“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
581
səksəkəli bir ciddilik, saxta məyusluq ifadəsi dolaşırdı. Hamısı da ürəyində deyirdi ki, kaş bu
zəhlətökən mərasim tez qurtaraydı. Axır ki, qurtardı. İrəlidə dayanmış iki dindaşı natiqin əlini
sıxdı, sonra mərhumun qəbrindən çıxan palçığa bulaşmış ayaqqabılarını yaxınlıqdakı çəməklikdə
təmizlədilər, sifətləri o
dəqiqə öz əvvəlki insani görkəminə qayıtdı və qəflətən onlardan biri mənə tanış gəldi: əlində
plakat gəzdirən, kitabçanı verib aradan çıxan kişiyə oxşayırdı...
Elə həmin anda da o, üzünü çevirib aşağı əyildi, qara şalvarının balağını səliqəylə çırmaladı və
çətirini də qoltuğuna vurub iri addımlarla uzaqlaşdı. Arxasınca qaçıb ona çatdım, başımla salam
verdim, ancaq deyəsən, tanımadı.
– Bu gün axşam tamaşası var? – deyə soruşdum və köhnə bir sirdaş kimi göz vurmağa çalışdım.
Ancaq göz-qaşla danışmaq vaxtım çoxdan keçib getmişdi və bu cür ki mən yaşayırdım, az qala,
adi danışıq tərzimi də yadırğamışdım. Özüm də hiss etdim ki, yalandan üz-gözümü qırışdırdım.
– Axşam tamaşası? – kişi mızıldanıb key-key üzümə baxdı. – Bura baxın, əgər buna ehtiyacınız
varsa, «Qara Qartal»a gedin.
Əslində, bu kişinin həmin adam olduğunu dəqiq bilmirdim və ümidimi üzərək yola düzəldim.
Ancaq hara getdiyimi özüm də bilmirdim: nə bir məqsədim, nə bir istəyim, nə də bir işim vardı!
Yaşamaq yenə zəhərə döndü, hiss etdim ki, illər uzunu yığılıb qalmış iyrənclik lap son həddinə
çatdı, həyat məni öz qoynundan kənara tulladı. Dəli kimi bomboz şəhərin canına düşdüm; hər
şeydən, sanki, nəm torpaq, meyit qoxusu gəlirdi. Yox, bu bayquşların heç biri mənim məzarım
önündə dayanıb cübbəsini yellədə-yellədə, sızıldaya-sızıldaya ulamayacaq! Ah, hara baxsam da,
nə haqda fikirləşsəm də, heç nədə sevinc, çağırış, cazibədarlıq tapa bilmirdim. Hər şeydən kəsif
çürüntü, razılıq qoxusu gəlirdi. Hər şey köhnəlmiş, saralmış, bozarmış, zəifləmiş, heydən
düşmüşdü. Aman Allah, belə də şey
olar? Necə olmuşdu ki, mənim kimi yenicə pərvazlanmış bir gənc, bir şair, elm və sənət
ilahələrinin yaxın dostu, səyyah, coşqun idealist bu günə qalmışdı?! Bu iflic, hər şeyə və özünə
nifrət hisslərinin kütləşməsi, tərs ovqat, qəlb evini dəhşətli bir cəhənnəmə döndərmiş boşluq,
ümidsizlik haradan belə asta-asta, sinə-sinə gəlib məni caynağına almışdı?!
Kitabxananın yanından keçəndə, cavan bir professorla rastlaşdım. Bir neçə il əvvəl, lap axırıncı
dəfə bu şəhərdə olanda onunla söhbət etmiş, hətta bir neçə dəfə Şərq mifologiyası haqqında
danışmaq üçün evinə də getmişdim. Onda bu sahə ilə çox məşğul olurdum. Ötüb keçmək
istəyəndə, professor mənə tərəf gəldi, səmimiyyətlə özünü üstümə saldı və belə acınacaqlı
vəziyyətimdə, demək olar ki, ürəyimdə ona qarşı minnətdarlıq hissi oyandı. Professor çox
sevindi, kefi duruldu, keçmiş söhbətlərimizin bütün təfərrüatlarını xatırlatdı və dedi ki, mənim
təşəbbüslərimin ona çox xeyri olub, məni tez-tez xatırlayıb, o vaxtdan sonra həmkarları ilə belə
maraqlı, xeyirli mübahisələri çox az-az olub. Soruşdu ki, şəhərə nə vaxt gəlmişəm (mən də
aldatdım ki, bir-iki gündür), niyə onu axtarmamışam. Bu nəzakətli insanın müdrik, mehriban
sifətinə baxdım, belə vəziyyətdə görüşməyimiz mənə lap gülünc göründü, ancaq bu bircə qırıq
hərarəti, bircə içim məhəbbəti, bircə dişləm diqqəti ac qurd kimi gözlərimə təpirdim. Riqqətə
gəlmiş Harri irişdi, qurumuş boğazı yaşlandı, iradəsi tərsinə, sentimentallıq onu əydi. Bəli,
başladım yalandan çərənləməyə ki, yolüstü gəlmişəm, elmi işimlə bağlıdır, özümü də bir az pis
hiss eləyirəm, yoxsa onu mütləq axtarardım. Səmimi qəlbdən məni bu axşam evinə dəvət
edəndə, təklifini minnətdarlıqla qarşıladım, xahiş elədim ki, arvadına salam söyləsin və tez-tez
danışdıqca, gülümsədikcə, hər şeyi çoxdan yadırğamış çənəm ağrıdı. Və mən – yəni yaxşı yerdə
axşamladığından yaltaq-yaltaq gülümsəyən, özünü nəzakətli, diqqətli göstərən Harri Haller
küçədə dayanıb, o mehriban kişinin uzağı görməyən gözünə gülümsəyəndə, başqa bir Harri də
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
582
onunla yanaşı dayanıb irişir və irişə-irişə də fikirləşirdi ki, mən nə qəribə, axmaq, yalançı
qardaşam, ikicə dəqiqə əvvəl qəzəblə bu lənətə gəlmiş dünyaya dişimi qıcayırdım, indisə elə ilk
çağırışda hörmət-izzətli bir adamın ilk səmimi salamıyla yerimdən oynadım, sadəliklə hər şeyə
«bəli, amin» dedim, cüzi bir mərhəmətdon, diqqətdən, mehribanlıqdan donuz çoşqası kimi
eşələnməyə başladım. Beləliklə də, birbirindən xoşu gəlməyən iki Harri nəzakətli professorun
qarşısında dayanıb bir-birini ələ salır, bir-birinə göz qoyur, bir-birinə tüpürür və həmişə olduğu
kimi də özlərinə sual verirdilər ki, bütün bunlar, sadəcə olaraq, insan səfehliyi, insan zəifliyi,
ümumi insan taleyidir, yoxsa bu sentimental xudpəsəndlik, bu zəiflik, bu natəmiz qoşa hisslər
yalnız, sadəcə olaraq, yalquzaqlığa xas olan bir peşəkarlıqdır?! Əgər belə alçaqlıq bütün
insanlığa xas idisə, onda mənim bu dünyaya nifrət hissim yeni bir qüvvə ilə onun üstünə
atılmalıydı, yox, əgər şəxsi zəifliyim idisə, onda özünə nifrətdən nəşələnməyə haqqım vardı. Bu
iki Harrinin mübahisəsinə başım elə qarışmışdı ki, az qala professoru unutmuşdum. Birdən-birə
ondan da bezikdim, yaxamı tez qurtarmağa çalışdım. Aralanandan sonra xeyli dayanıb, arxasınca
baxdım: sadədil, bir az da dindarlara, idealistlərə xas olan yerişlə gözdən itdi. İçimdə qızğın
döyüş başlandı, gizli-gizli bütün bədənimi sızıldadan podaqra sancıları ilə döyüşə-döyüşə, qeyri-
ixtiyari, qatıb ağaca dönmüş barmaqlarımı yumub açanda, özüm də bildim ki, saat səkkizin
yarısındakı axşam yeməyinə dəvətlə bərabər nəzakətli olmaq məcburiyyətini də, elmi
boşboğazlığı da, yad bir ailənin səadətinə baxmağı da özümə artıq yük elədim. Acıqlı-acıqlı evə
yollandım, konyaka su qatıb içdim, həblərimi atdım, divana uzanıb oxumağa çalışdım. Axır ki,
on səkkizinci əsrin ən maraqlı bulvar ədəbiyyatı olan «Sofiyanın Memeldən Saksoniyaya
səfəri»ndən bir az oxuya bildim. Və qəfildən yenə yadıma düşdü ki, gedəsi yerim var, üzüm də
tüklüdür, hələ paltarı da dəyişmək lazımdır. Allah bilir, bunu haradan özümə caladım. Deməli,
Harri, ayağa qalx, kitabı qırağa qoy, üzünü sabunla, çənəni də kəs qanat, sonra geyin-kecin,
gedib insanlarla qayna-qarış! Üzümü sabunlaya-sabunlaya bu gün qəbiristanda o naməlum adamı
iplə salladıqları zibilli xəndəyi xatırladım, darıxan həmxristianların özlərini gülməkdən güclə
saxladıqları barədə fikirləşdim və heç birinə də gülə bilmədim. Mənə elə gəldi ki, o zibilli
xəndəkdə keşişin mənasız, xəcalətli duasında, yasa gələnlərin üzündəki mənasız, xəcalətli
ifadədə, tənəkədən düzəldilmiş, mərmərdən yonulmuş xaçların, xatirə lövhələrinin kədərli
baxışında, məftildən örülmüş, şüşədən kəsilmiş saxta güllərin arasında təkcə həmin naməlum
adamın həyatı sona atmır. Təkcə mən sabah, ya biri gün ölüb, yalandan yas tutan adamların əli
ilə torpağa quylanmayacağam. Xeyr, hər şey – ağır xəstəliyə tutulmuş bütün səyimiz, bütün
mədəniyyətimiz, bütün inamımız, bütün həyat nəşəmiz, bütün həyat həvəsimiz də bir gün ölüb
gedəcək, bax beləcə torpağa gömüləcək. Qəbiristanlıq bizim mədəniyyət dünyamız idi və burada
yatan İsa peyğəmbər, Sokrat, Motsart, Haydn, Dante, Gete pas atmış tənəkə lövhələrin üstündə
quruca ada çevrilmişdi. Yalandan yas tutan adamlar da onları dövrəyə
almışlar və özləri də bir vaxt müqəddəs hesab elədikləri tənəkə lövhələrə inamı saxlamaq,
çoxdan ölüb getmiş bu dünyaya öz kədərlərini, ümidsizliklərini bildirmək, heç olmasa, ürəkdən
gələn ciddi bir söz demək üçün hər şeyə hazır idilər, ancaq bütün bunların əvəzində hamısına
xəcalətli bir təbəssümlə qəbrin başına yığışmaq qalmışdı… Əsəbiləşib, çənəmin həmişə
kəsdiyim yerini yenə də qanatdım.
Yaranın üstündə xeyli həkimlik elədim, ancaq bununla belə, yenicə taxdığım yaxalığı təzədən
dəyişməli oldum. Özüm də bilmirdim bütün bunları niyə eləyirəm, çünki qonaq getməyə heç
həvəsim yox idi. Ancaq Harrinin bir hissəsi yenə də artistliyə başlamışdı: professordan xoşu
gəlirdi, insan ətri, boşboğazlıq, ünsiyyət həsrətindəydi, yadına professorun qəşəng arvadı
düşmüşdü, elə bilirdi ki, mehriban, qonaqpərvər adamların arasında keçirəcəyi bircə axşam onu
nəyəsə ruhlandıracaq. Həmin istək mənə kömək eləyib çənəmə ingilis leykoplastırı yapışdırdı,
geyindirdi, qəşəng bir qalstuk bağlatdırdı, qılıqlayıb evdə qalmaq arzusundan daşındırdı. Eyni
zamanda da, düşündüm: bu cür ki
geyinib-kecinib professora qonaq gedirəm, ikimiz də istəməyə-istəməyə özümüzü nəzakətli
göstəririk – bunları hamı hər gün, hər saat, istəməyə-istəməyə, məcburən eləyir: qonaq gedir,
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
583
söhbətə başlayır, iş yerlərində, idarələrdə oturub qalır. Hamısını da məcburən, qeyri-ixtiyari,
istəməyə-istəməyə eləyirlər!
Bütün bunları maşınlar da eyni səviyyədə eləyə bilərdi və ya heç eləməmək də olardı. Və bu
əbədi, dəyişməz qeyri-ixtiyarilik də onlara mənim kimi, öz həyatlarına tənqidi yanaşmağa, onun
səfehliyini, dayazlığını, sırtıq-sırtıq irişən ikiüzlülüyünü, ümidsiz kədərini, heçliyini görməyə,
hiss etməyə qoymur.
Ah onlar – yəni insanlar düz eləyir. Çox düz eləyir ki, beləcə yaşayır, həyatla oynayır, mənim
kimi, adama qüssə-kədər gətirən qeyri-ixtiyariliyə qarşı çıxmaq, gözlərini zilləyib ümidsiz-
ümidsiz o heçliyə baxmaq əvəzinə, lazım olan işlərin ardınca qaçırlar. Əgər mən bu qeydlərimdə
hərdən insanlara nifrətlə istehza edirəmsə, qoy heç kim fikirləşməsin ki, günahı onların boynuna
atıram, onları ittiham edirəm, başqalarını öz şəxsi faciəmə cavabdeh saymaq istəyirəm! Ancaq
mən – həddən artıq uzağa gedib, həyatın zülmət bir heçliyə dirənmiş son nöqtəsində dayanan
Harri – həm özünü, həm də başqalarını aldadaraq desəm ki, mən də o qeyri-ixtiyariliyə tabeyəm,
mən də o əbədi oyunun məsum körpə dünyasının sakiniyəm, deməli, düz eləmirəm, yalan
danışıram!
Elə həmin axşamın özü də çox qəribə oldu. Tanışım yaşayan evin qarşısında bircə anlığa ayaq
saxlayıb, pəncərələrə baxdım. «O kişi burda yaşayır», – deyə fikirləşdim, – həmişə öz işi ilə
məşğul olur, mətnləri oxuyur, şərh edir. Ön Asiya və hind mifologiyaları arasında əlaqə axtarır,
hamısından da zövq alır, çünki işinin dəyərinə, nökəri olduğu elmə, xalis zəkanın, toplanmış
məlumatların mənasına, tərəqqiyə, inkişafa inanır. Nə müharibə görüb, nə də Eynşteynin indiyə
qədər mövcud olan bütün təfəkkür tərzlərini darmadağın etdiyini hiss eləyib (ona elə gəlir ki, bu
yalnız riyaziyyatçılara aiddir), ətrafında yeni bir müharibə üçün gedən hazırlıq işlərindən də
xəbəri yoxdur. Fikirləşir ki, yəhudilər də, kommunistlər də nifrətə layiqdir, özü isə xeyirxah,
dərd-qəm tanımayan, şad-xürrəm, özündən razı, qibtəyə layiq bir uşaqdır.
Özümü toplayıb içəri girdim. Məni ağönlüklü qulluqçu qız qarşıladı. Hansı hissin təsiri iləsə
paltomu, şlyapamı apardığı yeri yadımda dəqiq saxladım. O, məni işıqlı, isti bir otağa ötürüb
gözləməyi xahiş etdi. Əlim dinc durmadı, hansı duanısa zümzümə eləmək və ya mürgü döymək
əvəzinə, gözümə sataşan ilk əşyanı götürdüm. Dəyirmi stolun üstünə qoyulmuş balaca bir şəkil
idi, çərçivəyə alınmış, arxasına da onu çəp saxlayan karton dayaq yapışdırılmışdı. Qravür idi.
Şair Geteni əzəmətli, səliqə-sahmanla daranmış nurlu bir qoca kimi təsvir edirdi. Rəssam, böyük
bir çətinlik bahasına da olsa, onun məşhur, od-alov saçan baxışlarını, saray əyanlarına xas cilalı
tənhalığını, fəciliyini verə bilmişdi.
Müəllif bu məkrli qocanın müdrikliyinə xələl gətirmədən, necə deyərlər, professorlara,
sənətkarlara xas bir dözüm, məsumluq ifadəsi də əlavə etməklə, bütövlükdə, doğrudan da, hər
hansı meşşan evinə bəzək vura biləcək yaraşıqlı bir qoca zadəgan obrazı yaratmışdı. Çox güman
ki, onun heç nəyi bu növ əsərlərdən – yəni əldən iti peşəkarların yaratdıqları iltifatlı
peyğəmbərlərin, apostolların, igidlərin, mənəvi qəhrəmanların, dövlət xadimlərinin şəkillərindən
pis deyildi. Bəlkə də, müəllifin hansısa virtuoz bacarığının təsiri idi ki, həmin şəkil məni
yerimdən belə oynatdı. Qoy necə istəyir olsun, ancaq,
hər halda, mən əməlli-başlı hirslənmişdim, ürəyim dolmuşdu və qoca Getenin bu lovğa,
özündənrazı şəkli heç xoşuma gəlmədi. Hiss etdim ki, bura mənim yerim deyil. Bura
yalquzaqların deyil, təqlid olunan ustadların, milli dahilərin yeri idi!
Əgər indi ev sahibi içəri girsəydi, bəlkə də, bəxtim gətirib hansı bəhanə iləsə aradan çıxa
bilərdim. Ancaq arvadı gəldi və mən bu görüşun pis qurtaracağını hiss eləsəm də, taleyimlə
barışmalı oldum. Salamlaşdıq və ixtilaf ixtilafın dalınca düzüldü. Qadın yaxşı qaldığıma görə
məni təbrik etdi, ancaq özüm gözəl bilirdim ki, son görüşümüzdən keçən illər ərzində çox
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
584
qocalmışam. Əl verərkən barmaqlarımdan qalxan podaqra sancılarının ağrısı da, istər-istəməz,
bunu mənə xatırlatdı... Bəli, sonra soruşdu ki, sevimli arvadımın kefi necədir, məcbur olub
dedim ki, məni atıb, ayrılmışıq. Professor içəri girəndə, ikimiz də sevindik. O da mənimlə
səmimi görüşdü və bu saxta, komik vəziyyət lap son həddinə çatdı. Əlində qəzet vardı. Abunə
yazılmış olduğu həmin qəzet militaristlərin, müharibə qızışdıranların orqanıydı. Salamlaşandan
sonra qəzeti göstərib dedi ki, mənim adaşım – Haller adlı bir publisistin haqqında yazı var,
deyəsən, yaramazın, yurdsuz-yuvasız səfilin biridir. İmperatoru ələ salıb, deyib ki, guya,
müharibənin başlanmasında onun vətəninin günahı düşmən ölkələrin günahından az deyil.
Yaramazlığa bax! Ancaq payını alıb, redaksiya o yaramazı rüsvay eləyib, lap atasını yandırıb!
Lakin görəndə ki, mövzu məni heç maraqlandırmadı, başqa şeylərdən danışmağa başladı və heç
birinin də ağlına gəlmədi ki, həmin o əclaf indi onlarla üzbəüz otura bilər. Ancaq, əslində,
eləydi, həmin əclaf mən özüm idim. Bilməsələr yaxşıdır, səs-küy qaldırıb, camaatı narahat etmək
nəyə lazımdır! Ürəyimdə güldüm və o dəqiqə bu axşamın xoş təəssüratına olan son ümidim də
sındı. Həmin an yaxşı yadımda qalıb. Elə həmin andaca, yəni professor vətən xaini Hallerdən
danışanda, içimdə dəhşətli bir düşkünlük, ümidsizlik hissi baş qaldırdı. Dəfn səhnəsində
başlayan bu hisslər getdikcə qüvvətlənmiş, azğın bir əzaba, cismani ağrılara (qurşaqdan aşağı),
adamı için-için yeyən qorxulu bir tale yazısına çevrilmişdi.
Hiss edirdim ki, nəsə məni güdür, arxamca bir təhlükə düşüb. Xoşbəxtlikdən xəbər gəldi ki,
yemək hazırdır. Qonaq otağına keçdik. Ağzımdan xata çıxmasın deyə, başımı yeməyə
qarışdırdım, həmişəkindən çox yedim və halım getdikcə pisləşdi. «Pərvərdigara... – elə hey
ürəyimdən keçirirdim, – niyə biz özümüzü belə üzürük?» Aydınca görürdüm ki, ev sahibləri də
özlərini yaxşı hiss eləmirdilər, zorla şən görünməyə çalışırdılar. Ya mənim təsirim keçmişdi, ya
da evlərində qanqaralığı olmuşdu. Elə şeylər soruşurdular ki, heç birinə əməlli cavab vermək
olmurdu və o qədər yalan danışdım ki, hər sözü deyəndə iyrənməyə başladım. Axırda sözü
dəyişmək məqsədi ilə bu gün şahidi olduğum dəfn
mərasimindən söhbət saldım. Ancaq, deyəsən, yerinə düşmədi, yumorum təsirsiz qaldı,
aramızdakı anlaşılmazlıq getdikcə dərinləşdi, içimdəki yalquzaq dişlərini qıcıya-qıcıya gülməyə
başladı və çərəz yeyəndə, demək olar ki, heç birimiz danışmadıq. Qəhvə, şnaps içmək üçün yenə
həmin otağa qayıtdıq, elə bildik ki, heç olmasa, bunların bir köməyi dəyər. Şəkli götürüb
komodun üstünə qoysalar da, şairlər şahı yenə də gözümə sataşdı. Heç cür gözümü çəkə
bilmirdim və daxilimdən baş qaldıran etiraz səslərini eşidə-eşidə onu yenə əlimə götürdüm,
çəkişmə təzədən başladı. Beynimi belə bir fikir yeyirdi ki, daha bu vəziyyətə dözmək qeyri-
mümkündür, ya ev sahiblərini hərəkətə gətirməli, öz ovqatım üstündə kökləməliyəm, ya da nəsə
bir partlayış olmalıdır – Güman edək ki, – dedim, – Gete heç də belə olmayıb. Bir bundakı
şöhrətpərəstliyə, alicənab duruşa, möhtərəm tamaşaçısı ilə dilxoşluq eləyən ləyaqətə, kişilik
pərdəsi altında gizlənmiş iltifatlı sentimentallığa bax! Əlbəttə, ona çox şeyi irad tutmaq
mümkündür, elə çox vaxt mən özüm də bu qoca lovğanın əleyhinə olmuşam, ançaq onu belə
təsvir eləmək... Yox, bu lap həddini aşmaq deməkdir...
Sir-sifətinə kədər qonan sahibə hamıya qəhvə süzüb tələsik otaqdan çıxdı, pərt olmuş əri məni
məzəmmətlədi ki, Getenin şəkli arvadınındır və bunu çox xoşlayır.
– Lap haqlı da olsaydınız – yeri gəlmişkən, fikrinizlə heç də razı deyiləm, – gərək belə kəskin
deməyəydiz...
– Haqlısınız, – deyə boynuma aldım. – Təəssüf ki, bu, mənim çox pis cəhətimdir, ən kəskin
ifadələr seçməyə adət eləmişəm. Yeri gəlmişkən, Getenin özü də kefi kök vaxtlarında belə
edərmiş.
Ancaq bu nərmənazik, meşşan, salon Getesi heç vaxt kəskin, doğru, yerinə düşən ifadələr
işlətməzdi.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
585
Sizdən də, arvadınızdan da üzr istəyirəm, ona deyin ki, mən başdanxarabam. Eyni zamanda,
icazə versəydiniz, qulluğunuzdan mürəxxəs olardım...
Pərt olmuş professor gözgörəti etiraz etdi, dedi ki, əvvəlki söhbətimiz çox gözəl, maraqlı olub,
bəli, mənim Mitra və Krişna haqqındakı mülahizələrim çox xoşuna gəlib, ümid edirmiş ki, bu
gün də... və sair... və ilaxır... Təşəkkürümü bildirib dedim ki, bunlar səmimi sözlərdir, ancaq
təəssüf ki, Krişnaya olan marağım elmi söhbətlərə olan həvəsim kimi tamamilə sönüb, bu gün
də ona çox yalanlar satmışam, məsələn, şəhərə bir neçə gün bundan əvvəl deyil, bir neçə ay
qabaq gəlmişəm, özüm üçün yaşayıram, daha dəbdəbəli evlərə yaraşan deyiləm, çünki, birincisi,
həmişə əhvalım pis olur, podaqra sancılarına mübtəlayam, ikincisi də, çox vaxt sərxoş oluram.
Sonra da haqq-hesabı biryolluq çürütmək, bu evdən axırıncı dəfə yalançı kimi getməmək üçün
möhtərəm cənaba onu da dedim ki, bu gün çox xətrimə dəydi. Mürtəce bir qəzetin Hallerə
münasibətində alimə yaraşmayan, axmaq, malbaş, avara bir zabit mövqeyi tutdu. Həmin «gədə»,
əsli-kökü bilinməyən Haller elə mən özüməm və ən azı fikirləşməyə qabil olan bir neçə adam
kor-koranə, ağına-bozuna baxmayıb yeni müharibəyə can atmaq əvəzinə, ağıla, dincliyə üstünlük
versə, bizim ölkənin də, dünyanın da işləri yaxşılaşar. Daha qurtardıq,
sağlıqla qalın!
Və beləliklə də, ayağa qalxdım. Gete ilə, professorla vidalaşdım, şeylərimi asılqandan götürüb
burdan uzaqlaşdım. Qəlbimdəki pisniyyət canavar ucadan uladı, Harrilərin arasında mərəkə
başladı, nə başladı. Çünki o dəqiqə başa duşdüm ki, bu nəhs axşamın özündən çıxmış
professordan çox mənə xeyri oldu. Bu onun üçün adicə məyusluq, ötəri bir əsəbilik idisə, mənim
üçün axırıncı məğlubiyyət, fərarilik, meşşanlıqdan, elm aləmindən ayrılmaq idi. Yalquzağın tam
və qəti qələbəsi deməkdi. Və bir də fərari kimi, məğlub kimi ayrılmaq, öz tənəzzülünü boynuna
almaq, təsəllisiz, yumorsuz vidalaşmaqdı. Mədəsində xora olan adam qızardılmış donuz əti ilə
necə vidalaşırsa, mən də öz keçmiş dünyamdan, vətənimdən, meşşanlıqdan, adət-ənənələrdən,
elm aləmindən eləcə ayrıldım.
Qəzəbli-qəzəbli, qüssəli-qüssəli küçələrdə vurnuxmağa başladım. Nə kədərli, nə xəcalətli, nə
nəhs gün oldu bu! Özü də düz səhərdən axşama qədər – qəbiristanlıqdan professorun evindəki
səhnəyəcən! Niyə? Nə üçün? Belə günləri təzədən özünə yük eləməyin, sonra da onun altını
çəkməyin mənası vardımı? Yox! Bu komediyanı axşam qurtarmaq lazımdır! İndi evə get, Harri,
ülgücü boğazına çək! Çox dözmüsən, bəsindir!
Ələm məni qabağına qatıb küçələrdə qovurdu. Əlbəttə, elə yaxşı adamların saray bəzək-düzəyinə
tüpürməkdə axmaqlıq elədim, lap səfehlik, tərbiyəsizlik oldu, ancaq başqa cür də bacarmazdım.
Daha bu bəzək-düzəkli, saxta, səliqə-sahmanlı həyata dözə bilmirdim, yaşadığım cəmiyyətdən də
zəhləm gedirdi. Lap iyrənmişdim, düşdüyüm cəhənnəmin havasız heçliyində boğula-boğula
yalandan əl-qol atırdım... Məgər başqa çıxış yolum vardımı? Yox idi! Ah, yazıq ata-anam! Ah,
gəncliyin uzaqlarda qalan müqəddəs odu-alovu, ah, min-min sevinclər, əməllər, həyat amalları!
Onlardan mənə heç nə qalmadı. Heç peşmançılığı da! Qalan yalnız nifrət, azar-bezar oldu. Mənə
elə gəldi ki, yaşamaq
məcburiyyətinin özü də heç vaxt indiki kimi əzaba çevrilməmişdi!
Miskin bir meyxanada nəfəsimi dərdim, su ilə konyak içdim. Şeytan məni təzədən küçələrə saldı,
qədim şəhərin sərt, əyri-üyrü dalanlarından, xiyabanlarından keçib vağzal meydanına gəldim.
«Çıxıb getmək lazımdır», – deyə fikirləşib içəri girdim, hərəkət cədvəlinə baxdım, bir az şərab
içdim, fikrimi toplamağa çalışdım. Getdikcə qorxduğum kabusu daha yaxından, daha aydın
gördüm. Həmin kabus geri dönmək, evə qayıtmaq, ümidsizlik qarşısında aciz qalmaq idi! Çox
vurnuxsam da, ondan yaxamı qurtara bilmədim. Yenə o qapıya, üstü kitabla dolu masanın
üzərindən sevgilimin şəkli asılmış divanın yanına qayıtmaq! Yenə ülgücü boğazıma çəkəcəyim
|