Яли Камали архивиндяки «Короьлу» дастанынын


V Bayatılarla əlaqədar olan xalq ənənələri



Yüklə 1,4 Mb.
səhifə52/54
tarix14.12.2023
ölçüsü1,4 Mb.
#179131
1   ...   46   47   48   49   50   51   52   53   54
min Abid hmdov Azrbaycan turklrinin

V
Bayatılarla əlaqədar olan xalq ənənələri

Xalq arasında bəzi adət və ənənələr var ki, bayatılara bağlanmış bir şəkildədir. Bunlardan yalnız üçünü əldə edə bildik.


1. Azərbaycanda xalq arasında bir fala baxmaq tərzi var ki, daha çox qadınlar arasında caridir.
Qadınlar bir yerə toplanır. Hər kəs sıra ilə içində mətləb tutar, yəni şübhələndigi bir şey və ya bir hadisənin nə nəticə ilə zühura çıxacağını qəsd edər. Sonra qadınlardan biri bir bayatı söylər. Bu bayatının məvzuyi ilə qadının tutduğu mətləb birlikdə təlif təhlil edilərək dutulan mətləblərin gələcəgi təyin olunur. Bu mərasimə Bakıda bayatı çəkmək deyərlər.
Bu ənənə Azərbaycan qəzalarında bir az fərqlidir. Qadınlar bir araya toplandıkdan sonra su ilə dolu güvəc, yaxud bir qab gətirirlər. Hər kəs onun içinə özünü təmsil edən bir şey atar və qabın ağzını qaparlar. Onun başında şeyləri tanımayan bir qadın oturtulur, mərasimi o idarə edər. Qabın içindəki şeyləri birər-birər çıxarmağa başlayaraq kimsəyə göstərmədən hər şey üçün bir bayatı söylər. O şey kimin isə bayatının məvzuyi onun falı əd edilir. Bəzilərinə çox qərib məvzular təsadüf edər ki, bu da onlar arasında böyük bir əgləncəyə səbəb olur.
Bu adətin Anadolu xalqı arasında da az-çox fərqlərlə yaşadı­ğını "Konya vilayəti xalqiyyat və hirsiyyatı" kitabında görmək­dəyiz.111
2. Əski Azərbaycan xalq adətinə görə ailənin bir fərdi öldügü zaman o evdə ərkəklər üçün olduğu kibi, qadınlar üçün də matəm məclisi açılırdı. Ərkəklər məclislərində "Quran" oxunur, fatihələr ithaf olunur. Bəzən buna mərsiyəxanların "Kərbəla vəkə­si"nə aid matəm qəsidələri də ilavə edilirdi. Halbuki qadınların matəm məclisi başqa bir xüsusiyyəti havidi.
Qadın məclisində də bu mərasimlər olmaqla bərabər onlarda ayrıca oxşama və yaxud ağı mərasimi də vardır. Bu oxşamada ölən adamın anası, bacısı, xülasə yaxınlarından birisi yüksək bir səslə və həzin bir bəstə hava ilə məvzu, mərasimlə əlaqədar olan bayatılar söylər.
Bakıda, ümumiyyətlə, mərasimlər bu bayatı ilə başlar:
Umdum, hay umdum,
Su dibində qum idim.
Mənim ki, heç kəsim yoxdu,
Səndin mənim umudum.
Ondan sonra əgər ölənin başqa əqrabasından ölən varsa, sıra ilə eyni surətdə bayatılar söylər. Məclisdə bulunan başqa qadınlar da iştirak edərlər. Daha əvvəlcə ölüm vaqesinə məruz qalmış ma­təm­­dar qadınlar da öz matəmlərini yeniləşdirirlər və bayatı söy­lə­yə­rək ağlaşırlar. Bəzi matəm məclislərində oxşama mərasimini idarə etmək üçün bu xüsusda mütəxəsis olan qadınlar çağrılır. Ölü sahibi əvəllcədən ölənin sənət və sifətlərini ona izah edər, o da bu sifətlər haqqında təkərləməli mənsur oxşamalar qoşar və bayatıya keçərək ölü mənsublarını təziyətə gələnləri ağlatmaqda müəssər olurlar:
Bura hamam yeridi,
Qolum camam yeridi.
Ağlasın dərdi olanlar,
Dərdin təmam yeridi.
Belə qadınlara Azərbaycanda müxtəlif adlar verilir. Bakıda yedəkçi, bəzi qəzalarda ağıçı deyirlər. Matəm məclisində söylənilən bayatıya bəzi yerlərdə ağı da deyilir.
Mərasim, ölüm tarixindən etibarən bir həftə sürər. Həftənin hər günü ölü sahibi qadın evdə oturur və baş sağlığına gələnləri qə­bul edər. Yanına hər yeni şəxs gəldikcə onların yanında oxşa­ma­yı təkrar edər. Yeddi gün sonunda ölünün həftəsi çıxdıqda son­ra hər həftə pəncşənbə günləri ölü üçün cümə axşamı mərasimi açılır və bu günlərdə bayatılarla axşama qədər mərasim davam edər. Bu şəkildə mərasim qırx gün sürər.
Yedəkçilər para ilə tutulduğundan bunlar ümumiyyətlə Bakı burjuaziyası ilə başqa yerlərin ağa və bəy ailələrində fəaliyyət göstərirlər. Yoxsul ailələrdə bu vəzifəyi yuxarıda göstərildigi kibi ailə mənsubları görürlər. Bu sətirləri qaralarkən Bakının İçəri şəhər əhalisindən Kəblə Rübaba adlı bir yedəkçi qadın həyatda bulunur. Özü, bu ixtisasla qazandığı para ilə bir neçə dəfə Kər­ba­layi ziyarətə getmişdir. Bakıda yetişmiş məşhur yedəkçi qadın­lardan bundan üç il əvvəl ölmüş yenə İçəri şəhərdə Qız ana ilə, on sənə qadar əvvəl ölmüş və Taza Pir civarında yaşamış Kəblə Umu zamanının ən şöhrət qazanmış yedəkçilərindən olmuşdur.
Bayatıların toy (düyün) mərasimələrində də böyük mevqeyi var. Qadın dügünlərinin istər adi çalğı gecələrində, istərsə xına gecəsi və gəlin gəlmə gecəsində qadın qavalçı çalıb vəziyyətə aid baytılar söylər. Bu bayatılarda mevzu: gəlin ilə gögəyin tərifləri, səadət təmənniləri, gənc qızların ihtirasını qıcıqlayan təmayüllər və sayirədir.



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin