Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7.78 Mb.
PDF просмотр
səhifə91/115
tarix25.04.2017
ölçüsü7.78 Mb.
1   ...   87   88   89   90   91   92   93   94   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

507 


Toyun Ağabəyin evindəymi, yoxsa anamgildə çalındığını bilmirəm, onu da bilmirəm ki, toyda nə 

qədər adam olub. Vacib də deyil, yada salıb yaraların közünü qoparmağa nə hacət? ...Bəli, toy 

çalınır, gəlini (anamı) gətirirlər bəy evinə. 

Təbiətən utancaq olan anam elə ilk gündən evdə elə qayda, sahman yaradır ki, atam müsəlman 

ailəsinin qadına və təzə gəlinə münasibətlə bağlı bütün şərtlərini və etiketi unudaraq, heyranlığını 

dilə gətirir və əlavə də edir ki, onun bəxti gətirib, necə deyərlər, doşab alıb, bal çıxıb.  

Sonralar anam onun bu tərifini xatırlayırdı. Bu xatirələr üçün qarşıda o qədər illər vardı ki... 

Atam öz məmnunluğunu, heyranlığını təkcə sözlə yox, cürbəcür bahalı hədiyyələrlə, üzüklər, 

parçalar, dəbli tuflilərlə... bildirirdi. Onun necə səxavətli olduğunu Gəncədə bilməyən yoxdu. O 

xoşbəxt günlərdə arvadına aldığı sırğalardan sonralar anam çox danışacaqdı. 

Deyirlər, xoşbəxtlik tez ötüb keçir. İstəsən də, o günlərin sevincini tutub saxlaya bilmirsən.  

Toydan 18 gün sonra xəbər yayılır ki, 11- ci Ordunun hissələri Bakını tutublar. İlk baxışda, 

sevinməyə dəyərmiş, amma nədənsə, bu xəbər çoxunun ürəyinə xal salır. Şəhərin hörmətli 

adamları bulud kimi qaralırlar. Deyirdilər, məsciddə molla da baş verən hadisələrdən səsində 

gizlədə bilmədiyi kədərlə danışır, axırda da deyirmiş: 

- Allah özü köməyimiz olsun! 

Ancaq sonrakı günlərin hadisələri göstərir ki, Allah bəndəsinin bu yalvarışını eşitmir. Bir neçə 

gün Bakıda ayaq döyən ordu hissələri Qərb istiqamətinə tərəf hərəkətə başlayır.  

Bakıdan bir-birindən həyəcanlı xəbərlər gəlir. Qanuni hökumət devrilir, parlament buraxılır. 

Nəinki buraxılır, hətta deyirdilər, kim hara istəyir getsin... Yox... bundan sonra kimin kim olduğu 

aydınlaşır. Qısası, son iki ildə xalqın taleyini həll edənlərin kimliyi araşdırılır... Dəqiq bilmirəm, 

amma deyirdilər, hətta fövqəladə hallar üzrə komissiya yaradılıbmış, onlara şübhəliləri dəqiq 

yoxlamaq tapşırılıbmış. Darmacalda bu məsələləri necə həll etməli? Deyirlər, aralarında bir 

ağıllısı təklif edir ki, yaxşı, sonra haqq-hesab çəkilər. Belə də qərara alırlar ki, hərəkət etmək 

lazımdır... Qətiyyətlə, amansız... 

Gecələrin birində, atam əmin olanda ki, gənc arvadı bərk yatıb, ehtiyatla qalxıb, mətbəxə keçir, 

tünd çay dəmləyib içir. Başını əlləri arasına alıb bir xeyli orada oturur...  

...Atam yoxsul ailədə doğulmamışdı. Babam Kəblə Zeynal Gəncədə hörmət-izzət sahibiydi. 

Adlı-sanlı Azadxanovlar nəsli Gəncənin binəsini qoyanlardan sayılırdı... Həmin dövrdəsə, 

Gəncədə Azadxanovlar elə də çox qalmamışdılar. Bir yandan, çox da yaxın qohum deyildilər, 

amma təbii ki, bir kökdəndilər. Bununla belə, bir-birindən uzaq da qaçmırdılar, lazım olanda bir-

birinə əl tutur, arxa dururdular.  

Kəblə Zeynalın Gəncənin cənub-şərq hissəsində torpağı vardı, kəhrizlərin bir qismi onun 

payıydı, son vaxtlar, cani-dildən olmasa da, ticarətlə məşğul olurdu, dövr eləydi ki, bu işi də 

bacarmaq lazımdı.  

Əttarlar məhləsinə yaxın yerdə, şəhər bazarının yaxınlığında, əsas məscidin həndəvərində 

kərpicdən evi vardı. Subaylıqda üst qatda ikinci mərtəbədə 5 otaq, qulluqçulara da alt mərtəbə 

geninə-boluna bəs edirdi. Yaxşı arabaları olsa da, Kəblə Zeynalın faytonu yox idi. Kəblə Zeynal 

tənbəl, nərmənazik adam deyildi. Səhərin gözü açılandan ayaq üstə idi.  

Böyük oğlu uşaqlıqdan ticarətə həvəsli idi. Yaşıdları aşıq-aşıq oynayanda, o, alış-verişlə, pul 

qazanmaqla məşğul olurdu, qəpik-qəpik də olsa, həmişə qazancı vardı. Böyüdükcə parça 

ticarətinə keçdi. Heç kəs onunla atlasın, mahudun rəngi, keyfiyyəti məsələsində mübahisəyə 

girişməzdi.  


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

508 


Atası bazarın girişində kərpicdən tikilmiş rahat, geniş bir yer almışdı, rəflərdə səliqə ilə cürbəcür 

parça rulonları tağlanmışdı, alver gündən-günə genişlənirdi. O vaxtdan oğlunun dükanına baş 

çəkmək, arxa otaqda oturub ilkinin arşınla işləməsinə göz qoymaq Kəblə Zeynalın sevimli 

məşğuliyyəti olmuşdu. Ancaq dostları başqa fikirdəydilər; Kəblə Zeynal elə də sevinmirdi, 

əksinə, oğlunun belə xırda işlə məşğul olmasından darılırdı. Hər halda, bəy nəslindən idilər. 

Dükana onun yanına söhbətə gələn dostları Kəblə Zeynalın hərdən başını bulamasını da hiss 

edirdilər. Gəncəlilərin adətidir, bir şeydən çox narazıdılarsa, başları sağa-sola yırğalanır. Səssiz-

sözsüz həmin adamın ürəyindən keçəni oxumaq çətin deyil; gör bir neylədin, mən sənə elə 

inanırdım... 

Deyirlər, ilki dünyaya gələndə Kəblə Zeynal bir xeyli ona ad tapa bilməyib... Ad qıtlığı deyildi, 

şükür Allaha, müsəlman dünyasında nə çox ad; İbrahim, İsmayıl, Yusif, Musa, İsa, Əli, Hüseyn, 

Şərq əfsanə və dastanlarının qəhrəmanları - Rüstəm, Maqsud, Zöhrab, Fərhad, Nəbi... Və əlbəttə 

ki, Məhəmməd... 

Di gəl... uşağın qırxı çıxanacan uşağa ad tapa bilmirlər. Bir gün Kəblə Zeynalın dostları gəlirlər 

uşağı görməyə. Plov yeyib, çay içəndən sonra, keçirlər körpə olan otağa. Kəblə Zeynal uşağın 

nənnisinə əyiləndə, uşaq birdən atasının barmağını tutur və gülümsəyir... Bu gözlənilməz 

hərəkətdən karıxan Kəblə Zeynal gülür və deyir: 

- Məsti! 

Bəlkə də Məstan deyib, ancaq yanındakılar Məsti başa düşüblər.  

Böyük əmim doxsan yaşacan yaşadı, ancaq heç övladları da bilmədilər ki, atalarının əsl adı 

nədir? Anketlərdə belə də yazdılar - Məsti.  

Bizim Gəncədə birinə bir ad, ayama yapışdırdılarsa, o adamın əsl adı yaddan çıxır. Yadımdadır, 

bir oğlanı Mostan çağırırdılar (qaranquşun dalınca körpüdən çaya tullanmışdı). Öləndə 

başdaşında da Mostan yazdılar.  

Kəblə Zeynal inanırdı ki, ikinci oğluna daha yaxşı tale yazılıb; ağıllı, dilavər (Gəncədə ona 

Qırmızı Həsən deyirdilər), sözü adamın gözünün içinə deyərdi. Gəncədə beləsinə yaxşı 

baxmırdılar. Realnı məktəbi uğurla bitirmişdi. Heç 18 yaşı yox idi, di gəl ki, ağsaqqallar onun 

sözünün qabağında söz demirdilər, oxumamış da ən çətin məsələləri asanlıqla yoluna qoymağı 

bacarırdı... Çəkmirdi, içmirdi, başqa xoşagəlməz işləri də yox idi. Qədərincə çalışqan, qədərincə 

təmkinli... 

Atam Həsən ağadan altımı - səkkizmi yaş kiçik idi. Ən kiçik əmim Əhəd anadan olanda Məstinin 

20 yaşı vardı. Əhədin gəlişini gözləməyiblərmiş, ancaq bir halda ki, gəlib, fikirləşiblər ki, qoy 

yaşasın da...  

Nə isə... Bakıda on birinci ordunun Azərbaycan xalqını köləlikdən və tamamilə məhv olmaqdan 

xilas etməsi xəbəri atamı yaman həyəcanlandırmışdı. Əgər ordu xalqı qanuni parlamentdən və 

hökumətdən xilas edirdisə... deməli... yox... burda nə isə var. Deyək ki, xalq da var, bu xalqın 

hökuməti də. Onun yaxşı, ya pisini necə təyin etmək olar? Bu suallardan baş açmaq mənə çox 

çətindi. Məsələn, niyə bu, atamı sıxırdı, yuxusunu əlindən almışdı? 

...Köməyimə böyük qardaşım çatdı, elə bil, hər şeyi bilirdi, hər şeyi gözü ilə görmüşdü. 

- Ayə, sən nə sadəlövh adamsan? Doğrudan sənə elə gəlir ki, bizim atamız qulluqçu, ya özgə 

dükanında prikazçik idi? Dayan, sözümü kəsmə! Sənsiz də bilirəm ki, sən nəyi bilirsən, nəyi 

bilmirsən... səbrini bas, diqqətlə mənə qulaq as... 

...Atamız bəy oğlu idi. Bizim tərcümeyi-halımızda utanmaz-utanmaz yazdığımız kimi, hansısa 

bir kontorda mirzə olmayıb. Tutaq ki, bizi başa düşmək olardı. Əvvəla, sən doğrudan da 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

509 


bilmirdin, atamız kim idi, nəylə məşğul idi. Deyək ki, buna görə sənin vicdanın, demək olar ki

təmizdir. Bəs mən?.. Səncə, sənin bildiklərindən çox şey bilən mən neyləyə bilərdim?.. 

Sözünə ara verib qalxdı, girəcəkdə asılmış paltosunun ciblərini eşələdi, əliboş qayıtdı. 

- Siqaret burdaymış ki, stolun üstündəymiş ki, mən də gedib ciblərimi axtarıram... Deyə 

bilməzdin?.. 

 

Bu pauza ilə sanki qardaşım bir daha əmin olmaq istəyirdi ki, görsün mənə təfərrüatlaracan hər 



şeyi danışmağa dəyərmi? Siqareti də nəzakət xatirinə araya saldı.  

- Otuz doqquzuncu ildə, 15 yaşım olar-olmaz, qohumlarımızdan biri məni işə düzəltdi. 37-də 

nələr olmuşdu, bunu sən bilirsən. Yəni yadındadır. Mən qarajda işləməyə getdim, çətin deyildi, 

monometrlə təkərlərin təzyiqin ölçürdüm. Məsələ işdə deyildi. Bir dəfə məni kontora çağırdılar. 

Otaqda əyninə, cibləri üstdən olan yaşılımtıl rəngli pencək geymiş bir kişi oturmuşdu. Sonralar 

harada işlədimsə, hər yerdə bu yaşıl frençliləri gördüm.  

Mənə tərcümeyi-halımı yazdırdılar. Bəli, oturdum nə lazımdı yazdım. Həmin kişi kağızı alıb 

oxudu, qaş-qabağını töküb acıqla dedi: 

- Yox, belə yox, əzizim, yaz ki, valideynlərin kim olub, inqilabacan nəylə məşğul olublar, 

qohumlarından xalq düşməni yoxdur ki? Yoxsa ki, anadan oldum, oxudum. Qardaş, biz hamımız 

haçansa doğulmuşuq, nəyisə oxumuşuq.  

İnanmazsan, belə deyəndə bir balaca qızardı da... Çətin ki, hardasa oxumuşdu... Nə isə... 

Yazdığımı zibil qutusuna tullayıb təzə kağız verdi... 

Təzə yazdığımı da bir xeyli oxudu, ilişməyə bir şey tapmayıb, kağızı qovluğa qoymaqdan başqa 

əlacı qalmadı, başını buladı, yəni, rədd ol... Mən tez aradan çıxdım. Sonra uzun illər də belə 

yazdıq: atam qulluqçudur, müxtəlif sovet müəssisələrində işləyib, xaricdə və həbsdə 

qohumlarımız yoxdur... 

Qardaşım əlindəki sönmüş siqareti tulladı, cibindən əl dəsmalını çıxardı: 

- Bir çay olsaydı... 

Çay dəmlədim, gilas və əncir mürəbbələri gətirdim.  

Burda kiçik bir ekskurssuz keçinmək olmayacaq.  

Atam gimnaziyada oxumuşdu. Moskvada universitet kurslarına cəhd etmişdi, amma 

alınmamışdı... Gəncəlilərin bəzisi deyirdi ki, atama uzaqda oxumaq gərək deyildi, onsuz da gözəl 

bildiyi şeyləri təzədən öyrənməyinə ehtiyac yoxdu. Bəziləri kinayəylə gülsələr də, qısaca 

deyirdilər ki, hamı oxumaz ki... Bəziləri də deyirdi ki, 1914-cü ildə başlanan cahan müharibəsi 

günahkardı. Azərbaycanlı ailəsində müharibə nə deməkdi, məlumdu, xüsusən qadınlarçün. 

Oğlunu uzaqbaşı Mahaçqalaya, ya Krasnovodska yola salan ana yalvarıcı səslə mütləq belə 

deyirdi: "Qadan alım, ehtiyatlı ol, özünə aid olmayan işə qarışma, davaya baş qoşma". Müharibə 

başlayandan az sonra atam Gəncəyə qayıdıb. Əvvəl qardaşlarına kömək edib. Böyük qardaşının 

tapşırığıyla Bakıya, Tiflisə, Moskvaya gedib mal almaq üçün danışıqlar aparır. Hər səfərdən 

qabaq qardaşlardan ciddi tapşırıqlar alan atam - hansı mehmanxanada qalmalı, harada yeməli, nə 

vaxt kiminlə görüşməli, mümkün qədər az xərcləməli və s. - bu nəsihətlərdən, göstərişlərdən çox 

tez bezir. Onun dəbdəbəli, firavan həyata meylini bilən əmilərim atamı onsuz da tez-tez 

qınayırdılar. 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

510 


1917-ci ilin məşhur fevralından sonra şimalda yeni qayda-qanun yeritməyə başlayırlar. Sən 

demə, buna çoxdan hazırlaşıbmışlar. Saysız-hesabsız partiyalar, qruplar, təşkilatlar və s. və i. bir-

birini eşitmir, hərə öz sözünü deyir.  

Azərbaycanda isə hamı gözləyir ki, bütün bunlar nə vaxt, necə bitəcək.  

Bir dəfə atam əmiuşaqlarından biri ilə görüşür və bu görüş onun taleyini dəyişir.  

Xoş-beşdən sonra əmioğlu atama deyir:  

- İsmayıl bəy, bizə savadlı, enerjili cavanlar gərəkdir. Bizə - yəni xalqımıza. Kənardan kömək 

gözləməyə dəyməz. Bütün məsələləri özümüz yoluna qoymalıyıq. Xalqımızın gələcəkdə necə 

yaşayacağı bandan asılıdır. Səni yaxşı tanıyıram, İsmayıl bəy. Gizlətmirəm, bu, təşkilatımızın 

tapşırığıdır. Səni də Gəncədə tanımayan yoxdur. Biz azərbaycanlıların əlinə fürsət düşüb; öz 

qayğımıza özümüz qalmalıyıq. Nə deyim, uşaq deyilsən, özün başa düşürsən, tale bizə fürsət 

verib, biz ondan ləyaqətlə istifadə etməliyik.  

İlk vaxtlar atam notariatla torpaq məsələləri ilə məşğul olur, həm də hüquq-mühafizə idarəsinə 

rəhbərlik edir. Məktəblər açılırdı, soyğunçuluq və xuliqanlığa qarşı mübarizə edirdilər. Yaxın-

uzaq dövlətlərlə əlaqə qururdular.  

Bir sözlə, qardaşımın danışdığı vaxtlarda biz atamın nə ilə məşğul olduğunu bilmirdik. Amma 

mən bir şeyi yaxşı bilirəm: nə edir-etsin, harda işləyir-işləsin, o pis işləyirdi, o qədər pis işləyirdi 

ki, qanun qarşısında cavab verməli idi, amma buna imkan olmadı. Hələliksə... 

20-ci ilin yayında görünməmiş istilər düşmüşdü. Bir həftə əvvəl rus hərbçiləri gəncəlilərin 

müqavimətini qırıb şəhərə girmişdilər. Altı günlük qarışıqlıqdan sonra nisbətən sakitlik idi. 

Həyətlərə baş soxan əsgərləri qocalar da indi başqa cür qarşılayırdılar; üzlərində təbəssüm, əl 

açıb, yəni, Allah şahiddir, hərçənd gözləmirdik, daha neyləmək olar, gəlmisiniz də, - 

səslənirdilər.  

- Çay qoyun, bir bax gör qazanda nə var. Qonaq gəlib! 

Əsgərlər də həvəslə oturub çay içər, pendir-çörək yeyərdilər. Çox az adam rusca bilirdi, əsgərlər 

də azərbaycanca bilmirdilər. Rus-tatar məktəbində, gimnaziyada oxuyanlar hərdən köməyə 

gəlirdilər.  

- Ayə, soruş gör hardan gəliblər? 

Çox şey soruşa bilərdilər. Məsələn, günün-günorta çağı dəvətsiz özgə həyətinə soxulan bu qəribə 

adamlar Gəncədə çoxmu qalmaq niyyətindədirlər? Amma sakit həyatlarını alt-üst etmiş bu 

adamlardan heç bir müsəlman bunu soruşmazdı; qonaq – qonaqdır, lap rus olsa da, adətlərimizi 

bilməsə də... Amma, hər halda, dilimizi bilsəydilər, öyrənsəydilər, maraqlı olardı.  

Acıdil Həsən ağa bir dəfə deyirmiş ki, ruslar səhərlər at arabalarını qaladüzü tərəfə çapır, günorta 

geri, məscidin yanına gətirirdilər; işsizlikdən sərələnib qalmasınlar deyə... 

Hələ bu əsgərlərin oxuduqları mahnılar Gəncənin küçələrini başına alırdı. Kiminə onların 

oxumaqları hətta xoş gəlirdi. Balacalar da əsgəri addımlarla küçələrdən keçərək oxuyurdular. 

Bəzilərininsə xoşu gəlmirdi, bəlkə rus dilini bilir - mahnının sözlərini başa düşürdülər, ondandı?! 

 

Paravozumuz irəliləyir,  



Dayanacaq kommunadır.  

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

511 


Başqa yolumuz da yoxdur,  

Əlimizdə vintovkadır.  

 

Belə mahnılardan narazı olanlar haqlıydılar; kiminsə əlində silah olmasında yaxşı nə vardı ki?.. 



Mahnı - öz yerində, elə dəstələr də vardı ki, oxumurdular, onların silahı tapançaydı, qəfil peyda 

olur, uzun-uzadı danışmadan, qətiyyətlə hərəkət edirdilər. Və bu dəstə üzvləri arasında bəzən 

tanış üzlər, köklü gəncəlilər də gözə dəyirdi. Düzdür, özlərini elə aparırdılar ki, guya yerlilərini 

tanımır, azərbaycanca bilmirlər. Qazdan ayıq gəncəlini aldatmaq olar? 

- Ayə... sən o keçəl İsrafilin oğlu Həsənqulu deyilsən? Turac kimi başını niyə qovzayırsan? 

Dünən bazardan zənbilini daşımağa hazır olan, bu günsə yanı qoburlu bu hökumət adamları ilə 

belə rəftarın axırı yaxşı olmayacaq. Gəncəlilər bu qənaətə gəlirdilər. 

İndi isə bu adamlar dinməz-söyləməz Gəncənin küçələrindən keçir, hansı evə girmək lazım 

olduğunu yaxşı bilirdilər. Eyni qətiyyətlə də evlərdə şkafları, komodları eşələyir, yorğan-döşəyi 

tökür, özlərilə nə isə, ələlxüsus kitabları, yazılı vərəqləri götürürdülər. Düzdür, apardıqlarının 

yazılı siyahısını da çıxarırdılar. Bəzən kitab tapmayanda, gözlərinə dəyən qiymətli nə varsa, qızıl 

boşqab - filan da götürürdülər. Məsələn, Məşədi K. ziyarətə gedəndə aldığı boşqabı aparmışdılar. 

Məşədi K. qızıla görə heyifsilənmirdi; boşqabda müqəddəslərin şəkli həkk olunmuşdu. Kəblə F.-

nin evindən də kağız yox, arvadının qır-qızılını, kəhrəba boyunbağısını aparmışdılar. Hərdən də 

başlarını əyməklə sanki deyirdilər ki, narahat olmayın, biz ki, sizin rahatlığınız və 

təhlükəsizliyiniz üçün çalışırıq! Gedəndə, bir qayda olaraq, ev yiyəsini də aparırdılar. Hər 

ehtimala qarşı, həmişə də savadlıları, ləyaqətlə durmağı bacaranları, boylu-buxunluları seçirdilər; 

belələri təhlükəliydi. Belələri ya qoca, ya da naxoş olanda qayğıları artırdı.  

Yeni hakimiyyətin qayğıları onsuz da az deyildi. Evlərə girmək, axtarış aparmaq, şübhəliləri 

aparmaq bir yana, tutulanları yerləşdirmək, yedirtmək, mühafizəsini təşkil eləmək də xeyli qayğı 

idi. Gəncə həbsxanası babamın evinin üç addımlığındaydı... Kameralara 30-50 adam saldın, bəs 

qalanlarını... Kiminsə ağlına zirzəmi gəlmişdi. O zaman Gəncədə hər bir evin zirzəmisi vardı.  

Daha Gəncədə müəzzinin səsi eşidilmirdi, bazar meydanı boşalmışdı. Belə günlərin birində atam 

ən yaxşı kostyumunu geyir, sevimli əsasını götürür. Təbii ki, anam mane olmaq istəsə də, dillənə 

bilmir; müsəlman ailəsində arvadın kişinin işinə qarışmasına yaxşı baxılmırdı. Üstəlik, anamın 

bu evə gəldiyi bir ay deyildi. Atamsa fikirləşirdi ki, iynə deyiləm ki, ot tayasında itəm, gec-tez, 

nə olacaqsa-olsun. Ölmək ölməkdi, xırıldamaq nə deməkdi. 

Gün qüruba əyilsə də, küçədə şübhəli bir şey dəymir gözünə; əsasını yelləyə-yelləyə şəhərin 

mərkəzinə yol alır.  

Kəblə Zeynalın ölümündən sonra atam və qardaşları bu evi satıb, ayrı-ayrı evlər almaq fikrinə 

düşdülər. Bu işlə Həsən ağa məşğul oldu. Şəhərin mərkəzində kərpicdən tikilmiş üç ev tapdı. 

Evlərin ən böyüyü Məstiyə düşdü, böyük qardaşdı, 3 uşağı vardı, birini də gözləyirdilər. Yaxşı 

evdi, 4 otaq yuxarıda, 4 zirzəmi aşağıda, geniş eyvanı, küçə qapısına açılan dəhlizi...  

Həsən ağaya 3 otaqlı ev düşdü, eynilə Məstinin evi kimi, şüşəbəndli eyvanı; həyətin başında 

üzümlüyü... Yenə də zirzəmili, ikiotaqlı ev o zaman subay olan atama düşdü. Əhəd əmim Həsən 

ağa ilə qalırdı, onların hələ uşaqları yox idi. Xülasə, bu evlər də zirzəmi axtarışında olanların 

diqqətini çəkmişdi. Atam şəhərə çıxan günün səhərisi evimizin qapısında hərbçilər peyda 

oldular.  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

512 


...Əvvəl yolun təxminən bir yüz metrini qəribə, əsəbi gərginliklə keçdi. Hərdən tanış-biliş gözə 

dəyirdi, onlar da nədənsə başlarını aşağı salıb tələsik keçirdilər. Elə bil adamları dəyişmişdilər. 

İsmayıl bəy bir-iki mağazanın vitrini qarşısında ləngiyir, şəhər bankının yanından aramla keçir, 

amma kəlmə kəsməyə bir adam tapılmır... 

Şəhərdə cırıldayan araba peyda olmamışdan bir ay əvvəl Bakıdan bir nəfər gəlmişdi. Gəlmişdi 

deyəndə ki, evə gəlməmişdi... Bir axşam qonşunun oğlu gəlib atama deyir ki, bir yad adam onu 

görmək istəyir, deyəsən, Bakıdandır. Atam küçəyə çıxır, görür, yolun o biri üzündə ucaboylu bir 

kişi durub siqaret çəkir. Atam yaxınlaşanda kişi dönüb şəhərin mərkəzindən əks səmtə gedir, başı 

ilə atama işarə edir. İyirmi-otuz metr aralanandan sonra kişi sakit, təmkinli səslə deyir: 

- İsmayıl bəy, məni Nağı bəy göndərib - əminiz oğlu. O dedi ki, yaxşı olar siz şəhərdən, 

ümumiyyətlə, Azərbaycandan gedəsiz. Burda qalmağınız ailəniz üçün təhlükəlidir. Nağı bəy sizə 

nə lazımsa kömək edəcək. Ancaq vaxt çox azdır.  

Sonra atamın getməli olduğu ünvanı deyib. 

- Bir də... Nağı bəy xahiş edir ki, onu bağışlayasız, sizi bu işə qarışdırmaqda heç bir pis niyyəti 

olmayıb. Bir də dedi ki, onun vicdanı sizin də, xalqının da qarşısında təmizdir.  

İndi şəhərin boşalmış küçələrindən keçə-keçə atam yenə də inanmırdı ki, ona və ailəsinə nə isə 

ola bilər. Elə ona görə də Arazın o tayında rahatlıq axtarmağa tələsən tanışlarını qınayırdı. Allah 

köməkləri olsun! Hər kəsin borc, şərəf, Vətən qarşısında məsuliyyət anlayışı fərqlidir.  

Hamı çıxıb getməmişdi ki... Vaxt keçdikcə İsmayıl bəy görürdü ki, görüşmək, restorana getmək 

üçün ləyaqətli, abırlı adamlar hələ qalıb.  

İsmayıl bəy iyunda ata olacağını düşünüb gülümsədi. Kaş oğlu olaydı, özü də ikisi, matros 

köynəyi geyindirib balacaları şəhər bağına gəzməyə aparaydı... 

Bu fikirlərlə gəlib Gəncəçayın sahilindəki gürcü restoranına necə çatdığını bilmədi. Şəhərin 

azərbaycanlılar yaşayan hissəsi ilə ermənilər yaşayan, gəncəlilər demiş, ikinci hissəsini 

birləşdirən körpünün yaxınlığındakı bu restorana çathaçatda yan qapıdan çıxan bir adam 

diqqətini çəkdi, daha doğrusu, üz-üzə gəldilər. İsmayıl bəy hiss etdi ki, bu qəfil görüşdən alınan 

həmin adam istədi özünü görməməzliyə vursun, sonra fikrindən daşındı, əl verməsə də, 

salamlaşdı. Əslində, elə də yaxınlıqları yoxdu. Bununla belə, İsmayıl bəy başını tərpətməklə 

salamı aldı. Restoran sahibinin yaxınıydımı, şərikiydimi-nəyiydimi, bilmirdi, hər kimdisə, tez-tez 

onun tanımadığı adamlarla salonda görünürdü.  

Gəncədə məşhur olan bu restoranın sahibi yerli ermənilərdəndi - Manuk. Baş aşpaz da aşağı 

məhəllədən kababçı Qatsvosun oğlu Samvel idi, Şalva deyirdilər. Ofisiant Sulikonun əsl adı 

Surendi, bura 2-3 il əvvəl Moskvadanmı, Peterburqdanmı gəlmişdi. Orada məşhur restoranlardan 

birində işləyirmiş. Manuk onu Gəncəyə gətirmək üçün xeyli tərləməli olmuşdu. Qalan hər şey 

gürcüsayağı idi; çox nəzakətli xidmət, əla musiqiçi üçlüyü, müğənnilər, gürcü qəlyanaltıları - 

lobya, sasivi, kələm və s... Nə isə...  

- İsmayıl bəy, restoran bu gün işləmir. Heyif, getdi o günlər... Sizə hörmətim var... yoxsa 

qarışmazdım. Suliko əhvalatı yadınızdadı, yəqin. Sizin vəziyyətdən elə cəld çıxa bilməyinizi 

hamı bəyənmişdi. O vaxt Suliko həyatıyla risk eləyirdi.  

- İsmayıl bəy, sizi izləyirlər, sarıbığ, alçaqboy adamdan ehtiyatlı olun, yerlidir, bilmirəm, 

ermənidir, ya müsəlman, sizi istəməyənlərdəndir. Bir də, Suliko onların adamıdır. Sağollaşanda 

günahkar səslə: - Bəy, mənim adımı çəkmək lazım deyil, - dedi... 

Səhərigün atam anamın xatirinə günortayacan evdə oturdu. Azadxanovları işsiz, bekar, tək 

oturan kim görmüşdü ki? O gün də anama olanlardan-keçənlərdən danışdı, köhnə jurnalları bir 


1   ...   87   88   89   90   91   92   93   94   ...   115


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə