Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"



Yüklə 1,63 Mb.
səhifə4/23
tarix07.09.2017
ölçüsü1,63 Mb.
#29197
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   23

2. 226-cı ildə İranın cənubunda yerləşən Pars vilayətinin Sasan nəslindən olan hökmdarı Ərdəşir-Papakan Parfiyanın sonuncu hökmdarı V Artabanı (Arşakilərin hakimiyyətinə son qoyuldu) məğlub edərək, özünü İran şahənşahı elan edir. Beləliklə paytaxt Ktesifon olmaqla Sasani (İran) imperiyası yaranır. Parfiya dövlətindən asılı olan Atropatena yenidən öz müstəqilliyini itirərək, 227-ci ildə Sasanilər dövlətinin tərkibinə qatıldı.

I Ərdəşir dövlətə tabe olan ölkələri canişinliklərə bölür. Azərbaycan da cani­şinlik sisteminə daxil olur. Lakin ilk əvvələr Atropatena və Albaniya tam asılı vəziy­yətdə deyildilər. Sonralar I Şapur dövründə (241-272) Sasanilərə tabe olan ölkələr içərisində Azərbaycanın (Adurbaden və Albaniya ) da adı çəkilir. Atropaten Sasa­nilər dövlətinin ən mühüm əyalətlərindən biri hesab olunurdu. Bu onun iqtisadi əhəmiy­yəti ilə bağlı idi. Məhz buna görə də Tavreş (Təbriz) sasanilərin baş şəhərlərindən birinə çevrilmişdi. IV əsərdən Atropatena iqtisadi yüksəliş keçirirdi. İran, Çin və Hindistana gedən ticarət yolları buradan keçirdi. Sasanilər Atropatenadan öz orduları üçün əsgər də toplayırdılar. Sasanilər Atropatendən əsgər də toplayırdılar.

Sasanilər öz mərkəzi hakimiyyətlərini mökəmlətmək üçün Zərdüşt dinini dövlət dini kimi qəbul etdilər. Bu həm də ona görə idi ki, İran imperiyası ərazisində xristianlıq geniş yayılırdı. Xristianlıq isə sasanilərin düşməni olan Roma imperiyası, sonralar Bizans imperiyasının rəsmi dövlət dini sayılırdı. I Şapur Zərdüştiliyi geniş yaymaq haqqında əmr vermişdi. Zərdüşt kahinləri dövlətin həyatında böyük rol oynayırdılar. Kahinlərin ixtiyarında külli miqdarda torpaq sahələri cəmlənmişdi.

Atropatenanın Qazaka şəhərindəki atəşpərəst məbədi baş məbəd hesab olunurdu. Şahlar taxta çıxandan sonra Ktesfondan buraya, məbədi ziyarətə gəlməli idilər. Ümumiyyətlə zərdüşt ruhaniləri dövlətin həyatında mühüm rol oynayır, iri torpaq sahiblərinin mənafeyini müdafiə edir və özləri də kəndliləri istismar edirdilər. Təkcə Qazaka məbədinin torpaqların da 10 min nəfərə qədər kəndli işləyirdi.

IV əsrdə Albaniya dövlətinin ərazisi şimaldan Qafqaz dağlarından Araz çayınadək, qərbdən İberiyadan Xəzər dənizinədək uzanırdı. Ölkənin vilayətləri: Çola, Lpina, Şəki, Kambisena, Həcəri, Uti, Arsax, Paytakaran və Syünik daxil idi. İndiki Dərbənd şəhərinin yerləşdiyi ərazidən təxminən Beşbarmaq dağına qədər Xəzər dənizi böyunca Çola vilayəti uzanırdı. Üzüm, meyvə və taxılla zəngin idi. “Dəmir qapı” və ya alban qapıları keçidi burada yerləşirdi. Albaniyanın şimal-şərqində dağlıq Şəki vilayəti yerləşirdi. Toxuculuq, ipək parça istehsalı mərkəzi hesab olunurdu. Çola ilə Şəki arasında Lpina vilayəti başdan-başa qoz-fındıq ağaclarından ibarət olan meşələrlə əhatə edilmişdi. Albaniyanın paytaxtı Qəbələ burada yerləşirdi. Tarixi vilayət sayılan Uti Kürün sağ sahilində şəqrdən Paytakaranla, cənubdan isə Arsaxla, şimalda Kür çayı ilə, qərbdə isə İberiya ilə həmsərhəd idi. Uti vilayətində dənli bitki becərilir, qaramal saxlanılır, yun və pambıq parçalar hazırlanırdı. Çoxlu zeytun ağacı bitirdi. Paytakaran vilayəti indiki Azərbaycan Resplikasının cənub-şərqində yerləşib, Xəzər dənizinin sahillərinə qədər uzanırdı. Mil və Muğan düzlərinin bir hissəsini əhatə edirdi. Çoxlu qoyun sürüləri saxlanılır, Kür və Araz çaylarından balıq tutur, duzlayır, qurudurdular. Tarixi Arsax vilayəti sağsahil Albaniyanın (inliki Qarabağın dağlıq hissəsi və Mil düzü) vilayətlərindən ibarət idi. Əhalisi türksoylu albanlar, qarqarlar, hunlar və xəzərlərdən ibarət idi. Məhsuldar düzənliklərində və çay vadilərində dənli və texniki, bostantərəvəz bitkiləri becərilir, üzümçülük inkişaf etdirilirdi. Albaniyada azad sənətkarlar meydana gəlirdi. Toxuculuq üçün başlıca xammal, yun, kətan, ipək və pambıq sayılırdı. Albaniya sənətkarları metaldan müxtəlif silahlar, bəzək əşyaları, məişət avadanlığı hazırlayırdılar. Ağac və dəri emalı, daşyonma sənəti də inkişaf etmişdi.

Təxminən e.ə. II əsrdə Albaniyanın hökmdarı Aran (türkcə “ərən, cəsur, qoçaq, mərd”) olmuşdur. Aran Araz çayından tutmuş İberiyanın sərhədlərinə kimi, Albaniyanın düzən və dağlıq ərazisini idarə edirdi. Ölkə hökmdar Aranın mülayim xasiyyətinə və ona verilən ağu -“yaxşı, xoş”- adına görə Ağuan (Albaniya) adlanmışdır. Eramızın I əsrində Albaniyanı yerli hökmdarlar idarə edirdilər. Eramızın I əsrində alban Arşaki (Parfiya Arşaki sülaləsindən fərqli olaraq Albaniya Arşakilər sülaləsi mənşəcə türk idi) nümayəndəsi I Cəsur Vaçaqan Albaniyanın bütün vilayətlərini birləşdirərək, vahid-mərkəzləşdirilmiş dövlət yaratdı. Arşakilər sülaləsi VI əsrin əvvələrinədək Albaniyanın müstəqilliyini qoruyub saxlamışlar.

Sasanilər Atropeteni tabe edəndən sonra Albaniya və İberiyaya da hücumlar etdilər. Uzun mübarizədən sonra bu ölkələr də Sasanilərin tabeçiliyinə düşdülər. Azərbaycan eyni zamanda Romalıların da işğalçılıq planlarında var idi. IV əsrdə Ro­ma ilə Sasanilər arasında Cənubi Qafqaz uğrunda uzun sürən müharibələr başladı.

Atropatena da İran–Roma müharibələri meydanına çevrilmişdi. Buraya yunan–erməni qoşunları, hun və alan tayfalarıda dağıdıcı yürüşlər etmişlər. Xüsusilə Armeniya hakimləri Albaniyanı işğal etməyə cəhd edirdilər. Onlara qarşı Albaniya­nın Paytakaran hökmdarı Sanatürk (Sanasen) ciddi müqavimət göstər­mişdi. (298-338). O, bu mübarizədə Sasanilərə arxalanırdı. Sanatürk 337-ci ildə 30 minlik qoşunla Armeniyaya yürüş etmişdi. O, Armeniyanın paytaxtı Valarşapatı tu­ta­raq oranı bir il öz hakimiyyətində saxladı. Lakin 338-ci ildə yunan və iber qoşunlarının köməyi ilə erməni sərkərdəsi Vaçe Mamikonyan Sanatürkün dəstələrini məğlub etdi. Sanatürk hunları və şimal tayfalarını ittifaqa cəlb etmişdi. Onun həlakından sonra şimal tayfaları (hunlar, basillər, alanlar) Dərbəndi keçərək Albaniyada məskən saldılar. II Şapur albanların köməyinə gəlmədi.O, Albaniyada sasanilərə sadiq hökmdar görmək istəyirdi.

İran şahı II Sapur (309-379) Albaniyada özünə sadiq hökmdar görmək istəyirdi. Bu zaman yeni Alban hökmdarı Urnayr (359-371) siyasi səhnəyə çıx­dı. Urnayr həm də II Şapurun bacısının əri idi. Ona görə də Sasanilərələ Albaniya ara­sın­da müttəfiqlik siyasəti üstünlük təşkil edirdi.

Məs. Ermənistana qarşı döyüşlərdə Urnayr Sasanilərə kömək edirdi. (Movses Xorneli) Maisey Kalankatulu yazır ki, Albaniya hökmdarı “Armeniya daxilində qələ­bə bayrağını qaldırdı.”

Beləki, II Şapur Ermənistana havadarlıq edən romalılara qarşı yürüş təşkil etdi. 359-cu ildə Amid yaxınlığında döyüş başlandı. Alban hərbi dəstələrinin başında Urnayr dayanırdı. Adərbayqanın Naxçıvan şəhərini ordunun düşərgəsinə çevirmişdilər. Amid döyüşü II Şapurun qələbəsilə başa çatdı. Bir sıra vilayətlər, o cümlədən Arsax (ind.DağlıqQarabağ), marların (ind.Naxçıvan), kaspların (Kaspiana) ölkəsi, İberiya vilayətləri və.s. yenə də sasanilərin hakimiyyəti altına keçdi. Çox gümanki, Albaniyanın torpaqlarının işğalı Ermənistan hökmdarları Tiranın və Arşakın II Şapur ilə müttəfiqliyi dövründə, yəni 342-350 ci illər arasında baş vermişdi.

Armeniyada Pap hakimiyyətə gələndən sonra Roma imperatoru Valent orada Roma təsirini bərpa etmək istədi. Buna görə II Şapur Armeniyaya yenidən qoşun çəkdi. 371-ci ildə Dzirav çölündə döyüş başlandı. Alban hökmdarı Urnayr Sasanilərin müttəfiqi kimi çıxış edirdi. Bu döyüşdə Roma ordusunun köməyilə erməni dəstələri qalib gəldi. Erməni sərkərdəsi Muşeq Azərbaycan ərazisinə hücum çəkdi, əhaliyə divan tutdu. Albaniya Uti, Şakaşen, Girdiman, Kolt vilayətlərindən məhrum oldu.

Urnayrdan sonra hakimiyyətdə olan II Vaçaqan, Mirhavan, Satoy və Asay (371-430-cu illər) dövründə yerli hakimiyyət məhdudlaşdırıldı. Sasanilərdən asılı olmaq yerli əhalidə mübarizə əhvali-ruhiyyəni artırdı, Sasanilər hər şeydən əvvəl Albaniyaya strateji cəhətdən çox qiymət verirdilər. İranlılar Albaniyada çoxlu istekamlar tikirdilər. Sasanilər hər şeydən əvvəl Alban qapılarını (Dərbənd keçidi) möhkəmlətmək, öz şimal sərhədlərinin təhlükəsizliyini təmin etmək istəyirdilər. Çünki Şimali Qafqazda yaşayan köçərilər Dərbənd keçidi vasitəsilə İrana hücumlar edirdilər.

V əsrdə köçəri tayfaların hücumları daha da güclənir. Bu hücumlardan qorunmaq üçün Sasanilər Alban qapıları (Dərbənd) ərazisində əvvəl torpaq sədlər, Şah II Yezdəqird (438-457) dövründə daşlardan nəhəng divar çəkildi. Bu səddin çəkilməsinin ağırlığı yerli əhalinin üzərinə düşürdü. Moisey Kalankatulu yazırdı: “İran şahları Qafqaz dağları ilə böyük Şərq dənizi (Xəzər) arasında böyük binanı tikmək üçün memarlar toplamaq, müxtəlif materiallar axtarmaqla ölkəmizi taqətdən salmışdılar”.

Sasanilər ölkənin daxilində öz qarnizonlarını yerləşdirmək üçün Beyləqanda, Bərdədə, Şəmkirdə, Şamaxıda, Dərbənddə qalalar tikdirdilər. Eyni zamanda Sasanilər bu yerlərə Fars dillərində danışan əhalidə köçürürdülər. Sasanilər həm də yerli əhali üzərinə ağır vergilər qoymuşdular. (xərac, qezit və s.) Bu istisnmara dözə bilməyən əhali ilk dəfə 450-ci ildə sasani zülmünə qarşı mübarizəyə qalxdı. Həmin il Xalxal yaxınlığında (Qazax ərazisi) üsyançılar sasaniləri məğlub etdilər. Şah II Yezdəgird vəzir Mehr Nersexin başçılığı altında üsyanı yatırmaq üçün qoşun göndərdi. 451-ci il mayın 26-da Avaray gölündə (Maku yaxınlığı) şah ordusu üsyançıları məğlub etdi. Sasanilər tərəfindən hunlar, kateşlər və qellər də iştirak edirdi.

II Vaçe İranda baş vermiş siyasi hadisələrdən istifadə edərək Albaniyada xristianlığı yaymaq məqsədilə sasani hakimiyyətinin tabeliyindən çıxdı.

II Vaçenin başçılığı altında da üsyan 460-cı il də baş vermişdi. Üsyançılar Dərbənd qalasını ələ keçirərkən, Dağıstanda yaşayan dağlı tayfaları ilə ittifaq bağladılar. Bunu görən Sasani şahı Füruz (459-464) hun tayfalarını öz tərəfinə çəkərək üsyançılara qarşı onlardan istifadə etdi. 462-ci ildə hunlar (haylandur) Albaniyaya soxuldular. Bir il uzanan bu müharibə II Vaçenin 463-cü ildə hakimiyyətdən uzaqlaşdırılması ilə başa çatır. II Vaçedən sonra 30 il ərzində Albaniya öz müstəqilliyini itirdi və sasanilərin təyin etdiyi mərzbanlar tərəfindən idarə edilməyə başlandı. Moisey Kalankatulu yazırdı: ”Vaçedən mömin Vaçaqana kimi 30 il müddətinə Albaniya hökmdarsız qaldı. 493-cü ildə İran Şahı Kavadın əmri ilə III Vaçaqan Albaniya hakimiyyyətinə gəldi. III Vaçaqan (493-510) ilk növbədə Albaniyada xristianlığı geniş şəkildə yaymağa başladı. O, 498-ci ildə Aguen kilsə məclisi çağırdı və xristian dininə aid qanunlar qəbul etdi. Lakin xristianlıq Albaniyada geniş intişar tapa bilmədi. 510-cu ildə III Vaçaqanın ölümündən sonra Sasanilər buradakı dövlət qurluşunu ləğv etdilər. Albaniyada Sasani mərzbanlarının uzun müddətli (510-629) hökmdarlığı dövrü başladı. I Xosrov Ənuşirəvan (531-579) dövründə Adərbayqan, Albaniya, İberiya və Armeniya bir məzbanlıqda (canişinlik) birləşdirildi. 628–ci ildən Azərbaycan Xəzər xaqanlığının işğallarına məruz qalmışdır. Buradan xəzərlər Tiflisə tərəf istiqamət götürürlər. 628-ci ildə II Kavad Şiruyənin vəfatından sonra Albaniya türk xaqanlığının hakimiyyəti altına keçir. 632- ci ildə İranda hakimiyyətə III Yezdəgird (632-651) gəldi. Bu müddətdə Albaniya Türk xaqanlığının canişini tərəfindən idarə olunurdu.

Sasanilərin hakimiyyətinin ilk illərində İranda yeni dini təlim–manixeyçilik yayılmağa başladı. Bu təlim Mani (216-276) tərəfindən təbliğ olunurdu. Təlimə görə dünyada işıq və qaranlıq arasında mübarizə gedir. Dünya şeytan əməlləri ilə doludur. İnsan ilk növbədə şər ünsürlərdən azad olmalıdır. Hakimiyyətə can atmamalıdır. Şər qüvvələrə uzaqlaşmağa çağıran Mani istismar olunan zəhmətkeşlərin gününə yanırdı. Bu təlim tezliklə İrandan tutmuş Roma imperiyasının ucqarlarına, şərqdə isə Orta Asiyaya qədər yayıldı. 276-cı ildə Mani edam edilir. III əsrin sonlarında İran və Romada Bundov manixeyçiliyi təbliğ edir. Bu təlimin Sasanilərə qarşı məzdəkilər hərəkatına böyük təsiri olmuşdu. 481-ci ildə başlanan bu hərəkata Məzdək Bəmdad oğlu rəhbərlik etmişdir.

Məzdəkilər təliminin əsas müddəaları ədalətli cəmiyyət qurmaq, insanlar arasında əmlak bərabərliyi yaratmaqdan ibarət idi. I Kavadın (488-531) hakimiyyəti illərində Məzdəkilər hərəkatı daha da geniş vüsət alır.

Xalq üsyanlarından ehtiyat edən və əyanların qüdrətini sarsıtmaq məqsədi güdən I Kavad əvvələr Məzdəkilərə qəyyumluq edirdi. Hətta aclıq zamanı Məzdəkin məsləhəti ilə Kavad dövlətin taxıl anbarlarını əhalinin üzünə açır. Məzdəkin fikirincə, “Əmlak insanlar arasında bölüşdürülməlidir. İnsanların hamısı allahın qulları və adəmin övladlarıdır. Kim ehtiyac hiss edirsə, qoy bir-birinin əmlakından istifadə etsin, belə ki, heç kim ehtiyac və yoxsulluq duymasın, hamı mövqe etibarı ilə bərabər olsun”. Bu hərəkata kəndlilər, qullar, sənətkarlar, və şəhər yoxsulları qoşulsalar da hərəkatın əsas hərəkətverici qüvvəsi kəndlilər idi. Məzdəkilər hərəkatı on illərlə davam etmişdi. Silahlı üsyançı dəstələr iri feodalların və tacirlərin evlərinə basqın edir, onların əmlakını öz aralarında bölüşdürürdülər.

529-cu ildə Kavadin oğlu Xosrov qəflətən qoşunla məzdəkilər üzərinə hücum edərək onları darmadağın etdilər. Məzdək ələ keçilərək edam edildi. 80-mindən çöx məzdəki tərəfdarına ağır divan tutuldu. Lakin bu hərəkat izsiz qalmadı. Hərəkat iri kahinlərin təsirini zəiflətdfi. Eyni zamanda şah hakimiyyətinə təsir göstərən əyanların hakimiyyətinə zərbə vuruldu. Məzdəkilər hərəkatının məğlub olmasının əsas səbəbi, onun onun pis təşkil olunması və kortəbi xarakterli olması idi. Məzdəkilər hərəkatı məğlub oldu, lakin onun ideyaları xalq arasında uzun müddət yaşadı.

VI əsrin sonu – VII əsrin əvvələrində Allbaniyada Girdiman vilayətinin sahibləri olan feodal Mihranilər nəsli üstünlük əldə etdi. Moisey Kalankatuklunun məlumatına görə saray çevrilişində iştirak edən (Kavada qarşı). Mihran sasani hökmdarı Xosrov II Pərvizin qəzəbindən xilas olmaq məqsədilə 30 min qohumu ilə Xəzərlərə sığınmaq üçün İrandan qaçmışdı. Lakin Xosrov vəziyyətdən ehtiyat edərək, ardınca məktub göndərmiş və istədiyi yeri seçməsinə icazə vermişdi. Şahın məktubunu Uti vilayətində olan Mihr elə burada məskunlaşır. Mihr və onun xəlifələri yerli feoddalları müxtəlif yollarla aradan götürərək bütün Albaniyaya sahib olmuşlar.

Onlar özlərinin farslığını iki nəsil saxlamış, bundan sonra xristianlığı qəbul edəcək albanlaşmışlar. Akademik Bartoldin fikirincə “Yenidən albanların milli, lakin fars mənşəli sülaləsi bərpa olundu”. Mihranilər Albaniyada 603-cü ilə yaxın qərarlaşsalarda, bütün ölkəyə 630-cu ildən tam hüquqlu hakimə çevrildilər.

603-604-cü illərdə İran–Bizans müharibələrindən istifadə edən Albaniya əhalisi sasani hakimiyyətinə qarşı üsyan etdilər. Lakin üsyan II Xosrov tərəfindən amansızlıqla yatırıldı. Alban əyanlarının bir çoxu məhv edildi. Sonralar katolikos Vironun köməyi ilə Mihranilərdən olan knyazlara şah “Girdiman hakimi və Albaniyanın işxanı” titulu verildi. Belə bir titul Varaz Qriqor zamanı əldə edildi. II Xosrov Qafqazın Bizasla əlaqələrini kəsmək məqsəd ilə 612-613-cü illərdə İrana tabe xristianların məclisini çaqıraraq, Bizans diofizifliyin müqavilində monofizit cərəyanını qəbul etdirir.

İlk Girdiman knyazı Mihran (570-590) uzun müddət dinc şəraitdə yaşayır. Onun nəticəsi Qoçaq Vardan (600-615) Girdiman qalasını tikdirir. O, monofizitliyi qəbul edir. O guya Aranşahlar nəslinin 60 nümayəndəsinə zəhər verib öldürmüş, və bütün Albaniyanın sahibinə çevrilmişdir. Onun nəvəsi Varaz Qriqor (625-636) Bizansla ittifaqa daha çox üstünlük verərək xristianlığın diofizit etiqadını qəbul edir. 630-ci ildə Varaz Qriqor əsirlikdən qayıdanVironun təkidi ilə monofizitizmi qəbul edir. Bu isə sasanilərə yaxınlaşmaq demək idi.

Varaz Qriqorun varisi Cavanşir (636-680) bütün Albaniyanı öz hakimiyyəti altında birləşdirir. O, Bərdə şəhərini ölkənin paytaxtı edir. Hakimiyyətinin ilk dövründə Sasani şahı III Yezdəgirdə tabe olan Cavanşir onun tərəfində Ərəblərə qarşı vuruşmuşdur. 651-ci ildə Sasani imperiyası dağıldıqdan sonra Ərəb xilafətindən asılı vəziyyətə düşdü. Ərəb xilafətində çəkişmələr başlayan zaman digər feodallar kimi Bizans imperatorunu II Konstantin (641-668) onu öz himayəsi altına aldı.Bizans imperatorunun sayəsində Cavanşir İberiya sərhədlərindən Araz çayına, Dərbəndə qədər bütün əraziləri əhatə edən Albaniyanın hakiminə çevrilir.Lakin tezliklə Xəzərlərin Albaniyaya hücumları yenidən başladı. Cavanşir Xəzər xaqani ilə qohum olaraq müəyyən dərəcədə xaqanlıqdan asılı vəziyyətə düşdü. Lakin Ərəblərin yeni yüksəlişi dövründə Cavanşir Şimal təhlükəsini aradan qaldırmaq məqsədilə Ərəb xilafətinə meyl edir.

VI əsrin sonların yaxın dövrdə şimal torpaqlarında ərazisi Xəzər dənizindən Ağsu çayına qədər uzanan ərazilərinə Şirvanşahların hökmranlığı başlamışdır. Lakin bu ölkə haqqında əlimizdə demək olar ki, məlumat yox həcmindədir.

3. III–VII əsrlərdə Azərbaycanda möhkəmlənən feodal münasibətləri əsasında mədəniyyət də inkişaf edirdi. Hələ xristianlıq qəbul edilənə qədər Albanların öz yazıları olmuşdur və bütün ölkə üçün ünsiyyət vasitəsi kimi alban dili geniş intişar tapmışdı.V əsrin başlanğıcında arami qrafikası əsasında alban əlifbası təkmilləşdirilmişdir. Antik müəlliflərə görə hələ e.ə.I əsrdə albanlar öz yazılarından istifadə edirdilər. V əsrdə artıq 52 hərfdən ibarət təkmil əlifba mövcud udi. Erkən alban ədəbiyyatı əlverişli tarixi mədəni şəraitdə təşəkkül tapdı. Bizə gəlib yetişən Alban ədəbiyyatı nümunələrinə aşağıdakıları aid etmək olar. Moisey Kalankatuklunun “Alban tarixi”, VII əsr şairi Davdəkin eleqiyası (Cavanşir haqqında), alban hüquq mənbələri olan kilsə qanunları (Aquen kilsə məclisində qəbul edilən qanunlar, 705-ci ildə Simeonun qanunu adı ilə tanınan Partov (Bərdə) məclisinin qnunu)

1948-ci ildə Mingəçevirdə aşkar olunmuş alban yazıları böyük əhəmiyyət daşıyır. Bu alban yazısı 21 işarədən ibarət olan 4 sətirlidir. Albaniyada əlifba tərtib olunduqdan sonra əyan və ruhani uşaqları üçün məktəblər də açılmışdı. Burada uşaqlara Tövrat öyrədilirdi.

Albaniyada ədəbiyyat və elm də inkişaf edirdi. O zaman Albaniyada bəzi antik müəlliflərin əsərləri–Homerin “İliadasi”, Vergilinin “Eneidasi” məlum idi. Səlnamələr alban incəsənətinin də yüksək səviyyəsi haqqında məlumat verir. Məsələn Girdiman qalasındakı məbədin içərisi rəssamlar tərəfindən işlənmiş , qapıları gümüş və müxtəlif bəzək əşyaları ilə işlənmişdir. Belə abidələrə Qax rayonunun Qum və Ləkit kəndləri yaxınlığında və Mingəçevirdə qazıntılar zamanı rast gəlinmişdir.

Atropatenanın da mədəni həyatında inkişaf baş verirdi. Burada Qazaka şəhəri (Təxti-Süleyman yax.) öz gözəlliyi ilə insanı valeh edirdi. Eramızadn əvvəl Atropatendə İran –Arami əlifbası əsasında inkişaf etmiş Pəhləvi yazısı işlənmişdi.

Bu dövrdə mövcud olan şəhərlərdən Dərbənd, Bərdə (Partav), Çola (Çora), Hunarakert (Hun şəh.), Paytakaran, Təbriz, Şiz, Ərdəbil, Naxçıvan, Gəncə, Şəki, Şəmkir, Qəbələ, Şabran, Xalxal, Beyləqan və s. var idi. Şimala gedən yollar üzərində sədlər tikilmişdir. Beşbarmaq dağından dənizədək qoşa divar uzanırdı. Şirvan səddi (Gilgilçay boyu) Beşbarmaq divarından 23 km şimalda çəkilmiş, Çıraqqala bu səddin başlanğıcında dağ zirvəsində yerləşirdi. Digər sədd Samur çayından şimalda inşa edilmişdir. Ən əzəmətli Dərbənd səddi yüksəklikdən dənizin içinədək uzanırdı. Orta hissəsində qala var idi. Azərbaycan ərazisində Torpaqqala (Alazan çayı 45 sahili), Govuqqala (Ağdam), Cavanşir (İsmayıllı), Çarabkert (Ağ- dam) qalaları inşa olunmuşdu. Alban məbədlərinin qalıqlarına Qəbələ, Qax, Yuxarı Qarabağ, Şəki, Zaqatala, Mingəçevir, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı və s. yerlərdə rast gəlinir.

Uzun tarixi dövr ərzində Azərbaycanın bütöv halda Sasani imperiyasının tərkibində olması mütərəqqi hadisə idi. Çünki ölkənin bütün bölgələri arasinda daxili əlaqələr, ilk növbədə ticarət əlaqələri genişləndi. Ölkəmizin etnik-siyasi və mədəni birliyinin yaranması yolunda mühüm irəliləyiş baş verdi. Sasani əsarətinə qarşı uzunsürən azadlıq mübarizəsi ölkənin türk və qeyri-türk əhalisini daha sıx birləşdirdi, onların qaynayıb-qarışmasına müsbət təsir göstərdi. Vahid xalqın yaranması prosesi sürətləndi.



IV MÖVZU

Azərbaycan Ərəb xilafətinin tərkibində

Plan

1.Xilafətin Azərbaycana yürüşlərinin başlanması. Girdiman knyazlığının xarici və daxili siyasəti.

2.Xilafət hökmranlığı dövründə idarəçilik, köçürmə, torpaq və vergi siyasəti. İslam dininin yayılması.

3.Xürrəmilər hərəkəti. Babəkin başçılığı altında azadlıq hərəkatı.



ƏDƏBIYYAT


  1. Azərbaycan tarixi. VII cilddə, Icild, Bakı, 1998. səh.150-254.

  2. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989, sənəd №14, 23

  3. Azərbaycan tarixi Z.Bünyadovun redaktorluğu ilə. Bakı 1994. səh.

290-272.

  1. Vəlixanlı N. IX-XII əsr ərəb coğrafiyaşünas səyyahları Azərbaycan haqqında. Bakı,1974. səh. 33-39.

  2. Bünyadov Z.Azərbaycan VII –IX əsrlərdə. Bakı, 1993.

  3. Vəlixanlı N. Ərəb xilafəti və Azərbaycan. Bakı, 1993.

  4. Səid Nəfisi. Babək. Bakı, 1990.

  5. Əliyev R.İ. Azərbaycan XII-XIV əsrlərdə. Bakı, 1980. səh.5-29.

VII əsrin birinci yarısında Ərəbistan yarımadasında güclü bir feodal dövlətin yaradıcısı olan Məhəmmədin təlimi-İslam dini feodal münasibətlərinin inkişafında, dövlətin möhkəmlənməsi və genişlənməsində böyük rol oynadı.

Ərəb feodal dövlətinin yaranması (630-cu il) onun İran və Bizans imperiyaları əleyhinə yürüşləri ilə eyni vaxtda başladı. Ön Qafqaz uğrunda III əsrdən başlamış və fasilələrlə davam edən Bizans və Sasani imperiyası arasındakı müharibə əsasən Azərbaycan ərazisində gedirdi. Müharibə Azərbaycanın təsərrüfatını dağıdır, məhsuldar qüvvələrin inkişafını ləngidirdi. VII əsrin əvvəllərində müharibənin yeni mərhələsi başlandı.

Xilafət qoşunu 634-636-cı illərdə Yərmurq Bizans qoşunlarını məğlub edib Suriyanı ələ keçirdi. Bu qələbə ərəblərin İrana yolunu açmış oldu. Xəzərlərlə müharibələr və daxili çəkişmələr nəticəsində Sasani imperiyası xeyli zəifləmişdi. 638-ci ildə Ərəb qoşunu Kadusiyə yaxınlığında sasaniləri məğlub etdi. 642-ci ildə isə Nahəvənd döyüşündəki məğlubiyyətdən sonra İran orduları demək olar ki, dağıldı.

Ərəblərin ilkin hücumlarını dəf etməyə cəhd göstərən III Yezdəgird ona tabe olan ölkələrdən kömək istədi. Belə bir əmr olan Alban çarı Varaz Qriqor öz ikinci oğlu Cavanşiri döyüş meydanına göndərdi. O, Xorasan hakimi Fərruxzaq oğlu Rüs­təmin rəhbərlik etdiyi İran ordusunun tərkibində ərəblərə qarşı döyşmüşdür. Kadusiyə döyüşündə Cavanşir öz şücaəti ilə seçilmişdi. III Yezdəgird onu qiymətli hədiyələrlə mükafatlandırılmışdır. Sasani hökmdarı ona mirvari ilə bəzədilmiş qızıl kəmər, qızıl dəstəkli qılınc verdi və başına gözəl tac qoydu.

Ktesifonun mühasirəsində də Cavanşir fəallıq göstərmişdi. Təəssüf ki, həmin döyüşdə sərkərdə Rüstəm həlak oldu. 639-cu ildə Cavanşir döyüşün mənasızlığını- görərək öz qoşunları ilə Albaniyaya qayıdır. Cavanşir (616-681) 21 yaşında Albaniyanı idarə etməyə başladı. 7 il vuruşduqdan sonra o, mübarizəni vətənində davam etdi. Əvvəlcə, Albaniyanı İran feodallarından təmizlədi, Bərdədə əsir götürülmüş anasını və qarldaşlarını xilas etdi. Sasanilər imperiyası dağıldıqdan sonra Cavanşir ərəblərə qarşı mübarizəni davam etdirməli oldu. Həmin ildə Azərbaycana soxulan İran qoşunları Bərdə yaxınlığında Cavanşir tərəfindən darmadağın edildi.

639-cu ildə sərkərdə Hüzeyfənin başçılığı altında ərəb qoşunları Azərbaycan ərazilərinə soxuldular və burada güclü müqavimətə rast gəldilər. Azərbaycan qoşunlarına mərzban Fərruxzad oğlu İsfəndiyar başçılıq edirdi. Lakin o, məğlub olaraq əsir düşür. Bundan sonra onun qardaşı Bəhram qoşuna başçılıq edir. Lakin o da ərəblər tərəfindən məğlub edilir. 644-cü ildə o, ərəblərlə müqavilə bağlayır.

Müqavilənin şərtlərinə görə azərbaycanlılar ərəblərə tabe olaraq vergi verməli,ərəb əsgərlərini evində saxlamalı idilər.

642-ci ildə Ərəblər Muğanı, Şirvanı keçərək Dərbəndə qədər gəlib çıxdılar. Şir­0vanşah Şəhriyar aman istədi və sülh bağladı. 643-cü ildə Əbdürrəhmanın başçılığı altında ərəblər Bələncər yaxınlığında xəzərlərlə müharibəyə başladı və özü də döyüşdə öldürüldü. Beləliklə, ərəblərin Dərbənddən şimala ilk hücumu uğursuz oldu. 646-cı ildə Naxçıvandan hücuma başlayan ərəblər, əvvəlcə Şəki və Gorus, sonra Beyləqan və Bərdəni tutdular. Daha sonra Qəbələ, Şivan, Şabran əhalisi təslim oldular.

653-cü ildə Bələncər yaxınlığında ərəblər Xəzər qoşunları tərəfindən darmadağın edildilər. Lakin ərəblər Azərbaycandan əl çəkmək istəmir və hücum-larını davam etdirirdilər.

Belə bir dövrdə gənc Cavanşir ölkəni ərəb təhlükəsindən qurtarmaq məqsədilə bir sıra tədbirlər gördü. Moisey Kalankatuklu onun haqqında belə yazırdı: “ Cavanşir İran savaşında ad çıxarıb geri qayıtdı. Hökmdar paltarın geyib taxta çıxdı. Al­ba­niyanı öz səviyyəsinə yüksəltdi. O,Qafqazın vəhşi kimi yaşayan tayfalarını ağıl və haqq yoluna gətirdi.Beləliklə, İberiya sərhədlərindən Hun qapılarına (Dərbənd) və Araz çayına kimi mütləq hökmdarlıq etdi.”

Ərəblər Azərbaycana soxulanda Cavanşir onlara qarşı mübarizə məqsədilə Bizans imperatoru II Konstantin (641-668)ilə ittifaqa girdi.

654 cü ildə hər iki hökmdar görüşüb ərəblərə qarşı birgə mübarizə məsələlərini müzakirə etmişlər. 660-cı ildə ikinci belə görüş olmuşdu.

622-ci ildə ikinci bir təhlükə yarandı. Ərəbləri Bələncən yaxınlığında məğlub edən Xəzərlər Albaniyaya soxuldular. Kür çayı sahilində Cavanşir xəzərləri məqlub edir. Albaniya tarixində göstərilir. “O günü Cavanşir böyük qələbə qazandığı üçün həmin barbar xalqa belə söylədi. “Get, Çola qapıarından (Dərbənd ) geri qayıt və bir də buraya gəlmə, çünki tanrı sənin gücünü heç etmişdir”.

Lakin 665 –ci ildə ərərlər yenidən Albaniyaya hücum etdilər və Araz sahillərinə qədər gəlib çıxdılar. Cavanşir həm ərəblərə, həm də xəzərlərə qarşı mübarizə aparmalı oldu. Bunun çətinliyini görərək Cavanşir xəzərlərlə sülh bağladı, xəzər xaqanının qızı ilə evlənərək əsirlər və aparılmış qəniməti geri qaytardı.

VII əsrin 60-cı illərində siyasi hadisələrin sonrakı gedişi Cavanşiri Xilafətə qarşı öz siyasətini dəyişməyə məcbur etdi. Belə bir şəraitdə Cavanşir ərəblərə qarşı əvvəlki münasibətini dəyişir və 667-ci ildə Şam şəhərinə Müaviyyəm görüşünə gedir.Bu görüş Cavanşir üçün uğurlu alınır. 670-ci ildə Xəlifə yenidən Cavanşiri Şama dövlət etdi. Cavanşir Xilafətlə Bizans arsında gedən diplomatik danışıqlara vasitəçilik etmişdi.

Alban tarixində göstərilir: “Cavanşir Şama gəldi... Xəlifə axşam yeməyinə onunla birlikdə oturdu... Xəlifə onun dərin biliyinə heyrət etdi. Ona bir dəvə, 52 iti yerişli at və Sünik knyazlığının hakimiyyətini bağışladı. Xəlifə həm də Atropatena torpaqlarının da idarələrini zorla ona tapşırmaq istədi. Lakin Cavanşir artıq şöhrət-dən boyun qaçırdı... öz ölkəsinin üzərinə qoyulmuş verginin azaldılmasını xahiş etdi”.

Xəlifə Albaniya hakiminə xeyli güzəştə getdi, onun ölkəsinin daxili müstə-qilliyinə toxunmadı, əhalidən alınan vergiləri üçdə birə qədər azaltdı.

Cavanşir daxildə mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün iri feodal əyanlara qarşı uzun müddət ciddi mübarizə aparmalı oldu və nəticədə 680 (681) ci ildə ölkə daxilindəki Bizanspərəst feodalların gizli qəsdi nəticəsində öldrüldü.

Hakimiyyətə Varaz Trdat keçir. Bu zaman Xəzərlər yenidən Albaniya ərazisinə hücum edirlər. Lakin Varaz onlarla sülh bağlaya bilir.

Xəlifə onu “Şərq vilayyətlərinin canişini, Alban padşahlığının və Uti əyalətinin hakimi “ təsdiq etdi.

VII əsrin 80-ci illərində Bizansın Cənubi Qafqaza yürüşləri başlayır. Azərbaycan üç böyük imperiyanın döyüş meydanına çevrilir.

699 – cu ildə yenidən Albaniyaya hücum edən bizanslılar Varaz Trdat və iki oğlunu həbs edərək Konstantinopola əsirliyə aparılır və onlar orada 705-ci ilə qədər qalırlar.

Hakimiyyət ərəbpərəst Siruyənin (Şeroy) əlinə keçsədə 704-cü ildə ərəblər onu Şama çağıraraq gizli şəkildə aradan götürmüşlər.

Belə bir siyasi vəziyyətdən xəyanətkar ermənilər istifadə edirlər Erməni katalikosu İlya Xəlifə Əbd.əl. Malikə məktub yazaraq alban katalikosu Nerses və Cıpramanın guya gizli şəkildə Bizasla münasibətdə olduğu haqqında xəbər gön­dərir. Xəlifə İlyaya məktub göndərir və əmr edir:” Biz əmr etdik ki, bizim ağalığımıza qarşı çıxmış albanların etiqadında sizin dininizə uyğun düzəlişlər edil­sin” Nerses və Sparama isə Partal (Bərdə)şəhərində məhv edildi.

705-ci ildə Varaz Trdat əsirlikdən qayıdır. Lakin Albaniya hətta vassall möv­qeyi­ni də itirmiş olur. Şimallı- cənublu bütün Azərbaycan qəti şəkildə ərəblərin tabeçiliyinə düşür.

Ərəb ordularının fasiləsiz hücumlarına baxmayaraq əhali onlara asanlıqla bo­yun əymədi. Yalnız 90- illik kəskin mübarizədən sonra Xilafət orduları Azərbay­canın istilaını başa çatdırdılar.

Ərəblər siyasi və dövlət təşkilatı cəhətdən Bizans və İran imperiyasından geri qalırdılar. Ona görə də ilk vaxtlar onlar işğal etdikləri ölkəmizdə özlərinə qədər mövcud olan idarə qaydalarını saxlamağa məcbur oldular.

Ərəblər bu yerlərdə əraziləri idarə etmək üçün əmirlik sistemi yaratdılar. Əmirliyi xəlifə tərəfindən təyin edən əmir idarə edirdi. Azərbaycan və Arran 5 ci əmirliyə daxil idi. Abbasilər dövründə 14 əmirlik yaradıldı. Əmirliklər kiçik inzibati vahidlərə -nahiyə və rayonlara bölündü. Məs.Hər nahiyə 12 rayondan. hər rayon 12 kənddən ibarət idi. Hər bir əyalətin sərhədləri müəyyən edildi. Azərbaycanın şimal sərhədi Dərbənd, cənub sərhədi Həmədana qədər urtardı. Xilafət dövründə Azərbaycanın paytaxtı Marağa şəhəri idi. Hər bir əmirliyin başında xəlifə tərəfindən təyin edilmiş əmir dururdu. Bütün mülki və hərbi işlər onun əlində idi. Əmrin rəhbərliyi ilə müxtəlif vəzifələri icra edən məmurlar aparatı yaradıldı. Amil – vergilərin toplanmasına nəzarət edir. Qazi- məhkəmə işlərinə baxırdı. Yerli əyanlar əvvəlki imtiyazlardan məhrum edilib, idarə işlərinə buraxmırdılar. Ona görə də yerli feoddallar ərəblərin siyasətindən narazı qalaraq onlara qarşı olan üsyanlarda iştirak edirdilər. Sonralar ərəblər qoşunlarının təşkilində islamı qəbul etmiş yerli əhalidən (Mövlalardan və hətta xristianlardan (zimmi) istifadə edirdilər).

Ərəblər Azərbaycanın Ərdəbil, Marağa, Beyləqan, Bərzənd, Dərbənd, Bərdə, Naxçıvan kimi strateji əhəmiyyətli şəhərlərdə hərbi dəstələr saxlayırdılar. Bu hərbi dəstələrdən yerli əhalinin baş verən üsyanlarını yatırmaq üçün istifadə olunurdu. Qarnizonda yerləşən dəstələr nəinki hərbi xidmət göstərir, eləcə də təsərrüfat işlərinə baxır, tabeliklərində olan ərazilərə nəzarət edir, müqavilədə nəzərdə tutulan vergilərin toplanmasına, mükəlləfiyyətlərin yerinə yetirilməsinə göz olurdular. Qarnizonların saxlanılması onsuz da Xilafətin ağır vergi boyunduruğuna düşmüş yerli əhalinin üstündə idi.

Ərəblər işğal etdikləri ərazilərdə öz hakimiyyətlərini qoruyub möhkəmlən-dirməkdən ötrü köçürmə siyasətindən istifadə edirdilər. Həmin dövrdə Azərbaycana Ərəbistan çöllərindən çoxlu sayda ərəb əhalisi köçürüldü. Bunu Azərbaycanın müxtəlif ərazilərində “Ərəb” adları ilə başlanan çoxlu kənd adlarının qalması sübut edir. (Şamaxı,Ağsu, Kürdəmir)

Xilafətin şimal hüdudlarının möhkəmləndirilməsi xəlifələr tərəfindən həyata keçirilən köçürmə siyasəti ilə müşayiət edildi: özlərindən əvvəlki işğalçıların (iranlıların və b.) yolu ilə gedən ərəblər böyük miqdarda ərəb əhalisini həmin vilayətlərdə məskunlaşdırdılar. Azərbaycanın münbit torpaqları, gözəl təbiəti çox yerdə sərt iqlim şəraitində yaşayan ərəbləri cəlb edir, öz yerlilərinin burada xəlifə qulluğunda olmasından istifadə edənlər axışıb Azərbaycana gəlirdilər. Mənbələrin (əl-Bəlazuri, İbn əl-Fəqih və b.) məlumatına görə hələ "Əli ibn Əbu Talib (656-661) əl-Əşas ibn Qeysi Azərbaycana hakim təyin etdikdə... o, Ərdəbildə əta və divan siyahısına salınmış ərəblərdən yerləşdirdi... Ərəblər Azərbaycanda məskən saldıqda, onların Kufədən, Bəsrədən və ġamdan olan qohumları da buraya axışdılar. Hər biri bacardığı qədər torpaq zəbt etdi, bir hissəsi isə əcəmlərin torpağını satın aldı. Kəndlər həmin ərəblərin himayəsinə keçdi, belə ki, ərəblər onları müdafiə etməli idilər, kəndlilər isə ərəblərin yardarına çevrildilər".

Ərəblərin Azərbaycana köçürmə siyasəti IX yüzilin birinci rübünə qədər davam etdi. Ancaq Harun ər-Rəşidin dövründə baş qaldıran və əl-Məmun dövründə ən yüksək zirvəsinə çatan xürrəmilər hərəkatı, eləcə də bir çox ərazilərin Xilafət tərkibindən çıxması ərəb tayfalarının Qafqaza mühacirətinə təsir etdi və nəhayət, onu tamamilə dayandırdı. Bu tayfalar haqqında indi yalnız müasir Azərbaycanın bəzi yaşayış məntəqələrinin həmin tayfalar üçün ümumi olan "ərəb" sözünün qaldığı adları xəbər verir məsələn, Ərəbkeymuraz, Ərəbhacı, Ərəblər, Ərəbuşağı, Ərəbşahverdi, Ərəbbəsrə, Ərəbocaq və b.).

Azərbaycan işğal olunduqdan sonra münbit və yararlı torpaqların xeyli hissəsi Xilafətin mülkiyyəti elan olundu. Azərbaycanda torpaq üzərində mülkiyyətin 5 forması mövcud idi.

Feodal torpaq mülkiyyətinin əsas növlərindən biri dövlət torpaqları idi. Belə torpaqlar divani və ya xəlifə torpağı adlanırdı. Vəfat etmiş və ya vəzifəsindən çıxarılmış məmurların mülklərinin müsadirə edilməsi hesabına və ya satınalma yolu ilə tədricən artan bu torpaqlar böyük gəlirlər gətirirdi. Belə torpaqların idarəsi üçün bir neçə divan təsis edilmişdi.

Geniş yayılmış torpaq mülkiyyəti formalarından biri iqta (sözün ilkin mənası – payla.dırma, kəsilib ayrılma, pay) idi. Bu kateqoriya torpaqlar Abbasilər dövründə daha geniş yayılmı.dı. İqta hüququ adamlara orduda göstərdiyi hərbi hünərə və sədaqətli xidmətə görə dövlət tərəfindən verilirdi. İqta 2 cürə -icarayə verilən və bağışlanan olurdu. bağışlanan iqta (təmlik) şəxsin tam mülkiyyətinə keçir və irsən ötürülürdü. Bu növ iqta adətən becərilməmiş və ya varisi olmayan sahiblərin ölümündən sonra başsız qalmış torpaqlardan verilirdi; ikinci kateqoriya irsən keçməyən icarə iqtası idi. Belə torpaq payları adətən hərbiçilərə verilirdi. İqta sahibləri hərbi mükəlləfıyyət daşımır, əvəzində vergi ödəyirdilər. Bununla yanaşı, onlar öz torpaqlarında yerləşən kanalları, yolları və körpüləri təmir etməli idilər.

Mülkiyyət formalarından biri də vəqf torpaqları idi. Bu torpaqlar Məkkə və Mədinə kimi müqəddəs şəhərlər üçün, din uğrunda mübarizlər və şəhidlər üçün nəzərdə tutulurdu. Bu torpaqlar müsəlman dini idarələrinin ixtiyarında idi. Vəqv “Allahın mülkiyyəti hesab edildi. Bu torpaq icrayə verilə bilər, lakin nə satılıb -alına, nə də xüsusi mülkiyyətə keçirilə bilməzdi.

Mülk torpaqları - Azərbaycanda yerli feodal əyanlarının irsi ixtiyarında olan və mülk adlanan xüsusi torpaq sahələri vardı. Bundan başqa, mərkəzi hökumətin həvəsləndirməsi və köməyi ilə "ölü" torpaqların dirçəldilməsi və bataqlıqların qurudulması, həmin torpaqların əkilməsi onların sahiblərinə tam sahiblik hüququ verirdi. Mülk torpaqlarının digər mənbəyi dövlət torpaqlarının satın alınması idi. Məmurlar və vəsaiti olan digər Şəxslər xəlifə mülklərini (dövlət torpaqlarını) əldə edərək, onların daimi sahiblərinə çevrilir və bu torpaqlardan nisbətən sabit gəlir götürürdülər. Bu kateqoriyadan olan torpaqların sahibləri əlavə vergilər verməli və torpaqlarından keçən kanalların bərpası xərclərini ödəməli idilər. Mülk kateqoriyası Xilafətin yarandığı ilk gündən mövcud idi. Mülk torpaqlarını alıb-satmaq, özgəyə bağışlamaq, irsən vermək olardı. Bu torpaqların sahibləri hərbi xidmətdə olmurdular.

Torpaq mülkiyyəti formalarından biri də icma torpaqları idi. Kəndlərdə əhaliyə məxsus əkin yerləri, biçənəklər, otlaqlar, meşələr və s. icma torpaqlarına aid idi. Əs-lində xəzinəyə gələn gəlir də bu torpaqlardan alınan vergilər idi.

Beləliklə, Azərbaycan ərəblər tərəfindən işğal edildikdən sonra yerli torpaq sahibləri öz müstəqilliklərini tamam əldən verərək. ərəb üsul-idarəsindən asılı vəziyyətə düşdülər. İşğalçı ərəblər tutduqları ölkələrin feodal ağaları ilə tez bir zamanda ümumi dil tapsalar da, özlərini onlardan həmişə ayırırdılar.

Ərəblər başqa məsələlərdə olduğu kimi, sasanilərin vergi qaydasını bəzi dəyişikliklər etməklə saxladılar. Əməvilər dövrünə qədər (661) vergilər nisbətən yüngül idi. Əsas vergi növləri xərac və cizyə idi. Müsəlmanlardan cizyə alınmırdı. Əhalidən Xüms (beşdə bir) və zəkat (sədəqə)vergisi də alınırdı.

Xəlifə Əlinin dövründə vergilərin toplanmasında ədalətli siyasət yeridilirdi. Əli İbn Əbutalib deyirdi ki, diqqəti xəracı yığmağa deyil, toppağın əkilib, becərilməsinə vermək lazımdır.

Əməvilər dövründə (661-750) dövlət xərac toplanmasına böyük diqqət yetirir-di. 725-ci ildə xəlifə Hişamın əmrinə əsasən Azərbaycanda əhali, mal-qara, torpaq siyahıya alındı. Bu məqsədlə o, öz sərkərdəsi Haris ibn Əmri Arrana göndərdi. Moisey Kalankatlının məlumatına görə, ağır vergi qoyulmasına səbəb olan bu yeni siyahıyaalma "adamları, mal-qaranı və bütün ölkəni elə köləlik boyunduruğuna saldı ki, sonrakı ildə Arranda dəhşətli aclıq başladı". Yeni vergilər tətbiq edildi.

15 yaşdan yuxarı əhali vergi verməli idi. Vergilərin ağırlığına dözə bilməyən kəndlilər kəndlərdən kütləvi şəkildə gedirdilər. Onların torpaqlarını isə feodallar mənimsəyirdi .Əməvilərin yeritdiyi bu siyasət onlara qarşı böyük narazılıqlar yaratdı və 750-ci ildə onları Abbasilər əvəz etdilər (750-1258). Abbasilər əsasən yerli feodalların nüfuzundan istifadə edirdilər. Vergi qayda-sında yeni dəyişikliklər qoyuldu. Torpaq əkilib-əkilməməyindən asılı olmayaraq vergi verilməli idi. Zimmilər (xristanlar) daha çox vergi verirdilər.

VIII əsrin ortalarında hakimiyyətə gəlmiş Abbasilər Azərbaycan və Arranın vergi verən əhalisinin vəziyyətini heç də yaxşılaşdırmadılar. Moisey Kalankatlının sözlərilə desək, "Abbasilərin hakimiyyətə gəlişi ana yurdumuz Albaniya üçün böyük fəlakət idi, çünki taciklər (yəni ərəblər - N. V.) öz iyrənc qarətçilikləri ilə alban işxanlarından paytaxtımız Bərdəni aldılar və öz səltənətlərinin köhnə paytaxtı Dəməşqdə olduğu kimi indi də Alban torpağında -Bərdədə iqamətgah qurdular ki, torpağın bol nemətlərini sovursunlar".

Təxmini hesablamalara görə Azərbaycandan Xilafətə ildə 8 milyon dirhəmə yaxın vergi ödənilirdi.

Azərbaycan tacirləri təkcə Xilafətə tabe olan ölkələrlə deyil, həm də başqaları ilə ticarət əlaqələri saxlayırdılar. Çoxsaylı tacirləri Azərbaycana təkcə malların bolluğu, gözəlliyi, alverin rəvan getməsi deyil, həm də ucuzluq cəlb edirdi. Azərbaycan şəhərləri Xilafətlə Şimal-Şərqi Avropa və Asiya ölkələri arasında ticarətdə vasitəçilik edirdi. Daxili və dünya bazarlarındakı ticarətdən Azərbaycan tacirləri xeyli mənfəət əldə edir və gəlirin bir hissəsini dövlətin xəzinəsinə verirdilər. Ərəblər Bizansın Qara dənizdən keçən əsas ticarət yolunun istiqamətini dəyişərək, onu Şərqə-Xəzər dənizi tərəfə ke- çirtdilər. Ərəblərin Ön Qafqazdakı bütün ticarət yollarının kəsişdiyi Bərdə Şimalla tranzit ticarətinin mərkəzinə çevrildi.

Erkən Orta əsrlərdə (VII-IX) Xilafətdə və ona tabe olan ölkələrdə sosial-iqtisadi, siyasi və mədəni sahələrdə baş verən dəyi- şikliklər öz əksini mədəniyyətdə də tapırdı. Ümumi islam mədə- niyyətinin zənginləşməsində Xilafətə tabe olan bütün xalqların az və ya çox dərəcədə payı var idi. Kargüzarlıq işlərinin ərəb dilində aparılması Xilafətin inzibati və dövlət idarələrində çalışan azərbaycanlı məmurları məcbur edirdilər ki, ərəb dilini mükəmməl öyrənsinlər. Ona görə də tədricən milli-etnik sərhədlər zəifləyirdi. Dini mənsubiyyət əsas amilə çevrilirdi. Azərbaycandan onlarla istedadlı gənc Ərəb Şərqinin mədəniyyət mərkəzlərinə təhsil almağa gedirdi. Azərbaycanın Ərdəbil, Marağa, Təbriz, Şamaxı və s. iri şəhərlərində təhsil ocaqları, kitabxanalar, məscidlər, əzəmətli abidələr yaranmaqda və inkişaf etməkdə idi. VII-IX əsrlərdə Azərbaycanda ədəbiyyat, hüquqşünaslıq, təbiətşünaslıq, riyaziyyat, astronomiya, maddi mədəniyyət, elm və fəlsəfi fikir, tarix, memarlıq və şəhərsalma və s. inkişaf etməkdə idi. “Albanların tarixi” əsərinin müəllifi Musa Kalankatlı Alban hakimi Cavanşirin müasiri idi. Əsər 3 hissədən ibarət idi: I kitab Bibliya tarixindən başlayır və IV fəsildən başlayaraq Albaniyanın real tarixinin şərhi verilir. II kitab VI əsrin ortalarından VIII əsrin əvvəllərinə qədər baş verən hadisələrlə tamamlanır. III kitabda ərəblərin tarix səhnəsinə çıxması, Cənubi Qafqaza hücumları və bu ərazilərə sahib olmalarından bəhs edilir. Kitab X əsr hadisələrinin şərhi ilə başa çatır. “Kitabi-Dədə Qorqud” dastanı Xilafətin hakimiyyəti dövründə formalaşıb başa çatmışdır. 59 Bu qəhrəmanlıq epopeyası IX əsrin əvvəllərində ərəb dilinə tərcümə edildi və İslam mədəniyyətinin dəyərli incisinə çevrildi. Azərbaycanın ilk ərəbdilli şair və yazıçılarının yaradıcılığı VII-VIII əsrlərə təsadüf edilir: Dəvdək, Musa Şəhavət, İsmayıl ibn Yaşar, onun oğlu Məhəmməd və b. Bu dövrdə şəhərlərin hamısı qala divarları ilə əhatə edilmişdir. Şəhərlərdə saxsı borular vasitəsilə su şə- bəkəsi və kanalizasiya qurğuları yaradılırdı. İnşaat sənətinin yeni xüsusiyyəti bişmiş kərpic hörgü texnikasının təkmilləşdirilməsi idi. Azərbaycan memarlığında günbəzli tikililər VIII əsrə qədər geniş yayılmışdı. Bərdə şəhəri yaxınlığında Tərtər çayı üzərində çaylaq daşından hörülmüş körpü və Qazaxda Əskipara kəndi yaxınlığındakı dağda monastr kompleksi Xilafət dövrü memarlığının ən səciyyəvi nümunələridir.

Ərəblər Azərbaycanda və başqa işğal etdikləri ərazilərdə öz hakimiyyətlərini möhkəmlətməkdən ötrü islam dinindən istifadə edirdilər. Onların Allahın vahidliyini və bütövlüyünü qəbul edən, onun göndərdiyi müqəddəs kitabların (Quran, Tövrat İncil, Zəbur) müqəddəsliyinə inanan insanlara hörmətlə yanaşırdılar. “Müqəddəs kitabları”olmayan qalan dinlərə və təriqətlərə sitayiş edənləri təqib edirdilər.

Azərbaycanda ərəb istilasına qədər əsas din zərdüştülük və xristianlıq idi. Cizyənin ağırlığı onları məcbur edirdi ki, islam dinini qəbul etsinlər. Bütpərəstlərə qarşı (o cümlədən xristianlığı qəbul etməmiş bütpərəst albanlara və Azərbaycanın bütpərəst türk əhalisinə) zor işlədən ərəblərin "əhli Kitab"ı xristian və yəhudilərlə yanaşı, "əhli Kitab" hesab etmədikləri atəşpərəstlərə də işğalın ilk dövründə iltifat göstərmələri daha çox siyasi baxımdan, yəni Qafqazın Bizansa qarşı mübarizədə mühüm strateji əhəmiyyəti ilə də izah olunur. Lakin çox keçmədən islam bütpərəstliklə yanaşı, atəşpərəstliyi də aradan götürdü. Tədqiqatçıların fikrincə, Allah qarşısında bütün müsəlmanların bərabərliyini elan edən yeni ideologiya Sasani imperiyasının qeyri-iranlı əhalisi, o cümlədən azərbaycanlılar arasında daha tez yayıldı. Tarixçi əl-Bəlazurinin məlumatını şişirdilmiş fakt kimi qəbul etməsək, Cənubi Azərbaycan əhalisi artıq xəlifə Əlinin dövründə (656-661) islamı qəbul etmiş, Quran oxuyurdu.

Yeni din Muğan, Mil, Xəzər sahili, Kür-Araz çayları sahili boyunca və şəhərlərdə daha sürətlə yayılırdı. Xristianlığın daha geniş yayıldığı dağ və dağətəyi rayonlarda islama qarşı müqavimət güclü idi. Uzun illər keçməsinə baxmayaraq Azərbaycanın dağlıq əraziləri –xüsusiilə Dağlıq Qarabağda xristian dini əvvəlki mövqeyini saxlaya bildi. Bundan istifadə edən erməni kilsəsi yerli əhalini öz təsiri altına saldı və əhalinin həm dilində, həm də mənsubiyyyətində dəyişikliklər baş verdi.

Yeni dinə iman gətirənləri "muminuna", yəni "möminlər", Allaha inamla yeni dini qəbul edənləri - təslim olanları ("əsləmə") isə "muslimuna" - müsəlmanlar, yəni "təslim olmuşlar, tabe olmuşlar" adlandırdılar.

Beləliklə, ilk ərəb işğalından keçən təqribən üç əsr ərzində bütün Azərbaycan əhalisinin əksəriyyəti islamlaşdı, azərbaycanlılarla yanaşı, ərəb işğal dairəsinə düşmüş qonşu xristian xalqları isə öz əvvəlki dinlərini saxladılar; bunun əsas səbəbi Azərbaycan ərazisində - həm şimalda və həm də cənubda, dini etiqadca bütpərəst və atəşpərəst olan qeyri-xristian albanların, türkdilli və irandilli tayfa və xalqların üstünlük təşkil etməsi idi.

Xilafətin soyğunçu vergi siyasəti və məmurların özbaşınalığı Azərbaycan xalqının narazılığına və üsyanlara səbəb oldu. 748-ci oldə Beyləqanda Vard İbn Səfvanın başçılığı ilə qüvvətli üsyan başladı. Üsyançılar Beyləqan şəhərini ələ keçirərək ərəb əmirini əsir alıb, məhbusları azad etdilər. Üsyançılar sonra Bərdə üzərinə hərəkət edərək ərəb qoşunlarını darmadağın etdilər.

748-750-ci illərdə üsyan bütün Cənubi Qafqazı bürüdü.

752-ci ildə Şəmkirdə belə bir üsyan baş verdi. Üsyanlar Şəməkirdə olan Ərəb qüvvələrini məhv etdilər.

710-ci ildə hakimiyyətə gələn Abbasilər xilafət ərazilərində, o cümlədən Azər-baycanda baş verən üsyanları qan içində boğdu.

Azərbaycanda azadlıq mübarizəsinin parlaq səhifələrindən biri ərəb xilafətinə qarşı 60 ildən artıq davam etmiş xürrəmilər hərakatıdır.Xürrəmilər cəmiyyətdəki bütün ədalətsizliklərin kökünü sosial bərabərsizlikdə görürdülər. Onların şüarı torpağı və digər istehsal vasitələrini xalqın ixtiyarına verməkdən, kəndliləri və sənətkarları feodalların əsarətindən azad etməkdən ibarət idi.

Azərbaycanın istiqlaliyyətini bərpa etmək, onu yadellilərin işğallarından qurtar-maq xürrəmilərin əsas idealı idi.

Xürrəmilər islamın ehkamlarını rədd edir və göstərirdilər ki, dünya daim möv-cud olduğu kimi, insanların ruhu da əbədidir.

Dünyada iki qüvvə -xeyr və şər arasında fasilıəsiz mübarizə gedir, həm də xey­rin şərə qalib gələcəyi labüddür.

Xürrəmiləri ərəblər “müxəmmurə”( qırmızı geyinənlər), farslar “Surxaləm” (qırmızı bayraqlılar) adlandırırdılar.

Tədqiqatçılar “Xürrəm” sözünün mənşəyi haqqında müxtəlif fikirlər söyləyirlər.

Məsələn. IX –X əsr müəlliflərinin fikrinə görə, bu söz Ərdəbil yaxınlığında olan Xürrəm adlı yaşayış məntəqəsinin adı ilə bağlıdır.

“Xürrəm “ termininin Məzdəkin arvadı Xürrəmənin adı ilə bağlı olduğunu söyləyənlər də vardır.Güya Məzdəkin ölümündən sonra onun qadını Xürrəmə Məda-indən Peyə qaçmış və burada ərinin təlimini təbliğ etmişdir. “Xürrəm” sözü fars dilində “Sad, xürrəm” kimi izah edilir.

Akademik Z. Bünyadov göstərir ki, xürrəmilər atəşpərəst idilər. O, “Xürrəm” sözünün pəhləvi : dilində “ xur –od , xvar - günəş anlamında olduğunu göstərir.

Xürrəmilərin ilk çıxışları 778-ci illərdə xəlifə Mehdi dövründə baş vermiş-dir.Tarixçi Nizam əl-Mülk göstərir ki, 778-ci ildə Çurqan batinləri Xürrəmilərlə birləşə-rək Xilafətə qarşı çıxış etmişdir. Əbul-Bərra və onun oğlanlarının başçılığı ilə Reyə tərəf hərəkət edən üsyançılar məğlubiyyətə uğrayırlar.

Xürrəmilər hərakatı IX əsrin əvələrində dahada genişlənir. Bu dövrdə xürrəmilərin rəhbəri Cavidan ibn Səhl idi. O, Ərdəbil feodalı olmaqla böyük qoyun sürülərinin sahibi idi. Üsyan 808-ci ildə başlamışdır və 816-cı ilə qədər zəif də olsa davam etmişdir. 816-cı ildə Əbu İmranla döyüşdən sonra Cavidan vəfat edir və Xür­rə­milərin rəhbəri Babək olur.

Babək Cavidanın ən yaxın silahdaşı olmuşdur. Cavidan Babəkə Zəncandan qayıdarkən Bilalabadda rast gəlmiş və qardaşı Abdulla ilə birlikdə öz dəstəsinə cəlb etmişdi.(Təbəri)

Sonralar xürrəmilərin rəhbəri olan Babək özünü əsl xalq rəhbəri, görkəmli sərkərdə, siyasi xadim kimi göstərə bilmişdir. Azərbaycanın hər yerindən Babəkə qoşulmağa gəlirdilər və tezliklə onun 20 min nəfərlik üsyançı qoşunu təşkil olundu. Babəkin ən yaxın köməkçiləri xalq içərisindən çıxmış istedadlı sərkərdələr –Asim, Muaviyə, Abdulla, Tərxan, Rüstəm və başqaları idilər. Xürrəmilər 819-cu ildən 827-ci ilə qədər Xilafətin 6 böyük ordusunu darmadağın etmişdilər.

819-cu ildə xəlifə əl-Məmun (813-833) xürrəmilər əleyihinə Yəhya İbn-Müazin başçılığı altında böyük qoşun yeritdi. Bərdə yaxınlığında Xürrəmilər ərəb qoşunlarını darmadağın etdilər. 821-ci ildə Babək xilafətin yeni bir ordusunu məğlub edərək Bərdə, Beyləqan, Naxçıvan, Ərdəbil şəhərlərini düşməndən azad etdi.827-ci ildə Xürrəmilərə qarşı məşhur sərkərdə Məhəmməd İbn Humeydin başçılığı ilə böyük qoşun göndərildi. İki il hazırlıqdan sonra 829-cu ilin iyunun 3-də Həşdadsər dağında xürrəmilərlə həlledici döyüşə girdi. Lakin Babəkin hərbi qüdrəti nəticəsində düşmən böyük itki verərək məğlub oldu. Düşmənin 150 minlik qoşunundan 30 mini, o cüm-lə­dən sərkərdə Hümeyd öldürüldü. Xürrəmilər 830-cu ildə böyük strateji əhəmiyyəti olan Həmədan şəhərini tutdular.

833-cu ildə hakimiyyətə gələn Əl.Mötəsim üsyançılar üzərinə İshad İbn İbrahi­min başçılığı altında yeni qoşun göndərir. 833 cü il dekabırın 25-də Həmədan yaxın­lığın­da şiddətli döyüş başladı. Bu döyüşdə Xürrəmilər ilk dəfə ağır məğlubiyyətə uğradılar. Üsyançılar böyük itki verdilər.

835-ci ildə Heydər İbn Kavus Afşinin rəhbərliyi altında yeni Ərəb qoşunları Azərbaycana göndərildi. Babəkin xalq ordusunu daxilən pozmağa çalışan Afşin cəsusluq və fitnəkarlıqdan daha çox istifadə edirdi. Xürrəmilər hər qarış torpaq uğrunda mərdliklə vuruşurdular. Üsyançılar vuruşa-vuruşa Bəzz qalasına çəkildi­lər. Bu­nunla belə üsyançılar xilafət ordularına rahatlıq vermirdilər. 836-cı ildə Buğa əl-Kəbirin qoşunlarını Həstadsər dağı yaxınlığında məqbul edərək bir neçə sərkərdəsini öldürdülər.

837-ci ildə xilafətdən Afşinin köməyinə iki böyük ordu göndərildi.Avqusda Afşin Bəzz qalasını mühasirəyə olur. Bu vaxt Bizans imperatoru - Babəkin müttəfiqi Feofil 100 minlik qoşunda ərəblər üzərinə hücuma keçsə də, Bəz qalasında mühasirədə olanların taleyinə heç bir təsir göstərmədi.

837-ci il avqustun 26-da Bəzz qalası süqut edir. Bu döyüşlərdə ərəblər 100, üs­yan­çılardan isə 80 min nəfər həlak olmuşdu. 7600 nəfər əsir alındı, onların içərisində Babə­kin 17 oğlu və 23 qızı da var idi.

Babək gizli yolla Bəzz qalasından çıxaraq ölkənin şimal torpaqlarına üz tutur. Şunik torpaqlarının hakimi Səhl İbn Smbat xəyanət edərək Babəki ərəblərə təslim edir.838-ci il martın 14-də Babək Samirə (İraq) şəhərində edam edilir. Qardaşı Ab­dulla da Bağdada işgəncə ilə edam olunur.

İşgəncənin dəhşətinə baxmayaraq Babək və Abdulla ölümə əzmlə sinə gərdilər, mərdliklə əbədiyyətə qovuşdular. Babəkin adı Azərbaycan xalqının istiqlaliyyəti uğrunda mübarizəyə çevrildi. Xürrəmlər hərakatının məqbul olmasına baxmayaraq çox böyük tarixi əhəmiyyəti olmuşdur. Bu hərakat xalqın əsl azdlıq hərakatı idi. İllərlə davam edən mübarizə Ərəb xilafətini maddi və mənəvi cəhətdən xeyli zəiflədi. Bu hərakat digər xalqların da azadlıq mübarizəsinə təkan verdi. 838-840-cı illərdə Təbəristanda Məzyər Kəbirin başçılığı altında Xilafət əsarətinə qarşı güclü azadlıq hərakatı başladı.Onlar da Babəkin şuarları altında çıxış edirdilər.

IX əsrin 30-cu illərin sonu-40-cı illərin əvvəllərində Varsanda, Bərdədə, Mərənddə, Kür-Araz vadisində güclü çıxışlar oldu. Əbu Musanın başçılığı ilə Kür-Araz vadisindəki üsyançılar Qarabağda dağlar üzərində ucalan Ktiç qalasında mübarizə aparırdılar. Qala 200 minlik ərəblərlə mühasirəyə alınmışdı. Bir il ərzində qalaya 28 dəfə hücum oldu. Sərkərdə Buğa hiylə işlətdərək Əbu Musa başda olmaqla digər rəhbərləri danışıq aparmaq üçün öz qərargahına dəvət etdi və girov götürərək Xilafətin paytaxtına göndərdi. Üsyan çətinliklə yatırıldı. Orta əsrlərdə istiqlaliyyət uğrunda mübarizələr Xilafəti sarsıtdı və əvvəlki mövqeyini bərpa edə bilmədi. IX əsrin 2-ci yarısından etibarən asılı ölkələrdə, o cümlədən Azərbaycanda bir sıra müstəqil dövlətlər meydana gəldi. Xilafətə tabe olan iri dövlətlərdə milli-azadlıq hərəkatları başlandı. Beləliklə Xilafətə qarşı bu üsyan və hərakatlar IX əsrin sonlarında Xilafətin dağılmasına gətirib çıxardı.



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin