Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə89/115
tarix25.04.2017
ölçüsü7,78 Mb.
#15742
1   ...   85   86   87   88   89   90   91   92   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

492 


-Onda televizoru açım, - Tampo dodaqaltı mızıldanıb düyməni basdı. 

Asta musiqi səsi yayıldı. 

-Mən getdim. 

Tampo üzünü qapıya sarı çevirərkən Gionun titrək səsi onu dayandırdı: 

-Tampiko… 

-Hə… - Tampo dönmədən ona tərəf boylandı. 

-Onlar harada yaşayırlar, Tampo? Onlar… da… - Gio gözlərini naməlum bir yerə zilləyib güclə 

eşidiləcək səslə mızıldandı. 

Tampo özünü itirdi, onun nə demək istədiyini tələsik fikrində götür -qoy etdi. 

-Kimləri soruşursan? 

-Onları … da… dünənkiləri… - barmaqlarını şıqqıldadaraq utancaq tərzdə soruşdu. - O da… 

ucaboy… yadındadı? İkincisi də əsmərdi, dedin e: iştahaçandı. Hə-ə… o dünən yanımızdan 

keçən cütlük… Doğrudan xatırlamırsan? 

Tampo gülüməsdi, çox da dərinə getmədən ağlına ilk gələni dedi: 

-Nə bilim… Məncə, metronun üstündəki evdə yaşayır. 

-Metro? – deyə Gio soruşdu, - hansı? Bizim stansiyanı deyirsən? 

-Deyəsən, bizim metro… Hə, məncə bizim metro, - deyib Tampo yenıdən qapıya tərəf 

addımladı, lakin Gio yenidən onu saxladı. 

-Bə-ə-ə… Sən… təsadüfən sən bilmirsən onlar bir-birinin nəyidir? 

-Bir-birinin? – Tampo bir saniyəlik fikrə getdi, - məncə heç nəyi… görünür, heç nəyi. Ola bilsin 

ki, rəfiqədirlər. Tələbə yoldaşına bənzəyirlər, yə¬qin bir otaqda kirayədə yaşayırlar. 

Gio susub qəmgin düşüncələrə daldı. Üzünə kədər qondu. Yenidən gər¬ginliklə barmaqlarını 

şaqqıldatmağa başladı. 

Dəhlizdə dayanmış Tampo əlini uzadıb qapını açmaq istədi, birdən dö¬nüb yatağa yaxınlaşdı və 

qardaşının yanında oturdu. 

-Qızlar xoşuna gəlib? – deyə təbəssümlə soruşdu. 

Gio utandı və başını razılıqla tərpətdi. 

-Daha çox hansı? Hə, hə, de görüm… - Tampo əl çəkmədi və barmaqlarını qardaşının 

qabırğalarında gəzdirib qıdıqladı. 

Gio qəh-qəhə çəkdi. 

-Hə, de görək, hansı? Hansı xoşuna gəlib, hə? – Tampo qardaşından əl çəkmir, qıdıqlamaqda 

davam edirdi. 

-Hi-hi-hi, hi-hi. -Gio qəşş eləmişdi. – İkisi də… ikisi də xoşuma gəlir! 

Bir anlıq aralığa sükut çökdü, hətta çaşqınlıq yarandı. Bir dəqiqə sonra Gio canını dişinə tutub 

səssizliyi pozdu. 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

493 


-Bu… 

-Hə? 


-Sən çağıra bilməzsən… onları, ee… dünənkiləri? Çağıra bilməsən, hə? 

-Haraya? – Tampo təəccüblə soruşdu. Gio böyrü üstə donub, yumaq kimi yumuldu, bir az bu 

vəziyyətdə qalıb yavaş-yavaş açılışdı və arxası üstə uzanıb bikef-bikef mızıldandı: 

-Buraya… Bizə… Haraya olacaq? Çay içməyə. 

-İkisini də? Tamponun səsindəki şıltaq notlar yoxa çıxmışdı. 

Gio bir az da sıxıldı: 

-Hə-ə… Bilmirəm necə deyim… 

-De gəlsin… 

-He-ç olmazsa… birini. 

-Sarışını? 

Gio yenə fikrə getdi: 

-Hm… Bilirsən, Tampino… yaxşısı budur o birini… ucaboyu, hə? 

Tampo güldü: 

-Siz bir bu arvadbaza baxın… bu şorgözə baxın… Məni bağışlayın, demə bunun ucaboy qızlar 

döşünə yatırmış… Ucaboy, hə? – Yenə mehrıbanlıqla əlini qardaşının başına çəkdi. Sonra ayağa 

qalxıb səhərdən artıq neçənci dəfə qapıya yönəldi. Çıxmamışdan əvvəl bir də dönüb Gioya baxdı 

və gülümsədi: 

-Əgər onu tapa bilsəm, bilirəm ona od qoyacaqsan… 

-Tap onu, xahiş edirəm, Tampo, tap… çox xahiş edirəm, … - Gionun səsindəki yalvarış nidaları 

Tamponun ürəyini ağrıtdı: 

-Axtarmaq lazımdır… Yaxşı, axşama qədər döz… Əgər tapa bilsəm əgər… 

-Sən çalış, Tampo… çalış da?.. – Gio yataqda büzüşdü və Tampo ca¬vab verdi: 

-Yaxşı. 

 

***  



 

 

Son illərin bir-birini əvəz edən cansıxıcı günlərindən biriydi: Tampo Plexanov küçəsini əldən 



salmışdı, hər dəlmə-deşiyə baş vurmuş, doqquz dəfə dövrələmişdi. Heç nə! Xüsusi bir əda ilə 

siqareti siqaretə calayır, alıcı quş kimi dördbiryana göz qoyurdu. Köhnə tanışlarını – xırda-xuruş 

köşklərində alver edən satıcıları əl işarəsiylə salamlayırdı. Bəzilərinin önündə dayanıb laqqırtı 

vururdu. Müsahibləri məmnuniyyətlə qeybət mübadiləsinə girişir¬dılər: Tamponu tanıyanların 

hamısı onunla bölüşməyə mütləq bir şey tapırdı. Haqqına demək lazımdır ki, o gün bir az fərqli 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

494 


dündü, əvvəlki günlər kimi deyildi: başqa şeylərlə yanaşı, o həm də bir cüt qızı axtarırdı! Bir cüt 

qızı axtarırdı? Bağışlayın, o kimi axtara bilərdi ki… Axı nə o ucaboy, qarasaçlı qız, nə də onun 

rəfiqəsi sarışın, dolu və cazibədar qız yerli-dibli mövcud deyildi. Yox, elə düşünməyin ki

Tamponun fantaziyası əsassızdır. O cütlüyə bənzər qız prospektdə itə tök idi, Plexanov küçəsi 

elə qızlarla qaynayırdı, lakin bu qeyri-adi, qeyri-adi nədir, axmaq təkliflə müraciət etmək üçün 

üz-gözdən olmalıydı. Hə-ə… deyəsən, bu işin öhdəsindən gələ bilməyəcəkdi. Kimsə Tamponun 

könlünü qəpik-quruşla aldı, kimsə saqqıza qonaq etdi və çənəsini iştahla oynada-oynada 

qoltuğunda qəzetlər şəstlə meydana tərəf addımladı. Lakin Gionun əsən çənəsi, yalvarışlı 

baxışları gözünün önündən getmir, ürəyini ağrıdırdı. Evdən çıxarkən məhz yataqda qoyub 

gəldiyi qardaşı hafizəsinə bu görkəmdə həkk olunmuşdu. Meydana daxil olan Tampo köhnə 

dostlarını: qovrulmuş günəbaxan tumu satanları, əyyaşları, dilənçiləri, əlaçanları salamladı. 

Kiminsə hətta yanağını çimdiklədi. Bütün bu cəmiyyət üzvlərindən heç kimin xətrinə dəyməyib. 

Elton Conun «One» mahnısını fitləyə-fitləyə daban aldı səfirlik səmtə. Çathaçatda hay-küy 

qulağını dəldi: həmişə olduğu kimi səfirliyin ətrafı Rusiya vizası almaq istəyənlərlə dolu idi. Bir 

müddət səs-küyə diqqət kəsildi, qulağına çatan bəzi qırıq-qırıq ifadələr onun üçün bir maraq kəsb 

etmədiyindən uğuldayan kütlənin çevrəsində gəzindi, ağzındakı saqqızı şişirdərək bir müddət 

səfirlik binasının divarlarını bəzəyən mozaikanı nəzərdən keçirdi. Nəhayət, elə bir iri qovuq 

şişirtdi ki, partlayıb üz-gözünə yapışdı. Əksəriyyət başını çevirib Tampoya baxdı və onun cəld 

hərəkətlərlə ağ maskasını təmizləməsi sürəkli gülüşlərilə müşayiət olunurdu. 

Tampo yerə girməyə hazır idi, amma özünü o yerə qoymadı. Cəld yaxınlıqdakı bir mağazanın 

güzgülü vitrininə tərəf qaçdı, üzünü vitrinə yaxınlaşdırıb yapışqan kütləni ehtiyatla və 

tələsmədən qoparmağa başladı. Bu iş xeyli vaxtını aldı. Üzü əvvəlki şəklini alandan sonra 

rahatladı, arxaya bir addım atıb bir daha başdan-ayağa özünü süzdü. Bu vaxt Gionun sifəti 

gözünə göründü və elə bil ürəyinə neştər soxdular. Birdən yerində dondu, gözləri işıldadı və 

arxaya çönüb götürüldü. Tələsirdi, sanki beyninə saplanmış bir fikir onu qovurdu. Qulağında 

qatıqsatan qadınların çağırış fəryadları əks-səda verirdi. Yolüstü evlərdən birinin balkonunda 

yekəqarın kişi at kimi burun pərələrini gərib maşın tüstüsünün hələ zəhərləmədiyi səhər havasını 

ciyərlərinə çəkirdi. Süpürgəçilər yoluq süpürgələri ilə ciddi-cəhdlə səki və yolları az qala 

qazıyırdılar. Metro stansiyasının yanından keçəndə yenə Gionun üzü yadına düşdü və qanı 

qaraldı. 

Dilinə niyə yiyəlik etmirdi axı – guya metronun üstündə kirayədə yaşayırdılar! Orada heç bir ev 

yoxdur, guya bilmirdi ki, orada redaksiya və ofislərdən başqa heç nə yoxdur. Axı kim onun 

dilindən dartırdı? Heç, kim dartmırdı – artıq neçənci dəfəydi ki, yazığın sönük həyatına rəng 

qatmaq üçün başını aldadırdı. 

Tamponun köhnə dostunun işlədiyi valyutadəyişmə köşkü göründü. Dostu Tamponu uzaqdan 

görüb əl işarəsi ilə çağırdı. Tampoya da elə bu lazım idi, tələsik köşkə yaxınlaşdı. 

–Qocalırıq, Tampo. Hə? – Valyutaçı əli cibində köşkdən çıxdı. Kəl başında iri tər damlaları 

işıldayırdı. Səhər olmasına baxmayaraq, demək ki, kiçik köşkün içi istiymiş. 

–Onu görməyəcəksən, - hərarətlə valyutaçıya baxıb ədayla hayqırdı və dikdaban ayaqqabısının 

üstündə fırlandı, - gördün, necədi? Bəlkə, sən özün haqqında deyirdin?.. 

Dəyiş-düyüşçü əlini yelləyib kinayə ilə gülümsədi: 

–Nədir, yoxsa əvvəlki kimi irəliyə-geriyə atılırsan? – deyə Tampoya sual verdi. Kişinin 

parıldayan dodaqları istehzalı gülüşdən əyilmişdi, lakin Tampo özünü o yerə qoymurdu. 

–Nə edim, görünür taleyim beləymiş, - deyib kürəyini sərin divara söykədi. Aralığa dərin sükut 

çökdü. 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

495 


–O vaxt dedim axı sənə… Sən də – yox ki, yox… valyutaçı keçmişdəki kimi üyüdüb tökdü. Hər 

görüşlərində bu mətni kiçik variasiyalarla dinləməli olurdu, ona görə də vecinə almadan 

qulaqardına vurdu. Dillənmədi. 

–Səncə, bu həyatdır, - çərənçi köynəyinin ən aşağıdakı düyməsini əlləşdirə-əlləşdirə elə dediyini 

deyirdi, - sən elə burnunu dart… Hə, nə əldə elədin? E-eh. Razılaşsaydın… 

–Nə olacaqdı? 

–Nə olacaqdı? Heç olmasa belə olmayacaqdı… 

–Bəs necə olacaqdı? 

–A-a-a! Əl çək. Nə olacaqdısa, daha olmayacaq. Uşaqlarımın anası olacaqdın, a-na-sı!.. Bax 

belə… İndi dilini çıxarıb prospektdə sülənmə¬yəcək¬din. İndi oturardın burada… rahat… başçı 

edərdim səni… Heç yadındadı, mə¬sələ necə olmuşdu, hə? 

Tampo kədərlə başını yellədi və metro stansiyasına tərəf baxdı. 

–Yadındadı, səni necə dilə tutmağa çalışırdım? – Dəyiş-düyüşçü gözlərini boşluğa zilləyib 

xatirələrə dalmışdı. Elə bil Tamponu da unutmuşdu. – Amma, yox! Bununla da iş bitdi. Bıçaq 

kimi kəsdin! Bir saniyə də fikirləşmədin… Halbuki, inanmırsan, bəzən nə düşünürsən: mənə 

tərəf diqqətlə baxmağa vaxtın yox idi, düzü bəlkə heç həvəsin də yox idi. Ətrafın dolu idi axı… 

həşərat kimi ətrafında uçuşurdular… Sürü ilə… Yadına mən düşürdüm? Bir də ki, o vaxt mən 

kim idim?... Heç kim… 

Tampo astadan içini çəkdi, metro binasından üzünü çevirib düz valyutaçının gözlərinə baxdı: 

–Heç kim, - öz-özünə danışırmış kimi mızıldandı, başa düşmək olmurdu, valyutaçıya cavab 

verirdi, yoxsa özünə. Dəyiş-düyüşçü gözlərini çəkdi. 

–Sən indi məni istəmirsən? Elə deyil? – Tampo gözlənilməz sual verdi. 

Valyutaçı donub anidən susdu: Tamponun sualı onu elə təəccübləndirdi ki, əlləri dirsəyə qədər 

qaz dərisi kimi qırmızı nöqtələrlə örtüldü. 

–İndi? 

–Hə… hə… indi… 



–Necə yəni? 

–Elə elə… arvadın kimi, əlbəttə! Başqa necə olur? – Tampo qımışdı. 

Valyutaçı asta-asta, ilanvurmuş kimi etiraz işarəsilə başını yellədi. 

–Bizim qatarımız ötüb gedib, Tampo, - kədərlə cavab verdi, başını əyib əllərini şalvarın 

ciblərinin dərinliyinə itələdi. 

Tampo nüfuzedici baxışlarını ondan çəkmirdi. 

–Yaxşı… Keçdi… Yox, demək, yox… Pul borc verməzsən… bir neçə gün¬¬lüyə? – Qısa 

fasilədən sonra soruşdu. 

-Nə qədər? – kişi çaşqınlıqla əlini cibindən çıxarıb keçəlində gəzdirdi. 

Tampo divardan çəkilib ona tərəf addım atdı. 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

496 


-Bilmirəm… iyirmidən-zaddan ata bilərsən… Ancaq çox da ola bilər. Qaytaracağam… Məni 

tanıyırsan, - dodaqaltı mızıldandı, əvvəlki şıltaq təbəssüm üzünə qondu. 

Valyutaçı darısqal köşkünə girdi. Bir neçə saniyə keçmiş tərli sifəti qapıda göründü. Birtəhər 

keçib Tampoya yaxınlaşdı, əlindəki iki onluğu ona uzatdı. 

-Olan elə budu… Hələ tezdi… Bir az sonra yaxınlaşsaydın… – Sıxılaraq səsini kəsdi. 

Tampo əskinasları dartıb onun əlindən aldı və yuxarı qaldırıb gün işığına baxmağa başladı. 

-Nə edirsən? – dəyişdüyüşçü incidi. – Arvadların ağlı olmaz!.. Saxta deyil!.. Buna bax, ağlına nə 

gəlir… Haçan görmüsən ki, mən… 

Tampo ona sözünü bitirməyə imkan verməyib parıldayan dodaqlarından elə bir yağlı bir öpüş 

aldı ki, kişinin gözləri kəlləsinə çıxdı. 

-Sağ ol, qardaş, sağ ol! – Əskinasları göydə oynadıb, arxasına bax¬ma¬dan bir tək özünə məlum 

olan yola düşdü. Ürəyi bərk-bərk çırpınırdı. ARTO bağını çox sevirdi və fikrini dağıtmaq üçün 

buraya gələrdi. Amma indi vaxtı yoxdu: tələsik yanından keçib getdi, heç başını çevirmədi də. 

Bankı və polis bölməsini arxada qoydu, bir dəqiqəlik pirojki dükanının qarşısında ayaq saxladı. 

Cibini qurdalayıb xırda pulları qazıyıb çıxardı və bir dənə «mtsxeti» pirojkisi aldı. Pirojki 

qaynardı, sarıdığı kağızla belə əli yandırırdı. Tampo dayanmadan kağızı qatlayıb ağzı yanmasın 

deyə, addımlarını yavaşıtmadan asta-asta yeməyə başladı. Dəmiryolçular Evinə çathaçatda 

yeməyini bitirdi. Yağlı kağızı yumurlayıb zibil qabına vızıldatdı və ətrafına boylandı. «Birja» 

boş idi. Köhnə uşaqlardan heç kim yox idi. Tampo onları görəcəyindən əmin deyildi: harada 

görünüb kimi, qardaşlar belə tezdən, səhər qarma-qarışıqlığında bayıra çıxsınlar. Yalnız 

göyərçinlər ətrafıa səpələnmişdilər və uğuldayaraq yerdən nəsə dənləyirdilər: yəqin ki, adamlar 

orada yüngülvari iz buraxmışdılar. Tampo dayanmadı, sürətini azaltmadan yoluna davam etdi. 

Tək bir yerdə – su içmək üçün fəvvarənin yanında ayaq saxladı. Lakin tanış apteki görüb içəriyə 

keçdi. 


-Xoş gördük, Luiz… 

-Tampo, sənsən? 

-Nə var, nə yox, Luiz? 

Satıcı ovcunu irəliyə uzadıb silkələdi: yəni heç nə yoxdur. 

-Hə, ticarət necə gedir? – Tampo nəzakət naminə soruşdu. 

-Eh, nə ticarətbazlıqdır… 

-Get a! İndi deyərsən ki, mən sənin ilk müştərinəm! 

-Elədir ki, var, - ağ xalatlı qadın başını yellədi. 

Qəfildən Tamponun canından elə bil qaynar dalğa keçdi, nədənsə aptekçinin yanında sıxılan 

kimi oldu. 

-Qulaq as… - Tampo allanmış sifətini gizlətməyə çalışaraq güc-bəla ilə dilləndi. – Bilirsən 

səndən nə istəyirəm… iki dənə, - adsız barmağıyla vitrinə toxundu. 

-Çiyələkli… və ya bananlı? – Luiza dirçəlib mənalı tərzdə bilərəkdən yüksək səslə, oktavanın 

«fa» səviyyəsində ötdü. 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

497 


-Fərq etməz, - deyə Tampo özüylə danışırmış kimi mızıldanıb cavab gözləmədən şüşə fəzadan 

götürüldü. Çox tələsirdi. Tezliklə şəkilli fəvvarəyə çatdı. Orada da su içib, alışan alnını yaş 

ovcuyla soyutdu və dönüb körpüyə sarı baxdı. 

Fahişələr artıq yığışmışdılar. 

 

***  


 

Tampo günorta evə girəndə gözləri yanırdı. Gio əvvəlki vəziyyətdəydi: yataqda oturub gözlərini 

sanki öz içinə, onu əhatə edən, yalnız ona məxsus boşluğa zilləmişdi. Televizorun ekranında 

yaraşıqlı, cazibədar ayaqlı qızlar şəffaf alt paltarlarında sındıra-sındıra var-gəl edirdilər. 

-Tampo – Gio bacısının vaxtsız gəlişinə təəccübləndi. 

Tamponun bu vaxt heç kimi evdə tapa bilməzdi. 

-Mənəm, Gio, fasiləyə gəldim, - deyə Tampo tələsik cavab verdi, nəfəsini dərməyə çalışsa da, 

Gio onun səsindəki gərginliyi hiss etdi. 

-Tapa bilmədin, hə? – Gionun səsində narahatlıq hiss olundu. 

Tampo stolun kənarında donub qaldı, bir müddət susub Gionun sö¬nük gözlərinin içinə baxdı, 

sanki onların dərinliyində nə gizləndiyini görmək istəyirdi. 

-Nə bildin ki, tapa bilmədim? 

Bayaqdan yatağında oturmuş Gio birdən yerində qurcalandı: 

-Demək istəyirsən ki, - inamsızlıqla dilləndi, sözünü bitirməyib susdu və qəfildən dəli bir ümidlə 

soruşdu, - doğrudan tapdın? 

-Bəs nə bilmişdin?! 

Ortalığa dərin sükut hakim oldu. 

-Hansını tapa bildin, - Gionun titrək səsi sakitliyi pozdu. 

-Hansını? 

-Yəni demək istəyirəm ki… hansını tapdın – ucaboylunu… yoxsa o birini, - Gio güc-bəla fikrini 

tamamladı, maraq utancaqlığa üstün gəldi. 

-Ucaboylunu, Gio, uca-boy-lu-nu…- Tamponun cavabı qabaqcadan hazır idi, - Həm də mən onu 

tapmadım… O özü məni küçədə saxladı. 

Gio qıpqırmızı pörtdü. 

-Özü…ü?! 

-Özü, özü… təsəvvür elə! – yalanın təsirindən Tampo həyəcanının boğa bilmirdi: əsl artistlər 

kimi yalandan özü də vəcdə gəlmişdi. 

-Söz-dü də deyirsən… - Gio inanmadı. 

-Bu nə deməkdir? – Tampo incidi, - eybi yox, baxarıq o gələndə nə deyəcəksən… 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

498 


-Gələcək? – Gio əməlli-başlı özünü itirdi. 

-Gələcək nə deməkdir? Başa düşmədim. Bunu sən istəmədin? İstəyirdin axı? – Tampo qızışıb 

Gioya çımxırdı. - Düz bir saatdan sonra bizə gələcək… bir saatdan sonra! Çay hazırlamalıyam. 

Yır-yığış etməliyəm. Sən də zəhmət çək yataqdan qalx. Dur, dur. Nədir, onu yataqda qarşıla¬ya-

caqsan? Məni biabr etmə… 

Tampo danışa-danışa şkafdan çay servizi çıxardı – bu servizdən indiyədək istifadə etməmişdi – 

süfrə açdı. İki nəfərlik. Sonra mətbəxə keçdi. Gio geyinməyə başladı. Şalvarının bir ayağını 

geymişdi ki, Tampo əlində çaydan otağa girdi. Cəld hərəkət etdiyi üçün istidən buğlanırdı. 

-Mən qaçıram… - dərindən nəfəs alıb təəlsik dilləndi. – İşin avand olsun… Hələlik… Yerdə 

qalanını özün bilərsən! 

-Gedirsən? – Gionun gərginlikdən boğazı qurumuşdu, ona görə də udquna-udquna soruşub 

şalvarının ikinci ayağını da geydi. 

-Hə, Gio… - Tampo çaydanı masaya soyub, yaş əllərini ətəyinə sürtdü. 

Gio susdu, ayağa qalxdı, əl havasına arabasını tapdı, özünə tərəf çəkib, oturdu. 

-Televizoru açıq qoyuram, - deyə Tampo davam etdi – hər halda, musiqidi də, qoy qalsın. 

Tampo qapıya sarı getdi. 

-Axı mən bilmirəm… 

-Nəyi?.. Nəyi bilmirsən, Gio? – Təəccübdən Tamponun cin təpəsinə vurdu, amma tez də özünü 

ələ aldı. – Bilməyəcək nə var ki… Əvvəlcə onu masaya dəvət et. Çay təklif et, çay için, ordan-

burdan söhbət edin. 

Yenə aralığa sükut çökdü. 

-Amma… nədən danışım, - Gio səssizliyi pozdu. 

Tampo fikirləşmədən cavab verdi: 

-Mən nə bilim, nədən istəyirsən… hər şeydən. 

-A… Bəlkə ondan danışım… o Basadən… Kvitsianidən… olar? – Gio təklif etdi. 

-Hə, heç olmazsa ondan, niyə də yox… - Tampo gülümsəyib razılıq verdi. 

-Bir də Timurdan… ondan da danışmaq olar, elə deyil, Tampo? Gecəqonduçuların onu silib-

süpürməyindən. 

-Olar, hər şey olar, - Tampo yenidən qapıya üz tutdu, amma çıxmağa tələsmədi. Dönüb arabada 

hərəkətsiz oturmuş qardaşına baxdı. Başını əymiş, çiyinlərini yığmış qardaşının görkəmi xoşuna 

gəlmədi. – Ağlına nə gəlsə danış, hər şeydən, Gio. O qonaqdır, başa düş… Sən ev sahibisən. Onu 

sən dəvət etmisən, söhbəti sən yönəltməlisən. 

-Hə, - Gio bir kəlməylə təsdiqləyib susdu. Tampo bu adəti onda çoxdan müşahidə etmişdi, vacib 

bir şey barəsində düşünərkən belə edərdi. 

-Gio, oldu… mən çıxdım… Bir saniyəm də qalmayıb! – deyib Tampo qapıdan çıxdı. Bilmək 

olmur, Gio bunu hiss etdi, yoxsa yox, otaq bir anda boşaldı, sanki heç o da burada deyildi, sanki 

televizordan musiqi səsi eşidilmirdi, heç masadakı çaydanın lüləyindən buxar havalanmırdı. 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

499 


-Guya mən bilirəm… Haradan bilim ki, - Gio pıçıldayıb gözlərini bağladı. 

 

***  



 

Tampo ayaqlarını sürüyüb evə qayıdanda şər qarışırdı. O, içəriyə girib halsız stula çökdü. 

Gio gözlərini telefizordan çəkməyib soruşdu: 

-Tampo, sənsən? 

Tampo cavab vermədi. Bir az oturduqdan sonra stuldan qalxdı, qarderoba yaxınlaşıb əynini 

dəyişdi. İşini həll edib oturdu. 

Gio əvvəlki kimi diqqətlə telefizorda deyilənləri dinləyirdi. 

-Nə deyirlər? – Tampo indi dilləndi və əlini uzadıb onun kilkə saçlarını oxşadı. 

Gio qımışdı və tələsmədən çiyinlərini çəkdi. 

-Amerikanı yerlə yeksan ediblər… bu gün… günorta! – gümrah səslə cavab verdi və üzünü 

Tamponun oturacağını ehtimal etdiyi səmtə çevirdi. Üzü işıqlanmışdı, aydın və son dərəcə sakit 

idi. 


-Amerikanı? – Tampo təəccüblənsə də, səsində daha çox laqeydlik hiss olunurdu. 

-Hə, təsəvvür et – Amerikanı… - Gio izahat verdi. – Təyyarələrlə… 

Tampo bivec-bivec əlini yellədi və sonra başına çəkdi: 

-Bir halda ki, deyirsən yerlə yeksan ediblər, aydın məsələdi ki, təyyarə ilə ediblər… nəylə 

edəcəklər ki?.. 

Bir müddət ikisi də susdu. 

-Yemək yeyəcəksən, Gio? – deyə Tampo soruşdu. Gio razılıq işarəsi ilə başını yellədi. 

Tampo güclə yerindən qalxıb otaqdan çıxdı. Bir neçə dəqiqə sonra mətbəxdən qab-qacaq 

cingiltisi eşidildi. Gio əllərini bir-birinə sürtüb qurcalandı. Televizorda tüstülənən dağıntıları 

göstərirdilər. Bu vaxt Tampo əlində qazan, boşqab, çəngəl otağa girdi. Tez süfrə hazırladı. 

-Bu gün lobya var… qırmızı, - dedi və divarda düzəldilmiş dolabı açdı. Çörəkqabından baton 

çıxarıb doğradı. 

Gio soruşdu. 

-Qəzet yox idi? 

-Qəzet-sabah… Vaxtım olmadı… hamısı satılmışdı, - Tampo doğ¬ranmış çörəkləri plastmas 

məcməyiyə yığıb masaya qoydu. 

-Kitab da gətirməmisən? – Gio yenə sual verdi. 

-Kitab? – Tampo təəccübləndi, - bizki o biri kitabı hələ bitirməmişik, niyə… 

-Hansını? – Gio onun sözünü kəsdi. 


Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin