Яли Камали архивиндяки «Короьлу» дастанынын



Yüklə 1,4 Mb.
səhifə20/54
tarix14.12.2023
ölçüsü1,4 Mb.
#179131
1   ...   16   17   18   19   20   21   22   23   ...   54
min Abid hmdov Azrbaycan turklrinin

Koroğlu hekayəsi
Son zamanlar vüqu bulan tədqiqlər sayəsində şimdi böylə qüvvətlə yaşayan «Koroğlu» hekayəsinin əski oğuz köçəbələrinə məxsus olduğu meydana çıxmışdır. Bu hekayət bilxassə ingilis müdəqqiqlərindən Haduzkonun Qafqaz türkləri arasında Koroğlu haqqında yapdığı qiymətli tədqiqatdan sonra başlamışdır. Bu zat 1840 tarixində məmləkətimiz əhalisi içində yaşayaraq Koroğlu mənqəbəsinin şayan-diqqət bir tərzdə geniş və əski bir şəklini bulub nəşr etmişdir.
Axirən bu xüsusda təhlildə bulunan etimad ediləcək tatar müvərrixlərindən Zəki Velidi də bu mənbəqənin gök türklərə mən­sub əski oğuz əşirətlərinə aid olunduğunu və bunun bəzi id­diaya görə XVI əsrdə degil islamiyyətin intişarindən əvvəl Sasa­ni­lər zamanında Xorasan hövzəsində oğuz köçəbələri ilə iran­lı­ların boğuşduğu dövrlərdə vücude gəldigini söyləyir. Bu tarix­lərdən sonra davam edən mühacirət sayəsindədir ki, Azərbaycan, Qafqaz və Anadolu əhalisi içində yayılmışdır.
Koroğlu mənqəbəsi yalnız bu saydığımız yerlərdə qalmamış, diyardan-diyara dönüb dolanan köçəbə əşirətlər sayəsində özbək və qazaq qovmlarında da intişar etmişdir.1 Sasanilər devrindən zamanımıza qədər keçən böyük zaman içində hasil olan iqtisadi, siyasi dəyişikliklər də bu hekayənin mövzusunda da bir çox degi­şikliklər yapılmışdır. Hələ İstanbulda gərək daşbasması, gərək mətbəə basmasilə təb edilən «Koroğlu» hekayəsi qayət mənasız bir şəkildə təhrif edilmişdir. Bunlarda mövzu – Anadolunun müəyyən bir qismində vaqe olmuş kibi göstəriliyor. Halbuki Ha­duz Konun tədqiqinə görə əsil mövzu Xorasan civarında yaşayan bir türk sərhəd beginin acəmlərlə olan müharibəsinə aiddir.
«Oğuznamə»nin bizə qalan mühüm qismlərindən biri də «Kitab-i Dədə Qorqud əla-lisan taifeyi oğuzan» adı altında top­lanılan lesrandlar məcmuəsidir: fəqət bunlar islamlaşmış «Oğuz­namə»nin bir qismi olduğundan «Qorqud» kitabını ərəb dilinin əhalimiz arasında yapmağa başladığı ictimai təsirləri gözdən ke­çirdikdən sonra tədqiq edəcəgiz: fəqət islamlaşmış «Oğuznamə» müsəlmanlığın mütazu bir şəkil aldığı dövrün degil, ilk istimalə dövrünün xarakterlərini təmsil etdigindən burada ərəb istilasının ilk zamanlarını qısaca gözdən keçirəcəgiz.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin