- 129 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Nəqliyyat sektorunda enerji səmərəliliyini artırmaq üçün aşağıdakı
təklifləri dəyərləndirmək olar:
1. İctimai nəqliyyat sistemini daha da mükəmməlləşdirmək – son
dövrlərdə ictimai nəqliyyat sistemində (intellektual
idarəetmə də
nəzərə alınmaqla) bir sıra yeniliklər həyata keçirilir və işlər görü-
lür. Bunlara misal olaraq şəhərdaxili və şəhərlərarası avtobusların
yenilənməsi, yeni dayanacaqların inşa olunması, bu dayanacaqlarda
avtobusların
iş qrafiklərinin göstərilməsi, eləcə də yeni metro stansi-
yalarının istifadəyə verilməsini və s. misal göstərmək olar. Lakin icti-
mai nəqliyyat sistemində hələ də bir sıra problemlər mövcuddur. Bu
problemlərin müəyyən edilməsi və ictimai
nəqliyyatda xidmətin Av-
ropa ölkələri səviyyəsinə çatdırılması əhalinin bu nəqliyyatlardan daha
çox istifadəsinə gətirib çıxara bilər.
2. Ölkəyə idxal olunan və hazırda istifadə olunan nəqliyyat vasitələrinə
enerji səmərəliliyi və istixanana qazları emissiyası standartları-
nın sərtləşdirilməsi – artıqqeyd olunduğu
kimi ölkəyə idxal olunan
nəqliyyat vasitələrinin böyük bir hissəsi yaşı çox olan və enerjini qeyri-
səmərəli istehlak edən nəqliyyat vasitələridir. Bu sahədə standartların
tətbiqi və standartlara uyğun olmayan nəqliyyat vasitələrinin idxalına və
istifadəsinə qadağa və ya yüksək məbləğdə rüsumların təyin olunması bu
problemin həllini sürətləndirə bilər. Bundan əlavə ölkəyə enerji səmərəli
nəqliyyat vasitələrinin idxalını stimullaşdırmaq da problemin həllinə
müsbət təsir göstərə bilər.
3. Əhalinin maarifləndirilməsi – digər sahələrində
olduğu kimi nəqliyyat
sektorunda da əhalinin maarifləndirilməsi enerji səmərəliliyinin artı-
rılması istiqamətində atılması vacib olan addımlardan biridir. Əhalini
daha səmərəli nəqliyyat vasitələrindən istifadə və ictimai nəqliyyatdan
istifadəyə təşviq edilməsi enerji səmərəliliyini
arzuolunan səviyyəyə çat-
dırmaq üçün çox əhəmiyyətlidir.
Rusiyada Beynəlxalq Maliyyə Korporasiyası və Dünya Bankının hesab-
lamalarına görə nəqliyyat sektorunda 41% enerjiyə qənaət etmək mümkün-
dür ki, bunun da 95%-i
iqtisadi, 84%-i isə maliyyə cəhətdən səmərəlidir.
İnvestisiyanın özünü ödəmə müddəti isə 6-7 ilə bərabərdir. Azərbaycanda
istehlak olunan avtomobillərin böyük əksəriyyətinin Rusiya istehsalı oldu-
- 130 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
ğunu və nəqliyyat sistemlərimizdəki oxşarlığı nəzərə
alsaq Azərbaycanda da
bu sektorda 40-45% enerjiyə qənaət potensialı olduğunu təxmin edə bilərik.
Dostları ilə paylaş: