خميني، تهران، چاپ اول، 1387
|
3.
|
مستدرك الوسايل، حسين نوري طبرسي، قم، آل البيت
|
4.
|
بحارالانوار، علامه محمد باقر مجلسي، تهران، مكتبة الاسلاميه، 1362
|
5.
|
خصال، محمد بن علي (شيخ صدوق)، انتشارات جامعه مدرسين، 1403ه ق
|
6.
|
عدل و اعتدال پرهيز از اسراف در اعمال، سيد نعمت اله حسيني، عصر انقلاب، 1388
|
7.
|
رهگشاي انسانيت(نهج الفصاحه)، هاشم صالحي، ترجمه ابراهيم احمديان، قم، گلستان ادب، 1381
|
8.
|
الكافي، محمد بن يعقوب الكليني الرازي، تحقيق: علي اكبر الغفاري، بيروت، دارالصعب و دارالتعارف، 1401ق.
|
9.
|
مجمع البحرين، فخر الدين بن محمد طريحي، تهران، فرهنگ و ارشاد اسلامي؛ 1375
|
10.
|
نظري به نظام اقتصادي اسلام، مرتضي مطهري، قم، انتشارات صدرا، 1374
|
Kərimulla Məmmədzadə
(Əlyazmalar İnstitutu)
“Bəhrül-Maarİf” əsərİnİn əlyazma nüsxələrİnİn elmİ-paleoqrafİk təsvİrİ
Orta əsr türk ədəbiyyatının tanınmış alimi Gelibolulu Müslihəddin Mustafa Sürurinin m. tarixlə 1549-cu ildə qələmə aldığı bu əsər poetikaya daha dəqiq desək ədəbiyyat nəzəriyyəsinə aid yazılmış əsərlərin ən samballısıdır. Düzdür Süruriyə qədər bu mövzuda bir neçə əsər yazılmış olsa da bunların heç biri “Bəhrül-maarif” qədər geniş, zəngin və poetikaya aid məsələləri ən xırda detallarına qədər incələyən əsərlər olmamışlar. Süruri də məhz öz əsərinin əvvəlində buna işarə olaraq qeyd etmişdir: “Amma billah bu əbdi-fəqir, Süruriyi-səqir zəmani-həvanı və o an şadimani və baisi-eşq məcazi və duayə suzi-güzarı birlə elmi-əruz və əqvafi və təəmmimi-faidə tətbinə əzimət idüb və marifi-cüziyyə tərəbbinə niyyət qılub vü tətmimi-aidə içün Türki dil ilə müsəvvədə qılub amma tədvin olunmayub, qalub bədə guşəyi-fərağətdə mütəvəttən və künci-uzlətdə mütəməkkin olmuş idi” yəni buna qədər Türk dilində bir neçə belə əsər yazılsa da həmin yazılmış bu əsərlər o qədər də yetərli olmayıb və buna görə də Süruri əruz və poetika elmini daha geniş bir şəkildə ehtiva edən bir əsər yazmaq qərarına gəlib. Süruriyə qədər bu səpkidə bir neçə əsər yazılmışdı və təbii ki, o, da bu əsərlərin mövcudluğundan xəbərsiz deyildi amma həqiqətən diqqət yetirsək görərik bu mövzuya aid yazılmış olan Əlişir Nəvainin “Mizanül-övzan”, Babur Şahın “Əruz-risaləsi” kimi əsərlər yalnız əruz və əruzun Türk şeirində tətbiqi ilə bağlı bilgilərdən ibarət olmuşdur. Amma Sürurinin “Bəhrül-maarif”inə nəzər saldıqda görürük ki, müəllif öz əsərində əruzla yanaşı nəzm və onun janrlarına, ədəbi sənətlərə və hətta o zamanlar ədəbiyyatda çox da yayqın olmayan nəsrə aid çox dəyərli bilgilər vermiş, ədəbiyyata aid terminləri açıqlamış, onların lüğəvi mənalarını qeyd etmişdir. Əsəri tədqiq edərkən müasir ədəbiyyatşünaslıqda mövcud olan ədəbi bilgilərin hələ dörd əsr bundan əvvəl Süruri tərəfindən qələmə alınmasını müşahidə etmək çox heyrətvericidir. Belə ki, günümüzdə bu mövzuda qələmə alınmış əsərlərə diqqət etdikdə “Bəhrül-maarif”in nəinki onlardan geri qaldığını hətta sahib olduğu geniş şəkildə açıqlamalarla, misallarla onlardan daha zəngin olduğunu müşahidə edirik.
“Bəhrül-maarif”in əsas mövzusu əruz və əruzun Türk şeirində tətbiqidir. Əsər bir müqəddimə, üç məqalə və xatimədən ibarəttir. Müqəddimədə əsərin yazılmasına səbəb olan zərurətlərdən söz açılmış, əruzun öyrənilməsinin çox vacib olması vurğulanmışdır. Birinci məqalə əruz və onun bəhrlərindən bəhs edir, ikinci məqalə isə nəzm qaydaları, nəzmdə mövcud olan ədəbi ifadə vasitələi və nəsrlə bağlı müəyyən məlumatları, nəsrin növləri haqda bilgiləri ehtiva edir. Üçüncü məqalə isə Rami Təbrizinin “Ənisül-üşşaq” əsəri ilə bağlıdır və müəllif bu əsərdən misallar gətirərək klassik poetkada işlənən bütün bədii nümunələr, onların işlənmə yerləri, mənaları ilə bağlı geniş şərhlər, izahlar vermişdir.
Məlumdur ki, zamanında və sonralar da çox qiymətli sayılan bu əsərin yüzlərcə nüsxəsi köçürülmüşdür. Əsərin bu qədər üzünün köçürülməsi onun nə qədər gərəkli, qiymətli olmasına dəlalət edən sübutlardan biridir. Belə ki, günümüzə qədər əsərin təxminən qırxdan artıq əlyazma nüsxəsi gəlib çatmışdır və bu nüsxələr dünyanın müxtəlif əlyazma xəzinələrində qorunur.
Əsərin əlyazma nüsxələri ilə bağlı məlumatlar toplayarkən müraciət etdiyimiz mənbələr kimi müxtəlif vaxtlarda çap olunmuş kataloqlarala yanaşı nüsxələrin qorunduğu kitabxanalrın, muzeylərin internet saytlarından da istifadə etdik. Belə ki, bu imkandan istifadə edərək əlyazmanın bir çox nüsxələri ilə internet vasitəsi ilə tanış olaraq əlyazmalarla bağlı geniş məlumatlar əldə etdik. Çox mütərəqqi bir haldır ki, bir çox Avropa və Türkiyə kitabxanalarında qorunan əlyazma əsərlərinin nüsxələri ilə rəqəmsal texnalogiyanın yardımı sayəsində internet vasitəsi ilə tanış olmaq, bu əsərlərdən istifadə etmək və geniş məlumatlar toplamaq mümkündür. Biz də mövcud şəraitin bizə vermiş olduğu bu imkandan istifadə edərək çox qiymətli məlumatlar əldə etdik.
İndiyə qədər çap olunmuş kataloqlarda “Bəhrül-maarif”in bir neç əlyazma nüsxəsi ilə bağlı məlumatlar olsa da bizim əldə etdiyimiz bu bilgilər daha genişdir. Belə ki, kataloqlarda əsərin yeddi cəmi səkkiz nüsxəsinin adı çəkilirdisə geniş və hərtərəfli araşdırmalar nəticəsində əsərin dünyanın müxtəlif əlyazma xəzinələrində qorunan qırxdan artıq nüsxəsi ilə bağlı məlumatlar topladıq.
Tədqiqatlar zamanı maraqlı bir faktla qarşılaşdıq. Məlumdur ki, “Bəhrül-maarif” əsərinin əsas mövzusu poetikaya dair təməl bilgilərdir. Amma qarşımıza çıxan müxtəlif mənbələrdə əsərin mövzusu fərqli qeyd edilmişdir. Belə ki, bir neçə yerdə əsərin mövzusu ritorika, Türk dili və ədəbiyyatı, təsəvvüf və din elmləri, ümumi ensklopediya və hətta Ərəb dilini qrammatikası olaraq göstərilmişdir ki, bu qeydlər tamamilə yanılışdır.
Nüsxələrlə bağlı topıadığımız məlumatların əsəsı isə əlyazmanın qorunduğu yer, şifrəsi, köçürülmə tarixi, katibi, həcmi, ölçüləri v.s. kimi məlumatlardan ibarət olmaqla yanaşı bəzi əlyazmaların qorunduqları muzey və kitabxanalarda mövcud olan dvd disqlərinin şifrələrindən ibarətdir. Bütün bu məlumatları sistemləşdirərəkən nüsxələrin köçürülmə tarixləri ilə bağlı xronoloji ardıcıllıq gözlənilmişdir.
1) İstanbul Süleymaniyyə Əlyazma Əsərlər Kitabxanası. Şifri: 808. I. 34 Sü-Tarlan 113. Yzılma Tarixi h.956/m.1549 Rebiyüləvvəl, katibi məlum deyildir, köçürülmə yeri Amasyadır. Hər səhifədə 19 sətr olmaqla nəstəliq xətti ilə samanı kağıza yazılmışdır. Ölçüsü 19,8x11,6 sm, həcmi 142 vərəqdir. Söz başları qırmızı rəngli mürəkkəblə verilmişdir. Əlyazma köçürülmə tarixi baxımından orijinala çox yaxındır. Əlyazmanın 12a-17b vərəqlərində əruz bəhrləri, 133a-134b-dən başlayaraq beyt, rübai, qitə v.s. ilə əlaqəli mövzular yer almaqdadır. Əlyazmada əsərin Sultan Süleyman adına yazılması qeyd edilir. Qara rəngli bezlə üzlənmiş cildi vardır.
Başlanır: ... بسم...الحمدﷲ الذی جعل الانسان اهل اللسان و صیره عالما ببدیع
(Bismillah…Əl-həmdüllah əl-ləzi cələl-insan əhləl-lisan və səyrə alima bebədi..)
Bitir: یا الهی ایله مصطفی یی مستدام جاننه اولسن سلامتله محصل واسلام
فی مدینه اماسیه سنه ٩٥٦ تم
(Ya əlləhi eylə Mustafayı müsətdam, caninə olsun səlamətlər mühəssəl vəs-səlam. Fi midiynəti-Amasya sənə 956 tim )
2) Manisa Xalq Kitabxanası. Şifri: 45 Hk 1683. Köçürülmə tarixi h.956/m.1549-cu ildir. Hər səhifədə 19 sətr olmaqla nəsx xətti ilə noxudu rəngli fliqranlı kağıza yazılmışdır. Ölçüləri 19,7x 13,5 sm, həcmi 142 vərəqdir. Çəharguşə meşin qəhvəyi cildi var. Kəlimə başları qırmızı rəngli mürəkkəblə verilmişdir. 1a vərəqində müxtəlif şeirlər, 143b vərəqində isə Qasım Manisavinin xətti ilə bir yazı nümunəsi vardır. Nüsxə orijinala çox yaxın olan nümunələrdən hesab olunur. Başlanğıcı və sonu yuxarıda qeyd edilən nüsxələrlə eynidir.
3) Ankara Milli Kitabxanası Adnan Ötükən Xalq kitabxanası kolleksiyası. Şifri: 06 Hk 54, dvd nömrəsi 1181. h.963/m.1555-ci ildə köçürülmüşdür. Katibi məlum deyil. Hər səhifədə 19 sətr olmaqla nəsx xətti ilə öküz başı şəkilində filiqranı olan kağıza yazılmışdır. Həcmi 143 və sonradan 3 vərəq əlavə edilmişdir. Başlanğıcı və sonu digər nüsxələrlə eynidir.
4) Manisa Xalq Kitabxanası. Şifri: 45 Hk 1636. Katibi məlum deyil. H.963/m.1555-ci ildə köçürülmüşdür. Hər səhifədə 19 sətr olmaqla incə təliq xətti ilə krem rəngli, filiqranlı kağıza yazılmışdır. Ölçüləri 21x 13,5 sm, həcmi 145 vərəqdir. Kəlimə başları və bəzi sözlər qırmızı mürəkkəblə verilmişdir. Vişneyi meşin üzlü cildi vardır. 1a vərəqində Həsən Niyaziyə aid mülkiyyət qeydi, Muradiyyə kitabxanasının vəqf qeydi, 1003 h. tarixli bir ölüm qeydi və şeirlər, 1b vərəqində “Elmi-alinin” vəqf qeydi, sonda 145b vərəqində isə göz xəstəliyinə aid faydalı məsləhət, h. 1056-cı il tarixli xatirə ilə Həmidinin bir şeiri vardır.
Başlanır: بسمﷲ...الحمدﷲ الذی جعل الانسان اهل السان و صیره عالما ببدیع المعانی والبیان اما بعد بو عبد فقیر سروری...
(Bismillah... Əlhəmdüllah əlləzi cəələl-insan əhləl-lisan və səyyərə alima bebədil-mani vəl-bəyan əmma bəəd bu əbdi-fəqir Süruri...)
5) Kayseri Raşid Əfəndi Kitabxanası. Şifri: 31 Raşid Ef. 608. Köçürülmə tarixi h. 963, katibi məlum deyil. Ölçüləri 21,3x14 sm, həcmi 144 vərəqdir. Dəri cildə tutulmuşdur.
6) İstanbul Topkapı Saray Kitabxanası. Şifri: 2136 M.R. 540. Köçürülmə tarixi h.971/m.1563, katibi Mustafa bin Bəhlul bin Ramazan əl Çolovidir. Hər səhifədə 19 sətr olmaqla ahərli kağızda qələmə alınmışdır. Ölçüləri 20,5x15, həcmi 143 vərəqdir. Qəhvəyi cildi var. Başlanğıcı və sonu yuxarıda qeyd edilmiş digər nüsxələrlə eynidir.
7) Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmala İnstitutu. Şifri: M-20/3329. Köçürülmə tarixi h.972/m.1564, katibi məlum deyildir. Ölçüsü 12x19 sm, həcmi 143 vərəqdir. Nəstəliq xətti ilə qələmə alınmışdır. İlk vərəqlərində türk, ərəb və fars dillərində müxtəlif məzmunlu şeirlər və dualar vardır. Əsər 6b vərəqindən başlayır. Əlyazmanın bəzi vərəqləri və cildi zədələnmişdir. Sonda onu qeyd etmək yerinə düşər ki, M formatda qorunan bu əlyazma nüsxəsi qədimliyi, səhihliyi və orijinala çox yaxın olması baxımından qiymətli hesab olunur.
Başlanır: (6b) الحمدالله الذی جعل ...
(Əlhəmdüllah əlləzi cəəl...)
Bitir: (149)......جانانه السون سلامتلر محصل و السلام سنه ۹۷۲
(...Cananə olsun səjamətlər mühəssəl vəs-salam sənə 972)
8) Ankara Milli Kitabxanası. Şifri: 06 Hk 3353, dvd nömrəsi 1392. Katibi məlum deyil, köçürülmə tarixi h.972/m.1564-dür. Hər səhifədə 19 sətr olmaqla təliq xətti ilə filiqranlı krem rəngli kağıza yazılmışdır. Ölçüsü 21x14 sm, həcmi 147 vərəqdir. Şəməsəli, köşəbəndli qəhvəyi meşin cildə tututlmuşdur. Sərlövhə, müzəhhəb, müləvvən, cədvəllər və söz başları qırmızı mürəkkəblə yazılmışdır. Əlyazmanın xatimə hissəsində əsərin h. 11 Səfər 956-cı (m.1549) ildə təlif olunma qeydi var. 1a səhifəsində ərəbcə şeirlər, 145b səhifəsində müəllifin yəni Sürurinin biblioqrafiyası, 145b-147a səhifələri arasında türkcə şeirlər və məktublar vardır. Bunlardan əlavə 1a səhifəsində müəllifin mülkiyyət qeydlərinə aid və üzərində “Qul ül-həqq Mustafa və löv qanə mürrə…” kəlimələri yazılmış möhür var.
9) İstanbul Topkapı Saray Kitabxanası. Şifri: 2134 H. 659. Katibi məlum deyildir, köçürülmə tarixi h.993/m.1585-dir. Hər səhifədə 19 sətr olmaqla ahərli kağıza yazılmışdır. Ölçüsü 22x13 sm, həcmi 143 vərəqdir. Qəhvəyi dəri ilə cildlənmişdir.
Başlanır:
بسم...الحمدﷲ الذی جعل الانسان اهل اللسان و صیره عالما ببدیع المعانی والبیان
(Bismillah… Əlhəmdülillah əlləzi cəələl-insan əhləl-lisan və səyyərə
alima bebədil-mani vəl-bəyan…)
Bitirir:بو دعایه هرکه ﺁمین دیرسه صدق قلب یله جاننه اولسون سلامتلر محصل و السلام …
(Bu duayə hər ki amin dirsə sidqi-qəlb ilə canınə olsun səlamətlər mühəssəl vəssəlam)
10) Türk Dil Qurumu əlyazmalar kitabxanası.
Şifri: Yz. A 236. Katibi məlum deyil, h.1001/m. 1592-ci ildə köçürülüb. Hər səhifədə 19 sətr olmaqla nəsx xətti ilə yonca fliqranlı kağıza yazılb. Ölçüləri 20,5x 13,5 sm, həcmi 141 vərəqdir.
Başlanır: بسم...الحمدﷲ الذی جعل الانسان اهل اللسان و صیره عالما ببدیع المعانی ...
(Bismillah…Əlhəmdülillah əlləzi cəələl-lisan əhləl-lisan və səyyərə alima bebədil-mani…)
Bitir: ...بو دعایه هر کم آمین درسه صدق قلبله جاننه اولسن سلامتله متصل واسلام
(Bu duayə hər kim amin dirsə sid qəlblə canınə olsun səlamətlər mütəssəl vəssəlam )
11) Ankara Milli Kitabxanası Adnan Ötükən Xalq Kitabxanası kolleksiyası. Şifri: 06 Hk 972, dvd nömrəsi 1245. Katibi Zeynəddin, köçürülmə tarixi h.1002/m.1594ci ildir. Köçürülmə yeri Sandıqlıdır. Hər səhifədə 17 sətr olmaqla sülüs xətti ilə suyolu olan fliqranlı kağıza yazılmışdır. Ölçüləri 20,5x15 sm, həcmi 144 vərəqdir. Kəlimə başları qırmızı mürəkkəblə verilmişdir. Zədələnmiş qəhvəyi meşin cildi vardır. Sonda Məqabələ qeydi və türk dilində bir mənzumə vardır.
Başlanır: بسمﷲ...الحمدﷲ الذی جعل الانسان اهل السان و صیره عالما ببدیع المعانی والبیان اما بعد بو عبد فقیر سروری...
(Bismillah...əlhəmdülillah əlləzi cəələl-insan əhləl-lisan və səyərə alima bebədiil-mani vəl-bəyan əmma bəəd bu əbdi-fəqir Süruri... )
Bitir: حق رفیقی ذاتنه سعدی سروری ایلسون ایکی عالمه تصبهی اوله هم خیر الانام بو دعایه هرکه ﺁمین دیرسه صدق قلب یله جاننه اولسون سلامتلر محصل و السلام
(Həqq rəfiqi zatinə sədi Süruri eyləsün iki aləmə təsbihi ola həm xeyrül-ənam bu duayə hər ki amin dirsə sidqi-qəlblə caninə olsun səlamətlər mühəssəl vəssəlam)
12) İstanbul Yapı Kredi Sermet Çifter Araşdırma Kitabxanası. Şifri: 211. Katibi Mahmuddur, h.1004/m.1595-ci ildə köçürülmüşdür. Hər səhifədə 19 sətr olmaqla təliq xətti ilə axərli kağıza yazılmışdır. Ölçüləri 19x11,5 sm, həcmi 108 vərəqdir.
13) Bəyazit Xalq Kitabxanası, Amasya. Şifri: 05 Ba 622. Katibi Məhəmməd bin Yusif, köçürülmə tarixi m.1596, köçürülmə yeri Çorumdur. Hər səhifədə 13 sətr olmaqla nəsx xətti ilə filiqranlı kağıza yazılmışdır. Ölçüləri 20,2x13,4 sm, həcmi 186 vərəqdir. İlk vərəqlərdə Bəyazit Camisi Kitabxanasına aid vəqf möhürü vardır. Qara meşin cildə tutulmuşdur. Kəlimə başları qırmızı mətn özü isə qara mürəkkəblə yazılmışdır.
Başlanır: ..بسمﷲ...الحمدﷲ الذی جعل الانسان اهل السان... اما بعد بو عبد فقیر سروری
(Bismillah... Əlhəmdülillah əlləzi cəələl-insan əhləl-lisan... əmma bəəd bu əbdi-fəqir Süruri...)
14) Ərzurum Xalq Kitabxanası. Şifri: 25 Hk 24047. Katibi məlum deyil, m.1598-ci ildə köçürülmüşdür. Hər səhifədə 19 sətr olmaqla nəsx xətti ilə tac filiqranlı avropa kağızına yazılmışdır. Ölçüləri 21x15 sm, həcmi 124 vərəqdir. Əlyazmaya sonradan müxtəlif qeydlər olan əvvəldən 2 sondan isə 1 vərəq əlavə edilmişdir.
Başlanır: بسم...الحمدﷲ الذی جعل الانسان اهل اللسان و صیره عالما ببدیع المعانی والبیان
(Bism... Əlhəmdülillah əlləzi cəələl-insan əhləl-lisan və səyyərə alima bebədil-mani vəl-bəyan... )
15) Manisa Xalq Kitabxanası. Şifri: 45 Hk 1637. Katibi Həsən, köçürülmə tarixi h.1068/m.1657-ci il, köçürülmə yeri İstanbuldur. Hər səhifəd 17 sətr olmaqla təliq xətti ilə krem rəngli fliqranlı kağıza yazılmışdır. Ölçüləri 20,2x 14 sm, həcmi 144 və sonradan əlavə olunmuş 3 vərəqdir. Şəmsəli, qəhvəyi meşin cildi vardır. Kəlimə başları qırmızı rəngli mürəkkəblə verilmişdir. 1a-3b vərəqləri arasında şeirlər, digər vərəqlərdə isə “Kitabi-nəqavə” dən götürülmüş qeydlər və müxtəlif sözlərin açıqlamaları vardır. Başlanğıcı və sonu yuxarıda qeyd edilmiş nüsxə ilə eynidir.
16) Bratislava Universiteti Kitabxanası Ərəbcə, Türkcə, Farsca əlyazmalar bölməsi. Şifri: TF 75. Katibi məlum deyil, XVII əsrdə köçürüldüyü ehtimal edilir. Təliq xətti iə qələmə alınmışdır. Ölçüləri 21x14 sm, həcmi 143 vərəqdir. 3a səhifəsindən müqəddimə, 8b-dən birinci məqalə, 23a-dan ikinci məqalə, 44a-dan üçüncü məqalə, 127b-dən “تتمه باب مذکور” adlı bir bölmə, 138a səhifəsindən isə əlyazmanın xatimə hissəsi başlayır. Əlyazma 143b səhifəsində bitir.
17) Ankara Milli Kitabxanası. Şifri: 06 Hk 1312, dvd nömrəsi 1272. Katibi Mustafa bin Xəlil Əyyubi, köçürülmə tarixi h.1169/m.1754-cü ildir. Hər səhifədə 21 sətr olmaqla noxudu rəngli marka fliqranlı kağıza yazılmışdır. Ölçüləri 21,8x15,5 sm, həcmi 132 vərəqdir. Çəharguşə meşin miqləbi, əbru kağızla üzlənmiş cildi vardır. Əksər nüsxələrdə olduğu kimi kəlimə başları qırmızı mürəkəblə verilmişdir. Birinci və sonuncu vərəqdə Qazi Evrenos Bəyə aid h. 1225 tarixli vəqf möhürləri vardır. Əlyazma ilə bağlı məlumat verilərkən yalnışlıqla əsərin ərəb dilinin qrammatikasına aid olduğu qeyd edilmişdir.
Başlanır: بسمﷲ...الحمدﷲ الذی جعل الانسان اهل السان و صیره عالما ببدیع المعانی والبیان اما بعد بو عبد فقیر سروری...
(Bismillah... Əlhəmdülillah əlləzi cəələl-insan əhləl-lisan və səyyərə alima bebədil-mani vəl-bəyan əmma bəəd bu əbdi-fəqir Süruri... )
Bitir: بو دعایه هرکه ﺁمین دیرسه صدق قلب یله جاننه اولسون سلامتلر محصل و السلام تم استنساخ کتاب سنه ١١٦٩
(Bu duayə hər ki amin dirsə sidqi-qəlbilə canınə olsun səlamətlər mühəssəl vəs-səlam timi-istintinsaxi-kitab sənə 1169)
18) Türk Dil Qurumu əlyazmalar kitabxanası. Şifri: Yz. A 400. Katibi Əbdülhəmid, köçürülmə tarixi h.1188/m.1775-ci ildir. Hər səhifədə 17, 19, bəzən də 20 sətr olmaqla təliq xətti ilə tac fliqranlı kağıza yazılmışdır. Ölçüləri 21,5x 16 sm, həcmi 113 vərəqdir.
19) Uppsala Universitet Kitabxanası. Şifri: Pertesch, TH. 489. Nüsxədə qeyd olunan h. 13 Rəbiüləvvəl h.1293 (m. 1885) tarixi var ki, əlyazmasının köçürülmə tarixidir. Nüsxənin katibi məlum deyil. Hər səhifədə 19 sətr olmaqla təliq xətti ilə qələmə alınmışdır. Ölçüləri 21,5x14,5 sm, həcmi 143 vərəqdir. Əlyazmasının 1a səhifəsində belə bir yazı var: هر کم بو کتابی بو قطعده بو مسطور یازوب سترن ستره راست گتورسه نظملر سطرده واقع اولوب نظم و نثر بربرندن ممتاز اولور و بعض یرنده نظملر و نثرلر سطر عددنده موافق دوشر که بو کتابگ بو اسلوب اوزره یازلماسی جمله صنایع لطیفهدن در و بو کتابی تالیف ادوب ووجه مسطور اوزره یازنه حق تعالی رحمت ایلسون
جواهر جمع اولوبدر معرفتدن نولا نامی اولا بحرالمعارف
(Hər kim bu kitabı bu qtədə bu məstur yazub sətrin sətrə rast gətürsə nəzmlər sətrdə vaqe olub nəzm və nəsr birbirindən mümtaz olur və bəz yerində nəzmlər və nəsrlər sətr ədədində müvafiq düşər ki bu kitabın bu üslub üzrə yazılması cümlə sənayi-lətifhədəndir və bu kitabi talif idüb və vəchi-məstur üzrə yazana Həqq-təala rəhmət eyləsün
Cəvahir cəm olubdur məifətdən,
Nə ola namı ola Bəhrül-maarif )
Bitir:فی ١٣ ربیع الاول سنه ١٢٩٣
(Fi 13 rəbiüləvvəl sənə 1293)
20) İstanbul Süleymaniyyə Əlyazma Əsərlər Kitabxanası. Şifri: 808. 34 Sü-Hü 455. Katibi və yazılma tarixi məlum deyil. İlk vərqində Əbdülhəlim Kırıminin mülkiyyət qeydi və Amcazadə Hüseyin Paşanın vəqf möhürü vardır. Türk diıində incə təliq xətti ilə hər səhifədə 19 sətr olmaqla filiqranlı kağız üzərində qələmə alınmışdır. Mətn xırda ulduzlarla çərçivəyə alınmış, kəliməbaşıları qırmızı mürəkkəblə yazılmlşdır. Başda 16a vərəqində geniş şəkildə bir mündəricat yer alır. Şahzadə Sultan Mustafa bin Süleyman adına yazıldığı qeyd edilmişdir. Ölçüləri 19,7x11,3 sm, həcmi 142 vərəqdir. Meşin cildə tutulmuşdur.
Baş.: بسم...الحمدﷲ الذی جعل الانسان اهل اللسان و صیره عالما ببدیع المعانی ...
(Bismillah... Əlhəmdülillah əlləzi cəələl-insan əhləl-lisan və səyyərə alima bebədil-mani... )
Bitir: ...بو دعایه هر که آمین درسه صدق قلبله جاننه اولسن سلامتله متصل واسلام
(Bu duayə hər ki amin dirsə sidqi-qəlbilə canınə olsun səlamətlər mütəssəl vəs-səlam)
21) Bəyazit Xalq Kitabxanası, Amasya. Şifri: 05 B 1365. Katibi və köçürülmə tarixi məlum deyil. Hər səhifədə 19 sətr olmaqla təliq xətti ilə qələmə alınmışdır. Ölçüləri 19,9x12,6 sm, həcmi 142 vərəqdir. Şəmsəli qəhvəyi meşin cildi var. Kəlimə başları qırmızı mürəkkəblə verilmişdir.
Başlanır: بسمﷲ...الحمدﷲ الذی جعل الانسان اهل السان و صیره عالما ببدیع المعانی والبیان اما بعد بو عبد فقیر سروری...
(Bismillah... Əlhəmdülillah əlləzi cəələl-insan əhləl-lisan və səyyərə alima bebədil-mani vəl-bəyan əmma bu əbd-fəqir Süruri... )
22) Avstriya Milli Kitabxanası, Türkcə əlyazmalar bölməsi. Şifri: N.F. 36. Katibi və istinsax yeri məlum deyildir. Hər səhifədə 21 sətr olmaqla nəsx xətti ilə qələmə alınmışdır. Ölçüləri 17,8x 12,7 sm, həcmi 114 vərəqdir.
Başlanır: بسمﷲ...الحمدﷲ الذی جعل الانسان... المعانی والبیان اما بعد بو عبد فقیر سروری...
(Bismillah... Əlhəmdülillah əlləzi cəələl-lisan...əlmani vəəlbəyan əmma bu əbdi-fəqir Süruriş... )
Bitir: حق رفیقی ...سروری... دیرسه صدق قلب یله جاننه اولسون سلامتلر محصل و السلام
(Həqq rəfiqi…Süruri… dirsə sidqi-qəlbilə canına olsun səlamətlər mühəssəl vəs-səlam)
23) İzmir Milli Kitabxanası əlyazmalar bölməsi. Şifri: 1232. Katibi və köçürülmə tarixi məlum deyil. Hər səhifdə 19 sətr olmaqla təliq xətti ilə yazılmışdır. Ölçüləri 20,5x13 sm, həcmi 142 vərəqdir. Başlanğıcı və sonu digər nüsxələedə olduğu kimidir.
24) İstanbul Hüseyin Kocabaş Kitabxanası. Şifri: S.H.M.H.K.Yaz. 265. köçürülmə tarixi və katibi məlum deyil. Hər səhifədə 21 sətr olmaqla təliq xətti ilə yazılıb. Ölçüləri 20x14 sm, həcmi 50 vərəqdir. Əlyazmanın əvvəli və sonu naqisdir.
25) Diyarbəkir Milli Xalq Kitabxanası. Şifri: 21 Hk 1571/2. Katibi və köçürülmə tarixi məlum deyil. Hər səhifədə 17 sətr olmaqla nəstəliq xətti ilə taclı, üzüm salxımlı filiqranlı kağıza yazılmışdır. Ölçüləri 21,5x15 sm, həcmi 112 vərəqdir. Nüxənin əvvəli və sonu naqisdir.
26) Balıkesir Xalq Kitabxanası. Şifri: 10 Hk 19/5. Katibi və yazılma tarixi məlum deyil. Nüsxənin əvvəli və sonu naqisdir. Rüqə xətti ilə qələmə alınmışdır. Ölçüləri 20,5x14,3 sm, həcmi 51 vərəqdir. Cildi yoxdur.
27) İstanbul Topkapı Saray Kitabxanası. Şifri: 2135 H. 660. Köçürülmə tarixi və katibi məlum deyildir. Hər səhifədə 19 sətr olmaqla nəsx xətti ilə qələmə alınmışdır. Ölçüsü 22x13,5, həcmi 146 vərəq. Başlanğıcı və sonu yuxarıda verilmiş nüsxə ilə eynidir.
28) İstanbul Yapı Kredi Sermet Çifter Araşdırma Kitabxanası. Şifri: 809. köçürülmə tarixi və katibi məlum deyil. Hər səhifədə 17 sətr olmaqla təliq xətti ilə ahərli kağıza yazılmışdır. Ölçüləri 19,8x12 sm, həcmi 108 vərəqdir.
29) Misir Milli Kitabxanası, Qahirə. Şifri: Aruzı Turki 2. Katibi və istinsax tarixi məlum deyil. Hər səhifədə 19 sətr olmaqla təliq xətti ilə qələmə alınmışdır. Ölçüləri 13x 20 sm, həcmi 143 vərəqdir.
30) Misir Milli Kitabxanası, Qahirə. Şifri: Aruzı Turki Talat 3. Katibi və istinsax tarixi məlum deyil. Hər səhifədə 19 sətr olmaqla təliq xətti ilə qələmə alınmışdır. Ölçüləri 11,7x 19,5 sm, həcmi 143 vərəqdir.
31) Misir Milli Kitabxanası, Qahirə. Şifri: Aruzı Turki Talat 4. Katibi və istinsax tarixi məlum deyil. Hər səhifədə 19 sətr olmaqla nəsx xətti ilə qələmə alınmışdır. Ölçüləri 14,5x 21 sm, həcmi 143 vərəqdir.
32) Misir Milli Kitabxanası, Qahirə. Şifri: Aruzı Turki Talat 5. Katibi və instinsax tarixi qeyd edilməyib. Hər səhifədə 21 sətr olmaqla nəsx xətti ilə qələmə alınmışdır. Ölçüləri 14x20,8 sm, həcmi 237 vərəqdir. Onu da qeyd etmək yerinə düşər ki, bu nüsxə məlum olan nüsxələr içərisində həcminə görə ən çox vərəqli nüsxədir.
33) Misir Milli Kitabxanası, Qahirə. Şifri: Arızı Turki Talat 6. Katibi və istinsax tarixi qeyd edilməmişdir. Hər səhifədə 19 sətr olmaqla divani xətti ilə yazılmışdır. Ölçüləri 14,5x 22,5 sm, həcmi 143 vərəqdir.
34) Misir, Qahirə Hidiv Kitabxanası türkcə əlyazmalar bölməsi. Şifri: 9060. Köçürülmə tarixi və katibi məlum deyil (Daha doğrusu qeyd edilməyib). Hər səhifədə 17 sətr olmaqla təliq xətti ilə qələmə alınıb, həcmi 186 vərəqdir.
35) Misir, Qahirə Hidiv Kitabxanası türkcə əlyazmalar bölməsi. Şifri: 9061. Bu nüsxənin də katibi və köçürülmə tarixi göstərilməmişdir. Hər səhifədə dəyişik sayda sətrlərlə təliq xətti ilə qələmə alınmışdır, həcmi 143 vərəqdir.
36) Misir Milli Kitabxanası, Qahirə. Şifri: Aruzi Turki Talat 1. Katibi və istinsax tarixi qeyd edilməyib. Hər səhifədə 19 sətr olmaqla təliq xətti ilə qələmə alınmışdır. Ölçüləri 10x18,5 sm, həcmi 69 vərəqdir. Əlyazmanın əvvəli və sonu naqisdir.
37) Avstriya Dukalık Kitabxanası Gotha Kolleksiyası. Şifri: pt. 324: Seetzen: Nr. 80. Katibi və yazılma tarixi göstərilməmişdir. Hər səhifədə 19 sətr olmaqla nəsx xətti ilə qələmə alınmışdır, həcmi 143 vərəqdir.
Sonda onu əlavə edək ki, biz “Bəhrül-maarif” əsərinin dünyanın müxtəlif əlyazma xəzunələrində qorunan 37 əlyazma nüsxəsi ilə bağlı məlumatlar verərkən hər bir nüsxənin poleoqrafik xüsusiyyətləri, yerləri, köçürülmə tarixləri v.s. kimi qeydləri istinad etdiyimiz mənbələrə əsasən müfəssəl bir şəkildə verməyə çalışdıq. Ola bilsin ki, gələcək tədqiqatlarımız zamanı “Bəhrül-maarif” əsərinin yeni əlyazma nüsxələri üzə çıxdı. Nəzərə alsaq ki, dünya əlyazma xəzinələrində qorunan əsərlərin çox hissəsi kataloqlaşdırılmayıb, onlar haqqında məlumatlar verilməyib o zaman yeni nüsxələrin ortaya çıxma ehtimalı daha da güclənir.
Qarşıda duran priaritet məsələ isə bizim araşdırma işimizin əsasını təşkil edən bu əsərin dünyanın digər əlyazma xəzinələrində qorunan nüsxələrini əldə etmək və əsərin incələməsini daha geniş, hərtərəfli şəkildə təşkil etməkdir.
Dostları ilə paylaş: |