Açar sözlər: idiomatik ifadələr, tədris, ingilis dili öyrəniciləri
Giriş
İdiomlar gündəlik danışıq dilində istifadə olunan ifadələrdir. Onlar adətən məcazi
məna daşıyır və danışıq dilini zənginləşdirirlər. İdiomları sözbəsöz tərcümə etdikdə onlar
məna kəsb etmirlər. İdiomların hər birinin mənasını cümlələrlə daha asan öyrənmək olur. Bu
səbəbdən, onları başa düşməkdə və tərcümə etməkdə hər iki prosesdə bəzi problemlər var.
İngilis dilində idiomları anlamaq öyrənicilər üçün çətinliklər yaradır. İdiomlar mənaca
gözlənilməz olurlar. Mənalar həmişə qurucu hissələrin hərfi mənalarından fərqlənir [6]. Bir
çox idiomatik ifadələr, hissələrin mənaları ilə müstəqil şəkildə ümumi məcazi mənalarına
kömək etməklə ayrıla və təhlil oluna bilir. Çox ehtimal ki, ingilis dili öyrənənlər həm
ifadədəki sözləri, həm də ifadənin özü ilə tanış deyillər. Adətən, onlar ilk öncə ədəbi
səviyyəni analiz edirlər. Məsələn, “climb the walls ”- to be uneasy or restless; syn: go
bananas bu idiomun mənası “incitmək, narahatlıq yaratmaq” deməkdir. Amma onlar bu
ifadənin mənasını “divara dırmaşmaq, banan ağacına çıxmaq ” kimi başa düşürlər. Başqa bir
misal “cross ( one’s) fingures – to hope for luck” yəni şans diləmək deməkdir. Lakin
öyrənicilər bu ifadəni “ bir adamın sözün əsl mənasında barmaqlarından keçmək” kimi
anlayır. Bundan əlavə, hətta idiomlar İngilis lüğətinin ən çətin və maraqlı bir hissəsi kimi
nəzərdə tutulur. Mədəniyyət idiomların təfsirində mühüm rol oynayır. Amerikada bir kəs öz
çılğın hərəkətinə görə günahladırılırsa “off the wall”, “over the deep end” kimi ifadələr
işlənir, yəni “ divardan və ya dərin ucdan baxmaq”. Birləşmiş Krallıqda isə bu ifadə
|