Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7.78 Mb.
PDF просмотр
səhifə101/115
tarix25.04.2017
ölçüsü7.78 Mb.
1   ...   97   98   99   100   101   102   103   104   ...   115

 



 

Milli Virtual Kitabxana 

 

570 


döyüşürsə, onlar da intiharla eləcə mübarizə aparırlar. Bu mübarizədən Yalquzağın da xəbəri 

vardı və onu müxtəlif silahlarla aparmışdı. Axırda, təxminən, qırx yeddi yaşına çatanda, xoş, 

həm də gülməli bir fikrə düşdü və özü də tez-ez ondan ləzzət almağa başladı. Qərara gəldi ki, 

məhz əlli yaşına çatanda özünü öldürəcək. Özlüyündə belə razılaşdı ki, həmin gün ehtiyat yoldan 

istifadə edib-etməyəcəyi onun ovqatından asılı olmalıdır. Qoy başına nə iş gəlir-gəlsin, qoy lap 

xəstələnsin, müflisləşsin, dərdi-qəmi aşıb-daşsın  – fərqi yoxdur, hamısının ömrü qısa olacaq, 

uzaqbaşı, günü-gündən azalan bu bir neçə ili, ayı, günü əzaba döndərəcək! Və doğrudan da,  

əvvəllər ona daha çox  əzab verən, hətta az qala bütün varlığını sarsıdan bəzi müsibətlərə indi 

asanca dözə bilirdi. Hansı səbəbdənsə vəziyyəti daha da pisləşəndə, tənhalığına, yalquzaqlığına, 

vəhşiliyinə ayrı bir dərd də, itki də qoşulanda, onlara: «Bircə dayanın, qoy ikicə il də gəlib 

keçsin, sizinlə haqq-hesabı çürüdərəm!»  – deyə bilirdi. Sonra da ləzzətlə xəyala dalırdı:  əlli yaşı 

tamam olanda, məktublar, təbrik teleqramları gələcək, o isə əlindəki iti ülgüclə bütün ağrılara 

əlvida deyəcək, həmin qapını çəkib arxasınca bağlayacaq… Onda görüm sümüklərin sızıltısı, 

dərd-ələm, baş ağrısı, mədə sancısı neyləyəcək?! 

İndi yalnız onun özünəməxsus fenomenliyini, daha doğrusu, meşşanlığa qəribə münasibətini izah 

etmək, onların nədən irəli gəldiyini araşdırmaq qalır. Çıxış nöqtəsi kimi  əvvəlcə onun 

«meşşanlığ»a münasibətini götürək, çünki elə özü də «məndən danış» deyir. 

Yalquzaq öz təsəvvüründə meşşan dünyasından tamam uzaq idi. Çünki nə ailə həyatı, nə də 

ictimai xudbinlik tanıyırdı. Buna görə də özünü gah təklənmiş bir sərsəri, gah bədbəxt bir zahid, 

gah da həddindən artıq ağıllı, dahilik vergisi verilmiş, həyatın adi normalarından yüksəkdə 

dayanan görkəmli bir şəxsiyyət hesab edirdi. Bilə-bilə meşşanlara nifrət bəsləyir və meşşan 

olmaması ilə öyünürdü.  

Ancaq bununla belə, haradasa təpədən-dırnağacan meşşan həyatı sürür, pulunu bankda saxlayır, 

vəziyyəti ağır olan qohumlarına əl tutur, bəzək-düzəyə çox uymasa da, abırlı, sadə geyinir, polis, 

vergi agentliyi və buna bənzər hökumət orqanları ilə ümumi dil tapmağa çalışırdı. Bunlardan 

əlavə, hansı bir güclü, gizli həsrətsə onu həmişə xırda meşşan dünyasına – sakit, ləyaqətli, 

tərtəmiz bağçası, par-par parıldayan pilləkəni olan, ab-havasından səliqə-sahman ətri gələn 

evlərə tərəf çəkirdi. Düzdür, özünü xırda-para ayıblardan, şıltaqlıqdan, meşşan dünyasında gen 

gəzən qəribə bir adam, ya da dahi kimi  

hiss eləməkdən xoşu gəlirdi, amma bununla belə, heç vaxt, necə deyərlər, həyatın meşşanlıqdan 

uzaq olan  ən ucqar nöqtəsində də yurd salıb yaşamırdı. Nə zorakılarla müstəsnaların, nə də 

canilərlə hüquqsuzların arasında qərar tuta bilir, əksinə, həmişə meşşanlar əyalətində yaşayır, lap 

onlara qarşı çıxsa da, üsyan etsə də, meşşan qayda-qanunları, düzəni, ab-havası ilə təmasda 

olurdu. Bundan əlavə, xırda burjua tərbiyəsi almış, onun bəzi təsəvvür və qəliblərini özündə 

saxlamışdı. Məsələn, nəzəri cəhətdən fahişəliyin heç də əleyhinə deyildi, ancaq hər hansı bir 

fahişəni ciddi qəbul eləyib, ona adi kimi baxa da bilmirdi. Bir də görürdün dövlətin, cəmiyyətin 

daşqalaq elədiyi siyasi canini, inqilabçını və ya mənəvi pozğunu lap qardaşı kimi sevir, lakin 

qəlbində hər hansı bir oğruya, caniyə, sadistə aid meşşan mərhəmətindən başqa heç nə hiss eləyə 

bilmir. 

Beləliklə, öz həyatının,  əməlinin bir hissəsi ilə inkar etdiyi, uzaq qaçdığı şeyi digər hissəsi ilə 

təqdir və təsdiq edirdi. Hətta çoxdan meşşan mühitinə qismət olmayan bir yüksəkliyə qalxsa da, 

artıq meşşan idealından uzaqlaşsa da, ürəyinin yarısı yenə o dünyanın yanında idi, çünki hər cür 

qaydaqanuna, adət-ənənəyə ciddi əməl edilən sığallı bir meşşan evində böyüyüb başa çatmışdı. 

«Meşşanlığ»ın özü isə mövcud həyat tərzi kimi tarazlığa can atmaqdan, insan münasibətlərindəki 

sayzsız-hesabsız təsadüflərlə təzadlar arasında ortaq nöqtə tapmaq cəhdindən başqa bir şey deyil. 

Nümunə üçün o təzadlardan birini  – elə lap paklıqla  əxlaqsızlığı götürsək, bizim bu 

bənzətmənin mənası öz-özünə aydınlaşır. İnsanın imkanı var ki, özünü bütövlükdə mənəvi 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

571 


həyatın ixtiyarına versin, ilahi qüvvəyə qovuşmağa can atsın, paklıq idealı ilə yaşasın. Ancaq 

onun, eyni zamanda özünü bütövlükdə ehtirasın ixtiyarına buraxmaq, hisslərin  əsirinə çevirmək 

və hər şeyi bircə anın səadətinə qurban vermək imkanı da vardır. Bu yollardan biri paklığa, 

mənəvi şəhidliyə, Allah yolunda fədakarlığa, digəri isə əxlaqsızlığa, eyş-işrət əsirliyinə

çürüməyə aparır. Ancaq meşşan bu yolların tən ortasında yaşamağa çalışır. Heç vaxt ümidsizliyə 

qapılmır, nəşənin, asketizmin quluna çevrilmir, nəyinsə yolunda şəhid olmur, öz faciəsi ilə 

razılaşmır. Əksinə, onun idealı fədakarlıq deyil, öz «Mən»ini qoruyub saxlamaq olur, nə paklığa, 

nə də onun əks qütbünə can atır, heç nəyin mütləqliyinə dözmür, həm Allaha, həm də nəşəyə 

tapınır, comərd olmaq istəyir, ancaq bu dünyanın zövq-səfasından da keçə bilmir. Bir sözlə, son 

hədlərin arasında hər cür fırtınadan, tufandan uzaq, rahat bir yer axtarır, axırda onu da tapır, 

ancaq bu zaman mütləqliyə, son həddə aparan mənalı həyatı, mənalı hissləri itirir. Mənalı həyatı 

isə yalnız öz «mən»ini qurban verməklə qazanmaq olar. Meşşansa öz «mən»ini (özü də 

kəmkəsirli «mən»ini) hər şeydən yüksək tutur. Beləliklə o, qurban verdiyi həmin mənanın 

hesabına etibarlı, təhlükəsiz bir həyat tapır, divanəlik  əvəzinə vicdan rahatlığı, nəşə əvəzinə 

zövq, azadlıq  əvəzinərahatlıq, od-alov əvəzinə xoş bir hərarət qazanır. Buna görə də meşşan öz 

mahiyyəti etibarilə ölüvay, qorxaq olur, öz-özünə qiymət verməyə çəkinir, ipə-sapa tez yatır. 

Nəticədə də hakimiyyətin yerinə əksəriyyəti, gücün əvəzinə qanunu, məsuliyyətin əvəzinə isə 

səsverməni qoyur. 

Məlum şeydir ki, sayca nə qədər çox olsa da, bu cür zəif, qorxaq məxluqlar çox duruş gətirə 

bilməz, belə keyfiyyətləri ilə uzaqbaşı, yırtıcı canavarların arasına düşmüş qoyun sürüsü rolunu 

oynaya bilər… Bununla belə, hərdən görürük ki, məhz güclü şəxsiyyətlərin hökmranlığı 

dövründə meşşanı divara qısnayırlar, ancaq yenə də məğlub olmur, hətta bəzən açıq-aşkar 

dünyaya meydan oxuyur. Bəs bu necə olur? Deyərdin ki, nə sürü-sürü olmağın, nə comərdliyin, 

nə «otteh sense»nin, nə də hər hansı bir təşkilatın onu bu faciədən xilas etməyə gücü 

çatmayacaq! Axı həyat həvəsi çoxdan sönmüş adama dünyanın heç bir təbibi əlac eləyə bilməz! 

Ancaq bununla belə, meşşanlıq yaşayır, möhkəmlənir, günü-gündən çiçəklənir. Bəs niyə? 

Cavab belədir: ona görə ki, Yalquzaqlar var. Əslində, meşşanlığın həyatverici qüvvəsi özünün 

normal üzvləri deyil, əksinə, həyat idealları dumanlı, sürüşkən olduğu üçün onun tələsinə keçən 

saysızhesabsız autsadeyrlərdir. Meşşanlar cəmiyyətində həmişə çoxlu sərt, vəhşi təbiətli adamlar 

yaşayır.  

Bizim Yalquzaq Harri buna ən yaxşı misaldır. İşə bax, heç bir meşşana qismət olmayan bir 

şəxsiyyət səviyyəsinə yüksəlmiş Harri, nifrətin və özünənifrətin bəxş etdiyi qüssə dolu sevinclə 

bərabər kamillik nəşəsini də dadmış Harri, qanunlardan, comərdlikdən, «cotten sense»dən 

zəhləsi gedən Harri zorla meşşanlığın  əsirinə çevrilib və indi də yaxasını ondan qurtara bilmir. 

Beləliklə də,  əsl meşşanlıq bayrağı altında müxtəlif təbəqədən olan insanlar, müxtəlif talelər, 

ziyalılar birləşir, ancaq hamısının da meşşanlıq yaşı keçmiş olur. Bunlar mütləq qanunların hökm 

sürdüyü bir həyatda yaşayası adamlardı və hamısı da əvvəlcə infantil hisslərlə ona bağlanır, 

sonradan isə həyat həvəsi zəifləyir, getdikcə daha pis yoluxur, oradaca ilişib qalır, onun üzvünə 

çevrilir, ona qulluq göstərməyə başlayır. Çünki meşşanlığın həyat prinsipi dahilərin («Əksimə 

getməyən – müttəfiqimdir!» prinsipinin tərsidir). 

Əgər biz Yalquzağın qəlbinə bu baxımdan yanaşsaq görərik ki, o, öz yüksək şəxsiyyəti ilə 

meşşanlığa yad bir insandır  – axı hər bir adamın yüksəklərə qalxmış şəxsiyyəti axırda qayıdıb 

onun «mən»inə qarşı çevrilir və onu təzədən məhv etməyə çalışır. Görərik ki, o, paklığa da, 

əxlaqsızlığa da eyni həvəslə can atır, ancaq hansı zəifliyin,  ətalətin ucbatındansa özünü geniş, 

kimsəsiz fəzanın qoynuna ata bilmir və hələ də ana bətnindən qanına keçmiş meşşanlığın 

sehrində qalır. Bu, onun kainatdakı mövqeyi, bu, onun buxovudur. Ziyalıların çoxu, sənət 

adamlarının  əksəriyyəti bu qəbildəndir. Onlardan yalnız  ən güclüsü meşşan mühitinin ab-

havasını yarıb  əbədiliyə qovuşa bilir, qalanları isə təslim olub vəziyyətlə barışır, meşşanlığa 

nifrət edir, ancaq yenə də meşşan kimi yaşayır, onu gündən-günə möhkəmləndirir, şöhrətləndirir. 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

572 


Çünki hamısı bilir ki, axır ayaqda yaşamaq xətrinə onu təsdiq etməli olacaqlar. Düzdür, 

deyilənlərin heç biri o saysız-hesabsız varlıqların faciəsinə çevrilə bilmir, ancaq, hər halda, 

bədbəxt, qaragün olmağa bəs eləyir və onların istedadı da həmin bədbəxtliyin cəhənnəm 

alovunda bişib yetişir, daha məhsuldar olur. Bunlardan qaçıb canını qurtaran bir neçəsi isə 

mütləqliyə qovuşur, sonra da çox heyrətamiz bir tərzdə məhv olub gedir. 

Əsl faciə bunlarınkıdır və özləri də bir-iki nəfər ancaq ola-olmaya. Yerdə qalanlarsa qismətindən 

ayrıla bilmir. Meşşanlıq da çox vaxt onların istedadına hörmətlə yanaşır. Belələrinin üzünə 

xəyali də olsa üçüncü bir müstəqil aləmin qapısı da açılır ki, onun da adı yumordur. Bu yumor 

dünyası öz qapılarını rahatlıq tanımayan, əbədi əzaba məhkum olan, fəciliyə, ulduzlar 

kəhkəşanına qovuşmağa gücü çatmayan, özlərini mütləqlik üçün yaranmış hesab eləsələr də, 

həmin mütləqlikdə yaşamağı bacarmayan Yalquzaqların üzünə həmişə açıq qoyur, yalnız bu 

şərtlə ki, onların ruhları əzablar içində möhkəmlənmiş, çevikləşmiş olsun. Əsl meşşan bunu başa 

düşməsə də, yumor həmişə haradasa meşşanlıq sayılır. Onun xəyali aləmində bütün 

Yalquzaqların dumanlı, çoxotaqlı idealları həqiqətə çevrilir: burada təkcə paklığı da,  əxlaqsızlığı 

da eyni vaxtda təsdiqləmək, əks qütbləri bir-birinə yaxınlaşdırmaq deyil, həm də meşşanlığın 

özünü qəbul etmək mümkün olur. Axı Allahın sehrinə düşən hər kəs istənilən vaxt istənilən 

canini təsdiq də, inkar da edə bilər, lakin onların ikisi də və eləcə də başqa mütləq şəxsiyyətlər, 

üstəlik, o laqeyd, miyanə orta yolu, meşşanlığı heç vaxt qəbul edə bilməzlər. Yalnız yumor  – 

dahilik üçün yaranıb, dahi ola bilməyənlərin, fəciliyin sərhədlərinə qədər gəlib çıxanların, 

həddən artıq istedadlı olan bədbəxtlərin bu nadir tapıntısı – bəli, yalnız yumor (bəlkə də, 

bəşəriyyətin ən dahi, özünəməxsus nailiyyəti) olmaz olar eləyir, insan varlığının bütün sahələrini 

öz prizmasına bələyərək onları birləşdirir.  Dünya hesab eləmədiyin bir dünyada yaşamaq, 

hörmət etdiyin qanunlardan yüksəkdə dayanmaq, nəyəsə sahib olaola «sanki, heç nəyim yoxdur» 

demək, nədənsə əl çəkib, onu  əl çəkmək hesab eləməmək  – ali həyat müdrikliyinin belə çox 

yayılmış, müxtəlif qəliblərdə təkrarlanan tələblərini yalnız və yalnız yumor həyata keçirə bilər. 

Əgər yumor duyumu və istedadından heç də məhrum olmayan Yalquzaq düşdüyü cəhənnəm 

odunda bu sehrli şərbəti tərə döndərib canında çıxara bilsəydi, yəqin ki, xilas olardı. Ancaq buna 

indi gücü çatmazdı. Lakin ümid, imkan hələ də qalırdı. Qoy Yalquzağı sevənlər, sevincinə, 

qəminə şərik olanlar ona bu xoş günü arzulasınlar. Düzdür, onda da meşşan mühitində ilişib 

qalacaq, lakin əzabları bir az yüngülləşəcək, istedadı daha məhsuldar olacaq. Meşşan dünyasına 

məhəbbətli-nifrətli münasibətindəki sentimentallıq yox olacaq, bu aləmə bağlılığı rüsvayçılıq 

kimi bir daha ona  əzab  

verməyəcək. 

Belə bir Yalquzaq buna çatmaq və ya bəlkə də, ürək eləyib axırda o geniş fəzanın qoynuna 

atılmaq üçün mütləq özü ilə üzbəüz dayanmalı, şübhə-tərəddüdlər yuvası olan qəlbinə dərindən 

nəzər salmalı, özünü tam dərk etməliydi. Onda öz şübhəli, dəyişməz varlığını bütün çılpaqlığı ilə 

görər vəgələcəkdə də eyş-işrət aləminin cəhənnəm  əzabından sentimental-fəlsəfi təsəllilərin 

qoynuna, oradan da canavar xislətinin məsti-xumar dünyasına qaçmazdı. Onda insanlıqla 

canavarlıq məcbur olub yalançı hisslərə uymadan bir-birini yaxından tanıyar, göz-gözə 

dayanardılar. Onda ya partlayış baş verər, ikisi də bir-birindən həmişəlik ayrılar, Yalquzaq da 

biryolluq məhv olub gedər, ya da yumor hissinə uyaraq təmənnalı bir izdivaca girərdilər.  

Ola bilsin ki, günlərin bir günü bu son imkan Harriyə qismət oldu. Ola bilsin ki, günlərin bir 

günü o, özünü tapdı:  ya bizim balaca güzgülərdən biri əlinə keçdi, ya Ölməzlərə rast gəldi, ya da 

bizim sehrli teatrlardan hansındasa viranə qəlbini xilas edəcək şeyi tapdı… Min cür belə 

imkanlar onu gözləyir. Taleyi inadla onları özünə tərəf çəkir və meşşanlığın bütün autsayderləri 

də bu sehrli imkanların ab-havasında yaşayır. Elə bircə himə bənddir, ildırım o dəqiqə çaxacaq! 

Heç vaxt öz daxili bioqrafiyasının bu səhifələrini görməsə də, Yalquzaq bütün bunların hamısını 

yaxşı bilir. Bilir ki, bir binaya bənzəyən bu dünyada yeri haradadır, duyur və bilir ki, ölməzlər 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

573 


var, duyur və qorxur ki, nə vaxtsa özünə rast gələ bilər, bilir ki, dünyada belə bir güzgü var, tapıb 

ona baxmaq vacibdir, ancaq həmin güzgüyə baxmaqdan da ölümü qədər qorxur. 

Bu araşdırmanın sonunda axırıncı bir uydurmanın, köklü yalanın üstünü açmaq qalır. Bütün 

«izah»ların, hər cür psixologiyanın, nəyisə anlamaq cəhdinin köməkçi bir vasitəyə, nəzəriyyəyə, 

mifologiyaya, yalana ehtiyacı vardır. Vicdanlı müəllif, imkanı daxilində, öz hekayətinin sonunda 

bu yalanların üstünü açmalıdır. Əgər mən «yuxarı»dan, «aşağı»dan danışıramsa, bu fikri izah 

etmək lazımdır, çünki «yuxarı» da, «aşağı» da yalnız təfəkkürdə, yalnız mücərrədlikdə olur. 

Dünyanın özü isə heç bir «yuxarı», «aşağı» tanımır. 

Sözün qısası, «Yalquzaq» da belə bir uydurmadır. Əgər Harri daxilində həm canavarlıq, həm də  

insanlıq hiss edir və özünün iki əks, ədavətli varlıqdan ibarət olduğunu düşünürsə, deməli, bu, 

əslində, hər şeyi sadələşdirən bir mifologiyadır. Harri heç də canavar-insan deyil və əgər biz də, 

onun özü uydurub özü də inandığı bu yalanı həqiqət hesab etsək, Harriyə qoşatəbiətli bir adam, 

Yalquzaq kimi baxsaq, demək, asan yolla izah xətrinə yalandan istifadə etmiş oluruq ki, indi də 

həmin səhvi düzəltmək lazımdır… 

Taleyini bizə başa salmaq üçün Harrinin özünü yarıcanavar-yarıinsan hesab etməsi, gah 

hisslərin, gah da  əqlin  əsirinə çevrilməsi,  əslində, çox yöndəmsiz bir sadələşdirmədir. O, 

gerçəkliyi zorla təhrif edir, daxilindəki ziddiyyətləri çəkdiyi  əzabların kökü hesab eləyir. 

Zahirən inandırıcı görünən bu fikirsə, əslində, səhvdir. Harri bir tərəfdən özündə «insanlıq» – 

yəni ram etdirilmiş, muma dönmüş, ağılla, hisslərlə, düşüncələrlə cilalanmış bir aləm tapırsa, 

digər tərəfdən də, «canavarlıq» –yəni vəhşi, qəddar, ramedilməz, ipə-sapa yatmaz bir instinkt 

dünyası görür. Varlığının ilk baxışda çox aydın seçilən iki düşmən qütbə bölünməsinə 

baxmayaraq, Harri hərdən daxilindəki insanlıqla canavarlığın hansı xoş andasa barışdığının 

şahidi olur. Əgər o, həyatının ayrı-ayrı anlarında, hər işində-əməlində, hiss və duyğularında 

insanlıqla canavarlığın payını dəqiqləşdirmək istəsəydi, ağzı dağa dirənərdi və onda bu gözəl 

«canavarlıq nəzəriyyəsi» də alt-üst olub gedərdi. Çünki heç bir insan, hətta lap ibtidai zəncinin, 

idiotun özü də elə sadə deyil ki, onun varlığını iki, ya üç əsas əlamətlə izah etmək mümkün 

olsun. Harri kimi mürəkkəb bir adamın mahiyyətini adicə canavarlığa, insanlığa bölməklə izah 

etmək sadəlövhlükdür, boş şeydir, uşaq oyunudur. Harrinin iki deyil, yüz cür, min cür təbiəti 

vardır. Onun həyatı (hər bir insan həyatı kimi) yalnız paklıqla əxlaqsızlıq, instinktlə ağıl dünyası 

kimi ikicə qütbün arasında deyil, yüzlərlə, minlərlə qütbün arasında cövlan edir. 

Harri kimi ağıllı, savadlı bir adamın özünü «Yalquzaq» sayması və bununla da ziddiyyətli, 

mənalı həyatını belə adi, kobud primitiv qəlibə salmaq ümidi bizi təəccübləndirməməlidir. İnsan 

hər şeyi ali dərəcədə fikirləşməyə qabil deyil və hətta ən ağıllı, ən savadlı adamlar da həmişə 

dünyaya, özünə bu cür sadəlövh, adi, yalançı qəliblərin prizmasından baxır. Ən çox da özünə! 

Çünki hərənin öz «mən»ini bir vahid şəkildə təsəvvür etməsi, bəlkə də, hamı üçün anadangəlmə, 

məcburi bir ehtiyacdır. Bu yanlış fikir nə qədər tez-tez, özü də ağır zərbələrə məruz qalsa da, 

yenə imkan tapıb işini görür. Hakim qatillə üzbəüz oturub onun gözünün içinə baxarkən, bircə 

anlığa qatilin də onun (hakimin) səsi ilə danışdığını eşidərsə, qarşısındakının bütün hərəkətlərini,  

əməllərini, imkanlarını özündə tapanda, tez qayıdıb yenidən vahidləşir, hakimə çevrilir, öz 

«mən»inin doğma qanına tələsir, borcunu yerinə yetirərək qatili ölümə məhkum edir.  Əgər hər 

hansı nadir istedadlı bir adamın həssas qəlbinə «çoxcəhətli olmaq» şübhəsi damarsa və o da 

bütün dahilər kimi «şəxsiyyətin vahidliyi» adlı boş xülyaları darmadağın edərək özünü 

çoxtəbiətli, müxtəlif «mən»lərin məcmusu hesab edərsə, bunu bircə dəfə ağzından qaçırması 

kifayətdir. Həmin dəqiqə əksəriyyət üstünə tökülüşər, elmi köməyə çağırar, onu şizofrennik 

hesab eləyər, bəşəriyyəti həmin bəxbəxtin ağzından çıxan həqiqəti eşitməyə qoymaz. Bir də ki, 

hər düşünən şəxsin bildiyi, lakin danışmağa ürək eləmədiyi sözləri burada xırdalamağın nə 

mənası? Əgər kimsə heç nəyə fikir verməyib «mən»in uydurma «vahidliy»ini qoşalaşdırmağa 

çalışırsa, deməli o, dahi kimi bir şeydir, bu da olmasa, nadir, maraqlı müstəsnadır. Əsl həqiqətdə 

isə ən sadəlövh «mən»in özü də vahid deyil,  əksinə, həddən artıq  əlvan bir dünya, balaca bir 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

574 


ulduz kəhkəşanı, biçim, inkişaf, sükunət, varislik, imkan qarmaqarışığıdır. Bu qarmaqarışıqlığın 

hərəsini ayrı-ayrılıqda götürüb, ona bir vahid kimi baxmaq, öz «mən»indən adi, qəlibə salınmış, 

sərhəd-hüdudları aydınca görünən varlıq kimi danışmaq cəhdi isə yalandır və hər bir insana xas 

olan bu yalançılıq, lap ucaların ucası da olsa, görünür, hava, su kimi daxili tələbatdan, ehtiyacdan 

irəli gəlir. 

Bu yalan, sadəcə, bir metaforaya  əsaslanır. Hər bir insan cisimcə vahiddir, ancaq ruhən yox. 

Hətta  ən zərif poeziyada da, adətən, zahirən bütöv, zahirən vahid personajlardan istifadə olunur.  

Mütəxəssislər, başıçıxanlar indiyəcən mövcud olan poetik formalar arasında dram janrını 

hamısından yüksək tutur və düz də eləyirlər. Çünki yalnız o, «mən»in çoxcəhətli varlıq kimi 

təsvir edilməsinə böyük imkan yaradır (və yaxud yarada bilər), ancaq bu şərtlə ki, onun 

personajının təkzibedilməz, təkrarsız, bitkin cismani vahidilyi kobud şəkildə təhrif edilərək bizə 

vahid varlıq kimi görünməsin. Elə buna görə də sadəlövh estetika hər kəsi özünəməxsus xüsusi 

vahid varlıq kimi təsvir edən xarakterlər dramına daha çox üstünlük verir. Yalnız lap uzaqlarda 

tədricən bir şübhə qığılcımı közərməyə başlayır ki, bunların hamısı, bəlkə də, ucuz, dayaz bir 

estetikadır. Və biz də hər şeydə zahiri görünüşdən çıxış  

edərək qanımızda olmayan, ancaq haqqında elüzəri məhəbbətlə, ağızdolusu danışdığımız, «mən» 

və «şəxsiyyət» haqqındakı uydurmaları kəşf edən antikliyin gözəllik anlayışlarını öz böyük 

dramaturqlarımızla bağlamaqda yanılırıq. Qədim hind poeziyasında belə bir anlayış yerli-dibli 

yoxdur.  

Hind eposunun qəhrəmanları da ayrı-ayrı şəxslər deyil, nəyisə özlərində təcəssüm etdirən insan 

tükcəsidir. Bizim müasir dünyada da elə poetik  əsərlər  var ki, onların müəllifi, tam şüurlu 

şəkildə olmasa da, şəxsiyyət, xarakter dəyişkənliyi pərdəsi altında insanın mürəkkəb mənəvi 

dünyasını təsvir etməyə çalışır. Kim bunu görmək istəyirsə, həmin  əsərlərin obrazlarına vahid 

bir varlıq kimi deyil, müəyyən hissələr, tərəflər, hər hansı tam vahidliyin (lazım gələrsə, şair 

qəlbinin) müxtəlif aspektləri kimi baxmalıdır. «Faust»a bu cür yanaşan üçün Faust, Mefisto, 

Vaqner və başqaları vahid varlıq, qeyri-adi bir şəxsiyyət kimi görünəcək və ayrı-ayrı obrazlarda 

deyil, məhz bu tam vahidlikdə insan qəlbinin əsl mahiyyətindən nəsə bir nişanə tapacaq. Faust 

bütün məktəb müəllimlərinin əzbər bildiyi, flisterlərisə üşərgələndirən, heyrətə salan: «Ah, 

köksümdə iki qəlb gəzdirirəm mən!»  – kəlamını deyəndə, yəqin ki, Mefistonu da, onun 

köksündə gəzdirdiyi min cür başqa qəlbləri də unudur. Bizim Yalquzağa da elə gəlir ki, 

köksündə iki qəlb (canavarlıq və insanlıq) gəzdirir və köksü də onlar üçün darlıq eləyir. Əslində, 

köks də, bədən də bir şeydir, ancaq onda yaşayan qəlblərin sayı iki deyil, beş deyil  – minlərlə, 

milyonlarladır. İnsan özü də soğan kimi qat-qatdır, parça kimi min cür sapdan toxunub. Bunu 

yalnız qədim asiyalılar dərk edib və buddist yoqları yaratmaqla şəxsiyyət haqqındakı xülyaları 

darmadağın etməyin əməlini tapıblar. Bu bəşər tarixinin də min cür qəribə, məzəli oyunları var: 

Hindistanın min illərlə əlləşib-vuruşub darmadağın etdiyi xülyaları Qərb dünyası indi 

müdafiəedir, hər vasitə ilə möhkəmləndirməyə çalışır. 

Əgər bir Yalquzağa da bu baxımdan yanaşsaq, onun  öz gülünc qoşatəbiətliliyindən niyə əzab 

çəkdiyinin səbəbini başa düşərik. Faust kimi ona da elə gəlir ki, iki qəlb bir köks üçün həddən 

artıq çoxdur, geci-tezi onu partlada bilər. Ancaq, əslində, bu, çox azdır və Harri də onu belə 

primitiv şəkildə dərk etməklə bədbəxt qəlbinə zor etmiş olur. Çox savadlı olsa da, Harri ikidən o 

yana saya bilməyən ibtidai insan kimi bəzi şeyləri qarışdırır. Bir hissəsini insan, digərini isə 

canavar adlandırır və elə bilir ki, bununla da özünü tən bölüb qurtardı. O, «insan» hissəsinə 

daxilindəki mənəviyyatı, incəlikləri, kamilliyi, «canavar» hissəsinə isə hərisliyi, vəhşiliyi, 

qarmaqarışıqlığı aid edir. Ancaq həyatda heç nə düşüncəmizdə, bədbəxt, səfeh dilimizdə olduğu 

kimi asan başa gəlmir və Harri də vəhşi «canavarlıq» metoduna  əl atmaqla özünü ikiqat aldatmış 

olur. Hətta adam qorxur ki, «insan» hissəsinə qəlbinin insanlıqdan hələ çox uzaq olan guşələrini

canavarlığa isə canavarlığın özündən də betər xasiyyətlərini aid edə bilər. 


1   ...   97   98   99   100   101   102   103   104   ...   115


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə