Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7.78 Mb.
PDF просмотр
səhifə100/115
tarix25.04.2017
ölçüsü7.78 Mb.
1   ...   96   97   98   99   100   101   102   103   ...   115

Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

565 


gizlənpaç oynayan əlvan hərflər düşdü. Nə yazılmışdı orada? «Giriş hamı üçün deyil» və bir də 

«Yalnız dəlilər üçün!» 

Sınayıcı nəzərlərlə divara baxdım. Ürəyimdə gizlincə dedim ki, kaş o möcüzə yenə baş verəydi.  

Həmin yazı mən dəlini içəri çağıraydı, balaca qapı üzümə açılaydı. Bəlkə, mənim istədiyim şey 

elə orada idi, bəlkə, mənim havam elə orada çalınırdı? 

Qaranlıqların qoynunda dərin yuxuya getmiş bu qaranlıq, bütöv divar etinasız-etinasız mənə 

baxırdı, heç yerində qapı, çatma görünmürdü. Sükuta qərq olmuş bütöv bir divardı... Gülümsəyib 

yoluma davam etdim, gedə-gedə üzümü ona tutub mehribanlıqla dedim: «Yuxun şirin olsun, ay 

divar, səni oyatmıram. Lakin elə bir gün gələcək ki, səni də sökəcəklər, ya da sırtıq firma 

reklamları ilə dolduracaqlar. İndisə sən hələ varsan, gözəlsən, sakitsən, mənə əzizsən!» 

Qaranlıq divarların birində – lap yanımdaca kimsə hayxıranda, diksindim. Gecəyə qalmış bir 

yolçu idi, tənha, yorğun addımlarla gedirdi. Əynində göy köynək, başında papaq vardı, çiynində 

isə ucuna plakat vurulmuş ağac aparırdı. Kəmərindən də bazar çərçiləri kimi iri, ağzıaçıq qutu 

asılmışdı.  

Qabağımca yorğun addımlarla gedir, heç mən tərəfə baxmırdı, yoxsa salam verər, siqaret təklif 

edərdim. Növbəti fənərin işığında ağaca bərkidilmiş qırmızı parçanın üstündəki yazını oxumaq 

istədim.  

Lakin plakat yırğalandığı üçün hərfləri anışdıra bilmədim. Çağırıb xahiş etdim ki, plakatı mənə 

göstərsin. Dayanıb ağacı bir az düz saxladı və mən sayrışan, oynaşan hərfləri oxuya bildim: 

Anarxist gecə attraksionu! 

Sehrli teatr! 

Giriş hamı üçün de... 

– Elə sizi axtarırdım, – sevinclə qışqırdım. – Sizin bu attraksion nə olan şeydir? Haradadır? Nə 

vaxt olur? 

O, getməyə üz qoydu: 

– Hamı üçün deyil, – laqeyd, yuxulu bir səslə cavab verərək aralandı. Yorulmuşdu, evə tələsirdi. 

– Dayanın!  – deyib onun arxasınca yüyürdüm.  – Bu qutuda nə var? Bəlkə, hamısını alası 

oldum... 

Kişi dayanmadan, qeyri-ixtiyari  əlini qutuya saldı, balaca bir kitabça çıxarıb mənə uzatdı. Tez 

götürüb cibimə soxdum. Paltonun düyməsini açıb pul çıxarmaq istəyəndə, kişi yaxınlıqdakı 

qapıların birinə burulub içəri girdi, onu arxasınca örtüb yox oldu. Əvvəlcə həyətdən ağır addım 

səsləri eşidildi, sonra taxta pilləkənlərlə qalxdı və səs də kəsildi. Qəflətən hiss etdim ki, mən 

özüm də yorulmuşam, gecdir, evə getsəm yaxşıdır. Addımlarımı yeyinlətdim və tezliklə yuxuya 

qərq olmuş məhəllələrdən keçib, köhnə şəhərin hasarları yerində salınmış bağların  arasındakı 

qəsəbəmizə çatdım. Çəmənliklə həmişə yaşlı sarmaşıqların arasındakı kirayə verilən balaca, 

təmiz evlərdə məmurlar, təqaüdçülər yaşayırdı. Sarmaşıqların, çəmənliyin, küknar ağaclarının 

yanından ötüb qapıya çatdım, açar yerini, sonra da işığın düyməsini birtəhər tapdım, şüşəli 

qapıların, pardaxlı dolabların, dibçəklərin arasından sivişib qapımı açdım. Vətən əvəzi olan bu 

balaca mənzildəki kreslo, soba, mürəkkəbqabı, etüd qovluğu, Novalis, Dostoyevski məni 

gözləyirdi, özü də, elə bil, evinə qayıdan əsl adamı anası ya arvadı, uşaqları ya qulluqçuları, it-

pişiyi gözləyən kimi. 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

566 


Yaş paltonu çıxaranda, kitabça yenə əlimə dəydi. Nazik, keyfiyyətsiz kağızda başdansovdu çap 

olunmuşdu. «Yanvarda doğulan adam», «Səkkiz gün  ərzində necə iyirmi il cavanlaşmaq olar» 

tipli yarmarka kitabçalarına bənzəyirdi. 

Ancaq kresloya çöküb eynəyi taxanda, qəflətən qəlbimdə qəribə bir hiss oyandı ki, burada elə 

mənim taleyim yazılıb və o yarmarka kitabçasının üzünü oxudum: «Yalquzaq haqqında traktat. 

Hamı üçün deyil». 

Getdikcə artan maraqla, birnəfəsə oxuduğum kitabçanın məzmunu belə idi: 

 

YALQUZAQ HAQQINDA TRAKTAT 



Yalnız dəlilər üçün 

 

Biri vardı, biri yoxdu, Harri adlı bir kişi vardı və hamı da ona Yalquzaq deyirdi. O da iki ayağı 



üstündə gəzir, paltar geyirdi və insan idi, ancaq bununla belə həm də Yalquzaq idi. Bütün 

dərrakəli adamların öyrəndikləri hər şeyi bu da öyrənmişdi və kifayət qədər də ağıllı idi. 

Öyrənmədiyi bircə şey vardısa, o da bu idi: heç vaxt özündən, həyatından razı  qalmırdı. Bunu 

heç cür baçarmırdı. Çünki çox narazı adam idi. Bəlkə də, bu, ondan irəli gəlirdi ki, ürəyinin 

dərinliklərində     özünün, əslində, insan deyil, səhralardan azıb gəlmiş yalquzaq olduğunu bilirdi 

(və ya ona elə gəlirdi ki, bilir). Qoy ağıllı adamlar onun, doğrudanmı, canavar olduğunu, bəlkə, 

bu dünyaya gəlməmişdən qabaq haçansa cadunun köməyi ilə canavardan insana çevrildiyini və 

ya dünyaya insan kimi gəlib sonradan canavar ruhunu əxz elədiyini, yaxud da, onun özünə 

canavar kimi görünməsini xəyal, ya ruhi xəstəlik olduğunu özləri aydınlaşdırsınlar. Məsələn, ola 

bilsin ki, bu adam şaqlığında vəhşi, inadkar, ipə-sapa yatmaz imiş və tərbiyəçiləri də çalışıblar 

ki, ondakı bu qəddarlığı məhv etsinlər, ona görə də onda belə bir təsəvvür, inam yaradıblar ki, o, 

əslində, zərif tərbiyə və insanlıq pərdəsinə bürünmüş vəhşidir. Bu haqda uzun-uzadı danışmaq, 

mübahisə açmaq, hətta kitab da yazmaq olardı, ancaq bunların heç birinin Yalquzağa xeyri 

dəyməzdi, çünki onun üçün canavar xislətinin cadu ilə yarandığının, ya zorla boynuna 

qoyulduğunun, yaxud    da özünün uydurduğunun heç bir mənası yox idi. Başqalarının bu haqda 

nə düşündüyünün, özünün nə fikirləşdiyinin də elə bir əhəmiyyəti yox idi, çünki  heç biri canavar 

xislətini onun canından çəkib çıxara bilməzdi. 

Deməli, Yalquzağın iki cür təbiəti vardı: biri insan, biri canavar; taleyi belə idi və çox güman ki, 

bu cür tale o qədər də görünməmiş, nadir tale deyildi. Deyilənə görə, tarixdə belə adamlar çox 

olub: kiminsə daxilində it, tülkü, kimininkində də balıq, ilan olub və heç biri də bundan ziyan 

çəkməyib.  

Həmin adamlarda insanlıqla tülkülük, insanlıqla balıqlıq qoşa yaşayıb, bir-birinə mane omayıb, 

əksinə, biri digərinə arxa olub, çoxlarının qibtə elədiyi bəzi ağıllı adamlarda isə tülkülüyün və ya 

meymunluğun insanlıqdan çox olması hətta onlara xoşbəxtlik gətirib. Bunu hamı bilir. Ancaq 

Harridə başqa cür idi, onun daxilindəki insanlıqla canavarlıq qoşa gəzsələr də, öcəşmişdilər, bir-

birinə heç arxa durmurdular, biri o birini təngə gətirmişdi və əgər bir qanda, bir canda iki qan 

düşməni qoşa gəzirsə, deməli, o heç həyat deyil. Ancaq neyləmək olar, hərənin öz qisməti var və 

heç biri də asan başa gəlmir. 

Bizim Yalquzaq da başqa qoşatəbiətlilər kimi öz duyumlarında gah canavar olurdu, gah da insan 

və canavar olanda, insan marığa yatıb ona göz qoyur, bütün hərəkətlərini mühakimə edir, 

tənzimləyir, insan olduğu vaxtlarda isə canavar belə edirdi. Məsələn, Harrinin insan kimi ağlına 

yaxşı bir fikir gələndə, nəcib, müqəddəs hisslər keçirəndə və ya nəsə yaxşı bir iş görəndə, 

daxilindəki canavar dişlərini qıcayır, gülür, öz qanlı kinayəsi ilə demək istəyirdi ki, bütün 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

567 


bunların hamısı gülüncdür, bu cür nəcib əməllər səhralardan azıb gəlmiş bir heyvana – ürəyindən 

tək-tənha səhralarda yortmaq, bəzən də gödən yırtmaq, qan tökmək həvəsi keçən canavara heç 

yaraşmır və canavar gözü ilə baxılan hər hansı insani hərəkət o dəqiqə dəhşətli dərəcədə gülünc, 

mənasız, səfeh, boş bir şey kimi görünürdü. Ancaq Harrinin çanavarlığı tutub başqalarına diş 

qıçayanda da, cəmi insanlara, onların saxta, eybəcər hərəkətlərinə, adət-ənənələrinə nifrət edəndə 

də, qənim kəsiləndə də belə olurdu. Onda insani hisslər pusquda dayanaraq, onun adi, sağlam, 

vəhşi canavar nəşəsinə zəhər qatırdı. 

Yalquzaq da belə yaranmışdı və məlum şey idi ki, Harrinin həyatı xoş keçmirdi. Ancaq bu o 

demək deyildi ki, çox bədbəxt idi (baxmayaraq ki, özünə belə görünürdü, çünki  hamı payına 

düşən bədbəxtliyi ən böyük bədbəxtlik sayır). Ümumiyyətlə, bunu heç kimin haqqında demək 

olmaz. Daxilində canavar xisləti olmayan da əslində, heç xoşbəxt deyil. Hətta ən bədbəxt həyatın 

belə günəşli günləri, daşlı-qumlu yerlərdə bitən boynubükük səadət çiçəkləri olur. Yalquzağın da 

həyatı belə idi. Onu da danmaq olmaz ki, çox vaxt bədbəxt olur, hətta sevib-sevildiyi adamları da 

bədbəxt eləyə bilirdi. Çünki Harrini sevən adamlar onun yalnız bircə tərəfini görürdülər. Bəziləri 

onu nəcib, ağıllı, özünəməxsus bir adam kimi sevir, ancaq daxilindəki canavarı görən kimi 

dəhşətə gəlir, bütün ümidləri alt-üst olurdu.  

Onlar bunu görməyə bilməzdilər, çünki Harri də yer üzündəki bütün varlıqlar kimi bütövlükdə 

sevilmək istəyirdi, ona görə də daxilindəki canavarı gizlədərək məhəbbətini  əziz tutduğu 

adamları aldatmaq istəmirdi. Ancaq elələri də vardı ki, məhz ondakı canavarlığı – sərbəstliyi, 

vəhşiliyi, ramedilməzliyi, təhlükəni,  əyilməzliyi sevirdi  və birdən görəndə ki, bu vəhşi, qəzəbli 

canavar həm də insandır, o da adamdan mehribanlıq, nəciblik umur, Motsarta qulaq asmaq, şeir 

oxumaq, bəşəri ideallara sahib olmaq istəyir, həddən artıq kədərlənir, məyus olurdular. Belələri 

daha çox məyus olur, qəzəblənirdilər və beləliklə də, Yalquzaq özündəki qoşalığı, ikili təbiəti 

təmasda olduğu yad talelərə də calayırdı. 

Kim desə ki Yalquzağı tanıyır, onun puç olmuş acınacaqlı həyatını təsəvvürünə gətirə bilər, çox 

səhv eləyir, çünki hələ hamısını bilmir. Məsələn, bilmir ki (axı hər qaydanın bir istisnası var və 

bir dəyüz dəfə peyğəmbərə yalvarmaqdansa, bir dəfə Allaha yalvarmaq yaxşıdır), Harrinin də 

həyatında istisnalar, xoşbəxt günlər olurdu, daxilində gah canavar, gah da insan sərbəst, rahat 

nəfəs alır, düşünür, yaşayır, bəli, hətta nadir hallarda da olsa, barışır, bir-birini əzik tuturdu. 

Ancaq bu o demək deyildi ki, biri yatanda, digəri ayıq qalırdı, əksinə, ikisi də bir-birinə arxa 

durur, qoşalaşırdılar. Bütün yer üzündə olduğu kimi, bu adamın da həyatında  bəzən gündəlik 

qayğılar, həmişə təkrarlanan, vaxtlı-vaxtında görülən adi işlər, sanki, bircə anlığa dayanmaq, 

qırılmaq, öz yerini qeyri-adiliyə, möcüzəyə, mərhəmət hissinə vermək xətrinə yaşayırdı. Bu qısa, 

təsadüfi xoşbəxt anların Yalquzağın bədbəxt taleyinin yumşalması, çəkdiyi əzabların əvəzini 

çıxması, bununla da səadətlə iztirabın axır ki tarazlaşması, ya da ola bilsin ki, bu qısa, ancaq 

coşqun səadətin həmin qısa iztirablı anları üstələməsi, yuyub aparması ayrı bir söhbətin 

mövzusudur və boş adamlar bu barədə istədikləri qədər baş sındıra bilərlər. Canavar özü də bu 

barədə tez-tez baş sındırırdı, lakin həmin günlər onun mənasız, xeyirsiz günləri hesab olunurdu. 

Burada bir şeyi də demək lazımdır ki, Harri kimi adamlar həddən artıq çoxdur, daha doğrusu, 

sənətkarların  əksəriyyəti belədir. Bu cür adamların iki qəlbi, iki varlığı olur, onlarda xeyirlə şər, 

ata qanı ilə ana qanı, məhəbbət və iztirab çəkmək qabiliyyəti Harrinin daxilindəki insanlıqla 

canavarlıq kimi bir-birinə qarışıb, biri digərinə düşmən kəsilib. Və həmişə narahat olan belə 

adamlar təsadüfi xoşbəxt anlarında bəzən elə bir güc, təsvirəgəlməz gözəllik görür və ani səadət 

köpüyü hərdən coşaraq iztirab dənizi üzərində elə bərq vura-vura şahə qalxır ki, bircə anlığa 

parlayan sevinc işıq saça-saça gedib başqalarını da tapır, onları da ovsunlayır. Beləliklə də, 

iztirab dənizi üzərində qalxan həmin ani sevinc köpüyü kimi qiymətli sənət əsərləri yaranır. Bu 

cür sənət əsərlərində iztirab çəkən adam bircə anlığa öz taleyini o qədər üstələyir ki, səadəti 

ulduz kimi işıq saçır və görənlər də ona nəsə əbədi bir şey, öz səadət arzuları kimi baxırlar. Bu 

əməllərinə, əsərlərinə nə ad qoymalarından asılı olmayaraq, həmin adamların heç həyatı yoxdur: 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

568 


yəni, əslində, heç mövcud deyil, necə olduğu da bilinmir. Onlar hakim, həkim, çəkməçi, müəllim 

kimi qəhrəman, sənətkar, mütəfəkkir deyillər. Əksinə, həyatları əbədi əzaba məhkum 

olunmuşdur və bu cür ömrün qarmaqarışıqlığından boylanan o nadir anların, əməllərin, fikirlərin, 

əsərlərin mənası nəzərə alınmazsa, bədbəxtdirlər, mənasızdırlar, puçdurlar. Bu cür adamların 

arasında qəribə bir təhlükəli, dəhşətli fikir də mövcuddur ki, guya, ümumiyyətlə, bütün insan 

həyatı ulu nənəmizin yarımçıq saldığı bic uşaqdır, təbiətin vəhşi, amansız, səhv təcrübəsidir. 

Onların arasında başqa bir fikir də yayılıb ki, insan, bəlkə də, bir az ağıl bəxş olunmuş heyvan 

deyil, həm də Allah bəndəsidir, qisməti də ölməzlikdir. 

Hər bir insan tipinin xüsusi nişanəsi, fərqləndirici cəhətləri, özünəməxsus ləyaqəti, naqisliyi və 

günahı var. Yalquzağın da nişanəsi onun gecəquşu olması idi. Səhərçağı Yalquzaq üçün günün 

ən pis vaxtı idi, ondan qorxurdu, ömründə də xeyrini görməmişdi. Hələ indiyəcən heç bir səhər 

çağında əməlli-başlı sevinməmiş, günortayacan heç bir xeyirli iş görməmiş, ağlına heç bir yaxşı 

fikir gəlməmiş, nə özünə, nə də başqasına sevinc bəxş edə bilməmişdi. Yalnız gün dönəndən 

sonra tədricən canına hərarət yayılar, oyanar və yalnız axşamüstü şər qarışandan sonra ömrünün  

ən yaxşı, məhsuldar, narahat, bəzən də sevinc dolu parlaq çağlarını  yaşamağa başlayardı. Onun 

tənhalıq, müstəqillik həsrəti də elə bununla bağlı idi. Heç kəs onun kimi sərbəstlik arzusunda ola 

bilməzdi. Cavanlığında, kasıb vaxtında, gündəlik çörəyini özü qazanan zamanlarda ac qalmağı, 

cır-cındır içində gəzməyi üstün tutar və bununla da öz cüzi sərbəstliyini qoruyub saxlaya bilərdi. 

Özünü heç vaxt pula, firavan həyata, qadına, dəbdəbəyə satmamış, dünyanın gözünə xoş gün, 

səadət kimi görünən şeylərə min dəfə tüpürmüş, yaxına buraxmamışdı ki, azadlığı  əlindən 

çıxmasın. Dünyada heç nəyə vəzifə dalınca qaçmaq, öz ömrünü günlərə, illərə bölmək, 

başqalarının dediyi ilə oturub-durmaq qədər nifrət eləmirdi. İdarələrdən, dəftərxanalardan, 

kabinetlərdən, ölümü qədər zəhləsi gedir, kazarma dustaqlığını xəyalına gətirəndə isə onu dəhşət 

bürüyürdü. Bəzən çox böyük qurbanlar bahasına bu cür işlərdən yaxasını qurtara bilmişdi. 

Burada onun güçü, məğrurluğu öz sözünü demiş, əyilməz, inadkar olmuş, xasiyyəti isə möhkəm, 

dönməz qalmışdı. Ancaq bütün əzabları da, taleyi də elə bu məğrurluğu ilə bağlı olmuşdu.  

Axırda hamının başına gələn onun da başına gəldi: bütün varlığı ilə, inadla axtardığı şeyi tapdı, 

ancaq tapdığı o qədər çox oldu ki, bir adam üçün artıqlıq elədi. Əvvəlcə arzusu, sevinci olan şey 

sonradan acı taleyinə çevrildi. Hakimləri hakimiyyət, pulgirləri pul, nəşə axtaranları isə nəşənin 

özü məhv edər. Yalquzağı da sərbəstliyi məhv edirdi. Məqsədinə yetdi, lap sərbəst oldu, heç 

kimə itaət eləmədi, heç kimə də qulaq asmadı, nə edəcəyini, necə edəcəyini özü təkbaşına 

müəyyənləşdirdi. Çünki istənilən güclü adam nəyisə bütün varlığı ilə axtaranda mütləq tapır. 

Ancaq Harri axtardığı sərbəstliyi tapanda qəflətən hiss etdi ki, bu sərbəstlik ölümdür. Tamam 

yalqız qalıb, bütün dünya ondan üz döndərib, cəmi insanlara, hətta özünə də biganələşib, 

ayrılığın, tənhalığın getdikcə seyrəkləşən havasında yavaş-yavaş boğulur. Təklik, müstəqillik 

daha onun arzusu, məqsədi yox, taleyinə, qismətinə dönmüş, tilsimli bir arzuya çevrilmişdi, geri 

durmaq da olmazdı və nə qədər qollarını geniş açıb xoş niyyətlə, həsrətlə insanlara qaynayıb-

qarışmaq istəsə də, xeyri olmurdu, heç kim yaxın buraxmırdı. Ancaq bu o demək deyil ki, 

hamının ondan zəhləsi gedir, hamı ondan iyrənirdi.  

Əksinə, çoxlu dostu vardı. Çoxunun da ondan xoşu gəlirdi. Lakin həmişə payına düşən yalnız 

adicə bir mehribanlıq, cüzi rəğbət hissi idi. Onu harayasa dəvət edər, hədiyyə verər, gözəl-gözəl 

məktublar yazardılar. Ancaq heç kim ona yaxınlaşmaz, qaynayıb-qarışmaz, sevincini-kədərini 

bölüşmək arzusunda və iqtidarında olmazdı. Belə bir tənha, sakit, qapalı, süst ab-havaya 

düşmüşdü ki, heç bir istək, heç bir həsrət oraya yol tapa bilməzdi. Bu, onun həyatını 

səciyyələndirən əlamətlərdən idi. 

Digər əlaməti də, onun «özünü öldürən»lər cərgəsində olmasıydı. Burada bir məsələni də qeyd 

etmək lazımdır ki, yalnız gerçəkdən canına qəsd eləyənlərə «özünü öldürən» demək düzgün 

deyil.  


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

569 


Belələrinin arasında, necə deyirlər, təsadüfən özünü öldürənlər daha çox olur, ancaq intihar 

həvəsi onların varlığından, canından irəli gəlmir. Böyük şəxsiyyəti, səciyyəvi  əlaməti, qəribə 

taleyi ilə seçilməyən düjün-düjün, sürü-sürü adamların da bəzisi özünə qəsd edir, ancaq heç biri 

öz mahiyyəti, təbiəti etibarı ilə «özünü öldürənlər» sırasına düşmür, lakin bütün varlığı, 

mahiyyəti ilə bu zümrəyəaidlərin çoxu, bəlkə də,  əksəriyyəti heç özünə əl qaldırmır. «Özünü 

öldürdənlər» üçün –    Harri də belələrindən idi – ölümlə mütləq təmasda olmaq lazım deyil, 

bunu intiharsız da eləmək mümkündür.  

«Özünü öldürən» üçün ən səciyyəvi əlamət onun öz «mən»inə haqlı da, haqsız da olsa –   

təbiətin çox təhlükəli, şübhəli, zərərli bir toxumu kimi baxmasıdır. Ona elə gəlir ki, həyatı tükdən 

asılıdır, sanki, sıldırım bir qayanın lap ucunda dayanıb, kimsə kənardan üfürsə, ya da dərindən 

nəfəs alsa, heçliyə yuvarlanacaq. Bu cür adamların taleyi onunla seçilir ki, onlar, heç olmasa, öz 

təsəvvürlərində intihar etməyi  ən düzgün ölüm növü sayırlar. Demək olar ki, lap cavan 

vaxtlarından özünü göstərməyə başlayan, sonralar isə həmin adamın  əbədi yol yoldaşına 

çevrilən bu cür ovqatın səbəbi həyat həvəsinin zəifliyi deyil. Əksinə, «özünü öldürənlərin» 

arasında da həddən artıq cəsarətlisi olur. Ancaq bizim «özünü öldürən» adlandırdığımız həssas, 

kövrək təbiətli adamlar bir balaca sarsılanda, adicə xəstəlikdən belə, qızdırmağa başlayan kimi o 

dəqiqə intihar etmək qərarına gəlirlər. Əgər özündə cəsarət, məsuliyyət hissi tapıb, ayrı-ayrı 

həyat hadisələrinin daxili quruluşunu öyrənmək  əvəzinə, insanın özü ilə məşğul olan bir 

elmimiz, ya da antropologiyaya, psixologiyaya bənzər bir tədqiqat sahəmiz olsaydı, bu cür 

faktlar da hamıya bəlli olardı. 

Məlum məsələdir ki, bizim «özünü öldürənlər» haqqında dediklərimizin hamısı səthidir, onun əsl 

mahiyyəti isə psixologiya ilə bağlıdır – deməli, fizikanın bir sahəsidir. Məsələyə metafizik 

baxımından yanaşdıqda, o, başqa görkəm alır, çünki bu cür baxımda «özünü öldürənlər» 

hamıdan ayrı düşdüklərinə peşman olan, öz ali məqsədlərini kamilləşməkdə, 

mükəmməlləşməkdə deyil, ölümə, ilkinə, Allaha, kainata qovuşmaqda görən adam təsiri 

bağışlayırlar. Belə təbiətli insanların çoxu həqiqətən intihar etməyi heç cür bacarmırlar, çünki 

onun günahlarını  əvvəlcədən yaşamış olurlar. Lakin buna baxmayaraq, hamısı bizim üçün 

«özünü öldürən» kimi qalır çünki onlar xilası həyatda deyil, ölümdə görür və nə vaxt desən, 

alçalmağa, ölməyə, çıraq kimi sönməyə, ilkinə qayıtmağa hazırdırlar. 

Hər bir güc nə vaxtsa zəifliyə çevrilə bildiyi kimi (bəzi hallarda isə çevrilməlidir),  əsl «özünü 

öldürən» də bunun əksinə olaraq, əksər hallarda zahiri zəifliyini gücə, dayağa döndərə bilir və 

özü də bunu lap tez-tez eləyir. Harri – Yalquzaq da belələrindən idi. Bu tipə məxsus minlərlə 

adam kimi, onun üçün də ölümün qapısının hər an açıqlığı fikri yalnız gəncliyə məxsus kövrək 

xəyalpərvərlik deyildi, əksinə, o, bu fikirdə özü üçün təsəlli, dayaq tapırdı. Bəli, bütün bu tipli 

adamlarda olduğu kimi hər bir sarsıntı, hər bir ağrı, başına gələn hər bir müsibət Harridə də 

yalnız ölüm yolu ilə onlardan yaxasını qurtarmaq həvəsi oyadırdı. Lakin həmin həvəsdən 

tədricən o, həyat üçün çox xeyirli bir fəlsəfə yaratdı.  

Həmin ehtiyat yoldan istənilən vaxt istifadə edəcəyinə inanması ona qüvvət verir, hər cür 

iztirabın, bədbəxtliyin dadını görmək həvəsi yaradırdı. Vəziyyəti lap dözülməzləşəndə isə 

amansız bir sevinc hissi keçirir, sanki, kiminsə bədbəxtliyindən zövq alırdı: «Axı mən insanın 

nələrə dözə bildiyini görmək həvəsi ilə alışıb-yanıram. Görsəm ki, daha dözmək olmur, onda 

həmin qapını açaram və bununla da hər şey qurtarar». Elə «özünü öldürənlər» var ki, bu fikirdən 

qeyri-adi bir qüvvət alırlar. 

Başqa bir tərəfdən də bütün «özünü öldürənlər»ə həmin ölüm növü ilə mübarizə aparmaq 

bacarığı da bəxş olunub. Onların hər biri ürəyinin hansı dərin qatındasa yaxşı bilir ki, intihar 

etmək çıxış yolu olsa da, hər halda, qeyri-qanunidir,  əlacı kəsilənlərin tutduğu ucuz yoldur və 

əslində, öz əlində ölməkdənsə, həyatın əlində ölmək daha şərəfli, daha gözəldir. Bunu bilməsi və 

bir də ononizm ilə məşğul olanların keçirdiyi utancaqlıq hissinə oxşayan vicdan əzabı əksər 

«özünü öldürənlər»in ölümlə daimi mübarizəyə sövq edir. Klemptoman öz eybi ilə necə 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

1   ...   96   97   98   99   100   101   102   103   ...   115


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə