Яли Камали архивиндяки «Короьлу» дастанынын


VI Bayatılarda qadın yarıdıcılığı



Yüklə 1,4 Mb.
səhifə53/54
tarix14.12.2023
ölçüsü1,4 Mb.
#179131
1   ...   46   47   48   49   50   51   52   53   54
min Abid hmdov Azrbaycan turklrinin

VI
Bayatılarda qadın yarıdıcılığı

Bayatılara istinad edən xalq ənənələrini gözdən keçirirkən gördük ki, bu ənənələrin qəhrəmanları ümumiyyətlə qadınlardır. Qadınların bayatılarla bu qədər əlaqədar olmaları, heç şübhəsiz onların intişarında qadın payının kiçik olmadığını göstərir. Müxtəlif mərasimlərdə davam etdirməklə bayatıların qüvvətlə yaşamasına qadınlar mühüm səbəb təşkil etdigi kibi, muhəqqəq bayatıların yaranmasında da onların rolu vardır. Bir çox bayatılar qadın dilindən söylənmişdir. Hər nə qədər bu nev bayatıların bir qismi ərkəklər tərəfindən düzülmüş olsa da, fəqət bir çoxunun qadınlar tərəfindən qoşulduğunu qəbul etmək lazım gəlir. Məsəla:


Qardaş mənim gülümdür,
Gülümdür, bülbülümdür.
Ölsə bacılar ölsün,
Qardaş ölmək zülümdür.
Qadınlara məxsus şeirlərin bayatılarda zikri də, bu fikri bir qat daha qüvvətləndirir.
Qardaş mənim mələyim,
Cibimidə ignəyim.
Köçəndə köçüm qardaş,
Düşəndə kölgəligim.
Evlad eşkinə aid bayatılarda da qadınların ruhu, haləti nəzərə çarpar. Ölüm hadisəsi bilxassə qoçuluk zamanlarında vaqe olan qətl münasibəti ilə söylənilən bayatıların qadınlar tərəfindən söylənildigi çox barizdir:
Qalalar, hay qalalar,
Laçın orda balalar.
Analar bala verməz,
Bərkə-zora salalar.
Yaxud:
Araz aşanda mələr,
Kür qavuşanda mələr.
Analar balasından,
Ayrı düşəndə mələr.
kibi baytılar eyni mahiyətdədir. Ərkəklərin papaqlarına eşq bəslə­mək əski qadınların tipik səvgilərindəndir. Bu bayatı o psixolojiyi taşımaqdadır:
Qurbanam boz börkünə,
Qonupdu toz börkünə.
Orda bəd nəzər çoxdu,
Bir dua yaz börkünə.
Bakının Novxanı məhəlləsi əhalisindən səksən iki yaşlı Reyhan Adına qızı adlı bir ixtiyar qadının verdigi məlumata görə, Bakıda bayatı qoşmaqda ən qüvvətli olan Təbrizli qadınlardır. Bu izahatın özü də bayatılarda qadın yaradıcılığının böyük hissəsi olduğunu göstərir. Bunlardan başqa bayatıların çox zaman layla-ninni yerində olaraq qadınlar tərəfindən işlədilməsi də bu nevin inkişafında qadın rolunun az olmadığını isbat edir.



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin