Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


E.ə. 550- e.ə.330 II Kir tərəfindən Midya Əhəməni dövləti



Yüklə 1,63 Mb.
səhifə3/23
tarix07.09.2017
ölçüsü1,63 Mb.
#29197
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   23

E.ə. 550- e.ə.330 II Kir tərəfindən Midya Əhəməni dövləti.

VIII əsrin 70-ci illərində Midiya dövləti yaranır (Deyok). Lakin bu dövlət Asuriya tərəfindən tez-tez basqınlara məruz qalırdı. E.ə.VII əsrin ortalarından sonra Midiyada Assuriya ağalığına qarşı üsyan baş verir. Bu üsyana Kaştariti başçılıq edirdi. İskitlərin köməyindən istifadə edən Assurlar Kaştaritini məğlub edirlər .

Midiyanın hökmdarı Kiaksar dövründə (625-585) Midiya daha da qüvvət-lənərək Assur ağalığına nəinki son qoyur, hətta ona qarşı mübarizəyə başlayır. E.ə. 616-cı ildə Yeni Babilistanla ittifaqa girərək Assuriyaya hücuma keçir. 615-612-ci illərdə Assuriyanın iri şəhərləri olan Aşşur, Arbela , Kalat və paytaxtı Nineviya zəbt olundu. E.ə.604-cü ildə Assuriya imperiyası məhv edildi və torpaqları Midiya və Babilistan arasında bölüşdürüldü.

Bundan sonra Astiaq Kiçik Asiyaya hücum edərək ilk Egey dənizi sahil­lərində Orta Asiyadan İran körfəzinə qədər uzanırdı. Azərbaycan əraziləri də bu imperiyanın tərkib hissəsi idi.

Astiaq (e.ə.585-550 ) hakimiyyətə ziddiyyətlərlə dolu bir vaxtda gəldi. Bu dövr­də köhnə müttəfiq Babilistan ilə də münasibətlər kəskinləşir. Ölkə daxilin­dəki farslar gizli fəaliyyətə başlayaraq Astiqa qarşı II Kir ilə əlaqə saxlayırlar. E.ə.553-cü ildə II Kir Astiaqa qarşı mübarizəyə başlayır və e.ə. 550-ci ildə Ekbatan şəhəri tutularaq Astiaqın hakimiyyətinə son qoyulur. Hakimiyyət fars Əhəməni­lərinin əlinə keçir. Azərbaycan Makedoniyalı İsgəndərin yürüşünə qədər Əhəməni­lərin hakimiyyəti altına düşür. E.ə. 530-cu ildə II Kir Azərbaycanın şimalında yaşayan massagetlərə (Tomris) qarşı döyüşdə öldürülür.

Sonralar midiyalılar dəfələrlə əhəminilərin hakimiyyətindən azad olmaq üçün farslara qarşı üsyanlar etmişdilər. Məs.e.ə. 522-ci ildə Qaumatanın üsyanı, elə həmin il Fraortanın başçılığı ilə xalq üsyanları olmuşdur. Lakin imperiya bu üsyanları yatıra bildi.

Qeyd olunduğu kimi Azərbaycan Mada çarlığı adı altında Əhəmənilərin bir vila­yəti kimi fəaliyyət göstərirdi. Lakin Mada çarlığı çox vaxt müstəqil siyasət yeridir­di.

E.ə.331-ci ildə Qavqamella (İsgəndərin şərqdə udduğu ən böyük döyüş) döyüşündə M.İsgəndər tərəfindən III Daranın başçılıq etdiyi İran Əhəməni imperiyası dağıldıqdan sonra Mada hökmdarı Atropat Makedoniyalı İsgəndərin hüzuruna gələrək baş əymişdir. Lakin Qavqamel (Cancal) döyüşündə Atropat iranlılara kömək etdiyi üçün İsgəndər Atropatı vəzifədən kənarlalaşdırıb Oksadat adlı bir nəfəri hakimiyyətə gətirir. E.ə.328-ci ildə münasibətləri qaydaya salan Atropat Kiçik Madanın –Atropatenanın satrapı təyin olunur. Ellinizm dövründə, Atropatenada yunan dili geniş yayılmışdır. Cənubi Azərbaycan tayfalarının və xalqlarının – kuti, lullubi, mannalı və başqalarının madalılarla qaynayıb-qarışması nəticəsində yeni bir etnos – madalıların üstünlük təşkil etdiyi atropatenalılar etnosu təşəkkül tapdı. 

Atropat böyük dövlət xadimi, məşhur siyasətçi idi. Onun yeritdiyi siyasət nəticəsində Yunan-Makedoniya əsgərləri Azərbaycan ərazisinə soxulmadılar. Çünki, Atropat böyük dövlət xadimi idi. Çox istedadlı siyasətçi və bir diplomat kimi Atropat Aleksandrla hərbi mübarizənin faydasızlığını gözəl başa düşürdü. Buna görə də o, müdriklik göstərərək, yunan-makedoniyalılarla danışıqlar aparmaq, onlara yaxınlaşmaq, Şərqin yeni hökmdarının müxtəlif tədbirlərində iştirak etmək yolunu seçdi. Lakin, nə olursa olsun, Atropat istilaçıların Atropatena ərazisinə soxulmasına "yol vermədi".

Atropatena dövləti. E.ə 323-cü ildə Makedoniyalı İsgəndərin ölmündən sonra Atropat daha müstəqil fəaliyyət göstərir. Atropatın adı mənbələrdə ilk dəfə e.ə. 331-ci ildə baş vermiş məşhur Qavqamela vuruşması ilə əlaqədar çəkilir.

Strabon “Cografiya” əsərində göstərir: ” Midiya iki hissəyə bölünür. Birinci hissə Böyük Midiya, o biri hissə Atropat Midiyasıdır. Bu öz adını sərkərdə Atropatdan götürmüşdür. Atropatena hərbi qüvvə mənasında çox sanballı ölkədir, çünki o,10000 süvari, 40000 piyada meydana çıxara bilər.”

Atropatena Azərbaycanın (Adərbayqan) elmə məlum olan ən qədim adlarından biridir. İran mənbələrində “Adurbadaqan”, ərərblərdə “Adərbaycan”, ermənilərdə “Atrpataqan” və şair formalarda əks olunmuşdur.

Atropatın dövründə ölkənin paytaxtı Qazaka şəhəri idi və onun sərhədlərinə Cənubi Azərbaycan, İran Kürdüstanı və Araz çayından şimala toroaqlar da daxil idi. Cənubi Azərbaycanın bütün ərazisi və Şimali Azərbaycan torpaqlarının xeyli hissəsi bu və ya digər dərəcədə Atropatın hakimiyyəti altında idi.

Makedoniyalı İsgəndərin ölümündən sonra onun imperiyası dağılarkən Böyük Midiya ərazisində Selevkilər dövləti yarandı (Selevk). Elə o, zamandan Atropatenanın müstəqilliyi uğrunda da bu dövlətlər arsında mübarizə getmişdir. E.ə. 222-220-ci illərdə Selevki çarı III Antiox Atropatenə hücuma keçmişdi. Bu vaxt Atropateni Artabazan idarə edirdi. Selevkilər burada güclü müqavimətə rast gəldilər. Hətta Artabozan hücuma keçərkən düşməni təqib edib selevkilərin paytaxtı Selevkiya şəhərinə qədər gəlmişdilər. Selevkilər məcbur olub müqavilə bağladılar.Bu müqaviləyə əsasən Atropatenanın ərazisi xeyli genişləndi. Bu ərazilərə Ayrarat vilayətinin baş şəhəri, olan Armavir, Araz vadisi də daxil olmaqla Kolxidaya qədər vilayətlər daxil idi.

E.ə II əsrin əvvəlində Roma şərq hadisələrində fəal iştirak etməyə başlayır. E.ə 190-cı ildə III Antiox Maqnesiya yaxınlığında Roma ordusu ilə döyüşdə məğlubiyyətə uğrayır.

E.ə.III əsrin ortalarında Selevklər dövləti dağılmağa başlayır. Belə bir şəraitdə e.ə. 250-ci ildə Xəzər dənizinin cənub və cənub-qərbində Parfiya dövləti meydana çıxır.(Paytaxt Aşqabad yaxınlığında olan Nisə şəhəri idi.)

Sonralar Parfiyalıalar ərazilərini Dəclə çayı vadilərinə qədər genişləndirmiş və paytaxt Ktesifon olmuşdur. (Dəclə yaxınlığında) Ölkəni əsası I Arşak tərəfindən qoyulmuş Arşakilər sülaləsi idarə edirdi.

E.ə.II əsrin ortalarında Arşakilər Selevkiləri məğlub edərək, dövləti məhv etdilər. Təqribən e.ə.150-ci ildə Arşaki çarı I Mitridat Atropatenanı da özündən asılı vəziyyətə salır. Bu vəziyyət eramızın III əsrinin ortalarına qədər davam etmişdir. Lakin, Atropatena Parfiya dövründə nisbətən də olsa öz daxili müstəqilliyini qoruyub saxlayırdı.

Beləliklə, Adərbayqan dövlətini idarə edən sülalə nümayəndələri barədə qəti mülahizə yürütmək mümkün deyil. Adərbayqan müstəqilliyini saxlamağı hərbi münaqişələrə qoşulmaqdan üstün tuturdu. Zəruri hallarda isə qonşuların köməyinə gəlirdi. Eyni zamanda Arazın o tayına qədər (Naxçıvan, Paytarakan, Kaspiana) uzanan torpaqları qorumaq, Armeniya hökmdarlarının təcavüzkar işğallarının qarşısını almaq məqsədini güdən Adərbayqan dövləti öz varlığını və hüdudlarını saxlamaqda Midiya hökmdarlarının qüdrətinə arxalanırdı. İranda Sasani dövlətinin yaranması ərəfəsində Adərbayqan Midiyada Arşakilər sülaləsinin ağalığının şahidi olaraq qalırdı.

Antik müəlliflər Adərbayqan əhalisinin müxtəlif ad altında yad etmişlər. Hekatey Miletli (e.ə V əsr) Araz çayı sahilində mük tayfasını yerləşdirirdi. Mənşəyi məlum olmayan mük etnonimi Muğan adında qalmışdır. Mük etnoniminin maq (İranda kahinlərə verilən ad) sözü ilə eyniləşdirilməsi düzgün deyil. Herodot Adərbayqanın ərazisi ilə əlaqədar kaspi, matien, mük, bəlkə də mard,mar tayfalarının, Ktesi isə kadusi tayfalarının adlarını çəkmişdir. Strabon bu tayfalarla yanaşı amard, anariak etnik adlarını da çəkmişdi.

Müklərlə qonşuluqda yaşamış, XIV satraplığa daxil olmuş digər mühüm tayfa utilər idi. Bununla əlaqədar olaraq qeyd etməmək olmaz ki, Roma tarixçisi Pliniyə görə, utilərin yaşadığı vilayət Araz çayı üzrə Atropatena ilə və məhz onun Mukana bitişik olan hissəsində həmsərhəd idi. Herodotun "utilər" adı altında antik zamanlarda və erkən orta əsrlərdə Qafqaz Albaniyasının Otenada (erməni müəllifləri "Utik" adlandırırlar) yaşamış məşhur otenlər-utilər-udi tayfasını görmək lazımdır. Hazırda yığcam halda Qəbələ və qismən Oğuz zonasında yaşayan udilər həmin tayfanın qalıqlarıdırlar.

Kaspilər çox qədim və geniş yayılmış etnik törəmələrdən biri idilər. Şübhəsizdir ki, Kaspi dənizinin adı onların adından yaranmışdır. Mövcud mənbələrə görə, kaspilər bizim təsəvvürümüzdə əkinçiliyi, maldarlığı, sənətləri, ticarəti, habelə gəmiçiliyi və dənizçiliyi yaxşı bilmiş xalq kimi canlanır.

Kadusilər Kaspi dənizinin cənub-qərb qismindən başlanmış Matiana torpaqlarınadək olan kifayət dərəcədə geniş ərazidə yaşayırdılar. Antik müəlliflər kadusilərin qonşularl kimi madalıları, matianalıları, albanları, karduxları, anariakları, kaspiləri, (a)mardları, sakları, tapürləri, hirkanları və b. xatırladırlar.

Antik müəlliflər (Strabon, Plutarx, Ptolemey, Dion Kassi) Atropatenada kifayət dərəcədə inkişaf etmiş şəhər həyatının olduğunu təsdiq edirlər. Fraaspa (Fraata, Faraspa), Qazaka (Qanzaka), Fanaspa, Aqanzana və b. mühüm şəhərlər kimi xatırlanılır.

Atropatenanın şəhərləri əkinçiliyi, maldarlığı və sənətkarlığı sahmanla aparan təsərrüfat mərkəzləri idi. müəlliflərin məlumatlarında Atropatenanın münbit torpaqlarından bəhs olunur. Belə ki, dağ yamaclarında torpaq bərəkətli, münbit və ən məhsuldardır, çaylar və bulaqlarla zəngindir. Qədim müəlliflər həmin ərazidə yetişdirilən mədəni bitkilər haqqında xeyli məlumat qoyub getmişlər. Məsələn, Strabon bildirir ki, burada üzüm və əncir, habelə buğda bitir. Strabonun verdiyi məlumat daha sonralar yaşayıb-yaratmış müəlliflər 230 tərəfindən də təkrar edilir. Qaynaqlar Atropatenada arı balının olmasından danışmağa imkan verir. Qədim müəlliflər Atropatena ərazisində taxıl əkilməsindən bəhs edirlər. Antik ədəbiyyatda münbit məbəd torpaqları haqqında məlumat vardır. İçkilər hazırlanması haqqında verilən məlumat da çox maraqlıdır. Strabon "atlar üçün ən yaxşı yem" olan yoncadan bəhs edir. Antik müəllif bu otu "Midiya otu" adlandırır, çünki "o, Midiyada çox bitir"

Atropatenada maldarlıq da inkişaf etmişdi. Atçılıq təsərrüfat həyatında müəyyən yer tuturdu Elian yazır ki, Kaspianada dəvə olduqca çoxdur, ən iri dəvələr ən böyük at boydadırlar və gözəl yunları vardır: onların yunu çox zərifdir, belə ki, yumşaqlığına görə hətta Milet yunundan da geri qalmır.

Ölkədə balıqçılıqla da məşğul olurdular. Qədim müəllifin dediyinə görə, "Kaspi ölkəsində çox böyük bir göl vardır və o göldə şişburun adlanan balıqlar yetişir. Onların uzunluğu hətta səkkiz qulaca çatır"

Keramika istehsalı təsərrüfatın ayrıca bir sahəsi idi. Mil, Muğan, Talış, Naxçıvan və başqa yerlərin küp qəbirlərindən çıxarılmış gil məmulat Atropatenada keramika istehsalının səviyyəsindən xəbər verir. Hətta mədənlərdə qızıl, gümüş, mis, dəmir, Urmiyə gölündən düz çıxarılması haqqında məlumatlar vardır.

Albaniya dövləti. Azərbaycanın şimal vilayyətləri və Dağıstanın xeyli hissəsi qədimdə Albaniya adlanırdı. Bir çox hallarda elmi və kütləvi ədəbiyyatda bu ölkəni Qafqaz Albaniyası da adlandırırlar. Albaniyanın bir dövlət kimi formalaşdığı e.ə.IV-III əsrlərdə ehtimal olunur. Paytaxtı Qəbələ, eramızın V əsrindən Bərdə şəhəri olmuşdur. II əsrdə yaşamış yunan coğrafiyaşünası Klavdi Ptolomey yazır ki, Albaniya şimalda Sarmatiya, qərbdə İberiya, cənubda Atropatena, şərqdə Kaspi dənizi ilə həmsərhəd idi. Albaniyanın inkişaf etmiş bir çox vilayətlərinin adları mənbələrdə verilir. Lpina, Uti, Kambisena, Şakaşena, Kabalaka (Qəbələ), Heceri, Çola və s. Albaniyada yaşayan əhali tərkib etibari ilə çox müxtəlif idi. Ən iri tayfa olan albanlar Xəzər dənizi sahilində yaşayırdılar və ən qədim etnos sayılırdılar. Alban tayfaları isə şübhəsiz Cənubi Qafqazın cənub-şərq vilayətlərinin, əlbəttə Kür və Araz çayları arasındakı ərazinin avtoxtonları hesab olunurlar. Antik səlnaməçi Arian albanları e.ə. IV əsr hadisələri ilə əlaqədar yad etmişdir.

Albaniyanın ərazisində yaşayan əhali müxtəlif adlar daşıyan etnosların birliyini təşkil edirdi. Burada sakasen, mük. uti, qarqar, ud, sovde, kaspi, qel, leq və s. adları daşıyan əhali təmsil olunurdu. Eyni zamanda Albaniyada türk etnosları da yaşayırdılar. Strabonun məlumatına görə Albaniyada 26 dildə danışan tayfalar yaşayırdılar. Ola bilsin ki, albanlar bu ərazidə daha iri tayfa idi. Bəlkə buna görə bütün ölkə Albaniya adlanmağa başlanmışdı. Lakin bu da tamamilə mümkün ola bilər ki, bu tayfanın özü adını ölkənin adından almışdır.

Albaniya haqqında əsas mənbə Moisey Kalankatüklünün “Albaniya tarixi” əsəridir. Burada alban əhalisinin əsasən əkinçilik, maldarlıq, bağçılıq, ovçuluq, toxuculuq və ticarətlə məşğul olduqları göstərilir. Çox maraqlıdır ki, Albaniyada quldarlıq münasibətləri üstünlük təşkil etmədi. Maddi nemətlər istehsalçıları icma üzvləri idilər. Albanlar günəşə, aya sifayiş edirdilər. Qurban kəsməklə müşaiyət olunan dini mərasimlər məbədlərdə icra olunurdu.

Strabon məlumat verir ki, Albaniya torpağında ağaclar becərilir; həmişəyaşıl bitkilər haqqında da məlumat verilir. Kənd təsərrüfatı məhsullarının emalında işlədilən alətlər taxıl istehlakının səviyyəsini göstərir. Əhali dən daşlarından geniş istifadə edirdi. Dən daşlarından əlavə, əl dəyirmanları da aşkar olunmuşdur. Yaloylutəpədə qazıntı sahələrinin birində iki əl dəyirmanı daşı tapılmışdır.

Mingəçevirdə buğda və arpa qalıqları, Xınıslıda isə kömürləşmiş buğda və arpa dənləri aşkar olunmuşdur. Buğda yumşaq və bərk sortlara mənsubdur, arpa altıcərgəlidir. Həm yumşaq, həm də bərk buğdanın ayrı-ayrı növləri Azərbaycanın müxtəlif yerlərində indiyədək yetişdirilməkdədir. Albaniya əhalisinin təsərrüfatında maldarlıq nəzərə çarpacaq yer tuturdu. Əlverişli təbii şərait buna imkan yaradırdı. İlin qızmar vaxtlarında mal-qara uca dağlarda yerləşən Alp çəmənliklərinə qalxır, qışın soyuğunda düzənliklərə enirdi.

Qazıntılar nəticəsində dulus kürələrinin və çoxlu gil qabların tapılması sübut edir ki, qədim Qafqaz Albaniyasında keramik məmulat istehsalı geniş yayılmışdı. Mis filizi çıxarılan qədim mədənlərin mövcud olması, arxeoloji qazıntılar zamanı çoxlu metal məmulat tapılması göstərir ki, qədim Qafqaz Albaniyasında əmək alətləri, silahlar və bəzək şeyləri istehsalı yüksək sənətkarlıq səviyyəsində aparılırmış. Qədim Albaniyada metaldöymə, metalda naxışaçma və qəliblərə metaltökmə geniş yayılmışdı. Antik Albaniyada sənətlərin digər növləri də inkişaf etmişdi. Arxeoloji material sümükişləmə və ağacişləmə sənətinin səviyyəsi haqqında mühakimə yürütməyə imkan verir. Zərgərlik məhsullarının əksəriyyəti qədim Qafqaz Albaniyasında istehsal olunurdu. Lakin gətirilmə məmulata da təsadüf edilir. Məsələn, Yaloylutəpə tipli torpaq qəbirlərdən və Mingəçevirin katakomba qəbirlərindən saf qızıldan hazırlanmış ayparaşəkilli sırğalar tapılmışdır.

Arxeoloji qazıntılar nəticəsində antik Albaniyanm bir çox yaşayış məskənləri aşkar edilmişdir. Mingəçevir, Çuxur-Qəbələ, Xınıslı, Təzəkənd xarabalıqları bu qəbildəndir. Mollakənd, Qalagah, Nüydü, Hacıhətəmli yaxınlığında və digər rayonlarda qədim alban şəhərlərinin və məskənlərinin xarabalıqları kəşf edilmişdir. Antik müəlliflər quru ticarət yollarından əlavə, dəniz və çay ticarət yollarından da bəhs edirlər. Qonşu ölkələrlə ticarət münasibətlərinin artması sikkə tədavülünə gətirib çıxarırdı. Azərbaycanın bütün ərazisində - Mingəçevirdə, Bərdədə, Füzulidə, Çuxuryurdda, Yaloylutəpədə, Kür, Araz, Gəncəçay və başqa çayların sahilləri boyunca yerləşən ərazidə arxeoloji qazıntılar zamanı çoxlu sikkə aşkar edilmişdir. Sikkələr həm küp qəbirlərdə, katakomba qəbirlərdə, torpaq qəbirlərdə və digər qəbirlərdə, həm də ayrıca dəfinələr şəklində bir neçə ədəddən bir neçə yüz ədədə qədər tapılmışdır

Albaniya ərazisində tapılmış varlı və yoxsul zümrəyə məxsus yaşayış evlərinin qalıqları və qəbirlərdə tapılmış əşyaların müxtəlifliyi cəmiyyətdə ictimai və əmlak bərabərsizliyinin mövcudluğunu sübut edir. Albaniyada hökmdardan sonra ən hörmətli adam baş kahin hesab olunurdu. Baş kahin əhalisi sıx olan böyük bir müqəddəs əyalətə başçılıq edirdi, həmçinin məbəd qulları da onun ixtiyarında idi.

Albaniyada hakim zümrəyə əyanlar və kahinlər daxil idi. Aşağı zümrəyə kəndlilər, sənətkarlar və tacirlər daxil idi. Kənd təsərrüfatı və sənətkarlıq sahələrində çalışanların əksəriyyəti, ticarətlə məşğul olanların hamısı azad adamlar idi.

Alban dövlətinin tarixi erkən qaynaqlarda öz əksini tapmamışdır. Əsasən e.ə.I əsrdən etibarən albanların siyasi həyatı barədə məlumatlar verilir.

Beləliklə e.ə.I əsrdə Romalıların şərqə hücumları dövründə albaniya əhalisi aktiv siyasi fəaliyyətə başlayır. Romalılar sərkərdə Lukullun başçılığı altında e.ə. 69-cu ildə öz düşmənləri Pont çarlığını (kiçik Asiyanın Qara dəniz sahillərində yerləşirdi.) məğlub edərək Cənubi Qafqaz ərazilərinə soxuldular. Albaniya və Atropatenanın başı üzərini böyük təhlükə almış oldu. E.ə.66-cı ildə Qney Pompeyin rəhbərliyi altında Roma qoşunları hücum edərək Albaniyaya soxuldu. Pompey qışın çıxmasını gözləyərək geniş hücum (3 istiqamətdən) planı hazırladı.

Alban hökmdarı Qroys (Uruz) Pompeyin niyyətini başa düşərək, düşmən üzərinə hücuma keçməklə təşəbbüsü ələ almaq və Roma ordusunu hissə-hissə əz­məyi qərara alır.

Tarixçi Plutarx yazır:”... Qış Roma ordusunu yoxlayanda və romalılar Saturnalı bayramını qeyd edən zaman albanlar 40 mindən az olmayan ordu ilə Kür çayını keçdilər və onlara hücum etdilər.E.ə. 66-cı ildə İberuya sərhəddi yaxınlığında, Kür çayı sahilində qanlı döyüş başladı. Alban döyüşçüləri düşməni sıxışdırsalarda da romalılar onların hücumlarını dəf edə bildilər. Bu zaman barışıq imzalandı. Lakin e.ə. 65-ci ildə Pompey yenidən Albaniyaya hücuma keçdi. Kürün qolu olan Alazan çayı sahilində romalıları 60 min piyada, 12 min nəfərlik süvari ordu gözləyirdi. Qoşunun başında hökmdarın qardaşı Kosis dururdu. Qanlı döyüş romalıların qələbəsi ilə başa çatdı. Kosis və onun süvariləri məhv oldular. Hökmdar Oroys dağlara çəkildi ki, mübarizəni yenidən davam etdirsin. Lakin Pompey sülh yolu ilə albanları razı saldı.

E.ə.36-ci ildə Roma Antoni Parfiyaya qarşı çıxış etdi, lakin müvəffəqiyyət qazanmadı. O, Armeniyanı tudu. Sərkərdə Kanidi Krassı burada qoyub Misirə qayıtdı. Krass işğalçılıq müharibəsini genişləndirdi. Dion Kassi məlumat verirki, O albanlara qalib gəldi və hökmdar Zoberi romalıların tətəfinə çəkdi,yəni Romanın müttəfiqinə çevirdi.

Eramızın I əsrində Albaniyada hakimiyyət yerli hökmdarın əlində cəmləş-mişdi.Albaniya Roma ilə yaxın dostluq münasibətləri saxlayırdı.

Lakin Roma imperatoru Neron 68-ci ildə Albanlara qarşı böyük yürüş təşkil etdi. Onun bu yürüşü baş tutmadı, çünki Roma əhalisi üsyan edərək onu öldürdülər.

Bir müddət sonra 80-90-cı illərdə imperator Domisianın dövründə romalılar hücum edərək xəzərin sahilinə qədər gəlib çıxmışdılar. Böyük daş (Qobustan ) dağının ətəyində Qafqazda ilk dəfə olaraq latın dilində yazı aşkar edilmişdir. Burada yazılmışdır: İmperator Domisian Sezar Avqust Germanik. Yuli Maksim, Filminatın XII leqionunun senturionu."

Albaniya Roma imperatorlarının təsiri altına düşmədi. İmperator Trayan (96-117 ci il) da Ön Asiyaya yürüş etdi. Trayan 115- ci ildə Armeniyanı Romanın əyaləti elan etdi. Qaynaqlar qeyd edir ki, “ Albanların ərazisi toxunulmaz qaldı. Belə bir şəraitdə albanlar öz torpaqlarının sahibi idilər. Armeniya hökmdarlarrının işğallarına son qoyuldu. Roma imperatoru Adrian (117-138-ci illər) albanlar ilə dostluq münasibətləri saxlayırdı.

Bütün bu hücumlara baxmayaraq romalılar Atropatena və Albaniyanı öz hakimiyyətləri altına ala bilmədilər. Bu ölkələrdə yaşayan xalqlar və tayfalar öz istiqlaliyyətlərini qoruyub saxlaya bildilər. Adərbayqan vaxtaşırı gah Sələvkilərə, gah da parflara tabe olmuş, lakin çox vaxt müstəqil idarə üsulunu saxlamışdı. 226- cı ildə İranda parfların (Arşaki sülaləsinin) hakimiyyətinə son qoyuldu. Hakimiyyətə Sasanilər sülaləsi gəldi və Azərbaycan yeni siyasi mərhələyə qədəm qoydu.

MÖVZU III

Azərbaycan erkən orta əsrlərdə


P l a n:


  1. III-V əsrlərdə Azərbaycanda məhsuldar qüvvələrin inkişafı.

Feodal torpaq mülkiyyətinin yaranması.

  1. Sasani işğalı və ona qarşı xalq azadlıq hərəkatı. Məzdəkizm

  2. VI-VII əsr Azərbayan dövlətləri. Mədəniyyətin inkişafı.



Ədəbiyyat


  1. Azərbaycan tarixi. VII-cilddə, II-ci cild, Bakı, 1998. səh. 84-118.

  2. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1998. səh. 10-12.

  3. Azərbaycan tarixi. Bakı, 1994. səh. 170-231.

  4. Qasımova S.0. Azərbaycan III-VIII əsrlərdə. Bakı. 1992.

  5. Məmmədova F. Qafqaz Albaniyasının siyasi tarixi və tarixi

coğrafiyası. Bakı, 1986.

  1. Osmanov F.L.Qafqaz Albanıyasının maddi mədəniyyəti. Bakı,

1991. səh. 9-12.

III-V əsrlərdə Azərbaycanda fedalizmə xas iqtisadi münasibətlər bərqərar oldu. Məhsuldar qüvvələrin və istehsal münasibətlərinin tədricən inkişafı feodal istehsal üsulunun yaranmasına şərait yaratdı. Feodal münasibətləri birdən-birə yaranmamışdır, hələ özündən əvvəlki quruluşun dövründə rüşeym kimi yaranmış və inkişaf etmişdi.

Əmək alətlərinin təkmilləşməsi və onların hazırlanmasında dəmirin tətbiqi əkinçiliyin və sənətkarlığın inkişafına geniş inkişafına, əmək məhsuldarlığının artmasına səbəb oldu. Taxıl sahələrinin becərilməsi genişləndirildi, müxtəlif sənət növləri yarandı və inkişaf etdi. Ticarət yollarına yaxın ərazidə və şəhərlərdə mal mübadiləsi və ticarəti vüsət aldı.

Tədricən torpaq sahibliyinin yeni, özünəməxsus cəhətləri meydana gəldi. Əvvəllər torpaq hökmdara, dini qurumlara, ayrı-ayrı quldarlara mənsub idi. Bu torpaqlarda qul və məcburu adamların əməyindən istifadə edilirdi. Belə işçilərin əməyə marağı sönür, nəticədə əmək məhsuldarlığı azalırdı. Ölkədə baş verən siyasi dəyişikliklər iqtisadiyyatın inkişafına xeyli ziyan vurur, torpağın müəyyən yüksək təbəqələrin əlində cəmləşməsinə şərait yaradırdı. Hökmdar və onun ətrafı torpaq sahibkarlarına çevrilirdilər. Həmin torpaqlar xidmət əvəzi olaraq hərbçilərə və dövlət adamlarına paylanılır və hədiyyə verilirdi. Xüsusi xidmət adamlarına paylanılan belə torpaqlar “feod” adlanırdı. (Mülk). “Fodalizm” adı da buradan yaranmışdır.

Feodalizm dövründə iki sinif­–feodal və kəndli sinfi yarandı. Kəndlilər əsas istehsalçı qüvvəni təşkil edirdi. Bu kəndlilərin bir çoxu getdikcə var-yoxdan çıxaraq yoxsullaşır, bir qismi isə varlanaraq torpaq mülkiyətçisinə çevrilirdilər.Ölkədə baş verən siyasi hərc-mərclik, hakimiyyətin Sasanilərə tabe edilməsi, dini mübarizə yoxsulların sayını daha da artırır, feodalların isə varlanmasına şərait yaradırdı.

Feodal torpaqlarında kəndli əməyindən geniş istifadə olunurdu. Kəndli feodaldan asılı vəziyyətdə idi. Kəndli torpağı becərməli, məhsulun müəyyən hissəsini torpaq sahibinə verməli idi. Kəndli eyni zamanda müxtəlif mükəlləfiyyətləri yerinə yetirməli idi.

Azərbaycanda feodal münasibətlərinin yaranması məhsuldar qüvvələrin inkişafının nəticəsi idi. Lakin ölkəmizin ərazisində feodal münasibətlərinin yaranması və formalaşması prosesi bərabər getmirdi, bəzi yerlərdə feodalizmdən əvvəlki münasibətlər qalmaqda idi.

Azərbaycanda feodal münasibətlərinin inkişafı feodalizmin ümumi qanunlarına əsaslanırdı. Lakin onun Avropa ölkələrindəki feodalizmdən fərqli xüsusiyyətləri də var idi. Belə ki, Azərbaycanda feodalların şəxsi təsərrüfatı demək olar ki, yox idi. Təsərrüfat düzəltmək onlar üçün əlverişli deyildi. Çünki süni suvarma tələb olunurdu.

Asılı kəndlilərin vəziyyəti nə qədər ağır olsa da, onlar şəxsən asılı yəni təhkimli deyildilər.

Avropada feodal cəmiyyəti V əsrin sonlarından XV əsrin sonlarına qədərki dövrü əhatə etdiyi halda, Azərbaycanda bu cəmiyyət daha erkən-III əsrdən başlamış XIX əsrin ikinci yarısınadək davam etmişdir.

Azərbaycanda əhalinin əsas kütləsini kəndlilər təşkil edirdi. Sasanilər döv­rün­də əhali 4 sosial təbəqəyə bölünürdü.

1.kahin ( asravan) 2. döyüşçü (arteştaran) 3. Mrzə (dipiran)

4. Vergi ve­rən (vastrioşan)

Axırıncı təbəqə ən ağır can (qezit) və torpaq (xaraq) vergisi verirdi. Sənətkar və tacirlər də vergi verirdilər.

Erkən orta əsrlərdə Azərbaycanda gedən ictimai-siyasi və iqtisadi proseslər Sasanilər dövləti ilə bağlı idi. Odur ki, Sasanilərdə tədbiq edilən feodal torpaq mülkiyyəti formaları və vergilər Azərbaycanda da tədbiq edilirdi. Torpaq üzərində xüsusi feodal mülkiyyəti Albaniyada iki formada mövcud idi:

a) İcma torpaq sahibliyinin dağılması nəticəsində meydana çıxmış şərtsiz və ya irsi torpaq sahibliyi (dastakert);

b) Torpaqların dövlət tərəfindən vassal xidməti müqa­bilin­də müvəqqəti olaraq paylanması nəticəsində meydana gəlmiş şərtsiz torpaq sahibliyi (xostak)

Feodal torpaq mülkiyyətinin bu iki forması ilə yanaşı məbəd və eləcə də icma və xüsusi kəndli mülkiyyəti də mövcud idi.

V əsr alban səlnaməçisi Movses Xornilinin verdiyi məlumata görə Albaniya əhalisi bu dövrdə hakim sinif olan feoddalara (azatlara) və maddi nemətlərin istehsalçısı olan kəndlilərə (sinakanlara) bölünürdü. Hakim sinfin nümayəndələri naxarar, naxapet, azqapet və s. terminlərlə ifadə olunurdu.

Getdikcə mərkəzləşən dövlətdə hökmdarın (İsxan) hakimiyyəti gücləndi. O, ölkənin həm dünyəvi, həm də dini hakimi kimi qanunvericilik hüququna malik idi. O, həm də hərbi qüvvələrin başçısı sayılırdı.

Mənbələrin məlumatına görə feodal münasibətlərinin inkişafının ilk dövrlərində əsas istismar formasnı natural şəkildə toplanan vergilər təşkil edirdi. Albaniyada toplanan vergilər bunlar idi. Can vergisi-has, kilsə onda biri-tasanord, məhsul vergisi–ptix və s. Afropatendə də 20 yaşından 50 yaşına qədər bütün kişilərdən can vergisi –cizyə alınırdı. Bu vergini verə bilməyənlər qula çevrilirdilər.

Vergilərin ağırlıığı əhalinin vəziyyətini çətinləşdirir, xırda torpaq sahiblərinin vergini ödəyə bilməməsi üzündən torpaqlarını satmağa məcbur olurdular. Beləliklə, torpaq iri əyanların əilində cəmləşirdi. Bu dövrdə Atropatena və Albaniyada az da olsa qul əməyindən istifadə olunurdu. Lakin göstərmək lazımdır ki, kəndli nəqdər pis vəziyyətdə yaşasa da, torpağını itirsə də, feodaldan tam asılı və ya təhkimçi düşmədi.

Məhsuldar qüvvələrin artması, feodal münasibətlərin inkişafı və möhkəmlənməsi nəticəsində şəhərlərdə əkinçiliklə əlaqəni kəsmiş azad sənətkarlar meydana çıxırdı. Bunlar xırda alverçilərlə birikdə xüsusi zümrədə birləşirdilər.

Mənbələr sənətkarlığın inkişaf etdiyini təsdiq edirlər. Bu mənbələrdə dulusçu, dərzi, xalçaçı, dəmirçi, dabblaq, zərgər və bənnaların adları çəkilir. Azərbaycanın Mingəçevir, Qəbələ və Şamaxı kimi şəhərində bu sənət növlərinin inkişaf etyini sübut edən mənbələr aşkar edilmişdir.

Azərbaycanda feodal münasibətlərinin yaranması məhsuldar qüvvələrin inkişafının nəticəsi idi. Lakin ölkəmizin ərazisində feodal münasibətlərinin yaranması və formalaşması prosesi bərabər getmirdi. bəzi yerlərdə feodalizmdən əvvəlki münasibətlər qalmaqda idi.

Azərbaycanda feodal münasibətlərinin inkişafı feodalizmin ümumi qanunlarına əsaslanırdı. Lakin onun Avropa ölkələrindəki feodalizmdən fərqli xüsusiyyətləri də var idi. Belə ki, Azərbaycanda feodalların şəxsi təsərrüfatı demək olar ki, yox idi. Təsərrüfat düzəltmək onlar üçün əlverişli deyildi. Çünki süni suvarma tələb olunurdu.

Asılı kəndlilərin vəziyyəti nə qədər ağır olsa da, onlar şəxsən asılı yəni təhkimli deyildilər.

Avropada feodal cəmiyyəti V əsrin sonlarından XV əsrin sonlarına qədərki dövrü əhatə etdiyi halda, Azərbaycanda bu cəmiyyət daha erkən- III əsrdən başlamış XIX əsrin ikinci yarısınadək davam etmişdir.



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin