Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF


Şəkil 5.8. 2000-2011-ci illər ərzində Azərbaycanda sərnişin daşınması



Yüklə 7,28 Mb.
Pdf görüntüsü
səhifə140/155
tarix02.01.2022
ölçüsü7,28 Mb.
#1179
1   ...   136   137   138   139   140   141   142   143   ...   155
Şəkil 5.8. 2000-2011-ci illər ərzində Azərbaycanda sərnişin daşınması.
Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi
2007-2011-ci illər ərzində nəqliyyat sektorunda istehlak olunan enerji 
miqdarı Diaqram 10-da verilmişdir. Göründüyü kimi enerji istehlakında ən 
böyük pay avtomobil benzininə məxsusdur. Enerji istehlakında digər yerləri 
isə dizel yanacağı, ağ neft tipli reaktiv mühərrik yanacağı, elektrik enerjisi, 
mayeləşdirilmiş neft qazları və yanacağın sair növləri tutur.
Şəkil 5.9. 2007-2011-ci illər ərzində nəqliyyat sektorunda istehlak olunan 
enerji miqdarı və enerji resurslarının bölgüsü
Enerji istehlakında əsas payı avtomobil benzini tutduğundan 
Azərbaycanda nəqliyyat sistemində enerji səmərəliliyini artırmaq üçün 
avtomobillərlə bağlı digər göstəriciləri tədqiq etmək və bu sahədəki 


- 128 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
problemləri aradan qaldırmaq lazımdır. Azərbaycanda nəqliyyat sektorun-
dakı problemlərdən bəziləri aşağıdakılardan ibarətdir:
•  Azərbaycanda istifadə olunan avtomobillərin yaşı xeyli çoxdur və enerji 
səmərəliliyi aşağıdır;
•  Şəxsi avtomobillərin sayı sürətlə artır və nəticədə ictimai nəqliyyatdan 
şəxsi avtomobillərə keçid artır;
•  İctimai nəqliyyat sistemindəki problemlər;
•  Əhali enerji səmərəli nəqliyyat vasitələrindən istifadəyə maraqlı deyil və 
istehlakçılar qeyri-səmərəli avtomobillərə daha çox meyl edirlər.
2002-2011-ci illər ərzində Azərbaycanda şəxsi avtomobillərin sayı Di-
aqram 11-də göstərilmişdir. Azərbaycanda istifadə olunan şəxsi avtomobil 
sayı 2002-ci ildə təxminən 350 minə bərabər olmuşdusa, bu rəqəm 2011-ci 
ildə bu rəqəm 850 mini keçmişdir. Qeyd olunduğu kimi şəxsi avtomobillərlə 
bağlı əsas problemlərdən biri ölkədə istifadə olunan avtomobillərin 
əksəriyyətinin yaşının çox olması və enerji istehlakına görə qeyri-səmərəli 
olmasıdır. Diaqram 11-dən də görünür ki, Azərbaycanda istifadə olunan 
avtomobillərin əksəriyyəti MDB ölkələrinin istehsalıdır və bu avtomobillər 
Avropa, Şərqi Asiya və Amerikada istehsal olunan avtomobillərə nisbətən 
qeyri-səmərəlidir. Məlumat üçün qeyd edək ki, Rusiya istehsalı olan 1,3-1,5 
litr mühərrikli VAZ və QAZ markalı avtomobillər Avropa istehsalı bənzər 
avtomibillərə nisbətən 1,5 dəfə daha çox enerji istehlak edir.

Yüklə 7,28 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin