Şəkil 5.11. Azərbaycanda sənaye sektorunda əlavə dəyər (mln. manatla) Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi
Sənaye sektorunda enerji səmərəliliyinin əsas göstəricisi sənaye sektoru-
nun hər dollar əlavə dəyərinə sərf olunan enerji miqdarıdır. Azərbaycanda
bu göstəricinin dinamikası aşağıdakı diaqramda göstərilmişdir.
2007-2011-ci illər üzrə Azərbaycanda sənaye sektorunda ener-
ji səmərəliliyində böyük artım müşahidə olunur. 2007-ci ildə bir dollar
əlavə dəyər üçün 0,06 kne enerji tələb olunurdusa 2011-ci ildə bu rəqəm
təxminən 0,024 kne-nə bərabər olmuşdu. Azərbaycanın bu göstərici üzrə
dünya ölkələri arasındakı mövqeyi növbəti diaqramda öz əksini tapmışdır.
- 131 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR