Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7.78 Mb.
PDF просмотр
səhifə94/115
tarix25.04.2017
ölçüsü7.78 Mb.
1   ...   90   91   92   93   94   95   96   97   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

527 


Bu səkkiz adam hələ bilmirdi ki, onların taleyi həll olunub, formal məsələləri yoluna qoymaq 

qalırdı. Bir dəfə gecəyarı vaqonun qapısını açdılar. Kimsə yaxınlaşıb əmr etdi ki, düşsünlər. 

Onları arxaları vaqona sıraya düzdülər. Hardansa fanar gətirdilər. Dəri gödəkçəli komandir 

növbə ilə yaxınlaşıb, fanar işığında diqqətlə sifətlərinə baxdı. Hiss olunurdu ki, təcrübəli 

adamdır, baxan kimi bilirdi, kim kimdir.  

Növbə atama çatanda... atam təəccübdən donub qaldı. Fanarın işığında o, Sulikonu tanımışdı. 

Suliko özünü elə göstərdi ki, guya atamı tanımadı... Halbuki, atam o gürcü restoranında təsadüfi 

müştəri deyildi və ümumiyyətlə... İsmayıl bəy susmağı üstün tutdu. Belə vəziyyətdə də alçalmaq 

- özünü tanıtmaq... onluq deyildi. Ofisiantdan nə gözləyəsən?! Nə olar-olar! 

Silahlı əsgərlərin əhatəsində yola düşdülər. Göz-gözü görmürdü, ancaq İsmayıl bəy sövq-təbii 

hiss etdi ki, Gəncəçay tərəfə gedirlər.  

Bir saatacan getdilər. Uzaqda tutqun işartı gözə dəyirdi. "İmamzadə", - deyə o fikirləşdi. Çayın 

sahilinə çatmışdılar, burada yenidən sıralanıb aşağı - çaya enməyə başladılar. O günlər çayın 

suyu artmışdı. Qocalar xatırlayırlar ki, əvvəllər yazda çayın yatağı tam dolurdu.  

Suliko arxada gəlirdi. Bir yandan çayın şırıltısı, bir yandan da adamların səs-küyü. Elə bu vaxt 

ağlasığmaz bir hadisə oldu.  

Suliko addımlarını yeyinlədib İsmayıl bəyə çatdı, dirsəyi ilə itələyib yavaşca dedi: 

- Məni burda gözlə, İsmayıl bəy! 

Atam hiss etdi ki, bu dəfə, deyəsən, qurtuldu. Axı, İmamzadəni görəndə, başa düşmüşdü ki, 

onları hara və niyə aparırlar... Sonralar anama etiraf etmişdi ki, beş-on dəqiqə yerindən tərpənə 

bilməmişdi. Ayaqları sözünə baxmırdı. Heç nə görmür, heç nə eşitmirdi. Bir saatmı keçdi, yarım 

saatmı, birdən-birə özünü 8 yaşında gördü, ilk dəfə gimnaziyanın astanasından keçdiyi gün, 

sonra ilk gəncliyi, erməni qızına vurulduğu vaxtları gəldi gözünün önünə. Atası Kəblə Zeynalı 

xatırladı. Qoca onu necə də sevirdi! Nəyə görə? Halbuki, həmişə əziyyət verirdi, başağrısı 

yaradırdı evdəkilərə; hər gün ya o kiminin dişini tökürdü, ya onun gözünün altını vurub 

göyərdirdilər.  

Nə olur-olsun, atası onu o biri oğullarından çox istəyirdi. Az-çox qazanmağa başlayanda da 

cibinə xərclik qoyurdu. Kəblə Zeynalı oğluna bağlayan başqa bir səbəb də vardı. O, özü ömrü 

boyu səbəbini bilmədən utancaq sıxıntı içində yaşamışdı; atam nə deyər, uşaqlar nə deyər, 

qonşular necə baxar? Hər addımını saf-çürük edir, götür-qoy etməkdən üzülürdü... 

Amma sinədolu nəfəs almaq, azad olmaq istəyirdi. Hər cür şərtiliklərdən, qonum-qonşunun 

mühakimə-qınağından uzaq olmaq istəyirdi. Ax, lənətə gəlmiş bu şəxsi ləyaqət hissi! Hər şeyi 

özünə yasaq elə, o olmaz, bu olmaz, o nə deyər, bu nə deyər - bircə onun naminə ki, heç kəs 

sənin abırlı və ləqayətli olduğuna şübhə belə eləməsin... 

Deyirlər, bu, gendən gələn bir hissdi. Eləsə, Kəblə Zeynalın oğlanları doyunca almışdılar 

paylarını. Ancaq... İsmayıl başqa idi. Və onun günahı deyildi ki, tale günlərin birində bütün 

həyatını alt-üst etdi... 

Çayın daşı üstündə oturan İsmayıl bəy onu da düşünürdü ki, minlərlə insanı yerindən-yurdundan 

pərən - pərən eləyib uzaqlara atan nəydi belə? Əllərinə qılınc verib yad adamları biçməyə 

göndərmək nəyə gərəkdi? Tambov kəndlisinin Gəncə taciri ya Bakı müəllimi ilə nə işi? 

Şimaldan basıb gələn bu kəndlini necə başa salasan ki, min illərdi babalarımız xeyir, şər 

anlayışlarını ayırd ediblər. Hər xalqın öz həyat tərzi var və bu, əsrlərlə belə olub... 

Sonra ailəsini - bu az vaxtda üzücü dərd-qəm girdabına saldığı arvadını, dünyaya gələcək 

övladlarını düşündü... 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

528 


Birdən İmamzadə tərəfdən atəş səsləri eşidildi. Tələsik, nizamsız... qəzəbli atəş səsləri... 

İsmayıl bəy başını dizinə vurdu. Bu andan beyni dəqiq işləməyə başladı, hər şey aydınlaşdı, 

sonra qəlb rahatlığı gəldi.  

İtlər hürüşdü, səhər küləyi buludları qovdu, göy ulduzlarla doldu. Burda qalmaq artıq mənasızdı. 

Yerindən sıçradı, elə həmin anda qulağına səs gəldi: "Məni burda gözlə, İsmayıl bəy!". Yox, 

gedə bilməzdi. Sulikonu gözləməliydi. Nə olacaq-olacaqdı. Çox gözləməli olmadı. Görünür, 

izaholunmaz instinkt insanları cinayət törətdikləri yerə çəkir... 

Əsgərlər qayıdırdılar... 

Şərqdə, İmamzadə tərəfdə, ağımtıl mavi dan görünürdü... 

Suliko tələsmədən gəlirdi, dəstədən xeyli geridəydi. Yuxarı qalxan cığırın yanında ayaq saxladı, 

siqaret çəkdi.  

İsmayıl bəy başa düşdü ki, burda qala bilməz, qalxıb qabağa keçdi. Suliko onu görüb təhdidlə 

başını buladı. Sonra qəfil dönüb cığırla yüyürməyə başladı. 

İsmayıl bəy yerinə qayıdıb daşa söykəndi. Yarım saat keçdi. Göydə ulduzlar söndü, İmamzadə 

tərəfdə üfüq al rəngə boyandı. İsmayıl bəy qalxıb paltarının tozunu çırpdı, yaxalığını 

düymələyib, tələsmədən yola düzəldi, getdikcə addımlarını yeyinlədib, çay yuxarı getdi.  

Şəhərin evləri görünməyə başlayanda xoruz banı, it hürüşməsi eşitdi. Bir qədər sonra əttarlar 

məhəlləsi başlayırdı. Buranın camaatı yaxşı yaşayırdı, evlərin çoxu ikimərtəbəli idi.  

Əttarlar o dövrün birinci ziyalıları idilər. Loğmanlar və əczaçılar bitkilərin və müsəlmanın 

gündəlik qidasının hər incəliyinə bələd olmaqla bərabər, ənənəvi təbabət elminin gözəl 

biliciləridilər. Xüsusən, İbn Sinanın "Qanun"unu, coğrafiyanı, tarixi, poeziyanı, fəlsəfəni yaxşı 

bilirdilər.  

Dərman hazırlamaqdan, xəstəliklərin müalicəsindən başqa, dərsliklərin üzünün köçürülməsindən 

də yaxşı qazanırdılar. 

Bir dəfə əlimə bir kitab düşmüşdü, titul vərəqində belə yazılmışdı: "Mən, əslən Gəncədən olan 

Məşədi Zeynal oğlu Mirzə Nəqqaş, Seyfəli kəndinin Şəmkir məhəlləsindən molla Əli 

Məhəmmədin sifarişi olan bu işi hicri tarixlə 1206-da bitirdim.  

Allah şəfa versin!" 

Kitabda yetmişdən çox xəstəlik üzrə minə yaxın resept vardı.  

Xoşbəxtlikdən, İsmayıl bəyin qabağına heç kəs çıxmadı. O, əttar Məşədi Cəmilin ikimərtəbəli 

evinə yaxınlaşdı. Məşədi Cəmilin oğlu ilə gimnaziyadan dost idi. Buna baxmayaraq, yaşıl rəngli 

alaqapıya çatıb qətiyyətsizlik içində dayandı - vəziyyət adi deyildi, amma başqa yolu da yoxdu.  

Qapının üstündə asılmış zınqırovlu çəkici üç dəfə dartdı. Qapı o dəqiqə açıldı. Məşədi Cəmil 

İsmayıl bəyin əlindən tutub dinməzcə arxasınca çəkdi. Həyətin axırında əlini buraxıb başıyla 

işarə etdi. Laboratoriyaya gəldilər - evin birinci mərtəbəsində yerləşmiş bu otaq həm iş yeri kimi, 

həm də yaşayış üçün döşənmişdi. Rəflərdə müxtəlif bankalar, kolbalar düzülmüşdü. Taxtın 

üstünə xalça salınmışdı, iki böyük kitab şkafı, yazı stolu, küncdə dəmir soba vardı. Dülgər 

dəzgahına oxşar stolun üstündə balaca tərəzilər, mis qablar, kaşı qab-qacaq düzülmüşdü, otaqda 

bir neçə stul da vardı. 

Məşədi Cəmil otaqdan çıxıb bir azdan əlində sini ilə qayıtdı. Çayniki, stəkanları, çörək, pendir, 

yağ, bal, qəndi stola düzdü.  


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

529 


- İsmayıl bəy, - yeyib-içəndən sonra ev sahibi dilləndi - yəqin, təəccübləndin ki, mən qapının 

dalında neynirdim. Adətimdir, tezdən dururam. Bu gün də balkona çıxdım, səni gördüm, dedim, 

yəqin, mənim yanıma gəlirsən.  

Tələsmədən qəlyanına tütün doldurdu, çəkdi.  

- Görürsən, səhv etməmişəm. Sağ ol ki, mənə inanmaqla şərəf verdin. Az-çox xəbərim var, şükür 

Allaha, hər şey keçdi. İndi söylə, sənə necə kömək edə bilərəm? Ciddi səbəb olmasaydı, qapımı 

döyməzdin.  

İsmayıl bəy başına gələnləri danışıb yekunlaşdırdı: 

- Əvvəl evə getmək istədim, sonra başa düşdüm ki, olmaz. Bir azdan İmamzadədə baş 

verənlərdən bütün Gəncə xəbər tutacaq... 

- Bu məsələni həll elədik. Bu gün Məstinin dükanına gedib deyərəm ki, sağsan... Hələlik burda 

yaşa. Allah özü kömək olar, inşallah. 

Məşədi Cəmil qalxdı, otaqdan çıxmağa hazırlaşdı. Qapıya çatanda dayandı, nəsə fikirləşib 

qayıtdı.  

- İsmayıl bəy, diqqətlə qulaq as və başa düşməyə çalış. Gündüzlər bu otaqdan çıxma. Mən, 

oğlum nə lazımsa gətirəcəyik. Necə deyərlər, ehtiyat igidin yaraşığıdır. Başa düşürəm, belə həyat 

sənlik deyil, ancaq başqa yol yoxdur. Dincəl, mənə elə gəlir ki, sənə kömək edə biləcəyəm. 

İsmayıl bəy burada bir həftə qaldı. Həyatında ilk dəfə təkliyin ləzzətini duydu. Heç kəs 

oxumağına və götür-qoy eləməsinə mane olmurdu.  

Bu bir həftədə Məşədi Cəmil bir dəfə Həsən ağanı qardaşı ilə görüşdürdü. Danışdıqları kimi, 

Həsən ağa axşam əttarın evinə gəlib, ikinci mərtəbədə iki saatacan oturdu, gedəndə çox ehtiyatla 

laboratoriyaya buraxıldı.  

 

Sonralar atam xatırlayırdı ki, ömründə ilk dəfə qardaşını gözüyaşlı gördü.  



Bir xeyli qucaqlaşıb durdular. İsmayıl bəy hiss edirdi ki, qardaşının çiyinləri titrəyir. Sonra 

oturdular, onun yanaqlarından yaş axırdı... 

- İsmayıl, bu saat ən əsas sənsən. Bu vəziyyətdən necə çıxaq, bircə bunu fikirləş. Nə qədər mən 

sağam, sənin evində hər şey qaydasında olacaq. Məsti də belə dedi.  

Sonra qalxıb var-gəl elədi.  

- Mən Məşədi Cəmilə tam etibar edirəm. Nə gizlədim, ona xərclik də təklif elədim. İncidi, 

deyəsən, haqlıdır da... belə eləməməliydim. Eybi yox, biz ona borclu qalmarıq.  

Yeri gəlmişkən, halal olsun sənin arvadına, hər şeyi göydə tutur: "Həsən ağa, mən inanıram ki, 

siz onu xilas etməkçün gücünüzü əsirgəməzsiniz. Allah da sizi yaddan çıxarmaz!". Görürsən də, 

sənə görə yox, özümçün çalışıram, - deyib zarafatından da qalmadı. Sonra bir də bu tərs 

qardaşını qucaqladı. Ağlayacağından qorxub, tez otaqdan çıxdı.  

Məşədi Cəmilin laboratoriyası son dərəcə maraqlı idi. Təkcə kitablar yox, ağlı başdan alan 

yeməkləri də çox gözəl idi. İnsafən, çox canfəşanlıq da gərək olmurdu. Gəncədə özünə hörmət 

eləyən əsl gəncəlinin özünün qəssabı vardı. Burda boynunu uzadıb tikənin yaxşısını seçməyə 

ehtiyac yox idi, ya da tərəzinin daşlarına zillənmək ağla gəlmirdi. Daimi müştəri gələrdi dükana, 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

530 


salam-kəlamdan sonra hal-əhval tutardı: nə var-nə yox, evdə salamatlıqdımı? Qəssab da öz 

növbəsində hal-əhval tutar, bundan sonra müştəri deyərdi. 

- Kəblə K..., mənə iki funt pitilik... 

- Baş üstə. 

Evdə də arvad zənbilə baxanda deməmişdən başa düşürdü ki, bu ətdən nə bişəcək... Nə isə... 

O gecənin səhəri Həsən ağa anamın yanına gəlir, söhbətə uzaqdan başlayır, deyir, ən etibarlı 

mənbədən də daha çox özünə inanır, bilir ki, İsmayıl sağ-salamatdır, etibarlı yerdədir. Hər şey də 

qaydasındadır. Münasib imkan düşən kimi evə gələcək. Hələliksə, səbr eləmək və gözləmək 

lazımdır. Ən əsası - bu söhbəti heç kəs, doğma anan da bilməməlidir.  

Anam and içir ki, heç kəs bilməyəcək və sözünün üstündə də durur. Halbuki, anası, bacı-qardaşı 

çox nigarandılar.  

Doğrudan da, çətin günlər idi. Adamları harda, necə gəldi tuturdular, daha doğrusu, heç nədən. 

Bir neçə gün sonra Məşədi Cəmil atamın yanına gəlir.  

- İsmayıl bəy, sənə bir söz deyəcəyəm, Allah xatirinə, ağlına başqa şey gəlməsin. Bizdən 40 verst 

uzaqda, Samux meşəsində mənim bir tanışım yaşayır. Meşəbəyidir, yaxşı tanıyıram. Bakıda 

yaxşı evi-eşiyi var, atasından qalma. Mənə belə gəlir ki, sənə orda bir otaq tapılar. Adı 

Ağarəhimdir, sənin gələcəyini bilir. Hər yan sakit, qışda isti, yayda sərin - yaxşı yerdir. Allah 

qoysa, özün görəcəksən.  

İndi əsas məsələ - Samux meşəsində biz bir il əvvəl kiçik artel açmışıq: ağac tədarükü, dövlət 

sifarişidir, yaxşı da pul verirlər. Ancaq işimiz nəsə getmir orda. Bacarıqlı bir adam lazımdır ki, 

işi qaydaya qoysun. Məncə, uzağı yarım ilə sən işi qaldıra bilərsən. O vaxta da qonaqlar gedər, 

Gəncədə ömürlük qalmayacaqlar ki... İşin içində olan adamlar deyirlər, bir-iki aya tərpənirlər; 

qonşularımızı xilas etməyə. Allah köməkləri olsun. Sənsə, İsmayıl bəy, bir neçə ay, lap 

arxayınçılıq üçün yarım il Gəncədə görünməməlisən. Qardaşların da bu fikirdədir. Allah 

rəhimlidir, hər şey düzələr.  

Hə, yadımda olmuşkən, Ağarəhim tək deyil. Bir qadın da var yanında. Mən bu əhvalatı bilirəm, 

deyim sənə ki, kədərli hekayətdir. Danışaram bir gün... 

 

* * * 



 

Ağarəhim imkanlı ailənin oğludur. Babası Ağamürsəl Musa Nağıyev, Hacı Zeynalabdin Tağıyev 

kimi olmasa da, varlı kişilərdən di. İçəri şəhərdəndir, köklü bakılıdır... Cavanlığında dənizlə 

maraqlanıb, yaşlaşanda ən yaxşı şpikerlərdən biriydi. Dənizi beş barmağı kimi bilirdi. Hər cür 

havada dənizə çıxardı. Dənizçilər də, yük sahibləri də xətrini çox istəyirdi. Xeyli yaşadı, yaxşı 

var-dövlət yığmışdı. Bayılda ikimərtəbəli, dənizə baxan geniş eyvanlı mülk tikdirmişdi. Nəvə-

nəticəsi vardı. O, öləndən sonra işləri böyük oğlu Ağatağı aparırdı. O da Bakı dənizçiləri 

arasında hörmət-izzət yiyəsi idi. Ağatağı atadanqalma pulun üstünə pul qoyub gəmi aldı, onu da 

kiçik qardaşı Ağahüseynə verdi, özü isə sahildə gəmilərin təmiri və təchizatı ilə məşğul olmağa 

başladı. 

İllər keçdi. Ağahüseyn ailə ənənələrini layiqincə davam etdirdi. Yaxşı hörməti, qazancı vardı. 

Bir gün qardaşlar gəlir-çıxarlarını hesablayıb paraxod aldılar.  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

531 


Ağatağının dörd oğlu vardı, dördü də say-seçmə. Təzə ev tikməyi düşünən ata yaxınlıqda sahə də 

gözaltılamışdı. Ağahüseynin də beş alagöz qızı, bir oğlu vardı. Əlbəttə, Tutu xanım ona beş oğul 

bəxş eləsəydi, daha yaxşı olardı, ancaq taleyindən şikayətçi deyildi, qızlar oğlanlardan geri 

qalmırdı. Qoçaq, vüqarlı qızlardı, atalarının adına, şərəfinə azacıq da olsa ləkə gətirən bir hərəkət 

etməmişdilər. Belələri yerdə qalmaz. Beşi də ərdədir, oğul-uşaq yiyəsidir. Di gəl, Tutu xanımın 

gözünün işığı yeganə oğulları Ağarəhimdir. Əmisi uşaqları kimi olmasa da, boyu Ağatağının 

böyük oğlu Ağazalın boyundan da uca, özü də nərmənazik. Ancaq məktəbin gözüdür. Kitab 

oxumağı çox sevir. Anası kitabları gizlədir ki, başqa məşğuliyyət tapsın özünə. Məsələn, əmisi 

oğlanları ilə bulvara getsin, ya nə isə... Bu isə saatlarla kresloda oturub kitab oxuyur. Bir qıza da 

baxmır. Ağarəhim yaşıdlarından özünə qarşı ikili münasibəti hiss edirdi. Bir yandan, 

Ağamürsəlin nəvəsi, Ağahüseynin oğlu, Ağatağının qardaşı oğludur, bir yandan da başqa 

cavanlar kimi deyil. Qızlar da eləcə. Nə qovurlar, nə də təkidlə kampaniyalarına çağırırlar - 

Ağazal kimi... 

On səkkiz yaşı tamam olanda Ağarəhim atasına deyir ki, Moskva Universitetində oxumaq 

istəyir. Qızıl medal almasa da, nə fərqi? Medal nəyinə gərək? Bir halda ki, oxumaq istəyir, olsun. 

Bəlkə, başqa bir səbəb var? 

- Bir danış onunla, bacıları da danışsın. Pula heyfim gəlmir, istəyir, qoy getsin. Bircə yolunu 

azmasın.  

Tutu xanım da elə onun qədər narahat idi, amma mane olmadı Ağarəhimə, payıza yaxın gözünün 

işığı bircə oğlunu Moskvaya yola saldı.  

Moskvada Trubnoy meydanının yaxınlığında ikimərtəbəli evdə yaşayırdı. Yaxşı oxuyurdu, 

həftədə bir dəfə evə məktub yazırdı. Anasının tapşırdığı kimi, pis məclislərdən uzaq qaçırdı. Bir 

az açılışandan sonra ətrafına baxıb gördü ki, özümüzkülərdən fərqli olaraq, buradakı qızlar ona 

gülmürlər. Oğlanlar da. 

Yayda tətilə gələndə atasına elə gəldi ki, oğlu daha sakit, müvazinəti qaydasında görünür. Amma 

yenə də təkliyə meylliydi. İki-üç həftəni Mərdəkandakı bağda keçirdi, dənizdə çimdi. Avqustun 

sonunda bir səhər anasına dedi ki, şəhərə gedir, bağa əncir, üzüm yetişəndə gələcək. 

Bir gün kimsə Ağahüseynə dedi ki, oğlunu kazinoda görüb. Əvvəl təəccübləndi, amma sonra 

sevindi. Bir neçə gün sonra Ağazal onu restoranda gördü, stoluna dəvət eləsə də, Ağarəhim 

təşəkkürünü bildirib, imtina etdi.  

İki həftə sonra Mərdəkana qayıtdı. On gün sonra Moskvaya yollandı.  

Qış tətilində Bakıya gəlmədi. Atası təəccüblənsə də, büruzə vermədi. Amma söz gəzirdi ki, 

Ağarəhim işə girib, çay limanında fəhlə işləyir. Bir də deyirdilər, vağzalda bir qızla tanış olub, 

Bakıya gələndə səhvən Kiyevəmi, Odessayamı gedən qatara minib.  

Tutu xanım ərinin üstünə düşdü. Ağahüseyn də az həyəcan keçirmirdi. Böyük qardaşı ilə 

məsləhətləşib Ağazalı Moskvaya "kəşfiyyata" göndərdilər.  

İki həftə sonra Ağazal qayıdıb bildirdi ki, hər şey qaydasındadır, Ağarəhim çox məşğul 

olduğundan məktub yaza bilməyib. Təcrübəyə gedirlər, səhərdən axşamacan meşədə olurlar.  

Atasına və əmisinə isə dedi ki, Ağarəhimin üç-dörd dostu ilə də tanış olub, düzünə qalsa, 

onlardan çox da razı deyil - hansısa ədalətsizlikdən dəm vururlar. Deyirlər, dövlətdə hər şeyi 

dəyişmək lazımdır. Adamın gülməyi gəlir, fikirləri budur ki, niyə biri varlıdır, qalanları yox... 

Deyirəm, bəs necə olmalıdır? Babam Ağamürsəllə lüt Hüseynqulunu necə müqayisə eləmək 

olar?  


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

532 


Onlar gülüb deyirlər ki, sənin baban ona görə varlıdır ki, nəinki özünün qəpiyini də başqasına 

verməz, əlinə fürsət düşsə, özgəsinin malını da mənimsəyər... Hətta o lütün də... Mən Qurandan 

misal gətirdim, halal nədir, haram nə, izah elədim onlara. Güldülər mənə. Düzdür, Ağarəhim 

gülmürdü.  

Ağarəhim bir də iki ildən sonra qayıtdı. Birinci gün elan elədi ki, daha oxumaq istəmir. Dörd ildə 

öyrəndikləri bəsidir. Atası soruşdu, neyləmək istəyir, lazımi adamlarla məsləhətləşsin, bəlkə? 

Oğlu etiraz elədi, heç nə lazım deyil, özü-özünə iş tapar, lap bədə-bəddə limanda yük daşıyar. 

Ağahüseyn daha o Ağahüseyn deyildi, Ağarəhim də həminki oğlan... 

Ata etiraz etmədi, bircə onu dedi ki, tələsməsin, dincəlsin bir az, anası da darıxıb onunçün.  

Ağarəhim bildirdi ki, elə də eləyəcək.  

Evdə heç kəs bilmirdi ki, oğul niyə qayıdıb, özü də heç kimə heç nə demirdi; kimə nə desin?  

Ancaq bir dəfə bu sakit, qapalı oğlan dözmədi, açıb-tökdü, illərdi içində yığılıb qalan incikliyini 

və düşüncələrini... 

...Samux meşəsində payızın sonu idi. Ağarəhim və İsmayıl bəy gecədən xeyli keçənəcən 

oturmuşdular. Üç gündü yağan aramsız leysanda bayıra çıxmaq da olmurdu. Şam yeməyindən 

sonra çıxıb balkonda siqaret çəkdilər. Necə oldusa, İsmayıl bəyin otağına keçdilər. Otaqda dəmir 

soba yanırdı. Ağarəhim təklif elədi ki, lampa yandırmasınlar. Sobadan düşən işıq bəsləridir.  

Bir-iki rumka konyak içmək pis olmazdı. Bəlkə, ömründə ilk dəfə idi ki, Ağarəhim ürəyini 

kiməsə açmaq istəyirdi... 

- ...Yeniyetmə olanda başa düşmüşdüm ki, biz düzgün yaşamırıq... Hiss edirdim. İlk dəfə ciddi 

bir yazıya rast gələndə deyilməyəcək dərəcədə sevindim. Çox kitab oxuyub bu qərara gəldim ki, 

həqiqət bir deyil, hərənin öz həqiqəti var! Ola bilsin, onlar müxtəlifdir, amma hardasa, nə 

zamansa birləşməyəcəklərsə, onların ümumi heç nəyi olmayacaq, əksinə, bir-birini inkar 

edəcəklər. Adi bir misal. Gimnaziyanın axırıncı sinfində mən bir qıza vurulmuşdum. O isə 

başqasını sevirdi. Aydın məsələydi, oğlan onu sevmirdi, ancaq yaxın olmağı da etiraz etmirdi. 

Bu da sənə üç həqiqət. Deməyin ki, mənim həqiqətim yüksəkdi - filan, məsələnin etik tərəfini 

qoyaq bir kənara. Məgər o qızın məhəbbəti həqiqi deyildi?! Ancaq ona görə boğazını üzməyə 

razı olan kəs də kasıb muzdur oğlu deyildi, axı?! 

Yox, qızın öz həqiqəti vardı və öz həqiqətinə inanırdı. O isə zırramanın biriydi. Məgər binayi-

qədimdən bu yana kişinin qadına olan meyli doğurmamışdımı o səfehin həqiqətini? Kim deyə 

bilər ki, bu meyl qeyri-təbiidir və həqiqi deyil?! Yalnız axmaq və riyakar adam! Əlbəttə, bu bir 

qədər bəsit illüstrasiyadır. Sonra Moskva... Siz ki, yaşamısız orda, İsmayıl bəy, orda hər şey 

tamam başqa cürdür, həm də müxtəlifdir.  

Siz bilsəniz, mən ətrafımda baş verənlərin həqiqi mənasını başa düşməyə çalışarkən necə əzab 

çəkirdim?! Götürək varlı-yoxsul məsələsini. Bir mənə izah edin görək, hansı daha düzdür, mən 

bu günəcən ayırd edə bilmirəm. Bir tərəfdən, yoxsulluq ləyaqətdir. Əvvəla, insan ölüb gedəcək 

və buna görə də yaxşılıq qazanmaqdan başqa heç nə gərək deyil ona. İkincisi, bunu qazana-

qazana o, özü istər-istəməz tükənir... Belə baxanda, hər şey aydındır. Digər tərəfdən də, insan 

başqalarını zəngin edə-edə özü də zənginləşmirmi? 

Əvvəllər “hər şey hamıya məxsus olmalıdır” deyənlərə inanırdım. Sonra yavaş-yavaş gördüm ki, 

nə isə uyğun gəlmir. Allah elə insanlar da yaradıb ki, bu onlara gərək deyil. Gərək deyilsə, nəyə 

lazımdır ona saraylar verib qızıla tutasan? Bu həqiqətdirmi ki, biri gecə-gündüz əlləşib-vuruşub, 

kəşf edib, yaradıb, sonra özünü günə verib əlini ağdan-qaraya vurmayan kəslə qardaşcasına 

bölür?.. Bu günəcən də başa düşmürəm, əzab çəkirəm ki, hanı burada həqiqət, ədalət? 


1   ...   90   91   92   93   94   95   96   97   ...   115


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə