Tamın yarı/üçdə-bir/dörddə/bir hissələrini müxtəlif modeldə (sahənin, düzbucaqlının və dairənin modellərində, məsələn şirniyyat, saat, şokolad plitəsi);
Hissənin, necə ki, tamın bərabər hissələrə bölünməsi nəticəsinin və əşyaların strukturuna malik toplamanın bərabər miqdarının qruplara bölünməsi nəticələrini nümayiş etdirə bilirsə;
İkiqat çoxaltmadan istifadə edirsə və tamın dörddə-birini və yarısını bir-biri ilə əlaqələndirə bilirsə;
Tamın hissəsini tamın yarısının modeli ilə müqayisə edə bilirsə (yarıdan çoxdur, azdır, taydır).
Riy.IV.5. Şagird ölçünün müxtəlif vahidlərindən istifadə edə və onları bir-biri ilə əlaqələndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Uzunluğun/çəkinin hər hansı bir böyük vahidinin (eləcə də böyük vahidin yarısının) kiçik vahidlə əks olunmasını bacarırsa. Məsələn, 2m = 20 dm, 2m=200 sm; 4kq=4000q);
Zaman vahidləri (saatlar və dəqiqələr) arasında məlum nisbətdən istifadə edirsə və hesab əməliyyatlarından istifadə etməklə zamanın (bir saatadək) intervalını tapa bilirsə;
Ölçünün verilmiş vahidlərində göstəricinin başqa vahidlə əks etdirilməsi zamanı qalıqla bölmədən istifadə edirsə (məsələn: 320 sm-də neçə metr və santimetr vardır?100 dəqiqə neçə saatdır?).