Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7.78 Mb.
PDF просмотр
səhifə99/115
tarix25.04.2017
ölçüsü7.78 Mb.
1   ...   95   96   97   98   99   100   101   102   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

560 


yurd-yuva həsrəti məni nahaq yerə köhnəlmiş səfeh yollara çəkir. Əslində, özümün də bu 

təzaddan xoşum gəlir: tənha, məhəbbət üzü görməyən, həmişə qısnanan, səliqə-sahman 

tanımayan həyatım belə bir ailə, meşşan mühitinə qarşı durur. Pilləkəndəki bu sakitlik, səliqə-

sahman, təmizlik, ləyaqət, mütilik  ətrini qoxlamaqdan xoşum gəlir, meşşanlığa nifrət etsəm də, 

bunlar qəlbimi riqqətə gətirir, qapımın astanasına çatan kimi hər şey qurtarır, buradan o yana  

kitab qalaqları, siqaret kötükləri, şərab şüşələri, səliqəsizlik, pintilik, baxımsızlıq başlayır, hər 

şey  – kitablar da,  əlyazmaları da, xəyallar da tənhalığın, insan olmaq probleminin, mənasını 

itirmiş insan həyatına yeni bir məna vermək həsrətinin dumanına bürünür. Budur, indi də 

araukariyanın yanından keçirəm... Pilləkən ikinci mərtəbədəki mənzillərdən birinin 

artırmasından keçir. Şübhəsiz, həmin mənzil hamısından təmiz, hamısından səliqəli, hamısından 

sahmanlıdır. Çünki bapbalaca artırma par-par yanır, səliqə-sahman məbədi kimi işıq saçır, heç 

insan əli dəyənə oxşamır. Ayaq qoymağa belə ürək eləmədiyin parket döşəməyə iki qəşəng kətil, 

onların da hərəsinin üstünə bir dibçək qoyulmuşdur: birində azaliya gülü, o birində isə qəşəng, 

şax qamətli, sağlam, tərtəmiz yuyulmuş, son budağının son yarpağınacan parıldayan araukariya 

ağacı. Hərdən hiss  

eləyəndə ki, heç kim mənə göz qoymur, oraya bir məbəd kimi baxır, yuxarı pilləkəndə oturub 

dincimi alır, əllərimi qoynuma qoyub ehtiramla bu balaca səliqə-sahman bağçasına tamaşa 

edirəm, onun kövrək duruşu, qəribə tənhalığı ürəyimi yerindən oynadır. Mənə elə gəlir ki, 

artırmanın o tərəfində, necə deyərlər, araukariyanın müqəddəs kölgəsində, qızılağac parıltısına 

bələnmiş bir mənzil var. Həmin mənzildə səliqə-sahmanlı, sağlam bir həyat hökm sürür, orada 

yaşayanlar yuxudan səhər tez durur,  

lazım olan işləri görür, ailə bayramlarını vaxtlı-vaxtında, şən keçirir, bazar günləri kilsəyə gedir, 

axşamlar isə tez yatırlar. 

Saxta bir gümrahlıqla küçələrdəki yaş asfaltın üstündə yorğalayırdım. Çiskinli dumanın 

arasından kədərli göz yaşı kimi süzülən fənər işıqları yaş küçənin tutqun  əksini udurdu. Yadıma 

unudulmuş gənclik çağları düşdü; onda payızın son aylarını, qışın belə kədərli, zülmət gecələrini 

necə də sevərdim! Onda yağışa, tufana baxmayıb gecəyarıya qədər paltomun içində büzüşə-

büzüşə kimsəsiz bomboz təbiətin qoynunda tək-tənha dolaşar, yalqızlıqdan, kədərdən məst olar, 

qəlbim nəşə ilə, şeirlə dolardı.  

Və öz daxmama qayıdan kimi çarpayının kənarında oturar, həmin şeri şam işığında dəftərə 

köçürərdim!  

İndisə bunların hamısı keçib gedib, heç vaxt geri qayıtmaz, çünki tökülən bir də dolmaz. Buna 

təəssüf etməyə dəyərmi? Yox, dəyməz! Keçib  gedənə təəssüflənməzlər! İndiyə, bu günə, 

mənasız keçən günlərə, saatlara, təəssüflənmək lazımdır ki, hamısını bircə-bircə itirirsən, nə vaxt 

qurtaracağını gözləyirsən, çünki nə sevinc gətirir, nə də qəm. Ancaq Allaha şükür ki, müstəsnalar 

da olub, lap gecgec də olsa, hərdən gah sevinc, gah da kədər gətirən saatlar, bütün sədləri 

dağıdaraq məni  – yolunu azmış bir adamı dünyanın döyünən ürəyinə qovuşduran günlər də 

tapılıb. Kədərli də olsa, bütün varlığımı bürüyən bir maraqla həmin günlərdən birini, son dəfə 

necə yaşadığımı xatırlamağa çalışdım.  

Konsertdə olmuşdu. Gözəl, ulu bir musiqi çalınırdı və iki təqtin arasında taxta nəfəs alətlərinin 

həzin solosu başlayan kimi o biri aləmin qapısı yenə üzümə açıldı, göylərə baş vurdum, Allahı iş 

başında gördüm, müqəddəs iztirablar daddım, bu dünyanın heç nəyindən qorunmadım. Heç 

nəyindən çəkinmədim, hər şeyə «hə» dedim, ürəyimi istəyənə verdim. Həmin xoşbəxtlik çox 

çəkmədi, on-on beş dəqiqədən sonra yoxa çıxdı, gecə bir də gəlib yuxuma girdi və o vaxtdan 

bütün qara günlərimdə hərdən gizli-gizli işıldayır, hətta bəzən bir-iki dəqiqəliyə lap aydınca 

görünür, Allahın qızılı izi kimi həyatımdan keçib gedir; az qala, həmişə toza-torpağa bələnmiş 

olur, sonra yenə parıldayır, adama elə gəlir ki, heç vaxt itməyəcək, ancaq həmişə də itib gedir. 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

561 


Bir dəfə gecə uzanmışdım, yata bilmirdim və qəflətən şer deməyə başladım. Elə gözəl, elə qəribə 

şeir idi ki, dəftərə köçürməyə dəyərdi, ancaq səhər yadımdan çıxdı, iri cövüz köhnləmiş, çat-çat 

olmuş xəzəlin arasında qalan kimi içimdəcə gizlənib qaldı.  

Bir dəfə hansı şairisə oxuyanda, Dekartın, Paskalın hansı ideyası haqqındasa düşünəndə gəldi, 

bir dəfə də sevgilimlə bir yerdə olanda göründü, səmanın qoynunda qızılı bir cığır açdı. Ah, 

bizim yaşadığımız həyatda, həddən artıq razı, həddən artıq meşşan, həddən artıq mənəviyyatsız 

bir zəmanədə, belə arxitekturalı mənzərələrin, belə alverin, belə siyasətin, belə insanların 

arasında həmin müqəddəs cığırı tapmaq çətin məsələdir! Bir dünyanın ki, heç bir işinə 

qarışmayasan, heç bir sevincini bölüşməyəsən, orada yalquzağa, tükü tökülmüş bir abdala 

dönməyə bilərsənmi? Nə teatrına, nə kinosuna dözür, nə qəzetini, nə də müasir kitablarını oxuya 

bilirəm. Heç başa düşmürəm ki, bu insanlar ağzına kimi dolu  

vağzallarda, otellərdə, sönük, zəhlətökən musiqilərin başına götürdüyü qəhvəxanalarda, 

varyetelərdə, beynəlxalq sərgilərdə, bayram şənliklərində, elm-savad tamarzıları üçün oxunan 

mühazirələrdə, iri idman meydanlarında hansı həyat həvəsini, hansı sevinci axtarır?! Minlərlə 

adamın  əldən-ayaqdan getdiyi bu sevincləri mən nə anlayır, nə də bölüşürəm. Halbuki, istəsəm, 

hamısı mənə də nəsib olar.  

Ömrümün çox nadir xoşbəxt anlarında mənim duyğularımı, adına əsl səadət, böyük hadisə, 

ekstaz, əsl ilham dediyim şeyləri isə – aləm olsa-olsa, poeziyada axtarır, poeziyada sevir. Adi 

həyatda isə bunları səfehlik sayır.  Əgər bütün aləm düz eləyirsə, qəhvəxanalardakı musiqi, 

kütləvi  əyləncələr, aza qane olan amerikansayağı adamlar haqlıdırsa, demək, onda mən 

haqsızam, mən dəliyəm, demək mən elə doğrudan da, tez-tez dediyim kimi, yalquzağam, yolunu 

azıb tanımadığı, bilmədiyi, duymadığı bir aləmə düşən, özünə yurd-yuva, yemək-içmək 

tapmayan heyvanam. 

Çoxdan    adət etdiyim bu xəyallarla yaş  küçələrdən  keçərək şəhərin  ən sakit,  ən qədimi 

məhəllələrindən birinə yetdim. Küçənin o biri tərəfində zülməti yarıb çıxan bomboz daş divarla 

üzbəüz durdum. Ona baxmaqdan xoşum gəlirdi, balaca kilsə ilə köhnə bir xəstəxananın arasında 

qayğısızqayğısız dayanmışdı. Gündüzlər tez-tez gəlib onun kələ-kötür üzünə tamaşa edirəm, 

gözlərim dincəlir.  

Şəhərin mərkəzində belə sakit, lal divarlar çox azdır, yoxsa addımbaşı üstünə «Mağaza», 

«Vəkil», «Alim», «Həkim», «Dəllək», «Döyənəyin qənimi» yazılmış lövhələr özünü adamın 

gözünə soxur. Bu köhnə divarsa yenə də lal-dinməz dayanmışdı, lakin onda nəsə bir dəyişiklik 

vardı. Düz ortasında balaca, qəşəng, çatmalı qapını görəndə lap çaşbaş qaldım. Bilmədim 

çoxdanmı varmış, yoxsa təzə qoyulub. Yox, köhnədir, şübhəsiz ki, lap qədimdəndir. Çox güman 

ki, həmin balaca, bağlı taxta qapı bir neçə əsr bundan əvvəl hansı monastırınsa mürgü döyən 

həyətinə açılırmış. Elə bu gün də elədir, yalnız monastırın özü yoxdur və ola bilsin ki, onu yüz 

dəfə görmüşəm, ancaq fikir verməmişəm, bəlkə də, təzə rəngləndiyi üçün diqqətimi cəlb etdi. 

Hələ də dayanıb diqqətlə ona baxır, lakin yaxın gedə bilmirdim, çünki küçə çox yaş idi, quru yeri 

qalmamışdı. Səkidəcə dayanıb tamaşa edirdim. Çox qaranlıq idi və mənə elə gəldi ki, onu ya 

çələnglə, ya da nəsə əlvan bir şeylə bəzəyiblər.  Bütün diqqətimi toplayıb yenə   diqqətlə   

baxanda gördüm ki, üstündə bir lövhə parıldayır, mənə elə gəldi ki, hətta yazısı da var. Gözlərimi 

çox zilləsəm də, oxuya bilməzdim. Axırda suya, palçığa baxmayaraq o tərəfə adladım.  

Köhnəldiyindən yaşıl-boz rəngə çalan divardakı qapının  üstündə bir işıq ləkəsi vardı və həmin 

ləkənin üstündə al-əlvan hərflər oynaşır, teztez yoxa çıxır, təzədən peyda olur, yenə itib-batırdı. 

Fikirləşdim ki, axırda bu qədim divarın da zibilini çıxarıb reklama çevirdilər! Bu arada 

«gizlənpaç oynayan» sözlərdən bəzilərini tuta bildim. Çətin oxunurdu, mənasını gərək fəhm 

eləyəydin, hərflər də güclə seçilir, tez də yoxa çıxırdı. Bununla nəyisə reklam eləyən heç ağıllı 

adama oxşamırdı. Çox güman ki, bədbəxtin, yalquzağın biri idi. Görəsən,  reklam üçün niyə 

qədim şəhərin bu zülmətə bürünmüş  küçəsindəki divarı seçib. Axı gecənin bu vaxtında, yağışlı 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

562 


havada buralarda heç kəs olmur! Bəs onun yazıları niyə belə ötəri, qaçağan, sehrli, oxunmazdır? 

Yox, dayan, axır ki, bir neçə sözü dalbadal tuta bildim: 

Sehrli teatr. 

Giriş hamı üçün deyil, 

– Hamı üçün deyil... 

Qapını açmaq istədim, ancaq köhnə, iri dəstək tərpənmədi ki, tərpənmədi. Oynaşan hərflər yoxa 

çıxıb, birdən-birə görünməz oldu, sanki, mənasızlıqlarını özləri də duyub kədərləndilər, heçə 

döndülər.  

Bir az geri çəkildim, palçığın lap qatı yerinə düşdüm. Lakin hərflər bir daha görünmədi, parıltı 

da söndü, elə palçığın içindəcə dayanıb əbəs yerə xeyli gözlədim. 

Gözləməyin daşını atıb səkiyə çıxanda, qarşıma – işıldayan asfaltın üzərinə bir neçə əlvan hərf 

səpələndi. Oxumağa başladım: 

Yalnız-dəlilər-üçün! 

Ayaqlarıma su keçmişdi, donurdum, ancaq yenə də xeyli gözlədim. Daha heç nə görünmədi. 

Hələ də dayanıb zərif, al-əlvan hərflərin yaş divarda, işıldayan qapqara asfaltın üzərində necə 

oynaşdığı barədə düşünəndə, yadıma keçmiş xəyalların bir yeri düşdü: qəflətən uzaqlaşan, 

haradasa itib-batan, qızılı rəngə çalan cığır... 

Donurdum və həmin cığırı arzulaya-arzulaya, yalnız dəlilər üçün açılmış o sehrli teatrın həsrətini 

çəkə-çəkə gedirdim. Artıq bazar meydanına çatmışdım. Burada hansı gecə əyləncəsi desən vardı; 

hər addımda bir afişa, bir lövhə görürdün: «Qadınlardan ibarət xor kapellası», «Varyete», 

«Kino», «Rəqs axşamı». Ancaq heç biri mənim üçün deyildi, bunlar «hamı» üçün, normal 

adamlardan ötrü idi  və həmin adamlar da dəstə-dəstə, tələsə-tələsə qapılardan içəri doluşurdular. 

Ancaq, hər halda, kədərim azca yüngülləşdi, özgə bir aləmin təması qəlbimi riqqətə gətirdi, 

gözlərim önündə al-əlvan hərflər oynaşdı, qəlbimə hoparaq  ən gizli tellərə toxundu, yenə də 

qızılı rəngə boyanmış cığırın parıltısı  

göründü... 

Gəzə-gəzə gedib Nuh  əyyamından qalmış bir meyxanaya çıxdım. İlk dəfə buraya iyirmi beş il 

əvvəl getmişdim və həmin vaxtdan bəri heç nə dəyişməmişdi, sahibədə həminki idi, indi burada 

oturanların bəziləri də... Onlar da  əvvəlki yerlərində oturmuşdular və elə əvvəlki badələrdə 

içirdilər. Həmin sadə meyxanaya girdim. Bu da bir sığınacaqdır. Bura da araukariya olan 

pilləkən kimidir, burada da doğmalıq, həmdəm tapa bilmirəm. Tapdığım yalnız səhnə qarşısında 

sakit bir yer olur və həmin səhnədə də yad adamlar yad əsərlər oynayırlar, amma bu sakit yerin 

öz üstünlükləri var: adam az olur, səssiz-küysüzdür, musiqi yoxdur, bir-iki sakit meşşan örtüksüz 

taxta masaların (bəli-bəli, nə bir mərmər, nə bir şirəli metal, nə bir məxmər, nə bir mis) arxasında 

oturub və hərəsinin də qabağında bir badə ləzzətli şərab. Bəlkə də, üzdən tanıdığım bu bir neçə 

daimi müştəri xalis flister idi və evlərində – öz flister mənzillərində tənha mehrablar, mənasız 

məmnunluq bütləri qoydurmuşdular. Bəlkə də, elə mənim kimi təklənmiş, yolunu azmış adamlar, 

ya da arzuları puç olduğundan sakitcə şərab düşkününə çevrilənlər, yalquzaqlar, bədbəxt 

bəndələr idi  – burasını dəqiq deyə bilmərəm. Hərəsini bir vətən həsrəti, bir məyusluq, nəyinsə 

əvəzini çıxmaq ehtiyacı çəkib bura gətirmişdi: evli olanlar subaylıq çağlarını axtarır, yaşı ötmüş 

məmurlar tələbəlik illərinin sevincini «dadırdılar». Və hamısı da qaradinməz, vuran idi, 

qadınların xor kapellasına qulaq asmaqdansa, mənim kimi yarım litr Elzas şərabı içməyi üstün 

tuturdular. Elə buradaca lövbər saldım. Bir saat, hətta iki saat oturmaq olardı. Elzas şərabından 

bircə qurtum içən təki hiss etdim ki, bu gün səhər çörəyindən başqa dilimə heç nə dəyməyib. 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

563 


Möcüzəyə bax, insan nələri uda bilərmiş?! Təxminən, on dəqiqə qəzet oxudum, başqalarının 

sözlərini çeynəyə-çeynəyə öz seliyinə bulaşdıran, ancaq həzm edə bilməyib geri qaytaran bir 

məsuliyyətsizin toxuduqlarını gözlərimlə beynimə yeritdim. Düz bir sütunu uddum. Sonra insan 

əlinin qurbanı olmuş dananın bağrından bir iri parçanı yedim. Lap möcüzə oldu! Lakin  ən 

ləzzətlisi Elzas şərabı idi. Həddən artıq tünd, gözəlliyi göz qamaşdıran, özümlü dadı ilə seçilən 

şərabları adi günlərdə heç xoşlamıram. Daha çox təmiz, yüngül, adı dillərə düşməmiş yerli 

şərabları üstün tuturam; nə qədər istəyirsən iç, ləzzətli olur, kənd, torpaq, səma, meşə ətri verir. 

Bir piyalə Elzas şərabı, bir tikə də yaxşı çörək – ən ləziz xörək bu idi! Artıq bir pay bağırı 

ötürmüşdüm və ümumiyyətlə, ət xörəyindən xoşum gəlməsə də, mənə ayrı cür ləzzət vermişdi, 

hətta ikinci piyalə də gəlmişdi.  Elə bunun özü də bir möcüzəydi: haradasa yaşıl çəmənlərin 

qoynunda sağlam, qoçaq adamlar üzüm yetişdirir, ondan şərab çəkirdilər ki, dünyanın müxtəlif 

guşələrində, uzaq-uzaq yerlərdə yavaş-yavaş  əyyaşa çevilən bəzi əlacsız meşşanlar, çarəsiz 

yalquzaqlar bu piyalələrdən bir az cəsarət, nəşə içsinlər.  

Eybi yox, qoy bu da bir möcüzə olsun! Çox yaxşı oldu, yenə azca köməyi dəydi, hala gəldim.  

Gec də olsa, qəzetdəki xəşilə dönmüş sözlərə güldüm, bir az yüngülləşdim və qəfil yenə o nəfəs 

alətlərindən qopan həzin təranə yadıma düşdü, bapbalaca sabun köpüyü kimi beynimdə 

yumrulanıb qalxdı, işıldadı, bütün dünyanı min rəngə boyadı, sonra da asta-asta səngidi. Kaş, bu 

həzin, ilahi təranə gizlincə gəlib qəlbimdə kök salaydı və günlərin bir günü min rəngə çalan tər 

çiçək kimi  açılaydı! Elə olsa, mən heç ölərdimmi? Yaşadığı dünyanı dərk etməyən, yolunu 

azmış heyvan olsam da, mənim bu səfeh həyatımda da nəsə bir məna vardı. Nəsə uzaq-uzaq 

ellərin harayını eşidir, ona cavab verirdi.  

Beynimdə isə min-min şəkillər həkk olunmuşdu. 

Paduadakı kilsənin balaca mavi qübbəsindən pərvazlanan Cotto məlaikələri! Onların yanınca 

qoşa gedən Hamlet ilə boynuna çələng taxmış Ofeliya  – yer üzündəki bütün kədərlərin, 

anlaşılmazlıqların ən gözəl rəmzi! Göylərdə süzən Canotto od tutmuş şarın içində durub şeypur 

çalır!  


Atilla Şmelts təzə şlyapasını  əlində gəzdirir! Borobudur dağ kimi qalanmış heykəllərini uçurub 

dağıdır! Bu gözəl obrazlar min-min başqa ürəklərdə yaşasa da, on minlərlə ayrı naməlum 

şəkillərin, səslərin də vətəni, görən gözü, eşidən qulağı yalnız mən idim. Hələ qədim 

xəstəxananın sökülübdağılmış, üstünə yaşıl-boz rəngə çalan ləkələr düşmüş, çatdaqları, dəlmə-

deşikləri min cür naxışa dönmüş divar! Kim onun harayına cavab verir, kim ona qəlbində yer 

eləyir, kim onu sevir, kim o incə, can verən naxışların sehrini duyurdu? Bir də rahiblərin zərli 

miniatürlərlə bəzədilmiş qədim kitabları, yüz, iki yüz il əvvəl yaşamış alman şairlərinin öz xalqı 

tərəfindən unudulmuş, didilib tökülmüş cildləri, keçmiş musiqiçilərin  əlyazmaları, nəşrləri, 

müxtəlif səslərin daş heykəlinə dönmüş, saralmış not dəftərləri! Kim onların mənalı, hiyləgər, 

həsrət dolu harayını eşidir, kim onların ruhunu, sehrini öz ürəyinə yığıb özgə, yad bir aləmdə 

gəzdirirdi? Kim zəlzələdən uçub-dağılmış, para-para olmuş, lakin tam ölməyərək özunə təzədən 

kiçik bir ehtiyat zirvəsi yaratmış Qubbio dağlarında bitən o balaca, ötkəm sərv ağaclarını hələ də 

xatırlayırdı? Kim ikinci mərtəbədə yaşayan qoçaq evdar qadının və onun par-par parıldayan 

araukariyasının qədrini bilirdi? Kim hər gecə buludların Reyn üzərində sürünən dumana vurduğu  

naxışların mənasını oxuyurdu? Əlbəttə, Yalquzaq!  Və kim öz puç olmuş həyatının 

xarabalıqlarına səpələnən mənaları axtarır, mənasız görünən şeylərdən əzab çəkir, üzdən səfeh 

görünən şeylərlə yaşayır, bu dəhşətli  qarmaqarışıqlıqda vəhy eşidəcəyinə, Allaha yavuq 

düşəcəyinə hələ də gizli bir ümid bəsləyirdi? 

Əlimi sahibənin təzədən doldurmaq istədiyi piyalənin ağzına tutub ayağa durdum. Daha şərab 

lazım deyildi. Yenə o qızılı cığır parıldadı, mənə əbədiyyəti, Motsartı, ulduzları xatırlatdı. İndi 

bir az nəfəs alar, yaşayar, öz varlığımı duyardım. İndi mənə əzab çəkmək, qorxmaq, çəkinmək 

lazım deyildi! 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

564 


Sükuta qərq olmuş küçəyə çıxanda, soyuq küləyin  ətrafa səpələdiyi narın yağış fənərlərə 

çırpılaraq şüşə kimi parıldayırdı. Bəs indi hara? Əgər möcüzə baş versəydi, bütün arzularımı 

həyata keçirə bilsəydim,  XVI Lüdovik üslubunda tikilmiş xudmani, qəşəng bir zal istəyərdim, 

ustad musiqiçilərin ifasında Hendelin, Motsartın iki-üç pyesinə qulaq asardım. İndi elə bunun 

üstündə köklənmişdim. O nəcib, xəfif musiqini, allahların dirilik suyunu ləzzətlə içdiyi kimi 

ruhuma çiləyərdim. Ah, kaş indi bir dostum olaydı! Elə bir dost ki, hansı evin çardağındasa 

oturaraq şam işığında xəyala dalmış olsun – yanında da skripkası və mən də bu sakit gecədə 

xəlvətcə onun yanına gedəydim, səssiz-səmirsiz dik pilləkənlə qalxaydım. Lap mat qalaydı, 

sonra da söhbətləşə-söhbətləşə, musiqiyə qulaq asa-asa bir neçə saatlığa öz dünyamızdan 

qopaydıq! Bir vaxtlar bu səadəti tez-tez dadardım. Ancaq yavaş-yavaş uzaqlaşdı, əlimdən tamam 

çıxıb getdi, o günlərlə indinin arasına xəzan vurmuş illərdən çəpər çəkildi. 

Tərəddüdlə evə tərəf döndüm, paltonun yaxalığını qaldırıb  əsanı yaş asfalta dirəyə-dirəyə 

irəlilədim. Nə qədər yavaş getsəm də, yaşadığım hücrəyə yenə tez çatıram. Mənim üçün yurd 

sayılan bu balaca qəfəsdən heç xoşum gəlmirdi, ancaq onsuz da keçinəmmirdim, çünki yağışlı 

qış gecələrini bayırda keçirdiyim günlər arxada qalmışdı. Allah eşqinə, hara olur-olsun, təki heç 

nə – nə yağış, nə podaqra sancıları, nə də araukariya bu axşamkı xoş ovqatımı pozmasın! Qoy 

heç kamera orkestri, skripka çalan yalqız dost da olmasın, onsuz da o həzin melodiya öz içimdə 

səslənirdi. Hər nəfəs aldıqca həmin ritmlərə uyğun öz-özümə alçaqdan zümzümə edə bilirdim. 

Fikirli-fikirli yoluma davam etdim.  

Yox, kamera musiqisi və dostsuz da keçinmək olarmış! İndi özünü zəif bir hərarət həsrəti ilə 

üzmək gülünc idi! Tənhalıq sərbəstlikdir – elə bunu da arzulayırdım və uzun illərdən sonra 

qismət oldu. O, soyuq idi, bəli, həm də sakit. Sakitdən də sakit və ulduzlar sayrışan soyuq, sakit 

kəhkəşan kimi böyük! 

Rəqs meydançası olan bir restoranın yanından keçəndə coşqun caz musiqisi yenicə kəsilmiş 

ətdən qalxan buğ kimi məni bürüdü. Bir anlığa ayaq saxladım. Nə qədər gen  gəzsəm də, bu cür 

musiqilər gizli-gizli məni özünə çəkirdi. Düzdür, cazdan zəhləm gedirdi, ancaq mənim üçün bu 

günun akademik musiqisindən yüz dəfə əziz idi, öz şən, kobud vəhşiliyi ilə ən ülvi hisslərimə 

toxunur, qəlbimdə çox sadə, səmimi duyğular oyadırdı. 

Bəli, bir anlığa ayaq saxlayıb həmin qan qoxulu coşqun musiqini dinlədim, qəzəblə, ehtirasla 

belə zalların ab-havasını ciyərlərimə çəkdim. Bu musiqinin yarısı da coşqun, şıltaq, hay-küylü 

idi, lakin ikisi də körpə mehribanlığı ilə qaynayıb-qarışır, bütövlük yaradırdı. Əsl fəlakət 

musiqisi idi və çox güman ki, axırıncı imperatorların dövründə Romada da belə bir musiqi olub. 

Əlbəttə, Baxla, Motsartla,  əsl musiqi ilə müqayisədə bu, zibil idi, lakin tək bu deyil, bütün 

incəsənətimiz, təfəkkür tərzimiz, üzdəniraq mədəniyyətimiz də əsl mədəniyyətlə müqayisədə 

beləydi. Ancaq bu musiqinin bircə üstünlüyü vardı ki, o da çox səmimi, zənci qəlbi kimi saf, 

körpə kimi şən, məsum olması idi. Özü üçün nəsə bir az zəncidən, bir az da biz avropalılara 

bütün gücü-əzəmətinə baxmayaraq, uşaq kimi saf, məsum görünən amerikalılardan götürmüşdü. 

Görəsən, Avropa da elə olacaq? Artıq o da bu yoldadı?  

Bəlkə biz – keçmiş Avropanın, keçmiş əsl musiqinin, keçmiş əsl poeziyanın biliciləri, 

pərəstişkarları, elə doğrudan da, çox ağır nevroz xəstəliyinə tutulmuş səfehlərin kiçicik bir 

dəstəsiyik və sabah hamımızı  ələ salacaq, unudacaqlar? Bəlkə bizim adına «mədəniyyət», 

«mənəviyyat», ürək, gözəllik, müqəddəslik dediklərimizin hamısı boş bir xəyal imiş, özləri də 

çoxdan ölüb gedib, yalnız bizim kimi bir neçə dəli onları həqiqət əbədiyyət hesab eləyir? Bəlkə, 

onlar, elə doğrudan da, heç gerçək olmayıb, yaşamayıb? Bəlkə, biz dəlilərin uğrunda əlləşib-

vuruşduğu hər şey ilğım imiş? 

Şəhərin qədim məhəlləsi məni öz qoynuna aldı, balaca kilsə yenə qaranlıqdan xəyal kimi baş 

qaldırdı. Qəflətən axşamkı hadisəni xatırladım.  Yadıma sirli qapı, onun üzərindəki sehrli lövhə, 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 


1   ...   95   96   97   98   99   100   101   102   ...   115


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə