Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə98/115
tarix25.04.2017
ölçüsü7,78 Mb.
#15742
1   ...   94   95   96   97   98   99   100   101   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

554 


gah bu, gah da digər cildin arasına düşdü. Kitablar gündən-günə çoxalırdı, çünki hər gün 

kitabxanadan qalaq-qalaq gətirdiyindən  əlavə, tez-tez də bağlama-bağlama poçtla alırdı. Bu 

otaqda yaşayan kişi alim adama oxşayırdı. Elə içərini başına götürən papiros tüstüsü, hər 

addımdakı siqaret kötükləri, külqabılar da bunu deyirdi. Ancaq onların hamısı elmi kitab deyildi. 

Əksəriyyəti müxtəlif xalqların müxtəlif dövrlərdə yaşamış yazıçılarının  əsərləriydi.  XVIII  əsrin 

axırlarında yazılmış «Sofiyanın Memeldən Saksoniyaya səfəri» kitabının altı qalın cildi xeyli 

uzandığı divanın üstündəcə qaldı. Cetenin, bir də Jan Polun külliyyatları daha çox istifadə 

olunana oxşayırdı. Novalisin, Lessinqin, Yakobi və Lixtenberqin kitabları da eləcə. 

Dostoyevskinin bir neçə cildinin arası isə yazılı kağızlarla doluydu. İri masanın üstündəki 

kitabların, kağızların arasında çox vaxt bir dəstə gül, onun yanında isə külqabı və üstündən toz  

əksik olmayan akvarel qutusu, bir də, nə gizlədim, cürbəcür içkilər görünərdi. Hörmə səbətin 

içindəki şüşə çox vaxt yaxınlıqdakı balaca mağazadan alıb gətirdiyi qırmızı italyan şərabı ilə 

dolardı. Hərdən də gah Burqund, gah da Malaziya şərabı görünərdi. İçində albalı arağı olan iri 

şüşə iki-üç günə az qaldı boşalsın, sonra bir küncə atılıb qaldı, daha ona toxunulmadı, elə 

oradaca da toz basdı.  

Əlbəttə, bu casusluğuma haqq qazandırmaq istəmirəm və açıqca boynuma alıram ki, ilk günlər 

bunların hamısını daxili maraq ucbatından eləyirdim; bu cür sərsəri, pozğun həyat tərzi məndə 

ikrah hissi oyatdı. Mən təkcə namuslu, həyatın bütün qayda-qanunlarına  əməl edən, hər şeydə 

ölçü hissini gözləyən bir meşşan deyil, həm də içməyin, çəkməyin düşməniyəm və Hallerin 

otağındakı rəssamlara xas pintilikdən çox o şüşələrdən zəhləm getdi. Yatmağı, işləməyi necə 

idisə, yemək-içməyi də eləcəydi, vaxtı-vədəsi bilinməzdi. Bəzən heç evdən eşiyə çıxmaz, səhər-

səhər içdiyi bircə fincan qəhvənin üstündə qalar, bəzən də xalam nahardan sonra stolu 

yığışdıranda bircə banan qabığı tapardı. Ancaq bir də görürdün zəngin, bahalı restoranlara, gah 

da şəhər ətrafındakı balaca meyxanalara getdi... Deyəsən, səhhəti də heç yaxşı deyildi. Bir 

yandan ayaqları  əziyyət verir, pilləkənləri güclə qalxıb-düşür, digər tərəfdən də canı ağrıyırdı. 

Hətta bir dəfə ötəricə dedi ki, çoxdandı dadlı yemək, rahat yuxu üzünə həsrətdir. Bunları hər 

şeydən  əvvəl mən içməyin ayağına yazdım. Sonralar onunla meyxanalara gedəndə görürdüm ki, 

hərdən qədəhi-qədəhə calayır, özü də çox ləzzətlə içir. Ancaq nə mən, nə də bir başqası onu 

əməlli-başlı sərxoş görə bilmədik. 

İlk dəfə necə qabaqlaşdığımızı heç vaxt unutmaram. O vaxta qədər bir-birimizi qonşu kimi 

üzdən tanıyırdıq. Bir günsə işdən qayıdıb görəndə ki, Haller ikinci mərtəbə ilə üçüncünün 

arasındakı pilləkən xanasında oturub, çox təəccübləndim. Üst tərəfdəki pillədə oturmuşdu və 

mənə yol vermək üçün yana çəkildi. Soruşdum ki, bəlkə, özünü pis hiss edir, yuxarı qalxmağına 

kömək lazımdır... 

Diqqətlə üzümə baxdı və hiss elədim ki, onu öz xəyal dünyasından qopardım. Asta-asta o 

qəşəng, yazıq, həmişə qəlbimi riqqətə gətirən təbəssümü ilə gülümsəməyə başladı, xahiş etdi ki, 

yanında əyləşim. Təşəkkürümü bildirdim, dedim ki, başqalarının pilləkənlərində oturmağa adət 

eləməmişəm. 

– Ah, elədir, – yenə gülümsədi, – düz deyirsiniz… Ancaq bircə dəqiqəliyə ayaq saxlayın, niyə 

burada oturduğumu sizə başa salım. 

Bu sözləri deyib ikinci mərtəbədə yaşayan dul qadının artırmasına işarə etdi. Parket döşəməli 

artırmanın bir tərəfini pilləkən, digər tərəfini isə pəncərələr, şüşə qapılar tutmuş, divar tərəfə isə 

qızılağacdan bağlanmış qədimi naxışlı, hündür bir dolab qoyulmuşdu. Dolabın qabağındakı 

gödək qıçlı iri çəlləklərdə azaliya gülü və həmişəyaşıl araukariya ağacı  əkilmişdi. Onlar çox 

qəşəng görünür, həmişə tərtəmiz olur və mənim də xoşuma gəlirdi. 

– Baxın, – deyə Haller sözünə davam elədi, – o balaca araukariyalı artırmadan nə qəşəng iy gəlir, 

çox vaxt ayaq saxlamamış buradan keçə bilmirəm. Sizin xalanızın evində də xoş  ətir var, 

səliqəlidir, tərtəmizdir, ancaq bu arakuariyalı artırma elə təmizdir ki, işım-işım işıldayır. Elə 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

555 


təmizlənib, elə silinib adamın əl vurmağa heyfi gəlir, sanki, nur saçır. Bura çatan kimi dayanıb 

yaxşı-yaxşı qoxlayıram. Siz heç hiss eləmirsiz? Mastika iyi, skibidara qarışmış qızılağaç qoxusu, 

tərtəmiz yuyulmuş yarpaq ətri...  

Hamısı bir yerdə meşşan təmizliyindən, səliqə-sahmanından, məsuliyyətindən,  ən xırda şeylərə 

belə diqqətdən xəbər verir. Bilmirəm orada kim yaşayır, ancaq şüşəli qapıların o tərəfi tərtəmiz, 

gül kimi bir cənnət olmalıdır, orada səliqə-sahmanlı,  ən xırda adətlərə sadiqliyi ilə ürəkləri 

riqqətə gətirən kövrək bir meşşanlıq yaşamalıdır! 

O susduğumu görüb sözünə davam etdi: 

– Xahiş edirəm… elə düşünməyin ki, rişxəndlə danışıram. Möhtərəm cənab, mən bu cür 

meşşanlığı, səliqə-sahmanı lağa qoymaq fikrinə heç vaxt düşmərəm. Özüm tamam başqa bir 

aləmdə yaşasam da, düz sözümdür. Yəqin ki, belə araukariyalı mənzildə heç bir gün də qala 

bilmərəm. İndi yaşı keçmiş, tükü tökülmüş bir Yalquzaq olmağıma baxmayaraq, mən də hansı 

ananınsa balasıyam və mənim də anam meşşan olub, güllərə qulluq eləyib, pilləkəni, otaqları, 

mebeli, pərdələri tərtəmiz  saxlayıb, həmişə evinə, həyətinə əbədi bir səliqə-sahman, təmizlik 

verməyə çalışıb. İndi bu skipidar qoxusu, araukariya ətri mənə həmin günləri xatırladır. Hərdən 

buradaca oturub, o sakit səliqə-sahman guşəsinə baxır və sevinirəm ki, nə yaxşı bu varmış... 

Qalxmaq istədi, ancaq çətinlik çəkdi. Mən bir az kömək eləyəndə də «yox» demədi. Dinmirdim, 

xalam kimi mən də bu qəribə adamın sehrinə düşmüşdüm. Aramla yuxarı qalxdıq, onun qapısına 

çatanda açarı çıxardı, yenə mehribanlıqla üzümə baxıb dedi: 

– İşdən gəlirsiniz? Eh, belə şeylər mənə tamam yaddır, lap uzaqlarda, həyatın ucqar bir 

nöqtəsində yaşayıram. Ancaq mənə elə gəlir ki, siz də kitablarla, ya da buna bənzər şeylərlə 

maraqlanırsınız. Xalanız da deyirdi ki, gimnaziya bitirmisiniz, yunan dilini yaxşı bilirsiniz. Bu 

gün səhər-səhər Novalisdə bir cümləyə rast gəlmişəm, icazə versəydiniz, sizə göstərərdim. 

Bilirəm ki, xoşunuza gələcək. 

Məni kəskin tütün qoxulu otağına apardı, qalaqların arasından bir kitab götürdu, vərəqlədi, nəsə 

axtardı.. . 

– Bu da yaxşıdır. Çox yaxşıdır... – dedi. – Bir cümləyə fikir verin: «Adam öz əzabları ilə fəxr 

etməlidir – hər bir əzab bizim böyüklüyümüzdən xəbər verir». Əla deyib! Özü də Nitsşedən 

səksən il əvvəl! Yox, bunu demirdim... bircə dəqiqə. Budur, tapdım. Deməli, belədir: 

«Adamların çoxu öyrənənə kimi üzmək istəmir». Gülməli deyil? Əlbəttə, üzmək istəmirlər! Axı 

onlar suyun yox, torpağın üstündə yaşamaq üçün yaranıblar. Əlbəttə, bu haqda heç düşünmək də 

istəmirlər. Axı onlar bu dünyaya düşünmək üçün deyil, yaşamaq üçün gəliblər! Bəli, kim 

düşünürsə və ya düşünməyi əsas vəzifə hesab eləyirsə, bu sahədə bir az uzağa gedə bilər, lakin 

xəbəri olmaz ki, su ilə qurunu qarışdırıb, nə vaxtsa boğulacaq.  

Beləliklə də, məni ovsunladı, özünə qarşı maraq oyatdı. Bir neçə dəqiqə də yanında qaldım. 

Həmin gündən sonra pilləkəndə, ya küçədə tez-tez rastlaşmağa başladıq, söhbətləşdik. Əvvəlcə 

mənə elə gəlirdi ki, araukariya məsələsində olduğu kimi mənə də rişxənd edir. Ancaq, sən demə, 

elə deyilmiş, araukariya kimi mənə də xüsusi hörmət bəsləyirmiş və bilə-bilə bu yalqızlığa, 

dəryada əbəs yerə əl-qol atmağa, kökündən qopmağa elə qapılıbmış ki, doğrudan da, kinayəsiz-

filansız adicə bir meşşan hərəkətinə, məsələn, elə lap mənim işə gedib-qayıtmağımdakı 

dəqiqliyə, ya da hər hansı bir xidmətçinin, tramvay bələdçisinin danışığına valeh olurmuş. 

Əvvəlcə bunlar mənə gülünc görünürdü, elə bilirdim qəsdlə eləyir, özünü göstərmək istəyir, 

hamısı qondarma sentimentallıqdır. Amma getdikcə daha aydın görürdüm ki,  əslində, o, bizim 

bu cılız, meşşan həyatımıza öz qəribə, havasız canavar dünyasından həsrətlə baxır, onu ən 

möhkəm, ən etibarlı, əlyetməz bir uzaqlıq, qapıları üzünə bağlanmış Vətən, rahatlıq kimi sevir. 

Hər dəfə bizim mehriban dalandar qadınla rastlaşanda, səmimi bir ehtiramla şlyapasını çıxarır, 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

556 


xalam onunla ayaqüstü söhbət edəndə, ya da paltarının söküyünü, paltosundakı düymənin 

boşaldığını yadına salanda, elə diqqətlə, elə ciddi qulaq asırdı ki, deyərdin bu balaca rahat 

dünyaya, bircə saatlığa da olsa, qovuşmağa nəsə bir yol axtarır, lakin  əbəs yerə dəridən-

qabıqdan çıxır... 

Artıq elə araukariyanın yanındakı söhbətimizdə özünü Yalquzaq adlandırdı və məni bir az da bu 

çaşdırdı, bizi yaxınlaşmağa qoymadı. Bu necə danışıq idi? Ancaq sonralar həmin sözə yalnız 

adət xətrinə öyrəşmədim, əksinə, tezliklə özüm də xəyalımda onu həmişə Yalquzaq 

adlandırırdım. Hətta bu gün də başqa uyğun ad tapammıram. Səhralardan azıb şəhərlərə gəlmiş, 

biz insan sürüsünə qarışmışdı!  

Onun hürkək yalqızlığını, vəhşiliyini, narahatçılığını, qəribəliyini, sərgərdanlığını başqa sözlə 

ifadə etmək çox çətindir. Bir dəfə bütün axşamı ona yaxşıca göz qoydum. Simfonik konsertdə 

idim və onun da lap yanımdaca oturduğunu görəndə, çox təəccübləndim. Ancaq məndən xəbəri 

yox idi. Hendeldən çalırdılar: gözəl, səmimi bir musiqiydi, amma Yalquzaq öz aləminə 

qapılmışdı, nə musiqiyə, nə də ətrafdakılara fikir verirdi. Gözlərini yerə dikərək xəyal dünyasına 

cummuş, yalqızlaşmış, biganə sirsifətinə qəribə bir qayğı çökmüşdü. Sonra musiqi dəyişdi, 

Fridman Baxın kiçik bir simfoniyası çalındı və elə ilk təqtlərdə Yalquzağın gülümsəməyə 

başladığını görəndə, çox təəccübləndim. Bütün varlığı ilə musiqiyə diqqət kəsildi, təxminən on 

dəqiqə ərzində elə xoşbəxt, elə vurğun göründü ki, musiqidən çox ona fikir verməyə başladım. 

Pyes sona yetən kimi ayıldı, qamətini düzəltdi, sanki, qalxıb getmək istədi, ancaq yerindən 

durmadı, sonuncu nömrəyə – Reqerin çoxuna uzun, yorucu görünən variasiyalarına qulaq asdı. 

Əvvəlcə diqqətlə, səmimiyyətlə dinləməyə başlayan Yalquzaq getdikcə bu dünyadan qopdu, 

əllərini cibinə qoyaraq öz aləminə çəkildi. Lakin bu dəfə o xoşbəxtlikdən, vurğunluqdan  əsər-

əlamət  yox idi. Əvvəlcə kədərli, axırda da qəzəbli görünürdü, sifəti bomboz bozarıb külə döndü, 

yenə qocaldı, xəstəhal, narazı görkəm aldı. 

Konsertdən sonra küçədə yenə ona rast gəldim, arxasınca düşdüm. Paltosunun içində büzüşərək 

həvəssiz, yorğun addımlarla yaşadığımız məhəlləyə tərəf gedirdi. Balaca, qədimi bir meyxananın 

qabağında ayaq saxladı, saatına baxdı və içəri girdi. Qəflətən məndə qəribə bir maraq oyandı, 

onun ardınca getdim. Artıq oturmuşdu və xidmətçi də, sahibə də gəlib onunla köhnə tanış kimi 

görüşdü.  

Salam verib, yanında  əyləşdim. Bir saat orada oturduq və mən iki stəkan mədən suyunu içincə, 

Yalquzaq  əvvəlcə yarım litr, sonra da iki yüz qram qırmızı şərab gətirtdi. Dedim ki, mən də 

konsertdəydim, ancaq buna fikir vermədi. Qarşımdakı su şüşəsinin yarlığına baxdı. Soruşdu ki, 

bəlkə, şərab içəm, qonaq eləmək istəyir. Eşidəndə ki, şərab içən deyiləm, yenə də yazıqlaşdı: 

– Bəli, düz eləyirsiniz,  – dedi.  – Bir neçə il mən də içmədim, uzun müddət pəhriz saxladım, 

ancaq indi yenə gəlib o qaranlıq, nəm Dolça bürcünün altında dayanmışam. 

Zarafatla bu eyhama işarə edib deyəndə ki, onun astrologiya elminə inandığını heç ağlım kəsmir, 

yenə də qəlbimə toxunan həmin nəzakətlə dedi: 

– Tamamilə düzdür, təəssüf ki, mən bu elmə də inana bilmirəm. 

Sağollaşıb getdim. O isə evə çox gec qayıtdı, yenə həmin ağır addımlarla yuxarı qalxdı, həmişə 

olduğu kimi yerinə gec girdi (otaq qonşusu kimi bunu dəqiq bildim), təxminən bir saat da işıq 

gələn otağında oturdu... 

Başqa bir axşam da heç  yadımdan çıxmaz. Xalam harayasa getmişdi, evdə tək idim və birdən 

qapı döyüldü. Açanda gördüm ki, gənc, həddən artıq qəşəng bir xanımdır və cənab Halleri 

soruşanda onu tanıdım: şəkli divardan asılan qadın idi. Onun qapısını göstərib, öz otağıma 

çəkildim, qadın bir xeyli yuxarıda qaldı, sonra ikisi də deyə-gülə, zarafat edə-edə pillələri enib 

küçəyə çıxdılar. Bu laməkanın sevgilisinin də belə cavan, qəşəng, yaraşıqlı olmasına çox 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

557 


təəccübləndim, onun özü, həyatı haqqındakı təsəvvürlərim yenə dumanlandı. Ancaq heç bir saat 

keçməmiş tək qayıtdı, yenə həmin ağır, qüssəli addımlarla yuxarı qalxdı, saatlarla iş otağında 

səssiz-səmirsiz gəzişdi. Elə bil, canavar qəfəsdə vurnuxurdu və bütün gecəni səhərəcən işığı 

sönmədi. 

O qadınla münasibəti haqda heç nə deyəmmərəm, yalnız bunu əlavə edə bilərəm ki, onlara bir də 

küçədə rast gəldim. Qol-qola gedirdilər. Hallerin də görkəmindən xoşbəxtlik yağırdı. Mən onun 

qayğılı, kədərli çöhrəsinin bu qədər zərifləşdiyinə, məsum uşaq sifətinə döndüyünə çox 

təəccübləndim, qadını da,  Hallerə yazığı gələn xalamı da yalnız indi başa düşdüm. Ancaq həmin 

günün axşamı evə çox kədərli, acınacaqlı bir görkəmdə qayıtdı. Qapıda rastlaşdıq, hərdən olduğu 

kimi, yenə də paltosunun qoynunda bir şüşə italyan şərabı gizlətmişdi. Düz gecəyarıya qədər öz 

hücrəsində oturub içdi. Ona lap yazığım gəldi: necə kədərli, ümidsiz, yetim həyatı idi sürürdü?! 

Daha bəsdir çərənlədim! Yalquzağın intihara hazırlaşan bir adam kimi yaşadığını sübut etmək 

üçün əlavə dəlillər lazım deyil. Amma heç inanmıram ki, hətta günlərin birində, lap qəfildən, özü 

də vidalaşmadan, ancaq bütün borclarını ödəyərək yoxa çıxsa da, özünə qəsd etmiş olsun. Ondan 

bir daha xəbər-ətər çıxmadı, gedəndən sonra adına gəlmiş məktubları isə hələ də saxlayırıq. 

Əlyazmasından başqa, heç nə qoymamışdı. Onu da burada yaşadığı vaxt yazmış və bir-ikicə 

sətirlə də qeyd etmişdi ki, mənə bağışlayır, nə istəyirəm, eləyim. 

Hallerin əlyazmasında təsvir edilən hadisələrin gerçəkliyini yoxlamağa imkanım olmayıb. Ancaq 

şübhə etmirəm ki, onların çoxu bədii təxəyyülün məhsuludur. Lakin bu, o demək deyil ki, ağlına 

gələni götürüb yazıb. Əksinə, qəlbən yaşadığı, duyduğu anlara gerçəklik donu geydirərək təsvir 

edib. Hallerin bu əsərindəki fantastik hadisələr, çox güman ki, burada keçirdiyi son günlərin 

məhsuludur və şübhəsiz ki, onların  əsasında, zahiri də olsa, bəzi gerçək həyat faktları durur. 

Həmin vaxtlar qonağımızın xasiyyəti də, görkəmi də tez-tez dəyişirdi, evdə az-az olurdu, bəzən 

heç gecələr də gəlmir, kitablara əl vurmurdu. Hərdən rastlaşanda gördüm ki, əməlli-başlı 

gümrahlaşıb, cavanlaşıb, hətta kefi də kökəlib.  

Amma tezliklə, gözlənilmədən yeni bir ruh düşkünlüyü yarandı, günlərlə yerindəcə uzanıb qaldı, 

yeməyə əl vurmadı və təzədən zühur edən sevgilisi ilə görünməmiş, hətta demək olar ki, çox 

kobud dava-dalaşı həmin dövrlərə təsadüf elədi. Səs-küyləri bütün evi yerindən oynatdı. Səhərisi 

Haller gəlib xalamdan üzr istədi. 

Xeyr, mən  əminəm ki, o, özünə qəsd eləməyib. Hələ də yaşayır, yorğun-arğın kiminsə evinin 

pillələri ilə qalxıb-düşür, haradasa gözünü zilləyib işım-işım işıldayan parket döşəməyə, tərtəmiz 

araukariyaya baxır, kitabxanalara gedir, gecələr hansı meyxanadasa oturur, ya da kirəyə 

götürdüyü divandaca uzanır,  bayırdakı qaynar həyatı, insanları duyur, bu həyatda onun payı 

olmadığını bilir, ancaq özünü öldürmür, çünki haradasa ilişib qalmış bir tikə inam ona deyir ki, 

bu əzabları, bu müdhiş zabları, axıracan qəlbində yaşatmalı, elə həmin əzablardan da ölməlidir. 

Tez-tez onu xatırlayıram. O, həyatı mənim üçün  əzaba döndərdi, məndəki təpərə, sevincə təkan 

verməyə, irəli aparmağa gücü çatmadı. Ah, əksinə elədi, əksinə... Ancaq mən də «o» deyiləm, 

onun həyatını deyil, özümün adi, lakin etibarlı gündəlik qayğılarla dolu meşşan həyatımı 

yaşayıram. Amma hər ikimiz  – mən də, onu daha yaxşı tanıyan, bildiklərini öz mehriban 

qəlbində qoruyub saxlayan xalam da – Yalquzağı həmişə xoş bir xatirə kimi hörmətlə anırıq. 

Hallerin qeydlərinə – bu qəribə, bəzən xəstə ruhlu, bəzən də gözəl və mənalı fantaziyalarına 

gəldikdə isə onu deməliyəm ki, həmin vərəqlər təsadüfən əlimə düşsəydi, müəllifini də 

tanımasaydım, lazımsız bir şey kimi cırıb atardım. Ancaq Hallerlə tanışlığım sayəsində onları 

qismən başa düşdüm, hətta xoşuma da gəldi. Əgər bu qeydlərə yalnız ruhi xəstəliyə tutulmuş 

zavallı bir adamın patoloji fantaziyası kimi baxsaydım, ondan söz açmağa ürək eləməzdim. 

Ancaq mən onda çox şey – zəmanənin şəhadətnaməsini görürəm. Çünki Hallerin mənəvi 

xəstəliyi  – bunu indi bilmişəm  – kiminsə adicə şıltaqlığı deyil, zəmanənin özünün xəstəliyidir. 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

558 


Hallerin mənsub olduğu nəslin nevrozudur ki, ona da heç vaxt zəif şikəst fərdlər deyil,  əksinə, 

məhz  ən güclülər,  ən ağıllılar,  ən istedadlılar mübtəla ola bilərlər. 

Gerçək həyata nə dərəcədə uyğun gəlib-gəlməməsindən asılı olmayaraq, bu qeydlər – zəmanənin 

ən müdhiş, ən qorxulu xəstəliyini üzdən təsvir etməklə, bər-bəzək vurmaqla yox, onun özünü 

birbaşa təsvir obyektinə çevirməklə sağaltmaq cəhdidir. Bu, sözün həqiqi mənasında, cəhənnəm 

əzabı çəkmək, zülmətə qərq olmuş mənəvi bir dünyanın xaosunda gah büdrəyən, gah da cəsarətli 

addımlarla yerimək deməkdir. Yeriyirsən ki, bu cəhənnəmi yarıb keçəsən, o xaosla döş-döşə 

gələsən, bütün dəhşətlərə axıradək sinə gərəsən...  

Mən bu qənaətə Hallerin bircə kəlməsi ilə gəlmişəm. Bir dəfə orta  əsrlərdəki qəddarlıqlardan 

danışarkən dedi: 

– Əslində, bunların heç biri qəddarlıq deyil. Orta əsrlərin adamı bizim bugünkü həyatın 

qaydaqanunlarını qəddarlıqdan da betər dəhşət, vəhşilik adlandırar! Hər bir dövrün, hər bir 

mədəniyyətin, hər bir adət-ənənənin öz qayda-qanunu, həmin qayda-qanunların da öz incəlikləri 

və amansızlıqları, gözəllik və eybəcərlikləri var, o, bəzi münasibətləri təbii olacaq kimi qəbul 

eləyir, bəzi təhqirlərə səbirlə dözür. İnsan həyatı o vaxt əzaba – cəhənnəm əzabına dönür ki, iki 

mədəniyyət, müxtəlif dinlər eyni vaxta düşür. Antik dövrün adamı orta əsrlərdə yaşamalı olsa, 

min əzab içində ölər – hər hansı bir vəhşini bizim sivilizasiya dövrünə gətirsən, o da eləcə! 

Ancaq elə zəmanələr var ki, bütöv bir nəsil iki dövrün, iki həyat tərzinin arasında qalır və ona 

görə də hər cür təbiiliyi, hər cür adət-ənənəni, hər cür dayağı və məsumluğu itirir... Əlbəttə, bunu 

hamı eyni dərəcədə duya bilməz. Nitsşe kimi şəxsiyyət isəbütöv bir nəsli qabaqladı, bu günün 

eybəcərliklərini əvvəlcədən hiss etdi, əzab çəkməli oldu. Heç kəs də heç nə başa düşmədi və 

onun tək-tənha daşıdığı əzabları bu gün minlərlə adam çəkir... 

Qeydləri oxuyarkən bu sözləri tez-tez xatırlamalı oldum. Haller də keçid dövrünə düşən, göydən 

asılı qalan, məsumluğunu itirən, qisməti – insan həyatının bütün şübhə-tərəddüdlərini 

olduğundan da betər şəkildə öz şəxsi iztirabları, cəhənnəm əzabı kimi yaşamağa məcbur olan 

insanlardandır. 

Mənə elə gəlir ki, həmin qeydlərin mənası da elə bundadır və ona görə də hamıya çatdırmaq 

qərarına gəldim. Əslində, buradakı mülahizələri nə müdafiə, nə də mühakimə etmək 

fikrindəyəm. Qoy hər bir oxucu bunu öz vicdanının dediyi kimi eləsin! 

 

 



HARRĠ   HALLERĠN QEYDLƏRĠ 

Yalnız dəlilər üçün 

 

 



Bu gün də adi günlər kimi keçib getdi. Onu da birtəhər başa vurdum, öz bəsit, tənha həyat  

tərzimlə səssiz-səmirsiz öldürdüm; bir az işlədim, qədim kitabların arasında eşələndim, yaşı 

ötmüş adamlar kimi iki saat ora-buram ağrıdı, həb atdım, ağrıların başını qatdığıma sevindim, 

isti suya girdim, çanıma yayılan xoş hərarətdən ləzzət aldım, üç dəfə poçtu qəbul elədim, 

lazımsız məktubları, kağızkuğazları nəzərdən keçirdim, tənəffüs orqanlarımı məşq elətdirdim, 

zehni idmana isə həvəsim qalmadı, çıxıb bir saat gəzişdim, buludların zərif, qəşəng, qiymətli 

naxışlar vurduğu səmanın seyrinə daldım. Bu da qədim kitabları oxumaq, isti suda uzanmaq kimi 

ləzzətli idi. Lakin bütün bunlara baxmayaraq, bu günüm nə qeyri-adiliyi ilə seçildi, nə də səadət 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

559 


və sevinc nuru saçdı, çoxdan öyrəşdiyim adicə günlərtək ötüb keçdi. Elə miyanə, babat, adi bir 

gün ki, yalnız yaşı ötmüş, deyingən adamları razı salar.  

Elə bir gün ki, adam az qalır Adalbert Ştifter kimi üzünü qırxan zaman həyəcanlanmadan, 

qorxmadan ülgücü sakitcə boğazına çəksin. 

Kim o dəhşətli günlərin – həmin günlər ki, podaqra sancıları tutur, ya da başağrısı başlayan kimi 

göz bəbəklərin yerindən oynayır, nəyəsə baxmaq, nəyisə eşitmək sevinci cəhənnəm əzabına 

dönür, ya  da insan mənən ölür, qəlbində dəhşətli bir boşluq, ümidsizlik baş qaldırır, səhmdar 

cəmiyyətlərin qanını sorduğu, altı üstünə çevrilmiş torpağın üstündəki bəşəri dünya öz saxta, 

zahirən gözqamaşdıran ucuz mədəniyyətini gözə soxmaqla ürəkləri bulandırır, xəstə mənliyinə 

daha dözülməz olur  – bəli, kim o cəhənnəm əzabının dadını görübsə, belə normal, alayarımçıq 

günlərdən razı qalır, isti sobanın qırağında rahatca oturub, səhər qəzetində oxuyanda ki, 

müharibə bu gün də başlamadı, heç yerdə təzə diktatura qurulmadı, siyasətdə, iqtisadiyyatda elə 

bir gözədəyən  əllaməliyin üstü açılmadı, razılıq hissi keçirir, elə həmin razılıq hissilə də pas 

atmış lirasını minnətdarlıq ifadə eləyən ahəstə, şən, xoş bir zəbur surəsi üstündə kökləyir, oxuya-

oxuya da özünün lal, həmin qulağına çoxdan qurğuşun tökülmüş alayarımçıq məmnunluq 

allahını bezikdirir. Və bu üzüntülü razılıq hissinin, hər cür minnətdarlığa layiq ağrı-acısızlığın 

boğuq havasında onların ikisi də – yəni mürgü döyən alayarımçıq allah da, boğuq səslə surə 

oxuyan alayarımçıq insan da əkizlərtək bir-birinə oxşayır. 

Razılıq da, ağrı-acısızlıq da, sakit keçən günlər də çox gözəl şey imiş, nə dərd-sərin, nə də 

sevincin haray salmağa cəsarət edir. Hamısı pıçıltı ilə danışır, barmaqlarının ucunda yeriyir. 

Ancaq heyif ki, mən elələrindən deyiləm, bu cür razılığa, ortabablığa heç cür dözəmmirəm, bir 

az keçən kimi ondan zəhləm gedir, iyrənirəm, ümidsizliyə, bədbinliyə qapılaraq başqa bir ab-

havaya qaçmalı oluram, yol yoldaşım sevinc, lap lazım gələndə isə iztirablar olur.  Hərdən bircə 

anlığa sevincsiz, ağrı-acısız qalanda, necə deyərlər, o rahat günlərin boğuq havası ilə nəfəs 

alanda, mənim uşaq qəlbimdə elə dəhşətli bir tufan qopur ki, pas atmış liramı mürgü döyən 

məmnunluq allahının razılıq yağan sifətinə çırpıram, içimi yandıran cəhənnəm  əzabının od-

alovunu adi otaq hərarətindən üstün tuturam. Həmin dəqiqə içimdə çılğın hisslər sensasiya 

həsrətli vəhşi bir ehtiras qaynayır, bu cılız, yeknəsəq, sığallı, düzənli həyata qarşı qəzəb baş 

qaldırır, nəyisə – tutaq ki, bir mağazanı, ya kilsəni, ya da elə lap özümü darmadağın etmək 

həvəsi oyanır, nəsə ötkəm bir səfehlik etmək, bəzi möhtərəm bütlərin pariklərini dartıb 

qoparmaq, üsyan etmiş məktəbli cocuqların həsrətində olduğu bileti alıb, onları Hamburqa yola 

salmaq, balaca bir qız uşağını aldadıb yoldan çıxarmaq və ya meşşan həyatının təbliğatçılarından 

bir neçəsinin boynunu vurmaq istəyirəm.  Çünki sidq ürəkdən nifrət etdiyim,  ən çox çəkindiyim, 

lənətlədiyim də elə bunlardı: belə razılıq, belə sağlamlıq, belə rahatlıq, belə sığallı meşşan 

nikbinliyi, günü-gündən ətə-qana dolan, çiçəklənən miyanəlik, normal həyat tərzi, orta mövqe! 

Qaş qaralmağa başlayanda həmin miyanə, adi günü bu cür ovqatla başa vurdum. Lakin onu 

iztirablı bir adamın xeyrinə olan gün kimi hazır yorğan-döşəkdə, tələ tikəsi kimi adamı özünə 

çəkən isidici ilə yola salmadım. Gündüz gördüyüm xırda-para işlər canıma yatmadı, özümü də 

iyrəndirdi və dilxor-dilxor ayaqqabılarımı ayağıma keçirdim, paltomu geydim, dumanlı zülmət 

gecədə şəhərin canına düşdüm, adətən köhnə vuranların dediyi kimi «bircə qədəh şərab» içmək 

üçün «Dəmir dəbilqə» meyxanasına yollandım. 

Beləliklə, artırmadan başlayan pilləkənlə aşağı düşməyə başladım. Bu, sanki, çətin çıxılan 

qəriblik pilləkəni idi, üç ailəlik evin tərtəmiz silinib-süpürülmuş meşşanlıq pilləkəni idi və həmin 

evin çardağında mənim hücrəm yerləşirdi... Bilmirəm necə olur ki, mənim kimi yurdsuz-yuvasız 

yalquzaq, meşşan həyatına nifrət edən tənha bir adam həmişə meşşan evlərində qalır. Bu 

sentimentallıq məndə çoxdan var: daxmalarda, proletar evlərində deyil, məhz həmişə çox 

səliqəli, çox da darıxdırıcı olan tərtəmiz meşşan yuvalarında məskən salıram. Belə evlərdən 

skipidar, sabun iyi gəlir, çöl qapısı bərkdən çırpılanda adam diksinir, çirkli ayaqqabılarla içəri 

girməyə isə qorxur. Şübhəsiz ki, bu cür ab-havaya uşaqlıq çağlarından vurulmuşam və gizli bir 


Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin