Xülasə. İdiomlar dil öyrənməyin vacib bir hissəsidir və dilin səriştəli öyrənilməsində özünü göstərir



Yüklə 366,23 Kb.
Pdf görüntüsü
səhifə3/13
tarix02.01.2022
ölçüsü366,23 Kb.
#47701
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   13
HUMANİTAR new 41 46

ELMİ XƏBƏRLƏR | Humanitar elmlər seriyası1/2021, səh. 41-46 

 

42 


 

“sixpence  short  of  shilling”,  “  mad  a  bag  of  ferrets”,  “  mad  as  a  box  of  frogs”  kimi 

işlənir. 

Tək bir dil içindəki idiomatik ifadə fərqləri anlaşılmazlığa və qarışıqlığa səbəb ola bilər [5]. 

Fei  [2005]  təklif  edir  ki,  “çarpaz  mədəni  ünsiyyətdə  metaforaları  anladıqda,  insanlar  öz 

məcazi  bir  metaforanın  başqa  birinə  köçürməyə  meyillidirlər  ki,  bu  da  kros-  mədəni 

ünsiyyətdəki anlaşılmazlığın əsas səbəbi olur”.  Bundan əlavə tədris materiallarının azlığı və 

aydın metodologiyanın olmaması deyimləri ön plana çıxan öyrənicilər üçün əngəl yaradır [4].  

Lakin  ingilis  dilində  idiomatik  ifadələri  öyrənmək  öyrənicilərin  xeyrinə  ola  bilər.  Birincisi 

başqa  bir  dilin  idiomatik  ifadələrini  öyrənmək,  idiomlar  dilin  vacib  bir  mədəni  elementini 

təşkil  etdiyi  üçün  bu  mədəniyyətin  yumorlarını  və  xarakterini  anlamaq  üçün  bir  həlledici 

amildir. İkincisi, bu onlara ingilis dilinin xüsusiyyətlərini anladır [5]. 

      İdiomların tədrisinin ənənəvi metodları əsas əzbərləmək və öyrənməklə diqqət tələb edir. 

Öyrənicilər formalar və mənalar arasında əlaqə olmadan ayrı-ayrı idiomları topladıqları üçün 

vaxt və səy sərf edirlər. İngilis dilində idiomların tədrisinə qarşı çevik və dinamik yanaşmaya 

ehtiyac  var.  Buna  görə  də  bu  metod  ingilis  dili  öyrənənlər  üçün  idiomların  tədrisi  və 

öyrənilməsi bir strategiya təqdim etməyə çalışır, bu da öz növbəsində metaforik səriştələrini 

inkişaf etdirir, eyni zamanda öyrənmə təcrübəsini rahatlaşdırır. Bu ingilis dili müəllimlərinə 

idiomatik ifadənin tədrisi üçün istifadə olunan metadoloji strategiyalarının təkmilləşdirilməsi 

barədə bəzi faydalı təlimatlar verilməsi məqsədə uyğun olardı [1]. 

      Hər  bir  dil  üçün  əsas  material  sözdür  və  dil  öyrənmək  istəyən  hər  kəs  gündəlik  olaraq 

yeni  söz  və  söz  birləşmələri  öyrənir.  Həmin  söz  birləşmələrinin  tərkibində  idiomlar  xüsusi 

yer  tutur.  İngilis  dili  idiom  və  idiomatik  birləşmələrlə  zəngin  bir  dildir.  İdiomlara  bütün 

üslublarda rast gəlmək mümkündür: yazıda, danışıqda, bədii ədəbiyyatda və s. Hətta qəzetlər 

belə idiomatik ifadələrlə zəngindir.  

      İdiomları  təşkil  edən  sözlər  bir  yerdə  öz  əvvəlki  mənalarını  itirir  və  birləşmə  tərkibində 

yeni məna çalarlığı yaradır. Məsələn,  




Yüklə 366,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin